Məhkəmə qərarları › İş №2(102)-875/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-875/2020

17.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-875/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X3 ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxx” MTK-ya və X5na qarşı “müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyan və pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-8688/2019 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil1 və cavabdeh X5 və vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlə ri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Cavabdeh" MTK və X5na qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulmuş 427.610 manat məbləğində maddi ziyanın, 50000 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata olan məzənnəsi ilə, habelə mənəvi ziyanın vurulmasına görə 500.000 manat məbləğində pulun hesablanaraq, ümumilikdə vurulmuş maddi və mənəvi ziyanın "Cavabdeh" MTK-dan tutularaq ona ödənilməsi və "Cavabdeh" MTK-nın məsul şəxslərinin qanunsuz hərəkətlərinə görə qanunda nəzərdə tutulmuş şəkildə cazalandırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianın əsasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciə t edərək, cavabdeh "Cavabdeh" MTK və X5 arasında onun istifadəsində olan N.Yusifbəyli küçəsi, 25/27 ev barədə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, X5 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulmuş 427.610 manat məbləğində maddi ziyanın, 50000 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata olan məzənnəsi ilə, habelə mənəvi ziyanın vurulmasına görə 500.000 manat məbləğində pulun hesablanaraq "Cavabdeh" MTK-dan tutularaq ona ödənilməsi və "Cavabdeh" MTK-nın məsul şəxslərinin qanunsuz hərəkətlərinə görə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulmuş 427.610 man at məbləğində maddi ziyanın, ev qanunsuz olaraq söküldüyü üçün məcburi iş buraxmaya görə itirdiyi 18.000 ABŞ dollarının ödəniş günündə manata olan məzənnəsi ilə, gediş-gəliş və mehmanxana xərcləri üçün sərf etdiyi 10.000 manatın, 50.000 ABŞ dollarının ödəniş günündə manata olan məzənnəsi ilə, vurulmuş mənəvi zərərə görə 500.000 manat məbləğində pulun cavabdeh "Cavabdeh" MTK-dan tııtularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı yenidən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulmuş 427.610 manat məbləğində maddi ziyanın, ev qanunsuz olaraq söküldüyü üçün məcburi iş buraxmaya görə itirdiyi 54.000 ABŞ dollarının ödəniş günündə manata olan məzənnəsi ilə, gediş -gəliş və mehmanxana xərcləri üçün sərf etdiyi 14.000 manatın, 50000 ABŞ dollarının ödəniş günündə manata olan məzənnəsi ilə, vurulmuş zərərin əvəzinin ödənilməsinin yubanmasına görə ümumi məbləğin təqribən 15%-i, vurulmuş mənəvi zərərə görə 500.000 manat məbləğində pulun cavabdeh "Cavabdeh" MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Pərviz Hüseynov) 2(006)-272/2018 saylı iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 113,39 kv.m-dən ibarət fərdi yaşayış evinə dair xx xxx 2017-ci il tarixdə "Cavabdeh" MTK ilə X2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, vurulmuş maddi ziyana görə 251000 (iki yüz əlli bir min) manat məbləğində pulun cavabdeh "Cavabdeh" MTK-dan alınaraq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdeh "Cavabdeh" dan alınaraq "X5" MMC-nə ödənilməsi, iddianın digər hissələrdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi- Məmməd Məmmədov, hakimlər Xumar Mərdanova, Xəyal Sarıyev) xx xxxxxx 2018-ci il tarixli, 2(103)10127/2018 saylı qətnaməsi ilə İddiaçı və cavabdeh X5nın apellyasiya şikayətləri təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır, apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (sədrlik edən və məruzəçi-Əli Rüstəmov, hakimlər Mehparə Əhmədova, Əhməd Nurməmmədov) xx.xx.2019-cu il tarixli, 2(102)-2445/2019 saylı qərarı ilə İddiaçı və cavabdeh X5nın kassasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi iddiaçı X1 iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi və vurulmuş maddi ziyana görə 251000 manat məbləğdə pulun Cavabdeh MTK-dan alınaraq bütünlüklə İsgəndərov Qafal Bədəlxan oğluna verilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi- Fuad Talışınski, hakimlər Zaur Əliyev, Rafael Eyvazov) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-8688/2019 saylı qətnaməsi ilə İddiaçı və cavabdeh X5nın apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-272/2018 saylı işi üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi baxılan (iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi və vurulmuş maddi ziyana görə 251000 manat məbləğdə pulun "Cavabdeh" MTK-dan alınaraq bütünlüklə İddiaçı verilməsi) hissəsində ləğv edilmiş və həmin hissədə iddia ərizəsi qismən təmin edilərək maddi ziyana görə 125500 (bir yüz iyirmi beş min beş yüz) manat, mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaitinin cavabdeh "Cavabdeh" MTK-dan alınaraq İddiaçı ver ilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini ləğv edilərək, işə yenidən bütün tələblər üzrə apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh X5 və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini ləğv edilərək, vurulmuş maddi ziyanın yarısının X5na ödənilməsi tətbiq edilməklə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsi ilə əlaqədar tamamilə qanunsuz və əsassızdır. Qafar İsgəndərovun Cavabdeh MTK-dan vurulmuş mənəvi zərərin əvəzi olaraq 500.000 manat tələb etməsinə baxmayaraq, işə baxan məhkəmə tam qanunsuz və əsassız olaraq cəmi 5000 manat məbləğində pul vəsaitinin vurulmuş mənəvi zərərə görə cavabdeh Cavabdeh MTK-dan alınaraq cavabdeh İddiaçı verilməsi qət etmişdir. İddiaçı özünə məxsus mənzildən məhrum olması nəticəsində bir neçə il ərzində maddi məhrumiyyətə məruz qalmaqla bərabər, xeyli mənəvi sıxıntılara və sarsıntılara məruz qalmışdır. Mənəvi ziyanla bağlı tutulan məbləğlə razı deyil və həmin hallar işin faktiki hallarına və iddiaçıya dəymiş mənəvi ziyanla bağlı mütənasiblik təşkil etmir, həddindən aşağı qiymət təşkil edir. İşə baxan məhkəmə tam qanunsuz və əsassız olaraq, birinci instansiya məhkəməsinin qətnaməsini maddi ziyana görə 251.000 manat məbləğdə pulun Cavabdeh MTK-dan alınaraq bütünlüklə İddiaçı verilməsi hissəsində ləğv etmiş və həmin hissədə iddianı qismən təmin edərək maddi ziyana görə 125500 manatın İddiaçı ödənilməsini qət etmişdir. Qətnamənin ümumi məzmunundan belə məlum olur ki, məhkəmə o qənaətə gəlmişdir ki, 251.000 manat məbləğdə pulun digər yarısı, 125500 manat X5na ödənilməlidir. Kollegiyanın bu qənaəti tamamilə qanunsuz, əsassız və ədalətsizdir. İşə baxan Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə qanunsuz olduğunu heç cür əsaslandıra bilməmiş, hüquq normalarının maddələrini sadalamaqla kifayətlənmişdir. X5 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmuşdur, onun məhkəmə tərəfindən həmin mənzilə İddiaçı ailə üzvü kimi yalnız istifadə hüququ tanınmışdır. Evi İddiaçı tikmiş, evin əşyalarını o almış, həmin mənzilə mülkiyyətlə bağlı texniki pasport İddiaçı adına verilmişdir. İddiaçı həmin mənzilə bütün hüquqları, o cümlədən mülkiyyət hüquqları tanınmışdır. İddiaçı həmin mənzilə çıxarış almaqdan ötrü müvafiq orqana müraciəti kifayət edərdi. 251.000 manat məbləğdə pulun Cavabdeh MTK-dan alınaraq bütünlüklə İddiaçı ödənilməsi barədə məhkəmə qətnaməsi tamamilə qanuni və əsaslı olmuşdur, baxmayaraq ki, bu miqdar evin, itirilən ev əşyalarının və dəymiş ziyanın real qiymətini əks etdirmir. X5 tərəfindən istifadə hüququna görə dəymiş ziyanın ödənilməsi və ya icarədarla istifadə hüququ və ya istifadə hüququ ilə bağlı ona çatası kompensasiya) ilə bağlı iddia tələbi irəli sürülməmiş və hazırda belə bir mübahisə mövcud deyildir. Əgər icarədarla İddiaçı onun ailə üzvünün X5 arasında mübahisə varsa, bu ayrıca tələb irəli sürülməklə həll olunmalı və X5 istifadə hüququ ilə bağlı ona çatası payı məhkəmə qaydasında tələb edə bilər. Apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin məlum qərarında qeyd olunan halı yanlış anlayaraq, araşdırma aparmadan, icarədarla onun ailə üzvünə çatası payı ½ hissədə qiymətləndirməklə düzgün olmayan nəticəyə gəlmiş və normanın təfsirində səhvə yol vermişdir. Göstərilən məsələ ayrıca iddia səkilində həll olunarsa, icarədarın ailə üzvü ilə bağlı müvafiq qanunvericiliyin normalarına uyğun olaraq istifadə hüququna xitam verilməsi və s. məsələlər ortaya çıxacaqdır. Hazırkı mübahisə ilə bağlı bir icarədar kimi İddiaçı mülkiyyət hüququ pozulmuşdur. İddiaçı icarədar kimi ona məxsus əml aka dəymiş zərərin əvəzini tələb edir. Cavabdeh X5nın kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən gəldiyi nəticə qanunsuz və əsassızdır. Hazırki iş üzrə mübahisəli qətnamədən xx xxx 2017-ci il tarixli müqavilənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən etibarsız hesab edilməsi qeyd edilsə də, həmin maddənin 5-ci bəndinin tələbi bir başa pozulmuşdur. Həmin bəndə əsasən əqd etibarsız olduqda, əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstəri lmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. X5nın istifadəsində və sahibliyində olan ev söküldüyündən onun geri qaytarılması mümkün deyil və həmin evin dəyərinin pulla X5ya ödənilməsi bir başa imperativ qaydada qanunvericilik tərəfindən göstərilmişdir. Bunun üçün əlavə iddia tələbinin mövcudluğun labüd olması tələbinin məhkəmə tərəfindən qeyd edilməsi yalnız bürokratik əngəl kimi qiymətləndirilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək təmin olunmasını və qarşı tərəfin isə kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər. Digər cavabdehlərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6668, 109; MM-in 21, 146, 157, 158, 164, 165, 180, 337, 358, 402, 646, 648-ci maddələrinə istinadən gəldiyi nəticələrə əsasən iddiaçı X1 iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi və vurulmuş maddi ziyana görə 251000 manat məbləğdə pulun "Cavabdeh" MTK-dan alınaraq bütünlüklə ona verilməsi hissəsində ləğv edilərək həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildiyindən və qətnamənin qalan hissəsi qanuni və əsaslı olduğuna görə dəyişdirilmədən saxlanıldığından, mülki işin hazırki apellyasiya icraatının hədləri qeyd edilən göstərişlər müstəvisində məhdudlaşır. Kassasiya instansiyası iddiaçının və cavabdeh F.İddiaçının evə dair hüquqlarını bərabərləşdirdiyindən, F.İddiaçı ilə bağlanmış müqavilənin etibarsızlığı qüvvədə saxlanıldığından və sonuncu tərəfindən tələb mövcud olmadığından (MM-nin 337.5-ci maddəsinin dispozitiv şərtləri müəyyən edilmədiyindən), göstərilən maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxla nılması barədə gəldiyi nəticəni kassasiya instansiyası düzgün hesab etdiyindən, habelə iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi və maddi zərər məbləğinin bütünlüklə iddiaçıya verilməsi hissəsində qətnaməni ləğv etdiyindən, qətnamənin qalan hissəsi qanuni və əsaslı olduğuna görə dəyişdirilmədən saxlanıldığından müəyyən edilmiş maddi zərər məbləğinin yarısının və mütənasib olan mənəvi zərər məbləğinin iddiaçının xeyrinə tutulmasını qanuni hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin də bu nəticəyə gəlmişdir ki, mənəvi zərərin ağlabatanlıq baxımından 5000 manat müəyyən edilməsini qanunidir. Maddi zərərin digər yarısına cavabdeh F.İddiaçının hüquqlarının olduğunu, lakin onun MTK ilə mübahisəsi (ümumiyyətlə tələbi) olmadığından onların müxtəlif forma da razılığa gəlmək imkanlarını (mübahisə yarandığı təqdirdə tələb irəli sürmək hüquqları) nəzərə alaraq ona münasibətdə mülki prosessual nəticənin elan edilməsini, habelə iddia tələbinin digər hissələri qanuni qüvvəsini aldığından onlara hər hansı qiymət verilməsi yolverilməz hesab edilir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən aşağıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, işin materiallarından görünür ki, iddiaçının özü və övladı (cavabdeh) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin evə dair iddiaçının adına xx.xx.2003-cü i l tarixli, 30/1737 saylı “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportu” verilmişdir. Həmin mənzil cavabdehin əməkdaşları tərəfindən xx xxx 2017-ci il tarixində iddiaçının məlumatı və razılığı olmadan sökülmüşdür. İş üzrə cavabdeh MTK ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, müqavilə tərəfləri mübahisəli evin boşaldılaraq sökülməsinin əvəzi olaraq MTK tərəfindən xxx küçələrinin kəsişməsindəki məhəllədə yeni tikilən yaşayış binasında 2 ədəd mənzil verilməsi barədə razılığa gəlmişlər. İddiaçının sifarişi əsasında “X8” MMC tərəfindən aparılmış qiymətləndirici tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ƏEM/İ 01-757/17 nömrəli rəyə görə, mübahisəli evin xx.xx.2017-ci il tarixə bazar dəyəri 253.300 manat, evdə olan əşyaların bazar dəyəri isə 25.710 manat təşkil edir. Məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı əsasında “X5” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ABC/N 028-228 nömrəli rəyindən görünür ki, evin xx.xx.2017-ci il tarixə bazar dəyəri 251.000 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əvvəlki kassasiya instansiyasının qərarı ilə iddiaçının iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi və vurulmuş maddi ziyana görə 251000 manat məbləğdə pulun cavabdeh MTK-dan alınaraq bütünlüklə iddiaçıya verilməsi hissəsində ləğv edilməsini nəzərə almaqla işə ləğv edilmiş hissələr üzrə baxaraq maddi zərər məbləğinin yarısının və mütənasib olan mənəvi zərər məbləğinin iddiaçının xeyrinə tutulmasına dair nəticələri ilə razılaşmır. Belə ki, apellyasiya i nstansiyası məhkəməsinin də müəyyən etdiyi kimi, mübahisəli ev özbaşına tikili olmaqla, iddiaçının adına dövlət reyestrində qeydə alınmasa da, həmin evə dair dövlət orqanının verdiyi yeganə sənəd – evin texniki pasportudur ki, bu sənəd də iddiaçının adına tərtib edilmişdir. Belə olan halda, iddiaçının sadə prosedur qaydalarına riayət etməklə, tərəfindən inşa edilmiş evi öz adına özəlləşdirmək imkanı, yəni gözlənilən mülkiyyət hüququ olmuş və məhz buna görə də, onun iddiası əsasında ünvan 1 ünvanında yerləşən 113,39 kv.m.-dən ibarət fərdi yaşayış evinə dair xx xxx 2017-ci il tarixdə cavabdehlər arasında bağlanmış müqavilənin əmlaka sərəncam verən şəxsin buna səlahiyyəti olmaması əsası ilə etibarsız hesab edilmişdir. Evə dair cavabdeh X5nın adına isə hər hansı sənəd olmamaqla onun mübahisəli evdən yalnız istifadə etmək hüququ qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi (İş № 2- 1189/1998) ilə təsdiq edilsə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi evin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın iddiaçı ilə cavabdeh X5 arasında bərabər bölünməli olması ilə bağlı göstərilən nəticəyə gələrkən istifadə hüququ olan şəxslə, həmin evə münasibətdə gözlənilən mülkiyyət hüququ olan şəxsin hüquqlarının eyniləşdirməsi düzgün sayıla bilməz. Belə ki, qanunvericiliyə görə mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka dair sahiblik, istifadə və sərəncam hüquqları elementlərindən, hissələrindən ibarətdir və bu hüquqların hər hansı birinin həyata keçirilməsi mütləq şəkildə digər hüquqlardan asılıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və X4 haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhk əməsinin xx xxx 2003-cü il tarixdə «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə «real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ» mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, «mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakın qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir» Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, hazırkı iş üzrə sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin ev üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir və buna görə də kollegiyanın qənaətinə görə faktiki olaraq evin texniki pasportu onun sahibi kimi iddiaçının adına olduğu üçün də evin sökülməsi nəticəsində vurulmuş ziyanı tələb etmək hüququ iddiaçıya məxsusdur. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticəsi həm də ziddiyyətli olmuşdur. Belə ki, işin materiallarından görünür ki, kassasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxladığı qanuni qüvvəsini almış qətnamə ilə ünvan 1 ünvanında yerləşən 113,39 kv.m.- dən ibarət fərdi yaşayış evinə dair xx xxx 2017-ci il tarixdə cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, beləliklə də cavabdeh X5 həmin evlə bağlı sərəncam vermək hüququnun olmam asını təsdiq etdiyi halda, hazırda onun evin sahibi ilə hüquqlarını eyniləşdirərək onun evdən istifadə hüququnun olmasına görə evin sökülməsinə görə vurulmuş maddi ziyan məbləğinin yarısını "Cavabdeh" MTK-dan tələb etmək hüququnu tanımış və iddiaçıya həmin məbləğin digər yarısının ödənilməsi nəticəsinə gəlmişdir. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi gəldiyi bu nəticəni hər hansı maddi hüquq normasına istinad etməklə əsaslandırmamış, yalnız kassasiya instansiya məhkəməsininbu barədə müvafiq göstərişinin olmasına istinad etmişdir. Halbuki MPM-in 417 və 372.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, işin yeni apellyasiya baxışına göndərilməsi, bir tərəfdən, ona mahiyyəti üzrə yenidən baxılması zərurəti, digər tərəfdən, bunun MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya qaydasında işə mahiyyəti üzrə baxılmanın imkanları daxilində olması ilə şərtləndirilir. Bu səbəbdən, yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. (KM-nin xx.xx.2012-ci il tarixli qərarı) Konstitusiya Məhkəməsinin müxtəlif qərarlarında vurğuladığı hüquqi mövqeyə görə, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin evdə qeydiyyatda olan və ev sahibinin ailə üzvü hesab edilən cavabdeh X5 bu evin sökülməsi nəticəsində evdən istifadə hüququnun pozulması və bunun müqabilində müvafiq kompensasiya tələb etmək hüququ hazırki iddia çərçivəsində deyil, onun bu hüququnun pozulması güman edildiyi halda iddiaçıya qarşı ayrıca iddia tələbi irəli sürməklə araşdırıla bilər. Kollegiya həmçinin apellyasiya instansiyası məhkəməsinin mənəvi zərərin ağlabatanlıq baxımından 5000 manat müəyyən edilməsi ilə bağlı nəticəsi ilə də razılaşmır. Belə ki, məhkəmə tərəfindən mənəvi zərərin hansı əsaslara görə 5000 manat müəyyən edilməsinin ağlabatan olması əsaslandırılmamışdır. Halbuki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödəni lməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və yaşayış yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarın 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair m addi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaıldır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. «Azərbaycan Respublikası Mülki M əcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında şərh olunmuşdur ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi ''Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçü n ədalət mühakiməsinin əsas prinsipləri haqqında'' Bəyannamənin 1-ci maddəsində göstərilir ki, ''qurbanlar'' termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ai lə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə m üəyyən olunmalıdır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki iddiaçının tələb etdiyi kimi bütün tələblər üzrə işin yenidən apellyasiya qaydasında baxılması mümkün deyildir. Belə ki, iddiaçının digər tələblərinin rədd edilm əsi hissəsində qətnamə artıq qanuni qüvvəyə minmişdir. Cavabdehin kassasiya şikayətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən X5ya hazırki məhkəmə icraatı çərçivəsində hər hansı məbləğin tutulması mümkün deyildir. Həmçinin onunla bağlanmış əqdin etibarsız hesab edilməsinin nəticələrinin tətbiqi də mümkün deyildir. Belə ki, X5 həmin əqdi səlahiyyəti olmadan bağlamışdır və həmin əqd üzrə alınanları eynilə qaytarmaq mümkün olmadıqda, onun dəyərinin pulla ödənilməsi tələbini irəli sürmək hüququ da cavabdeh X5ya deyil, əmlakın sahibinə, yəni iddiaçıya məxsusdur. Çünki əqd məhz iddiaçının tələbi əsasında etibarsız hesab edilmişdir. Belə olan halda, cavabdeh X5nın kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Şərh olunanlara ə sasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-8688/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdeh X5 və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar