Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-891/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı Şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərracın etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı Şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğvi və ipotekaya xitam verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8463/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4359/09 nömrəli, 25.12.2009-cu il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank, ləğv prosesindədir) cavabdehlər X11, X5, X9, İddiaçı, X6 və X1rşı iddia tələbi təmin edilərək, cəmi 24.253,43 manat məbləğində borcun X10 Bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 6, 20 nömrəli mənzilə (bundan sonra – mübahisəli mənzil) yönəldilərək açıq hərracdan satılması, mənzildə qeydiyyatda olan şəxslərin pasport qeydiyyatlarının ləğv edilməsi, mənzilin satışından əldə olunmuş məbləğin kreditin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1698/10 nömrəli, 23.04.2010-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2591/10 nömrəl i, 11.08.2010-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 23.04.2010-cu il tarixli qətnaməsi qismən – mübahisəli mənzildə qeydiyyatda olan şəxslərin pasport qeydiyyatlarının ləğv edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv olunmuş və iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin (bundan sonra – İcra Şöbəsi) 17/71-6İ nömrəli 14.03.2011-ci il tarixli sifariş məktubu ilə X5 məxsus mübahisəli mənzilin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4359/09 nömrəli 25.12.2009-cu il tarixli icra vərəqəsi əsasında realizə edilməsi "xxxx" MMC-yə (bundan sonra – Hərrac Mərkəzi) təklif olunmuşdur. Hərrac Mərkəzi tərəfindən 23.04.2011-ci il tarixdə mübahisəli mənzilin ilkin satış qiyməti 43.000 manat olmaqla açıq hərraca çıxarılması barədə tərəflərə bildiriş göndərilmişdir. Hərrac Mərkəzi tərəfindən 12.05.2012-ci il tarixdə mübahisəli mənzilin ilkin satış qiyməti (43.000-15%) 36.550 manat olmaqla ikinci hərraca çıxarılması barədə tərəflərə bildiriş göndərilmişdir. Hərrac Mərkəzi tərəfindən Banka ünvanlanmış 29.05.2012-ci il tarixli təklif məktubunda qeyd olunmuşdur ki, Bank “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 62-ci maddəsinə müvafiq olaraq keçirilən hərracların yekunlaşdırılması ilə əlaqədar, ipoteka ilə yüklü edilmiş mübahisəli mənzili, təklif daxil olan tarixdən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 43.7-ci maddəsinə əsasən satılmazsa, 30 təqvim günü ərzində təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı q iymətə, yəni 27.412,5 manata ala bilər. İcra Şöbəsinin Banka ünvanladığı 19.06.2012-ci il tarixli məktubda qeyd olunmuşdur ki, mübahisəli mənzil hərracda satılmadığından sənədlər hərrac təşkilatı tərəfindən geri qaytarılmışdır. “İpoteka haqqında” Qanunun 42-ci və 43-cü maddələrinə əsasən tələbkara hüququndan istifadə etməklə ipoteka predmeti olan mənzili ipoteka saxlayan kimi əldə etməsi təklif olunur. Əks halda bu ipotekaya xitam verilməsi ilə nəticələnməklə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. İcra Şöbəsinin 17/71-6İ-34 nömrəli 24.06.2016-cı il tarixli sifariş məktubu ilə Bakı Şəhəri Yaşamal Rayon Məhkəməsinin 2(004)-4359/09 nömrəli 25.12.2009-cu il tarixli icra vərəqəsinə əsasən, X5 məxsus mübahisəli mənzilin realizə edilməsi Hərrac Mərkəzinə təklif olunmuşdur. Hə rrac Mərkəzi tərəfindən 25.11.2014-cü il tarixdə mübahisəli mənzilin ilkin satış qiyməti 43000-15%=36.550 manat olmaqla ikinci hərraca çıxarılması barədə tərəflərə bildiriş göndərilmişdir. Hərrac Mərkəzi tərəfindən Banka ünvanlanmış 23.12.2014-cü il məlumatda qeyd olunmuşdur ki, Bank “İcra haqqında” Qanunun 62-ci maddəsinə müvafiq olaraq keçirilən hərracların yekunlaşdırılması ilə əlaqədar ipoteka ilə yüklü olan mübahisəli mənzili, məlumat daxil olan tarixdən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən satılmazsa, 30 təqvim günü ərzində təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 27.412,5 manata ala bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cü il tarixli ““İpoteka haqqında” Qanunun 43.4 - 43.8 və 18-ci maddələrinin şərh edilm əsinə dair” Qərarına əsasən, təkrar hərrac 23 dekabr 2014-cü il tarixində baş tutmamış elan olunsa, əmlakı müvafiq olaraq 30 təqvim günü ərzində ipoteka saxlayan əldə etməlidir. Əks təqdirdə ipotekaya xitam veriləcəkdir. Hərracın yekunları barədə 23.01.2015-ci il tarixli 09/01 saylı protokola əsasən, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, qiyməti 27.412,50 manat olmaqla mübahisəli mənzil tələbkar Bank tərəfindən əldə edilmiş və 04.07.2015-ci il tarixdə Bankın adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır (RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış). 21.04.1994-cü il tarixli vəsiyyətnaməyə əsasən, X8 mübahisəli mənzili qızı X2 (bundan sonra – iddiaçı) vəsiyyət etmişdir. Vəsiyyətnamə 30 saylı Bakı Dövlət No tariat Kontorunda reyestrdə 2B 131 № ilə təsdiq olunmuşdur. Cavabdeh 06.08.1974-cü il tarixdən hal-hazıra kimi mübahisəli mənzildə qeydiyyatdadır və orada yaşayır. X12 tərəfindən sözügedən icra sənədi üzrə Bankın hesabına 10.08.2015-ci il tarixdən 23.05.2016-cı il tarixədək hissə-hisə cəmi 24.253 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Banka, Hərrac Mərkəzinə, İcra Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair keçirilmiş hərracın yekunları barədə 23.01.2015-ci il tarixli 09/01 saylı protokolun etibarsız hesab edilməsi, Bankın adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mənzilin ipoteka yüklülüyünə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X4 övladı olmaqla onun vərəsəsidir. 06.08.1974-cü ildən mübahisəli mənzildə yaşayır. Anasının vəfat etməsindən sonra da həmin mənzildə yaşayaraq miras əmlakı faktiki qəbul etmişdir. Eyni zamanda, anası vəsiyyətnamə ilə həmin əmlakı ona vəsiyyət etmişdir. Mübahisəli mənzil “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cü il tarixli qərarına zidd olaraq 12.05.2012-ci il tarixdə, yəni bir ildən sonra 3-cü dəfə hərraca çıxarılmışdır. “İpoteka haqqında” Qanunun 43-cü maddəs ində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Eyni zamanda ilk hərrac baş tutmadıqdan sonra anası tərəfindən əmlakın qiymətləndirilməsinin ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilsə də, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Belə ki, borcalan və ipotekaqoyan Bank şifahi razılığa gələrək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4359/09 saylı 25.12.2009-cu il tarixli qətnaməsinə əsasən tutulmuş məbləğin ödənilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə razılaşmışlar. Borcalan və ipotekaqoyan razılıq əsasında qətnamə ilə müəyyən olunmuş borc məbləğini ödəmişlər. Belə ki, cəmi 24.253 manat məbləğində pul vəsait i Banka ödənilmişdir. Razılaşma mövcud olduğundan əmlakın ipoteka yüklülüyündən azad olunacağına əmin olmuşdur. Bankın rəhbər şəxsləri tərəfindən onlara bildirilmişdir ki, əmlak ipoteka yüklülüyündən azad olunmuşdur. Bundan sonra anası dünyasını dəyişmiş, onun vəfatından sonra səhhətində olan problemlərlə bağlı əmlakı öz mülkiyyətinə keçirməmişdir. Vərəsə kimi əmlakı mülkiyyətinə keçirmək üçün Bakı Şəhəri 15 saylı Xüsusi Notariat Ofisinə müraciət etdikdə ona bildirilmişdir ki, əmlak anasının mülkiyyətində deyildir. Bundan sonra araşdırma apararaq müəyyən etmişdir ki, mənzilə dair qanunsuz olaraq 23.01.2015-ci il tarixdə hərracın yekunlarına dair 09/01 nömrəli protokol tərtib edilmişdir. Hərracın yeri və vaxtı barədə ona heç bir məlumat verilməmişdir. Bu səbəbdən hərracın nəticələri və ye kun protokol etibarsız hesab olunmalı, Bankın adına verilmiş çıxarış ləğv edilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-3753/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia təmin olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, X4 mülkiyyətində olmuş mübahisəli mənzilə dair 2011-2012-ci illərdə hərracların keçirilməsinə, hərraclar baş tutmadığından həmin mənzilin dəyərindən 25% aşağı qiymətə tələbkar Banka təklif olunmasına, lakin tələbkar tərəfindən təklifin qəbul olunmamasına və bununla da, qanunvericiliyin tələbləri baxımından mübahisəli mənzilin ipoteka yüklülüyünə xitam verilməli olmasına baxmayaraq, 2014-cü ildə təkrarən qanunvericiliyin tələblərinə tamamilə zidd olaraq həm in mənzilə dair hərrac keçirilmiş və mənzil tələbkar tərəfindən əldə olunmuşdur. Ona görə də, iddia təmin edilməlidir. Məhkəmə öz mövqeyini, “İpoteka haqqında” Qanunun 43.7, 43.8, 44-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.2, 337.5, 416.1, 416.2, 1133.1, 1243.3, 1255-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 2.1, 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28.10.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Qətnamədən Bank apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul olunmuşdur. Hərracın qalibi Bank olmuşdur və bunun əsasında ipoteka predmeti olan mənzil Bankın mülkiyyətinə keçmişdir. Bundan başqa, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Banklar haqqında” Qanun) 72.1.2 və 72.1.3-cü maddələrinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunla nəzərdə tutulmuş iflas proseduru çərçivəsində irəli sürülür. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8463/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), R.Həsənov və V.İbayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qanunvericiliyin tələbləri baxımından mübahisəli mənzilin ipoteka yüklülüyünə xitam verilməli olmasına baxmayaraq, 2014-cü ildə təkrarən mənzilə dair hərracın keçirilməsi və mənzilin tələbkar tərəfindən əldə olunması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Birinci instansiya məhkəməsi iddia tə ləbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir. Bank apellyasiya şikayətində “Banklar haqqında” Qanuna istinad etmişdir, lakin hazırkı tələb kreditor tələbi ilə bağlı deyil, qanunsuz keçirilmiş hərracın nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Qətnamədən Bank kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Bank (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə “Banklar haqqında” Qanunun 71-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Bankın ləğvedicisi Əmanətl ərin Sığortalanması Fondudur və onun hüquqi ünvanı Bakı şəhərinin Nəsimi rayonudur. Ona görə də, iddia ərizəsi baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməli idi. “Banklar haqqında” Qanunun 72-ci maddəsi də məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, “Banklar haqqında” Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunla nəzərdə tutulmuş iflas proseduru çərçivəsində irəli sürülür. Bundan başqa, məhkəmə MPM-in 88, 217, 386-cı maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazda iddia ərizəsində qeyd olunmuş dəlillər sadalanmışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı Bankın kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun Maddə 43.7. Bu Qanunun 43.1.1-ci madd əsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28.10.2014-cü il tarixli qərarı... “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir və “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Mülki Məcəllə Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür (maddə 72.1.2, 72.1.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarı...bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Bu baxımdan bankın müflis elan olunmasına dair qərarın qəbul olunması banka qarşı mövcud iddialar üzrə icraatın Mülki Prosessual Məcəllənin 254-cü maddəsinə müvafiq olaraq dayandırılmasını deyil, hüquqi şəxsi məhkəmədə təmsil etməli olan səlahiyyətli orqanın (şəxsin) məhkəmə icraatında iştirakını prosessual cəhətdən təmin etmək məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq hesab edir ki, iflas pros esində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, hazırkı iş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondu deyil, ləğv prosesində olan Bankdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəz ifələri daşıyır. İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu baxımdan məhkəmələr ləğv prosesində olan Banka qarşı kreditor tələbi olmayan iddia ərizəsi üzrə işə Bankın hüquqi ünvanı üzrə baxmaqla aidiyyət qaydalarına riayət etmişlər. Kassasiya şikayətinin digər dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxl anılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8463/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.