Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-871/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsi, əqdin etibarsızlığı, əhəmiyyətsiz əqdlər (yalan əqd (əqdin subyektlərinə görə)), əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqinə dair iddialar üzrə iddia müddəti. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabd eh2 qarşı daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5883/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 16 aprel 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərəflər bacı-qardaş olmaqla, Məmmədov Oruc Vəli oğlu onların atası (bundan sonra – ata), X6 isə analarıdır (bundan sonra – ana).
2. Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 54, 14 saylı mənzil (bundan sonra - mübahisəli ev) tərəflərin atasına məxsus olmuşdur. 3. 15 mart 2011-ci ildə ata ölmüşdür. 4. 30 noyabr 2011-ci ildə mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində ananın adına qeydə alınmışdır. 5. 8 iyun 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri ilə ana sözügedən evi hazırki iş üzrə cavabdehlər olan uşaqlarına bağışlamışdır. 6. 30 iyun 2017-ci ildə Cavabdeh1 adına mübahisəli evə tam hissədə mülkiyyət hüququ rəsmiləşdirilmişdir. 7. 6 aprel 2021-ci ildə ana ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evə və qaraja dair 3 ədəd bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. İddiaçılar tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırmışdır ki, qardaşları Cava bdeh1 atalarının vəfatından təxminən iki il sonra qeyri-qanuni yolla (saxta etibarnamə ilə) mübahisəli evi analarının adına keçirmişdir. Ananın vəfatından sonra məlum olmuşdur ki, Məhərrəm yenidən qanun pozuntusuna yol verərək ata mülkünü ələ keçirmək məqsədi ilə iddiaçılardan xəbərsiz onu tam olaraq öz adına rəsmiləşdirmişdir. Ataları öldükdən sonra ana keçirdiyi stresslərdən və yaşının çox olmasından onda əmələ gələn yaddaş zəifliyindən sui-istifadə edən Məhərrəm ata mülkünə tək sahiblənmişdir. 1994-cü ildə evin yerləşdiyi binanın 1-ci mərtəbəsinin sakinləri binanın baş tərəfində əlavə otaqlar tikmişlər. İddiaçı2 da öz vəsaiti hesabına Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdıraraq 2-ci mərtəbədə 2 ədəd böyük otaq, hamam və ayrıca sanitar qovşaq inşa etdirərək valideynlərin istifadəsinə vermişdir. 1996-cı ildə valideynlərin yaşadığı mərtəbədə yaşayan Valentina adlı qadın yaşadığı bir otağı satarkən həmin otağın alınması üçün 6000 ABŞ dolları ödəmiş və sonradan Bakı şəhər İcra Hakimiyyətində və DƏDRX-də qeydiyyata aldırmaqla valideynlərinin istifadəsinə vermişdir. İddiaçılar da ata mülkünə tam iddialı deyildir. Onlar mülkün bütün vərəsələr arasında bərabər payda bölünməsinin tərəfdarıdırlar. Ədalət naminə, İddiaçı2 öz vəsaiti hesabına tikilən 2-ci mərtəbədəki 2 ədəd böyük otaq, hamam və sanitar qovşağı və Valentinadan alınan otaq onun payına verilməlidir. Mənzilin qalan hissəsi və qaraj bütün vərəsələr arasında hər bir vərəsənin payına uyğun bərabər bölünməlidir.
10. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir.
11. X2, X7, X9, X10 və X3 məhkəmə iclaslarında eyni məzmunlu ifadələr verərək göstərmişdir ki, tərəflərin ataları öldükdən sonra mərhum analarının sağlamlığı, ələxsus yaddaşı ilə bağlı problemləri yaranmış, ailə üzvlərini tanımamış, bu səbəbdən müalicə də almışdır.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyin (bundan sonra – ekspert rəyi) yekun hissəsində aşağıdakılar qeyd olunmuşdur: “Mülki iş materiallarında olan ifadələrə X4 xx.xx.2017-ci il tarixli video görüntülərə əsasən belə qənaətə gəlmək olar ki, X1 “damar mənşəli demensiya psixotik daxilolmalarla (f01)” qeyd olunmuşdur. Həmin pozuntular 2012-ci ildən sonra inkişaf etməyə başlamış və tədricən proqressivləşərək ömrünü n sonunadək davam etmişdir. X6 xx.xx.2017-ci il tarixdə bağışlama müqavilələrini imzalayarkən onda qeyd olunan psixi pozuntular nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək, hərəkətlərini idarə etmək, yaranmış şəraitin mahiyyətini anlamaq, davranışının mümkün nəticələrini dərk etmək iqtidarına malik olmamışdır.”
13. Cavabdeh1 iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, mübahisəli ev 2011-ci ildə anasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, evin ananın adına rəsmiləşdirilməsi ilə bağlı övladlar arasında heç bir mübahisə olmamışdır. Eyni zamanda, iddiaçılar tərəfindən əmlakın saxta etibarnamə ilə əldə edildiyi deyilsə də, özləri tərəfindən həmin mülkiyyət barədə hər hansı mübahisələndirmə aparılmamışdır. Belə ki, 2017-ci ildə bağlanmış müqavilən in etibarsızlığı ilə bağlı iddiaçıların hələ ananın sağlığında iddia qaldırmaq imkanları olsa da, onlar bu hüquqdan istifadə etməmişlər.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X5 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə ayrı-ayrılıqda bağladığı 08 iyun 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız hesab edilmiş, iddia qalan hissədə rədd olunmuşdur (hakim Kəmalə Əmirxanova).
15. Məhkəmə ekspert rəyinə istinad edərək göstərmişdir ki, ana bağışlama müqavilələrini imzalayarkən psixi pozuntular nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək, hərəkətlərini idarə etmək, yaranmış şəraitin mahiyyətini anlamaq, davranışının mümkün nəticələrini dərk etmək iqtidarına malik olmamı şdır. Bu səbəbdən sözügedən müqavilələr etibarsız hesab edilməlidir.
16. Birinci instansiya məhkəməsi onu da əlavə etmişdir ki, iddia məcburi payların müəyyən edilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə görə məcburi pay tələb etmək hüququ yalnız vəsiyyətnamə olduqda yaranır, hazırda vəsiyyətnamə olmadığından məcburi payların müəyyən edilməsi istisna olunur.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1, 28.8, 337.4, 342, 346.1, 666.1, 666.2, 1133.1, 1133.2, 1146, 1193 və 1194-cü, eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli Plen um Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsində icraat
18. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
19. Məzmunu eynilik təşkil edən apelyasiya şikayətlərinin əsas dəlili ondan ibarət olmuşdur ki, təkrar ekspertiza keçirilməsi barədə vəsatətlər əsassız olaraq təmin edilməmişdir.
20. Apellyasiya şikayətinin digər dəlilinə görə, 8 iyun 2017-ci il tarixdə bağlanmış əqdə münasibətdə iddiaçılar qanunla etibarsız əqdlər üzrə nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüş, həmin müqavilələrin bağlandığı vaxtdan 4 il müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciə t etmişlər. Məhkəmə isə bu hala qiymət verməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5883/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər İkram Şirinovun sədrliyi və məruzəsi ilə, Namiq Cəfərov və Elşən Kazımovdan ibarət tərkibdə).
22. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, ananın bağışlama müqavilələrinin bağlandığı vaxtda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmaması ekspert rəyi, eləcə də şahid ifadələri ilə ilə sübuta yetirilmişdir.
23. Apellyasiya şikayətinin təkrar ekspertiza keçirilməsi ilə bağlı dəlilə gəldi kdə isə cavabdehlər apellyasiya şikayətlərində ekspert rəyini şübhə altına ala biləcək əsaslı, şübhədənkənar və təkzibedilməzliklə bağlı tələblərə cavab verən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
24. İddia müddətinin ötürülməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, qanunverciliyə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hazırkı bağışlama müqavilələrindən isə iddiaçılar anaları vəfat etdikdən sonra (xx.xx.2021-ci il tarixdə) xəbər tutmuş, xx.xx.2021-ci il tarixdə isə hazırkı iddia ərizəsi ilə, yəni etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması üçün məhkəməyə müraciət etmişlər. Belə olduğu halda iddia müddəti ötürülmüş hesab e dilə bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 329.2, 337.1, 337.2, 337.4, 346.1, 354.1, 377.1, 666.1 və 666.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli Plenum Qərarına istinad edərək əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qər ar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
28. Cavabdeh şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347 və 354-cü, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102 və 103-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçılar tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, şikayətin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
30. Etiraz belə əsaslandırılmışdır ki, onların sözügedən ata mülkündən qardaşları Cavabdeh3 pay verilməsinə etirazları yoxdur və bunu onun özünə də bildirərək aralarında razılığa gəlmişl ər. Lakin, hazırda nəyə görə kassasiya şikayəti verildiyini başa düşmürlər. Belə ki, mübahisəli əmlak üzrə vərəsələrin məcburi payı müəyyənləşdirilərsə Cavabdeh3 düşən hissə hazırda onun mülkiyyətində olan hissədən 2 dəfə artıq olacaqdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
33. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
34. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavil ədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
35. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehl ərdən yalnız Cavabdeh3 tərəfindən mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona münasibətdə qanuniliyinin yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
45. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şika yətlərində də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alı b iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5883/2023 nömrəli iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh3 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q