Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-886/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kirayə müqaviləsi, əqdin etibarsızlığı, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması, qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Lerik Mənzil-Kommunal Təsər rüfat Birliyinə, üçüncü şəxs X3 qarşı Lerik Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə üçüncü şəxs X5 arasında bağlanmış 30 dekabr 1986-cı il tarixli kommunal mənzilə verilən kirayə (icarə) müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1671/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Lerik rayonu XDS İcraiyyə Komitəsinin 28 noyabr 1984-cü il tarixli, 16 saylı iclas protokolunun 5/247 saylı qərarı ilə Lerik qəsəbəsində (hazırda şəhərində) yeni istifadəyə verilmiş 16 ailəlik kommunal evinin bölüşdürülməsi barədə rayon XDS İcraiyyə Komitəsi yanında mənzil məsələləri üzrə komissiyanın 27 noyabr 1984-cü il tarixli 2 saylı iclas qərarı nəzərə alınmaqla, İddiaçı 3-cü blok, 2-ci mərtəbədə sahəsi 66,30 kv metr olan 3 otaqlı, 14 nömrəli mənzil verilmişdir.
2. X1 Nadir Balağa oğlunun qardaşıdır. 3. 30 dekabr 1986-cı il tarixli müqavilə ilə Lerik rayon Mənzil Kommunal Müəssisələri Kombinatı tərəfindən Lerik şəhəri, Həzi Aslanov küçəsindəki 7 saylı binanın 14 saylı mənzili X2 istifadəsinə verilmişdir. Həmçinin Lerik rayon İcra Hakimiyyəti başçısının 16 aprel 1997-ci il tarixli, 695 saylı sərəncamı ilə həmin mənzilə dair X2 adına 148 saylı order verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə üçüncü şəxs arasında 30 dekabr 1986-cı il tarixdə bağlanmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 66,30 kv metr olan 14 nömrəli 3 otaqlı kommunal mənzilə verilən kirayə (icarə) müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçıya verildikdən sonra, o, 1987-ci ilədək həyat yoldaşı ilə birlikdə orada yaşamış, sonra isə yeni iş yeri ilə əlaqədar Bakı şəhərinə köçmüşdür. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçdüyündən iddiaçı mübahisəli mənzili qardaşı X3 müvəqqəti yaşamaq üçün vermişdir. Qardaşı həmin mənzil də yaşadığı dövrdə Lerik Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə 30 dekabr 1986-cı il tarixdə kirayə (icarə) müqaviləsi bağlamışdır. Sonuncu bir müddət mənzildə yaşadıqdan sonra 2004-cü ildə ailəsi ilə birlikdə Bakı şəhəri, Zeytun Bağları ünvanına köçmüşdür. İddiaçı Lerik rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1984-cü il tarixli Çıxarışına əsaslanaraq ona məxsus olan mübahisəli mənzili özəlləşdirmək üçün 04 sentyabr 2020-ci il tarixdə Lerik Mənzil İstismarı Müəssisəsinə müraciət etmiş, 14 sentyabr 2020-ci il tarixli cavab məktubu ilə Lerik Rayon İcra Hakimiyyətinin 16 aprel 1997-ci il tarixli, 148 saylı orderi ilə həmin mənzilin X3 verilməsi qeyd edilmişdir.
6. Birinci instansiya məhkəməsində iştirak etmiş cavabdeh Lerik MənzilKommunal Təsərrüfat Birliyinin rəisi X6 iddia tələbini qəbul edərək göstərmişdir ki, mübahisəli mənzil iddiaçıya məxsus olmuş, iddiaçı həmin mənzildə yaşamadığından 30 dekabr 1986-cı il tarixli müqaviləyə əsasən üçüncü şəxsə kirayəyə verilmiş, 16 aprel 1997ci il tarixdə isə sonuncuya order verilmişdir. Üçüncü şəxs bir müddət həmin mənzildə yaşadıqdan sonra 2004-cü ildə ailəsi ilə birlikdə oradan köçmüş, həmin vaxtdan icarə haqqı ödəməmişdir. Ona görə də, Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 iddianı qəbul etməyərək göstərmişdir ki, mübahisəli mənzil Lerik rayon XDS icrayyə Komitəsi xx.xx.1984cü il tarixli 16 saylı iclas protokoluna əsasən qardaşı, İddiaçı verilmişdir. Lakin qardaşı həmin evdə 1987-ci ilə qədər yaşamış, sonra isə daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşlər. Qardaşı Bakı şəhərinə gedəndə həmin mübahisəli mənzili ona vermişdir. O, ailəsi ilə birlikdə həmin mübahisəli evdə 2004-cü ilə qədər yaşamışdır. Həmin ev sahibsiz qalmasın deyə həmin müddətdə Lerik-Mənzil Kommunal Təsərrüfat birliyi ilə onun arasında xx.xx.1986-cı il tarixdə mənzil kirayə müqaviləsi bağlanmışdır. Lerik Rayon icra Hakimiyyəti tərəfindən ona həmin mübahisəli evə dair 16 aprel 1997-ci il tarixdə order verilmişdir. Daha sonra o, ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Lakin köçdüyü tarixdən kirayə haqqını verməsə də, mübahisəli evlə həmişə əlaqəsi olmu şdur. Ona görə də bütün bunları nəzərə alaraq məhkəmədən iddanın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
8. Lerik Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(048)-641/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Atabəy Kiçibəyov) iddia təmin edilmiş, Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyinin üçüncü şəxs X5 arasında 30 dekabr 1986-cı il tarixdə bağlanmış ünvan 1, ümumi sahəsi 66,30 kv metr olan 14 nömrəli 3 otaqlı kommunal mənzilə verilən kirayə (icarə) müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 1987-ci ildə ailəsi ilə birlikdə yeni iş yeri ilə əlaqədar Bakı şəhərinə köçərkən, sahibsiz qalmasın deyə mübahisəli mənzili müvəqqəti yaşamaq üçün qardaşı olan üçüncü şəxsə vermişdir. Üçüncü şəxs isə iddiaçının orada yaşamamasından istifadə edərək 16 aprel 1997-ci ildə Lerik rayon İcra Hakimiyyəti ilə müqavilə bağlayaraq, mənzilə dair order almışdır. Üçüncü şəxs 2004-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və həmin vaxtdan Lerik Mənzil İstismar Müəssisəsinə də heç bir kirayə haqqı ödəməmişdir.
10. Birinci instansiya məhkəməsinin cavabdeh Lerik rayon Mənzil-Kommunal İstismar İdarəsinin rəisi Fədail Hacıyevin iddianı etiraf etməsinə istinad edərək hesab etmişdir ki, bu etiraf məhkəmə tərəfindən qəbul olunmalı və iddiaçının irəli sürdüyü tələblər təmin edilərək iddia təmin olunmalıdır.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 6.1, 241.1, 241.2, 385.1, 386.1, 425.1, 448.1, 448.2, 675, 700.1, 700.2c i, Mənzil Məcəlləsinin 82, 82.2, 82.3, 82.4, 82.4.1-ci, Mülki Prosessual Məcəllənin 191.3cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(048)641/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmi şdir. Apellyasiya şikayəti bir neçə dəlildən ibarət olmuşdur.
14. Belə ki, ilk dəlilə görə iddia tələbi faktiki olaraq üçüncü şəxsə qarşı yönəldiyi üçün cavabdeh kimi Lətifov Əlövsət göstərilməli idi, iddiaçı cavabdeh kimi Lerik Mənzil Kommunal Təsərrüfatı Birliyini göstərmiş və cavabdeh iddiaçı ilə sövdələşərək iddianı qəbul etmişdir.
15. Digər dəlilə görə qardaşı olan iddiaçı ilə birlikdə mübahisəli mənzildə yaşamasına baxmayaraq onu da mənzili boşaltmağa məcbur etməyə çalışmışlar, lakin mənzil növbəsində olduğu üçün 30 dekabr 1986-cı il tarixli müqavilə ilə mənzil ailəsinin müvəqqəti istifadəsinə verilmişdir. 30 dekabr 1986-cı il tarixli müqavilə 1997-ci ilin aprel ayında mənzil onun ailəsinə verildiyi tarixdən qüvvəsini itirmişdir və 24 il əvvəl qüvvəsini itirmiş müqavilənin etibarsız hesab edilməsinin əhəmiyyəti yoxdur, order verildikdən sonra mənzildə order və yeni kirayə müqaviləsi əsasında yaşamışdır. Belə olduğu halda, order ona qeyri-qanuni verilmişdirsə, order etibarsız hesab edilə bilərdi.
16. Apellyasiya şikayətinin dəlillərinə görə qətnamədə göstərilmişdir ki, guya 2004-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür, həmin vaxtdan Lerik Mənzil İstismar Müəssiəsinə heç bir kirayə haqqı ödəməmişdir, bu xüsusatı məhkəmədə təsdiq etməsi də yalandır.
17. Apellyasiya şikayətinin digər dəlillərinə görə iddiaçı mülkiyyətçi və istifadəçi deyil, vaxtilə 1984-cü ildə mənzil iddiaçının ailəsinin istifadəsinə verilsə də, başqa ünvana köçdüyü vaxtdan həmin hüququnu itirmişdir. İddiaçının mübahisəli mənzilə hər hansı hüququ olmadığı üçün onun həmin mənzil barədə iddia qaldırmaq hüququ da yoxdur, əsl olmayan iddiaçı əsl iddiaçı ilə əvəz edilməyib, ona görə də iddia təmin edilməli deyildi, üçüncü şəxs əsl cavabdeh kimi tanınmalı olduğu halda məhkəmə tərəfindən tanınmamışdır. İddiaçının mübahisəli mənzilə qanuni hüququ olmadığı və olmayan hüququnu müdafiə etmək səlahiyyəti olmadığı üçün məhkəmənin onun hüququnu tanıması və iddia tələbini təmin etməsi işin hallarına uyğun deyildir.
18. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsində təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərlə bağlı üçüncü şəxsin prosessual hüquqlarının həyata keçirilməsinə kömək etmədiyi üçün və bir dəfə məhkəmə iclasında iştirak etdiyi üçün kommunal xərclərinin 2017-ci ilə qədər ödənişi barədə mədaxil qəbzlərini məhkəməyə təqdim edə bilməmişdir.
19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-444/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Zeynal Zeynalov (sədrlik edən və məruzəçi) Müşfiq Həsənov, Zaur Allahyarov) üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya Məhkəməsinin 2(048)-641/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, iddia tələbi cavabdeh qismində Lerik Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı düzgün qaldırılmışdır. Ona görə ki, mübahisələndirilən kirayə müqaviləsini bağlamaq səlahiyyəti sonuncuya məxsus o lduğu üçün apellyasiya şikayətinin faktiki olaraq üçüncü şəxsə qarşı yönəldiyi üçün cavabdeh kimi Əlövsət Lətifovun göstərilməli idi barədə dəlilləri, cavabdehin iddiaçı ilə sövdələşərək iddianı qəbul etməsi barədə dəlilləri əsassızdır.
21. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, 30 dekabr 1986-cı il tarixli müqavilənin 1997-ci ilin aprel ayında mənzil şikayətçinin ailəsinə verildiyi tarixdən qüvvəsini itirməsi işin hallarına uyğun deyil. Belə ki, cavabdeh Lerik Mənzil Kommunal Təsərrüfat Birliyi ilə X5 arasında bağlanmış 30 dekabr 1986-cı il tarixli icarə müqaviləyə əsasən, müqavilənin müddəti 31 dekabr 2035-ci ildə qurtarması qeyd edilmişdir. Ona görə də, 24 il əvvəl qüvvəsini itirmiş müqavilənin etibarsız hesab edilməsinin əhəmiyyəti olmaması barədə dəlillər də əsa ssızdır.
22. Apellyasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən X5 izahatında göstərmişdir ki, mübahisəli mənzilə dair 16 aprel 1997-ci il tarixdə order verdikdən sonra, o, ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, köçdüyü tarixdən kirayə haqqını verməsə də, mübahisəli evlə həmişə əlaqəsi olmuşdur. Ona görə də, guya 2004-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçməsi və həmin vaxtdan Lerik Mənzil İstismar Müəssisəsinə heç bir kirayə haqqı ödəməməsi ilə bağlı xüsusatı məhkəmədə təsdiq etməsinin yalan olması barədə apellyasiya şikayətinin dəlilləri təkzib edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokoluna dair qeydlər verilməmişdir.
23. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə olan Lerik rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1984-cü il tarixli, 16 saylı iclas protokolunun 5/247 saylı qərarından Çıxarışa görə, mübahisəli mənzil İddiaçı verilmişdir. Ona görə də, iddiaçının başqa ünvana köçdüyü vaxtdan hüququnu itirməsi, mübahisəli mənzilə hər hansı hüququ olmadığı üçün onun iddia qaldırmaq hüququnun olmaması, üçüncü şəxsin əsl cavabdeh kimi tanınmalı olması barədə apellyasiya şikayətinin dəlilləri də əsassız hesab edilmişdir.
24. Son olaraq, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməməsinin əsaslandırılmasına dair dəlillərlə bağlı üçüncü şəxsin prosessual hüquqlarının həyata keçirilməsinə kömək edilmədiyi üçün və bir dəfə məhkəmə iclasında iştirak etdiyi üçün ko mmunal xərclərin 2017-ci ilə qədər ödənişi barədə mədaxil qəbzlərini məhkəməyə təqdim edə bilməməsi barədə apellyasiya şikayətinin dəlilləri işin faktiki və hüquqi hallarına uyğun olmadığı üçün əsassız hesab edilməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, 1 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mülki Məcəllənin 15-ci maddəsinin 1, 5, 6-cı hissələri, 51, 61, 62, 87-ci maddələri, “İcarə haqqında” Qanunun 7-ci maddəsinin 1-ci bəndi ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs (Vəkili-Vəkil1 Soltanğa oğlu) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-444/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3318/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (sərlik edən və məruzəçi) Elşanə Vəliyeva və Əhliman Xıdırov) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin Mülki kollegiyasının 03 mart 2022-ci il tarixli, 2(106)-444/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. 27 Məhkəmə kollegiyası öz qərarında ilk olaraq qeyd etmişdir ki, işə baxan məhkəmələr birinc i növbədə iddiaçının tələbi irəli sürməyə subyektiv hüquqa malik olubolmamasına hüquqi qiymət verməli idilər. 28 Üçüncü şəxs apellyasiya şikayətində iddiaçının bu tələbi irəli sürməyə subyektiv hüququna malik olmasını mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu dəlilə hüquqi qiymət verərkən Lerik rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1984-cü il tarixli, 16 saylı iclas protokolunun 5/247 saylı qərarından Çıxarışla mənzilin iddiaçıya verilməsinə istinad etmiş və dəlili əsassız hesab etmişdir. 29 İddiaçı 30 dekabr 1986-cı il tarixdə bağlanmış müqavilənin etibarlılığını 01 sentyabr 2021-ci il tarixə, yəni təxminən 35 ildən sonra mübahisələndirmişdir. Apellyasiya məhkəməsi isə iddiaçının iddia olunan hüququnun pozulmasının nə vaxt bildiyini (bilməli olduğunu) araşdırmamış və bundan asılı olaraq tələbə iddia müddətinin tətbiq edilibedilməməsi məsələsinə hüquqi qiymət verməmişdir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərindən biri onun mübahisə üzrə cavabdeh qismində tanınmaması olmuşdur. Həqiqətən də iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi müqavilə Lerik rayon Mənzil Kommunal Müəssisələri Kombinatı (hazırda Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyi) və X5 arasında bağlanılsa da, iddia üzrə cavabdeh qismində yalnız icarəyə verən cəlb olunmuş, icarəçi isə iddia ərizəsində üçüncü şəxs qismində qeyd olunmuşdur.
31. Beləliklə, Ali Məhkəmə hesab etmişdir ki, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin tələblərini pozaraq, apellyasiya şikayətinin dəlilləri ətrafında tam və hərtərəfli araşdırma aparmam ış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
32. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-1671/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Cahid İmanov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Taleh Kərimov) üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyinə, üçüncü şəxs X3 qarşı Lerik MənzilKommunal Təsərrüfatı Birliyi ilə üçüncü şəxs X5 arasında bağ lanmış 30 dekabr 1986-cı il tarixli kommunal mənzilə verilən kirayə (icarə) müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
33. İşə yenidən baxan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi cavabdehlə üçüncü şəxs arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab olunması ilə bağlıdır. İlkin olaraq iddiaçının iddia tələbi irəli sürməkdə subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verməlidir. İddiaçının hazırkı tələblə çıxış etməkdə sübyektiv hüquqa malik olmamışdır. Çünki xx.xx.1986-cı il icarə müqaviləsi Lerik rayon Mənzil Kommunal Müəssisələri Kombinatı ilə X5 arasında bağlanmışdır.
34. İşdən də göründüyü kimi tərəflərin mübahisəli hüquq münasibətlərinin 1986cı ildə yaranması işin mübahisəsiz halıdır. İddiaçı məhz 30 dekabr 1986-cı il tarixli müqavilənin etibarsız hesab olunmasını xahiş etmişdir. Belə olan halda, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən mübahisəyə həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq olunmalıdır.
35. Lakin iddianı təmin edən birinci instansiyası məhkəməsi Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəlləsinin və 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəalarına istinad edərək mübahisəni həll etmişdir.
36. Halbuki, Azərbaycan Respublikasının mübahisəli hüquq münasibətləri yarandığı dövrdə (1 oktyabr 2009-cu il tarixədək) qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin ikinci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində d igər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin hallarından da bəlli olur ki, iddiaçı mübahisəli mənzili 1987-ci ildən 2020-ci ilədək olan dövrdə 33 il əvvəl daimi olaraq tərk etmişdir.
37. Apellyasiya şikayətinin dəlillərindən biri də o olmuşdur ki, iddiaçının 1987-ci ildə deyil, üçüncü şəxsin deməsinə görə 1985-ci ildə Rusiyaya getməsini bildirməsidir. Üçüncü şəxsin bu arqumenti də əsaslı hesab olunmaıdır, çünki Lerik rayon Mənzil Kommunal Müəssisələri Kombinatı ilə iddiaçı arasında qeyd olunan mübahisəli mənzillə icarə müqaviəsi olduğu halda xx.xx.1986-cı ildə Əlövsət Lətifov arasında icarə müqaviləsi bağlana bilməzdi.
38. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, mübahisəli hüquq münasibətləri ya randığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirilməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Məcəllənin 78-ci maddəsinin birinci hissəsinə əsasən isə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasının bildiyi və bilməli olduğu gündən əmələ gəlir.
39. Göründüyü kimi, hazırda qüvvədə olan mülki qanunvericilikdən fərqli olaraq, mübahisəyə tətbiq edilməli olan köhnə Mülki Məcəllə ilə iddia müddətlərinin məhkəmə tərəfindən tərəflərin iradəsindən asılı olmayaraq tətbiqi nəzərdə tutulmuşdur.
40. İddiaçı 3 0 dekabr 1986-cı il tarixdə bağlanmış müqavilənin etibarlılığını 01 sentyabr 2021-ci il tarixə, yəni təxminən 35 ildən sonra mübahisələndirmişdir.Göründüyü kimi iddiaçı mübahisəli mənzili 1987-ci ildən 2020-ci ilədək olan dövrdə 33 il əvvəl daimi olaraq tərk etmişdir.
41. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərindən biri olan onun mübahisə üzrə cavabdeh qismində tanınmamasına münasibətdə qeyd olunmalıdır ki, həqiqətən də, iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi müqavilə Lerik rayon Mənzil Kommunal Müəssisələri Kombinatı (hazırda Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyi) və X5 arasında bağlanılsa da, iddia üzrə cavabdeh qismində yalnız icarəyə verən cəlb olunmuş, icarəçi isə iddia ərizəsində üçüncü şəxs qismində qeyd olunmuşdur.
42. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinin əsaslarından biri kimi, cavabdehin iddianı etiraf etməsinə istinad etmişdir. Halbuki, bu etirafı müqavilə tərəflərindən biri olan Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyinin qanuni təmsilçisi tərəfindən ifadə olunmuşdur. Müqavilənin digər tərəfi olmuş üçüncü şəxs işdə cavabdeh qismində iştirak etmədiyi üçün onun iddiaya münasibəti (etirazı) nəzərə alınmamışdır.
43. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan SSR-nin 1965-ci il tarixli Mülki Məcəlləsinin 42, 43, 45 və 73-cü maddələrinə, Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin ikinci hissəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. İddiaçı (Vəkili Nümayəndə) kassasiya şikayə ti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə mübahisəli mənzili adına rəsmiləşdirmək istəyərkən gözlənilən mülkiyyət hüququnun pozulmasını bilmişdir. Buna qədər üçüncü şəxs X5 mənzili müvəqqəti yaşamaq üçün əldə etdiyindən iddiaçının mənzilinə dair hüquqlarının pozulmasından məlumatlı olmamışdır və ola da bilməzdi. Göründüyü kimi, İddiaçı mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ olmuşdur. Bu baxımdan da hesab etmişdir ki, onun mülkiyyət hüquqlarının pozulması yolverilməzdir. İddiaçı qeyd etmişdir ki, X2 üçüncü şəxs kimi işə cəlb edilməsi iş üzrə hüquqlarını qoruması üçün maneə deyildir və iddianın təmin edilməmə əsaslarından biri kimi göstərilməmə lidir. Hazırda mübahisəli ünvanında İddiaçı yaşayır. Məhkəmə iclaslarında üçüncü şəxs X2 2004-cü ilədək mübahisəli mənzildə yaşaması qeyd edilsə də, bu belə olmamışdır. Belə ki, 1997-ci ildən etibarən mübahisəli mənzildə iddiaçı yaşayır və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış və **********02-**********4 saylı texniki pasport da almışdır. Lakin İddiaçı həmin çıxarışı və texniki pasportu itirdiyi üçün əvvəlki məhkəmə instansiyalarında bu sənədləri təqdim edə bilməmişdir.
46. İddiaçının mövqeyinə görə məhkəmə 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 15-ci maddəsinin 1, 5 və 6-cı hissələrinin və 87-ci maddəsinin, “Daşınmaz əmlakın dövlət reyestr i haqqında” Azərbaycan Respublikasıının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı” barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli fərmanının 1.8-ci bəndinin tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 01 sentyabr 2000-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR-nin 1965-ci il tarixli Mülki Məcəlləsi:
48. Maddə
42. Əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə bu Məc əllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur.
49. Maddə
43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət şdilməməsi (bu Məcəllənin 44cü maddəsi) əqdin etibarsızlığına səbəb olur.Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin təiəbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.
50. Maddə
44. Qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstəril diyi halda səbəb olur. Xarici ticarət əqdlərinin formasına və imzalanma qaydasına riayət etməmək əqdin etibarsızlığına səbəb olur. Etibarsız əqd üzrə tərəflərdən hər biri, əqd üzrə alınmış bütün şeyləri digər tərəfə qaytarmağa borcludur, alınmış şeyləri eyni ilə qaytarmaq mümkün olmadıqda, qanunda əqdin etibarsızlığının sair nəticələri nəzərdə tutulmamışsa, onların dəyərini pulla ödəməlidir.
51. Maddə
45. Əgər əqd açıqdan-açığa sosialist dövləti və cəmiyyətinin mənafeyinə zidd məqsədlə bağlanmışdırsa, hər iki tərəfin hərəkətində qəsd olduqda - əqd onlar tərəfindən icra edilmiş olduqda - əqd üzrə aldıqlarının hamısı dövlət mədaxilinə keçirilir, əqdi tərəflərdən biri icra etmişsə, digər tərəfin aldığının hamısı dövlət mədaxilinə keçirilir.
52. Maddə
73. Hüququ pozulmuş şəxsin iddiası üzrə on un hüquqlarını müdafiə etmək uçun ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ vo ictimaitəşkilatların kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir.
53. Maddə
77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.
54. Maddə
78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.Bu qaydadan istisnalar, habelə iddia müddətinin dayandırılması və iddia müddətində fasilə. SSR İttifaqı qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi
55. Maddə
48. Dövlət və ictimai mənzi fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kəndj xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşaış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş yaşayış sahəsinə verilir.
56. Maddə 49., 2-ci hissə. Orderin etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən üç il ərzində irəli sürülə bilər.
57. Maddə 87, 2-ci hissə. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mülki Prosessual Məcəllə
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutl arı araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələn ə bilsin. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
70. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu olmaqla aşağı instansiya məhkəmələrində işə baxılan zaman da irəli sürülmüşdür. Həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzs iz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
71. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
72. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessu al hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1671/2023 nömrəli iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.