Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-863/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2135/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 02 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində yerləşən 0,08 ha ölçüdə iki torpaq sahəsi və 0,12 ha ölçüdə bir torpaq sahəsi X2 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 16 avqust 2012-ci il tarixdə X4 vəfat etmiş və Sumqayıt “ASAN Xidmət” Mərkəzi notariat kontoru tərəfindən miras qoyanın bacısı Cavabdeh1 adına 30 sentyabr 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Cavabdeh1 miras əmlak olan torpaq sahələrinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin noyabr ayında İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 qızı və Sumqayıt “ASAN Xidmət” Mə rkəzi notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların miras qoyan X2 övladları olmaqla birinci növbə vərəsələri olmasını və miras qoyanla birlikdə yaşamalarına baxmayaraq atalarının adına torpaq sahələrinin olmasından xəbərsiz olmalarını, Cavabdeh1 ikinci növbə vərəsə olmasına baxmayaraq onlardan gizlin miras əmlaka dair vərəsəlik şəhadətnamələri almasını əsas göstərməklə Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinin 30 sentyabr 2014-cü il tarixli 2v-602, 2v-601 və 2v/826 reyestr nömrələri qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh1 adına aparılmış 17 oktyabr 2014-cü il tarixli qeydiyyatın ləğv edilməsi və miras əmlaka onların vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1326/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim: R.N.Qoşqarlı) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək miras əmlak hesab edilən 0,08 ha torpaq sahəsinin 23 avqust 2019-cu il tarixli alqı-satqı müqavilələri əsasında Cavabdeh1 satılmasını, 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinin Ağstafa Rayon Məhkəməsinin 15 may 2013-cü il tarixli qətnaməsi ilə X1 mülkiyyətinə keçməsini, iddiaçıların 2012-ci ildə açılmış mirası qanunla müəyyən olunmuş qaydada qəbul etməmələrini və s. əsas göstərməklə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmi şdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2135/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və T.Q.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1326/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi mübahisəli torpaq sahələrinə iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqlarının tanınması hissəsində ləğv edilərək iddianın həmin hissədə rədd olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında aparılmış qeydiyyatın ləğv edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatl arı Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən irs aldığı torpaq sahələrinin alqı-satqı müqavilələri və məhkəmə qətnaməsi əsasında başqalarının mülkiyyətinə keçməsini, belə halda dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsinin qanunsuz olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinə qarşı etirazın d əlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, özləri tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlə r (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahələrinə iddiaçıların vərəsəlik hüquqlarının tanınması barədə nəticəyə gələrkən onların vərəsəlik hüquqlarının gerçəkləşdirilməsi üçün notariat orqanına müraciət etməmələrini əsas göstərmiş və iddiaçılara notariat orqanına müraciət etmək və zərurət yaranarsa mirasın qəbul edilmə müddətinin uzadılması üçün məhkəməyə müraciət hüq uqunu izah etmişdir. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, mübahisə həmin hissədə qanunun tələblərinə uyğun həll edilməmişdir. İş materiallarından görünür ki, mübahisə predmeti olan torpaq sahələri X3 məxsus olmuş və onun 16 avqust 2012-ci il tarixdə baş vermiş ölümü ilə əlaqədar həmin əmlaka miras açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Müəyyən olunduğu kimi miras qoyanın vəfatından sonra onun birinci növbə iki vərəsəsi qalmışdır. Həmin vərəsələr miras qoyanın uşaqları olan i ddiaçılar olmaqla onların iddia etmələrinə görə ataları ölənə kimi onlarla birlikdə yaşamış və mübahisə predmeti olan torpaq sahələrinin mövcudluğundan xəbərsiz olmuşlar. Mülki Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Lakin müəyyən olunduğu kimi miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə miras qoyanın ikinci növbədə vərəsəsi olan bacısı Cavabdeh1 verilmiş, bununla da, birinci növbə vərəsələr olan iddiaçıların vərəsəlik hüquqları pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin adına verilmiş şəhadətnamələrin etibarsız sayılmasını və onun əsasında aparılmış qeydiyyatın ləğv edilməsini qanuni saysa da iddiaçıların vərəsəlik hüquqlarının tanınması hissəsində tələblərini yuxarıda göstərilən səbəblərdən əsassız sayaraq rədd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli qərarına görə vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. İşdən görünür ki, məhkəmə kollegiyası cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız saydıqdan sonra miras əmlakın mülkiyyətçisi olmuş X2 vərəsələri arasında vərəsəlik hüququnun tanınması ilə bağlı mübahisənin olmasına baxmayaraq, mübahisənin həmin hissədə həllindən imtina etmiş və həmin mübahisənin həlli üçün buna səlahiyyəti olmayan orqana müraciət etmək hüquqlarını iddiaçılara izah etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin hissədə gəldiyi nəticəni qanunsuz sayır və hesab edir ki, qətnamə həmin hissədə ləğv edilərək yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gö ndərilməlidir. Qətnamə qalan hissədə qanunun tələblərinə uyğun əsaslandırıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İş üzrə Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İddiaçıların kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2135/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsi iddiaçıların vərəsəlik hüquqlarının tanınması tələbinin rədd olunmasına dair hissədə ləğv edilsin, iş həmin hissəyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-863/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-863/2022
02.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver