Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-894/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Həsənağa oğluna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri N saylı Notariat Ofisi və Maraqlı şəxs qarşı «bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iş üzrə QƏRARDADİ İş № 2(102)-894/2024 (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Həsənağa oğluna (müstəqil tələb irəl i sürməyən 3-cü şəxs Bakı şəhəri N saylı Notariat Ofisi və Maraqlı şəxs) qarşı «bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2023-cü il tarixli, 2(103)-5222/2023 saylı qətnaməsindən Cavabdeh (vəkil-Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri N saylı Notariat Ofisi və Maraqlı şəxs qarşı xx.xx.2022-ci ildə 7 saylı notariusda bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-963/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh H arasında Bakı şəhəri N saylı Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağlanması müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh adına verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən 0.02.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması qət edilmişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-963/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın r ədd edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2023-cü il tarixli, 2(103)-5222/2023 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3823/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
5. Cavabdeh (Vəkil- Vəkil) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2023-cü il tarixli, 2(103)-5222/2023 saylı qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
6. Maddə 128.1. Prose ssual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
7. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
8. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
9. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
10. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanı n mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
11. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
12. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
13. Maddə 408.1-408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
14. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
15. Maddə
409. Apellyasiya i nstansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
17. Belə ki, MPM-nin 405.0.1-ci maddəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddət, işdə iştirak edən şəxslərə rəsm i qaydada verildiyi gündən 2 ay müəyyən edilmişdir.
18. Həmin normanın tələbinə əsasən şikayət vermə müddətinin axımı qətnamənin “rəsmi qaydada verildiyi” gündən başlandığına görə, müddətin axımını hesablamaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-nin 135.5-ci maddəsində verilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
19. Göründüyü kimi, MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində göstərilən hər hansı bir qaydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş sayılır. Bu qaydaların birindən bəhs edən MPM-nin 135.6-cı maddəsində deyilir ki, “Elektron məhkəmə” inform asiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
20. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2023-cü il tarixli, 2(103)-5222/2023 saylı qətnaməsi Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil elektron kabinetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən 23 oktyabr 2023-cü il tarixdə yerləşdirilmişdir.
21. Lakin Cavabdeh və vəkili Vəkil həmin qətnamədən kasassiya şikayətini 26 dekabr 2023-cü il tarixdə vermi şlər. Yəni, kassasiya şikayəti 4 gün müddət buraxılmaqla verilmiş, kassasiya şikayətinə müddətin bərpası haqqında vəsatət əlavə edilməmişdir.
22. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
23. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunm uş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
24. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir.
25. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.
26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2023-cü il tarixli, 2(103)-5222/2023 saylı qətnaməsindən iş üzrə Cavabdeh və vəkili tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.