Məhkəmə qərarları › İş №2(102)-887/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-887/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-887/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X7 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Tapşırıq müqaviləsi) 28.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı X7 cavabdeh İddiaçı qarşı pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4794/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 fevral 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı X1 Federasiyasının vətəndaşıdır. Cavabdeh İddiaçı isə iddiaçının qeyri-rəsmi nikah münasibətlərində olan arvadı X5 anasıdır. Moskva şəhəri, Brateyevo rayonu üzrə DİN şöbəsi tərəfindən E.N.Osmanovaya ünvanlanmış məktuba görə, E.N.Osmanovanın və Q.Q.Osmanovun 2000-ci ildən etibarən Moskva şəhəri, Brateyevskaya küçəsi, ev 21, mənzil 167 ünvanında daimi yaşaması faktı təsdiqlənmişdir.

2. Mübahisəli əmlak Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən bağ evidir. 3. 4 mart 2004-cü il notarial qaydada təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X20 Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsini cavabdeh İddiaçı ********* (köhnə Azərbaycan man atı) manata satmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən cavabdehi hazırkı iş üzrə iddiaçı təmsil etmiş və müqavilə onun tərəfindən imzalanmışdır. Sözügedən bağ evi 30 dekabr 2008-ci il tarixdə cavabdehin adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır.

4. İddiaçı bağ evinin xüsusi mülkiyyət kimi qeydə alınmasına dair cavabdehin adına verilmiş çıxarışı mübahisələndirmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)2894/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2755/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışdır. 5. "xxxx" MTK ilə X16 arasında bağlanmış xx.xx.2002-ci il tarixli “Mənzil tikintisi haqqında” müqaviləsi ilə kooperativ ünvan 2 ünva nda yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasında olan mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 25.500 ABŞ dolları məbləğində müəyyən edilmişdir. 6. "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixdə arayış verərək göstərmişdir ki, iddiaçıya satılmış sözügedən mənzilinin dəyəri 2002-2003-cü illər ərzində iddiaçı tərəfindən MTK-nın xəzinəsinə tam ödənilmişdir. Sonralar, 2004-cü ildə iddiaçı MTK-ya yazılı müraciət edərək öz pay haqqından imtina etdiyini və mənzilin X10 adına (bağ evinin alqı-satqısı üzrə satıcı) sənədləşdirilməsinə razı olduğunu bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəməyə müraciət edə rək, mübahisəli bağ evinin alınmasına və həmin evin təmirinə tərəfindən çəkilmiş 410.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun cavabdehin qızı ilə olan faktiki nikahından oğulları X24 Federasiyasının Moskva şəhərində 2001-ci ildə anadan olmuşdur və Rusiya Federasiyasının vətəndaşıdır. O, özü də Rusiya Federasiyasının vətəndaşı olduğu üçün vətəni Azərbaycanda olarkən yaşamaq və istirahət etmək məqsədi ilə özünə ev almaq qərarına gəlmişdir. xx.xx.2008-ci ildə mübahisəli bağ evini notarial qaydada rəsmiləşdirməklə alqı-satqı müqaviləsi ilə almış və evin pulunu da özü ödəmişdir. Evi etibar etdiyi və qohumluq əlaqəsinə görə qeyri-rəsmi həyat yoldaşının anası, yəni qaynanası olan cavabdehin adı na rəsmiləşdirmişdir. Ev alındığı gündən hal-hazıra qədər faktiki olaraq onun istifadə və sahibliyindədir. Evi alandan sonra evi əsaslı təmir etdirməklə evin bütün əşyalarını almış, evin həyətində əlavə tikililər, geniş hovuz inşa etdirmiş, evin əsaslı təmiri, həyətində inşa edilmiş bütün tikililər, abadlıq işləri də, həmçinin onun tərəfindən aparılmışdır. Evin həyətində inşa edilmiş bütün tikililər və abadlaşdırma işləri onun tərəfindən aparılmaqla həmin xərclər, eləcə də evin bütün vergi və kommunal xərcləri də evin alındığı gündən bu günədək onun tərəfindən ödənilmişdir və hazırda da, tərəfindən ödənilməkdədir. Evin vergiləri də tərəfindən tam məbləğdə hal-hazırki vaxtadək ödənilmişdir (ödəniş qəbzlərini əlavə edir). Bağ evini iddiaçının adına rəsmiləşdirərkən elə razılaşmışlar ki, on un istədiyi vaxt o evi onun (və ya göstərdiyi şəxsin) adına rəsmiləşdirəcəkdir. Lakin sonradan qeyri-rəsmi həyat yoldaşı X15 və onun anası, yəni qayınanası İddiaçı ilə münasibətləri onların qeyri-səmimi davranışları və hərəkətləri nəticəsində soyumuşdur. Qeyri-rəsmi həyat yoldaşı X15 və onun anası İddiaçı onda olan məlumata görə ABŞ-a getmişlər. Sonradan isə cavabdeh geri qayıtmışdır. X2 onunla yaşayır və hazırda da, yanındadır. Cavabdeh xx.xx.2008-ci ildə bağ evinin həqiqətdə (öz aralarında) onun olmağını etiraf etsə də, evin onun adına rəsmiləşdirilməsindən (və ya onun istədiyi adamın adına rəsmiləşdirilməsindən) yayınır. Onun həmin evin alınması üçün kifayət qədər vəsaiti olmuşdur, lakin həm özü, həm də arvadı Rusiya Fedarasiyasının vətəndaşı olduğu üçün özünə yaxın bildiyi şəxsin, arva dının anasının adına almışdır. Qeyd etdiyi bütün xüsusatların öz əksini tapması üçün kifayət qədər onların ümumi tanışları olan, mötəbər şahidləri vardır. Həmin şahidlər məhkəmədə həqiqətən də sözügedən evin ona məxsus olduğunu, sadəcə formal olaraq cavabdehin adına rəsmiləşdirildiyini təsdiq edə bilərlər. Eyni zamanda o, evi aldığı X20 da (mübahisəli evin əvvəlki sahibi) bunu təsdiq edə bilər. Belə ki, o, mübahisəli evi aldığı Rəna Axundovaya bunun müqabilində ünvan 3 ünvanında yerləşən mənzilini vermişdir. Bunlarda həm müvafiq sənədlərlə və şahid ifadələri ilə öz təsdiqini tapır. Həmçinin, mübahisəli əmlakın alqı-satqısı zamanı da özü iştirak etmişdir. Bu sözügedən alqı-satqı müqaviləsində də öz əksini tapır. Ümumiyyətlə, cavabdeh əmlakın alınmasında, təmirində iştirak etməmiş və bu günə dək evin faktiki sahibi olmamışdır. Bu səbəbdən də, ev faktiki onun istifadəsində və sahibliyindədir. Bir daha qeyd edir ki, bu faktı onları tanıyan bütün insanlar bilir, bu səbəbdən duuə evin bütün kommunal ödənişləri də onun tərəfindən aparılır. O, evi aldıqdan sonra öz vəsaiti hesabına həmin evin 2-ci mansard mərtəbəsini artırmış və həyətində təsərrüfat otaqları tikdirmişdir. Əlavə olaraq müvafiq səlahiyyətli təşkilat (ekspertiza) tərəfindən sözügedən əmlak qiymətləndirmiş və əmlakın dəyəri 410.000 manat məbləğində müəyyən olunmuşdur. Hesab edir ki, əgər İddiaçı formal olaraq onun adına rəsmiləşdirdiyi əmlakına onun etibarından suiistifadə edərək sahiblənmək niyyətindədirsə, o halda onun həmin evə, evin yenidən qurulmasına və həyətindəki apardığı təmir işlərinə çəkdiyi xərcləri geri qay tarmalıdır.

8. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, bağ evinin və torpaq sahəsi cavabdehin adına rəsmiləşdirilərkən iddiaçının istədiyi vaxt o evi onun (və ya göstərdiyinin) adına rəsmiləşdiriləcəyinə dair razılaşdıqlarına dair qeyd edilənlərin heç bir əsası yoxdur. Belə ki, cavabdehin öz adına almış olduğu bağ evi və torpaq sahəsinin daha sonradan iddiaçının və ya onun göstərdiyi hər hansı bir üçüncü şəxsin adına rəsmiləşdirməsi düşünülə bilməzdi. Çünki qeyd edilən bağ evi və torpaq sahəsi bilavasitə cavabdeh tərəfindən öz vəsaiti hesabına öz adına alınmış, cavabdeh tərəfindən iddiaçının adına verilmiş olan etibarnamə əsasında cavabdehin nümayəndəsi kimi daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalamışdır. Çünki həmin ərəfədə cavabdehin qızının Moskva şəhərində yaşaması, xəstəliyi ilə əlaqədar cavabdehin öz qızının yanında olması səbəbindən iddiaçıya etibarnamə verilməklə qeyd edilən əqdlərin imzalanması səlahiyyətləri cavabdeh tərəfindən iddiaçıya verilmişdir ki, iddiaçının işi sadəcə qeyd edilən alqı-satqı müqaviləsinin imzalanması zamanı cavabdehi notariat orqanlarında təmsil edib, lazımi sənədləri imzalamaqdan ibarət olmuşdur. İddiaçının oğlu Qamlet Osmanovun onun özü ilə birlikdə qalması ilə bağlı qeyd etdikləri ilə əlaqədar olaraq bildirmək istəyirlər ki, uşaq hal-hazırda cavabdehin qızı X6, yəni anasının yanında qalmaqda, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaşamaqdadır. Bununla bağlı müvafiq arayış məhkəməyə təqdim ediləcəkdir. Yəni iddiaçının oğlunun onunla birlikdə qalması ilə bağlı da qeyd edilənlərin heç bir əsa sı yoxdur. Bu gün əmlakın qiymətləndirilərək real bazar qiymətinin 410000 manat olaraq müəyyən edilməsi onun üçün çəkilən təmir bərpa xərclərinin, o cümlədən tikinti xərclərinin o məbləğdə sərf edilməsi mənasına gəlməməkdədir. Həmçinin, iddiaçının tanıdığı şəxsləri və yaxın adamlarını bu evin onun tərəfindən alındığına və təmir xərclərinin onun tərəfindən çəkildiyini məhkəmədə də təsdiq edə biləcək şahidlərin olmasına dair qeyd edilənlərin də heç bir əsası yoxdur. Belə ki, qeyd edilən və şahid qismində dinlənilməsi istənilən şəxslərin yuxarıda qeyd etdikləri məhkəmə araşdırması zamanı bildirdikləri ifadələrə də mötəbər sübut kimi qiymət verilməmiş, həmin şəxslərin bildirdikləri qeyd edilən məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Maraqlı olan haldır ki, iddiaçının cavabdehə m ülkiyyət hüququ ilə məxsus olan bağ evinə və torpaq sahəsinə müvafiq xərcləri çəkdiyini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560, 1091 və 1092-ci maddələrinə də istinad edilməsi də anlaşılan deyildir. İşdə olan sübutlardan və daha əvvəlcədən qəbul edilmiş məhkəmə qətnamələrindən də göründüyü kimi İddiaçı qeyd edilən bağ evini və torpaq sahəsini daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında əldə etmiş, həmin əmlak daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmışdır və bunun hüquqi əsası da həmin müqavilədir. Həmçinin, qeyd edilən əmlakı da öz vəsaiti hesabına almışdır. Maraqlı olan haldır ki, iddiaçı öz iddia ərizəsində 1091.1-ci maddəyə istinad etdiyi halda həmin maddənin 2-ci bəndini nəzərə alm amışdır. Belə ki, həmin bəndin tələblərinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin, o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin tələblərindən də göründüyü kimi əsassız varlanma o halda baş verə bilər ki, bu cür varlanmaya səbəb olan qanuni əsas və ya müqavilə mövcud olmasın. Halbuki, işdə olan materiallardan da göründüyü kimi cavabdehin bu əmlaka mülkiyyət hüququnu əldə etməsi üçün notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və onun tərəfindən bu alqı-satqıya görə ödənilmiş pul vəsaiti mövcuddur. Qeyd edilənlərə əsasən, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Məhkəmə iclasında şahid kimi dindirilmiş X17 göstərmişdir ki, o, iddiaçını tanıyır, iddiaçı onun yerlisidir, iddiaçı ilə münasibətləri yaxşıdır. Mübahisə predmeti olan bağ sahəsində təmirtikinti işlərinin aparılmasında iştirak etmişdir. Belə ki, o, işləyən ustalara rəhbərlik etmişdir. O, ustaların pulunu Qamlet Osmanovdan almışdır. Ustalara pulu o təqdim etmişdir. Təmir-tikinti işlərinin nə vaxt aparıldığı yadında deyil. O, politexnik universitetini bitirmişdir. İddiaçı ilə aralarında podrat müqaviləsi bağlanmamışdır. Təmir-tikinti işlərinin aparılmasına dair qaimələr var. Həmin qaimələr də məhkəməyə təqdim edilmişdir. Alqı-satqı müqaviləsi 2006-cı il tarixində Mərdəkanda bağlanmışdır. Hansı notariat orqanında bağlanması isə yadında deyil. Torpaq sahəsinin alınmasında i ştirak etmişdir. Torpaq sahəsi Rəna adlı xanımdan alınmışdır. İddiaçı Azərbaycan vətəndaşı olmadığı üçün alqı-satqı müqaviləsi cavabdehin adına bağlanmışdır. Xeysəxanım bağ sahəsinə yay aylarında dincəlmək üçün gəlmişdir. Cavabdeh bağ sahəsinin təmir-tikinti işlərinin aparılmasına pul xərcləməmişdir. Təmir-tikinti işləri 2010-2011-ci ilə qədər davam etmişdir. İddiaçı bağ sahəsində təmir getdiyi zaman dəfələrlə gəlib-getmişdir. İddiaçı ailəsi isə bağ sahəsinə dincəlmək üçün gəlib-getmişdir.

10. Məhkəmə iclasında şahid kimi dindirilmiş X18 göstərmişdir ki, o, iddiaçını tanıyır. İddiaçı ilə münasibətləri yaxşıdır. İddiaçının bağ sahəsində 17 ildir ki, fasiləsiz mübahisəli bağ sahəsində mühafizəçi vəzifəsində işləyir. Əmək haqqısı 600 manatdır. Belə ki, bir il zərgərlik sənətini öyrənmək üçün getdiyi üçün mühafizəçi işləyə bilməmişdir. Bağ evində santexnik işlərinin aparılmasında iştirak etmişdir. Evdə kosmetik təmir işləri aparılmışdır. İddiaçı olmayanda əmək haqqını Elçin müəllim vermişdir.

11. Məhkəmə iclasında şahid kimi dindirilmiş X15 göstərmişdir ki, o, tərəfləri tanıyır, cavabdeh onun anasıdır, iddiaçı keçmiş həyat yoldaşıdır. Ev anasının mülkiyyətindədir. Anası iddiaçıya evin təmir edilməsi ilə bağı etibarnamə vermişdir. O, Moskvadakı şirkətdə 1994-cü ildən payçıdır. Bağ alınarkən mərhum atası Nazim 44.000 ABŞ dollar pul verilmişdir. Bağın alınmasında iştirak etmişdir. Moskvadakı şirkət zərərlə işləmirdi. O, şirkətdən divident alırdı. Həmin divindent pulları bağ sahəsinin tikintisinə xərclənirdi. Cavabdeh, yəni anası Moskvada iddiaçıya etibarnamə vermişdir. Pandemiya d övründə şirkətdən gələn gəliri 9.000 ABŞ dolları idi. Pandemiyadan öncə isə şirkətin gəlirləri daha çox idi. İddiaçı ilə rəsmi nikahları 1999-cu il tarixində bağlanmışdır. İddiaçı ilə 7-8 ildir ki, ayrı yaşayırlar. Əlaqələri 2 ildir ki, yoxdur. O, şirkətdə 2003-cü il tarixindən payçıdır. Şirkətdə payçı olmağı üçün şirkətə 250000 rubl pul ödəmişdir. O 1994-cü ildən şirkətdə işləyir. Onu işə iddiaçı qəbul etmişdir. Evi 2004-cü il tarixində almışlar. Evi anası, cavabdehin adına almışlar. Əgər iddiaçı evi alsa idi, öz atasının adına alardı. Aldıqları evin torpaq sahəsi 15 sot idi. Evin sağ tərəfində artırma etmişlər. O, öz qazancından 30.000 manat pul vermişdir. Anası ilə iddiaçı arasında razılıq olmamışdır. O, özü 49.000 ABŞ dolları pul vermişdir. Onda evin əvvəlki şəkilləri yoxdur. Ev alın dıqdan sonra evdə 10 ildən çox təmir işləri aparılmışdır. Ustaların zəhmət haqqının nə qədər olduğunu bilmir. Onun payı olan 25 faiz bağa xərclənirdi. O, Moskvada yaşadığı üçün manatın dəyərinin nə qədər olduğunu bilmirdi. Minimum evin hər təmir edildiyi zaman 10.000 ABŞ dolları xərclənirdi. Hazırda iddiaçı bağ evində yaşayır. Oğlu atasının bağda qalmasını istəyir, deyir ki, “atamın bizə qarşı etdiyini biz etməyək”. Evi ər-arvad olduqları zaman almışlar. Bağ evini özü almışdır. İddiaçının ailələri çoxdur. Bağda işləyən Vüsalı və Sevdanı işə götürmüşdür. Evin kommunal xərclərini o da ödəmişdir. Bağda hazırda iddiaçı yaşadığı üçün kommunal xərcləri o da ödəməlidir. 12. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Qiymətləndirmə hesabatına görə, mübahisəli bağ sahəsinin müqay isəli yanaşma ilə 24 dekabr 2021-ci il üçün hesablanmış bazar dəyərləri cəmi 410.000 manat təşkil edir.

13. Nizami Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(007)-1602/2022 nömrəli qətnaməsi ilə (hakim X21) iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.

15. Hazırda iddiaçı bağ evinin alınmasına və təmirinə çəkilmiş xərcləri tələb etsə də, daha əvvəlki məhkəmə mübahisəsi zamanı məhkəmə tərəfindən bağ evinə dair cavabdehin mülkiyyət hüquqları y oxlanılmış və tanınmışdır. İş materialları ilə müəyyən edilir ki, X20 ilə İddiaçı arasında 4 mart 2004-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə əsasən X20 Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir. Cavabdeh isə bunun müqabilində satıcıya ********* manat (köhnə Azərbaycan manatı) ödəniş etmişdir. Həmin əmlakın cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən alınması və qeyd edilən məbləğin iddiaçı tərəfindən ödənilməsi iş materialları və əvvəlki məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır.

16. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2894/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsinə aşağıdakı məzmunda abzas göstərilmişdir: “şahid qismində dind irilmiş şəxslərin vermiş olduğu ifadələrində mübahisəli bağ evinin tikintisi və təmiri ilə bağlı xərclərin hazırkı mülki iş üzrə X16 tərəfindən çəkilmiş olduğu müəyyən edilsə də, bu mübahisəli bağ evinə dair çıxarışın ləğv edilməklə, iddiaçı X7 mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas deyildir.” Belə ki, iddiaçı tərəf qeyd edilənlərə istinad edərək, qanuni qüvvəyə məhkəmə qətnaməsi ilə bağ evinin tikintisi və təmiri ilə bağlı xərclərin iddiaçı tərəfindən çəkilməsi halının təsdiq edildiyini bildirmişlər. Məhkəmə göstərilənlərə münasibətdə qeyd etmişdir ki, həmin iş üzrə iddia tələbi “İddiaçı adına olan çıxarışın ləğv olunması, evə iddiaçının mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair iddiaçının adına çıxarışın verilməsi” ilə bağlı olmuş və məhkəmə məhz həmin iddia tələbi ilə araşdırma aparmışdır. Həmin iş üzrə mübahisə predmeti bağ evinin tikintisi və təmiri ilə bağlı xərcləri ilə bağlı olmamış və məhkəmə yalnız şahid ifadələrinə əsaslanaraq mövqeyini ifadə etmişdir.

17. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı iddia tələbi konkret olmamaqla qeyri-müəyyəndir. Belə ki, iddiaçı mübahisə predmeti olan bağ sahəsinin daha əvvəl X11 mülkiyyətində olduğunu və X22 ilə mülkiyyətində olmuş "xxxx" MTK tərəfindən tikilmiş əmlakının əvəzləşdirdiyini, həmçinin X14 əlavə pul ödədiyini bildirsə də, məhkəməyə xx.xx.2021-ci il tarixli Qiymətləndirmə hesabatını təqdim edərək, əmlakın 24 dekabr 2021-ci il üçün hesablanmış bazar dəyərlərin cəmi 410.000 manat təşkil etdiyini göstərmişdir. Göründüyü kimi, həmin hesabatda əmlakın ümumili kdə dəyəri göstərilmişdir. İddiaçı tələb olunan məbləğin hansı hissəsinin evin alınması, hansı hissəsinin evin təmiri üçün çəkilməsinə, usta, fəhlə və digər xərclərə dair məhkəməyə sübut təqdim edə bilməmişdir və məhkəmənin bu istiqamətdə vermiş olduğu sualları qiymətləndirmə hesabatına əsaslanaraq cavablandırmışdır. Lakin həmin qiymətləndirmə hesabından əmlakın xx.xx.2021-ci il tarixə olan dəyəri göstərilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh mübahisələndirilən əmlakı ********* manat (köhnə Azərbaycan manatı) ödəniş etməklə almışdır. İddiaçı tərəf isə həmin əmlakı 25.500 ABŞ dolları dəyərindəki əmlakının əvəzləşdirilməsi və satıcıya əlavə ödəniş etməklə əldə edildiyini bildirsə də, əmlakın əldə edilməsi üçün ümumilikdə edilmiş ödənişin, daha sonra həmin əmlakda təmiri və tikinti işləri üçün konkret nə qədər xərc çəkməsinə dair məhkəmənin vermiş olduğu suallar cavabsız qoyulmuş və buna dair təsdiqedici sübutlar təqdim edilməmişdir.

18. Eyni zamanda, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)2894/2021 saylı iş üzrə araşdırma aparılan zaman X22 şahid kimi dindirilmişdir. Belə ki, o ifadəsində bağın satılması ilə bağlı bütün işlərin Qamlet tərəfindən görüldüyünü bildirmişdir. Lakin qeyd edilməlidir ki, X22 ilə İddiaçı arasında müqavilə bağlanan zaman alıcı kimi İddiaçı birbaşa iştirak etməmiş və sənədləşdirmə işlərini alıcının nümayəndəsi iddiaçı həyata keçirmişdir. Nəticədə, sənədləşdirmə işlərinin iddiaçı tərəfindən həyata keçirilməsi və bu faktın şahid tərəfindən etiraf edilməsi əmlakın dəyərinin iddiaçı tərəfindən ödənilməsi ki mi qiymətləndirilə bilməz.

19. Məhkəmə qeyd etmişdir ki, əvvəlki məhkəmə araşdırması zamanı həmin mülkiyyət hüququ tanınmış və qanuni hesab edilmişdir. Hazırda məhkəmə tərəfindən cavabdeh tərəfindən hüquqdan sui-istifadə edilməsi halları, tərəflər arasında əmlakla bağlı hər hansı bir razılaşmanın olması müəyyən edilməmiş, bağ evinin iddiaçının vəsaiti hesabına alınması halı öz təsdiqini tapmamışdır.

20. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-560.3, 1091.1 və 1091.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1 və 82.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tə min olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Rayon məhkəməsində bağ evini özünə almasını təsdiq edən şahid ifadələrini də sübut kimi təqdim etmiş, buna baxmayaraq, məhkəmə qeyd edilən qənaətə gələrkən sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam tədqiq etməmiş, onlara (işdəki sübutlara) tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, mübahisə mövzusu bağ evinə dair alğı-satqı müqaviləsinin bağlanması zamanı alıcı tərəfindən nümayəndə qismində iddiaçının çıxış etdiyi mübahisə doğurmamış, işin qeyd edilən halı birinci instansiya məhkəməsində iştirak edə n cavabdehin nümayəndəsi (vəkili) tərəfindən də etiraf edilmişdir. Belə ki, o, məhkəməyə təqdim etdiyi yazılı etirazında mübahisəli əmlakın təmsil etdiyi şəxsin vəsaiti hesabına öz adına alındığını, iddiaçının isə etibarnamə əsasında onu (cavabdehi) nümayəndə kimi təmsil edərək sadəcə daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzaladığını irəli sürmüş, cavabdehin fiziki olaraq bilavasitə həmin işdə iştirak etməməsini onun Moskva şəhərində yaşaması, xəstəliyi ilə əlaqədar qızının yanında olması ilə əsaslandırmışdır. Cavabdeh tərəf Bakı şəhərində bağlanan müqavilə üzrə bağın dəyərini məhz özü ödəmiş olduğunu bildirirsə də, oradan pulu iddiaçıya hansı qaydada göndərdiyinə dair sübutları (pulun göndərildiyini təsdiq edən bank sənədləri və s.) məhkəməyə təqdim etməli idi. Birinci instansiya məhk əməsi isə sübutetmə yükünün bölüşdürülməsində kobud səhvə yol verərək iddiaçının irəli sürdüyü halları sübuta yetirmədiyinə əsaslanmaqla iddia tələbini təmin etməmişdir. Cavabdehin nümayəndəsinin yazılı etirazından da göründüyü kimi, cavabdeh tərəf bağda iddiaçı tərəfindən bağ evinin yenidən qurulmasını və əlavə işlərin aparılmasını mübahisələndirməmiş, onun etirazı həmin işlərə görə çəkilən xərclərin məbləği ilə əlaqədar olmuşdur, halbuki tərəflər arasında həmin bağa dair qüvvədə olan başqa qətnamədə də mübahisəli əmlakın həqiqətən də iddiaçı tərəfindən alınması və sonradan həmin əmlaka dair təmirlə bağlı olan xərclərin onun tərəfindən çəkilməsi öz təsdiqini tapmışdır. Belə olan halda, bağ evində aparılan tikinti-bərpa işlərinin nələrdən ibarət olduğu araşdırılmalı, həmin işlərin dəyəri müəyyənləşdirilməli və qeyd edilən məbləğ iddiaçının xeyrinə tutulmalı idi. Həmin hissədə iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 dekabr 2022-ci il tarixli, 2(103)7176/2022 nömrəli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və Anar Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmuşdur.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı halda iddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin birlikdə götürülmüş 1091 və 1092-ci maddələ ri təşkil edir. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.

25. Hazırkı işin hallarından görünür ki, iddiaçının bildirdiyi işin faktiki halları əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların dispozitiv şərtlərinin təsiri altına düşür. İddiaçının təqdim etdiyi sübutlar, eləcə də üçüncü şəxsin izahatı ilə aşkar müəyyən olunur ki, bağ evinin əldə edilməsi üçün pul vəsaiti ödənilməmiş, üçüncü şəxslə iddiaçı arasında əldə olunmuş razılığa əsasən iddiaçı özünə məxsus yeni tikilidəki mənzilini Rəna Axundovanın adına keçirmiş, bunun əvəzində də Rəna Axundova özünə məxsus bağ evini iddiaçıya vermişdir. Bununla da cavabdehin həmin halla bağlı, yəni bağ evinin onun verdiyi pul vəsaiti hesabına əldə olunmasına dair bildirdiklərinin əsassız olduğu müəyyən olunur. Baxmayaraq ki, iddiaçının bu halla, eləcə də bağ evinin təmir-tikintisinə çəkilən xərclərlə bağlı bildirdikləri özözlüyündə qeyri-müəyyən, olduqca ümumi, ziddiyyətli və qarmaqarışıq olmaqla yanaşı, həm də ağlabatan və inandırıcı da deyildir.

26. Cavabdehin təqdim etdiyi şahid ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası ilk öncə qe yd etmişdir ki, həmin şahidin - Elnarə Osmanova cavabdehin qızı, iddiaçının isə keçmiş arvadı olması nəzərə alınmalıdır. Belə ki, bu mülki işin araşdırılan hallarından hazırkı mübahisənin tərəflərinin əslində iddiaçı Q.Osmanovla onun keçmiş arvadı E.Osmanova olduğu bəlli olur. Bu baxımdan da şahid E.Osmanova ilə onun anası olan cavabdehin maraqlarının üst-üstə düşməsi, başqa sözlə desək, şahid E.Osmanovanın bu işin nəticəsində, yəni işin anasının xeyrinə həll olunmasında bilavasitə maraqlı olması onun ifadələrinə qiymət verilərkən mütləq nəzərə alınmalıdır. Bununla belə, cavabdehin təqdim etdiyi şahid E.Osmanovanın anasına “kömək” yönlü ifadələri də olduqca ümumi, aşkar zidiyyətli, mücərrəd və qeyri-ardıcıl olmaqla bərabər, həm də cavabdeh olan anasının bildirdikləri ilə də ziddiyyətli olm uşdur.

27. Beləliklə də, bağ evinin iddiaçı tərəfindən onun öz vəsaiti (özünə məxsus mənzilin bağ evi ilə əvəzləşdirməsi qaydasında) əldə olunduğu (alındığı) və bağ evinin yenidən qurulmasının da onun tərəfindən həyata keçirildiyi müəyyən olunur.

28. Apellyasiya məhkəməsi bu qənaətə gələrkən həm də mülki iş materiallarında olan, iddiaçının cavabdehə qarşı “çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi” barədə tələbi üzrə Xəzər Rayon Məhkəməsinin 2(003)-2894/2021 saylı 23 dekabr 2021-ci il tarixli və hazırda qüvvədə olan qətnaməsini də nəzərə alır. Belə ki, həmin qətnamədə bağ sahəsinin alınması və orada aparılmış tikililərlə bağlı xərclərin kimə aid olması barədə qeyd edilmişdir ki, “məhkəmə iclas ında verilmiş izahatlardan müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsi və həmin sahədə tikilinin tikintisi ilə bağlı xərclər X16 tərəfindən çəkilmişdir”.

29. Rayon məhkəməsi hazırkı mülki iş üzrə eyni tərəflər arasında həmin bağ evi ilə bağlı başqa bir işə dair qüvvədə olan məhkəmə qətnaməsinin preyudisiallığını nəzərə almamaqla prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir.

30. Rayon məhkəməsinin iddiaçının tələb etdiyi məbləğlə bağlı (məbləğə münasibətdə) gəldiyi qənaət də əsaslı olmamışdır. Belə ki, rayon məhkəməsi iddia tələbini rədd edərkən həm də qeyd etmişdir ki, iddiaçı tələb etdiyi məbləğin hansı hissəsinin bağ sahəsinin alınmasına, hansı hissəsinin isə bağda aparılmış təmir-tikinti işlərinə xərcləməsinə dair məhkəməyə dəqiq məlumat-sübut verə bilməmişdir. Rayon mə hkəməsinin bu qənaəti dogru deyildir. Çünki iddiaçı iddiasında cavadehdən əsassız varlanmaya istinadən bütünlüklə vahid əmlak kimi bağ evinin tam dəyərini tələb edir ki, belə olan halda, yəni bağ evinin əldə olunması və təmir-tikinti işlərinin də iddiaçı tərəfindən və məhz onun vəsaiti hesabına həyata keçirildiyi müəyyən olunduğundan, iddiaçı tərəfindən həmin bağ evinin əldə olunmasına, onun sənədləşdirilməsinə, bağın təmirində istifadə olunan təmir-tikinti materiallarına çəkilən xərclərin, ustalara verilən zəhmət haqqının, eləcə də mümkün olan digər məsrəflərin ayrı-ayrılıqda göstərilməsi, başqa sözlə, onların hər birinin ayrılıqda sübut olunmasına zərurət qalmır.

31. Əvvəla, bununla bağlı cavabdeh tərəf də bağ evinin hazırda real qiymətinin iddiada istənilən məbləğini mübahisələndirməmiş dir, cavabdehin nümayəndəsi davamlı olaraq izahat və mülahizələrində yalnız iddiaçını məhz həmin məbləği xərcləməsini sübut etməli olduğunu qeyd etmişdir.

32. Məhkəmə kollegiyası bununla bağlı xüsusi olaraq qeyd etmişdir ki, hazırkı halda iddia tələbinin qanuni əsası baxımından iddiaçının bağ evinə görə ayrı-ayrılıqda nə qədər vəsait xərcləməsinin əhəmiyyəti ola bilməz, çünki iddiaçı MM-in 1092.1-ci maddəsinə əsasən məhrum olduğunu əldə edəndən tələb edir. Bu baxımdan iddiaçının tələbi zamanı onun məhrum olduğu əşyaya nə qədər vəsait xərcləməsi, onu hansı qiymətə alması, təmiri və s. deyil, məhz məhrum olduğunun real dəyəri əhəmiyyətlidir. Hər hansı əks yanaşma anlaşılmaz və hüququn ümumi prinsiplərinə zidd olardı. Məsələn, belə yanaşmaya əsaslansaq, onda belə çıxır ki, şəxs vərəsəlik, bağ ışlama və s. əvəzsiz əqdlər, eləcə də dəyişdirmə müqaviləsi əsasında sahib olduğu əmlaklardan məhrum olduqda, onları tələb edə bilməz. Bunun isə doğru olmadığı aşkardır. Bu baxımdan, iddiaçı məhrum olduğunun dəyəri barədə məhkəməyə iki mütəxəssis rəyləri təqdim etmişdir. İddiaçının rayon məhkəməsinə təqdim etdiyi mütəxəssis hesabatına əsasən həmin bağ evinin (torpaq sahəsi ilə birlikdə) bazar dəyərinin 410.000 manat olduğu göstərilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh tərəf bağ evinin bügünkü bazar dəyərinin həmin məbləğə uyğun olmasını mübahisələndirməmişdir, bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, bağ evinin dəyəri ilə bağlı mütəxəssis hesabatında göstərilən məbləğ ağlabatan və inandırıcıdır.

33. Məhkəmə kollegiyası ikinci hesabatı bağlı (həmin mütəxəssis hesabatında ba ğ evinin torpaq sahəsi ilə birlikdə bazar dəyərinin 574.000 manat olduğu göstərilmişdir) qeyd etmişdir ki, o, nəzərə alına bilməz, çünki iddiaçının iddia ərizəsindəki tələbi 410.000 manatdır.

34. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.1, 157.2, 157.5, 386.1, 425.1, 560.1, 560.3, 560.3.1-560.3.4, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

35. Cavabdeh (Vəkil1) həmin qətnamədən kassasiya şikayəti verərək, qətnaməni tamamilə ləğv edilməsinə və qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə maddi hüquq normalarının pozulması, həmin normaların hansı formada təhrif edildiyini aşkar surətdə görmək mümkün olmaqdadır. Cavabdeh İddiaçı hər hansı bir əsassız varlanmasından söhbət gedə bilməz. Belə ki, cavabdeh ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir əsas olmadan müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X22 arasında 4 mart 2004-cü il tarixində daşınmaz əmlakın alqı-satqısına dair müqavilə imzalanmışdır və həmin müqavilə əsasında cavabdehin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Müqavilənin qiymətinin ********* manat olması həmin müqavilədə də öz əskini tapmışdır. Maraqlı olan haldır ki, iddiaçı tərəfindən daha əvvəlki məhkəmə işlərində şahid qismində ifadə vermiş və daha sonradan apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir qanuni əsas olmadan müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxsin ifadəsi əsasında tərəflərin arasında bağlanılmış olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlılığı şübhə altına alınmaqdadır. Yəni apellyasiya instansiyası məhkəməsi iddia tələbindən də kənara çıxaraq tərəflər arasında bağlanmış 4 mart 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini və onun əsasında cavabdehin adına verilmiş 30 dekabr 2008-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı da şübhə altına almaqdadır. Halbuki hal-hazırda həmin müqavilə və o müqavilə əsasında verilmiş olan reyestrdən çıxarış qüvvədədir. Əgər həmin sənədlər hal hazırda qüvvədədirsə, o cümlədən cavabdeh tərəfindən daşınmaz əmlakın alqı -satqı müqaviləsinə əsasən pul vəsaiti X14 ödənilərək həmin torpaq sahəsi və bağ evi alınmışdırsa, o zaman cavabdehin hansı əsaslarla əsassız varlanmasından söhbət gedə bilər.

37. İkincisi, iddiaçı əmlakdan məhrum olur. Maraqlı olan haldır ki, iddiaçı bu vəziyyətdə hansı əmlakdan məhrum olur. Əgər cavabdehin qızı və mərhum həyat yoldaşı tərəfindən iddiaçıya torpaq sahəsinin alınması üçün pul vəsaiti, cavabdeh tərəfindən də öz qızının həyat yoldaşı olaraq alqı-satqı əməliyyatının aparılması üçün iddiaçıya etibarnamə verilirsə, belə olan halda iddiaçı hansı əmlakdan məhrum olmaqda, hansı əmlakla olan hüququnu cavabdehin xeyrinə itirmiş olmadadır.

38. Üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Maraqlı olan haldır ki, qətnamədə bunu qeyd edən məhkəmə bunun necə baş verdiyini qeyd etməmişdir. Məhkəmə iclası zamanı pul vəsaitinin necə alınması, müqavilədə göstərilən məbləğin ********* manat olduğunu, bu məbləği almadığı halda niyə müqavilədə pul vəsaitini aldığına dair şərtlərlə razılaşaraq müqaviləni imzaladığını soruşsalar da hakim bu sualın protokoldan çıxarıldığını, bu sualı üçüncü şəxsə soruşa bilməyəcəklərini bildirmişdir. Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən əmlak satışı həyata keçirilir, əmlakın alıcıya təhvil verildiyi və pul vəsaitinin satıcıya verildiyi və həmin vəsaitin bütünlüklə satıcı tərəfindən qəbul edildiyi müqavilədə öz əksini tapır. Ancaq daha sonradan satıcı pulu almadığını, iddiaçının mənzili ilə öz bağ evini və torpaq sahəsini dəyişdirdiyini bildirir. Müqavilə notarial qaydada təsdiq edilmişdir. Hakim bu qətnaməni qəbul edərk ən qeyd edilən xüsusatlara bilərək və istəyərək diqqət yetirməmiş və ya yetirmək istəməmiş, qəsdən maddi hüquq normalarını pozulmasına bu şəkildə yol vermişdir. Maraqlı olan haldır ki, iddiaçıya aid olan və "xxxx" MTK-dan təmin edilən mənzilin dəyəri o dövr üçün 25500 ABŞ dolları olaraq müəyyən edildiyi halda, (01 sentyabr 2002-ci il tarixli müqavilə iş materiallarına əlavə olunmuşdur və həmin məbləğ o müqavilədə qeyd olunmuşdur) üçüncü şəxs olan X22 özünə aid olan bağ evini və torpaq sahəsini bu məbləğdən iki dəfədən artıq ucuz olan bir mənzilə dəyişir? Müqavilə qiyməti həmin dövrdə ABŞ dollarına olan kursu ilə müqayisə edildiyində bu açıq-aşkar görülməkdədir. Bütün bu sualları apellyasiya məhkəməsində hakim üçüncü şəxsdən soruşmağına imkan verməmişdir. Belə ki, bu sualları soruşmaq istəy ərkən hakim bu sualların protokoldan çıxarıldığını bildirmişdir. Bu sualların protokoldan çıxarıldığını bildirməklə başdan etibarən işə münasibətdə obyektiv olmayacağını, işə qərəzli yanaşacağını göstərmişdir Bakı şəhəri Nizami rayon məhkəməsində ümumilikdə 5 məhkəmə iclası keçirilməklə, şahidlər yenidən dindirilməklə, təqdim edilən sübutlar təfsilatı ilə araşdırılmaqla qətnamə qəbul edildyi halda, apellyasiya instansiyası məhkəməsinin hakimi tərəflərə bir dəfəyə barışmaq üçün qısa bir müddət verməklə iclası təxirə salmış, növbəti məhkəmə prosesində sadəcə üçüncü şəxs qismində cəlb edilmiş Rəna Axundovanı dinləməklə və ona heç bir sual verilməsinə imkan yaratmadan dərhal barəsində kassasiya şikayəti verilən hazırki qətnaməni qəbul etmişdir. Həmçinin maraqlıdır ki, iddiaçının tələb etdiyi 4 10.000 manat məbləğin hansı əsaslarla formalaşdığını, bu məbləğin hansı iqtisadi və maliyyə hesablamaları əsasında hesablanıldığını araşdırmadan bu qətnamə qəbul edilmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 may 2023-cü il tarixli 2(102)-1826/2023 nömrəli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən, məruzəçi), A.Q.Hüseynov və Z.B.Babayev) cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7176/2022 nömrəli iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidə baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.

40. Kassasiya instansiyası məhkəməsi işə hərtərəfli və obyektiv baxmadığını, işin hallarının müəyyən olunmasında mühüm əhəmiyyət kəs b edən sübutlara düzgün hüquqi qiymət vermədiyini, qətnamənin qəbulu zamanı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyini vurğulamaqla mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarına görə bağ evinin əldə edilməsi üçün cavabdeh tərəfindən pul vəsaiti ödənilməmiş, üçüncü şəxs Rəna Axundova ilə iddiaçı arasında əldə olunmuş razılığa əsasən iddiaçı özünə məxsus yeni tikilidəki mənzilini Rəna Axundovanın adına keçirmiş, bunun əvəzində də Rəna Axundova özünə məxsus bağ evini iddiaçıya vermişdir. Bağ evi iddiaçı Qamlet Osmanov tərəfindən onun öz vəsaiti (özünə məxsus mənzilin bağ evi ilə əvəzləşdirməsi qaydasında) hesabına əldə olunmuş, bağ evinin yenidən qurulması, orada əsaslı təmir tikinti işlərinin apar ılması da iddiaçının vəsaiti hesabına həyata keçirilmişdir. İşin qeyd olunan faktiki halları əsassız varlanmaya dair münasibətləri tənzimləyən Mülki Məcəllənin birlikdə götürülmüş 1091-ci və 1092-ci maddələrinin dispozitiv şərtlərinin təsiri altına düşür. Apellyasiya məhkəməsi bu qənaətə gələrkən iddiaçının izahatına, iddiaçı tərəfindən təqdim olunmuş sübutlara, həm də iddiaçının cavabdehə qarşı “çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi” tələbi üzrə Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli və hazırda qüvvədə olan qətnaməsinə istinad etmiş, cavabdehin izahatına, onun tərəfindən təqdim olunmuş şahid ifadələrində göstərilən hallara tənqidi yanaşmışdır....Məhkəmə kollegiyası ilk növ bədə qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsində göstərdiyi işin hallarından cavabdeh İddiaçı Qamlet Osmanovun hesabına varlanmasının nədə ifadə olunması, yəni bağ evini və bağ evinə aid 0,12 ha torpaq sahəsini, yaxud həmin bağ evinin dəyəri olan 410.000 manat pul vəsaitini əldə etməsi, cavabdehin isə əmlakdan, yaxud pul vəsaitindən məhrum olması müəyyən deyildir. İş materiallarına görə cavabdeh iddiaçıdan pul vəsaiti almamışdır, bu faktı iddiaçı da təsdiq etmişdir. İddiaçı həm də göstərmişdir ki, xarici dövlətin vətəndaşı olduğuna görə torpaq sahəsinin alqı-satqısının onun adına sənədləşdirilməsi mümkün olmamış, ona görə də torpaq sahəsi 4 mart 2004-cü il tarixli alqısatqı müqaviləsinə əsasən cavabdeh qaynanasının adına alınmış, sonradan həmin torpaq sahəsində inşa olunmuş bağ evi də 30 dekabr 2008-ci il tarixdə cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Bağ evinin inşası da bilavasitə onun tərəfindən həyata keçirilmiş, bütün xərclər onun tərəfindən çəkilmişdir. Göründüyü kimi iddiaçının özü hesab etmişdir ki, cavabdeh onun hesabına pul vəsaiti deyil, bağ evi və evin 0,12 ha torpaq sahəsindən ibarət əmlak əldə etmişdir. Buna baxmayaraq iddiaçı bağ evi və 0,12 ha torpaq sahəsindən ibarət əmlakın deyil, həmin əmlakın dəyəri olan pul vəsaitinin alınması barədə iddia qaldırmış, apellyasiya məhkəməsi də nəzərə almamışdır ki, qanunvericiliyin yuxarıda göstərilən normalarına görə məhrum olan ilk növbədə varlanmış şəxsin əldə etdiklərini tələb edə bilər, varlanan şəxs tərəfindən əldə edilənlərin qaytarılması mümkün olmadıqda onların dəyəri ödənilir.

41. Məhkəmə kolle giyası onu da qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə “bağ evinə dair cavabdehin adına verilmiş çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi” barədə iddiaçının tələbləri o əsasla rədd edilmişdir ki, həmin iddia bağ evinə dair cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olmuş sənədlər (alqı-satqı müqaviləsi, müvafiq icra hakimiyyəti orqanının qərarı və sair) mübahisələndirilmədən qaldırılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, X23 Rayon Məhkəməsində baxılmış iddiası əsassız varlanma nəticəsində cavabdehin əldə etdiyi əmlak tələbinə dair tələb kimi qiymətləndirilə bilməz.

42. İşdən daha sonra görünür ki, iddi açı bağ sahəsinin cavabdehin adına sənədləşdirilməməsinin səbəbi kimi özü xarici dövlətin vətəndaşı olduğuna görə torpaq sahəsinin alqı-satqısının onun adına sənədləşdirilməsi qanunla yol verilməməsi ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi iddiaçının bu dəlilini tam və hərtərəfli araşdırmamış, işin mübahisə olunmayan halları ilə müqayisə etməklə dəyərləndirməmişdir. İş materiallarına görə bağ sahəsinin alqı-satqısı 4 mart 2004-cü il tarixdə həyata keçirilmiş, bundan sonra həmin sahədə bağ evi inşa olunmuş və 30 dekabr 2008-ci il tarixdə cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Xarici ölkənin vətəndaşı olduğuna görə torpaq sahəsinə mülkiyyət hüququnun adına qeydiyyata alınmasına məhdudiyyətlər olsa da, iddiaçının bağ sahəsində olan yaşayış evinin öz adına dövlət qeydiyyatına a lınmasına heç bir maneə olmamış, buna baxmayaraq həmin məsələnin həlli ilə bağlı təşəbbüs göstərməmiş, uzun müddət keçməsinə baxmayaraq bu məsələni nə cavabdeh qarşısında qaldırmamış, nə də məhkəmədə mübahisələndirməmişdir. Göstərilən hallar və iddiaçının cavabdehin varlanması üçün xərcləri könüllü olaraq çəkməsi də nəzərə alınmaqla bağ sahəsinin və bağ evinin iddiaçı tərəfindən cavabdehə bağışlanması istisna olunmur. İşə baxan apellyasiya məhkəməsi isə iddia tələbinin əsaslılığını ümumiyyətlə bu baxımdan qiymətləndirməmişdir. Hər hansı mülki iş üzrə şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə başqa şəxsə verməsi müəyyən edilirsə və cavabdeh tərəfindən bunun bağışlama niyyəti olmadan verildiyi etiraf edilmirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər h ansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükü də iddia edən tərəfin üzərinə düşür.

43. Məhkəmə kollegiyasının qənaətinə görə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma qaydaları o halda tətbiq edilə bilər ki, iddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirdiyi əmlakı ona hədiyyə şəklində vermədiyini sübuta yetirmiş olsun və tərəflər arasında hər hansı digər əqdin bağlandığı və ya varlanmaya haqq qazandıran qanuni əsas olduğu müəyyən edilməsin. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədə n iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz.” d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

44. Apellyasiya instansiya məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(105)-4794/2023 nömrəli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1602/2022 saylı 18 avqust 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, X7 İddiaçı qarşı “pulun ödənilməsi” tələbi təmin edilmiş, İddiaçı 410.000 manat, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı dövlət rüsumu qismində ödənilmiş 1053 manat alınaraq X12 verilmişdir.

45. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3., 14.1., 386.1., 425.1., 666.1., 668.1.1., 777.1., 777.2., 779.1., 782.1., 782.3., 783.1-783.3., 786.5., 786.6., 1091.1., 1091.2., 1092.1., 1093.1 və 1095-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3., 14.1., 14.2., 76.1., 76.2., 77.1., 81, 82.3., 88, 106.3., 217.3., 233.3., 385 və 385.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, bütün müqavilə öhdəliklərində olduğu kimi tapşırıq müqaviləsi üzrə də hər bir tərəf mübahisə halında öz öhdəliyini icra etdiyini sübut etməlidir. Bu baxımdan da mövcud iş üzrə vəkalət alan olaraq iddiaçı, vəkalət verən cavabdehin tapşırığını icra etdiyini və buna görə xərclər çəkdiyini sübut etmək yükü daşıyır, vəkalət verən olaraq cavabdeh isə həmin xərcləri ödəmiş olduğunu sübutetmə yükü daşıyır.

46. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söyk əndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

47. Mülki-prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair müəyyənləşdirdiyi prinsip baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona tapşırılan işi icra etdiyi işin mübahisəsiz halını təşkil edir və bununla bağlı əlav ə əsaslandırma aparılmasına zərurət yoxdur.

48. Cavabdehin tapşırığının iddiaçının vəsaiti hesabına həyata keçirildiyi isə həm mübahisəsi gedən əmlakın iddiaçıya məxsus mənzilin əmlakın satıcısı olan Rəna Axundovaya verilməsi yolu ilə əldə edildiyinin yazılı sübutla və Rəna Axundovanın izahatı ilə müəyyən olunması, həm də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi əsasında müəyyən edilən halla sübuta yetirilir.

49. Xüsusilə qeyd olunmalıdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi həmin qətnaməsində ”mübahisəli bağ evinin tikintisi və təmiri ilə bağlı xərclərin X16 tərəfindən çəkilmiş olduğunun müəyyən edildiyini” vurğulamış, cavabdeh həmin qətnamə ilə razılaşaraq ondan şikayət verməmişdir. 50. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublik ası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

51. Beləliklə kollegiyanın qənaətinə görə, iddiaçı sübutetmə yükü ilə bağlı öz üzərinə düşən vəzifəni i cra etmişdir və mübahisə üzrə gəlinəcək nəticə cavabdehin, iddiaçıya tapşırdığı işlərin icrası ilə əlaqədar onun çəkdiyi xərci ödəyib-ödəmədiyinin müəyyənləşdirilməsindən asılıdır.

52. Cavabdeh tapşırdığı işlərin (torpaq sahəsinin əldə olunması, bağ evinin təmiri və sənədləşdirilməsi) icrası ilə bağlı çəkilən xərcləri ödədiyinə dair heç bir mötəbər sübut təqdim etməmiş, həmin xərclərin 410.000 manat təşkil etdiyini isə ümumiyyətlə mübahisələndirməmişdir. Onun bununla bağlı şifahi bildirdikləri olduqca ziddiyyətli olub, işin hallarına da uyğun gəlməməkdədir. Belə ki, cavabdeh əvvəlcə bağ evinin alınması üçün pulu iddiaçıya şəxsən özünün, sonra əri Nazimin verdiyini, daha sonra isə qızı Elnarə tərəfindən verildiyini bildirmiş, digər tərəfdən isə, çəkilən xərclərin bir qisminin iddiaçı tərəfi ndən qarşılandığını etiraf etmişdir.

53. Cavabdehin sübut qismində təqdim etdiyi, qızı Elnarənin “evin təmir pullarını öz 25%-lik şirkət payı hesabına düşən mənfəət (divident) hesabına ödədiyi”ni bildirməsi isə işin halları ilə ziddiyyət təşkil edir. Belə ki, Elnarə Osmanovanın özünün də bildirdiyinə görə həmin dövrdə o, iddiaçı ilə faktiki nikah münasibətində olmuşdur. Faktiki nikah dövründə olduqları və iddiaçıya məxsus şirkətdə işlədiyi dövrdə evi sırf özünün şəxsi vəsaiti hesabına alması və sonra da bütün təmir və sənədləşdirmə işləri ilə bağlı bütün xərcləri şəxsən özünün şəxsi vəsaiti hesabına həyata keçirməsi iddiası həm gündəlik həyatın normal hallarına, həm anasının izahatına, həm də bütövlükdə işin hallarına uyğun gəlmir.

54. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, ağlaba tan mühakimə əsasında mübahisəsi gedən torpaq sahəsinin cavabdehin tapşırığı əsasında məhz iddiaçı tərəfindən alındığı və bağ evinin iddiaçının vəsaiti hesabına inşa edildiyi, lakin tapşırığın icrası zamanı iddiaçının çəkdiyi xərclərin cavabdeh tərəfindən ona ödənilmədiyi, beləliklə də cavabdehin tapşırıq müqaviləsi üzrə yaranan öhdəliyini icra etmədiyi qənaətinə gəlmək mümkündür.

55. Kasassiya instansiyası məhkəməsinin “hər hansı mülki iş üzrə şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə başqa şəxsə verməsi müəyyən edilirsə və cavabdeh tərəfindən bunun bağışlama niyyəti olmadan verildiyi etiraf edilmirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükü də iddia edən tərəfin üzərinə düşür” mövqeyi ilə bağlı isə kollegiya qeyd edir ki, mübahisəsi gedən əmlakın cavabdehə bağışlanması ilə əlaqədar nə tərəflərdə məhkəməyə təqdim edilmiş bir hal, nə də buna dair hər hansı bir iddia və ya etiraz mövcud deyildir.

56. Mülki prosessual qanunvericilik isə tələb edir ki, belə olan halda mülki qanunvericiliyin bağışlama ilə bağlı müddəaları müzakirə və tətbiq oluna bilməz. Bundan başqa nəzərə almaq lazımdır ki, iş materiallarında etibarlı bağışlama müqaviləsi mövcud deyildir. Həmçinin işdə olan bütün sübutlar göstərir ki, bağ evindən 2004-cü ildən bəri cavabdeh deyil, məhz iddiaçının özü istifadə edir və ev onun faktiki sahibliyindədir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

57. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edir.

58. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qızı Elnarə Osmanovanın şahid qismində verdiyi ifadəsinin mötəbərliyini şübhə altına alan məhkəmə digər şahidlərdən – iddiaçı X7 qohumu və yerlisi olan X8, o cümlədən həmin bağ evində mühafizəçi vəzifəsində işləyən və əmək haqqını bəzən X3, bəzən də digər şahid X4 aldığını bildirən X9 ifadələrinə isə mötəbər sübut kimi yanaşmaqdadır. X15 da birinci instansiya məhkəməsində bildirdiyi ifadəsində də iddiaçının direktoru olduğu müəssisənin təsisçilərindən biri olduğunu, 20 ilə yaxın bir müddət ərzində müəssisənin gəlirlərindən əldə edilən mənfəətin ona düşən hissəsinin halhazırdakı mübahisə predmeti olan bağ evinin təmirin ə yönəldildiyinə dair ifadələr nədənsə apellyasiya instansiya məhkəməsi tərəfindən şübhə altına alınmaqdadır.

59. Elnarə Osmanovanın ifadələrini ziddiyyətli, müccərəd olaraq qiymətləndirən məhkəmə digər şahidlərin – X8 iddiaçı ilə qohum və eyni kəndli olmasını, X9 hal-hazırda bağ evində mühafizəçi işləməsini və əmək haqqını bəzən iddiaçıdan, bəzən də X4 almasını isə həmin şahidlərin iddiaçıya kömək edilməsi, o cümlədən həmin ifadələrin də iddiaçıdan asılı vəziyyətə düşmüş vəziyyətdə verə biləcəklərini nəzərə almamışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı iddiasını dindirilmiş şahid ifadələri ilə əsaslandırsa da, məhkəməyə bağ evinin təmir edilməsi ilə bağlı smeta, podrat müqaviləsi, bağ sahəsinin təmiri üçün konkret hansı məbləğdə vəsaitin sərf edilməsinə dair və s. təsdiqedici sübut ları təqdim etməmişdir. Belə olan halda, məhkəmə tərəfindən şahid ifadələrinə əsaslanaraq bağ sahəsinin iddiaçı tərəfindən təmir edilməsi halını təsdiq etmək mümkün deyildir. Təqdim edilmiş rəylər isə hazırda daşınmaz əmlakın real bazar dəyərini əks etdirməkdədir. Bu qiymətin həmin daşınmaz əmlakın alqısatqısı və təmiri zamanı çəkilən xərclərə heç bir aidiyyati yoxdur.

60. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 362, 386, 777, 778, 1091, 1092, 1093 və 1095-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 385, 386 və 387-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri

61. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

62. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

63. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

64. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

65. Maddə 425.1. Öz hüquqlarını həya ta keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

66. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

67. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır.

68. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

69. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

70. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

71. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

72. Maddə 782.3. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir.

73. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

74. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o h alda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

75. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır.

76. Maddə 786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər.

77. Maddə 786.6. Əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin h ərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun.

78. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

79. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

80. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağı dakılara da şamil edilir:

81. Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;

82. Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

83. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

84. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsi

85. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

86. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

87. Maddə 2.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

89. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

90. Maddə 2 17.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

91. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

92. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

93. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmir.

94. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

95. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

96. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

97. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

98. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

99. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, d üzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

100. Belə ki, apellyasiya instansiyası məhkəməsi eyni tərəflər arasında daha əvvəl başlanmış və yekunlaşmış mülki iş üzrə müəyyən edilmiş (torpaq sahəsində tikilmiş bağ evinə çəkilmiş xərcin tamamilə iddiaçı tərəfindən həyata keçirilməsi) halları, o cümlədən baxılan iş üzrə müəyyən edilmiş halları, yəni torpaq sahəsinin məhz iddiaçının təşəbbüsü ilə alınmasını, torpaq sahəsinin dəyərini özünün mülkiyyətində olan mənzilin verilməsi ilə ödəməsini, özünün xarici ölkə vətəndaşı olaraq torpaq sahəsinin adına rəsmləşdirilməsi üçün hüquqi imkanlarının olmamasını, evin tikilməsi üçün xərcin tamamilə onun tərəfindən çəkilməsini, torpaq sahəsi və evin vahid əmlak kimi cavabdehin adına qeydə alınmasını, torpaq sahəsinin əldə olunması, onun üzərində fərdi bağ evinin tikilməsi və cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına baxmayaraq bütün müddət ərzində onun sahiblik və istifadəsində olması, tapşırıqla bağlı cavabdehin öhdəliklərini yerinə yetirmədiyini nəzərə almışdır.

101. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, cavabdeh tapşırdığı işlərin (torpaq sahəsinin əldə olunması, bağ evinin təmiri və sənədləşdirilməsi) icrası ilə bağlı çəkilən xərcləri ödədiyinə dair heç bir mötəbər sübut təqdim etməmiş, həmin xərclərin 410.000 manat təşkil etdiyini isə ümumiyyətlə mübahisələndirməmişdir. Onun bununla bağlı şifahi bildirdikləri olduqca ziddiyyətli olub, işin hallarına da uyğun gəlməməkdədir. Belə k i, cavabdeh əvvəlcə bağ evinin alınması üçün pulu iddiaçıya şəxsən özünün, sonra əri Nazimin verdiyini, daha sonra isə qızı Elnarə tərəfindən verildiyini bildirmiş, digər tərəfdən isə, çəkilən xərclərin bir qisminin iddiaçı tərəfindən qarşılandığını etiraf etmişdir.

102. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır.

103. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

104. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

105. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

106. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4794/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar