Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-873/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası X10 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikası X10 Komitəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X10 Xidməti), Azərbaycan Respublikası X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və Bakı Şəhəri Cavabdeh4ə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 XXX və Maraqlı şəxs2) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı, işə mülki məhkəmə icraatı qaydasında baxılm asının yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X10 Xidmətinin nümayədəsi X2, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin vəkili X4, üçüncü şəxs Maraqlı şəxs1 XXXnın, onun nümayəndəsi X5 və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2597/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X10 Xidməti, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və üçüncü şəxs Maraqlı şəxs1 XXX tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları ünvan 1, 56 saylı mənzil İddiaçı (bundan sonra – iddiaçı) məxsus olmuşdur. Bakı şəhəri Cavabdeh4 başçısının çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında xx xxxxx 2017-ci il tarixli 143 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Əliəşrəf Əlizadə və Əhmədbəy Ağaoglu küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Ə.Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində 0,68 ha torpaq sahəsinin Maraqlı şəxs2 daimi istifadəs inə verilməsi qərara alınmışdır. Bakı Şəhəri Cavabdeh4 başçısının xx xxxxxx 2017-ci il tarixli, 495 nömrəli sərəncamı ilə Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində Maraqlı şəxs2nə yaşayış binalarının tikintisinə icazə verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 36 nömrəli Mənzil Kommunal İstismar Sahəsi ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 141 nömrəli İstismar yığımı müqaviləsi ilə ünvan 1 ünvanda 45 kv.metr sahəsi olan zirzəmi (bundan sonra – mübahisəli qeyri-yaşayış sahəsi) müvəqqəti olaraq icarəyə verilmiş və 1 kv.metr sahə üçün 0,60 manat hesablanmaqla, illik haqq 27 manat müəyyən edilmişdir. Zirzəmi xx xxx 2015-ci il tarixdən iddiaçının istifadəsinə verilmişdir. Azərbaycan Resp ublikası X10 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli, 40/03 nömrəli hərrac protokoluna əsasən, mübahisəli qeyri-yaşayış sahəsi 8.500 manata Maraqlı şəxs1 satılmış və sonuncunun adına xx xxxxxx 2018-ci il tarixdə qeydiyyata alınmışdır. xx xxxxxxx 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsi ilə Maraqlı şəxs2 ünvan 2 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətçiyə (Maraqlı şəxs1) məxsus olan, faktiki sahəsi 44,5 kv.metr olan qeyri-yaşayış sahəsi əvəzinə, güzəştli şərtlərlə binanın C blokunda, 3-cü mərtəbəsində, 82 nömrəli 1 otaqlı 51 kv.metrdən ibarət olan təmirli, kirayə haqqı ödənilmədən m ənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Mülkiyyətçi öz növbəsində ona məxsus olan qeyri-yaşayış sahəsini söküntü üçün Maraqlı şəxs2nə təhvil verməyi, göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. xx xxxxxxx 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsi ilə Maraqlı şəxs2 söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətçiyə (İddiaçı) məxsus olan, qeyri-yaşayış kimi fəaliyyət göstərən faktiki sahəsi 45 kv.metr olan mənzilin əvəzinə, güzəştli şərtlərlə binanın A blokunda, 10-cu mərtəbəsində, 42 nömrəli 3 otaqlı 77 kv.metrdən və B blokunda 4-cü mərtəbəsində satış üçün nəzərdə tutulan 49 nömrəli 2 otaqlı, sahələr cəmi 87 kv.metrdən ibarət olan təmirsiz mənzili verməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya mə hkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikası X10 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə (bundan sonra – Auksion Mərkəzi), Azərbaycan Respublikası X10 Komitəsinə, Azərbaycan Respublikası X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və Bakı Şəhəri Cavabdeh4ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli qeyri-yaşayış sahəsinə dair keçirilmiş xx xxxxxx 2011-ci il tarixli hərracın nəticələrinin (protokol və alqı-satqı müqaviləsinin) etibarsız hesab edilməsi, hərracın yekununa görə Maraqlı şəxs1 XXXnın adına Daşınmaz Əmlakın Dövlət Reyestrində edilmiş xx xxxxxx 2018-ci il tarixli qeydlərin və RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 2015-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən 42/9 nömrəli evin 56 nömrəli mənzilinin mülkiyyətçisidir. Həmin mənzilin altında yerləşən mübahisəli qeyri-yaşayış sahəsi də iddiaçının istifadəsində olmuşdur. Belə ki, iddiaçı həmin mənzili satın alarkən mənzilin köhnə mülkiyyətçisi zirzəmiyə görə əlavə pul almış və bildirmişdir ki, zirzəmi daim onun istifadəsində olmuşdur. İddiaçı həmin zirzəmini də sonradan öz adına rəsmiləşdirmək niyyəti ilə bu təklifə razılaşmışdır. Həqiqətən də, bir müddət sonra iddiaçı həmin qeyri-yaşayış sahəsinin sənədləşməsi ilə məşğul olarkən, Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamenti ilə iddiaçı arasında xx xxxxxx 2016-cı il tarixli İstismar yığımı m üqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən sözügedən zirzəmi iddiaçının istifadəsində olduğu üçün ondan istismar haqqı tutulmasına dair razılığa gəlinmişdir. Yaşayış binasına xidmət edən 36 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən möhürlə təsdiq edilmiş eskiz verilmişdir. O, həmin qeyri-yaşayış sahəsinə külli miqdarda xərc çəkmiş (təxminən 15.000 manat civarında), oranı təmir edərək kommersiya obyekti kimi istifadə etməyə başlamışdır. Paralel olaraq həmin qeyriyaşayış obyektinin özəlləşdirmə işləri də aparılmışdır. Lakin özəlləşdirmə mərhələsində ona şifahi bildirilmişdir ki, yaşayış binası pilot layihələr ərazisinə düşdüyündən, binanın yaxın vaxtda sökülməsi gözlənilir və hazırda özəlləşmə məsələləri dayandırılmışdır. Bir müddət sonra həqiqətən də binanın sökülməsi və sak inlərə kompensasiya verilməsi və köçürülmə məsələləri aktuallaşmışdır. Həmin ərəfədə iddiaçıya məlum olmuşdur ki, onun daimi istifadəsində olan qeyri-yaşayış sahəsi dövlət əmlakı kimi hərraca çıxarılmış və auksion mərkəzi tərəfindən satılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, qeyriyaşayış sahəsi xx xxxxxx 2017-ci il tarixdə Maraqlı şəxs1 XXX adlı şəxsə 8.500 manata (hərracın ilkin qiymətinin 50% dəyərində) satılmışdır. xx xxxxxx 2018-ci il tarixdə Maraqlı şəxs1 XXXnın həmin əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı tərəfindən edilmiş ödənişlər hətta qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsindən sonrakı müddəti əhatə edir. Hərracların təşkili üzrə auksion mərkəzi qanunvericiliyin şərtlərini kobud surətdə pozmaqla, əldə etmədə üstünlük hüquqlarını nəzərə almadan h əmin sahənin satılmasına nail olmuşdur. Yeni mülkiyyətçi bir dəfə də gəlib maraqlanmamışdır ki, bu sahə harada yerləşir, nədən ibarətdir, kimin istifadəsindədir və sair. Göründüyü kimi, binanın söküləcəyi məlumatını əldə edən şəxslər hərracdan ucuz alıb, özəlləşdirib, daha sonra bir neçə qat bahasına kompensasiya almaq niyyəti ilə bu əməliyyatları həyata keçiriblər. Hazırda Bakı Şəhəri Cavabdeh4 tərəfindən binanın söküntüsü işləri başlanmışdır. Qeyri-yaşayış sahəsində apardığı təmir işləri, oranın bəzəmə-tamamlama işlərinə xərclədiyi vəsaitin sübutu söküntü nəticəsində məhv olacaqdır. Cavabdeh X10 Komitəsi satıcı qismində çıxış edərkən satış obyekti olan və iddiaçının istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinin hərraca çıxarılması barədə sifarişi verərkən, öncə həmin əmlakın satın alınma sını iddiaçıya təklif etməli idi, həmçinin cavabdeh Hərracların Təşkili üzrə Auksion Mərkəzi keçirilmiş hərracda iddiaçının iştirakını təmin etməli və ya əsaslı imtinasını almalı idi. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-4850/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli zirzəmi hərraca çıxarılarkən iddiaçı həmin əmlaka dair subyektiv hüququnun olmaması səbəbindən hərrac barədə məlumatlandırılmamışdır. Bununla belə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Auksion Mərkəzinin nümayəndəsi izahatında iddiaçı ilə dəfələrlə telefonla əlaqə saxlanıldığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, Auksion Mərkəzi tərəfindən hərracın təşkili və keçirilməsi qaydaları pozulmadığından, həmçinin iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən təmin oluna bilməz. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının X10 Komitəsinə məxsus olmuş, Auksion Mərkəzinin müvafiq protokoluna və protokol əsasında müvafiq alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs1 XXXna satılmışdır. Sonuncu, öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 157, 415.1, 415.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2597/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin edilmiş, mübahisəli zirzəmiyə dair keçirilmiş xx xxxxxx 2011-ci il tarixli hərracın nəticələri (protokol və alqı-satqı müqaviləsi) etibarsız hesab edilmiş, hərracın yekununa görə Maraqlı şəxs1 XXXnın adına Daşınmaz Əmlakın Dövlət Reyestrində edilmiş xx xxxxxx 2018-ci il tari xli qeydlər və RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Bakı Şəhəri Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 36 nömrəli Mənzil Kommunal İstismar Sahəsi ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 141 nömrəli İstismar yığımı müqaviləsini icarə müqaviləsi kimi qiymətləndirməklə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair icarə hüquq münasibətlərindən irəli gələn hüquqları mövcuddur. İşə apellyasiya qaydasında baxan məhkəmə qeyd etmişdir ki, qeyd olunan istismar yığımı müqaviləsi xx xxx 2015 - xx xxxxxx 2017-ci il tarixlərini əhatə edir, müqavilə müddətinin sonu xx xxxxxx 2017-ci il tarixidir. Mübahisəli hərrac isə həmin dövr aralığında – xx xxxxxx 2017-ci il tarixində keçirilmişdir. Başqa sözlə, hərrac keçirilən vaxt zirzəmi iddiaçının istifadəsində və sahibliyində olmuşdur, bu fakt zirzəminin aid olduğu bina sökülən vaxta qədər də davam etmişdir. Bunun əksini (zirzəminin Maraqlı şəxs1 XXX tərəfindən təhvil alınması, həmin qeyri-yaşayış sahəsinə baş çəkilməsi və sair bu kimi hallar) qarşı tərəflər də təsdiqləmirlər. Məhkəmə qeyd etmişdir ki, Auksion Mərkəzi əldə etmədə üstünlük hüququnu nəzərə almadan qeyri-yaşayış sahəsini üçüncü şəxsə satmışdır. Bundan əlavə, əmlakın yeni alıcısı həmin əmlakla maraqlanmamış, ona baxış keçirməmişdir. Hərracı təşkil edən cavabdeh hərraca çıxarılan əmlakın kimin istifadəsində olmasını dəqiqləşdirdikdən sonra da iddiaçıya hərracda iştirak etməsi ilə bağlı rəsmi bildiriş göndərməmişdir. Bununla da, iddiaçının hüquqları poz ulmuş, o, hərracın keçirilməsində iştirak etmək, əmlakın satış qiymətini mübahisələndirmək, yaxud əmlakı hərracdan əldə etmək imkanlarından məhrum olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 232, 414.1, 415.2, 416.1, 416.2-ci maddələrinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdir ilməsi haqqında Əsasnamə”nin 18-ci bəndinə, “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1, 4.2.2-ci bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 1.2, 2.1, 6-cı bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və onlara etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri Üçüncü şəxs Maraqlı şəxs1 XXX (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın rədd edilməsi barədə qərar qəbul olun masını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassız, qeyri-obyektiv və ədalətsizdir. Kassator göstərmişdir ki, mübahisəli zirzəmini alqı-satqı müqaviləsi əsasında əldə etsə də, əmlakından istifadə edə bilmir. Həmin əmlak dövlətin mülkiyyətində olmuşdur, həmin sahənin özəlləşdirilməsi səlahiyyəti X10 Komitəsinə məxsus olmuş və o da, həmin əmlakı hərrac vasitəsi ilə əldə etmişdir. İddiaçının onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti yoxdur. Məhkəmə iddianı təmin etməklə, onun mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozmuşdur. İddiaçının X10 Komitəsi ilə hər hansı rəsmi müqaviləsi olmadığından onun hərracda iştirakına əsas olmamışdır. Bundan başqa, iddiaçının əslində hərracın keçirilməsindən məlumat ı olmuşdur. Belə ki, bu haqda binanın üzərinə elan vurulmuş, əmlak 9 dəfə hərraca çıxarılmış, o da, həmin əmlakı 9-cu dəfə keçirilən hərracda əldə etmişdir. Məhkəmə istismar yığım müqaviləsini icarə müqaviləsi kimi qiymətləndirməklə səhvə yol vermişdir. Kassasiya şikayətinin əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, MPM-nin 217-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında X10 Xidməti (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, qətnaməni hüquqi cəhətdən kifayət qədər əsaslandı rmamış, yalnız öz mülahizələrini rəhbər tutmaqla qətnamə qəbul etmişdir. Kassator qeyd etmişdir ki, məhkəmə mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair keçirilmiş hərracı qanunsuz hesab edərkən mövqeyini qanunvericilik normaları ilə deyil, öz mülahizələri ilə əsaslandırmışdır. Məhkəmənin istinad etdiyi sənədlər X10 Komitəsi tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğvi üçün qanuni əsas sayıla bilməz. Hərrac qanuni və şəffaf keçirilmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmənin istismar yığım müqaviləsini icarə müqaviləsi kimi qiymətləndirməsi qanunvericiliyə tamamilə ziddir. Qeyd olunan müqavilələr ayrı-ayrı predmetlərə malik olmaqla onların hüquqi mahiyyəti fərqlidir. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə ve rilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” xx.xx.1997-ci il tarixli 629 nömrəli Fərmanına əsasən dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti icarəyəverənlərin hüquqi varisi olan X10 Xidmətinə məxsusdur. İddiaçı həmin orqanla icarə müqaviləsi bağlamaq üçün müraciət etməmiş, beləliklə, onunla icarə müqaviləsi bağlanmadığına görə, əmlak özəlləşdirilərkən onun həmin əmlakla bağlı üstünlük hüququ olmamışdır. Müvafiq qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı şəxslə icarə müqaviləsi mövcud olmadığına görə, əmlakın hərrac vasitəsi ilə özəlləşdirilməsi barədə qərar qəbul olunmuş və bu barədə “Mülkiyyət” qəzetində, Xidmətin rəsmi internet saytında və özəlləşdirmə portalında məlumat yerləşdirilmişdir. Kassasiya şikayətinin əsası kimi Mülki Məcəllə nin 700.1, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 15.1, 16-cı maddələrinə istinad olunmuşdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (vəkil X8) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, normaları düzgün tətbiq etməmiş, işin hallarını ətraflı araşdırmamış, daşınmaz əmlakın hüquqi vəziyyəti barədə İdarəyə sorğu göndərməmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Maraqlı şəxs1 XXX mübahisəli qeyriyaşayış sahəsini X6 bağışlamış, sonuncunun mülkiyyət hüququ bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə qeyd olunmuş məsələyə hər hansı münasibət bildirməmişdir. Hesab edir ki, mülki işin düzgün və ədalətli araşdırılması məqsədi ilə X9 tərəf kimi işə cəlb olunmalıdır. Kassator qeyd etmişdir ki, mövcud qanunvericilikdə mənzilin altında yerləşən qeyriyaşayış sahəsinin mənzilin mülkiyyətçisinə verilməli olması barədə hər hansı göstəriş yoxdur və istismar yığım müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyildir. Şikayətdə həmçinin göstərilmişdir ki, məhkəmə iclası barədə İdarəyə məlumat verilməmiş və səlahiyyətli nümayəndəsinin iştirakı məhkəmədə təmin edilməmişdir. Kassasiya şikayətinin əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, Mülki Məcəllənin 140, 144.1, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 16.1, 20.1, 29.1-cı maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Kassator İqtisadiyyat Nazirliyi yanında X10 Xidmətinin nümayədəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassator Maraqlı şəxs1 XXX, onun nümayəndə si və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, rədd olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdehlərin və üçüncü şəxsin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər və üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddia tələbi üzrə cavabdeh qismində cəlb edilmiş Azərbaycan Respublikası X10 Komitəsi yanında Hərrac ların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikası X10 Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X10 Xidməti), Azərbaycan Respublikası X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və Bakı Şəhəri Cavabdeh4 inzibati orqanlardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən həmin orqanlar inzbati orqanlar kateqoriyasına aid edilmişdir. İddiaçının hazırkı iş üzrə nəticələrini mübahisələndirdiyi hərrac Azərbaycan Respublikası X10 Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmişdir. Bu cür hərracların keçirilməsi əsasları və qaydaları, onların satılmasının rəsmiləşd irilməsi publik hüquq münasibətlərinə aid olmaqla "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarına; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnaməyə; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarına; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi” Qaydalarına uyğun olaraq həyata keçirilir. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının özəlləşdirilməsi və hərrac vasitəsilə satılması) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. İş üzrə iddiaçı həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (hərracın nəticələrinin) qanunsuz olduğunu iddia edir. Eyni zamanda iddiaçı nın etibarsızlığını tələb etdiyi mübahisəli torpaq sahəsinə dair digər inzibati orqan olan X10 Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X10 Xidməti) ilə bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş çıxarış da qanunvericiliyə əsasən özəlləşdirilən dövlət əmlakının hərracdan satılmasının rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxx 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəf lərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzim ləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa ai diyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin mülkiyyətə verilməsi ilə bağlı hərracların və onlrın hüquqi nətiələrinin mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən izah edir ki, iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına mür aciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X10 Xidməti, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Maraqlı şəxs1 XXX tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2597/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiy
Məhkəmə qərarları › İş №2(102)-873/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-873/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver