Məhkəmə qərarları › İş №2(102)-872/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-872/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-872/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Talıbov Telman Məhəmməd oğlunun, Cavabdeh iştirakları ilə, Cavabdeh və vəkili X10 qızının Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2(103)-11003/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2291/2019 saylı, 04 iyun 2019cu il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev) İddiaçı Cavabdeh qarşı beh tələbinə iddiası təmin edilərək, Cavabdeh ödənilmiş 4000 manat behin ikiqat misli, yəni 8000 manat və torpaq sahəsi üzərində yarımçıq tikililərin sökülməsi üçün ödənilmiş 600 manat, ümumilikdə isə 8.600 manat pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2(103)11003/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi A.N.İmanov, İ.K.Xəlilov,V.N.Sadıqov) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2291/2019 saylı 04 iyun 2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı beh tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh beh müqaviləsini icra etmədiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq behin iki mislini, yəni 8000 manatın və torpaq sahəsi üzərində yarımçıq tikililərin sökülməsi üçün ödənilmiş 600 manatın, həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, özünə torpaq sahəsi almaq üçün internetdəki əmlak saytlarında axtarış aparmışdır. Saytlardakı elanların birində ünvan 1 ünvanında satışa çıxarılmış 0.25 ha torpaq sahəsindən 0.12 ha torpaq sahəsini almaq qərarına gəlmişdir. O və torpaq sahəsinin mülkiyyətçisi satıcı Cavabdeh həmin torpaq sahəsinin 20.000 (iyirmi min) manata satılm ası haqqında 01 iyun 2017-ci ildə ilkin müqavilə bağlamağa razılaşmışlar. İlkin müqaviləyə əsasən tərəflər, yəni, alıcı İddiaçı 20.000 (iyirmi min) manat məbləğində pulu satıcı Cavabdeh verməyi öhdəsinə götürmüşdür. Satıcı Ə1 oğlu isə torpaq sahəsini ona satmağı öhdəsinə götürmüşdür. O, 20.000 (iyirmi min) manatın 4000 (dörd min) manatını beh şəkilində 01 iyun 2017-ci ildə satıcı Cavabdeh ödəmişdir. Digər 16.000 (on altı min) manatını isə torpaq sahəsinin alqısatqısına dair müqavilə bağlanarkən Ə1 oğluna ödəməyi öhdəsinə götürmüşdür. İlkin müqavilə 39 saylı Notariat Kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiq edilmişdir. O, 4000(dörd min) manatı ödəyərək beh müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmişdir. Lakin satıcı Cavabdeh 01 avqust 2017-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən 0.25 ha torpaq sahəsindən 0.12 ha torpaq sahəsinə dair müvafiq sənədləri, o cümlədən həbs və girovun olmaması barədə arayışı aldıqdan sonra həmin torpaq sahəsinin 20.000 manata X2 barədə öhdəliyini icra etməmişdir. Beh müqaviləsinə görə torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmasının son müddəti 01 avqust 2017-ci il müəyyən edildiyindən, öhdəliyi icra etməyən satıcı Cavabdeh alqı-satqı müqaviləsinin bağlanması haqqında təklif göndərilmişdir. Satıcı Cavabdeh onun təklifinə cavab olaraq bildirmişdir ki, sənədlərdə vərəsəliklə bağlı problem çıxdığına görə bu işlə atasının məşğul olacağını bildirərək, öhdəliyin icra olunmamasında ailələrində çıxan problemi əsas gətirmişdir. Satıcı Cavabdeh təklifə cavabında baş vermiş problemlərin aradan qaldırılanadək müddət verilməsi ni xahiş etmişdir. Bundan əlavə o, torpaq sahəsi üzərində olan yarımçıq tikililərin sökülməsi üçün satıcı Cavabdeh 500 manat və 100 manat, cəmi 600 manat pul ödəmişdir. Müqavilənin bağlanmasından 10 ay müddət keçməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyini icra edilməsindən yayınmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh və vəkili X10 qızı k assasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Talıbov Telman Məhəmməd oğlu kassasiya şikayətinin dəlillə rinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçının vəkili Talıbov Telman Məhəmməd oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarına əlavə edilmiş 01.06.2017-ci il tarixli beh müqaviləsindən görünür ki, satıcı Cavabde h 01.08.2017-ci il tarixədək mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən 0,25 ha torpaq sahəsindən 0,12 ha torpaq sahəsinə dair müvafiq sənədləri, o cümlədən həbs və girovun olmaması barədə arayışı aldıqdan sonra həmin torpaq sahəsinin 20.000 manata alıcı İddiaçı satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Müqavilənin şərtlərinə əsasən satıcı Cavabdeh, satılan torpaq sahəsini 20.000 manata İddiaçı satmağı, alıcı İddiaçı isə həmin torpaq sahəsini 20.000 manata almağı öhdəsinə götürmüş, alıcı İddiaçı satış məbləğindən 4000 manatını hal-hazırda beh şəklində nağd olaraq satıcıya ödəməsini, satış qiymətinin qalan 16.000 manatını isə həmin torpaq sahəsinin alqısatqısına dair müqavilə bağlanarkən satıcıya ödəməyi öhdəsinə götürmüşdü r. İş materiallarında olan 31.07.2017-ci il tarixli, EA-1 nömrəli alqı-satqı müqaviləsinin bağlamaq barədə təklifdən görünür ki, 01.06.2017-ci il tarixli beh müqaviləsinə əsasən Cavabdeh 01.08.2017-ci il tarixədək mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən 0.25 ha torpaq sahəsindən 0.12 ha torpaq sahəsinə dair müvafiq sənədləri, o cümlədən həbs və girovun olmaması barədə arayışı aldıqdan sonra həmin torpaq sahəsinin 20.000 (iyirmi min) manata İddiaçı satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək İddiaçı ilə ilkin müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh satılan torpaq sahəsini 20.000 (iyirmi min) manata İddiaçı satmağı, İddiaçı isə həmin torpaq sahəsini 20.000 (iyirmi min) manata almağı öhdəsinə götürmüşdür. İddiaçı satış məbləğindən 4000 (dörd min) manatı həmin tarixdə, yəni 01.06.2018-ci il tarixdə beh şəklində nağd olaraq Cavabdeh ödəməyi, satış qiymətinin qalan 16.000 (on altı min) manatını isə həmin torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanarkən sonuncuya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə 39 saylı Notariat Kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh nağd şəkildə 4000 (dörd min) manat pul 01.06.2017-ci il ödənilmiş, yəni ilkin müqavilə üzrə İddiaçı üzərinə düşən öhdəlik tam icra olunmuşdur. Lakin buna baxmayaraq bu günə kimi (31.08.2017-ci il) Cavabdeh tərəfindən həmin müqavilə üzrə üzərinə düşən öhdəlik, yəni 01.08.2017-ci il tarixədək mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən 0.25 ha torpaq sahəsindən 0.12 ha torpaq sahəsinə dair müvafiq sənədləri, o cümlədən həbs və girovun olmaması barədə arayışı aldıqdan sonra həmin torpaq sahəsinin 20.000 (iyirmi min) manata İddiaçı satılması barədə alqı-satqı müqaviləsi bağlanmamışdır. İlkin müqaviləyə əsasən torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmasının son müddəti 01.08.2017- ci il tarix müəyyən edildiyindən Cavabdeh İddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanması təklif edilmiş, əks təqdirdə barəsində məhkəməyə və digər aidiyyəti qurumlara müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 01.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinin bağlamaq barədə təklifə cavabdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindəki 1177 saylı bağ sənədi Cavabdeh adında olduğundan müqavilə onun adından bağlanmış və müq avilənin şərtlərinə görə 25 sot bağ sahəsindən 12 sot torpaq sahəsi ayrılıb X1. Sənədlərdə vərəsəliklə bağlı problem olduğuna görə Cavabdeh atası bu problemlərin həlli ilə məşğul olacaqdır. Lakin ailələrində çıxan bəzi problemlərə görə işlər yubanmışdır. Cavabdeh qeyd etmişdir ki, o, əvvəlcədən də Gülər Dadaşovaya sənədlər düzələnə qədər o bağda problemsiz şəkildə yaşayıb dincələ biləcəyini, bağın bütünlükdə onun ixtiyarında olacağını bildirmişdir. Sonda Cavabdeh X3 bu problemlər həll olunana qədər müddət verməyini xahiş etmişdir. İş materiallarında olan 14.08.2017-ci il tarixli, EA-2 nömrəli alqı-satqı müqaviləsinin bağlamaq barədə təklifdən görünür ki, 01.06.2017-ci il tarixli beh müqaviləsinə əsasən Cavabdeh 01.08.2017-ci il tarixədək mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən 0.25 ha torpaq sahəsindən 0.12 ha torpaq sahəsinə dair müvafiq sənədləri, o cümlədən həbs və girovun olmaması barədə arayışı aldıqdan sonra həmin torpaq sahəsinin 20.000 (iyirmi min) manata İddiaçı satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına razılığa gələrək İddiaçı ilə ilkin müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh satılan torpaq sahəsini 20.000 (iyirmi min) manata İddiaçı satmağı, İddiaçı isə həmin torpaq sahəsini 20.000 (iyirmi min) manata almağı öhdəsinə götürmüşdür. İddiaçı satış məbləğindən 4000 (dörd min) manatı həmin tarixdə, yəni 01.06.2018-ci il tarixdə beh şəklində nağd olaraq Cavabdeh ödəməyi, satış qiymətinin qalan 16.000 (on altı min) manatı isə həmin torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanarkən sonuncuya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə 39 saylı Notariat Kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh nağd şəkildə 4000 (dörd min) manat pul 01.06.2017-ci il ödənilmiş, yəni ilkin müqavilə üzrə İddiaçı üzərinə düşən öhdəlik tam icra olunmuşdur. Lakin buna baxmayaraq bu günə kimi (31.08.2017-ci il) Cavabdeh tərəfindən həmin müqavilə üzrə üzərinə düşən öhdəlik, yəni 01.08.2017-ci il tarixədək mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən 0.25 ha torpaq sahəsindən 0.12 ha torpaq sahəsinə dair müvafiq sənədləri, o cümlədən həbs və girovun olmaması barədə arayışı aldıqdan sonra həmin torpaq sahəsinin 20.000 (iyirmi min) manata İddiaçı satılması barədə alqı-satqı müqaviləsi bağlanmamışdır. İlkin müqaviləyə əsasən torpaq sahəsinə alqı-satqı müqavil əsinin bağlanmasının son müddəti 01.08.2017- ci il tarix müəyyən edildiyindən Cavabdeh İddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanması barədə təklif göndərilmişdir. Həmin təklifə Cavabdeh tərəfindən yazılı məktub göndərilmişdir. Məktubda Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindəki 1177 saylı bağ sənədinin Cavabdeh adına olduğundan müqavilənin onun adından bağlandığı, 25 sot bağ sahəsindən 12 sot lorpaq sahəsi İddiaçı Züliuqar qızına satılacağı, sənədlərdə vərəsəliklə bağlı problem olduğuna görə Cavabdeh atasının məşğul olacağını, lakin ailələrində bəzi problemlərə görə işlərin yubandığını qeyd etmiş və ona alqı-satqı müqaviləsinin bağlanması üçün müddət verilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh xahişini və müqavilə ilə müəyyən edilmiş müddətdən 10 gün keçməsini nəzərə alaraq 17. 08.2017-ci il tarixədək Cavabdeh mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən 0.25 ha torpaq sahəsindən 0.12 ha torpaq sahəsinin ilkin müqavilədə göstərilən şərtlərlərlə İddiaçı Züliuqar qızına satılması barədə alqı-satqı müqaviləsi bağlanmadığı halda mübahisənin həlli ilə əlaqədar dərhal məhkəməyə və eyni zamanda iş üzrə cinayət tərkibinin olub-olmaması ilə bağlı aidiyyəti orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İşdə olan 06.08.2017-ci il tarixli qəbzlərin surətindən görünür ki, X5 “xxxx” KB ASC-yə məxsus bankomat vasitəsi ilə 500 manat və 100 manat, cəmi 600 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. -491.2-ci maddəsinə görə behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. -491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. -492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. -492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər t ərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. -385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavi lə olmalıdır. -425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. -433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyib sə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçının qarşısında götürdüyü öhdəliyini icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araş dırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qey d edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2(103)-11003/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar