Məhkəmə qərarları › İş №2(102)-882/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-882/2025

11.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-882/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-882/2025 (Açar sözlər: bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 2(105)-1422/2024 nömrəli, 14 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX olan, ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışa əsasən, Quba rayonu, Ağbil kəndində yerləşən 0,13 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 86 kv.m. olan yaşayış evin paylı mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi, **********36 reyestr nömrəsi ilə q eydiyyata alınmışdır.

2. X6 ilə X5 arasında xx.xx.2008-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır.

3. İddiaçı1 ilə X4 ilə xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuşdur.

4. İddiaçı1 ilə X1 nikahdan xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1978-ci il təvəllüdlü X5 doğulmuşdur.

5. X4 xx.xx.1990-cı ildə vəfat etmişdir. 6. “Daşınmaz Əmlakın Bağışlanması” barədə 2 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən, İddiaçı1 və İddiaçı2 paylı mülkiyyət üzrə onlara məxsus olan Quba rayonu, Ağbil kəndində yerləşən 0,13 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 86 kv.m. olan yaşayış evini Cavabdeh1 hədiyyə olaraq bağışlamışlar. Müqavilə Cavabdeh2 tərəfindən təsdiq edilərək, 4Ə-2223 nömrə ilə reyestrdə qeyd edilmişdir.

7. X2 rayonu, Ağbil kəndində yerləşən 0,13 ha torpa q sahəsini və üzərində yerləşən ümumi sahəsi 86 kv.m. olan yaşayış evindən arvadı İddiaçı2 məxsus mirasın 1/2 hissəsinin bağışlanmasına etiraz etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra cavabdehlər, yaxud ad, soyad, Notariat Ofisi) qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən Cavabdeh1 arasında 12 oktyabr 2021-cü il tarixdə bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətlərində Quba rayonu Ağbil kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsi və həmin torpaqda yerləşən ümumi sahəsi 86 kv.m. yaşayış evi var idi. Qeyd edilən torpaq və ev onların paylı mülkiyyəti olub. Qeyd edilən 0,13 ha torpağı və həmin torpaqda yerləşən 86 kv.m. sahəsi olan yaşayış evinin İddiaçı1 oğlu, İddiaçı2 qardaşı Cavabdeh1 xx.xx.2021-cü il tarixdə Quba Regional “Asan Xidmət” Mərkəzində olan Notariusda aldatma yolu ilə bağışlamışdır. Onlar sənədlərə imza etdikdən sonra İddiaçı2 öz evində, İddiaçı1 isə Cavabdeh1 ilə birlikdə mübahisə predmeti olan evdə yaşamışlar. 2023-cü ilin sonunda Cavabdeh1 evdə sözsöhbət dalaşıq salıb onu (İddiaçı1) evdən qovmuş və həmin vaxt onlara məlum olmuşdur ki, Cavabdeh1 onları aldatma yolu ilə sənədlərə imza etdirmişdir. Belə ki, 2021-ci il ilin oktyabr ayında cavabdeh onları çağırıb bildirmişdir ki, mübahisə predmeti olan ev qəzalı vəziyyətdə dir. O, İcra hakimiyyətinə müraciət etmiş, onlara köməklik göstərəcəklərini bildirmişdilər. Bunun üçün Quba “Asan Xidmət” mərkəzində Notariusa gedib sənədləri imza etmək lazımdır. Onlar hər ikisi xəstə olub. Onlar savadsız olduğu üçün oxuya belə bilməmişlər. Onlar Notariusa gedib çatanda bütün sənədləşmə işləri aparılmışdır. Onlara heç bir izah vermədən xırda hərflərlə yazılmış sənədlərə imza etdirimiş və 2023-cü ilin sonunda o, (İddiaçı1) evdən qovulduqdan sonra Cavabdeh1 onlara bildirmişdir ki, evləri ona bağışlayıblar, sonradan onlara məlum olmuşdur ki, aldanıblar, bağışlama müqaviləsinə imza ediblər.

10. Cavabdeh1 məhkəməyə iddiaya qarşı etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı1 anası, İddiaçı2 isə bacısıdır. Quba rayonu, Ağbir kəndi ərazisində İddi açı1 və İddiaçı2 1/2 hissədə torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1/2 hissədə fərdi ev məxsus olmuşdur. Həmin torpaq sahəsinin və orada olan fərdi evi iddiaçılar öz istəklərinə əsasən ona bağışlamaq istəmişlər. Bu məqsədlə onunla iddiaçılar arasında xx.xx.2020-ci ildə “Daşınmaz Əmlakın Bağışlanması” müqaviləsi bağlanmışdır. Həmin müqavilə Cavabdeh2ndə təsdiqlənmişdir. Müqavilə bağlanarkən Mülki Məcəllənin, Vergi Məcəlləsinin və “İcbari Sığortalar haqqında” qanunun müvafiq maddələrinin məzmunu izah edilmiş, müqavilənin bütün şərtləri barədə tərəflərə məlumat verilmişdir. Həmçinin hüquq və vəzifələri, müqavilənin doğurduğu hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edilmiş və bu barədə müqaviləni tərəflər imzalamışlar. Müqavilə bağlanarkən iddiaçılara heç bir təzyiq göst ərilməmişdir. İddiaçılar öz istəkləri əsasında əmlaklarını ona bağışlamışlar. Müqavilə bağlanarkən iddiaçılar hər hansı bir şərt irəli sürməmişlər. Onu da bildirir ki, o İddiaçı1 evdən qovmamışam və aldatma yolu ilə sənədləri iddiaçılara imza etdirməmişdir. Hər iki iddiaçı paylarını könüllü olaraq ona bağışlamışlar. Müqavilə bağlanarkən iddiaçılar sağlam olmuş, hər ikisi müqaviləni notariusun yanında oxumuşlar. Həmçinin bildirmişdir ki, guya 2021-ci ilin oktyabr ayında o iddiaçıları çağıraraq bildirmişdir ki, mübahisə predmeti olan ev qəzalı vəziyyətdədir, guya İcra Hakimiyyəti köməklik göstərəcəyini ona vəd etmişdir. O, iddianın bu hissəsini də əsassız hesab etmişdir. Belə ki, o iddiaçılara belə bir müraciət etməmişdir. İddiaçılar ona əmlaklarını 2021-ci ilin oktyabr ayında deyil xx.xx.20 20-ci ildə bağışlamışlar. Həmçinin iddiaçı Məsinə Əmirxanova DİN-nin 102 qaynar xəttinə zəng edərək onu döydüyünü bildirmişdir. Quba rayon Polis Şöbəsi xx.xx.2023-cü il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul etmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Cavabdeh1 əməlində cinayət tərkibi yoxdur. Bu səbəbdən də cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, Məsmə onun qaynanası, Raziyyə yoldaşı, Yaşar isə onun qaynıdır. Qaynı Yaşar ona bildirmişdir ki, anası evi ona bağışlamış və sənədləşdirmək üçün onun da notariusda imzasına ehtiyac vardır. O, da öz növbəsində sənədi imzalamı şdır. Əmlaka görə ailə üzvləri arasında mübahisə olduğundan xəbəri olmamışdır. Onun özünə, atasına məxsus evi var və heç vaxt o evdə gözü olmayıb.

12. Quba Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(027)934/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, müqavilə iddiaçıların iradə ifadəsini əks etdirən əqd qismində çıxış etmiş, qarşılıqlı iradə ifadəsinin, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə icra edilməklə münasibətlər bağışlama ilə nəticələnmişdir. Habelə həmin əqdin etibarsız hesab edilməsinə əsas verən hər hansı digər hal müəyyən edilmədiyindən, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir.

14. Biri nci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 339.2, 666.1, 668.1.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.3, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən iddiaçıla rın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tələbi pozulmuşdur. Əqdin etibarsızlığı üçün kifayət qədər əsaslar mövcud olsa belə məhkəmə bunları araşdırmamışdır. İddiaçılar müqavilə bağlanılması üçün aldadılmışlar. İcra hakimiyyətindən guya kömək ediləcəyi məqsədilə notariusa aparılaraq hazırkı müqavilə bağlanmışdır. Bağışlama müqaviləsi ümumiyyətlə bağlanmamış, yəni iddiaçıların bağışlanma müqaviləsindən məlumatı olmamışdır. İradələrinin ziddinə belə bir müqavilə ortaya çıxmışdır. Məhkəmə tərəfindən prosessual no rmanın tələbi pozulmuşdur. İddiaçılar məhkəmə müdafiəsindən istifadə etmək istəsələr də onların qanuni haqları təmin edilməmişdir. Məhkəmə tərəfindən işin halları tam və obyektiv araşdırılmamış, məhkəmə iclasında tədqiq olunmuş izahatlar və digər sübutlar tədqiq edilmədiyindən qanunun tələbi pozulmuşdur.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-1422/2024 nömrəli, 14 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işdə əqdin etibarsızlığına əsas olan hallar, yəni mübahisələndirilən əqdin bağlanması zamanı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulması halları mövcud deyil. Sübutetmə yükü daşıyan iddiaçılar öz tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişlər. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, mübahisəli əmlakın bağışlanılması müqaviləsi iddiaçıların aldadılaraq bağlanması öz təsdiqini tapmadığından, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 339.2, 666.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayəti nin dəlilləri:

20. Qətnamədən iddiaçılar (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılıması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işin faktiki halları müəyyən edilməmiş, qanunvericiliyin normaları kobudcasına pozulmuşdur. Belə ki, əqdin etibarsızlığı üçün kifayət qədər əsaslar mövcud olsa belə məhkəmə bunları araşdırmamışdır. İddiaçılar müqavilə bağlanılması üçün aldadılmışlar. İcra hakimiyyətindən guya kömək ediləcəyi məqsədilə notariusa aparılaraq hazırkı müqavilə bağlanmışdır. Bağışlama müqaviləsi ümumiyyətlə bağlanmamış, yəni iddiaçıların bağışlanma müqaviləsindən məlu matı olmamışdır. İradələrinin ziddinə belə bir müqavilə ortaya çıxmışdır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına nəzərə almamışdır.

22. Məhkəmə tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmaqla mübahisəli qətnamə qəbul edilmişdir. İddiaçılar məhkəmə müdafiəsindən istifadə etmək istəsələrdə onların qanuni haqları təmin edilməmişdir. Məhkəmə tərəfindən işin halları tam və obyektiv araşdırılmamış, məhkəmə iclasında tədqiq olunmuş izahatlar və digər sübutlar araşdırılmamış, nəticədə göstərilən normaların tələbi pozulmuşdur. Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Cavabdeh verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, kassasiya şikayətinin rədd edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

24. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bun u gözləsin.

28. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

29. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

30. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

31. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.

32. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudovun Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixl i qərarı.

33. Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş süb utlarla əsaslandırır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yox lanılmalıdır.

44. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün mü əyyən edilmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

53. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1422/2024 nömrəli, 14 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar