Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-897/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddiadan imtina edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi, tikilinin sökülməsi, gediş-gəliş üçün zəruri yolun ayrılmasi, qonşu torpaq sahəsindən istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair ilkin, Cavabdeh “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi” barəd ə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-952/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Ağdaş bələdiyyəsinin Ağdaş şəhəri üzrə vətəndaşların əmlak və torpaq vergilərinin 33 nömrəli şəxsi hesab kitabının 5166-cı səhifəsində ünvan 1 ünvanda xx.xx.2006-cı il tarixdən Cavabdeh adına (bundan sonra – cavabdeh) 0.05 ha həyətyanı torpaq sahəsi, 2015-ci ildən isə həmin torpaq sahəsi üzərində yaşadığı 115 kv.m. fərdi yaşayış evi olduğu qeyd edilmişdir.
2. Qeyd olunan torpaq sahəsi 2016-cı ildə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeyd iyyata alınmışdır.
3. Cavabdeh mülkiyyətində olan həmin 0,05 ha həyətyanı torpaq sahəsini 30 mart 2016-cı il tarixdə Ağdaş rayon Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı (bundan sonra - iddiaçı) satmış, torpaq sahəsinə sonuncunun mülkiyyət hüququ qeydiyyata alınaraq 29 iyun 2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
4. Qanuni qüvvəsini almış Ağdaş Rayon Məhkəməsinin 6 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsinə dair cavabdeh ilə iddiaçı arasında 30 mart 2016-cı il tarixdə Ağdaş rayon notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçının adına verilmiş 29 iyun 2017-ci il tarixli hüquqların dövlə t qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçının cavabdehə 13500 manat məbləğində borc verməsi barədə aralarında borc müqaviləsi bağlanması, borc müqaviləsinin təminatı kimi iddiaçı ilə cavabdehin arasında 30 mart 2016-cı il tarixdə cavabdehin mülkiyyətində olan Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14-də yerləşən 0.05 hektar torpaq sahəsinin iddiaçının xeyrinə yüklü edilməsi barədə ipoteka müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir.
5. İcra sənədi üzrə icra tədbirləri və hərəkətləri həyata keçirilərək ipoteka ilə yüklü edilmiş torpaq sahəsi açıq hərraca çıxarılaraq 22 oktyabr 2018-ci il tarixdə 11500 manata iddiaçıya satılmışdır. İddiaçıya həmin torpaq sahəsinə dair Dövlət torpaq kadastrı kitabında qeydə alınmış xx.xx.2019-cu il tarixli “T orpaq sahəsinin planı və ölçüsü” təqdim edilmişdir.
6. Sonradan cavabdeh torpaq sahəsinə dair hərracın nəticələrini mübahisələndirmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3712/2019 saylı iş üzrə 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 ünvanda yerləşən 0.05 ha torpaq sahəsində tikdiyi özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini yuxarıda qeyd edilən işin faktiki hallar ına istinad edərək onunla əsaslandırmışdır ki, hazırda torpaq sahəsi mülkiyyətindədir. Torpaq sahəsi üzərində özbaşına tikili mövcuddur və hesab edir ki, cavabdeh tərəfindən Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 ünvanda yerləşən 0.05 ha torpaq sahəsində tikdiyi özbaşına tikili məhkəmə qətnaməsi əsasında sökülməlidir.
9. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın əsassız olduğundan rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilərək iddiaçıya verilmiş həyətyanı torpaq sahəsi üzərində tikdirdiyi bir mərtəbəli 4 otaqdan və yardımçı sahələrdən ibarət yaşayış evinə gediş-gəliş üçün uzunluğu 2 metr, eni 4.5 metr ölçüdə yolun ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ildən başl ayaraq mübahisəli torpaq sahəsində bir mərtəbəli 4 otaqdan ibarət yaşayış evi tikdirməyə başlamışdır. Həmin yaşayış evi ona məxsus olduğuna görə evə də gözlənilən mülkiyyət hüququ vardır. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi adına qeydə alınan zaman üzərindəki tikili artıq mövcud olduğundan yaşayış evinin altındakı torpaq sahəsi də ona məxsusdur. İddiaçı yalnız 0.05 hektar həyətyanı torpaq sahəsini almışdır, yaşayış evi yuxarıda göstərdiyi kimi özünün xüsusi mülkiyyətində olmuş torpaq sahəsində inşa edildiyindən qanunsuz tikili hesab olunmur. Ailə üzvləri ilə birlikdə həmin yaşayış evində yaşamaqla ondan istifadə etmək hüquqları var. Özünün, yaşlı və xəstə ailə üzvlərinin başqa yerdə yaşamağa evləri yoxdur. İddiaçı onun və ailə üzvlərinin düşdüyü çıxılmaz vəziyyətindən sui istifad ə edərək ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Fərdi yaşayış evi həyət darvazasından təqribən 2 metr məsafədə tikilmişdir. Həmin yaşayış evi həyət darvazasından 3-4 metr məsafədə tikildiyindən onun və digər ailə üzvlərinin həmin yaşayış evinə sərbəst gedib gəlməkləri üçün qanunla müəyyən olunmuş ölçüdə, yəni uzunluğu 2 metr, eni isə 4.5 metr olan yol yeri ayrılıb verilməlidir.
11. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında oxşar məzmunlu izahat verərək, həmçinin bildirmişdir ki, iddiaçı torpaq sahəsini hərrac yolu ilə əldə edərkən başqasına yəni, cavabdehə məxsus fərdi yaşayış evi ilə yüklü olduğunu bilmiş, buna baxmayaraq torpaq sahəsini öz adına qeydə aldırmışdır. Qanunvericiliyə görə mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, cavabdehə m əxsus olub, həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evinə servitut hüququ saxlanılmalıdır.
12. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli, 10/6070 saylı rəydə müəyyən edilmişdir ki, torpaq sahəsinin konfiqurasiyası, tiklinin torpaq sahəsində yerləşmə vəziyyəti və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinə əsasən iddiaçıya məxsus həyətyanı torpaq sahəsi üzərində tikilmiş yaşayış evinə gediş-gəliş üçün uzunluğu 2 metr, eni 4.5 metr ölçüdə yolun texniki cəhətdən ayrılmasının mümkündür.
13. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – birin ci instansiya məhkəməsi) 2(014)-31/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Nizam Əliyev) ilkin iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində tikdirdiyi özbaşına tikilinin sökülməsi, qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində cavabdehin tikdirdiyi ev özbaşına tikilidir. Ona görə də ilkin iddia əsaslıdır və təmin edilməlidir. İlkin iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia rədd olunmalıdır.
15. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 146.1, 152.1, 152.4, 157.4, 170.2, 172.2, 180.1, 180.4, 238, 239.2-c i, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 58-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, hazırkı iş üzrə ilk və qarşılıqlı iddiaların baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti qarşılıqlı iddianın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işin hallarını və işdə olan sübutları nəzərə almamış, tikilinin özbaşına tikili hesab edilməsini əsaslandırmamış, bununla da səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələbl ərini pozmuş, qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir.
18. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-3/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehlər Cavabdeh, X4 və X1 qarşı tikilinin sökülməsi və cavabdehin əmlakı ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması tələbinə dair iddiası üzrə icraata xitam verilmiş, qərardad qanuni qüvvəyə minmişdir.
19. İşə baxılarkən müəyyən edilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)3/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehlər Cavabdeh, X4 və X1 qarşı Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən yaşayış evinin cavabdehlər tərəfindən öz hesablarına sökülməsi və onların uşaqları və əmlakları ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması tələbinə dair iddiası üzrə mülki işə iddiaçının iddiadan imtina etməsi əsası ilə xitam verilmiş, qərardad qanuni qüvvəyə minmişdir.
20. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-952/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim Elçin Hüseynov, hakimlər Günаy Cаvаdоvа və Vəzirxan Məlikov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ünvan 4 ünvanda yerləşən iddiaçıya məxsus 0.05 ha həyətyanı torpaq sahəsi üzərində cavabdeh tərəfindən tikilmiş yaşayış evinə gediş-gəliş üçün uzunluğu 2 metr, eni 4.5 metr ölçüdə (28 fevral 2022-ci il tarixli, 10/6070 saylı ekspert rəyinə uyğun) yol açılması qət edilmişdir.
21. Məhkəmə iş materialları əsasında müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsində yerləşən evin və ya digər tikili alqı-satqı predmeti olmamışdır. Həmçinin, mübahisə predmeti olan yaşayış evinin (tikilinin) iddiaçı tərəfindən torpaq sahəsinin əldə olunmasından əvvəl həmin torpaq sahəsində mövcud olması və cavabdehin həmin evdə yaşaması etiraf edilmişdir. Cavabdeh mübahisə predmeti olan tikilini (yaşayış evini) əvvəllər özünün mülkiyyətində olmuş həyətyanı torpaq sahəsində inşa etmiş, torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir. Ev tiki nti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməmişdir. Evin lazımi icazələr almadan tikilməsi onun cavabdehin sahibliyində olmasını istisna etmir və buna maneçilik törədən hallar yoxdur. Bu həm də tikilinin özbaşına tikili olması anlamına gəlmir. İddiaçı sökülməsini tələb etdiyi tikiliyə cavabdehin sahiblik hüququnun olmadığını sübuta yetirə bilməmişdir.
22. Bu baxımdan cavabdehə məxsus tikilinin (yaşayış evinin) sökülməsi hazırkı vəziyyətdə təmin edilə bilməz. Cavabdehin inşa edərək uzun müddət yaşadığı evə münasibətdə ən azı əmlak və əşya hüquqları mövcuddur. Digər tərəfdən iddiaçı həmin torpaq sahəsini əldə edərkən onun üzərində tikili olduğunu bilmiş, bir növ torpaq sahəsini yüklü qəbul etmişdir.
23. Ekspert rəyi ilə cavabdehin sahibliyində olan yaşayış evinə gediş-gəliş üç ün uzunluğu 2 metr, evi 4.5 metr ölçüdə yolun ayrılması mümkün olması müəyyən edilmişdir. İş üzrə verilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyini hazırkı real vəziyyəti əks etdirdiyi hesab edən məhkəmə həmin rəyi sübut növü kimi qəbul etmiş və onunla razılaşmışdır.
24. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 164.1, 165.1, 180.1, 180.4, 560.1, 560.2, 560.3, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilən sübutlar (arqumentlər), yəni izahatlar işin nəticələri üçün önəmli olduğu halda, məhkəmə həmin sübutlarla (arqumentlərlə) bağlı mövqeyini konkret olaraq qanunauyğun əsaslandırmamış və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi tərəflərin məhkəmələrə təqdim etdiyi və işin nəticələri üçün önəmli olan dəlillərlə (arqumentlərlə) və həmin dəlilləri təsdiq edən sübutlarla bağlı mövqeyini konkret olaraq əsaslandırmalı olduğu halda, ümumiyyətlə həmin dəlillərə və sübutlara düzgün münasibət bildirməmiş və öz mövqeyini müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırmamışdır.
27. Belə ki, cavabdehin mübahisə predme ti olan tikilini əvvəllər özünün mülkiyyətində olmuş həyətyanı torpaq sahəsində inşa etməsi və cavabdehin torpaq sahəsini qanuni əsaslarla əldə etməsi cavabdeh öz izahatı və iş materialları ilə təkzib olunur. Mübahisəli fərdi yaşayış evinin 2017-ci ildən əvvəl daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasının səbəbi maddi imkansızlıq deyil, həmin tikilinin özbaşına hesab edilməsi olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd edilən halların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün heç bir tədbir görməmiş, cavabdehdən və səlahiyyətli orqandan əlavə sübutlar tələb etməmiş, həmin hallar üzrə tam, obyektiv və hərtərfli araşdırma aparmamışdır.
28. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd edilən fərdi yaşayış evini n şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilibtikilmədiyini müəyyən etmək üçün müvafiq ekspertiza təyin etməmiş, o cümlədən sübutetmə yükü cavabdehin üzərinə düşdüyü halda cavabdeh tərəfindən bu barədə mötəbər sübut məhkəmələrə təqdim edilməmişdir.
29. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə mülkiyyətçinin hüquqları kobud surətdə pozulmuş, mülkiyyətçi dəyərini tam olaraq ödədiyi 500 kvadratmetr torpaq sahəsinin ən azı 124 kvadratmetr (servitut) hissəsindən ona heç bir əvəz ödənilmədən məhrum edilmişdir. Belə ki, torpaq sahəsinin üzərində cavabdeh tərəfindən tikilmiş yaşayış evinə gediş-gəliş üçün uzunluğu 2 metr, eni 4.5 metr ölçüdə (28 fevral 2022-ci il tarixli, 10/6070 saylı ekspert rəyinə uyğun) yol açılması üçün nəzərdə tutulan torpaq sahəsi (servitut) heç bir haqq ödənilmədən, əvəzsiz olaraq cavabdehin daimi istifadəsinə verilmişdir. Halbuki, həmin qətnamədə məhkəmə tərəfindən servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq verilməsi müəyyənləşdirilməli idi.
30. Kassasiya şikayəti Mülki Məcəllənin 14, 139, 146, 152.1, 152.5, 180.1, 180.4, 240-245-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-952/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Etiraz qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayə tinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
32. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
33. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
34. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndi r; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
35. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
36. Maddə 255.1 Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.
37. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və a vtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.
38. Maddə 261.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər.
39. Maddə 261.2. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz təl əblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanu nlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
46. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:...259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa.
47. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:...261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı ol arsa.
48. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:...384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
49. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:...418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti ü zrə baxmışsa.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 417.1.3. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
53. Ma ddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidi r.
55. Hazırkı icraat üzrə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə apellyasiya məhkəməsinin qətnaməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Baxılan iş üzrə ilkin iddia tələbi cavabdeh tərəfindən Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 ünvanda yerləşən 0.05 ha torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin sökülməsindən ibarətdir.
57. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, başqa mülki iş üzrə İddiaçı Cavabdeh və qeyrilərinə qarşı mübahisəli torpaq sahəsi üzərində yerləşən yaşayış evinin cavabdehlər tərəfindən öz hesablarına sökülməsi və onların uşaqları və əmlakları ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması barədə iddia irəli sürmüş, sonra dan iddiaçı iddiadan imtina etdiyi üçün Ağdaş Rayon Məhkəməsinin 2(014)-3/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş və qərardad qanuni qüvvəyə minmişdir. Bu işlə hazırkı iş üzrə tərəflər və iddianın predmeti qismən üst-üstə düşür.
58. MPM-in 261.0.2-ci maddəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərardadının olması iş üzrə icraata xitam verilməsinin imperativ əsası kimi nəzərdə tutulmuşdur.
59. Eyni zamanda işdən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-3/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərardadı hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarılmasından (xx.xx.2022-ci il) sonra qəbul edilmişdir.
60. Halbuki MPM-in 259.0.4-cü maddəsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə həmin və ya digər məhkəmənin icraatında işin olmasını ərizənin baxılmamış saxlanılması üçün imperativ əsas kimi müəyyən etmişdir.
61. Lakin apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinə MPM-in tətbiq edilməli olan 259.0.4 və ya 261.0.2-ci maddələrinin tətbiqi mümkünlüyünü müzakirə etmədən eyni tərəflər arasında eyni predmeti barəsində iddiadan imtina barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı olan mübahisəyə mahiyyəti üzrə baxmış və ilkin iddianı təmin etməmişdir.
62. Baxılan iş üzrə qarşılıqlı iddia tələbi isə cavabdehin iddiaçıya verilmiş həyətyanı torpaq sahəsi üzərində tikdirdiyi bir mərtəbəli 4 otaqdan və yardı mçı sahələrdən ibarət yaşayış evinə gediş-gəliş üçün yolun ayrılmasından ibarətdir. Tikilinin (yaşayış evinin) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və həm tikilinin, həm də yol istənilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu işin mübahisə olunmayan hallarıdır.
63. Qeyd olunmalıdır ki, qüvvədə olan Mülki Məcəllədə qonşu torpaq sahələri (daşınmaz əmlak) mülkiyyətçiləri arasında mübahisə olduğu hallarda qonşudan zəruri keçid almaq (maddə 175) və ya qonşu əşyadan istifadə etməyə icazə verilməsini (maddə 255.1) tələb etmək hüquqları təsbit edilmişdir. Lakin mülki qanunvericilik həmin hüquqları yalnız torpaq sahəsi (daşınmaz əmlak) mülkiyyətçiləri üçün və müvafiq kompensasiya və ya istifadə haqqı ödənilməklə, habelə müəyyən şərtlər daxilində tanıyır (§§ 32-39).
64. Ape llyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamənin “Tətbiq edilən hüquq” hissəsində Mülki Məcəllənin 164.1, 165.1, 560 və 180-ci maddələrinin mətinə istinad etsə də, qarşılıqlı iddianın təmin olunması barədə gəldiyi nəticəni konkret maddi hüquq normasına istinadla əsaslandırmamışdır.
65. Halbuki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqd an sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
66. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
67. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamış, tətbiq edilməli olmayan maddi hüquq normaları tətbiq edilmişdir.
68. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
69. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
70. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Q ərarın əsaslandırıcı hissəsində istinad olunan hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.
71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-952/2022 nömrəli mülki iş üzrə 6 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.