Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-9/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Birinci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Quba rayonu İH İ Nügədi İcra nümayəndəsini əvəz edən Cavabdeh2, Quba Regional Cavabdeh3də notariat kontoruna qarşı, İkinci iddia üzrə iddiaçılar Cavabdeh1, X21, X22 cavabdeh İddiaçı qarşı, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X24, X18 və X41ra qızı, Quba regional “ASAN xidmət” mərkəzində notariat kontoru olmaqla iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakiml əri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X51 və X36 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh1, X42 və X22 vəkili X43, X21 nümayəndəsi X33 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-233/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1, X42 və X44 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Quba rayon İcra Hakimiyyəti Başçısının İ Nügədi İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 1394 nömrəli arayışda qeyd edilmişdir ki, Nadirova Meyxanım Mövlud qızı 1924-cü ildən xx.xx.2004-cü ilə kimi Quba rayonu İ Nügədi kə ndində yaşamış və həmin tarixdə İ Nügədi kəndində ölmüşdür. Öldükdən sonra vərəsələrindən X19 adlı oğlu qalmışdır. Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 720 nömrəli arayışda qeyd edilmişdir ki, X11 1918-ci ildən xx.xx.1995-ci ilə kimi Quba rayonu İ Nügədi kəndində yaşamış və həmin tarixdə İ Nügədi kəndində ölmüşdür. Öldükdən sonra vərəsələrindən arvadı Nadirova Meyxanım Mövlud qızı, uşaqları Nadirova (Vahabova) Fəridə Veysəlqara qızı, X24, Nadirova (Xasiyeva) Sevil Veysəlqara qızı, X19, İddiaçı və Nadirova (Əhmədova) Tərlanə Veysəlqara qızı qalmışdır. Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 719 nömrəli arayışda qeyd edilmişdir ki, Nadirova Meyxanım Mövlud qızı 1923-cü ildən xx.xx.2004-cü ilə kimi Quba rayonu İ Nügədi kəndində yaşamış və həmin tarixdə İ Nügədi kəndində ölmüşdür. Öldükdən sonra vərəsələrindən uşaqları Nadirova (Vahabova) Fəridə Veysəlqara qızı, X24, Nadirova (Xasiyeva) Sevil Veysəlqara qızı, X19, İddiaçı və Nadirova (Əhmədova) Tərlanə Veysəlqara qızı qalmışdır. Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 821 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı atası X11 və X55 Mövlud qızı vəfat etdikdən sonra onlara məxsus 0,20 ha həyətyanı torpaq sahəsində tikilmiş evdə yaşayır. Quba Regional Cavabdeh3də Notariat Kontorunun xx xxxxxx 2018-ci il tarixli, 924 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş Nadirova Meyxanım Mövlud qızından qalmış miras əmlakın X19 tərəfindən qəbuluna əsas Qub a rayon İ Nügədi inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış olmuşdur. Quba rayon Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx xxxxxx 2004-cü ildə vəfat etmiş Nadirova Meyxanım Mövlud qızının vərəsəsi - oğlu X12r və miras əmlak İ Nügədi 3409/034 nömrəli filialda 215 saylı hesab üzrə qoyulmuş əmanət puldan ibarətdir. xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1959-cu ildə Zaqatala rayonu, Aşağı-Tala kəndində anadan olmuş, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatdadır. xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı 17979540 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X42 xx.xx.1983-cü ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatdadır. xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı 18546388 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X44 xx.xx.1992-ci ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, ünvan 1 mənzil 83 ünvanında qeydiyyatdadır. ünvan 2 İK tərəfindən xx xxxxxx 1983-cü ildə verilmiş İX-JQ 275310 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X45 xx.xx.1983-cü ildə Quba rayonu İ Nügədi kəndində doğulmuş, atası X19, anası Cavabdeh1dır. Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2017-ci ildə verilmiş AZ-İİİ 351221 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X46 xx.xx.1992-ci ildə Quba rayonu İ Nügədi kəndində doğulmuş, atası X19, anası X34r. Zaqatala rayonu Aşağı Tala kənd soveti tərəfindən xx xxxxxxxx 1979-cu ildə verilmiş İİ-JQ 291846 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə Ömarova Asya Həmzə qızı xx xxxxxxxx 1979-cu ildə nikahlarını bağlamış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 32 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Nadirova soyadı verilmişdir. ünvan 2 İK tərəfindən xx xxxxx 1956-ci ildə verilmiş İE 117874 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1956-cı ildə Quba rayonu İ Nügədi kəndində doğulmuş, atası X11, X55 Mövlud qızıdır. Quba rayon İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2013-cü ildə verilmiş AZ-İ 621997 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2013-cü ildə Quba rayonu İ Nügədi kəndində ölmüşd ür. Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2018-ci ildə verilmiş AZ-İ 952994 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nadirova Meyxanım Mövlud qızı xx.xx.2004-cü ildə Quba rayonu İ Nügədi kəndində ölmüşdür. Quba rayon İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2018-ci ildə verilmiş AZ-İ 952995 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1995-ci ildə Quba rayonu İ Nügədi kəndində ölmüşdür. Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 759 nömrəli arayışdan görünür ki, X19 xx.xx.1956-cı ildə xx.xx.2013-cü ilə kimi Quba rayonu İ Nügədi kəndində yaşamış və həmin tarixdə İ Nügədi kəndində ölmüşdür. Öldükdən sonra vərəsələrindən arvadı Cavabdeh1, uşaqları Nadirova (Xəli lova) Nübar Mehman qızı və Nadirova (Cəfərova) Aytən Mehman qızı qalmışdır. Quba rayon Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxxx 2013-cü ildə vəfat etmiş X9 vərəsələri arvadı Cavabdeh1, qızları X46 və X25r və miras əmlak JN1422F, KOD 30319018 saylı Şəhadətnaməyə, xx.xx.1989-cu il tarixli 393 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Quba rayonu, İ Nügədi kəndində 0,10 ha torpaq sahəsindən X13 çatan hissə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən ibarətdir. X42 tərəfindən Notariat Kontoruna ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, xx.xx.1995-ci ildə vəfat etmiş babası X3, xx.xx.2004-cü ildə vəfat etmiş nənəsi Nadirova Meyxanım Mövlud qızından qalmış mira s əmlakdan xx.xx.2013-cü il tarixdə vəfat etmiş atası X13 çatası miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X44 tərəfindən Notariat Kontoruna ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, xx.xx.1995-ci ildə vəfat etmiş babası X3 və xx.xx.2004-cü ildə vəfat etmiş nənəsi Nadirova Meyxanım Mövlud qızından qalmış miras əmlakdan xx.xx.2013-cü il tarixdə vəfat etmiş atası X13 çatası miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Quba Regional Cavabdeh3də Notariat Kontoru tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş 1155 və 1156 nömrəli məktublardan görünür ki, X26 xx.xx.1995-ci ildə vəfat etmiş babası X3 xx.xx.2004-cü ildə vəfat etmiş nənəsi Nadirova Meyxanım Mövlud qızından qalmış miras əmlakdan xx.xx.2013-cü i l tarixdə vəfat etmiş atası X13 çatası miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Quba Regional Cavabdeh3də Notariat Kontoru tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş 1230 və 1231 nömrəli məktublardan görünür ki, X27 xx.xx.1995-ci ildə vəfat etmiş babası X3 xx.xx.2004-cü ildə vəfat etmiş nənəsi Nadirova Meyxanım Mövlud qızından qalmış miras əmlakdan xx.xx.2013-cü il tarixdə vəfat etmiş atası X13 çatası miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Quba rayonu İ Nügədi Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 138 nömrəli arayışdan görünür ki, 394 nömrəli reyestrə və JH-1243 F saylı 0,20 ha həyətyanı torpağın şəhadətnaməsinə əsasən 2004-cü ildən 2013-cü ilə qədər X19 əmlak və torpaq vergilərini ödəmişdir. Quba rayonu İ Nügədi Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 134 nömrəli arayışdan görünür ki, 394 nömrəli reyestrə və JH-1243 F saylı 0,20 ha həyətyanı torpağın şəhadətnaməsinə əsasən 2013-cü ildən 2018-ci ilə qədərə əmlak və torpaq vergilərini Cavabdeh1 ödəmişdir. Quba Regional Cavabdeh3də Notariat Kontorunun sorğuya verilmiş xx xxxxxx 2018ci il tarixli, 1565 nömrəli məktubuna əlavə edilmiş xx.xx.1995-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakın qəbuluna dair xx.xx.2018-ci il tarixli vərəsəliklə bağlı ərizənin açılmasına əsas olmuş sənədlər və xx.xx.2004-cü il tarixdə vəfat etmiş Nadirova Meyxanım Mövlud qızından qalmış miras əmlakın qəbuluna dair vərəsəliklə bağlı ərizənin açılmasına əsas olmuş sənədlərdən görünür ki, Quba rayon İHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin 166 və 167 nömrəli xx.xx.2018-ci il tarixli arayışlarına və İddiaçı ərizələrinə əsasən xx.xx.1995-ci il tarixdə vəfat etmiş X4 və xx.xx.2004-cü ildə vəfat etmiş Nadirova Meyxanım Mövlud qızının vərəsələri İddiaçı, X15, X28, X17, X10r. Qeyd edilən notariat işinə əlavə olunmuş X15 tərəfindən Notariat Konotrunda verilmiş xx.xx.2014-cü il tarixli və xx.xx.2018-ci il tarixli ərizələrdən görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş atası X6 və xx.xx.2004-cü il tarixdə vəfat etmiş Nadirova Meyxanım Mövlud qızından miras qalmış əmlakdan ona çatası payı qəbul etməmiş, etmək fikrində olmamış, müddətin uzadılması ilə bağlı müraciət etməyəcəkdir. Qeyd edilən notariat işinə əlavə olunmuş X24 tərəfindən Notariat Kontorunda verilmiş xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli ərizələrdən görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş atası X6 və xx.xx.2004-cü il tarixdə vəfat etmiş Nadirova Meyxanım Mövlud qızından miras qalmış əmlakdan ona çatası payı qəbul etməmiş, etmək fikrində olmamış, müddətin uzadılması ilə bağlı müraciət etməyəcəkdir. Qeyd edilən notariat işinə əlavə olunmuş X18 tərəfindən Notariat Kontorunda verilmiş xx.xx.2014-cü il tarixli və xx.xx.2018-ci il tarixli ərizələrdən görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş atası X6 və xx.xx.2004-cü il tarixdə vəfat etmiş Nadirova Meyxanım Mövlud qızından miras qalmış əmlakdan ona çatası payı qəbul etməmiş, etmək fikrində olmamış, müddətin uzadılması ilə bağlı müraciət etməyəcəkdir. Qeyd edilən notariat işinə əlavə olunmuş X14 tərəfindən Notariat Kontorunda verilmiş xx.x x.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli ərizələrdən görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş atası X6 və xx.xx.2004-cü il tarixdə vəfat etmiş Nadirova Meyxanım Mövlud qızından miras qalmış əmlakdan ona çatası payı qəbul etməmiş, etmək fikrində olmamış, müddətin uzadılması ilə bağlı müraciət etməyəcəkdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 154 kvadrat metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X7, Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Nadirova Meyxanım Mövlud qızı na məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Birinci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Quba rayonu İH İ Nügədi İcra nümayəndəsini əvəz edən Cavabdeh2 və Quba Regional Cavabdeh3də notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon notariusu Z.N.Dəmirov tərəfindən verilmiş reyestrdə 2V/02-1950 nömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X6 və mərhum X55 Mövlud qızının kiçik oğlu olaraq onlarla birlikdə yaşamışdır. Hal-hazırda da həmin evdə yaşayır, həyətyanı torpaq sahəsi onun istifadəsindədir. Atasının ölümündən sonra (xx xxxxxx 1995-ci il) onun vərəsələrindən həyat yoldaşı Meyxanım, qızları Fəridə, Sevil və Tərlanə, oğlanları Mail, Mehman və o qalmışdır. X55 Mövlud qızı xx.xx.2004-cü ildə, qardaşı Mehman isə xx.xx.2013-cü ildə ölmüşlər. Bu yaxınlarda valideynlərindən miras qalmış əmlakla əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etmiş, bu zaman ona məlum olmuşdur ki, mərhum qardaşı X19 anası vəfat etdikdən sonra Quba İHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyində qalan vərəsələri gizlətməklə özünü evin tək övladı kimi qələmə verərək vərəsəlik barədə saxta arayış almışdır. O, həmin arayışı notariat orqanına təqdim edərək xx.xx.2012-ci il tarixdə anasının adına bankda olan əmanət pulunu almaq üçün Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq, həmin şəh adətnamə əsasında bankda anasının adına olan 8239 rublu mili pulla almışdır. Həmin qanunsuz yolla alınmış vərəsəlik hüququ üzrə şəhadətnamə qüvvədə olduğundan valideynlərindən miras qalmış evə, torpaq sahəsinə dair ona notariat orqanı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməkdən imtina etmişdir. Qardaşı Mehmanın ailə üzvlərindən başqa digər vərəsələr valideynlərindən miras qalmış evin və torpaq sahəsinin vərəsəlik üzrə onun adına rəsmiləşdirilməsinə etiraz etməmişlər, bu barədə notariat kontorunda təsdiq olunmuş rəsmi ərizələri vardır. Mərhum qardaşı Mehmanla çəpər qonşusu olmuşdur. Mehman onun evindən gizli olaraq evə aid və valideynlərinə məxsus bütün sənədləri götürmüşdür. Mehmanın həyat yoldaşı Cavabdeh1 ərinin ölümündən sonra onun vərəsəsi kimi qanunsuz yolla alınmış h əmin şəhadətnamənin əsaslı olduğunu bildirir. Notariat orqanına valideynləri atası X6 xx.xx.1995-ci il tarixdə ölümündən sonra vərəsələrindən X55 Mövlud qızı, Nadirova (Vahabova) Fəridə Veysəlqara qızı, X24, Nadirova (Xasiyeva) Sevil Veysəlqara qızı, X19, İddiaçı və Nadirova (Əhmədova) Tərlanə Veysəlqara qızının, eləcə də X55 Mövlud qızının xx.xx.2004-cü ildə ölümündən sonra vərəsələrindən Nadirova (Vahabova) Fəridə Veysəlqara qızı, X24, Nadirova (Xasiyeva) Sevil Veysəlqara qızı, X19, İddiaçı və Nadirova (Əhmədova) Tərlanə Veysəlqara qızının qalması barədə Quba RİHBnın İ Nügədi İƏD üzrə nümayəndəliyindən aldığı 719 və 720 saylı, xx xxxxxx 2018-ci il tarixli arayışları təqdim etsə də, qardaşı Mehman Nadirovun qanunsuz yolla aldığı Vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmədən onun ad ına Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin qeyri-mümkün olduğunu, həmin şəhadətnamənin etibarsızlığı və ləğvi barədə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Hazırda valideynlərinin vərəsəsi kimi hüququnu bərpa etmək istəyir, bunun üçün qardaşı Mehmanın adına verilmiş şəhadətnamə etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İkinci iddia üzrə iddiaçılar Cavabdeh1, X42, X44 cavabdeh İddiaçı qarşı, üçüncü şəxslər X15, X24, X18 və X14, Quba regional “ASAN xidmət” mərkəzi olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 154 kvadrat metr ümu mi sahəsi olan X3 miras qalmış fərdi yaşayış evinə, Nadirova Meyxanım Mövlud qızından miras qalmış 0,20 ha torpaq sahəsinə X19 tərəfindən mirasın qəbul edilməsi, həmin miras əmlakdan X13 düşən paydan onlara aid hissənin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1, X42 və X44 iddialarını onunla əsaslandırmışlar ki, Cavabdeh1 xx xxxxxxxx 1979-cu ildə X19 ilə rəsmi nikaha daxil olmuşdur. Nikahlarından xx xxxxxx 1983cü ildə X45, xx xxxx 1992-ci ildə X46 anadan olmuşdur. Cavabdeh1 hazırkı mübahisəli evə gəlin köçmüşdür. Mehman Nadirovun özündən başqa X15, X24, X18, X14 anadan olmuşdur. X7 fərdi yaşayış evi məxsus olmuşdur. Nadirova Meyxanım Mövlud qızına Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1997-ci il tarixli, 06 saylı qərarı ilə həmin fərdi yaşayış evi də daxil olduğu 0,20 ha torpaq sahəsi verilmişdir. X11 xx xxxxxx 1995-ci ildə vəfat etmişdir. Mehman Nadirov atasının dəfnini və yas mərasimini təşkil etmiş, digər oğlanları ilə birlikdə atasına qəbir daşı qoydurmuşdur. Bundan sonra qonşuluqda yaşayan anasının yanına daha çox gedib-gəlməyə başlamışdır. Nadirova Meyxanım Mövlud qızı xx.xx.2004-cü ildə ölmüşdür. Nadirova Meyxanım Mövlud qızı öldükdən sonra Mehman Nadirov anasının dəfnini və yas mərasimini təşkil etmiş, digər oğlanları ilə birlikdə anasına qəbir daşı qoydurmuşdur. Mehman Nadirov 2012-ci ildə xərçəng xəstəliyinə tutulmuş, müalicəyə ehtiyacı olduğundan anasının adına bankda olan əmanət pulunun alınması üçün Quba rayon notariat Kontoruna müraciət etmiş, xx.xx.2012-ci il tarixdə ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadət namə verilmiş, həmin şəhadətnamə əsasında Mehman Nadirov anasının adına olan pulu almış və müalicəsi üçün xərcləmişdir. Mehman Nadirov xx.xx.2013-cü ildə vəfat etmişdir. O, vəfat etdikdən sonra onlar Mehman Nadirovdan qalmış evdə yaşamaqla və torpaq sahəsini idarə etməklə mirası qəbul etmişlər. Bundan başqa Nadirova Meyxanım Mövlud qızı və X3 miras qalmış əmlaklara dair də vergiləri ödəmişlər və Mehman Nadirovdan qalmış mirası qəbul etdikləri kimi, Veysəlqara Nadirov və Meyxanım Nadirovadan qalmış mirası da qəbul etmişlər. X50 və Meyxanım Nadirovadan miras qalmış, Mehman Nadirova düşən payın alınması üçün Quba Rayon Notariat Kontruna müraciət etmişlər. Lakin Quba rayon Notariat Kontoru onlara mirasla bağlı şəhadətnamə verməkdən imtina etmişdir. İkinci iddia üzrə iddiaçılar tərəfindən işə ə lavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsindən məlum olur ki, X8 Nadirova qarşı mənzil hüququnun tanınması və mənzilə köçürmə tələbi ilə məhkəməyə müraciət etmiş iddiası rədd edilmiş, qətnamə sonrakı məhkəmə instansiyası tərəfindən qüvvədə saxlanılmışdır. Quba Rayon Məhkəməsinin (hakim R.Həsənov) 2(027)-1125/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə birinci iddia qismən təmin edilmiş, Quba rayon notariusu Z.N.Dəmirov tərəfindən verilmiş reyestrdə 2V/02-1950 nömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən, ½ hissədə etibarsız hesab edilmiş, ikinci iddia tam təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquql arın Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən miras qoyan Nadirova Meyxanım Mövlud qızından miras qalmış 0,20 ha torpaq sahəsinin ½ hissəsi olan miras, RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 154 kvadrat metr olan X3 miras qalmış fərdi yaşayış evinin ½ hissəsi olan miras X2 tərəfindən qəbul edildiyindən həmin əmlaklara münasibətdə onun ½ hissədə vərəsəlik üzrə miras payı müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Qub a rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsinin ½ hissəsi olan mirasa və RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 154 kvadrat metr olan fərdi yaşayış evinin ½ hissəsi olan mirasa X2nun payı müəyyən edildiyindən həmin əmlakın 3/6 hissəsinə hər birinin payı 1/6 olmaqla X9 vərəsələri Cavabdeh1, X21 və X22 vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edildiyi kimi xx.xx.1995-ci ildə vəfat etmiş X3 və xx.xx.2004-cü ildə vəfat etmiş Nadirova Meyxanım Mövlud qızından Quba rayonu İ Nügədi kəndində ümumi sahəsi 154 kvadrat metr olan fərdi yaşayış evi və 0,20 ha torpaq sahəsi miras qalmışdır. Onların ölümündən sonra vərəsələri Nadirov a (Vahabova) Fəridə Veysəlqara qızı, X24, Nadirova (Xasiyeva) Sevil Veysəlqara qızı, X19, İddiaçı və Nadirova (Əhmədova) Tərlanə Veysəlqara qızı qalmışdır. Vərəsələrdən Nadirova (Vahabova) Fəridə Veysəlqara qızı, X24, Nadirova (Xasiyeva) Sevil Veysəlqara qızı və Nadirova (Əhmədova) Tərlanə Veysəlqara qızı miras əmlakdan onlara çatası paydan imtina etmişlər. Vərəsə İddiaçı miras qalmış qeyd edilən yaşayış evində yaşayaraq mirası faktiki qəbul etmişdir. X2 Quba rayon İ Nügədi İƏV üzrə nümayəndəliyindən yalnız özünün vərəsə olması barədə arayış alaraq, Notariat Kontoruna özünü tək vərəsə kimi təqdim edərək miras qoyan Meyxanım Nadirovadan miras qalmış İ Nügədi 3409/034 № li filialda 215 saylı hesab üzrə qoyulmuş əmanət pulunun alınması ilə bağlı xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik h üququ haqqında şəhadətnamə almış və miras qoyan Meyxanım Nadirovadan qalmış miras əmlak pulunu almışdır. Mehman Nadirov xx.xx.2013-cü ildə Quba rayonu İ Nügədi kəndində ölmüşdür. Onun ölümündən sonra vərəsələri arvadı Cavabdeh1, qızları X46 və X42 ondan miras qalan JN-1422F, KOD 30319018 saylı Şəhadətnaməyə, xx.xx.1989-cu il tarixli 393 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Quba rayonu, İ Nügədi kəndində 0,10 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini qəbul etmişlər. X1 və Nadirova Meyxanım Mövlud qızından Quba rayonu İ Nügədi kəndində ümumi sahəsi 154 kvadrat metr olan fərdi yaşayış evi və 0,20 ha torpaq sahəsindən ibarət miras əmlak barəsində şərh olunan mübahisə yaranmışdır. Qətnamədən birinci iddia üzrə İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, öz i ddiasının tam təmin edilməsi, ikinci iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən ikinci iddia üzrə iddiaçılar da apelyasiya şikayəti verərək, qətnamənin birinci iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilib iddianın rədd olunmasını, ikinci iddia tələbi hissədə dəyişdirilərək, miras əmlak üzrə payların yenidən müəyyən olunmasnı xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Apelyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş xx.xx.2003-cü il tarixli vəsiyyətnamədən görünür ki, Nadirova Meyxanım Mövlud qızı Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi və üzərindəki evi oğlu X13 vəsiyyət edir. Apelyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş Quba rayonu 1-ci Nügədi kəndi üzrə təsərrüfatbaşına kitabdan çıxarışd an məlum olur ki, 1999-2004-cü illərdə mübahisəli miras əmlak hesab olunan yaşayış evində təsərrüfat üzvlərinin siyahısında Nadirova Meyxanım Mövlud qızının adı göstərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, X42, X22 apelyasiya şikayəti təmin edilməmiş, birinci iddia üzrə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddiasının təmin edilməsi, Quba rayon notariusu Z.N.Dəmirov tərəfindən X13 verilmiş, reyestrdə 2V/02-1950 ömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi qət edilmiş, Cavabdeh1, X21 və X22 cavabdeh İddiaçı qarşı iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.1995-ci ildə vəfat etmiş X6 və xx.xx.2004-cü ildə vəfat etmiş Nadirova Meyxanım Mövlud qızının vərəsələrindən yalnız İddiaçı miras əmlakı faktiki qəbul etmişdir. Belə ki, digər vərəsələrin özlərinin ayrıca yaşayış yerləri olmuş, bu gün də özlərinə məxsus evdə yaşayırlar. X20 vərəsələrini çıxmaq şərtilə qalan vərəsələr mirası qəbul edib-etməmələrindən asılı olmayaraq miras əmlakdan imtina etmişlər. İddiaçı mirasqoyanların sağlığında onlarla yaşamış, hazırda da onlardan miras qalmış yaşayış evində o, yaşayır. Başqa sözlə, İddiaçı valideynlərindən qalmış fərdi yaşayış evini və həmin e vin yerləşdiyi torpaq sahəsini faktiki qəbul edərək idarə etmişdir. O, evin maddi-məişət, kommunal xərclərini ödəmişdir. Hazırda da həmin ev onun sahibliyində və istifadəsindədir. Evin həyətyanı torpaq sahəsindən də o, istifadə edir. Başqa sözlə, o, qəbul etdiyi mübahisəli miras əmlakın açıldığı gündən mülkiyyətçisi hesab olunur. İddiaçı əmlaka sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini nümayiş etdirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ikinci iddia üzrə iddiaçıların vərəsələri olduğu Mehman Nadirovun miras əmlakı qəbul etməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, onun öz yaşayış evi olmuş, o, orada yaşamışdır. Qeyd edildiyi kimi miras əmlak hesab olunan evdə mirasqoyanların sağlığında və onlar öləndən sonra da İddiaçı yaş amışdır. Başqa sözlə, mərhum Mehman Nadirovun miras əmlakı faktiki qəbul etməsi istisna olunur. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Nadirova Meyxanım Mövlud qızı xx.xx.2004-cü ildə vəfat etdikdən 7 il sonra X5 İHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyindən ondan başqa digər vərəsələr olmaması, özünün evin tək övladı olması barədə arayış almışdır. O, həmin arayışı notariat orqanına təqdim edərək xx.xx.2012-ci il tarixdə anasının adına bankda olan əmanət pulunu almaq üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq, həmin şəhadətnamə əsasında bankda anasının adına olan 8239 rubl pulu almışdır. İş materiallarına əlavə edilmiş notariat işindən müəyyən edilmişdir ki, notarius mirasqoyanın digər vərəsələri barədə məlumat olub-olmamasına əhəmiyyət verməmişdir. Halbuki, bu onun vəzifə borcu olmuşdur. Mülki Məcəllənin 1318-ci maddəsinin tələblərinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinin tələblərinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Qeyd olunduğu kimi Mehman Nadirov notariusa müraciət edərkən digər vərəsələr olmasını notariusdan gizlətmiş, notarius isə öz növbəsində vəzifə borcunu yerinə yetirib vərəsələrin dairəsini müəyyən edilməsi üçün tədbirlər görməmişdir. Digər tərəfdən mirasqoyan Meyxanım Nadirova xx.xx.2004-cü ildə ölmüş, vərəsəlik şəhadətnaməsi xx.xx.2012-ci ildə, yəni 8 ildən sonra verilmişdir. Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə əlavə edilmiş notariat işində bununla bağlı hər hansı bir sübut müəyyən etməmişdir. Belə olan halda isə hazırda mübahis ələndirilən xx.xx.2012-ci ildə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarlı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən belə əqd etibarsızdır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, ikinci iddia üzrə iddiaçıların həmin şəhadətnaməyə istinad edərək mübahisəli miras əmlakın Mehman Nadirov tərəfindən faktiki qəbul edilməsi barədə dəlilləri əsassızdır. İkinci iddia üzrə iddiaçılar apelyasiya baxışı zamanı məhkəməyə Nadirova Meyxanım Mövlud qızının Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi və üzərindəki evi oğlu X13 vəsiyyət etməsi barədə xx.xx.2003-cü il tarixli vəsiyyətnaməsini təqdim etmişər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin vəsiyyətnamənin hazırda heç bir əhəmiyyəti yoxdur. Daha öncə qeyd olunduğu kimi Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İşin tədqiq olunan hallarından ən azı belə məlum olur ki, mərhum Mehman Nadirov notariusa miras əmlaka dair ona vəsiyyətnamə verilməsi barədə məlumat verməmişdir. O, yalnız mərhum anasının bankda olan əmanət pulu barədə ərizə vermiş və mirasın da həmin puldan ibarət olmasını bildirmişdir. Eləcə də, o, ərizəsində ona vəsiyyət üzrə deyil, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşin bu halına görə mərhum Mehman Nadirovun hazırda mübahisələndirilən miras əmlakı qəbul etmək niyyətində olmaması da istisna olunmur. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. İstinad olunan maddənin əsas dispozitiv şərtindən də göründüyü kimi, bütün hallarda miras qanunda müəyyən edilmiş müddət ərzində qəbul edilməlidir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunan faktiki hallarından göründüyü kimi mərhum M ehman Nadirov vərəsə olaraq qanunda nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməmişdir. O, atasına dair miras açıldıqdan 18 il, anasına dair miras açıldıqdan 9 il sonra ölmüşdür. Başqa sözlə, miras əmlak Mehman Nadirovun sağlığında, yuxarıda göstərilən kifayət qədər vaxt ərzində qəbul edilməmiş, bununla bağlı ən azı mübahisə açılmamışdırsa irsi transmissiyadan söhbət gedə bilməz. İşdən göründüyü kimi ikinci iddia üzrə iddiaçılara Quba rayon Notariat Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx xxxxxxxx 2013-cü ildə vəfat etmiş X9 Quba rayonu, İ Nügədi kəndində 0,10 ha torpaq sahəsindən ona çatan hissə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element i sə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, miras əmlakın ikinci iddia üzrə iddiaçılar, yaxud hüquqi varisləri olduğu Mehman Nadirov tərəfindən qanunla müəyyən olunmuş qaydaya riayət etməklə qəbul edilməsi faktı öz təsdiqini tapmamışdır. İşin faktiki hallarına Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən yanaşdıqda aydın olur ki, ikinci iddia üzrə iddiaçı şəxslər bu iddianı vermək üçün sübyektiv hüquqa malik olmamışlar. Apellyasiya instansiyası məhkəməsi ikinci iddia üzrə iddiaçıların ilk iddia tələbinə dai r iddia müddətinin tətbiqi barədə dəlillərinə də qiymət verərək qeyd etmişdir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında məhkəmə qərarı çıxarılanadək iddia müdətinin tətbiqi barədə verilmiş ərizə yoxdur. Həmin ərizə ikinci iddiaçların apelyasiya şikayətinə əlavə edilmişdir. Bundan başqa məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 384.0, 384.0.3 və 384.0.5-ci maddələrinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, habelə dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil olunmur. İşin yuxarıda qeyd olunduğu hallarından göründüyü kimi, İddiaçı miras əmlak hesab olunan evdə istər valideyinlərinin sağlığında, istərsə də onlar öləndən sonra yaşamış, hazırda da həmin evdə o, yaşayır, evin yerləşdiyi torpaqdan istifadə edir. İddiaçı miras əmlakı mirasqoyan öldüyü vaxtdan faktiki qəbul etmiş, Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən həmin vaxtdan da həmin əmlakların mülkiyyətçisi hesab olunur. Ona görə də, apellyasiya instansiyası məhkəm əsi hesab etmişdir ki, hətta hazırki iddianı qaldırmaq üçün onun iddiası üzrə cavabdehin bildirdiyi kimi müddət keçmiş olsaydı belə həmin tələblərə iddia müddəti şamil olunmur. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, X42, X44 apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişlər. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi onların apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1, X42, X44 (vəkil X57) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu a pellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı qardaşı Mehman Nadirova verilmiş 2V/02-1950 nömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edən zaman həmin şəhadətnamənin verilməsindən hələ 2012-ci ildə məlumatı olmuş, anası miras qoyan 2004-cü ildə ölməsinə baxmayaraq heç bir vərəsə o cümlədən İddiaçı miras qoyanlardan qalmış miras əmlakla bağlı, həmçinin əmanət kitabçasında göstərilmiş pulla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə almamış, 2012-ci ildə Mehman Nadirov özündə olan anası Meyxamm Nadirovaya məxsus əmanət kita bçasında göstərilmiş pulu almış, bundan 8 il keçdikdən sonra Nadirov qardaşı Mehman Nadirova verilmiş 2V/021950 nömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli Vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respubk Mülki Məcəlləsinin 1272-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1, X42, X22 vəkili X57 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı və X21 nümayəndəsi X52 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasında iştirak etməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə ikinci iş üzrə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhk əməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İşdən görünür ki, Cavabdeh1, X42 və X44 eyni dəlilləri iddia ərizəsində, birinci iddiaya dair etirazlarında, məhkəmə iclaslarında verdikləri izahatlarında və nəhayət apellyasiya şikayətində irəli sürmüş, apellyasiya məhkəməsi həmin dəlillərə tam, hərtərəfli və obyektiv hüquqi qiymət vermişdir. xx xxxxxx 1995-ci ildə vəfat etmiş X6 və xx xxxxxx 2004-cü ildə vəfat etmiş Nadirova Meyxanım Mövlud qızının vərəsələrindən İddiaçı mirasqoyanların sağlığından hal-hazıra kimi miras qalmış yaşayış evində ailəsi ilə birlikdə yaşaması, evin həyətyanı torpaq sahəsindən istifadə etməsi, evə və torpaq sahəsinə dair vergi və digər ödənişləri etməsi ilə mirası faktiki qəbul etməsi, iddiaçıların vərəsəsi olduğu Mehman Nadirovun miras əmlakı qanunla müəyyən edilmiş müddətdə qəbul etməməsi, sonuncunun özünün yaşayış evinin olması, ailəsi ilə həmin evdə yaşaması tədqiq olunmuş sübutlara öz təsiqini tapması barədə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. X6 vəfatından sonra mərhuma məxsus qızıl qol saatını özünə xatirə kimi ğötürməsini apel lyasiya məhkəməsi haqlı olaraq Mehman Nadirov tərəfindən mirasın faktiki qəbulu kimi dəyərləndirməmişdir. MM-nin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsənin mirasın bir hissəsinə sahiblik etməyə faktik başlaması mirasın qəbulu niyyətilə olmalı, mirasın qəbulu müddəti başa çatandan sonra miras əmlakı idarə etməli, yaxud başqasının idarəçiliyinə verməli, faktiki sahibliyi həyata keçirməlidir. Mehman Nadirovun aatsından qalmış yaşayış evi ilə bağlı sonrakı hərəkətsizliyi onun atasından xatirə olaraq qol saatını özünə götürməsini mirası qəbul etmək niyyətilə etməməsi qənaətinə gəlməyə əsas verir. xx xxxxxx 2004-cü ildə v əfat etmiş Nadirova Meyxanım Mövlud qızından qalmış mirasın Mehman Nadirov tərəfindən qəbul edilməsinə dair kassasiya şikayətinin dəlillərinə gəldikdə isə işdən görünür ki, Meyxanım Nadirova vəfat etdikdən 7 il sonra X66 İHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyindən ondan başqa digər vərəsələr olmamasına dair həqiqəti əks etdirməyən arayış əldə etmiş, həmin arayışı notariat orqanına təqdim edərək xx.xx.2012-ci il tarixdə anasının adına bankda olan 8239 rubl pulu əmanət pulunu almaq üçün Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mehman Nadirov bu halda da mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürməklə 7 il sonra notariat orqanına müraciət etmiş, miras qoyanın digər vərəsələrinin olmasını notariusdan gizlətmiş, 0,20 ha həyətyanı torpaq sahəsinin də Meyxanım Nadi rovadan miras qaldığını göstərməmiş, həmin torpaq sahəsinin də Vərəsəlik hüququ haqqında şəhadətnaməyə miras əmlakın kütləsi kimi göstərilməsinə təşəbbüs göstərməmişdir. Müddət ötürülməklə və qanun pzuntusu ilə Mehman Nadirovun adına verilmiş Vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızılığı barədə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ikinci iddia üzrə iddiaçıların məhkəməyə təqdim etdikləri Nadirova Meyxanım Mövlud qızının Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi və üzərindəki evi oğlu X13 vəsiyyət etməsi barədə xx.xx.2003-cü il tarixli vəsiyyətnaməyə, ilk iddia tələbinə dair iddia müddətinin tətbiqi barədə dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-nin 1243.2, 1248, 1252-ci, 384.0, 384.0. 3 və 384.0.5-ci maddələrinə istinad olunmaqla düzgün hüquqi qiymət verimişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi nin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1, X42, X44 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-233/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov