Məhkəmə qərarları › İş №2(102)-885/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-885/2025

10.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-885/2025 10.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X4, X5, X6, Xaçmaz rayon 1 saylı Notariat Ofisi cəlb olunmaqla) iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X4, X5, X6, Xaçmaz rayon 1 saylı Notariat Ofisi cəlb olunmaqla) “vəsiyyət üzrə vərəsəlik h üququ haqqında şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasdan payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024- cü il 16 oktyabr tarixli 2(105)-1237/2024 nömrəli qətnaməsindən Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyrimümkün hesab edilməlidir. Belə ki, MPM-in 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tə ləbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İş materiallarından müəyyən edilir ki, İddiaçı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən Cavabdeh adına “Torpağın mülkiyyətə verilməsinə dair” X3 verilmiş JN-2693 saylı, 30209018 kodlu şəhadətnaməyə əsasən Yergüc kəndi ünvanında yerləşən 0.41 ha torpaq sahəsinin 7/12 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin torpaq sahəsindən payının, habelə X1 miras qalmış hissədə payların müəyyən edilməsi, Yergüc kəndi ünvanında yerləşən 1972-ci ildə tikilən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 169.4 kv.m olan fərdi yaşayış evinə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə mirasdan paylarının müəyyən edilm əsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2024cü il 29 mart tarixli 2(067)-549/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abiyeva) iddia qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 16 oktyabr tarixli 2(105)-1237/2024 nömrəli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Almaz Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən həm cavabdeh, həm də üçüncü şəxs ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər. İşdən göründüyü kimi üçüncü şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Bu hal isə üçüncü şəxs Şixəmirova Əsmirə Nadir qızının kasssiya şikayəti vermək hüququnu istisna edir. Çünki MPM-in 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Birinci instansiya məhkəməsinin qətnaməsindən üçüncü şəxs apellyasiya şikayəti vermədiyinə görə, həmin qətnamə üzrə üçüncü şəxsin apellyasiya araşdırmasının predmetini təşkil edəcək hər hansı dəlili olmamışdır. Bu vəziyyət, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin üçüncü şəxsə münasibətdə tələbinin təmin edilməməsi kimi hüquqi nəticənin olmadığını ehtiva edir və onun həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiy ası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Həmçinin apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin kassasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 16 oktyabr tarixli 2(105)-1237/2024 nömrəli qətnaməsindən üçüncü şəxsin verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar