Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-87/2023 16.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (XXX2 və XXX3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edildikləri) iş üzrə QƏRARİ iş № 2(102)-87/23 Açar sözlər: təmsil, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, səlahiyyətsiz şəxsin əşyaya dair sərəncam verməsi, əqdin etibarsızlığı Bakı şəhəri, 16 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 2(103)-3860/2022 nömrəli iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı ilə Cavabdeh1 rəsmi nikaha daxil olmasalar da, faktiki ər-arvad münasibətlərində olmuş, 1988-ci ildən başlayaraq 30 ildən çox ailə kimi yaşayaraq birgə təsərrüfat aparmışlar.
3. Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili (bundan sonra mətndə mənzil) 1997-ci ildən iddiaçının mülkiyyətində olmuşdur.
4. İddiaçı xx.xx.2006-cı il tarixli verdiyi etibarnamə ilə (bundan sonra mətndə etibarnamə) Cavabdeh1 onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, o cümlədən satmağı, bağışlamağı və digər hərəkətləri etməyi etibar etmişdir.
5. Cavabdeh1 həmin etibarnamə əsasında iddiaçının adından hərəkət edərək mənzili xx.xx.2007-ci ildə digər cavabdeh olan oğlu Cavabdeh2 satmış, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq (XXX2 və XXX3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilməklə), İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı Notariat Kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsi və həmin alğı-s atqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03-05101093005 reyestr nömrəli çıxarışın (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili üzərində İddiaçı adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213 qeydəalma № 30/131213, xx.xx.2007-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki,1988-ci ildə Cavabdeh1 ilə nikaha girmişdir. Belə ki, Cavabdeh1 həmin vaxt Abşeron rayon Polis İdarəsinin pasport-stol rəisi idi, rütbəsi də polis mayoru idi. Həmin vaxt o, nikahın bağlanılması barədə şəhadətnaməni ailəsinə göstərmiş, ailəsi də bu evlənməyə razılıq vermişdi. Həmin nikah kağızı da bir neçə gün onda qalmışdı. Beləliklə o, 1988-ci ildə ünvan 1 ünvanında yerləşən mənzilə köçmüş və orada ər-arvad kimi yaşamağa başlamışlar. Şahin Məmədovun 3 uşağı olmuşdur, onlar çox mehriban yaşamışlar və heç bir pis münasibət olmamışdır. 1997-ildə iddiaçının atası X2 elə həmin Teymur Elçin küçəsində yaşadıqları 6 saylı evin 43 saylı mənzili ilə üzbəüz yerləşən 1 otaqlı 42 saylı mənzilini onun adına alğı-satqı yolu ilə bir rus qadından almış və onun adına mülkiyyət sənədi verilmişdir. Həmin mənzilə qeydiyyata düşmüşdür, hazırda da orada yaşayış yeri üzrə qeydiyyatdadır. 1997-ci ildə razılığa gəlmişlər ki, ona məxsus Teymur Elçin küçəsində yerləşən 6 saylı evin 42 saylı bir otaqlı mənzilini kirayəyə versinlər. Ona görə də Cavabdeh1 ona tə klif etmişdir ki, bu işləri görmək üçün ona etibarnamə versin. O, Cavabdeh1 etibarnamə vermiş, həmin etibarnamə əsasında Cavabdeh1 42 saylı 1 otaqlı mənzili Filippin vətəndaşına 10 il müddətinə kirayəyə vermişdir. Kirayə haqqını ya özü, ya da oğlu Musa götürürdü. Hazırda da bu mənzil başqa bir qadına kirayəyə verilmişdir. Cavabdeh1 oğlu Cavabdeh2 evləndikdən sonra qərara gəlmişlər ki, Teymur Elçin küçəsində yaşadıqları 6 saylı evin 43 nömrəli mənzlini Musaya versinlər, özləri isə Buzovna qəsəbəsində C.Mirzəyev küçəsi 20 saylı ünvanda yerləşən cavabdehin atasına məxsus fərdi yaşayış evinə köçsünlər. O, Cavabdeh1 Teymur Elçin küçəsində yerləşən ona məxsus 6 saylı evin 42 saylı mənzilinin mülkiyyət sənədini və nikah kağızını istəmiş, sonuncu müxtəlif bəhanələrlə onu verməkddən yayınmışdır. Mə nzillə bağlı bütün sənədlər həmişə Cavabdeh1 olmuşdur. Bundan sonra o, Səbail rayon Qeydiyyat şöbəsinə nikahla bağlı müraciət etmiş, bu zaman məlum olmuşdur ki, xx.xx.1987-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində onun nikah haqqında akt qeydi aşkar edilməmişdir. Arxivə müraciət etmiş və məlum olmuşdur ki, Cavabdeh1 ona verdiyi etibarnamədən istifadə etməklə, 24 may 2007-ci ildə ona məxsus olan Bakı şəhəri Teymur Elçin küçəsi 6 saylı evin 42 saylı mənzilini oğlu Cavabdeh2 25.890 (iyirmi beş min səkkiz yüz doxsan) manata satmış, həmin vaxtdan da mənzil onun mülkiyyətinə keçmişdir. Əgər həqiqətən bu mənzil 25.890 manata “satılmışsa”, həmin vəsaiti Cavabdeh1 mənimsəməyə haqqı yoxdur, həmin vəsaiti ona verməyə borclu idi. Lakin belə bir alğı-satqı müqaviləsinin bağlanılması onu təsdiq edir ki, Cavabdeh1 məqsədi adı çəkilən mənzili onun mülkiyyətindən çıxarmaq və qanunsuz yolla oğlu Cavabdeh2 mülkiyyətinə keçirmək olmuşdur. Əslində həmin vaxt bu mənzlin dəyəri təxminən 70-80 min manat olmuşdur. 28 avqust 2006-cı il tarixli etibarnaməni Cavabdeh1 mülkiyyətində olan mənzili onun adından kirayəyə vermək məqsədi ilə verməsinə baxmayaraq, o, bu etibarnamədən istifadə etməklə, gizli olaraq, yəni aldatma yolu ilə mənzili oğlunun adına rəsmiləşdirmişdir. Qeyd olunan sənədləri son 3 ayda toplamışdır. Təxminən bir il əvvəl ünvan 2 ünvanda yaşayan zaman, Cavabdeh1 kiçik oğlu Mürsəl Məmmədov xırda bir münaqişə səbəbindən onu həmin evdən məcburi çıxarmışdır. Bir ilə yaxındır ki, müxtəlif qohumların evində qonaq kimi yaşamağa məcbur olmuşdur.
8. Cavabdehlər birinci instansiya məhkəməs inin iclasında iddiaya etiraz edərək bildirmişlər ki, iddiaçı nikahın qeyri-rəsmi olması və Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi ev 6, 42 saylı mənzilin cavabdeh tərəfindən alınması və sonra oğluna satılması barədə vaxtında kifayət qədər məlumatı olmuşdur. Həmin mənzil cavabdehin puluna alınmış, sadəcə həmin dövrdə cavabdehin “artıq” mənzilin mövcudluğu işlədiyi yerdə çətinliyə səbəb ola biləcəyi ehtimalına görə, mübahisələndirilən mənzil (əlbəttə, aralarında etibarlılıq olduğuna görə) əvvəl iddiaçının atasının, sonra isə iddiaçının adına köçürülmüşdür. Bunları iddiaçı yaxşı bilirdi və buna görə də müvafiq etibarnaməni, necəki daha bir uzun müddətli etibarnaməni cavabdehə vermişdir. Bundan başqa, nikahları formal cəhətdən qeydiyyatsız olsa da, necə ola bilər ki, 32 il birgə ailə müna sibətində yaşayan, iddia ərizəsində qeyd etdiyi kimi, bütün xeyir-şər işlərində fəal iştirak edən iddiaçının adına alınmış və qeydiyyatda olduğu mənzilin aqibəti barədə - nəzərə alınsa ki, özü bildirdiyi kimi, heç kirayə haqqı ona çatmadığı halda – onun heç bir məlumatı olmasın? Bunun əyani sübutu kimi, cavabdeh tərəfi məhkəməyə müvafiq şahidləri təqdim edə bilər. Bundan başqa, həmin etibarnamə notariat orqanında cavabdehə verilərkən, qanunun bütün müddəaları və nəticələri iddiaçıya çatdırılmışdır və buna görə o, xüsusi qaydada imzalanmışdır. Burada, qanunun tələblərinə tam şəkildə uyğun olaraq tərəflərin hərəkətləri həyata keçirilmişdir.
9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 03 mart 2022-ci il tarixli, 2(009)-187/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilə rək, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007ci il tarixli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03-05101-093005 reyestr nömrəli çıxarışın (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili üzərində İddiaçı adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213 qeydəalma № 30/131213, xx.xx.2007-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa olunması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavadehlərdən tutularaq İddiaçı verilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandı rmışdır ki, alğı-satqı müqaviləsi iddiaçının iradəsinə və mənafeyinə xidmət etməmişdir. Belə ki, həqiqətən Cavabdeh1 iddiaçının ona verdiyi 28 avqust 2006-cı il tarixli etibarnamədən istifadə etməklə 24 may 2007-ci ildə iddiaçıya məxsus olan Bakı şəhəri, Teymur Elçin kçəsi 6 saylı evin 42 saylı mənzilini oğlu Cavabdeh2 25.890 (iyirmi beş min səkkiz yüz doxsan) manata satmışsa, həmin vəsaiti iddiaçıya verilməli idi. Bu isə iş materialları ilə sübut olunmur.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, alğı-satqı müqaviləsində nəzərdə tutulmuş alğı-satqı predmetinin qiymətindən də görünür ki, müqavilə formal olaraq bağlanılmış, o cümlədən razılaşdırılmış məbləğ mülkiyyətçiyə ödənilməmişdir.Mübahisəli müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyə tlərinin vahidliyi və həqiqiliyi mövcud deyildir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 339.2, 339.3, 340.1, 354.1, 359.1, 360.1, 404-cü maddələrinə, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 106.1, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, öz iddia tələbləri ilə məhkəməyə müraciət edərkən, 15 il qabaq baş vermiş alğı-satqı müqaviləsi üzrə satış məbləği olan 25.890 manat pulu istəməsi barədə tələb qoymamış, hətta məhkəmə prosesi zamanı bu məsələyə heç bir istinad etməmiş, iddiaçıya həmin pulun tam, yaxud hər-hansı h issəsinin (razılaşma əsasında) verilib-verilməməsi barədə cavabdeh tərəfindən heç soruşulmamışdır. İddiaçı yalnız alğı-satğı müqaviləsinin etibarsız hesab edilməsi ilə mübahisələndirilən mənzilin öz adına olduğu qeyd yazıların bərpa edilməsini istəmişdir. Halbuki, əgər cavabdeh tərəfindən bu barədə soruşulsaydı, onda məhkəməyə iddiaçının adına xüsusi Respublika bankın kartının açılması ilə, 2020-ci ilin yanvar ayından başlayaraq hər ay 200 manat məbləğində pullar köçürülmüşdür və bu barədə əlavə sübutlar təqdim oluna bilərdi. Bütün bunlara baxmayaraq, mübahisənin xoşməramlı nəticə ilə bitməsini özünə zidd bilməyərək, iddiaçı ilə barışıq əldə etmək üçün, cavabdeh tərəfi iddiaçıya hətta rəsmən həmin pulun verilməsini təklif etmiş, lakin sonuncu buna razılaşmamışdır.
15. Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının (hakimlər: Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) 09 iyun 2022ci il tarixli, 2(103)- 3860/2022 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən ləğv edilmiş və mülki iş üzrə icraata iddia tələbinin “dövlət reyestrindən verilmiş çıxarışın (qeydiyyat vəsiqəsinin) etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa edilməsinin təmin edilməsi hissəsində “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” əsası ilə xitam verilmiş, İddiaçı aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) 09 iyu n 2022ci il tarixli, 2(103)-3860/2022 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)187/2022 saylı qətnaməsi qismən, iddia tələbinin İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı Notariat Kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, qətnamənin “dövlət reyestrindən verilmiş çıxarışın (qeydiyyat vəsiqəsinin) etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa edilməsi” nin təmin edilməsi hissələrində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməsinin nəzərə alınması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixli etibarnamənin məzmunundan görünür ki, həmin etibarnamədə iddiaçı Cavabdeh1 bütün əmlakları ilə bağlı, əmlakların satılması və bağışlanması da daxil olmaqla istənilən hərəkətlərin edilməsini etibar etmişdir. Bu səbəbdən, iddiaçının həmin etibarnaməni yalnız mübahisəli mənzili kirayəyə vermək üçün verdiyinə dair dəlilini apellyasiya instansiyası məhkəməsi əsaslı hesab etməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı həmin mənzilin əcnəbilərə kirayəyə verilməsi, bununla bağlı müqavilələrin olmasına dair də məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 30 ildən artıq müddətdə faktiki nikah münasibətlərində olmaqla bir ünvanda yaşamış, birgə təsərrüfat aparmışlar. Bu səbəbdən mübahisəli mənzilin özgəninkiləşdirilməsindən sonra keçən 15 il müddət ərzində iddiaçının bu faktdan xəbərsiz olması, mənzilə dair sənədlərin cavabdehdə olması və eyni ünvanda yaşadıqları halda, həmin sənədləri ondan gizlin saxlaması ilə bağlı dəlillərini kollegiya əsaslı və inandırıcı hesab etməmişdir. İddiaçı mənzilin özgəninkiləşdirilməsini yalnız cavabdehlərlə faktiki ailə münasibətləri zəminində münaqişələri başladıqdan sonra mübahisələndirmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Şükufə Allahverdiyeva faktiki ər-arvad münasibətində olduğu Cavabdeh1 özünə məxsus olan əmlakların üzərində sərəncam verilməsini, o cümlədən onların özgəninkiləşdirilməsini nəzərdə tutan etibarnamə verərkən, həmin əmlakların ca vabdeh tərəfindən özgəninkiləşdirilməsi imkanı barədə məlumatlı olmuş və bunu şüurlu surətdə qəbul etmiş, bununla da, həmin əmlaklarla bağlı iradəsini etibarnamədə əks olunan şəkildə ifadə etmişdir. Ona görə də, Cavabdeh1 sonradan həmin etibarnamə əsasında iddiaçını təmsil etməklə mübahisəli mənzili digər Cavabdeh2 satmasının iddiaçının iradə ifadəsi əsasında həyata keçirilmədiyi barədə dəlilini kollegiya əsaslı hesab etməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı öz iddiasının əsasını təşkil edən halları (bu əqdin bağlanmasından uzun müddət xəbərsiz olması, həmin əqdin onun iradə ifadəsinə zidd olaraq bağlanması, etibarnaməni cavabdehə mənzili kirayəyə vermək məqsədi ilə zəruri hərəkətlərin aparılması üçün verməsi və s.) sübuta yetirə bilməmişdir. Ka ssasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iş yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 359.1, 339.2-ci maddələrinin tələblərinin pozulduğu qənaətinə gəlmiş, lakin Bakı Apellyasiya Məhkəməsi bilərəkdən işin bu hallarını gizlətmiş, onlara heç bir hüquqi qiymət verməmişdir. Cavabdehin Bakı Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, onlar aidyyatla bağlı hər hansı mübahisə açmayıblar. Lakin buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi özü birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsini ləğv et mək məqsədi ilə və “qaninilik”görüntüsü yaratmaqla iş üzrə adı çəkilən qanunsuz və əsassız bir qərardad qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi İddiaçı qəsdən belə çətin vəziyyətə salmaq istəmişdir ki, iddiaçı Reyestr Xidmətinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbi barədə işi çətin iş olacaqdır. Çünki, onun əsası olan alğı-satqı müqaviləsini əvvəlcə etibarsız hesab etdirmək zərurəti yaranacaqdır. Beləliklə, iddiaçı alğı-satqı müqaviləsinin etibarsızlığını sübut etdirib məhkəmə qətnaməsi əldə etmədiyi halda inzibati məhkəmədə də iddia qaldıra bilməyəcəkdir. Bakı Apellyasiya Məhkəməsi bu yolla cavabdehə “xidmət” etmək yolunu tutmuş və iddiaçının əlindən aldanılmaqla alınmış yeganə evinə-əmlakına sahib durma imkanından bilərəkdən məhrum etmək yolunu tutmuşdur. Bundan əlavə cavabd ehlər özləri bu alğı-satqı müqaviləsindən iddiaçının məlumatlı olmasını demirlər və ya yazmırlar, amma məhkəmə onların əvəzində bunları deyir və qətnamədə yazır. Bundan əlavə Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə iddia müddətinin tətbiqi barədə ərizəni tərəf verə bilər, tərəf də belə ərizə verməmişdir. Amma Bakı Apellyasiya Məhkəməsi cavabdehlərin əvəzinə iddia müddətini qabartmağa haqqı çatmadığı halda, bunları qətnamədə yazmışdır. Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinin normalarını pozmuş, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasına və belə düzgün qaydada baxılmasına baxmayaraq, əsassız olaraq, İPM-nin 2.1 və 2.2.-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsini ləğv etmiş və tərəfə inzibati məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bakı Apellyasiya Məhkəməsi bu mübahisəni həll edən zaman yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını pozmuş, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmış qətnamə çıxarmamışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməyərək rədd olunması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X4 X3
25. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsa sında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
28. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
31. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
32. Maddə 358.1. Səl ahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
33. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
34. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
35. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
36. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
37. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
38. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbu l edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
42. Maddə 217.3. Qət namə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Ka ssasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. İddiaçı bildirir ki, cavabdeh ona məxsus olan mübahisəli mənzili bütün əmlakının idarə olunması barədə verdiyi ümumi etibarnamədən istifadə etməklə, iradəsinə zidd bir şəkildə alqı-satqı müqaviləsi ilə oğlu Cavabdeh2 adına keçirmiş və bununla da onun əşya üzərindəki mülkiyyət hüququnu qanunsuz şəkildə mənimsəmişdir. Etibarnaməni mənzilin satılması məqsədilə deyil, kirayəyə verilməsi üçün lazım olan idarəçilik işlərinin görülməsindən ötrü vermişdir (§ 7).
48. Cavabdeh tərəf isə bildirir ki, mübahisəli mənzil əslində Cavabdeh1 tərəfindən alınmış, lakin iddiaçının adına rəsmiləşdirilmişdir. Sözügedən etibarnamə notariat orqanında cavabdehə verilərkən, qanunun bütün müddəaları və nəticələri iddiaçıya çatdırılmış və o, sənədi imzalanmışdır. Cavabdehlər tərəfindən bütün hərəkətlər qanunun tələblərinə uyğun şəkildə həyata keçirilmişdir (§ 8).
49. Göründüyü kimi, iddiaçı, tələbinin əsası kimi mənzilin özgənink iləşdirilməsinə dair Cavabdeh1 təmsil səlahiyyəti verməməsinə, sonuncunun ümumi etibarnamədən istifadə etməklə mənzili onun mülkiyyətindən çıxararaq qanunsuz yolla oğlu Cavabdeh2 mülkiyyətinə keçirməsinə istinad edirək alqı-satqı müqaviləsinin etibarsız sayılmasını tələb edir.
50. Məlum olduğu kimi, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (§ 29).
51. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdi r. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
52. Başqasının əşyasına sərəncam verilərkən mülkiyyətçinin buna razılığının olması, habelə təmsilçinin əqdin qarşı tərəfi ilə pis niyyətlə razılığa gəlməməsi belə şərtlərdəndir. Ona görə də həmin şərtlərin pozulması nəticəsində bağlanmış əqdin etibarsızlığı qanunda nəzərdə tutulmuşdur.
53. Mülki Məcəllənin 339.1 və 358-ci maddələrinə əsasən, bir tərəfin nümayəndə sinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır (§ 31, 32).
54. Bu qaydaların məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən səlahiyyəti olmadan, yaxud verilmiş səlahiyyəti aşaraq, habelə qarşı tərəflə razılığa gələrək öz xeyrinə müqavilə bağladıqda təmsil olunanın deyil, təmsilçinin mənafeyi qanuna zidd şəkildə təmin edilmiş olur. Belə olan halda isə təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür.
55. Halbuki, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirməsi, bunun hüquqi nəti cələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməsidir. Təmsilçi, təmsil etdiyi şəxsin adından onun mənafeyi üçün hərəkət etməlidir.
56. Odur ki, təmsil olunanın adından bağlanmış əqdin etibarsızlığına dair işə baxılarkən təmsilçinin müvafiq müqavilənin bağlanmasına dair lazımi səlahiyyətlərə malik olubolmaması, əgər bu barədə etibarnamə varsa, oradakı səlahiyyətlər verilərkən təmsil olunanın niyyəti, bu niyyətin mübahisəli əmlakın özgəninkiləşdirilməsini əhatə edibetmədiyi (zəruri olduqda etibarnamədəki iradə bəyanı təfsir edilməklə), etibarnamədən təmsil olunanın, yoxsa təmsilçinin özünün mənafeyinə istifadə olunması, əqd bağlanarkən təmsilçinin əqdin qarşı tərəfi ilə pis niyyətlə razılığa gəlib-gəlməməsi tam və hərtərəfli yoxlanılmalı, nəticəsindən asılı olaraq mübahisə həll edilmə lidir.
57. Kollegiya qeyd edir ki, bir şəxsin bütün əmlakının idarə olunması və ona hər cür sərəncam verilməsi haqqında səlahiyyətləri nəzərdə tutan (ümumi) etibarnamənin mövcudluğu yuxarıda qeyd olunan halların araşdırılmasını istisna etmir. Əks mövqe məsələyə formal yanaşılmasına, nəticə etibarilə təmsil olunanın haqlı mənafelərinin məhkəmədə təmin olunmamasına gətirib çıxara bilər. Odur ki, təmsil səlahiyyətinin yoxluğuna və ya bundan pis niyyətlə istifadə edilməsinə görə əqdin etibarsızlığı barədə məsələ hər bir işin konkret hallarından asılı olaraq həll edilməlidir.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da anoloji mübahisəyə dair Q.İbadovun şikayəti üzrə 7 mart 2016-cı il tarixli qərarında vurğulamışdır ki, “İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təms il edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”.
59. Baxılan işdə isə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar, o cümlədən sözügedən etibarnamənin iddiaçı tərəfindən hansı məqsədlə verilməsi, iddiaçının ümumiyyətlə mübahisəli mənzili satmaq istiqamətində iradəsinin olub-olmaması (məsələn, mənzil satıldığı dövrdə və ya bundan sonra iddiaçının buna dair razılığını açıq və ya qapalı şəkild ə bildirməsi, yaxud müqaviləni bəyəndiyini göstərən hərəkətlər etməsi), mənzilin satılmasından umulan faydanın nədən ibarət olması, ona çatılıb-çatılmaması (satış pulu ilə başqa əmlak alınması və ya digər real ehtiyacın qarşılanması və s.), bu istiqamətdə tərəflərin etdiyi hərəkətlər (məsələn, satış pulunun iddiaçıya verilibverilməməsi və s.), tərtəflərin faktiki ailə kimi yaşadıqları dövrdə mənzilin mülkiyyətinin əvəzli əqdlə (alqı-satqı müqaviləsi ilə) Cavabdeh2 keçirilməsinin səbəbi, bu rəsmiləşdirmənin iddiaçının arzu etdiyi hüquqi nəticə olduğu, yoxsa cavabdehlərin öz aralarında razılığa gəlməklə mənzilin iddiaçının mülkiyyətindən çıxarılması məqsədini daşıması, bu baxımdan satış tarixində mənzilin bazar dəyəri ilə müqavilədəki dəyərinin uyğun olub-olmaması, onun üçüncü bir şəxsə özgə ninkiləşdirilməməsinin səbəbləri və s. konkret hallar çəkişmə prinsipinə riayət edilməklə tam və hərtərəfli araşdırılmamış, işdəki sübutlar əlaqəli şəkildə təhlil edilməmiş, tərəflərin dəlillərinə lazımi hüquqi qiymət verilməmişdir.
60. Halbuki, prosessual qanunvericilyə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir (§ 39, 42-43).
61. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X4 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 25-26).
62. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
63. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarınd a vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
64. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
65. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qə bul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir.
66. Göstərilənlərə əsasən, MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3860/2022 nömrəli iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.