Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-899/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: lizinq müqaviləsinin ləğvi, borcun ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdeh, vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4260/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı
1. Tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış AL-1722 №-li “xxxx”ə əsasən, ASC-nin mülkiyyətində olan avtomobil iddiaçı ASC tərəfindən cavabdehin istifadəsi və sahibliyinə verilmişdir. Cavabdeh həmin avtomobilin lizinqə götürülməsi ilə bağlı illik 17% dərəcəsi ilə, 48 ay müddətində hər ay 279,81 manat, ümumilikdə isə 13.430,66 manat məbləğində pulu iddiaçı ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC Cavabdeh qarşı ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək (iddia tələbi dəqiqləşdirilmişdir), İddiaçı ASC ilə bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli AL-1722 saylı “xxxx” müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx xxxxxxxx 2014-cü il tarixli “xxxx” müqaviləsinə əsasən Liz inq obyektini müvəqqəti sahiblik və istifadə etməsinə görə xx xxxxxxxx 2015-ci il tarixə 1414,86 manat əsas, 842,04 manat mükafat və həmin günə hesablanmış 1055,19 manat dəbbə pulu, 1557 manat dəymiş zərər, ümumilikdə 4869,09 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh, iddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, etməli olan ödənişləri tam etməmiş və nəticədə onun ASC-yə xx.xx.2015-ci il tarixə 1.414,86 manat məbləğində əsas borcu yaranmışdır. Borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı ASC, qeyd edilən müqavilənin şərtlərinə əsaslanaraq cavabdehə cərimə (dəb bə) tətbiq etmişdir ki, həmin cərimənin məbləği 1.055,19 manat, lizinq mükafatının məbləği isə 842,04 manat təşkil edir. ASC tərəfindən cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Bundan başqa, cavabdehin istifadə və sahibliyinə verilmiş avtomobil cavabdeh tərəfindən istifadəyə yararsız vəziyyətə salınaraq xx.xx.2015-ci il tarixdə ASC-nin dayanacağına yerləşdirilmişdir. ASC-nin Servis Mərkəzinin verdiyi qüsur aktına görə, avtomobilin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün 1.557 manat məbləğində vəsait tələb olunur.
4. Cavabdeh nümayəndəsi və vəkili X12 birinci instansiya məhkəməsinin iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, həqiqətən də cavabdeh ilə İddiaçı ASC arasında xx xxxxxxxx 2014cü il tarixli AL-1722 saylı saylı “xxxx” Müq aviləsinə əsasən, İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Runna” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq yolu ilə almışdır. Bir müddət lizinq ödənişlərini ödədikdən sonra cavabdehin sağlamlığında yaranmış narahatçılıqla əlaqədar müalicə olunmaq üçün xəstəxanada yatmışdır. Cavabdehin səhhətində problemlər yarandığından anası Lizinq şirkətinə gedərək, avtomobilin təhvil vermək istəməsi barədə məlumat vermişdir. Lizinq şirkətindən ona bildirmişlər ki, iki gün ərzində gəlib avtomobili götürəcəklər. 1 həftə sonra xx xxxx 2015-ci il tarixdə iki nəfər onların yaşadığı evə gələrək Lizinq şirkətinin nümayəndələri kimi özlərini təqdim edərək avtomobili götürmək üçün gəldiklərini bildirmişlər. Cavabdehin anası avtomobilin açarlarını onlara vermiş, həmin şəxsl ər də, avtomobili təhvil almışlar. Hazırda iddiaçı əsassız tələb qaldıraraq ondan 1414,86 manat əsas, 842,04 manat mükafat və həmin günə hesablanmış 1055,19 manat dəbbə pulu, və avtomobilə dəymiş zərərin əvəzi olaraq 1557 manat pul tələb edirlər. O, cavabdehin vəkili kimi Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş X19 İdarəsinə müraciət edərək, №Runna” markalı, **AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin kim tərəfindən idarə olunması və həmin avtomobillə yol-nəqliyyat hadisəsinin törədilməsi ilə bağlı məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2018-ci il tarixli məktubla ona cavab verilmişdir ki, “Runna” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxx 2015-ci il tarixində X9 yol nəqliyyat hadisəsi törətmiş və onun barəsi ndə inzibati protokol tərtib edilmişdir. Avtomaşın təhvil verilərkən cavabdeh heç kəsə etibarnamə verməmişdir. Lakin avtomobil təhvil alındığı gün, yəni xx.xx.2015-ci il tarixində X15 adlı şəxsə İddiaçı ASC tərəfindən həmin avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir. 2015-ci il ilin 03 mart tarixinədək avtomobil faktiki olaraq cavabdehin istifadəsində olduğundan mart ayının ödənişini və həmin müddətədək hesablanmış faiz məbləğini ödəməyə hazırdır. Həmin müddətdən sonra qalan borcun və avtomobilə dəyən zərərin ondan tələb edilməsi əsassız olduğundan iddia tələbinin qalan hissəsinin rədd edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim S.Talıbov) xx xxxxxx 2020-ci il tarixli, 2(008)181/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 46 1,14 manat əsas, 93,72 manat mükafat və həmin günə hesablanmış 50 manat dəbbə pulu, cəmi 604,86 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı” ASC-yə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin mövcudluğuna və cavabdeh tərəfindən avtomaşını təhvil verməklə sözügedən müqavilənin ona münasibətdə hüquqi qüvvəsini dayandırılmasına dair hüquqi prosedur başlanmamasına baxmayaraq məhkəmə hesab etmişdir ki, iddiaçı, eyni zamanda “Runno” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı ASC tərəfindən xx.xx.2015-ci il tarixdən X1 avtomaşına idarə etmək hüququ ilə bağlı etibarnamə verməsi ilə faktiki olaraq cavabdehlə lizinq obyekti kimi göstərdiyi avtomaşına münasibətdə hüquqi münas ibətlərini kəsmişdir. Belə olan halda isə məhkəmə qənaətinə görə iddiaçı cavabdehdən 2015-ci il ilin xxxx tarixinədək olan dövr ərzində lizinqlə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını tələb edə bilər. Belə ki, qeyd edilən dövrə qədər cavabdeh müqavilə tərəfi olaraq öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, lizinq müqavilələri üzrə yaranmış borcunu cərimə borcu ilə birlikdə iddiaçıya ödəməlidir. İddiaçının nümayəndəsi “Runna” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhz cavabdeh tərəfindən yararsız vəziyyətə gətirilməsinə dair də məhkəməyə heç bir sübut təqdim etməməklə yanaşı iddiaçının mülkiyyəti olan və etibarnamə verdiyi avtomaşınla xx xxxx 2015-ci il tarixdə İXM-nin 1511.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, xx xxxx 2015-ci il tarixdə isə yol-nəqliyyat hadisəsi törətmiş X2 mülki məsuliyyət daşıyıcı olmasını mübahisələndirməməsinin səbəblərini əsaslandırılmış arqumentlərlə izah edə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) xx xxx 2020-ci il tarixli, 2(103)-4260/20 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Ka ssasiya şikayətinin dəlilləri
9. İddiaçı ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə cavabdehin səhhəti ilə bağlı stasionar müalicə aldığını qeyd etmişdir. Lakin iş materiallarına cavabdeh tərəfindən əlavə olunmuş arayışdan görünür ki, cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər 1 Nömrəli Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə almışdır. Qeyd olunan arayışdan göründüyü kimi lizinq obyekti olan avtomobilin C. Vəliyevin istifadəsinə verildiyi xx.xx.2015-ci il tarixdə cavabdeh xəstəxanadan olmamışdır. Bununla yanaşı cavabdehin anasının izahatından da göründüyü kimi lizinq obyekti olan avtomobil 400 manat müqabilində İddiaçı ASC-də rəsmil əşdirilmədən və şirkətin iradəsindən kənar lizinq alan tərəfindən üçüncü şəxsə satmışdır. Elə həmin gün də lizinq alan şirkətə şifahi müraciət edərək lizinq obyekti olan avtomobilin idarə olunmasına dair Vəliyev Ceyhuna etibarnamə verilməsini xahiş etmiş və şirkət tərəfindən xx.xx.2015-ci il tarixdə C.Vəliyevə avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. Lizinq obyekti olan avtomobili cavabdehdən alan şəxslərin şirkətin əməkdaşı olması ilə bağlı isə heç bir sübutun olmamasına baxmayaraq apellyasiya məhkəməsi qətnamədə avtomobilin məhz şirkət tərəfindən götürüldüyünü qeyd etmişdir. Həmçinin, Cavabdeh xahişi əsasında şirkət tərəfindən C.Vəliyevə etibarnamə verilməsi cavabdehlə bağlanmış xxxx müqaviləsinə xitam verməsinə və ya müqavilə üzrə cavabdehin öhdəliklərindən azad edilm əsinə səbəb olmamışdır. C.Vəliyevə verilmiş etibarnamədən də göründüyü kimi Cavabdeh arasında bağlanmış xxxx müqaviləsinə əsasən etibarnamə verilmişdir. Bununla yanaşı həmin vaxt avtomobilin idarə olunmasına dair cavabdehə verilmiş etibarnamə də qüvvədə olmuşdur. Müqavilə əsasında əmlaka sahiblik edənin və ya mülkiyyətçinin razılığı ilə üçüncü şəxsə avtomobilin idarə edilməsinə dair etibarnamənin verilməsi, müqavilə əsasında sahiblik edən və ya mülkiyyətçinin əmlakla bağlı hüquqlarım itirməsinə səbəb olmur. Lakin apellyasiya məhkəməsi C.Vəliyevə avtomobilin idarə olunmasına dair etibarnamənin verilməsini cavabdehin müqavilə üzrə lizinq obyektinin sahiblik hüququnun itməsi kimi qiymətləndirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil o lmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili, kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri po zmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır
16. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
17. Maddə
448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
18. Maddə 748.2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
19. Maddə 748.7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
20. Maddə 748.10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
21. Maddə 748.10.4. Liz inq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
22. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
29. İddiaçı ASC ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış AL-1722 №-li “xxxx görünür ki, həmin müqaviləyə əsasən ASC-nin mülkiyyətində olan avtomobil iddiaçı ASC tərəfindən cavabdehin istifadəsi və sahibliyinə verilmişdir. Cav abdeh həmin avtomobilin lizinqə götürülməsi ilə bağlı illik 17% dərəcəsi ilə, 48 ay müddətində hər ay 279,81 manat, ümumilikdə isə 13.430,66 manat məbləğində pulu iddiaçı ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.
30. X4 tərkib hissəsi olan “2 saylı Əlavədən görünür ki, avtomobil ASC tərəfindən iddiaçıya təhvil verilmiş və bu barədə xx.xx.2014-cü il tarixdə tərəflər arasında təhvil-təslim aktı tərtib edilmişdir.
31. ASC tərəfindən təqdim edilmiş sənədlərdən, habelə apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh, yuxarıda qeyd edilən müqavilə üzrə sonuncu ödənişi xx.xx.2015-ci il tarixdə etmiş, daha sonra o, ASC-yə ödəniş etməmiş və bununla da onun ASC-yə borcu yaranmışdır.
32. ASC tərəfindən təqdim edilmiş “Arayışdan” görünür ki, öhdəliyin icra edilməməsi səbəbindən cavabdehin xx.xx.2015-ci il tarixə yaranmış əsas borcunun məbləği 1.414,86 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləği isə 1.055,19 manatdır; lizinq mükafatının məbləği 842,04 manat təşkil edir.
33. Fərdi sahibkar X7 (“Servis Mərkəzi”) tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli “Qüsur aktından” görünür ki, avtomobilin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan xərci 1.557 manat təşkil edir.
34. ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ASC, qeyd edilən xxxx müqaviləsi üzrə yaranmış borcun və lizinq obyektinə dəymiş ziyanın 7 gün ərzində ona ödənilməsini tələb etmişdir.
35. İddiaçı ASC tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, həmin etibarnamə lizinq obyekti kimi cava bdehin sahiblik və istifadəsinə verilmiş avtomobilin idarə edilməsi üçün (iş üzrə tərəf olmayan) X9 adlı şəxsə verilmişdir. Etibarnamənin qüvvədə olma müddəti xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək müəyyən edilmişdir.
36. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İdarənin Mərkəzi-informasiya sisteminin məlumatına görə, X9 lizinq obyekti olan avtomobili idarə edərkən xx.xx.2015-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmiş, bununla bağlı sürücünün barəsində İXM-nin 151.1-ci maddəsi ilə MYP 333592 nömrəli inzibati protokol tərtib edilmişdir. 37. “xxxx” görünür ki, avtomobil (iddiaçı ASC-nin əməkdaşı) X8 tərəfindən (ASC-yə aid dayanacağın mühafizəçisi) X6 təhvil verilmişdir.
38. İddiaçı ASC, xx.xx.2015-ci il tarixə hesablanmış əsas borca görə 1.414,86 manat, cərimə (dəbbə) borcuna görə 1.055,19 manat, lizinq mükafatına görə 842,04 manat məbləğində pulun cavabdehdən öz xeyrinə tutulmasını tələb edir.
39. Bu tələbə etiraz edən cavabdeh isə bildirir ki, onun ASC qarşısında mülki məsuliyyəti yalnız xx.xx.2015-ci il tarixədək müəyyən edilməlidir. Belə ki, cavabdeh bir müddət lizinq ödənişlərini ödədikdən sonra səhhəti ilə bağlı stasionar müalicə almışdır. Bu səbəbdən lizinq ödənişləri aparılmamış və cavabdehin anası iddiaçı ASC ilə əlaqə saxlayaraq avtomobili təhvil vermək istəyində olmasını ASC-yə bildirmişdir. xx.xx.2015-ci il tarixdə ASC-dən cavabdehin anasına zəng vurulmuş və avtomobil üçün alıcının olduğunu bildirmişlər. Az sonra isə cavabdehin yaşadığı ünvana iki şəxs gəlmiş, onlardan bir i özünü ASC-nin əməkdaşı, digər isə avtomobilin alıcısı kimi təqdim etmiş, sonuncu cavabdehin anasına 400 manat məbləğində pul vermiş, daha sonra isə həmin şəxslər avtomobilin açarlarını və avtomobili cavabdehin anasından alıb getmişlər. Hazırki işin məhkəmə baxışı zamanı isə məlum olmuşdur ki, ASC, avtomobili cavabdehdən götürdükdən sonra X9 adlı şəxsin adına, özündə avtomobilin idarə edilməsi səlahiyyətini əks etdirən xx.xx.2015-ci il tarixli etibarnamə vermişdir. Sonuncu elə həmin gün avtomobili idarə edən zaman yol nəqliyyat hadisəsi törətmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh bildirir ki, xx.xx.2015-ci il tarixdə avtomobil ASC tərəfindən ondan təhvil alındığına görə, o, xxxx müqaviləsi üzrə yalnız həmin tarixədək yaranmış öhdəliklərə görə cavabdehlik daşıyır.
40. Cavabd ehin yuxarıda göstərdiyi halları Rayon Məhkəməsində şahid qismində dindirilmiş (cavabdehin anası) X3 ifadəsində təsdiq etmişdir.
41. İş üzrə dindirilmiş (cavabdehin qonşusu) X10 da ifadəsində göstərmişdir ki, avtomobilin ASC-yə qaytarılması ilə bağlı cavabdehin anası F.Həsənovanı ASC-yə aparmışdır. ASC-də F.Həsənovaya bildirilmişdir ki, əməkdaşları gəlib avtomobili təhvil alacaqlar. 1 həftə sonra isə F.Həsənovanın xahişi ilə avtomobilin işlək olub-olmamasını yoxlamış, həmin vaxt avtomobil saz vəziyyətdə olmuşdur.
42. Apellyasiya instansiyası məhkəməsi cavabdehin öhdəliyinin həcmi ilə bağlı qeyd etmişdir ki, hər iki tərəf avtomobilin xx.xx.2015-ci il tarixədək cavabdehin sahiblik və istifadəsində olması halını təsdiq edir. İşdə olan sənədlərlə o da təsdiq edilir ki, ASC, xx.xx.2015-ci il ta rixdə avtomobili idarə etmək üçün Ceyhun Vəliyevin adına etibarnamə vermiş, sonuncu isə elə həmin gün avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi, xx.xx.2014-cü il tarixli “xxxx müqaviləsi üzrə cavabdehin öhdəliklərinin üçüncü şəxsə ötürülməsi müqavilə tərəfləri arasında rəsmilləşdirilməsə də, ASC, C.Vəliyevin adına etibarnamə verməklə faktiki olaraq avtomobil barədə cavabdehlə hüquqi münasibətlərini kəsmişdir. Belə olan halda ASC, cavabdehdən yalnız xx.xx.2015-ci il tarixədək olan dövr üçün lizinqlə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını tələb edə bilər. Belə ki, qeyd edilən dövrə qədər cavabdeh müqavilə tərəfi olaraq öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır.
43. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xxxx mü qaviləsi üzrə cavabdehin iddiaçı ASC qarşısında xx.xx.2015-ci il tarixədək icra edilməmiş öhdəlikləri mövcuddur.
44. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 1842 nömrəli rəydən görünür ki, xxxx müqaviləsi üzrə cavabdehin ASC-yə xx.xx.2015-ci il tarixə olan borcu 554,86 manat, o cümlədən əsas borc üzrə 461,14 manat, faiz borcu üzrə 93,72 manat təşkil edir.
45. Odur ki, cavabdehin iddiaçı ASC qarşısında yalnız xx.xx.2015-ci il tarixədək öhdəlik daşıması və bu öhdəliklərə görə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 461,14 manat, lizinq mükafatının ödənilməsi məqsədi ilə 93,72 manat məbləğində pulun tutulması barədə qənaət əsaslıdır.
46. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi, cavabdehdən tələb olunan cərimə borcunu tənasübsüz s urətdə yüksək hesab etdiyindən, bu qənaətdədir ki, Rayon Məhkəməsi cərimə (dəbbə) borcunu azaldaraq və kreditorun bütün əsaslı mənafelərini nəzərə alaraq cəriməni 50 manat məbləğində müəyyən etməkdə də haqlı olmuşdur.
47. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, cavabdehin ASC qarşısında məsuliyyəti yalnız xx.xx.2015-ci il tarixədək müəyyən edildiyindən, ASC-nin avtomobilin idarə edilməsi üçün C.Vəliyevə verməsi və sonuncu tərəfindən avtomobili idarə edən zaman yol-nəqliyyat hadisəsi törətməsi işdə olan sənədlərlə təsdiq edildiyindən, avtomobilə vurulmuş zərərin əvəzinin cavabdehdən tələb edilməsi barədə tələb əsassız, bu tələbi rədd edən Rayon Məhkəməsinin bu hissədə mövqeyi əsaslıdır.
48. Məhkəmə onu da qeyd etmişdir ki, iş üzrə tərəflər arasında bağlanmış “X4” ləğv edilməsi barəd ə tələbi təmin etməməklə də Rayon Məhkəməsi haqlı olmuşdur. Çünki, qeyd olunan müqavilənin müddəti artıq xx.xx.2018-ci il tarixdə bitmişdir. Belə olan halda, müqavilə qüvvədən düşmüş hesab olunur.
49. Kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni məzmunlu olduğundan kassasiya məhkəməsi həmin dəlillərə dair apelyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddi açı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4260/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.