Məhkəmə qərarları › İş №2(102)-888/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-888/2019

12.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-888/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 fevral 2019-cu il İŞ № 2(102)-888/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı-nin vəkili Vəkil1 və Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli, 2(103)-7603/2018 saylı qətnaməsindən İddiaçı-nin direktoru X2 və vəkili Vəkil1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov ra yon məhkəməsinin 07 iyun 2017-ci il tarixli, 2(005)-2383/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Quliyev) İddiaçı-nin (bundan sonra iddiaçı təşkilat) cavabdehlər Cavabdeh2, Cavabdeh1 Mixayıloviçə (bundan sonra cavabdehlər) qarşı “mənzilin tikintisinə və satışına dair müqavilənin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, cavabdehlər arasında ünvan 1 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 106,0 kv.metr olan 2 otaqlı mənzilə dair ilk öncə bağlanmış 15 oktyabr 2015-ci il tarixli, 265 saylı “mənzil tikintisinə və satışına dair müqavilə”nin, daha sonra həmin mənzil barədə cavabdehlər arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli, 125 “a” saylı “mənzil tikintisinə və satışına dair müqavilə”nin etibar sız hesab edilməsi, cavabdehlər arasında ünvan 1 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 94 kv.metr olan 2 otaqlı mənzilə dair bağlanmış 15 oktyabr 2015-ci il tarixli, 264 saylı “mənzil tikintisinə və satışına dair müqavilə”nin etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2017-ci il tarixli, 2(103)-9717/2017 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və A.N.İmanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 07 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 2(102)-2613/2018 saylı qərarı ilə (hakimlər A.K.Kalbalıyev sədrlik edən, məruzəçi, V.Ə.İbayev və Ə.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli, 2(103)-7603/2018 saylı qətnaməsi ilə (hakimlər S.F.Hacıyev sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 07 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi rədd olunmuşdur. İddiaçı təşkilatın direktoru İmdad Dur sunov və vəkili Vəkil1 qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat cavabdehlərə qarşı “mənzilin tikintisinə və satışına dair müqavilənin etibarsız hesab edilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla xxx arasında bağlanmış 24 aprel 2008-ci il tarixli “mənzil tikintisinə və satışına dair müqavilə”yə əsasən, iddiaçı təşkilat tərəfindən ünvan 1 ünvanda gələcəkdə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbədə yerləşəcək, ümumi sahəsi 96,5 kv.metr olan 2 otaqlı mənzili 24 ay müddətə tikib xx təhvil verməli idi. Lakin, xxx tərəfindən təqdim edilmiş 26 oktyabr 2015-ci il tarixli ərizəyə əsasən iddiaçı təşkilatın 26 oktyabr 2015-ci il tarixli protokoluna əsasən xxx tərəfindən i ddiaçı təşkilata ödənilmiş 6.830 manat pul vəsaiti ona geri qaytarılmış, arvadı xxx razılıq ərizəsi alınaraq mənzil xxx adına rəsmiləşdirilmiş və 24 aprel 2008-ci il tarixli müqaviləyə xitam verilmişdir. Daha sonra xxx iddiaçı təşkilat arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli, 265 “a” saylı “mənzil tikintisinə və satışına dair” müqaviləyə əsasən iddiaçı təşkilat tərəfindən ünvan 1 ünvanda inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbədə yerləşəcək, ümumi sahəsi 106 kv.metr olan 2 otaqlı mənzili 6 ay müddətində tikib xxx təhvil verməli idi. Bunun üçün xxx tərəfindən 19 yanvar 2016-cı il tarixli, 12 saylı kassa-mədaxil orderinə əsasən 35.081 manat, 30 dekabr 2015-ci il tarixli, 13 saylı kassa-mədaxil orderinə əsasən 23.675 manat və 30 dekabr 2015-ci il tarix li, 9 saylı kassa-mədaxil orderinə əsasən 50.000 manat pul vəsaiti iddiaçı təşkilatın mühasibatlığına ödənilmişdir. Həmin bina tikilərək istifadəyə verilmiş və iddiaçı təşkilatın qeydiyyat sənədlərində sözügedən mənzil xxxin adına qeydiyyata alınaraq istifadəsinə verilmiş və hazırda da istifadəsindədir. Eyni zamanda iddiaçı təşkilatla Elçin Muradov arasında bağlanmış 24 fevral 2015-ci il tarixli, 264 saylı “mənzil tikintisinə və satışına dair” müqaviləyə iddiaçı təşkilat tərəfindən ünvan 1 ünvanda inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşəcək, ümumi sahəsi 115,8 kv.metr olan 2 otaqlı mənzili tikib Elçin Muradova təhvil verməli idi. Həmin müqaviləyə görə Elçin Muradov ümumi müqavilə qiyməti 138.960 manat pul vəsaitini iddiaçı təşkilata tam ödəmişd ir. 28 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı təşkilatın təsisçisi və yeganə sahibi olaraq 100 faiz payından 50 faiz payını xxxə, digər 50 faiz payını isə xxx satmışdır. Bununla da, Cavabdeh2 iddiaçı təşkilata olan bütün hüquqlarına 28 oktyabr 2015-ci il tarixdə xitam verilmişdir. Bundan sonra iddiaçı təşkilatın təsisçilərinin ümumi yığıncağının 02 noyabr 2015-ci il tarixli qərarına əsasən işində yol verdiyi ciddi nöqsanlara görə Cəmiyyətin direktoru Cavabdeh1 tutduğu vəzifəsindən azad olunaraq, həmin vəzifənin icrası xxx həvalə edilmişdir. Cavabdeh2 vəzifə səlahiyyətlərindən sui-stifadə edərək, Cəmiyyətin direktoru Cavabdeh1lə birgə qabaqcadan əlbir olaraq sənədləri saxtalaşdırmış və ünvan 1 ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının 3-cü gir iş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 106 kv.metr olan 2 otaqlı mənzili xxxə məxsus olmasına baxmayaraq, qanunsuz olaraq 15 oktyabr 2015-ci il tarixli, 265 saylı “mənzil tikintisinə və satışına dair” müqavilə imzalanmışdır. Bununla bağlı iddiaçı təşkilatın mühasibatlığına faktiki olaraq heç bir ödəniş etmədən, göstəriş əsasında, maliyyə daxil olmaları haqda iddiaçı təşkilat tərəfindən kassa-mədaxil orderi-qəbz tərtib edilmədən, guya Cavabdeh2 tərəfindən 76.850 ABŞ dolları pul vəsaitinin iddiaçı təşkilata tam ödənildiyi göstərilmiş və bunun əsasında 23 oktyabr 2015-ci il tarixli maliyyə arayışı tərtib edilərək Cavabdeh2 həmin mənzil üzrə heç bir borcunun olmadığı qeyd edilmişdir. Eyni zamanda Cavabdeh2 vəzifə səlahiyyətlərindən suistifadə edərək, iddiaçı təşkilatın direktoru işləmi ş Cavabdeh1lə birgə qabaqcadan əlbir olaraq sənədləri saxtalaşdırmış və ünvan 1 ünvanda inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşəcək, ümumi sahəsi 115,8 kv.metr olan 2 otaqlı mənzil Elçin Muradova məxsus olmasına və bununla bağlı o, iddiaçı təşkilatın mühasibatlığına 138.960 manat pul vəsaiti ödəməsinə baxmayaraq, qanunsuz olaraq, yeni 15 oktyabr 2015-ci il tarixli “mənzil tikintisinə və satışına dair” müqavilə imzalanmış və iddiaçı təşkilatın mühasibatlığına faktiki olaraq heç bir ödəniş olunmadan, göstəriş əsasında, maliyyə daxilolmaları haqda iddiaçı təşkilat tərəfindən kassa-mədaxil orderi-qəbz tərtib edilmədən, Cavabdeh2 ümumi müqavilə qiyməti 68.150 ABŞ dolları pul vəsaitini tam məbləğdə iddiaçı təşkilata ödəməsi göstərilmişdir. Bütün qeyd olunanlar əsasında 23 oktyabr 2015-ci il tarixli maliyyə arayışı tərtib edilmiş və qanunsuz şəkildə guya ki, Cavabdeh2 həmin mənzil üzrə heç bir borcunun olmadığı qeyd edilmişdir. Cavabdeh2 iddiaçı təşkilatın mühasibatlığına faktiki olaraq heç bir ödəniş etmədən, görüntü üçün 23 oktyabr 2015-cı il tarixli kassa-mədaxil orderi üzrə 76.850 ABŞ dolları, yəni 80.692,5 manat pul vəsaitinin ödənilməsi barədə, eləcə də, 23 oktyabr 2015-cı il tarixli kassa-mədaxil orderi üzrə 71.557,5 manat, yəni 68.150 ABŞ dolları, cəmi 152.249 manat, yəni 145.000 ABŞ dolları pul vəsaitinin iddiaçı təşkilata ödənilməsi barədə formal qəbzlər yazılmışdır. Daha sonra cavabdehlər qanunsuz əməllərini davam edərək, həmin qeyd olunan görüntü üçün və formal olaraq yazılmış 152.250 manat, yəni 145.000 ABŞ dolları məbləği ndə qəbzlərlə bağlı iddiaçı təşkilatın mühasibatlığından həmin təşkilata heç bir aidiyyatı olmayan Cavabdeh2 əmisi oğlu İsgəndər Sadıxovun adına 23 oktyabr 2015-ci il tarixli saxta xəzinə məxaric orderi yazaraq, qəbzdə pulun verilmə səbəbini, əsas göstərmədən həmin məbləğin ona verildiyini qeyd etmişlər. Həmin sənədlər notarial qaydada rəsmiləşdirilmiş 28 oktyabr 2015-ci il il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən təsisçisi olduğu iddiaçı təşkilatın satılması ilə bağlı müqavilənin bağlanmasından 5 gün öncə onun göstərişinə əsasən tərtib edilmişdir. Həmçinin məhkəmə prosesi gedişatında məlum olmuşdur ki, Cavabdeh1lə Cavabdeh2 arasında ünvan 1 ünvanda yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 106 kv.metr olan 2 otaqlı mənzil ə dair ilk öncə 15 oktyabr 2015-ci il tarixli “mənzil tikintisinə və satışına dair” müqavilə imzalansa da, sonradan nədənsə bu ləğv edilmiş və Cavabdeh1lə Cavabdeh2 arasında həmin mənzillə bağlı yeni 15 oktyabr 2015-ci il tarixli “mənzil tikintisinə və satışına dair” müqavilə bağlanmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı-nin vəkili Vəkil1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. Cavabdeh2 vəkili Vəkil2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Res publikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhk əməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edərkən, mübahisəli mənzillərə dair iddiaçı təşkilatla Cavabdeh2 arasında qanuni əsaslarla müqavilələrin bağlanmasına, sonuncunun həmin mənzillərin dəyirini tam məbləğdə iddiaçı təşkilata ödəməsinə, müqavilələrin etibarsız sayılması üçün əsasların olmamasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 752.1, 752.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi, prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 28 oktyabr 2015-ci il tarixli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh2 iddiaçı təşkilatın təsisçisi və yeganə sahibi olduğu 100 faiz paydan 50 faiz payını xxxə, digər 50 faiz payını isə xxx satmışdır. Bundan sanra iddiaçı təşkilatın təsisçilərinin ümumi yığıncağının 02 noyabr 2015-ci il tarixli qərarına əsasən işində yol verdiyi ciddi nöqsanlara görə iddiaçı təşkilatın direktoru Cavabdeh1 həmin tarixdən tutduğu vəzifəsindən azad olunaraq, həmin vəzifənin icrası qeyd edilən tarixdən xxx həvalə edilmişdir. Eləcə də işə əlavə edilmiş 15 oktyabr 2015-ci il tarixli “mənzil tikintisi və satışına dair müqavilə”dən görünür ki, iddiaçı təşkilat ünvan 1 ünvanda yerləşən yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 106,0 kv.metr olan 2 otaqlı mənzili tikib Cavabdeh2 təhvil verməyi, sonuncu isə həmin mənzili qəbul edib müqavilədə nəzərdə tutulan 76.850 ABŞ dolları məbləğində pul vəsaitini iddiaçı təşkilata ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.2-ci bəndinə görə Cavabdeh2 müqavilədə nəzərdə tutulan 76.850 ABŞ dolları məbləğində pul vəsatini tam məbləğdə iddiaçı təşkilata ödəmişd ir və onun iddiaçı təşkilata borcu yoxdur. Həmçinin 15 oktyabr 2015-ci il tarixli “mənzil tikintisi və satışına dair müqavilə”yə əsasən iddiaçı təşkilat ünvan 1 ünvanda yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 115,8 kv.metr olan 2 otaqlı mənzili tikib Cavabdeh2 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib əvəzində müqavilədə göstərilən 68.150 ABŞ dolları məbləğində pul vəsaitini iddiaçı təşkilata ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.2-ci bəndinə görə Cavabdeh2 tərəfindən müqavilədə göstərilən 68.150 ABŞ dolları məbləğində pul vəsaiti tam məbləğdə iddiaçı təşkilata ödənilmişdir və onun iddiaçı təşkilata ödənilməmiş borcu yoxdur. Qeyd olunan faktlar iddiaçı təşkilatın direktoru Cavabdeh1 və maliyyəçi tərəfindən imzalanmış 23 okt yabr 2015-ci il tarixli maliyyə arayışlarının surətləri ilə də təsdiq olunur. Eləcə də Cavabdeh2 tərəfindən iddiaçı təşkilatın mühasibatlığına ödənilməsi göstərilən 23 oktyabr 2015-cı il tarixli kassa-mədaxil orderindən görünür ki, 76.850 ABŞ dolları, yəni, 80.692,50 manat, 23 oktyabr 2015-cı il tarixli kassa-mədaxil orderi üzrə 71.557,50 manat, yəni 68.150 ABŞ dolları iddiaçı təşkilata ödənilmişdir. Bundan başqa işə əlavə edilmiş Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi xx tərəfindən qəbul edilmiş 14 yanvar 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən araşdırılmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərar üzrə toplanmış materialdan görünür ki, ünvan 2 ünvanda fəaliyyət göstərən iddiaçı təşkilat tərəfindən tikilmiş hündür mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 106 kv.metr olan 125 saylı mənzilin ilkin sahibi xxx olmuş, sonuncu 24 aprel 2008-ci il tarixdə ərizə ilə iddiaçı təşkilata müraciət edərək sözügedən mənzilə dair onunla bağlanmış 24 aprel 2008-ci il tarixli müqaviləyə xitam verilməsini xahiş etmişdir. Bundan sonra həmin mənzilə dair 30 dekabr 2015-ci il tarixdə iddiaçı təşkilatla xxx arasında 265 “A” saylı “mənzil tikintisi və satışına dair müqavilə” bağlanmış və xxx tərəfindən iddiaçı təşkilatın mühasibatlığına kassa mədaxil orderinə əsasən 108.756 manat pul ödənilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddia tələblə rində iddiaçı təşkilatla Cavabdeh2 arasında ünvan 3 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 106 kv.metr olan 2 otaqlı mənzil barədə ilk öncə bağlanmış 15 oktyabr 2015-ci il tarixli “mənzil tikintisi və satışına dair” müqavilənin, daha sonra həmin mənzil barədə iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli “mənzil tikintisi və satışına dair” müqavilənin, eləcə də, iddiaçı təşkilatla Cavabdeh2 arasında ünvan 1 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 94 kv.metr olan 2 otaqlı mənzil barədə bağlanmış 15 oktyabr 2015-ci il tarixli “mənzil tikintisi və satışına dair” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması nı xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələblərini təmin edərkən hesab etmişdir ki, Cavabdeh2 tərəfindən həqiqətən də, sözügedən mənzillərə görə iddiaçı təşkilatın hesabına müqavilədə və onun adına tərtib edilmiş maliyyə arayışında qeyd edilən məbləğlər ödənilməmiş, mübahisələndirilən mənzillərə dair Cavabdeh2 adına müqavilələr, maliyyə arayışları və ödəniş qəbzləri rəsmiləşdirilərkən mülki qanunvericiliyin tələblərinə riayət edilmədiyindən etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma razılaşmayıb hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uğun olmamaqla yanaşı tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də məhkəmənin gəldiyi nəticə ilə maddi və p rosessual hüquq normaların tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən podrat müqavilələri bağ lanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnmə klə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfı nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nə ticələnmir. Lakin mülki iş materialları ilə iddiaçı təşkilat tərəfindən mübahisələndirilən müqavilələrin bağlanması zamanı yuxarıda istinad edilən normaların tələblərinin pozulması müəyyən edilməmişdir, eləcə də həmin halların sübut edilməsi barədə iddiaçı təşkilat tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Əksinə, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 106,0 kv.metr olan 2 ota qlı mənzilə 265 saylı və həmin ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 94 kv.metr olan 2 otaqlı mənzil barədə bağlanmış 15 oktyabr 2015-ci il tarixli, 264 saylı mənzillərə görə iddiaçı təşkilatın hesabına müqavilədə və onun adına tərtib edilmiş maliyyə arayışında qeyd edilən məbləğlərin ödənilməsinə dair hər iki mənzilə dair iddiaçı təşkilatın direktoru Cavabdeh1 və maliyyəçi tərəfindən imzalanmış 23 oktyabr 2015-ci il tarixli maliyyə arayışlarının surətlərindən görünür ki, Cavabdeh2 iddiaçı təşkilata ödənilməmiş maliyyə borcu yoxdur. Eləcə də Cavabdeh2 tərəfindən iddiaçı təşkilatın mühasibatlığına ödənilməsi göstərilən 23 oktyabr 2015-cı il tarixli, 87 saylı kassa-mədaxil orderindən görünür ki, 76.850 ABŞ dolları, yəni, 80.692,50 manat, 23 oktyabr 2015-cı il tarixli, 88 saylı kassamədaxil orderi üzrə 71.557,50 manat, yəni 68.150 ABŞ dolları həqiqətən iddiaçı təşkilata ödənilmişdir. Digər tərəfdən işdən görünür ki, mübahisələndirilən müqavilələr bağlanarkən iddiaçı təşkilat tərəfindən çıxış edən səlahiyyətli şəxsin iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması halı da müəyyən edilməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarını nəzərə alıb, düzgün olaraq qeyd etmişdir ki, iddiaçı təşkilat tərəfindən mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda iddiaçı tərəfin mənzillərə görə Cavabdeh2 tərəfindən ödənişin edilməməsindən ibarət iddia tələbinin dəlilinə münasibətdə ilk növbə də qeyd etməyi zəruri hesab etmişdir ki, bu hal işdə olan və yuxarıda sadalanan ödəniş sənədləri ilə öz təsdiqini tapmışdır. Digər tərəfdən qeyd edilməlidir ki, hətta həmin ödənişlərin edilməməsindən ibarət iddiaçı tərəfin istinad etdiyi dəlilin öz təsdiqini tapdığı halda belə, bu hal da müqavilələrin etibarsızlığının deyil, təmamilə fərqli hüquqi nəticələrə səbəb olan ləğvi əsasını təşkil edə bilər ki, bu da hazırkı iddia tələbinin predmetini təşkil etmir. Bundan başqa iddiaçı təşkilatın Cavabdeh2la bağlanmış müqavilələrin etibarsızlığı ilə bağlı həmin mənzillərə dair daha əvvəl digər şəxslərlə müqavilələrin bağlanmasından ibarət dəlillərinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisələndirilən müqavilələrin bağlanmasına dair gəldiyi yuxarıd akı qənaət baxımından bu dəlillərlə çıxış etmək üçün tələb edilən subyektiv hüquqa iddiaçı təşkilat deyil, mübahisələndirilən müqavilələr üzrə hüquqlarına toxunan şəxslər malikdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəlndirilən müqavilələrin tərəfi qismində iddiaçı təşkilatın istinad edilən dəlillərə münasibətdə subyektiv hüququn yux arıda istinad edilən birinci iki elementinə malik olsa da, həmin müqavilənin bağlanması onun deyil digər şəxslərin hüquqlarını pozduğundan subyektiv hüququn üçüncü elementi olan müdafiə hüququna malik deyil.Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın bu dəlillərə istinad etməsi üçün tələb edilən subyektiv hüquqa malik olmaması qənaətinə gəlib həmin dəlillərə, habelə Cavabdeh2 vəkilinin bu dəlillərə olan etirazının əsaslarına qiymətin verilməsini düzgün olaraq zəruri hesab etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu yanaşması həmçinin həmin müqavilələrin bağlanması nəticəsində hüquqları pozulan şəxslərin müstəqil şəkildə iddia qaldırmaq imkanının da qaşısını almamağa xidmət edir ki, məhz elə bu baxımdan da apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin ş əxslərin hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmələrinə də zərurət görməmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prose ssual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı-nin direktoru X2 və vəkili Vəkil1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli, 2(103)-7603/2018 saylı qətnaməsi İddiaçı-nin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar