Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-866/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: enerji ilə təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixl i, 2(103)6366/2020 nömrəli qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları: ünvan 1 ünvanda yerləşən sahəsi 1355,4 kv.m. olan qeyri-yaşayış sahəsi paylı mülkiyyət hüququ əsasında X3 və X2 məxsusdur. X4 xx xxxxxxxx 2008-ci il tarixli etibarnamə ilə ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinin mülkiyyətində olan 948,78 kv.m. hissəsini İddiaçı istifadəsinə vermişdir. Həmin qeyri-yaşayış sahəsində xx xxxx 2015-ci il tarixdə İddiaçı adına cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən “xxx” tipli qaz sayğacı (kod: **********00000) quraşdırılmışdır. “Cavabdeh” İstehsalat Birliyinin xx xxxxx 2019-cu il tarixli, 008375 nömrəli “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktın surətinə əsasən ünvan 1 ünvanda yerləşən sahəsi 1355.4 kv.m. olan qeyri-yaşayış binasına 12.02 - 28.02 tarixləri üzrə 2055 kub metr qaz sərfiyyatı hesablanmışdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-3261/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur ki, “Cavabdeh” İstehsalat Birliyinin xx xxxxxx 2018-ci il tarixli istehlakçının qaz təsərrüfatının inventar və istehlakçının qaz təminatının dayandırılması haqqında aktlarına əsasən “xxx” tipli qaz sayğacına baxış keçirilmiş, sayğacın sərfiyyatı qeydə almaması, mexaniki və elektron göstəriciləri işlək vəziyyətində olmadığı müəyyən edilmişdir. Həmin aktlarına əsasən ünvan 1 ünvanda yerləşən sahəsi 1355.4 kv.m. olan qeyri-yaşayış binasında olan 10 ədəd kombinin 7 ədədinə plomb vurulmaqla qaz təminatı dayandırılmış, cəmi 3 ədədi işlək vəziyyətdə saxlanılmışdır. “Cavabdeh” İstehsalat Birliyinin xx xxxxxx 2019-cu il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktı ilə birliyinin xx xxxxxx 2018-ci il tarixli aktında qeyd edilmiş göstəricilər yenidən təsdiq edilmiş və 10 ədəd kombinin cəmi 3 ədədi işlək vəziyyətində saxlanılması göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixli “Abonent saldosu”ndan görünür ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış “xxx” tipli qaz sayğacının göstəriciləri üzrə qaz sərfiyyatına görə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən 2015-ci ilin fevral ayı üçün 323,70 manat, mart ayı üçün 350,20 manat, 2017-ci ilin noyabr ayı üçün 832 manat, dekabr ayı üçün 1032,20 manat və 2019-cu ilin aprel ayı üçün isə 411 manat olmaqla, cəmi 2949,10 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 2015-ci ilin fevral ayı üçün 323,70 manat, mart ayı üçün 350,20 manat, 2017-ci ilin noyabr ayı üçün 832 manat, dekabr ayı üçün 1032,20 manat və 2019-cu ilin aprel ayı üçün isə 411 manat olmaqla, cəmi 2949,10 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsas landırılmışdır ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi iddiaçının istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən sayğac quraşdırılmış, daim normal vəziyyətdə işləmiş və ödənişlər sərfiyyata uyğun vaxtında ödənilmişdir. xx xxxxxx 2018-ci ildə Bakı RQSD-nin əməkdaşları tərəfindən binada olan 10 ədəd kombinin 7-ni plomblanaraq, yalnız 3 ədədini işlək vəziyyətdə saxlamışlar. Lakin 2019-cu ilin yanvar ayında 7 ədəd kombi plomblanmış vəziyyətdə olduğu halda məlum olmayan səbəblərdən 4735 kub metr sərf yazılaraq 947 manat məbləğində bildiriş verilmişdir. Halbuki eyni vəziyyətdə 2018-ci ilin dekabr ayında cəmi 61,80 manat sərfiyyat olunmuşdur. Bu barədə dəfələrlə cavabdehə müraciət olunmuş, lakin cavabdehin əməkdaşlarının səhlənkarlığı nəticəsində ayrı-ayrılıqda cəmi 9205 kub metr sərfıyyat, yəni 1841 manat əsassız olaraq borc yazmışlar. Həmin borc Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-3261/2019 nömrəli qətnaməsi ilə silinmişdir. Daha sonra cavabdehin əməkdaşlarının saxtakarlığı və qanunsuz əməli nəticəsində qeyriyaşayış sahəsində qaz xətti sistemində heç bir dəyişiklik olmadan məhkəmə gedişatı dövründə və əvvəlki illərdə də imzası və iştirakı olmadan, heç bir araşdırma aparılmadan akt tərtib edilmiş, əsassız olaraq qaz sayğacının işləmədiyi dövrə görə 2015-ci ilin fevral ayı üçün 323,70 manat, mart ayı üçün 350,20 manat, 2017-ci ilin noyabr ayı üçün 832 manat, dekabr ayı üçün 1032,20 manat və 2019-cu ilin aprel ayı üçün 411 manat olmaqla, cəmi 2949,10 manat borc yazılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)2222/2020 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia təmin edilərək, İddiaçı istifadəsində olan ünvan 1 ünvan üzrə qeyri-yaşayış sahəsinə cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən (istehlakçının hesab kodu: **********00000; sayğacın tipi: xxx) əsassız hesablanmış 2949,10 manat borcun silinməsi və cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, sayğacda heç bir problem olmadığı üçün iddiaçı qazdan istifadə edərək, vaxtı-vaxtında ödənişlərini icra etmişdir. Lakin cavabdeh “Cavabdeh” İstehsalat Birliyi əsassız olaraq iddiaçıya istifadə etmədiyi 2015-ci ilin fevral ayı üçün 323,70 manat, mart ayı üçün 350,20 manat, 2017-ci ilin noyabr ayı üçün 832 manat, dekabr ayı üçün 1032,20 manat və 2019-cu ilin aprel ayı üçün isə 411 manat olmaqla, cəmi 2949,10 manat borc hesablamışdır. Bu borcun qanuni əsaslarla yazılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər yazılı sübut təqdim edilməmiş, həmçinin abunə hesabında borcun yazılmasına əsas olan sənəd göstərilməmişdir. Odur ki, iddiaçının abonent hesabına 2949,10 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-2222/2020 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6366/2020 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-2222/2020 nömrəli qətnaməsi cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Biri nci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iddiaçının adına VÖEN-nin olması, bununla da iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan tərəflər arasında mübahisənin Kommersiya Məhkəməsinə aid olmasına dair apelyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı onun və arvadının heç vaxtı VÖEN-i olmadığını bildirmiş, cavabdeh apelyasiya şikayətində qeyd etdiyi ilə bağlı sübut təqdim etməmiş, Elektron axtarış qaydasında Azərbaycan Respublikası Vergi orqanlarında iddiaçının adına VÖEN müəyyən olunmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi kasasiya şikayəti verərək, Bakı Apelyasiya Mə hkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6366/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx xxxx 2013-cü il tarixli icarə müqaviləsi əsasında “xxxx” MMC-nin istifadəsindədir və orada stomatoloji klinika sahibkarlıq fəaliyyəti göstərir. Həmin qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə “xxxx” MMC ilə müqavilə bağ lanmışdır. Qeyri-yaşayış sahəsinə “Cavabdeh” İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və AGİS-də (X1 Sistemində) kommersiya məqsədli istifadə üçün qeydiyyata alınmışdır. “xxx” tipli qaz sayğacı xx xxxx 2015-ci il tarixində istehlakçı “xxxx” MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmışdır. “Cavabdeh” İB tərəfindən ümumilikdə hesablanmış 2949,10 manat məbləğində borc istehlakçı MMC-nin adına qeydiyyata alınmış abonent hesabına aparılmışdır. Belə olan halda, müvafiq abonent koduna hesablanmış borcun mübahisələndirilməsi üzrə tərəflər “xxxx” MMC və “Cavabdeh” İB olmaqla, mübahisəyə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən kommersiya məhkəməsi baxmalıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kasasiya şikayətinə etiraz təqdim e dərək göstərmişdir ki, iddia ərizəsində silinməsi tələb olunan borc 2015-2019-cu illərdə hesablanmış borclardır ki, həmin dövrdə abonent kodu iddiaçının adına olmuşdur. Hesablanmış 2949,10 manat borc “xxxx” MMC- nin adına deyil, iddiaçının adına olan koda hesablanmış və bu barədə saldo təqdim olunmuşdur. İddiaçının isə sahibkarlıq fəaliyyəti yoxdur. Göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cava bdeh İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının proses sual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kasasiya baxışının predmetini kasasiya şikayətinin dəlillərinə uyğun olaraq apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyi q və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fi ziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidi r. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran h alların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu ak tı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsin ə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, işin faktiki hallarını araşdıran məhkəmələr əsaslı olaraq hazırki mübahisə üzrə sübutetmə və zifəsini Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə əsasən cavabdeh təşkilatın üzərinə qoymuş və sonuncunun tələb etdiyi borca dair sübutların təqdim edilmədiyini əsas götürməklə yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun borcun silinməsi barədə qətnamə qəbul etmişlər. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyinin Bakı X8 Departamentinin əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx xxxxx 2019-cu il tarixli, 008375 nömrəli aktda və iddiaçının təqdim etdiyi “Abonent saldosu”nda **********00000 nömrəli abunəçinin fiziki şəxs İddiaçı olması göstərilmişdir. Odur ki, həmin sənədlərə əsasən borcun ödənilməsi iddiaçının üzər inə qoyulduğu üçün onun hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ olmuşdur. Qeyd olunmalıdır ki, mübahisələndirilən aktlar tərtib edildikdən sonrakı dövrdə (xx xxxxxx 2020-ci il tarixdə) qeyri-yaşayış sahəsi üzrə cavabdeh təşkilatla “xxxx” MMC arasında qazın alqı-satqı müqaviləsinin bağlanması və abunə nömrəsinin həmin Cəmiyyətin adına keçirməsi əvvəlki aktların da hüquqi şəxs barəsində tərtib edilməsi anlamına gəlmir. Odur ki, hazırki məhkəmə mübahisəsi məhz istehlakçı olan fiziki şəxs və qaz tədarükçüsü olan cavabdeh təşkilat arasında yarandığından, iddiaçının isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair hər hansı sübut məhkəmələrə təqdim edilmədiyindən işin kommersiya məhkəməsinə aid olmasına dair kasasiya şikayətinin dəlili əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6366/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-866/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-866/2021
26.01.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver