Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-883/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilədən irəli gələn öhdəliyin icrası, əldən çıxmış fayda, mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə öhdəliyin icrası tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1913/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 7 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Progress-2016” Mənzil Tikinti Kooperativi ("xxxx" MMC-nin hüquqi varisi) (bundan sonra – cavabdeh və ya MTK) arasında bağlanmış 27 dekabr 2019-cu il tarixdə 472 və 473 nömrəli müqavilələrə əsasən, iddiaçı ünvan 1 ünvandakı 15 mərtəbəli yaşayış binasının İİ blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv.metr və 124 kv.metr olan iki ədəd qeyri-yaşayış sahələrini cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. 2. 472 nömrəli müqaviləyə əsasən 105 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri 126000 manat, 473 nömrəli müqaviləyə əsasən 124 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri 136400 manat müəyyən olunmuşdur.
3. Abşeron Rayon Məhkəməsinin 2(012)-5131/ 2018 saylı, 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə X4 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən həmin cəmiyyətin ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının İİ blok, 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsinin faktiki ölçülərinin müəyyənləşdirilməklə, həmin sahəyə dair müvafiq cizginin verilməsi, sahiblik və istifadə hüquqlarının tanınması, sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin X3 təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qət edilmişdir.
4. Sumqayıt Apelyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli 2(105)139/2020-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-5131/2018 saylı, 21 dekabr 2018-ci il il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılmışdır.
5. Abşeron Rayon Məhkəməsinin 2(012)-2365/2019 saylı, 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə X13 ilə "xxxx" MMC arasında bağlanmış 16 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının İİ blok, 1-ci mərtəbəsində ümumi sahəsi 80 kv.metr olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın protokolundan və qərarından çıxarış, maliyyə arayışı və sair) verilməsi vəzifəsinin MTK-ya həvalə edilməsi və ünvan 2 ünvanda inşa olunmuş 15 mərtəbəli yaşayış binasının 2-ci blokuna bitişik olaraq, ara məsafəsi gözlənilmədən layihədən kənar özbaşına inşa edilən tikililərin sökülməsi qət edilmişdir.
6. Su mqayıt Apellyasiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(105)317/2020-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-2365/2018 saylı, 05 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. AR Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnikleytenantı X1 qiymətləndirilməsi haqqında 15 aprel 2021-ci il tarixli qərarına əsasən şahid qismində dindirilmiş iddiaçı Rəşid Məmmədovun onun tanışı Natiq adlı şəxsə 60000 ABŞ dolları borcu olduğunu, bu borcun girovu kimi mübahisəli iki qeyri-yaşayış sahəsinin alqısatqı müqavilələrinə əsasən ona satıldığını bildirir. Razılaşma belə olmuşdur ki, ümumi dəyəri 260 min manat olan hər iki əmlak bir ay ərzində satıl acaq və əldə edilmiş vəsaitdən Natiqə olan 60000 ABŞ dolları iddiaçıya qaytarılacaqdır. Hər iki qeyri-yaşayış sahəsi ilə bağlı bütün danışıqları o, Emil Səməndərovla ilk dəfə görüşənə qədər Rəşid aparmışdır. O, ancaq MTK-ya getmiş, şəxsiyyət vəsiqəsini vermiş və hər iki obyekt onun adına sənədləşdirilmişdir. Rəşid Məmmədovdan 60000 ABŞ dollarını tələb edir, lakin onun bunu ödəməyə maddi imkanı yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin predmetinin dəyişdirilməsinə dair ərizələr ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 27 dekabr 2019-cu il tarixli 472 və 473 nömrəli müqavilələrin etibarsız hesab edilməsi, həmin müqavilələr üzrə ödənilmiş 262400 manatın, həmin pul və saitinin qanunsuz saxlamağa görə dəymiş zərərin əvəzi kimi Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq 19680 manat pul vəsaitinin, habelə dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda sadalanan hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilələr bağlandıqdan sonra şifahi razılaşmalarına əsasən cavabdeh qeyri-yaşayış sahələrini 1 ay müddətində iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Binanın tikintisi yekunlaşmış, digər sakinlər tərəfindən öz mənzillərində tikinti təmir işləri aparılır, binanın birinci mərtəbəsində olan bəzi qeyri-yaşayış sahələrində hətta mağaza və digər sahibkarlıq obyektləri də fəaliyyə t göstərir. Lakin, cavabdeh 1 ilə yaxındır ki, qeyri-yaşayış sahələrini iddiaçıya təhvil vermir və iddiaçının qeyri-yaşayış sahələrindən istifadə etməsinə maneələr yaradır. Cavabdeh öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçıya həm də mənəvi zərər vurmuşdur. İddiaçı mənəvi iztirablar keçirmiş, səhhətində və ailə üzvlərinin səhhətində ciddi problemlər yaranmışdır. Ona görə də, dəymiş mənəvi ziyana görə cavabdehdən 5000 manat alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı cavabdeh MTK-dan qeyri-yaşayış sahəsi əldə etmişdir ki, əsas məqsədi obyektləri icarəyə verərək oradan gəlir əldə etmək idi. Bu da, öz növbəsində iddiaçının mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum olmasına səbəb olur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şikayət və ona əlavə olunmuş sənədlərdən aydın olur ki, ünvan 3 ünvandakı 15 mərtəbəli yaşayış binasının İİ blokunun 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahələri 2009-2011-ci illərdə müxtəlif şəxslərə satılıb. Həmçinin, cavabdeh İİ blokda olan digər qeyri-yaşayış sahələrinin müqavilə ilə başqa şəxslərə məxsus olduğunu və hazırda onların istifadəsində olduğunu ərizəsində qeyd etmişdir. Başqa sözlə, 2019-cu ildə iddiaçı ilə cavabdeh arasında qeyri-yaşayış sahələrinə dair 472 və 473 nömrəli müqavilələr bağlanarkən həmin qeyri-yaşayış sahələri MTK-nın mülkiyyətində olmamışdır. Yəni, 2019-cu ildə MTK-nin həmin qeyri-yaşayış sahələri üzərində sərəncam vermək hüquqi yox idi və onlara dair bağladığı müqavilələr etibarsızdır. İddiaçının isə həmin qeyriyaşayış sahələrinin ondan öncə başqa şəxslərə satılmas ından xx.xx.2021-ci il tarixədək (qərardaddan verilən şikayət məhkəməyə daxil olanadək) məlumatı olmamışdır. İşin hallarından göründüyü kimi, MTK daha öncə başqa şəxslərə satdığı qeyri-yaşayış sahələrini 2019-cu il də iddiaçıya yenidən sataraq onun 262.400 manat pulunu mənimsəmişdir. Həmin müddət ərzində iddiaçı öz pul vəsaitindən məhrum olmuşdur. Buna görə də, həmin pul vəsaiti cavabdehdən tutularkən pul öhdəliklərinin icrası ilə bağlı müddəalar tətbiq edilməli və həmin 18 aylıq müddət üçün Mərkəzi Bankı uçot dərəcəsi miqdarında illik faiz hesablanmalıdır. İddiaçı tərəfindən ödənilmiş 262.400 manat pul vəsaitinin 18 ay müddətində 5 %-i 19.680 manat təşkil edir. Buna görə də, cavabdehdən əsas vəsaitdən əlavə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə uy ğun olaraq 19.680 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməldir.
10. Birinci instansiya məhkəməsinə təqdim edilmiş 27 dekabr 2019-cu il tarixli maliyyə arayışlarına əsasən, ünvan 1 ünvandakı 15 mərtəbəli yaşayış binasının İİ blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri, 126.000 manat və ünvan 1 ünvandakı 15 mərtəbəli yaşayış binasının İİ blokunun 1- ci mərtəbəsində yerləşən, ümumi sahəsi 124 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri- 136.400 manat iddiaçı tərəfindən cavabdehə tam ödənilmişdir və MTKya heç bir borcu qalmamışdır.
11. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçı ilə cavabdehin arasında 27 dekabr 2019-cu il tarixdə bağlanmış 472 və 473 nömrəli müqavilələr formal olaraq bağlanmışdır. MTK-nın sədri Emin Səməndərov həmin müqavilələri təzyiq altında imzalanmışdır. Qeyri-yaşayış sahələri üzrə bağlanmış həmin müqavilələrin 3.4-cü bəndinə əsasən “Bu müqavilə qeyri-yaşayış sahəsinə görə ödəniş mədaxil qəbzi olduğu halda etibarlı sayılır, mədaxil qəbzi olmayan yalnız maliyyə arayışı ilə bağlanan müqavilələr etibarsız hesab olunur. İddiaçı ilə müqavilə bağlansa da və maliyyə arayışı verilsə də, hər hansı ödəniş edilmədikdə müqavilə etibarsız hesab olunacağı əvvəlcədən tərəflər arasında razılaşdırılmışdır. Digər tərəfdən, hər hansı ödəniş edilmədiyindən ona qeyri-yaşayış sahəsinin konkret harada yerləşməsi və müvafiq cizgisi verilməmişdir. Lakin, iddiaçı bu faktı məhkəmədən gizlədir. Həmçinin, İİ blokda yerləşən qeyri-yaşayış sahələri digər payçılar a aiddir və həmin qeyri-yaşayış sahələri üzrə müvafiq məhkəmə qətnamələri qüvvədədir. Bundan başqa, həmin ünvanda inşa olunmuş yaşayış binasının İİ blok, 1-ci mərtəbəsində 72 kv.metr hissəsinə aid payçı X9 tərəfindən Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Habelə, payçı X7 tərəfindən xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında inşa olunmuş yaşayış binasının İİ blok, 1-ci mərtəbəsində sahəsi 60 kv.metr hissəsi təmir edilərək istifadə edilir. Bundan başqa, payçı X10 tərəfindən xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən ünvan 4 ünvanda inşa olunmuş yaşayış binasının İİ blok, 1-ci mərtəbəsində sahəsi 120 kv.metr hissəsi təmir edilərək istifadə edilir.
12. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edər ək izahatında göstərmişdir ki, hazırki iş üzrə iddiaçı tərəf iddia müddətini ötürmüşdür. Belə ki, qanunvericilikdə əqdin etibarsızlığına dair iddianın verilməsi 1 il müddətində nəzərdə tutulmuşdur. Müqavilənin tarixi 27 dekabr 2019-cu il, iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizənin tarixi isə 25 iyun 2021-ci ildir. Odur ki, hazırki iş üzrə iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
13. Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-1232/21 nömrəli, 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, həmin müqavilələr üzrə 262.400 manat məbləğində pulun ca vabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında müqavilələr imzalanmış, sonradan iddiaçıya məlum olmuşdur ki, o, aldadılmış, müqaviləni yanılma halında imzalamışdır. Belə ki, qeyd edilən hər iki müqavilənin 3.4-cü bəndinə görə, bu müqavilə ödəniş mədaxil qəbzi olduğu halda, etibarlı sayılır və yalnız maliyyə arayışı ilə bağlanan müqavilələr etibarsız sayılır. İş materiallarından göründüyü kimi, hər iki müqavilə bağlanandan sonra iddiaçıya mədaxil qəbzi verilməmiş, yalnız maliyyə arayışı verilmişdir.
15. Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrin şərtlə ri məhz cavabdeh MTK tərəfindən pozulduğundan və müqavilələr üzrə mübahisə olduğu üçün tərəflər arasında imzalanmış “Mənzil tikintisi haqqında” 27 dekabr 2019-cu il tarixli, 472 və 473 nömrəli müqavilələr elə bağlandığı andan etibarsız hesab edilməli və iddiaçının müqavilə üzrə ödədiyi ümumilikdə 262.400 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən sonuncuya geri qaytarılmalıdır.
16. Məhkəmə iddia tələbinin pul vəsaitini qanunsuz saxlamağa görə dəyən zərərin əvəzi kimi Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq 19.680 manat məbləğində vəsaitinin cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, hazırki halda cavabdeh iddiaçının müqavilə öhdəliyi üzrə ödədiyi pul vəsaitinin qanunsuz istifadə və həmin vəsaitindən istifadə edilməsi ilə bağlı hər hansı ba şqa hallar mövcud deyildir.
17. Bundan başqa, məhkəmə iddia üzrə iddiaçının ona vurulmuş mənəvi ziyanın əvəzi kimi cavabdehdən 5.000 manat məbləğində pulun tutulması hissəsində əsassız hesab edərək bununla bağlı qeyd etmişdir ki, hazırkı halda, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasını, səhhətində ciddi problemlər yaranmasını cavabdehin hərəkətləri nəticəsində onun qanuni əsaslarla əldə etdiyi əmlakdan məhrum olması, bunun isə dərəcəsi heç nə ilə ölçülməyən güclü psixoloji təsir göstərməsi və səhhətində gərginliyi yaratması ilə əsaslandırmağa çalışsa da, mübahisələndirilən qeyri-yaşayış sahələrini qanuni əsaslarla əldə etmədiyi hazırki məhkəmə araşdırması ilə müəyyən edilmişdir. Belə olan halda, iddiaçının göstərilən əsaslarla mənəvi ziyanın ödənilməsi hissəsində tələbi əsas sızdır və iddia tələbi bu hissədə təmin edilə bilməz.
18. Cavabdehin nümayəndəsinin iddiaya iddia müddətinin tətbiq edilib iddianın rədd edilməsi vəsatətinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu bildiyi gündən, yəni 25 dekabr 2020-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, yəni iddiaçı hazırkı tələbi üzrə qanunda nəzərdə tutulan bir illik iddia müddətini ötürməmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 347.1, 377.1, 377.2, 421.1, 421.2, 449.1, 449.2, 449.3, 449.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarix li qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli Qərarına, “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etirazla eyni dəlillərlə əsaslandırılmışdır.
22. Məhkəmə iclasında MTK-nın sədri X11 bildirmişdir ki, o, iddiaçını şəxsən tanımır. Sənədləşmə işlərində onun yalnız şəxsiyyət vəsiqəsini görmüşdür. İddiaçının bütün sənədləşmə işlərini Rəşid adlı şəxs aparırdı. İddiaçının təqdim etdiyi müqavilə bağlansa da və maliyyə arayışı verilsə də hər hansı ödəniş edilmədikdə müqavilənin etibarsız olunacağı barədə razılıq olmuşdur. Müqavilələrin müvafiq bəndində göstərilmişdir ki, qeyri-yaşayış sahəsinə görə ödəniş mədaxil qəbzi olduğu halda etibarlı sayılır, mədaxil qəbzi olmayan yalnız maliyyə arayışı ilə bağlanan müqavilələr etibarsız sayılır. MTK-ya pul ödənişi tam ödənildikdə bu barədə kassa mədaxil orderi verilir. Hazırda bu işlə bağlı DİNdə araşdırma aparılır.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 25 yanvar 2022-ci il tarixli, 2(105)-235/2022 nömrəli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, Mülki Məcəllənin 324.1, 324.2, 342.4, 324.5, 340.2, 404.1, 404.2, 567-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il Qərarına istinad edərək hesab etmişdir ki, əvvəla, işin tədqiq olunan faktiki hallarından görünür ki, tərəflə r arasında ünvan 3 ünvandakı 15 mərtəbəli yaşayış binasının İİ blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv.metr və 124 kv.metr olan iki ədəd qeyriyaşayış sahələrinə dair bağlanmış 27 dekabr 2019-cu il tarixli, 472 və 473 saylı müqavilələr yalan əqddir.
25. Belə ki, Ş.B.Həsənovun və E.T.Səməndərovun Azərbaycan Respublikası CM-in 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 15 aprel 2021-ci il tarixli qərarından görünür ki, şahid qismində dindirilmiş iddiaçı bildirir ki, Rəşid Məmmədovun onun tanışı Natiq adlı şəxsə 60000 ABŞ dolları borcu olmuş, bu borcun girovu kimi mübahisəli iki qeyri-yaşayış sahəsi alqı-satqı müqavilələrinə əsasən ona satılmışdır. Razılaşma belə olmuşdur ki, ümumi dəyəri 260000 manat olan hər iki əmlak bir ay ərzində satılacaq və əldə edilmiş vəsaitdən Natiqə olan borc kimi 60000 ABŞ dolları iddiaçıya qaytarılacaqdır. Hər iki qeyriyaşayış sahəsi ilə bağlı bütün danışıqları o, Emil Səməndərovla ilk dəfə görüşənə qədər Rəşid aparmışdır. O, ancaq MTK-ya getmiş, şəxsiyyət vəsiqəsini vermiş və hər iki obyekt onun adına sənədləşdirilmişdir. Rəşid Məmmədovdan 60000 ABŞ dollarını tələb edir, lakin onun bunu ödəməyə maddi imkanı yoxdur. Hazırki halda iddiaçının mübahisəli qeyriyaşayış sahələrinə görə tələb etdiyi məbləği ödəməsi öz təsdiqini tapmır, əksinə işin faktiki halları bunu inkar edir.
26. Kollegiya, həmçinin qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlansa da, bu tərəflərin əsil iradə ifadəsini əks etdirmir. Tərəflərin əsil niyyəti qeyd edildiyi kimi heç də qeyri -yaşayış sahəsinin alqı-satqısı olmayıb, buna görə də pul ödənilməyib, bu əqd başqa əqdi pərdələmək, yəni borcun təminatı olaraq qeyri-yaşayış sahələrinin ipotekası kimi bağlanmış, lakin həmin əqdə aid qaydalara da əməl olunmamışdır.
27. Tərəflər arasında 27 dekabr 2019-cu il tarixdə bağlanmış alğı-satqı müqavilələri əhəmiyyətsiz əqddir və onların etibarsızlığı üçün məhkəmədə hər hansı iddia qaldırmağın zərurət yoxdur. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, mübahisəli əmlaklar üçün iddiaçı cavabdehə hər hansı vəsait ödəməmiş, bu isə iddianın əsassız olduğuna dəlalət edir və onun təmin edilməməsi mənasına gəlir.
28. Kassasiya instansiya məhkəməsindəki birinci icraat
29. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddian ın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi müqavilələr üzrə pul ödənilməməsini göstərsə də, MTK-nın direktoru tərəfindən təsdiq olunmuş 27 dekabr 2019-cu il tarixli iki maliyyə arayışında iddiaçı tərəfindən 262400 manat pul ödənilməsinin təsdiqini tapdığını nəzərə almamışdır. Həmçinin məhkəmənin iddia tələbini rədd edərkən istinad etdiyi yeganə sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnikleytenantı X1 qiymətləndirilməsi haqqında 15 aprel 2021-ci il tarixli qərarı olmuşdur ki, həmin sənəd birinci instansiya məhkəməsinə təqdim edilməmiş və cavabdeh həm in sübutun təqdim edilməməsinin üzrlü səbəbdən baş verməsini əsaslandırmamışdır. Apellyasiya məhkəməsi isə məhkəmə iclasını dəfələrlə təxirə salaraq cavabdehin yeni sübut təqdim edilməsinə şərait yaratmışdır. Həmçinin məhkəmə, həmin qərarın mülki məhkəmə icraatında məcburi əhəmiyyətə malik olmamasını nəzərə almamışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli, 2(102)-3321/2022 saylı qərarı ilə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) assasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
32. İşi yeni apelyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh MTK birinci instansiya məhkəməsində nümayəndəsi vasitəsi ilə təmsil olunmuş, iddiaya etirazlar və ərizələr vermişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi istintaq orqanın qəbul etdiyi qərar 15 aprel 2021-ci il tarixdə, birinci instansiya məhkəməsinin qətnaməsi isə 7 iyul 2021-ci il tarixdə qəbul edilmişdir. Lakin cavabdeh tərəf birinci instansiya məhkəməsində istintaq orqanında araşdırmanın aparılması, qeyd olunan qərarın qəbul edilməsi barədə birinci instansiya məhkəməsini məlumatlandırmamış və həmin məhkəmənin qətnaməsi qəbul edildiyi dövrdə artıq 4 aya yaxın mövcud olan qərarın surətini məhkəməyə təqdim etməmişdir. İstintaq orqanının qərarı apellyasiya məhkəməsinə təqdim edilərkən onun rayon məhkəməsinə təqdim edilməsinin qeyri-mümkünlüyü əsaslandırılmamış (qərarın məh kəməyə təqdim edilməsini özündə əks etdirən 14 yanvar 2022-ci il tarixli və sonrakı məhkəmə iclas protokollarında bununla bağlı qeyd yoxdur) və apellyasiya məhkəməsi həmin sübuta istinad edərkən bu məsələyə hüquqi qiymət verməmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələbləri pozulmuşdur.
33. Digər tərəfdən kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan qərar sübut qismində qəbul edilsə də, orada əks olunmuş ifadələrin mübahisəli müqavilələrin əhəmiyyətsiz əqd olmasına əsas kimi kifayət qədər qiymətləndirilməmişdir. Belə ki, istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, onun X11 ilə avtomobillərin alqı-satqısı ilə bağlı işgüzar münasibətləri olmuş, Emil Səməndər ov ondan aldığı avtomobillərin əvəzində ona yaşayış və qeyri-yaşayış sahələri vermiş, həmin qeyri-yaşayış sahələrindən ikisi X2 adına sənədləşdirilmişdir.
34. Həmin cinayət işi üzrə şahid qismində dindirilmiş X5 isə ifadəsində göstərmişdir ki, Rəşid adlı şəxsin onun Rusiya Federasiyasında yaşayan Natiq adlı tanışına təxminən 60000 ABŞ dolları məbləğində borcu olmuş, ümumi razılığa əsasən Rəşid mübahisəli qeyri-yaşayış sahələrini bir ay ərzində həmin borcun qaytarılmasının girovu kimi onun adına sənədləşdirmişdir.
35. Məhkəmə həmin ifadələri tərəflər arasında bağlanmış mübahisəli müqavilələrinin başqa əqdi pərdələmək, yəni borcun təminatı olaraq qeyri-yaşayış sahələrinin ipotekası kimi bağlanmış əqd olması nəticəsinə gəlmiş, lakin bu zaman apellyasiya məhkəməsi Mülki Məcəllənin 340.2-ci mad dəsinin tələblərini pozaraq tərəflər və digər şəxslər arasında pərdələnən başqa əqdin olmasını araşdırmamışdır.
36. Apellyasiya məhkəməsi hazırda mübahisələndirilən müqavilələrin iddiaçı ilə başqa şəxslər arasında olan borc öhdəliklərinin təminatı (ipotekası) kimi bağlandığını göstərsə də, həqiqətdə borc öhdəliklərinin mövcudluğunu, tərəflər arasında girov münasibətlərinin yaranmasını araşdırmamış, borc münasibətləri olan iddia olunan şəxslərin işə cəlb olunmasın müzakirə etməmiş, həmin şəxslərin mübahisəli qeyri-yaşayış sahələrinə hüquqlarının olub-olmamasına dair sübutlar işə əlavə olunmamışdır.
37. Kassasiya instansita məhkəməsinin qənaətinə görə, apellyasiya məhkəməsi hazırda mübahisələndirilən müqavilələrin iddiaçı ilə başqa şəxslər arasında olan borc öhdəliklərinin təminatı (ipotekas ı) kimi bağlandığını göstərsə də, həqiqətdə borc öhdəliklərinin mövcudluğunu, tərəflər arasında girov münasibətlərinin yaranmasını araşdırmamış, borc münasibətləri olan iddia olunan şəxslərin işə cəlb olunmasın müzakirə etməmiş, həmin şəxslərin mübahisəli qeyri-yaşayış sahələrinə hüquqlarının olubolmamasına dair sübutlar işə əlavə olunmamışdır.
38. Həmçinin, qeyri-yaşayış sahələri MTK-nın sədrinin istintaq orqanın qərarında göstərilən X12 olan borca görə sonuncuya verildiyi halda, həmin şəxs səlahiyyətli olaraq öz borcunun ödənilməsi üçün hüquqlarını iddiaçıya ötürə bilərdi və MTK-nın bununla bağlı vəzifəsi yeni müqavilə bağlamaq olmuşdur. Hazırda cavabdehin qeyri-yaşayış sahələrinin dəyərinin ödənilməməsinə istinad etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər.
39. Məhkəmə kolle giyası xüsusi ilə qeyd etmişdir ki, iddiaçı özü də, tərəflər arasında bağlanmış müqavilənin etibarsız olduğunu iddia edir. Lakin onun müqavilənin etibarsızlığına dair istinad etdiyi əsas müqavilələrin yalan əqd olması deyil, onların aldadılma nəticəsində bağlanmasıdır. Belə olan halda, apellyasiya məhkəməsi tərəfindən araşdırılmalı olan məsələlərdən biri də, iddiaçı ilə bağlanmış müqavilələr başqa şəxsin borcunun təminatı və ya əvəzi kimi qiymətləndirildiyi halda, iddiaçının bu müqavilələrin bağlanması ilə aldadılıb-aldadılmaması və aldadılma baş verdiyi halda, bu aldadılmada cavabdeh MTK-nın rolu, mübahisəyə Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinin tətbiqinin mümkünlüyüdür.
40. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxslərin iddiaçı qarşısında və cavabdehin hə min üçüncü şəxslər qarşısında icra olunmamış öhdəliklər olduğu halda da, apellyasiya məhkəməsi Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən öhdəliklərin verilməsi nəticəsində cavabdehin iddiaçının qarşısında öhdəliyinin yaranıb-yaranmamasına hüquqi qiymət verməlidir.
41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi mübahisəli müqavilələrin yalan əqd olduğunu əsaslandırarkən qeyri-yaşayış sahələrinin alqı-satqısı zamanı pul ödənilmədiyini göstərmiş, lakin bunun hansı sübutlarla müəyyən etdiyini əsaslandırmamışdır. Halbuki, istintaq orqanın qərarından da müəyyən olunur ki, qeyriyaşayış sahələri əvəzli olaraq – MTK sədrinin X8 borcuna görə əvvəlcə həmin şəxsə, sonradan isə X8 öz borcuna görə iddiaçıya verilmişdir.
42. Həmçinin MTK-nın sədri E.T.Səməndərovun imzaladığı və təsdiq etdiyi 27 dekabr 2019-cu il tarixli maliyyə arayışları ilə iddiaçının müvafiq olaraq 126000 və 136400 manat məbləğində pulun ödənilməsi təsdiq olunmuşdur. Apellyasiya məhkəməsi həmin maliyyə arayışlarının hansı məqsədlə verilməsini araşdırmamış, bu zaman tərəflərin həqiqi niyyətlərini müəyyən etməmişdir.
43. Cavabdeh tərəf iddiaya etirazında iddiaçıya maliyyə arayışı verilsə də, pulun ödənilməməsini və müqavilələrin 3.4-cü maddəsində mədaxil qəbzi olmayan yalnız maliyyə arayışı ilə bağlanan müqavilələrin etibarsız olmasını göstərmişdir. Bu zaman nəzərə alınmalıdır ki, müqavilələrdə qeyri-yaşayış sahələrinin dəyəri göstərilsə də, onların ödənilməsi müddəti və qaydası barədə əlavə müddəalar yoxdur. Yəni müqavilədə qeyriyaşayış sahələrinin nisyə və ya dəyərinin hissə-hissə ödənilməsi nəzərdə tutulmamışdır. Beləliklə, cavabdeh tərəfindən müqavilələr imzalandığı tarixdə həmin müqavilələrlə ilə müəyyən olunmuş vəsaitin tam ödənilməsi barədə maliyyə arayışı verildiyi halda, müqavilələrin 3.4-cü maddəsi müqavilələrin digər müddəaları ilə ziddiyyət təşkil edir. Odur ki, həmin şərtə Mülki Məcəllənin 419-cu maddəsinin tələblərinə əsasən əlavə qiymət verilməsi zəruri olmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən həmin məsələ ilə bağlı ümumiyyətlə araşdırma aparılmamışdır. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
44. Apellyasiya instansiyası məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(105)1913/2022 nömrəli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməs i dəyişdirilmədən saxlanılmışdır.
45. İşə təkrar baxan apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında müqavilələr imzalanmış, sonradan iddiaçıya məlum olmuşdur ki, o, aldadılmış, müqaviləni yanılma halında imzalamışdır. Belə ki, qeyd edilən hər iki müqavilənin 3.4-cü bəndinə görə, bu müqavilə ödəniş mədaxil qəbzi olduğu halda, etibarlı sayılır və yalnız maliyyə arayışı ilə bağlanan müqavilələr etibarsız sayılır. İş materiallarından göründüyü kimi, hər iki müqavilə bağlanandan sonra iddiaçıya mədaxil qəbzi verilməmiş, yalnız maliyyə arayışı verilmişdir.
46. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri məhz cavabdeh MTK tərəfindən pozulduğundan və müqavilələr üzrə mübahisə olduğu üçün tərəflər arası nda imzalanmış “Mənzil tikintisi haqqında” 27 dekabr 2019-cu il tarixli, 472 və 473 nömrəli müqavilələr elə bağlandığı andan etibarsız hesab edilməli və İddiaçı müqavilə üzrə ödədiyi ümumilikdə 262.400 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən sonuncuya geri qaytarılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. b)
49. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərba ycan Respublikası Mülki Məcəlləsi
50. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
51. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
52. Maddə 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
53. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüq uqunun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır.
54. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
55. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə ba ğlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
56. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
57. Maddə 449.2 Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən b u Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Apellyasiya instansiyası məhkəməsinin aktı cav abdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırma q və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1913/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.