Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-864/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisi üçüncü şəxs qismində cəlb olunmaqla) “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2268/2021 nömrəli iş üzrə 10 s entyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Miras qoyan X7 04.12.2008-ci il tarixdə vəfat etmişdir. Mübahisə predmeti olan miras əmlak ünvan 1 ünvanında 0.0405 ha torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi miras qoyanın adına ölümündən sonra 01.07.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına çıxarış verilmişdir. Hazırkı iş üzrə İddiaçı miras qoyanın oğlu, Cavabdeh isə nəvəsidir (09.12.1985-ci il tarixdə ölmüş oğlu X8 qızı). X1 Rufullayev Üzeyir, Rufullayev Fazil, Ağacanov Nadir, Adil Ağacanov, İddiaçı və Gülzadə Rufullayeva adlı uşaqları olmuşdur. X15 24.09.201 5-ci il tarixdə, X21 isə 13.11.2009-cu il tarixdə ölmüşdür. X1 digər övladları hazırda sağdır və vərəsədirlər. Cavabdeh, 2017-ci ildə anası X3 ilə birlikdə cavabdehlər İddiaçı, X12 və X6 qarşı “mirasın qəbul edilməsi və miras əmlaka payların müəyyən edilməsi” barədə iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 2(027)-1653/2017 saylı 03.07.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh və İddiaçı mirası qəbul etmələri faktı müəyyən edilməklə hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1781/2018 saylı, 20.06.2018-ci il tarixli qətnaməsi ilə cavabelərin apellyasiya şikayətləri təmin edilərək, Quba Rayon Məhkəməsinin 03.07.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd olunmuşdur. Qətnamədə qeyd edilmişdir ki, miras əmlakın qəbul edilməsi üçün mübahisələndirilən əmlak vəfat edən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır, yalnız bundan sonra həmin əmlak miras qoyanın əmlak kütləsinə daxil olur. Hazırkı iş üzrə mübahisələndirilən əmlak mərhumun istifadəsində olsa da, onu adına mülkiyyət hüququ ilə qeydiyyata alınmamış, eyni zamanda vərəsələri də bununla bağlı hər hansı müraciət etməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7616/2018 saylı, 27.11.2018-ci il tarixli qərarı ilə iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.06.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Cavabdeh 11. 07.2019-cu il tarixdə miras əmlakı qəbul etmək barədə X30 Xidmət Mərkəzində Notariat kontoruna ərizə ilə mürcaiət etmiş, həmin tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə miras əmlaka 1/2 hissədə payı tanınmış və 23.08.2019-cu il tarixdə mübahisəli əmlak ½ hissədə onun adına qeydiyyatdan keçmiş, digər ½ hissə açıq saxlanılmışdır. İddiaçı 26.07.2019-cu il tarixdə mirası qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi barədə ərizə ilə eyni notariat kontoruna müraciət etmiş və müraciətinə cavab olaraq 26.07.2019-cu il tarixli, 1057 saylı məktubla bildirilmişdir ki, Cavabdeh 28.08.1995-ci il tarixdə anadan olduğu vaxtdan hal-hazıradək mübahisəli ünvanda qeydiyyatda olduğundan mirası faktiki qəbul etmiş sayılır, buna görə də 11.07.2019-cu il tarixdə miras qoyanın nəvəsi kimi ona təmsilçilik üzrə miras əmlakdan ½ hissədə pay verilmişdir. İddiaçı isə miras qoyanın yeganə vərəsəsi kimi tanınması və miras əmlakdan tam pay alması ilə bağlı müraciət etdiyindən qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə olunur. İddiaçı, bundan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional Maraqlı şəxs üçüncü şəxs qismində cəlb olunmaqla) “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba regional Maraqlı şəxs tərəfindən ünvan 1 ünvanına dair cavabdehə təmsilçilik üzrə miras əmlakdan 1/2 hissədə pay ayr ılması barədə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə Cavabdeh miras əmlaka vərəsəlik hüququnun tanınması ilə bağlı iddiasının rədd olunmasına baxmayaraq, iki il sonra eyni məzmunda müraciəti notariat kontoru tərəfindən təmin olunmuş və ona miras əmlakda ½ hissədə payla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu isə, qanunvericiliyə uyğun olmamaqla yanaşı, məhkəmə aktlarının sabitliyi və hüquqi müəyyənlik prinsiplərinə də ziddir. Quba Rayon Məhkəməsinin (hakim İlqar Məmmədov) 30 sentyabr 2019-cu il tarixli, 2(027)2017/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehə miras əmlakdan ½ hissədə paya Quba Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin notariusu tərəfindən “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsinə əsas olmuş Quba Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qətnaməsi Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2018ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Telman Qədirov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Gülnar Tağızadə) 30 sentyabr 2020-ci il tarixli, 2(105)1514/2020 saylı qətnaməsi ilə cavab dehin apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Məhkəmə cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat işini tələb edib nəzərdən keçirmədən iddianın təmin olunması barədə nəticəyə gəlmiş, həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququnu nizama salan heç bir normasına istinad etməmişdir. Belə ki, rayon məhkəməsinin istinad etdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli qə tnaməsi ilə Quba Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilərkən, miras əmlakın miras qoyanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, mübahisələndirilən əmlakın mərhumun istifadəsində olsa da, sonuncu tərəfindən mülkiyyət hüququ ilə adına müvafiq hüquq müəyyənedici sənəd (çıxarış) əldə edilməməsi və bu halların həmin əmlakın vərəsəlik qaydasında qəbul edilməsi üçün miras kütləsinə daxil olmasını istisna etməsi əsas götürülmüşdür. Cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə heç də ləğv edilmiş Quba Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qətnaməsi əsasında verilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli qətnaməsində qeyd edilən hallar aradan qaldırıldıqdan sonra vərəsənin müraciəti əsasında verilmişdir. Məhkəmə kollegiyası tərəfindən tələb edilərək işə əlavə edilmiş Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat işinin surətindən görünür ki, Quba şəhəri, Gənclər küçəsindəki 46 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0405 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5 adına 01 iyul 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. Notariat işində olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 04.12.2008-ci il tarixdə ölmüşdür. Həmçinin notariat işində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh 28.08.1985-ci ildə anadan olmuşdur, atası X10r, X14 27.01.1959-cu ildə anadan olmuşdur, anası X2r. X14 09. 12.1985-ci ildə ölmüşdür. Cavabdeh 11 iyul 2019-cu il tarixdə Quba regional Maraqlı şəxsnə müraciət edərək nənəsi X4 miras qalmış əmlaka dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh Quba şəhəri, Gənclər küçəsi, 46 saylı evdə yaşamaqla mirası faktiki qəbul etmişdir. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov, Əhməd Əhmədov) 29 aprel 2021-ci il tarixli, 2(102)2088/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmənin mövqeyindən aydın olmur ki, cavabdeh tərəfindən mirasın qəbulu əmlaka faktiki sahiblənməklə və ya idarəçiliyə qəbul etməklə və ya rəsmi ərizə əsasında həyata keçirilmişdir. Məhkəmə cavabdehin miras əmlakı faktiki qəbul etdiyini göstərsə də, bu nəticəyə hansı sübutlar əsasında gəlməsi müəyyən deyil. Qanunvericiliyə əsasən isə, mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Mübahisəli əmlak 01 iyul 2019-cu il tarixd ə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, buna qədər isə tərəflər arasında həmin əmlakla bağlı vərəsəlik hüquqlarının müəyyən edilməsinə dair iddialar olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hazırkı kassasiya şikayətində istinad olunan dəlillərdə göstərilən və iddiaçının iddia ərizəsində olan dəlillərinə hüquqi qiymət verərək iş üzrə cavabdehin mirası hansı qaydada qəbul etməsini aydınlaşdırmalı və həmin əsaslardan çıxış edərək mirasın qəbulu haqqında şəhadətnamənin verilməsinin qanuniliyini yoxlamalıdır. Digər tərəfdən isə, apellyasiya instansiya məhkəməsi mübahisə predmeti olan əmlakın 01 iyul 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu tarixə istinadən mirasın qəbul edilməsini və payın müəyyən edilməsini həll edən notariat kontorunun vərəslərini n dairəsinin müəyyən edilməsi ilə bağlı hərəkətlər edib-etməməsini, yaranmış zərurət halında isə vərəsələrin mirası qəbul etmələrinin müəyyən olunması istiqamətində hansı hərəkətlərin edilməsini, hazırkı icraat daxilində onların iş cəlb edilməsinin mümkünlüyünü araşdırmamışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Elman Rəhimov) 10 sentyabr 2021-ci il tarixli, 2(105)2268/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olsa da, o, 2005-ci ilin aprel ayında ailə quraraq, həmin evdən gəlin köçmüşdür. Sonrdan isə mübahisəli evdə yaşaması ilə bağlı heç bir sübut yoxdur, miras əmlaka faktiki sahiblik etməsi və onu idarə etməsi müəyyən edilmir. Cavabdehin 2017-ci ildə mirası faktiki qəbul etmə müddətinin uzadılması, ona çatacaq payın müəyyən edilməsi və həmin payla bağlı vərəsəlik şəhadətnaməsinin verilməsinə dair iddia tələbi qeyd olunan əmlak vəfat etmiş şəxsin adına rəsmiləşdirilmədiyinə görə, məhkəmə tərəfindən rədd edilmiş, həmin əmlak 01.07.2019-cu il tarixdə miras qoyanın adına rəsmiləşdirilmiş və yalnız bundan sonra notariat kontoruna təqdim etdiyi ərizə əsasında 11.07.2019-cu il tarixdə cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata al ındığı tarixə (01.07.2019-cu il) istinadən qəbul edilməsini və payın müəyyən edilməsini həll edən notariat kontoru həmin vaxt vərəsələrin dairəsi və onların mirası qəbul etməmələrinin müəyyən olunması istiqamətində heç bir hərəkət etməmiş, hazırkı icraat daxilində isə onların işə cəlb edilməsi mümkün olmamışdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1151, 1159 və 1243-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və prosessual məsələlər Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh miras qoyanın nəvəsi kimi birinci növbə vərəsə lərdən biri olsa da, məhkəmə maddi normaların tələblərini pozmaqla onun vərəsəlik hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, apellyasiya məhkəməsi 2005-ci ildə ailə qurub köçdükdən sonra mübahisəli evdə yaşamasına dair sübutların olmadığına istinad etsə də, cavabdeh 28.08.1985-ci ildən birinci nikaha daxil olduğu vaxt da daxil olmaqla 2014-cü ilədək həmin ünvanda yaşamış və bu fakt işdə olan məhkəmə aktları, Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01.07.2021-ci il tarixli, 1814 saylı arayışı, eyni zamanda nikahının pozulmasına dair Quba Rayon Məhkəməsinin 21.09.2010-cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh anadan olduğu vaxtdan 2005-ci ilədək və 2006-cı ildən 2014-cü ilədək sözügedən ünvanda yaşamaqla mirası faktiki qəbul etmişdir. İlk müraciəti üzrə vərəsəlik hüququnun tanınmasından imtina edilərkən məhkəmələr tərəfindən əmlakın daşınmaz əmlakın dövlət reystrində miras qoyanın adına qeydiyyata alınmadığı əsas gətirilmiş, 01.07.2019-cu il tarixdə həmin məsələ həll olunaraq, əmlak nənəsinin adına qeydiyyata alınaraq miras kütləsinə daxil edilmiş və bundan sonra o, qanunla müəyyən edilmiş 3 aylıq müddət daxilində özünün vərəsəlik hüququnu tanıtdırmışdır. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil o lmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldı ğı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı y er üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin ax tarılması üçün tədbirlər görür. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sə nədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli dir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcbur idir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən prossesual hüquq normalarının tələbləri pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından da göründüyü kimi, tərəflər arasında miras ın qəbulu, mirasda payların müəyyən edilməsi, bunlardan çıxış edərək müvafiq olaraq mirasının qəbulu ilə bağlı verilmiş şəhadənamənin etibarsız hesab edilməsi ilə bağlı mübahisə vardır, iddiaçının hazırkı tələbi mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməyən cavabdehə əsassız olaraq mirasın qəbulu haqqında şəhadətnamə verilməsi ilə bağlıdır. İş üzrə qəbul edilmiş kassasiya qərarında apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia ərizəsində olan dəlillərinə hüquqi qiymət verərək iş üzrə cavabdehin mirası hansı qaydada qəbul etməsini aydınlaşdırmalı olduğu və həmin əsaslardan çıxış edərək mirasın qəbulu haqqında şəhadətnamənin verilməsinin qanuniliyini yoxlamalı olduğu barədə göstərişlər vermiş, həmçinin mirasın qəbul edilməsini və payın müəyyən edilməsini həll edən notariat k ontorunun vərəslərinin dairəsinin müəyyən edilməsi ilə bağlı hərəkətlər edib-etməməsini, yaranmış zərurət halında isə vərəsələrin mirası qəbul etmələrinin müəyyən olunması istiqamətində hansı hərəkətlərin edilməsini, hazırkı icraat daxilində onların iş cəlb edilməsinin mümkünlüyünü araşdırmadığını göstərmişdir. Təkrar işə baxan məhkəmə tərəfindən miras əmlakın digər vərəsələrinin də olduğu müəyyən edilsə də və onlardan X16, işə qoşulması barədə müraciət, X23 iə ona çatan payın Cavabdeh verilməsi barədə qətnamə qəbul ediməsinə etiraz etməməsi barədə notarial ərizə versə də, bu şəxslər və digər qalan vərəsələr apellyasiya məhkəməsi tərəfindən işə cəlb edilməmiş, onların cəlb edilməsinin mümkünsüzlüyü qətnamədə əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya instansiya məh kəməsinin sözügedən vərəsəlik şəhadətnaməsinin cavabdeh tərəfindən mirasın qəbul olunmaması əsası ilə etibarsız hesab edilməsi barədə gəldiyi qənaətlə razılaşmır və hesab edir ki, bu hissədə kassasiya məhkəməsinin göstərişlərinə tam əməl edilməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Məhkəmə kollegiyası, vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi q əbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı). Apellyasiya məhkəməsi cavabdeh tərəfindən mirasın faktiki qəbul edilməsinin müəyyən olunmaması barədə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olsa da, 2005-ci ilin aprel ayında ailə quraraq, həmin evdən gəlin köçmüşdür. Sonradan isə mübahisəli evdə yaşaması ilə bağlı heç bir sübut yoxdur, miras əmlaka faktiki sahiblik etməsi və onu idarə etməsi müəyyən edilmir. Göründüyü kimi, məhkəmə bu hissədə yalnız iddiaçı tərəfin izahatlarından çıxış etməklə, nəyə görə cavabdehin izahatlarını nəzərə almamasını əsaslandırmamışdır. Halbuki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barə də izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. İşdə olan digər sübutlar - cavabdehin izahatları, Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01.07.2021-ci il tarixli arayışı isə (İİ cild, səh 5) cavabdehin 2014-cü ilədək mübahisəli evdə yaşaması ilə bağlıdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, cavabdeh 28.08.1995-ci il tarixdən hal-hazıradək sözügedən ünvanda qeydiyyatdadır. Göründüyü kimi, cavabdeh et irazının əsas kimi istinad etdiyi halları təsdiq edəcək sübutlar təqdim etdiyi halda, iddiaçının izahatları hər hansı başqa obyektiv sübutlarla dəstəklənməmişdir. Apellyasiya məhkəməsi isə iddiaçının izahatlarını əsas götürməklə sübutlara onların mötəbərliyi baxımından düzgün hüquqi qiymət verməmişdir. Qeyd olunanlardan əlavə, mirasın faktiki qəbul edilməsinin üsullarından biri də miras əmlakın vərəsə tərəfindən faktiki idarə edilməsidir. Hazırkı işin halları baxımından cavabdehin mirası faktiki sahiblik yolu ilə qəbul etməsinin müəyyən olunmadığı halda belə, işdə digər üsulun (faktiki idarə) realizəsi ilə bağlı da tutarlı əsaslar vardır. Belə ki, işdən görünür ki, X3 cavabdehin anası olmaqla, mübahisəli evdə qeydiyyatda olmaqla gəlin köçdüyü vaxtdan hal-hazıradək orada yaşamaqla, evin sax lanılması üçün zəruri olan müxtəlif kommunal ödənişlər onun tərəfindən həyata keçirilir (İ cild, səh 247). Apellyasiya məhkəməsi bu faktın öz-özlüyündə cavabdehin anasını evə idarəçi təyin etməklə onun vasitəsilə mübahisəli əmlaka yiyələnməsinə dəlalət edən hal olub-olmamasına da hüquqi qiymət verməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehə miras əmlaka dair ½ hissədə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin bununla bağlı yetərli mötəbər sübutlar olmadığı halda onun tərəfindən mirasın qəbul edilməməsi əsası ilə etibarsız hesab olunması cavabdehin mübahisəli əmlak üzərində mövcud olan, müdafiəsinə və toxunulmazlığına konstitusion səviyyədə təminat verilən mülkiyyət (vərəsəlik) hüququnun qanunsuz və əsassız şəkildə pozulduğuna dəlalət edir. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun akt ı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Kollegiyanın qənaətinə görə, apellyasiya məhkəməsin in qətnaməsi bu tələblərə cavab vermədiyindən və tərəflər arasında mübahisəni tam həll etmədiyindən qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İş üzrə yeni qərar çıxarılması üçün isə əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe nəzərə alınmaqla, tərəflər arasında mirasın qəbulu, mirasda payların müəyyən edilməsi ilə bağlı mübahisənin həlli üçün işə təkrar apellyasiya baxışı zamanı mirasın açıldığı tarixə, yəni mərhumun ölüm tarixinə onun vərəsələrinin da irəsi, mirasın hansı vərəsələr tərəfindən rəsmi, yaxud faktiki qəbul olunub-olunmadığı, mirası qəbul etmiş vərəsələrin miras əmlakda paylarının həcmi müəyyən edilməli və bundan asılı olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin düzgün verilib-verilmədiyinə qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2268/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.