Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-879/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilənin əhəmiyyətli pozuntusu, hüququn vicdanla həyata keçirilməsi) QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5621/2023 n ömrəli, 13 oktyabr 2023-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra bank və ya iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında 05 dekabr 2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Müqaviləyə əsasən satıcı İddiaçı ASC Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini (bundan sonra mübahisəli ev) alıcı cavabdehin mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 60380,10 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.
3. Müqavilənin 5-ci bəndinə əsasən cavabdeh ilkin olaraq 10880,10 manat məbləğində pulu alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının – İddiaçı ASC-nin hesabına ödəyir, qalan 49500 manatı isə hər ay 900 manat olmaqla, “Yelo Bank" ASC-yə ödəməyi öhdəsinə götürür.
4. Müqavilənin 6-cı bəndinə əsasən müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə müqavilənin 5-ci bəndində qeyd edilən öhdəliklərin tam icra olunmasından sonra əmələ gəlir.
5. Cavabdeh tərəfindən Banka cəmi 30.780 manat ödəniş edilmişdir. 05 dekabr 2019-cu il tarixli müqavilə üzrə ödənilməli olan 29.600 manat pul ödənilmədiyindən son ödəniş günü xx.xx.2024-cü il tarixədək müəyyən edilmiş müqavilənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə iddi açı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli bildiriş göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 5 dekabr 2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, bankın mülkiyyətində olan mübahisəli evin boşaldılaraq “banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir..
7. İddiaçı işin hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən 10880 manat iddiaçıya ödənildikdən sonra müqavilədə qeyd edilən əmlak cavabdehin istifadəsinə verilib. Müqavilənin bağlanmasından x eyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı İddiaçı ASC-yə lazımi ödənişlər edilməmişdir.Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 17 dekabr 2021-ci il tarixdə Cavabdeh göndərilmişdir.Lakin buna baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı İddiaçı ASC-yə lazımi ödənişlər edilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq banka təhvil verilməmişdir.
8. İddiçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh tərəfindən hər ay qrafik üzrə ödəniş edilməli olduğu halda onun tərəfindən 3 dəfə, müvafiq olaraq 500, 500 və 900 ma nat, may ayında isə 18.000 manat ödəniş edilmişdir. Beləliklə, cavabdeh tərəfindən ilkin ödəniş nəzərə alınmaqla, ümumilikdə 30.780 manat ödəniş olunmuş və 29.600 manat qalıq borc qalmışdır.Cavabdeh qrafik üzrə ödənişlərini gecikdirdiyi üçün 9.000-10.000 manata yaxın gecikməsi yaranıb. Əgər cavabdeh tərəfindən gecikdirilmiş məbləğ ödənilsəydi, bəlkə də razılığa gəlmək mümkün olardı. Cavabdeh tərəfindən təqdim edilmiş borcun olmamasına dair arayış isə kredit müqaviləsi üzrə olan borcla əlaqəlidir və onun bu müqaviləyə heç bir aidiyyəti yoxdur. Belə ki, kredit müqaviləsi üzrə olan ödənişlər birbaşa banka ödənilir, hazırki alqı-satqı müqaviləsi üzrə olan ödənişlər isə notariusdakı depozit hesabına ödənilir və oradan bankın hesabına köçürülür.
9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim e dərək qeyd etmişdir ki, tərəfindən ilkin ödənişlə birlikdə 30.000 manata yaxın banka ödənişlər edilsə də, hazırda ödənilməmiş borcu mövcuddur. O, məhkəmə prosesləri zamanı ödəniş edərək, borcunu bağladığını düşünsə də, həmin pul hazırki alqı-satqı müqaviləsi üzrə deyil, əvvəlki kredit müqaviləsi üzrə olan borca silinmişdir. Hazırda onun yeganə çıxış yolu mənzilin satılması və yerdə qalan borcun bağlanmasıdır. Belə ki, mənzil boşaldılacağı təqdirdə onun və ailə üzvlərinin yaşamağa başqa yerləri yoxdur. Özü və yoldaşı təqaüdçüdürlər, yalnız oğlu işləyir ki, onun da 2 aylıq körpə övladı var.
10. Cavabdehin vəkili bildirmişdir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2022- ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 18.000 ma nat olmaqla, 19.900 manat ödəniş olunmuşdur. Bundan əlavə, tərəflər arasındakı müqavilə 2019-cu ildə bağlanmışdır. Həmin zamandan sonra ölkə ərazisində sərt karantin rejimi tətbiq olunmuş və nəticədə cavabdeh fəaliyyət göstərə bilməmiş və ödənişlərini edə bilməmişdir. Gecikmə ilə əlaqəli yaranmış 10.000 manata yaxın borc da məhz bununla əlaqədardır. Bu səbəbdən müqavilənin şərtləri dəyişdirilməli və yenidən təzə şərtlərlə müqavilə bağlanmalıdır. Belə ki, qanunvericilikdə də müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı normalar mövcuddur. Bundan əlavə, tərəflər arasındakı alqı-satqı müqaviləsinin müddəti də bitməyib.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Təranə Mahmudova) 2(010)2169/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “Yelo Bank" Aç ıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 181.4 kv.m. olan fərdi yaşayış evi boşaldılaraq “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Mülki iş materiallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ba ğlanmış və həmin müqavilə Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsliq edilmişdir. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi nisyə alğı-satqı qaydasında 60380,10 manata Cavabdeh satılmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 10880,10 manat məbləğində pulu alğı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının - İddiaçı ASC-nin hesabına ödəyir, qalan 49500 manatı isə hər ay 900 manat olmaqla, “Yelo Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan məlum oldu ki, cavabdeh tərəfindən ilkin ödəniş nəzərə alınmaqla ümumilikdə 30780 manat ödəniş olunub və 29600 manat qalıq borc qalmışdır. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsin in 18-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.
13. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə öhdəlikləri əhəmiyyətli dərəcədə pozulmuşdur. İddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və bu səbəbdən sözügedən müqavilənin ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasları zamanı dəfələrlə barışıq üçün razılığa gəlinməsi barədə təkliflər edilsə də, tərəflər arasında razılıq əldə olunmamışdır. Belə ki, iddiaçı tərəfindən razılıq əldə olunması üçün gecikdirilmiş məbləğin ödənilməsi təklif olunmuş, lakin cavabdehin həmin pulu ödəməyə imkanı olmadığından, tərəflər arasında razılaşma olmamışdır
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178, 385.1, 421.2, 423.2, 424.2, 424.4, 424.5, 442, 445.3 və 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 05 dekabr 2019-ci il tarixli AN -1 № ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə görə iddiaçı Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Mərkəzi küçəsində yerləşən 59 saylı fərdi yaşayış evini 60380 manata cavabdehə satmışdır. Müqavilə şərtlərinə görə cavabdeh ilk olaraq 10880 manat ödəmiş, qalan 49500 manatı isə hər ay 900 manat ödəmə klə 06 iyul 2024-cü il tarixə qədər ödəyib başa çatdırmaq barədə üzərinə öhdəlik götürmüşdür. “Covid-19“ pandemiya xəstəliyinin surətlə yayılması nəticəsində Azərbaycan Respublikasında 25 mart 2020-ci il tarixdən sərt karantin rejimi tətbiq edilmiş və bu hal uzun müddət davam etmişdir. Görülən tədbirlər nəticəsində ölkənin iqtisadi sahəsində fəaliyyət göstərən istehsalat və kommersiya obyektləri iflic vəziyyətə düşmüş, bir coxları müflis olaraq fəaliyyətini dayandırmış, insanlar iş yerlərini itirərək qazanc əldə edə bilməmişlər. Tərəfindən borcun vaxtında ödənilməməsi də bu səbəblərə görə baş vermişdir. Göründüyü kimi borcun ödənilməsinin gecikdirilməsi cavabdehin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir.Göstərilən halların baş veməsini cavabdeh (eləcə də digər tərəf) əvvəlcədən görə bilməzdi və qarşısını almaq iqtidarında olmamışdır. Buna görə də cavabdeh dəfələrlə iddiaçıya müraciət edib, yuxarıda göstərilən halları nəzərə almaqla, müqavilə şərtlərinin dəyişdirilməsini, yəni ödəniş qrafikinin yenidən razılaşdırılmasını xahiş etmişdir. Lakin iddiaçı göstərilən halları, habelə bu evin cavabdehin ailəsinin yeganə yaşayış yeri olduğunu nəzərə almamış, hər hansı güzəştə getmək istəməmişdir. Əksinə, məhkəməyə iddia ərizəsi verib, alqı-satqı müqaviləsinin ləğv edilməsini və cavabdehin ailəsinin evdən çıxarılmasını tələb etmişdir. Məhkəmə tərəfindən həmin iddia tələbi təmin edilmişdir.Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422, 425, 448-ci maddələri kontekstində qeyd edilməldir ki, borclu müqavilə öh dəliklərini icra etməkdikdə, buna görə yalnız təqsirli olduğu halda məsuliyyət daşıyır. Borclunun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməlidir. Təqsirsiz məsuliyyət yalnız mülki qanunda nəzərdə tutulan hallarda yaranır, lakin hazırkı iş üzrə belə hallar mövcüd deyil. Göründüyü kimi borcun ödənilməməsi cavabdehin təqsiri üzündən baş verməmişdir. Buna baxmayaraq, məhkəmə işin bu hallarını nəzərə almamış və ümumiyyətlə, araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-833/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. (hakimlər Cəm ilə Musayeva (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Rəşad Həsənov)
18. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 421.2 və 600.4-cü maddəsinin dispozisiya şərtlərinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni müqavilədən imtina edən satıcı öz seçiminə görə alıcıya qarşı həmin tələblərdən yalnız birini irəli sürə bilər. Müqavilənin ləğvi üçün öhdəliyin istənilən pozuntusu deyil, əhəmiyyətli pozuntusu əsas ola bilər.
19. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən edib ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəs i, ünvan 1 iddiaçının mülkiyyətində olmuş və sonuncu cavabdehlə razılığa gələrək, sözügedən evin hissə-hissə ödəmək şərti ilə nisyə alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilə bağlamışdır. Müqavilədə əmlakın satış qiyməti 60.38,10 manat məbləğində müəyyən edilmiş, müqavilənin şərtlərinə görə cavabdeh ödəniş cədvəlinə əsasən ilkin olaraq 10.880,10 manat ödəməklə, qalan 49.500 manat pulu xx.xx.2024-cü il tarixədək bərabər hissələrə bölünməklə, hər ay 900 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin müqavilənin bağlandığı gündən ödənişlərdə gecikmələrə yol verdiyini, bununla da müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğunu qeyd edərək məhkəməyə müraciət etmiş, qanunvericiliklə ona verilən seçim hüququndan istifadə etməklə müqavilənin ləğv edilməsini və ödənilməmi ş malın qaytarılmasını tələb etmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi həmçinin onun da müəyyən edib ki, cavabdeh tərəfindən ilkin ödəniş nəzərə alınmaqla ümumilikdə 30.780 manat ödəniş olunmuş (sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə 18.000 manat məbləğində), müqavilə üzrə ödənilməmiş 29.600 manat məbləğində qalıq borcu qalmış, müqavilə üzrə son ödəniş günü xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi səbəbilə ödənişləri dayandırdığını etiraf etmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-isti fadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.
22. Apellyasiya instansiyası məhkəməsi müqavilə müddətinin xx.xx.2024-cü il tarixədək davam etdiyini, cavabdehin müqavilə üzrə tərtib edilmiş ödəniş qrafikini qismən də olsa bərpa etdiyini və iddiaçının məhkəməyə müraciət etdiyi səbəbilə ödənişləri dayandırdığını, öhdəliklərini icra etməyə hazır olduğunu v ə buna cəhd etdiyini, müqavilə predmeti olan fərdi yaşayış evinin onun yeganə yaşayış yerinin olduğunu nəzərə alaraq hesab etmişdir ki, qeyd olunan halların məcmusu baxımından iddiaçının verilmiş əşyanın ödənilməsini, uğradığı zərərin isə faiz formasında qarşılanması deyil, dəyəri tam ödənilməmiş mübahisəli mənzilin qaytarılmasını tələb etməsi öz hüququndan sui-istifadə kimi qəbul edilməli və bu əsasla da hazırki iddia rədd edilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 421.2, 560.1, 560.2, 567, 600.4 və 601.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. C) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. İddiaçı kassasiya şikay əti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2803/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər – A.Abbasov (məruzəçi), V.Məmmədov və Z.Əliyev) kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi alqı-satqı müqaviləsinin ləğvi və əmlakın qaytarılması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi müqavilə üzrə əmlakın dəyərinin hissə-hissə ödənilməsi öhdəliyinin cavabdeh tərəfindən pozulmasına istinad etmişdir.
27. Cavabdehin müqavilə üzrə ödənişləri yub atması da işin mübahisəsiz halı kimi müəyyən edilib.
28. İddia tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 421.2 və 600.4-cü maddələri nəzərdən keçirə bilər.
29. Mülki Məcəllənin 421.2 və 600.4-cü maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş m alın qaytarılmasını tələb edə bilər.
30. Apellyasiya instansiyası məhkəməsi özü də həmin maddələrə istinad edərək müqavilədən imtina edən satıcının öz seçiminə görə alıcıya qarşı həmin tələblərdən yalnız birini irəli sürə bilməsini, müqavilənin ləğvi üçün öhdəliyin istənilən pozuntusunun deyil, əhəmiyyətli pozuntusunun əsas ola bilməsini göstərsə də, sonda iddianı rədd etmək üçün iddiaçının hüquqdan sui-istifadə etməsini əsas gətirsə də, gəldiyi nəticəni əsaslandırmamışdır.
31. Əvvəla, apellyasiya instansiyası məhkəməsi müqavilənin ləğvi üçün öhdəliyin istənilən pozuntusunun deyil, əhəmiyyətli pozuntusunun əsas ola bilməsini göstərsə də, işin halları baxımından cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsinin əhəmiyyətli pozuntu olub-olmamasına iddiaçının müqavilə bağlanarkən ümid etməy ə haqqı çatanlardan xeyli dərəcədə məhrum olub-olmaması kontekstində heç bir qiymət verməmişdir. Halbuki Mülki Məcəllənin 421.2-ci maddəsində müqavilənin əhəmiyyətli pozuntusunun şərti kimi pozuntunun digər tərəfə vurduğu zərər nəticəsində onun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasıdır. İşin bu halı müəyyən edilmədən müqavilənin əhəmiyyətli pozulmaması barədə gəlinən nəticə əsaslı sayıla bilməz.
32. Bu baxımdan, cavabdehin müqavilə öhdəlilkərini icra etməməsinin nəyə görə əhəmiyyətli pozuntu sayılmamasını apellyasiya instansiyası məhkəməsi qətnamədə, ümumiyyətlə, göstərmədiyi üçün gəlinən nəticənin də əsaslı olmasına kollegiya qiymət verə bilmir.
33. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsinin əsası kimi iddiaçının hüq uqdan sui-istifadə etməsinə istinad etsə də, ümumi ifadələrdən istifadə etməklə kifayətlənmiş, hüquqdan sui-istifadənin iddiaçının hansı hərəkətlərində və nədə ifadə edilməsinə aydınlıq gətirməmişdir.
34. Hazırki işin halları baxımından Mülki Məcəllənin 560.3-cü maddəsinin hüquqdan sui-istifadənin xüsusi halları kimi – qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi halları nəzərdən keçirilə bilər. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının hüquqdan sui-istifadə kimi bunlardan hansı na yol verməsinə aydınlıq gətirməmiş, işin bu halına, ümumiyyətlə, lazımi qiymət verməmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının hüquqdan sui-istifadə etməsi kimi hazırkı qərarın 22-ci bəndində göstərdiyi dəlillər isə əsaslı sayıla bilməz.
36. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi həmin dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, cavabdehin öhdəliyini pozması əsası ilə iddiaçının məhkəməyə müraciət etməsindən sonra müqavilə üzrə öhdəliklərini pozmuş cavabdehin öhdəliklərini icra etməyə hazır olduğunu bildirməsi müqavilənin pozuntusunu aradan qaldırmır.
37. Həmçinin hüquqdan sui-istifadə özünü hüquqların bilərəkdən vicdansızcasına həyata keçirilməsində büruzə verir. Hüquqdan sui-istifadə zamanı hüquq sahibinin hərəkətləri formal baxımdan hüquq i görsənsə də, hüquq sahibi müvafiq hüququn məqsədi xaricində bilərəkdən vicdansızcasına hərəkət və ya hərəkətsizlik göstərməklə ədalətsiz vəziyyətin yaranmasına çalışır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il Qərarında da hüquqi mövqe belə olmuşdur ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin halların ı hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
39. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyinə görə hüquqdan suiistifadənin mövcudluğu iki halın məcmu şəklində müəyyən edilməsindən asılıdır: şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli; və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Bunlardan hər hansı birinin müəyyən edilməməsi hüquqdan sui-istifadəni istisna edir.
40. Lakin hazırki işdə iddiaçının müqavilə öhdəliklərini icra etməyən cavabdehdən qanunda və müqavilədə nəzərdə tutulmuş hüquqlarından irəli gələn iddia qaldırmasının onun müvafiq hüququndan məqsədi xaricində istifadə edib- etməməsi halı müəyyən edilməyib. Buna görə də ilk əvvəl qeyd edilən hal müəyyən edilməli, daha sonra isə yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmaması, aşkar ədalətsizliyə səbəb olub-olmaması müəyyən edilməklə mübahisəyə qiymət verilməli idi.
41. Qeyd edilənlər göstərir ki, apellyasiya instansiyası hüququn tətbiqində səhvə yol vermişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
42. Apellyasiya instansiya məhkəməsinin 2(103)-5621/2023 nömrəli, 13 oktyabr 2023- cü il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və X.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuşdur.
43. Apellyasiya instansiya məhkəməsi qeytd etmişdir ki, hazırkı vaxta kimi cavab deh evin qiymətinin çox hissəsini - 38.780,07 manat ödəyib, ödənilməmiş qalan hissə 21.599,93 manatdır. Bunu iddiaçı da təsdiq edir. Cavabdeh bildirib ki, ödənişlərin yubanmasına səbəb pandemiya olub, qalan 21.599,93 manatı hissə-hissə hər ay 1.000 manat olmaqla ödəyəcək. O, bu barədə məhkəməyə ərizə də təqdim edib.
44. Bundan başqa, cavabdeh həmin evdə göstərilən ailə üzvləri ilə bilikdə yaşayır: 1) arvadı X1; 2) övladı X3; 3) gəlini X2; 4) nəvəsi X5; 5) nəvəsi X4. Cavabdehin və ailə üzvlərinin başqa yaşayış yeri yoxdur, evdən çıxarılacaqları təqdirdə yaşayış yerindən məhrum olacaqlar. Nəzərə alınmaldır ki, hazırkı iddia ərizəsində cavabdehin ailə üzvlərinə qarşı tələb irəli sürülməyib, belə tələb olmadan məhkəmə evin boşaldılmasını qət edə bilməz, çünki “boşaldılma” deyiləndə evdə yaşaya n bütün şəxslərin oradan çıxarılması başa düşülür.
45. Bununla yanaşı, tərəflərin münasibəti real alqı-satqı münasibəti deyil. Cavabdehin iddiaçının qarşısında kredit öhdəliyi olub, sonradan bank onun evinə mülkiyyət hüququ əldə edib, bundan sonra isə bank ilə cavabdehin arasında alqı-satqı müqaviləsi bağlanıb. Müqavilə bağlanana qədər cavabdeh və ailə üzvləri həmin evdə yaşayıblar, yəni müqaviləyə qədər evdən çıxmayıblar, buna görə də müqavilədən sonra evin onlara təhvil verilməsi baş verməyib.
46. Bundan başqa, müqaviləyə görə, evin qiymətinin ödənilməsi müddəti xx.xx.2024-cü ildə başa çatmalıdır, yəni qiymətin ödənilməsi üçün müəyyən edilmiş müddət hələ bitməyib.
47. Məhkəmə yuxarıda qeyd olunan hallara əsaslanaraq hesab edir ki, qiymətin hissə-hissə ödənilməsində cavabdehin yol verdiy i pozuntu müqavilənin əhəmiyyətli dərəcədə pozulması hesab edilmir. Mülki Məcəllənin 600.4-cü maddəsində qeyd olunub ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, belə vəziyyətdə satıcının 2 alternativ davranış imkanı var: 1) əşyanın qiymətinin ödənilməsini tələb etmək; 2) qiyməti ödənilməmiş əşyanın qaytarılmasını tələb etmək. Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırkı işin hallarına görə, vicdanlılıq tələb edir ki, iddiaçı 600.4cü maddədə müəyyən edilmiş hüququnu həyata keçirərkən 1-ci imkandan istif adə etsin, çünki 2-ci imkandan istifadə edilməsi, yəni evin qiymətinin böyük hissəsini ödəmiş cavabdehin və onun ailə üzvlərinin yaşayış yerindən məhrum edilməsi, onların vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq. Ona görə də iddiaçı qiymətin ödənilməmiş hissəsinin ödənilməsi üçün məhkəməyə iddia verməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
48. İddiaçı təşkilat (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5621/2023 saylı 13 oktyabr 2023-cü il tarixli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, isin hallarından da görünür ki, cavabdeh 5 dekabr 2019-cu il tarixli ******* nömrəli alqı -satqı müqaviləsinə görə, ev 60380.10 manata alqı-satqı edilmiş, alıcı 10880.10 manatı satıcıya notariusun depozit hesabı vasitəsilə ödəməyi və qalan 49.500 manatı isə hər ay 900 manat olmaqla xx.xx.2024-cü ilədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən qeyd olunan ödənişlər lazımi qaydada icra olunmamışdır. Hal-hazırda da cavabdehin bank qarşısında öhdəliyi mövcuddur.
50. Maddənin əsasından da göründüyü kimi alğı-satqı müqaviləsi üzrə Bank tərəfindən müqavilənin şərtlərinə riayət olunmaqla əmlak cavabdehin istifadəsinə verilmiş, ancaq cavabdeh tərəfindən ödənişlər ödənməməklə müqavilə şərtləri pozulmuşdur. Məhkəmənin əsaslandığı cavabdehin ödənişləri hissə-hissə hər ay 1000 manat olmaqla ödəyəcəyi barədə ərizəsi birbaşa olaraq qanunsuz və əsassızdır. Məhkəmənin bankın müşt ərisinə müqavilədən kənar bir razılaşmaya razılıq verməsi təmamilə qəbul olunmazdır. Və belə bir sübuta əsaslanan qətnamə əsaslı və qanuni hesab edilə bilməz
51. Kassator Azərbaycan Respublikasının mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə istinad edərək göstərmişdir ki, cavabdeh müqavilə öhdəliklərini vaxtında və lazimi qaydada icra etməyərək, alğı-satqı müqaviləsi üzrə ödəməli olduğu məbləği ödəməkdən boyun Banka ziyan vurmuşdur. Bank qeyd edilən müqavilə üzrə əldə edəcəyi gəlirdən məhrum olmaqla bərabər əmlakı digər bir şəxsə sataraq və ya icarəyə verərək gəlir əldə edə bilərdi. Belə ki, cavabdehin hələ xx.xx.2023-cü il tarixə gecikdirilmiş 12400 AZN borcu, ümumi isə 29900 AZN borcu vardır. Belə olan halda qəbul edilmiş formal mülahizəyə əsaslanan qətnamə bankın hüquqlarını kobud canına pozmuşdur.
52. Odur ki, məhkəmə tərəfindən iddianın rədd edilməsinə əsas olan dəlillər işin hallarına ümumiyyətlə uyğun olmamaqla bərabər alğı-satqımüqaviləsi üzrə tətbiq edilməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, cavabdeh ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə yaşayır və belə olan halda cavabdehin ailə üzvlərinə qarşı tələb irəli sürülmədiyi üçün məhkəmə evin boşaldılmasını təmin edə bilməz. Lakin hesab edirik ki, iddiamızın təmin edilməməsi bankın birbaşa mülkiyyət hüquqlarını pozmaqla yanaşı, tələb hüququnu da məhdudlaşdırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
54. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşy anın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
55. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
64. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsi aktı tam mübahisələndirildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
68. Belə ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qiymətin hissəhissə ödənilməsində cavabdehin yol verdiyi pozuntu müqavilənin əhəmiyyətli dərəcədə pozulması hesab edilmir. Mülki Məcəllənin 600.4-cü maddəsində qeyd olunub ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, belə vəziyyətdə satıcının 2 alternativ davranış imkanı var: 1) əşyanın qiymətinin ödənilməsini tələb etmək; 2) qiyməti ödənilməmiş əşyanın qaytarılmasını tələb etmək. Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin su byektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırkı işin hallarına görə, vicdanlılıq tələb edir ki, iddiaçı 600.4-cü maddədə müəyyən edilmiş hüququnu həyata keçirərkən 1-ci imkandan istifadə etsin, çünki 2-ci imkandan istifadə edilməsi, yəni evin qiymətinin böyük hissəsini ödəmiş cavabdehin və onun ailə üzvlərinin yaşayış yerindən məhrum edilməsi, onların vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq. Ona görə də iddiaçı qiymətin ödənilməmiş hissəsinin ödənilməsi üçün məhkəməyə iddia verməlidir.
69. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmır.Belə ki, nisyə alqı-satqı müqaviləsi bağlanarkən satıcı satdığı əşyanın dəyərini müqavilədə müəyyənləşdirilmiş qaydada əldə edəcəyini ümid edir. Apellyasiya məhkəməsi q eyd etmişdir ki, hazırkı vaxta kimi cavabdeh evin qiymətinin çox hissəsini 38.780,07 manat ödəyib, ödənilməmiş qalan hissə 21.599,93 manatdır.Kassasiya şikayətində isə qeyd edilmişdir ki, cavabdehin hələ xx.xx.2023-cü il tarixə gecikdirilmiş 12400 AZN borcu var.
70. Belə olan təqdirdə apellyasiya instansiyası məhkəməsi qiymətin hissə-hissə ödənilməsində cavabdehin yol verdiyi pozuntunun müqavilənin əhəmiyyətli dərəcədə pozulması hesab edilmədiyi qənaətinə gələrkən bu qənaətini iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olub-olmaması kontekstində kifayət qədər əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olub-olmamasını müəyyən etmək məqsədilə gecikdirilmiş borcun məbləğini də kifayət qədər araşdırmaqla hüquqi qiymət verməli olduğu halda belə araşdırma aparmamışdır. Halbuki Mülki Məcəllənin 421.2-ci maddəsində müqavilənin əhəmiyyətli pozuntusunun şərti kimi pozuntunun digər tərəfə vurduğu zərər nəticəsində onun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasıdır. İşin bu halı müəyyən edilmədən müqavilənin əhəmiyyətli dərəcədə pozulmaması barədə gəlinən qənaət əsaslı sayıla bilməz.
71. Mülki Məcəllənin 600.4-cü maddəsində qeyd olunub ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
72. Göründüyü kimi, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyi vəziyyətdə satıcının 2 alternativ davranış imkanı var: 1) əşyanın qiymətinin ödənilməsini tələb etmək; 2) qiyməti ödənilməmiş əşyanın qaytarılmasını tələb etmək.Bu imkanlar qanunda açıq şəkildə ifadə edilmişdir.Yəni, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməzsə hansı nəticələrə səbəb olacağını qabaqcadan görə bilir. İki imkandan birini istifadə etmək satıcının hüququdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə cavabdehin (alıcı) əşyanı təhvil aldıqdan sonra alqı- satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyinə görə iddiaçının (satıcı) Mülki Məcəllənin 600.4-cü maddəsində nəzərdə tutulmuş və alıcının da bunu əvvəldən görə bildiyi ikinc i imkandan istifadə etməsinin hüququn vicdanlı həyata keçirilməsi olmadığını kifayət qədər əsalandıra bilməmişdir.Belə davranışın hüququn vicdanlı həyata keçirilməsi olmadığı nəticəsinə gəlinməsi üçün ödənilməsi gecikdirilmiş məbləğ, məbləğin ödənilməsi məqəsdilə iddiaçının əvvəllər hər hansı bir tədbir görübgörmədiyi də ətraflı araşdırılaraq hüquqi qiymət verilməlidir. Yəni, hüquq sahibi hüquq normasının ona tanıdığı alternativ imkanlardan hər hansı birini istifadə edərkən vicdanlı davranıb-davranmadığı nəticəsinə iş üzrə əhəmiyyətli olan bütün hallar araşdırılıb hüquqi qiymət verilməklə gəlinə bilər ki apellyasiya instansiyası məhkəməsi belə araşdırmanı kifayət qədər aparmamışdır.
73. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qəra rın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
74. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
75. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxar ılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
76. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilmə lidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
77. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2023-cü il tarixli 2(103)-5621/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
78. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş ka ssasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2023-cü il tarixli 2(103)-5621/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.