Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-890/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 və vəkili Hüseynov Yusif Kamal oğlunun iştirakı ilə Cavabdeh və vəkili X5 oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(106)2020/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC C avabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 10/171 saylı daxili lizinq muqaviləsinə gorə əsas məbləğ uzrə 13.230.29 ABŞ dolları, faiz uzrə 241.11 ABŞ dolları olmaqla cəmi 13,471.4 ABŞ dollarının, 11/281 saylı daxili lizinq müqaviləsinə gorə isə əsas məbləğ üzrə 92.036 ABŞ dolları, faiz uzrə 1.665 ABŞ dolları olmaqla cəmi 93,700 ABŞ dollarının Mərkəzi Bankın odəniş gununə olan məzənnəsi ilə manat ekvivalentinə bərabər məbləğin və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dovlət rüsumunun Cavabdeh alınaraq iddiaçı “İddiaçı-nin hesabına ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC bir qayda olaraq mülki dovriyyədə liz inq munasibətlərinin iştirakçısı kimi lizinq verən qismində fəaliyyət gostərir.xx xxxx 2014-cü il tarixdə 10/171 və 11/218 saylı daxili lizinq muqavilələri uzrə ohdəliklər “ohdəliklərin köcurulməsi haqqında” muqavilələrlə Cavabdeh köçürülmüşdür.10/171 saylı daxili lizinq müqaviləsinə əsasən xx xxxx 2011-ci ildə X4 ilə 48 ay muddətinə müqavilə bağlanmış həmin lizinq muqaviləsinə əsasən, iddiaçı lizinq obyektini Fayıq Əliyevin əvəzli istifadəsinə verməyi, o, isə öz novbəsində muqavilənin bitmə tarixinə qədər iddiaçının hesabına cəmi 142.971 ABŞ dolları odəməyi ohdəsinə götürmüşdür.Muqavilənin 4.3-cü maddəsinə əsasən həmin məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfındən odəniş tarixinə muəyyən edilmiş manat və ABŞ dollarına munasibətdə muəyyən etdiyi mubadilə məzənnəsi əsas goturulm əklə ABŞ dollarında hesablanacağı və Azərbaycan manatında odəniləcəyi muəyyən edilmişdir.Lizinq obyekti Fayıq Əliyevə təhvil verilmiş, təhvil-təslimlə bağlı tərəflər arasında heç bir narazılıq yaranmamış və Fayıq Əliyev iddiaçının numayəndələrinin iştirakı ilə təhvil-təslim protokolunu imzalamışdır.Qeyd olunan lizinq obyekti qiyməti cəmi 104,000 ABŞ dolları məbləğində olan “LİEBHERR R924” markalı ekskavatordur (Muhərrik: ET924İQH: Zavod nomrəsi: 645-949968; Buraxılış ili: 2008; Rəngi: sarı).Həmin ekskavator tam mulkiyyət hüququ əsasında iddiaçıya məxsusdur.10/171 saylı daxililizinq muqaviləsi xx xxxx 2014-cü ildə “ohdəliklərin kocurulməsi haqqında muqavilə” ilə cavabdehə köçürülmüş və lizinq obyekti cavabdehə təhvil verilmişdir.Cavabdeh 40 ay muddətində iddiaçının hesabına cəmi 60.615 ABŞ dollan odəməyi ohdəsinə gütürmüşdür.Odəniş cədvəlinə gorə cavabdeh bu məbləğ hər novbəti ayın 6-sı 1,515 ABŞ dolları məbləğində sabit olmaqla hissə-hissə iddiaçın hesabına odəməyə razılıq vermişdir.İddiaçı cavabdehin muqavilə ohdəliklərini icra etməsi üçün onunla mutəmadi olaraq əlaqə yaratmış, nəticədə cavabdeh xx.xx.2015-ci ildə könüllü şəkildə lizinq obyektini ona təhvil vermişdir.Bununla belə, həmin tarixə qədər lizinq obyektindən istifadə üçün hesablanmış və odəməli olduğu ümumi borcunu və dəbbə pulu uzrə borcunu hələ də icra etməmişdir.Belə ki, 10/171 saylı muqavilə uzrə ohdəliklərin köcurulməsi haqqında muqaviləyə əsasən cavabdeh xx.xx.2015-ci il tarixədək iddiaçının hesabına əsas məbləğ uzrə cəmi 18,184 ABŞ dolları odəməli olduğu halda cəmi 4.713 ABŞ dolları odəmişdir.Yəni, cavab deh xx.xx.2015-ci il tarixə qədər iddiaçının hesabına əsas məbləğ uzrə 13,230.29 ABŞ dolları, faiz üzrə 241.11 ABŞ dolları olmaqla cəmi 13,471.4 ABŞ dolları odəməlidir.Digər daxili lizinq muqaviləsinə əsasən xx xxxx 2011-ci ildə “xxxx” MMC ilə 48 ay muddətinə müqavilə bağlanmış, həmin lizinq muqaviləsinə əsasən, iddiaçı lizinq obyektini “xxxx” MMC-yə verməyi, cavabdeh isə öz novbəsində muqavilənin bitmə tarixinə qədər iddiaçının hesabına cəmi 142,971 ABŞ dolları odəməyi ohdəsinə götürmüşdür. Muqavilənin 4.3-cü maddəsinə əsasən həmin məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfındən odəniş tarixinə muəyyən edilmiş manat və ABŞ dollarına munasibətdə muəyyən etdiyi mubadilə məzənnəsi əsas goturulməklə ABŞ dollarında hesablanacağı və Azərbaycan manatında odəniləcəyi muəyyən edilmişdir. Lizinq obyekti “xxxx” MMC-nin direktoru Vüsal Muradlıya təhvil verilmiş, təhvil təslimlə bağlı tərəflər arasında heç bir narazılıq yaranmamış və “xxxx” MMC-nin direktoru iddiaçının numayəndələrinin iştirakı ilə təhvil-təslim protokolunu imzalamışdır. Qeyd olunan lizinq obyekti qiyməti cəmi 199.466 ABŞ dolları məbləğində olan “LİEBHERR 742” markalı ekskavatordur (Muhərrik: 1309249; Zavod nomrəsi: 5815234: Buraxılış ili: 2008: Rəngi: sarı). Həmin ekskavator tam mulkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. 11/218 saylı daxili lizinq muqaviləsi xx xxxx 2014-cü ildə “ohdəliklərin kocurulməsi haqqında muqavilə” ilə cavabdehə köçürülmüş və lizinq obyekti cavabdehə təhvil verilmişdir.Cavabdeh öhdəliklərin kocurulməsi haqqında müqaviləyə edilmiş əlavə 2-də gostərilən ödəniş cədvəlinə uyğun olaraq odənişləri həyata kecirməyi öhdəsinə götürmüşdür.Cavabdeh dəfələrlə odəniş qaydasını odənişin məbləğinə və vaxtlarına riayət etməməklə pozmuşdur.İddiaçı cavabdehin muqavilə öhdəliklərini icra etməsi üçün onunla mütəmadi olaraq əlaqə yaratmış, nəticədə cavabdeh xx.xx.2016-cı ildə könüllü şəkildə lizinq obyektinin birini geri qaytarmışdır, digər lizinq obyekti də geri qaytarılmış, lakin nə vaxt qaytarıldığı dəqiq bilinmir, lizinq obyektlərinin idarə olunması üçün müvafiq etibarnamə cavabdehə verilməmişdir.Bununla belə həmin tarixə qədər lizinq obyektindən istifadə üçün hesablanmış və ödəməli olduğu ümümi borcunu və dəbbə pulu uzrə borcunu hələ də icra etməmişdir, cavabdeh lizinq obyektlərinin geri götürülməsi ilə bağlı iddiaçı tərəfə dəfələrlə müraciət etmişdir. Füzuli rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(064)-132/2019 saylı qətnaməsi ilə (sədrlik edən M.Bağırov) iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı qarşı 10/171 saylı daxili lizinq muqaviləsinə gorə əsas məbləğ uzrə 13.230.29 ABŞ dolları, faiz uzrə 241.11 ABŞ dolları olmaqla cəmi 13,471.4 ABŞ dollarının, 11/281 saylı daxili lizinq müqaviləsinə gorə isə əsas məbləğ üzrə 92.036 ABŞ dolları, faiz uzrə 1.665 ABŞ dolları olmaqla cəmi 93,700 ABŞ dollarının Mərkəzi Bankın odəniş gununə olan məzənnəsi ilə manat ekvivalentinə bərabər məbləğin və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dovlət rüsumunun Cavabdeh alınaraq iddiaçı “İddiaçı-nin hesabına ödənilməsinə dair iddia tələbi rədd edilmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(106)2020/2019 nömrəli qətnaməsi ilə (hakimlər Z.A.Zeynalov, İ.Q.Əsədov və M.K.Həsənov) iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 apelyasiya şikayəti təmin edilməmiş, Füzuli rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(106)2020/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 və vəkili Hüseynov Yusif Kamal oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 və vəkili Hüseynov Yusif Kamal oğlu kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(106)2020/2019 nömrəli qət naməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, hər iki texnika lizinq verənə qaytarılmış, ona görə də iddiaçının lizinq obyektinə görə ödənişlər tələb etmək hüququ yoxdur. Halbuki, işin müəyyən olunmuş hallarına əsasən 10/171 və 11/218 saylı daxili lizinq müqavilələri xx xxxx 2014-cü ildə öhdəliklərin köçürülməsi haqqında müqavilə ilə cavabdehə köçürülmüş və lizinq obyektləri ona təhvil verilmişdir. Məhkəmə lizinqalanın heç bir sübutla dəstəklənməyən formal izahat və ərizələrinə əsaslanmaqla guya müəyyən etmişdir ki, cavabdeh yol tikintisi ilə bağlı iş təklifı almış və müqavilədə göstərilən texnikaları da həmin məqsədlə lizinqə götürmüş, eyni zamanda bir müddət lizinq obyek tlərinə görə müəyyən ödənişlər də etmişdir, lakin texnikaları alandan bir müddət sonra onun işi alınmadığı üçün lizinq obyektlərindən istifadə edə bilməmiş, işləri dayandığına görə “xxxx” MMC-nin səlahiyyətli şəxslərinə müraciət edərək işlərinin alınmadığı üçün lizinq obyektlərini geri qəbul etmələrini xahiş etmişdir.Lakin “xxxx” MMC texnikalara saxladığı qarajda baxış keçirərək texnikaları hələlik saxladığı qarajda saxlamağı, əgər onun işi alınarsa istifadə edib ödənişlər etməyi, olmasa da müəyyən müddətdən sonra texnikaları qəbul edəcəklərini bildirmişlər.Həmin vaxt cəmiyyətin səlahiyyətli nümayəndələri ilə razılıq əsasında lizinq obyektləri müəyyən müddət qarajda qalmış və bir müddət keçəndən sonra əvvəlcə 10/171 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyekti, bir az sonra isə 11/21 8 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyekti cəmiyyətə təhvil vermişdir. Məhkəmə sadəcə lizinqalanın heç bir sübutla dəstəklənməyən formal izahat və ərizələrinə əsaslanmış, bununla da sübutetmə yükünün bölüşdürülməsi baxımından prosessual qanunvericiliyin müəyyənləşdirdiyi tələbləri pozmuşdur. Mülki qanunvericiliyin tələblərinə əsasən lizinq ödənişləri lizinq obyekti alanın istifadəsində olduğu müddətə görə ödənilməlidir və iddiaçı da məhz lizinq obyektlərinin lizinq alanın istifadəsində olduğu tarixədək yaranmış, lakin icra edilməmiş öhdəliklərinin icra edilməsini tələb etmişdir, buna görə də həmin müddət üçün lizinq ödənişlərini tələb etməkdə haqlı olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 və vəkili Hüseynov Yusif Kamal oğlu məhkəmə iclasında iştirak e dərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh və vəkili Ələsgərov Musa X5 oğlu məhkəmə iclasında iştirak edərək, kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxxx 2019-cu il tarixli qətnamə ilə İddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Füzuli rayon məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(064)-132/2019 saylı qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını dü zgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, xx xxxx 2014-cü il tarixli, 10/171 saylı X2 görünür ki, “xxxx” MMC ilə X4 ilə lizinq muqaviləsi bağlanmış, “LİEBHERR R924” markalı ekskavator yükləyici avtomobili lizinqə verilmişdir. xx xxxx 2014-cü il tarixli, 10/218 saylı X2 görünür ki, “xxxx” MMC ilə “xxxx” MMC ilə lizinq muqaviləsi bağlanmış, “LİEBHERR 742” markalı buldozer lizinqə verilmişdir. xx.xx.2014-cü il tarixli təhvil-təslim protokolundan görünür ki, “LİEBHERR 742” markalı buldozer Cavabdeh təhvil verilib. xx.xx.2014-cü il tarixli təhvil-təslim protokolundan görünür ki”LİEBHERR R924” markalı ekskavator Cavabdeh təhvil verilib. Məhkəmə araşdırmaları ilə müəyyən edilmi şdir ki, “xxxx” MMC xx xxxx 2014-cü il tarixli, 10/171 saylı lizinq müqaviləsinə əsasən bir ədəd “LİEBHERR R924” markalı ekskavatoru və xx xxxx 2014-cü il tarixli, 10/218 saylı lizinq müqaviləsinə əsasən “LİEBHERR 742” markalı buldozeri cavabdehin istifadəsinə vermiş, cavabdeh öz növbəsində muqavilənin bitmə tarixinə qədər iddiaçının hesabına cəmi 142.971 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür.Lakin bununla belə, lizinq obyektlərinin idarə olunması üçün müvafiq etibarnamə cavabdehə verilməmişdir.Bir müddət sonra cavabdeh könüllü şəkildə lizinq obyektlərini iddiaçıya təhvil vermişdir.Cavabdeh bildirmişdir ki, 10/171 və 11/218 saylı daxili lizinq müqavilələri xx xxxx 2014-cü il tarixli öhdəliklərin köçürülməsi haqqında müqavilələrlə onun adına rəsmiləşdirilmişdir, həmin ərəfədə yol tikinti si ilə bağlı iş təklifı almış və müqavilədə göstərilən “LİEBHERR R924” markalı ekskavatoru və “LİEBHERR 742” markalı buldozeri də həmin məqsədlə lizinqə götürmüş, eyni zamanda bir müddət lizinq obyektlərinə görə müəyyən ödənişlər də etmişdir, lakin texnikaları alandan bir müddət sonra onun işi alınmadığı üçün lizinq obyektlərindən istifadə edə bilməmiş, işləri dayandığına görə “xxxx” MMC-nin səlahiyyətli şəxslərinə müraciət edərək işlərinin alınmadığı üçün lizinq obyektlərini geri qəbul etmələrini xahiş etmişdir.Lakin “xxxx” MMC-i texnikalara saxladığı qarajda baxış keçirərək texnikaları hələlik saxladığı qarajda saxlamağı, əgər onun işi alınarsa istifadə edib ödənişlər etməyi, olmasa da müəyyən müddətdən sonra texnikaları qəbul edəcəklərini bildirmişlər.Həmin vaxt cəmiyyətin səlahiyyətl i nümayəndələri ilə razılıq əsasında lizinq obyektləri müəyyən müddət qarajda qalmış və bir müddət keçəndən sonra əvvəlcə 10/171 saylı daxili lizinq müqaviləsinin obyekti olan “LİEBHERR 924” markalı texnikanı, bir az sonra isə 11/218 saylı daxili lizinq müqaviləsinin obyekti olan “LİEBHERR 742” markalı texnikanı iddiaçı ilə razılıq əsasında cəmiyyətə təhvil vermişdir.Bir lizinq obyektinin iddiaçıya qaytarılması vaxtı bilinsə də, digər lizinq obyektinin geri qaytarılmış vaxtı dəqiq bilinmir. Məhkəmə araşdırmaları vaxtı Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini əsassız, maddi və prosessual hüquq normalarının tələblərinə zidd hesab edir, 10/171 saylı və 11/218 saylı daxili lizinq müqavilələri xx xxxx 2014-cü il tarixli öhdəliklərin köçürülməsi haqqında müqavilələrlə onun adına rəsmi ləşdirilmiş və onun adına keçirilmişdir.Həmin ərəfədə yol tikintisi ilə bağlı iş təklifı almış və müqavilədə göstərilən texnikaları da bu məqsədlə lizinqə götürmüşdür.Lakin texnikaları alandan bir müddət sonra onun işi alınmamış və lizinq obyektlərindən istifadə edə bilməmişdir.Bir müddət lizinq obyektlərinə görə müəyyən ödənişlər etmişdir.Lakin işləri dayandığına görə İddiaçınin səlahiyyətli şəxslərinə müraciət edərək işlərinin alınmadığı üçün lizinq obyektlərini geri qəbul etmələrini xahiş etmişdir.Lakin İddiaçı-ti texnikalara saxladığı qarajda baxış keçirərək texnikaları hələlik saxladığı qarajda saxlamağı, əgər işi alınarsa istifadə edib ödənişlər etməyi, olmasa da müəyyən müddətdən sonra texnikaları qəbul edəcəklərini bildirmişlər.Həmin vaxt cəmiyyətin səlahiyyətli nümayəndələri ilə r azılıq əsasında lizinq obyektləri müəyyən müddət qarajda qalmış və bir müddət keçəndən sonra əvvəlcə 10/171 saylı daxili lizinq müqaviləsinin obyekti olan “LİEBHERR 924” markalı texnikanı, bir az sonra isə 11/218 saylı daxili lizinq müqaviləsinin obyekti olan “LİEBHERR 742” markalı texnikanı iddiaçı ilə razılıq əsasında cəmiyyətə təhvil vermişdir.Qeyd olunanların həqiqətən də göstərdiyi kimi olduğunu o fakt da təsdiq edir ki, lizinq obyektləri olan texnikalardan istifadə edilməsi üçün birmənalı olaraq zəruri olan nəqliyyat vasitələrinin idarə edilməsi üçün etibarnamə mülkiyyətçi tərəfindən ona verilməmişdir.İddia ərizəsində də etibarnamə ilə bağlı hər hansı qeyd yoxdur.Texnikaları razılıq əsasında geri götürdükdən sonra bir neçə il keçəndən sonra iddiaçının ondan istifadə edə bilmədiyi liz inq obyektlərinə görə külli miqdarda pul tələb etməsinin nə faktiki, nə də ki, hüquqi əsası yoxdur.İddiaçı iddia ərizəsində ümumi sözlərlə qeyd edir ki, 10/171 saylı müqavilə üzrə cavabdeh dəfələrlə ödəniş qaydasını ödənişin məbləğinə və vaxtlarına riayət etməməklə pozmuşdur.İddiaçı cavabdehin müqavilə öhdəliklərini icra etməsi üçün onunla mütəmadi olaraq əlaqə yaratmış, nəticədə cavabdeh xx.xx.2015-ci ildə könüllü şəkildə lizinq obyektini təhvil vermişdir.Eyni ümumi ifadələri 11/218 saylı müqavilənin obyekti olan texnikadan istifadə edilməsi və ödənişlərin edilməməsi ilə də bağlı bildirmişdir.İddiaçının bildirdikləri heç bir hüquqi əsasa söykənmir, həm daxili lizinq müqaviləsinin şərtlərinə, həm də Mülki Məcəllənin lizinq münasibətlərini nizama salan normalarının tələblərinə uyğun deyildi r.Qeyd etdiyi kimi onun işləri dayandığından lizinq obyekti olan texnikalardan istifadə etməmiş və dəfələrlə iddiaçının nümayəndələrinə həmin texnikaları götürmələrini xahiş etmişdir.Lakin onlar texnikanı götürməyiblər və dəfələrlərlə texnikalara saxladığı qarajda baxış keçirərək yaxın vaxtlarda götürəcəklərini bildiriblər. Bildirdiklərinin həqiqət olmasını o fakt da təsdiq edir ki, hər iki daxili lizinq müqavilələrinin 8.1.1-ci maddəsinə əsasən lizinq verənin lizinq alan tərəfindən lizinq obyektinin istifadə olunmasına nəzarəti həyata keçirmək hüququ nəzərdə tutulub.Müqavilənin 16-cı maddəsində təsbit olunub ki, lizinq verənin lazımi qaydada səlahiyyətləndirilmiş nümayəndələri əvvəlcədən hər hansı bildirişin təqdim edilməsi tələb olunmadan lizinq obyektinin vəziyyətinin monitorinqini həya ta keçirmək hüququna malikdirlər.Lizinq alan lizinq verənin nümayəndəsinə normal iş saatlarında lizinq obyektinin olduğu yerə giriş hüququnu təmin etməlidir.İddiaçının nümayəndələri dəfələrlə bu hüquqdan istifadə edib texnikalara baxış keçiriblər.Həmin müqavilələrin 18.3.1-ci və 18.3.3-cü maddəsində göstərilir ki, lizinq alanın sahibkarlıq fəaliyətinin dayandırılması və ya bizneslə məşğul olmaq qabiliyyətindən məhrum olması və ya hüquqi şəxs statusunun itirilməsi və onun bu müqavilə üzrə hüquq və öhdəliklərini qəbil etmək arzusunda olan hüquqi varisin olmaması və lizinq alan tərəfındən lizinq ödənişlərinin ən azı 1 ardıcıl halda ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt halı hesab edilir.Daxili lizinq müqavilələri üzrə texnikadan istifadə etmişsə və ödəniş etmişsə iddiaçıya nə mane olurdu ki, dərhal, yaxud 1 aydan sonra qeyd olunan bəndlərin tələblərinə uyğun olaraq müqavilələrin ləğvi və texnikanın geri qaytarılması barədə bildiriş vermirdi, iddia qaldırmırdı.İş materiallarında olan hər iki texnikanın qaytarılması ilə bağlı ona verilən bildirişlərin tarixi xx xxx 2016-cı ildir.İddia ərizəsində qeyd olunur ki, artıq bu vaxta kimi, xx xxxxx 2015-ci il tarixdə 11/171 saylı müqavilə ilə alınmış texnikanı və həmçinin 11/218 saylı müqavilə üzrə alınmış texnikanı da bildirişdən 1,5 ay sonra xx xxxx 2016-cı il tarixdə qaytarılıb.Əslində texnikalar daha əvvəl qaytarılmışdır.İddiaçının nümyəndələri dəfələrlə texnikaları istifadəsiz şəkildə saxladığı yerdə ona baxış keçiriblər və tezliklə texnikaları götürəcəklərini bildiriblər. Ona qarşı hər hansı iddiaları, ödəniş ilə bağ lı tələbləri olmayıb.Ən azından lizinq müqaviləsinə xitam verilməsi, liziriq obyektinin geri qaytarılması və pul tələb etməyiblər.Daxili lizinq müqavilələrinin 18.2-ci maddəsində göstərilir ki, Defolt halının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv edə bilər və lizinq alan lizinq verən tərəfındən ona bildirişin təqdim edilməsindən dərhal sonra lizinq obyektini və lizinq verənin tələbi ilə tərəflər arasında mövcud olan digər lizinq müqavilələrinin lizinq obyektlərini qaytarmalıdır və ya onun seçimi əsasında lizinq obyektini lizinq verənə aşağıdakı məbləğlərin cəminə bərabər məbləği ödəməklə lizinq alan tərəfindən alınmasını tələb edə bilər, ödənilməli sabit məbləğ, hesablanan və ödənilməmiş dəyişən haqq, lizinq verənin faktiki çəkdiyi xərc və ödənişlər.Göründüyü k imi lizinq verən, həm daxili lizinq müqavilələrinin şərtlərinə, həm də qanunvericiliyin tələblərinə əsasən ya lizinq obyektlərinin geri qaytarılmasını tələb edə bilər, ya da ki, ödənilməli sabit məbləği, hesablanan və ödənilməmiş dəyişən haqqı və lizinq verənin faktiki çəkdiyi xərcləri ödəməklə lizinq obyektinin lizinq alan tərəfindən alınmasını tələb edə bilər.Lakin hər iki tələbin eyni vaxtda irəli sürülməsi qanunsuzdur.İddia ərizəsindən görünür ki, hər iki texnika lizinq verənə qaytarılmışdır.Ona görə də iddiaçının lizinq obyektinə görə ödənişlər tələb etmək hüququ yoxdur. Daxili lizinq müqavilələrinin 20.1-ci maddəsində göstərilir ki, müqavilənin 18.2-ci maddəsinə uyğun olaraq Defolt halının baş verməsi zamanı lizinq verən lizinq obyektini geri almaq hüququna malikdir. Lizinq obyektini n sökülməsi, daşınması, daşıma, sığorta haqları, yükləmə xərcləri, müvafıq dövlət orqanın qeydiyyat xərcləri, qeydiyyatdan çıxarma xərcləri və hər hansı bu cür gözlənilməz xərclər lizinq alanın hesabına ödənilməlidir.Lizinq obyekti bu maddəyə əsasən geri alındıqda lizinq alan çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb hüququna malik deyildir və ilkin ödənişin yalnız lizinq müddətinin elə bir hissəsi münasibətində geri ödənilməsini tələb edə bilər ki, lizinq əmlakının 20.1ci maddəsinə uyğun olaraq qaytarılması nəticəsində lizinq müddətinin həmin hissəsi ərzində lizinq obyektindən istifadə mümkün olmasın.Əgər iddiaçının ona qarşı nə isə pretenziyası, tələbi var idisə onda elə texnikanı götürəndə bildirərdi, yaxud vaxtında bildiriş verərdi, yaxud lizinq müqaviləsinin 18.1.2-ci maddəsinin t ələblərinə görə lizinq obyektinin alınmasını ona təklif edə, tələb edə bilərdi.Lizinq obyektini ona təklif etmədən və heç bir pretenziya irəli sürmədən aparıb satıb artıqlamasıyla qazanc əldə edib, bir neçə il sonra gəlib məhkəmədə iddia qaldırmazdı.Ən pis halda hazırki, mübahisə yuxarıda qeyd olunan daxili lizinq müqavilələrinin 18-ci, 20.1-ci bəndinin tələblərinə uyğun həll olunmalıdır.Daxili lizinq müqavilələrinin qeyd olunan və digər bəndlərinin şərtlərinə görə iddiaçının eyni vaxtda lizinq obyektinin ödənilməyən dəyərini və lizinq obyektlərinin özünü tələb etmək hüququ yoxdur.İddiaçı ondan lizinq obyektinin geri qaytarılması ilə bağlı olan, yəni lizinq obyektinin sökülməsi, daşınması yükləmə və sair xərcləri tələb edə bilər ki, qeyd olunan işləri də görmüş və xərcləri də çəkmişdir. Ap ellyasiya instansiyası məhkəməsinin araşdırmaları ilə müəyyən edilmişdir ki, cavabdeh yol tikintisi ilə bağlı iş təklifi almış və müqavilədə göstərilən “LİEBHERR R924” markalı ekskavatoru və “LİEBHERR 742” markalı buldozeri də həmin məqsədlə lizinqə götürmüş, eyni zamanda bir müddət lizinq obyektlərinə görə müəyyən ödənişlər də etmişdir, lakin texnikaları alandan bir müddət sonra onun işi alınmadığı üçün lizinq obyektlərindən istifadə edə bilməmiş, işləri dayandığına görə “xxxx” MMC-nin səlahiyyətli şəxslərinə müraciət edərək işlərinin alınmadığı üçün lizinq obyektlərini geri qəbul etmələrini xahiş etmişdir.Lakin “xxxx” MMC texnikalara saxladığı qarajda baxış keçirərək texnikaları hələlik saxladığı qarajda saxlamağı, əgər cavabdehin işi alınarsa istifadə edib ödənişlər etməyi, olmasa da mü əyyən müddətdən sonra texnikaları qəbul edəcəklərini bildirmişlər. Həmin vaxt cəmiyyətin səlahiyyətli nümayəndələri ilə razılıq əsasında lizinq obyektləri müəyyən müddət qarajda qalmış və bir müddət keçəndən sonra əvvəlcə 10/171 saylı daxili lizinq müqaviləsinin obyekti olan “LİEBHERR 924” markalı texnikanı, bir az sonra isə 11/218 saylı daxili lizinq müqaviləsinin obyekti olan “LİEBHERR 742” markalı texnikanı iddiaçı ilə razılıq əsasında cəmiyyətə təhvil vermişdir.Bir lizinq obyektinin iddiaçıya qaytarılması vaxtı bilinsə də digər lizinq obyektinin geri qaytarılmış vaxtı dəqiq bilinmir.Qeyd olunan hallar iddiaçı tərəfindən etiraf olunmuşdur. Apellyasiya instanisyası məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə və lizinq müqavilələrinin şərtlərinə görə defolt ha lının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv edə bilər və lizinq alan lizinq verən tərəfındən ona bildirişin təqdim edilməsindən dərhal sonra lizinq obyektini və lizinq verənin tələbi ilə tərəflər arasında mövcud olan digər lizinq müqavilələrinin lizinq obyektlərini qaytarmalıdır və ya onun seçimi əsasında lizinq obyektini lizinq verənə aşağıdakı məbləğlərin cəminə bərabər məbləği ödəməklə lizinq alan tərəfındən alınmasını tələb edə bilər, ödənilməli sabit məbləğ, hesablanan və ödənilməmiş dəyişən haqq, lizinq verənin faktiki çəkdiyi xərc və ödənişlər.Göründüyü kimi lizinq verən, həm daxili lizinq müqavilələrinin şərtlərinə, həm də qanunvericiliyin tələblərinə əsasən ya lizinq obyektlərinin geri qaytarılmasını tələb edə bilər, ya da ki, ödənilməli sabit məbləğ i, hesablanan və ödənilməmiş dəyişən haqqı və lizinq verənin faktiki çəkdiyi xərcləri ödəməklə lizinq obyektinin lizinq alan tərəfindən alınmasını tələb edə bilər.Lakin hər iki tələbin eyni vaxtda irəli sürülməsi qanunsuzdur.İddia ərizəsindən görünür ki, hər iki texnika lizinq verənə qaytarılmışdır.Ona görə də iddiaçının lizinq obyektinə görə ödənişlər tələb etmək hüququ yoxdur.Daxili lizinq müqavilələrinin 20.1-ci maddəsində göstərilir ki, müqavilənin 18.2-ci maddəsinə uyğun olaraq Defolt halının baş verməsi zamanı lizinq verən lizinq obyektini geri almaq hüququna malikdir.Lakin iddiaçı bu hüququndan istifadə etməmiş, cavabdeh tərəfindən uzun müddət ödənişlər edilməsə də, lizinq obyektini geri tələb etməmiş, bununla da cavabdeh üzərinə borcun yaranmasına şərait yaratmışdır.Həmçinin iddiaç ı bir lizinq obyektinin onlara geri qaytarılması vaxtını dəqiq müəyyən etmədiyi halda, cavabdehdən pul tutulması barədə iddia qaldırmışdır. Məhkəmə araşdırmaları ilə iddiaçı “xxxx” MMC 10/171 saylı daxili lizinq muqaviləsinə gorə əsas məbləğ uzrə 13.230.29 ABŞ dolları, faiz uzrə 241.11 ABŞ dolları olmaqla cəmi 13,471.4 ABŞ dollarının, 11/281 saylı daxili lizinq müqaviləsinə gorə isə əsas məbləğ üzrə 92.036 ABŞ dolları, faiz uzrə 1.665 ABŞ dolları olmaqla, cəmi 93,700 ABŞ dollarının Mərkəzi Bankın odəniş gününə olan məzənnəsi ilə manat ekvivalentinə bərabər məbləğin və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dovlət rüsumunun Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-nin hesabına odənilməsi barədə iddia tələbi qanunsuz və əsassız hesab edildiyi üçün düzgün olaraq rəd d edilmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Belə ki, Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin g edişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin 14.2-ci maddəsinin tələbləri pozulmamış, işin faktiki və hüquqi halları tam hərtərəfli araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normaları düzgün tətbiq və təfsir edilmişdir. Bu baxımdan iddiaçının lizinq obyektinə görə ödənişlər tələb etmək hüququna malik olmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilərkən tərəflər arasındakı müqavilənin 182.-ci və 20.1-ci bəndinə istinad etməklə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlinməsi düzgün olmuşdur, qətnamədə qeyd edilmiş lizinq verən, həm daxili lizinq müqavilələrinin şərtlərinə, həm də qanunvericiliyin tələblərinə əsasən ya li zinq obyektlərinin geri qaytarılmasını tələb edə bilər, ya da ki, ödənilməli sabit məbləği, hesablanan və ödənilməmiş dəyişən haqqı və lizinq verənin faktiki çəkdiyi xərcləri ödəməklə lizinq obyektinin lizinq alan tərəfindən alınmasını tələb edə bilməsi, hər iki tələbin eyni vaxtda irəli sürülməsinin qanunsuz olması, hər iki texnikanın lizinq verənə qaytarılması, iddiaçının lizinq obyektinə görə ödənişlər tələb etmək hüququnun olmaması işin faktiki və hüquqi hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd edilmiş işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən 10/171 və 11/218 saylı daxili lizinq müqavilələri xx xxxx 2014-cü ildə öhdəliklərin köçürülməsi haqqında müqavilə ilə cavabdehə köçürülməsi və lizinq obyektlərinin ona təhvil verilməsi barə də dəlilləri iddianın təmin edilməsi baxımından düzgün olaraq əsaslı hesab etməmişdir. Apelyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi lizinqalanın heç bir sübutla dəstəklənməyən formal izahat və ərizələrinə əsaslanmaqla guya müəyyən etmişdir ki, cavabdeh yol tikintisi ilə bağlı iş təklifi almış və müqavilədə göstərilən texnikaları da həmin məqsədlə lizinqə götürmüş, eyni zamanda bir müddət lizinq obyektlərinə görə müəyyən ödənişlər də etmişdir, lakin texnikaları alandan bir müddət sonra onun işi alınmadığı üçün lizinq obyektlərindən istifadə edə bilməmiş, işləri dayandığına görə “xxxx” MMCnin səlahiyyətli şəxslərinə müraciət edərək işlərinin alınmadığı üçün lizinq obyektlərini geri qəbul etmələrini xahiş etmişdir. Lakin “xxxx” MMC texnikalara saxladığı qarajda baxış k eçirərək texnikaları hələlik saxladığı qarajda saxlamağı, əgər onun işi alınarsa istifadə edib ödənişlər etməyi, olmasa da müəyyən müddətdən sonra texnikaları qəbul edəcəklərini bildirmişlər.Həmin vaxt cəmiyyətin səlahiyyətli nümayəndələri ilə razılıq əsasında lizinq obyektləri müəyyən müddət qarajda qalmış və bir müddət keçəndən sonra əvvəlcə 10/171 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyekti, bir az sonra isə 11/218 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyekti cəmiyyətə təhvil vermişdir. Apelyasiya şikayətinin həmin dəlilləri iş materialları üzrə araşdırılarkən müəyyən edilmişdir ki, cavabdeh yol tikintisi ilə bağlı iş təklifi almış və müqavilədə göstərilən “LİEBHERR R924” markalı ekskavatoru və “LİEBHERR 742” markalı buldozeri də həmin məqsədlə lizinqə götürmüş, eyni zamand a bir müddət lizinq obyektlərinə görə müəyyən ödənişlər də etmişdir, lakin texnikaları alandan bir müddət sonra onun işi alınmadığı üçün lizinq obyektlərindən istifadə edə bilməmiş, işləri dayandığına görə “xxxx” MMC-nin səlahiyyətli şəxslərinə müraciət edərək işlərinin alınmadığı üçün lizinq obyektlərini geri qəbul etmələrini xahiş etmişdir, iddiaçı texnikalara saxladığı qarajda baxış keçirərək texnikaları hələlik saxladığı qarajda saxlamağı, əgər cavabdehin işi alınarsa istifadə edib ödənişlər etməyi, olmasa da müəyyən müddətdən sonra texnikaları qəbul edəcəklərini bildirmişlər, cəmiyyətin səlahiyyətli nümayəndələri ilə razılıq əsasında lizinq obyektləri müəyyən müddət qarajda qalmış və bir müddət keçəndən sonra əvvəlcə 10/171 saylı daxili lizinq müqaviləsinin obyekti olan “LİEBHERR 924” markalı texnikanı, bir az sonra isə 11/218 saylı daxili lizinq müqaviləsinin obyekti olan “LİEBHERR 742” markalı texnikanı iddiaçı ilə razılıq əsasında cəmiyyətə təhvil vermişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlillərini iddianın təmin edilməsi baxımından formal mülahizərələrdən ibarət olduğu üçün əsassız hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi sadəcə lizinqalanın heç bir sübutla dəstəklənməyən formal izahat və ərizələrinə əsaslanmış, bununla da sübutetmə yükünün bölüşdürülməsi baxımından prosessual qanunvericiliyin müəyyənləşdirdiyi tələbləri pozmuşdur. Apellyasiya şikayətinin bu dəlilləri araşdırılarkən cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş iddiaya qarşı etiraza yazılı və ya şif ahi münasibət bildirilməsi üçün iddiaçının nümayəndəsinə MPM-nin 77.3-cü maddəsinə əsasən təklif edilmiş və bununla bağlı məhkəmə iclası xx xxxxxxx 2019-cu il tarixə təxirə salınmasına baxmayaraq iddiaçının nümayəndəsi iddiaya qarşı etiraza yazılı münasibət bildirməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin direktoru Tofiq Taptıqlı tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli TT-124/2019 saylı arayışın məzmunundan görünür ki, “xxxx” MMC-nin məlumatına görə Cavabdeh məxsus LİEBHERR markalı R742 dövlət qeydiyyat nişanlı, LİEBHEER markalı R924 qeydiyyat nişanlı texnikalar 2014-cü ilin iyun ayında “xxxx” MMC-nin Abşeron rayonu Pirəkeşkül qəsəbəsində yerləşən qarajına gətirilərək orada saxlanılmış, texnikalar istifadə olunmamışdır.Lizinq şir kətinin nümayəndələri də bir neçə dəfə qaraja gələrək texnikalara baxış keçirmişlər.xx.xx.2015-ci ildə lizinq şirkəti tərəfindən LİEBHEER markalı R742 dövlət qeydiyyat nişanlı texnika, xx.xx.2016-cı ildə isə LİEBHEER markalı R924 dövlət qeydiyyat nişanlı texnika qarajdan götürülmüşdür. Apelyasiya şikayətinin dəlillərinə görə Mülki Məcəllənin 747.1-ci, 748-10.1-ci, 748-1.12.4-cü maddələrinin tələblərinə əsasən lizinq ödənişləri lizinq obyekti alanın istifadəsində olduğu müddətə görə ödənilməlidir və iddiaçı da məhz lizinq obyektlərinin lizinq alanın istifadəsində olduğu tarixədək yaranmış, lakin icra edilməmiş öhdəliklərinin icra edilməsini tələb etmişdir, buna görə də həmin müddət üçün lizinq ödənişlərini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlill ərini iş materialları üzrə araşdırıb hesab edir ki, iddiaçının əsaslandığı Mülki Məcəllənin 747.1-ci, 748-10.1-ci, 748-1.12.4-cü maddələrinin tələblərinə əsasən lizinq ödənişləri lizinq obyekti obyekti alanın istifadəsində olduğu müddətə görə ödənilməlidir və iddiaçı əsassız olaraq lizinq obyektlərinin lizinq alanın istifadəsində olduğu tarixədək yaranmış, lakin icra edilməmiş öhdəliklərinin icra edilməsini tələb etmişdir, buna görə də həmin müddət üçün lizinq ödənişlərini tələb etməkdə haqlı olması barədə dəlilləri əsassız hesab edilmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquq normalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassator nümayəndəsinin aşağı instansiya məhkəməsində hər hansı etirafedici izahat vermərməsini qeyd etsə də, protokola dair hər hansı qeydin verilməməsi baxımndan kollegiya bu dəlili əsassız hesab edir. Digər tərəfdən lizinq əmlakdan istifadəni xarakterizə etdiyindən və yuxarıda istinad edilən müddəalar baxımından lizinq ödənişlərinin məhz lizinq predmetindən istifadə edildiyi dövr üçün hesablanır. Hazırki işin halları ilə isə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəf iddiaçının razılığı ilə lizinq müqaviləsini bağlasa da lizinq predmetindən istifadə etməmiş və lizinq predmeti iddiamı tərəfin razılığı ilə istinad edilən yerdə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin faktiki hallarının doğru olmaması ilə bağlı dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ap ellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(106)2020/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-890/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-890/2020
10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver