Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-9/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, Roghieh Hassanzadehin cavabdehlər X9, Cavabdeh2 (üçüncü şəxslər 4 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-43/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsind ən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçılar İran İslam Respublikasının vətəndaşlarıdır. Azimi Einollah iddiaçılarıdan X1 əridir, onların nikahı İran İslam Respublikasında bağlanıb. Digər iddiaçılar Azimi Einollahın övladlarıdır;
3. Cavabdeh Əzimi X12 Einollahın Azərbaycan Respublikasında qeyri-rəsmi nikahından doğulan oğludur. Cavabdeh2 isə Azimi Einollah faktiki nikahda olduğu arvadı, həmçinin digər Cavabdeh1 anasıdır;
4. Mübahisələndirilən əmlak Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0,159 ha olan torpaq sahəsi və onun üzərində yerləşən bağ evidir;
5. Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0,159 ha olan torpaq sahəsində yerləşən 1 otaqlı 137 V saylı bağ evi X4 tərəfindən Azimi Einollaha alqı-satqı yolu ilə 13 aprel 2007-ci ildə satılmış, xx.xx.2007-ci ildə xüsusi mülkiyyətinə keçmişdir. Azimi Einollah xx.xx.2017-ci il tarixli etibarnamə ilə X7 həmin bağ evinə dair sərəncam verməyi etibar etmişdir. Evdə aparılmış dəyişikliklə əlaqədar mülkiyyət hüququna dair çıxarış xx.xx.2018ci ildə yenisi ilə əvəz edilmişdir. X11 qeyd edilən etibarnamə əsasında xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə bağ evini Azimi Einollahın adından Cavabdeh1 Eynollah oğluna bağışlamış, bağ evi sonuncunun adına 07 may 2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azimi Einollah 10 may 2018ci ildə İran İslam Respublikasında vəfat etmişdir;
6. Qubadlı Rayon Məhkəməsinin 2(028)-346/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Azimi Einollaha məxsus ünvan 2-nin Cavabdeh1 bağışlaması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilmiş və həmin müqaviləyə əsasən Cavabdeh1 adına olan ünvan 2-yə dair verilmiş çıxarış ləğv edilmiş, etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir;
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-755/2021 nömrəli, 13 mart 2021-ci il tarixli qətnaməsi ilə Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(028)-346/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;
8. Azərbaycan Respubl ikası Ali Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayətinin təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-755/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır;
9. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra bağ evinə xx.xx.2022-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və “ər-arvadın ümumi əmlakındakı paya (sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnamə verilmişdir. Həmin tarixdə “Miras payın bağışlanması müqaviləsi” bağlanmış, İddiaçı1, X17, İddiaçı5 Ainollah və İddiaçı2 Einollah onlara düşən miras paylarını Assanzadeh Roghayehə bağışlamışlar. Bundan sonra mübahisəli bağ evi 11/12 hissədə Həsənzadeh Roghayenin adına xüsusi mülkiyyət hüququ əsasında 10 fevral 2022-ci ildə qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Yerdə qalan 1/12 hissə açıq saxlanılmışdır;
10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-187/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Notariat Ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında şəhadətnamənin, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tari xli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınması qət edilmiş, iddia tələbinin müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair hissəsi təmin edilməmişdir;
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-950/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Roqhayeh Hassanzadeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissələrdə qismən təmin edilməsi, iddia tələbinin mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi, cavabdeh Roqhayeh Hassanzadehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının mərhum Einollah Azimidən miras qalmış 1/2 hissə əmlaka vərəsəlik payının müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir;
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3962/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının kassasiya şikayəti təmin edilm əmiş, cavabdeh Roqhayeh Hassanzadehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 24 iyun 2023-cü il tarixli qətnaməsi, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, xx.xx.2022-ci il tarixdə bağlanmış “Miras payın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınması tələblərinə aid hissədə (birinci instansiya məhkəməsinin qətnaməsinin “cavabdeh Roqhayeh Hassanzadehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi v ə ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı Cavabdeh1 vərəsəlik hüququnun tanınmasının ləğv edilməsi” hissəsində, “cavabdeh Roqhayeh Hassanzadehn adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı Cavabdeh1 mərhum Einollah Azimidən miras qalmış 1/2 hissədə əmlaka vərəsəlik payının müəyyən edilməsi” hissəsində, habelə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmiş, qətnamə “mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv olunması” tələbinin və “vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində notariat Ofisinin üzərinə qoyulması” tələblərinin rədd olunmasına aid hissələrdə dəyişdirilmədən saxlanılmışdır;
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-521/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Roqhayeh Hassanzadeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi, сavabdeh Roqhayeh Hassanzadehin adına verilmiş m ülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı Cavabdeh1 vərəsəlik hüququnun tanınması, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Roqhayeh Hassanzadeh, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 müştərək qaydada alınaraq iddiaçı Cavabdeh1 ödənilməsinə dair hissədə ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi qət olunmuşdur;
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2728/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)521/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçılar iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azimi Einollah tərəfindən ünvan 2 ünvanında yerləşən bağ evinin Cavabdeh1 hədiyyə edilməsinə dair 16 aprel 2018-ci il tarixli, 4Ə-692 reyestr nömrəli bağışlama müqaviləsinin bağ evinin 5/10 hissədə ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın ləğv edilməsi, iddiaçıların hər birinin həmin evin 1/10 hissəsinə və torpaqdan istifadə hüququnun 1/10 hissəsinə vərəsəlik hüquqlarının tanınması, iddiaçıların evə köçürülmələri, evdən və torpaq sahəsindən istifadələrinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, Cavabdeh2 yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və onun bağ evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırılmışdır ki, Azimi Einollahın bağ evini Cavabdeh1 adına özgəninkiləşdirilməsi barədə iddiaçılara Azimi Einollah vəfat etdikdən sonra, bu yaxınlarda bağ evinə vərəsəlik şəhadətnaməsi almaq məqsədilə nümayəndələri vasitəsilə bağ evinə dair reyestr məlumatlarını aldıqdan sonra məlum olmuşdur. Buna qədər cavabdehlər və Azimi Einollahın özü iddiaçılara deməmişdir. Ona görə də iddiaçıların məlumatı olmamışdır. Hazırda ev Cavabdeh1 mülkiyyətində, torpaq sahəsi isə istifadəsində olduğundan, iddiaçılar qanun üzrə vərəsəlik şəhadətnaməsi və çıxarış ala bi lmirlər.
17. Birinci instansiya məhkəməsində Cavabdeh2 vəkili iddiaya etiraz edərək göstərmişdir ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 atası Ağakişi Ağayevin istifadəsinə verilmişdir. Bundan sonra Ağakişi tərəfindən həmin sahədə bir neçə tikili tikilmişdir. Bağ evindən birinin ümumi sahəsi 45,52 kv.m, digəri isə 3 mərtəbəli yaşayış binası olmuşdur. 2007-ci ildə Əzimi Eynullah bildirmişdir ki, Azərbaycanda 5 illik oturum icazəsi almaq üçün mülkiyyətində daşınmaz əmlakın olması zəruridir. Bu səbəblə X16 Eynullah ilə alqı-satqı müqaviləsi bağlayaraq ümumi sahəsi 45,52 kv.m olan bağ evini ona satmışdır. Müqavilə bağlanarkən Eynullah tərəfindən Firəngizin atasına hər hansı bir məbləğdə pul ödənilməmişdir. Ağakişi Ağayev 2008-ci ildə vəfat etmiş və cəfat etməzdən əvvəl həmişə bildirmişdir ki, m übahisəli bağ evini Cavabdeh1 vermək niyyətindədir, unu mərhum Eynullah da bilmişdir. 2018-ci ildə razılıq olmuşdur ki, bağ evini bütünlükdə Firənzin adına qeydiyyata keçirsinlər, Ə.Eynullah da həmin evi oğluna bağışlamışdır. İddia əsassız hesab edilməlidir. Əvvəla, işin faktiki hallarından da görünür ki, ev formal olaraq Eynullahın mülkiyyətinə verilmişdir, ev əsl mülkiyyətçisi Ağakişi Ağayevin iradəsi əsasında Cavabdeh1 bağışlanmışdır. Bu baxımdan mübahisəli bağ evi miras kütləsinə daxil deyildir. İkincisi, əgər miras kütləsinə daxil edilsəydi belə, iddia yenə də rədd edilməli idi.qanunla vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: formal və qeyriformal. Mirasın qəbulunun formal üsulu dedikdə, vərəsənin notariat kontoruna ərizə verməsi başa düşülür. Qeyri-form al üsul isə konkret rəftar və hərəkətləri ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. İddiaçılar qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirdikləri əmlakı nə formal üsulla, nə də qeyri-formal üsulla qəbul etməmişlər. Belə olan halda, iddiaçıların irəli sürdükləri bağ evi və torpaq sahəsinə vərəsəlik hüquqlarının tanınması barədə tələblərinin əsassız olduğu məlum olur. Bu tələbin əsassız olması ilə digər törəmə tələblər də əsassız hesab edilməlidir.
18. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Azər İsmayılov) 2(060)-9286/2019 nömrəli, 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
19. Birinci instansiya məhkəməsinin iddianın bağışlama müqaviləsinin 5/10 hissəsində ləğv edilməsinə dair hissədə mövqeyi ondan ibarət olmuşdur ki, vəsiyyətna mənin olmadığı təqdirdə miras əmlakda məcburi payın əldə olunmasından söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, miras qoyan vəfat etdiyi vaxt mübahisə predmeti olan bağ evi onun övladı Cavabdeh1 məxsus olmuşdur. Belə olduğu təqdirdə iddia tələbi bu hissədə təmin edilə bilməz. Mübahisələndirilən bağışlama müqaviləsində hər hansı bir şərt və ya MM-nin 673.1-ci maddəsində göstərilmiş halların hər hansı biri mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, bağışlama müqaviləsinin ləğvi üçün heç bir əsas mövcud deyil.
20. Birinci instansiya məhkəməsi bu hissədə mövqeyini əsaslandırarkən MM-nin 1200, 1145, 1243.1, 1179.1, 1193, 670.1, 670.3, 673.1, 673.3, 673.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
21. Bundan başqa, məhkəmə mübahisələndirilən bağışlama müqaviləsinin ləğv edilm əsi üçün heç bir əsas mövcud olmadığından iddia ərizəsində göstərilən digər iddia tələblərini də əsassız hesab etmişdir.
22. Məhkəmə öz mövqeyini MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçılar apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
24. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı1 mübahisəl bağ evində qeydiyyatdadır. Qüvvədə olan qanunvericiliyə görə həmin ev onun daimi yaşayış yeridir. Atasının vəfatı ilə o, mirası faktiki qəbul etmiş hesab olunur. Bundan başqa İddiaçı1 və digər iddiaçılara İİR-da mərhumun vəfatından sonra ona məxsus olmuş bütün əmlaka vərəsəlik şəhadə tnaməsi verilmişdir. Mirasın açıldığı yer mərhumun daimi yaşadığı və öldüyü İİR-dır. Məhkəmə belə mühüm xüsusata əhəmiyyət verməmişdir.
25. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-43/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli, qətnaməsi ilə (hakimlər Səyyad Qafari, - sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov və Telman Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, brinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Roghieh Hassanzadehin ünvan 2 ünvanında yerləşən bağ evinə köçürü lməsi qət edilmiş, iddia tələbləri qalan hissədə rədd edilmişdir.
27. Məhkəmə kollegiyası tərəfindən eyni tarixdə qəbul edilmiş qərardadla çıxarışın ləğv edilməsi hissəsində iddia tələbinə dair iş üzrə icraata xitam verilmşdir.
28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qüvvədə olan məhkəmə aktları ilə Azimi Einollaha məxsus ünvan 2-nin Cavabdeh1 bağışlaması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilməklə həmin müqaviləyə əsasən Cavabdeh1 adına olan ünvan 2-yə dair verilmiş dövlət reystri tərəfindən verilmiş çıxarış ləğv edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan bağışlanma müqaviləsi etibarsız hesab olunduğundan, artıq həmin əqdin ayrıca icraat qaydasında ləğv edilməsi üçün əsas yoxdur.
29. Məhkəmə kollegiyası evə köçürülmə tələbi ilə bağlı qeyd etmişdir ki, həmin evin 11/12 hissəsi üzərində iddiaçı Roghieh Hassanzadehin mülkiyyət hüququ olduğundan, hazırkı halda yalnız Roghieh Hassanzadehə münasibətdə iddia tələbi evə köçürülmə hissəsində təmin edilməli, digər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 münasibətdə isə təmin edilməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi “iddiaçı Roghieh Hassanzadeh ünvan 3 ünvanında yerləşən bağ evinə köçürülməsi” hissəsində ləğv edilməsinə, iddiaçıların iddia tələblərinin bütünlüklə rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsində MM-nin 215.1, 220.1-220.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə kollegiyası iddiaçı Roghieh Hassanzadehin mübahisəli bağ evinə köçürülməsini qeyd olunan maddi hüquq normalarının tələblərinə riayət edilməklə yerinə yetirilə bilərdi. Məhkəmə kollegiyası MPM-in Azərbaycan Respublikası MPM-nin 218.1, 220-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının imperativ tələblərinə riayət etməmiş, qəbul etdiyi qətnamədəki gəldiyi nəticəni düzgün əsaslandırmamışdır. Məhkəmə kollegiyasının iddi anın təmin edildiyi hissədə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla iddiaçı Roghieh Hassanzadehin ünvan 2 ünvanındakı bağ evinin 11/12 hissəsi üzərində əldə etdiyi mülkiyyət hüququ qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İkincisi isə birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının sözügedən bağ evi üzərində hər hansı bir hüququ mövcud olmamışdır.
32. Cavabdeh1 da (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi “iddiaçı Roghieh Hassanzadeh ünvan 3 ünvanında yerləşən bağ evinə köçürülməsi” hissəsində ləğv edilməsinə, iddiaçıların iddia tələblərinin bütünlüklə rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Roghieh Hassanza dehin ünvan 4 ünvanındakı bağ evinin 11/12 hissəsi üzərində əldəetdiyi mülkiyyət hüququ qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Çünki iddiaçılara mübahisəli bağ evinə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericliyin tələbləri açıq-aşkar şəkildə pozulmuşdur. Nə cavabdeh X3, nə də digər cavabdehlər ünvan 1 ünvanında yerləşən bağ evinə dair mirası nə formal üsulla, nə də ki qeyri-formal üsulla qəbul etməmişlər. Miras qoyan-atası E.Əzimi vəfat etdikdən sonra o, ünvan 1 ünvanında yerləşən bağ evində faktiki yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Cavabdehlər isə mirası nə faktiki olaraq qəbul etmiş, nə də 3 ay ərzində sözügedən mirası qəbul etmələri üçün notariat orqanına müraciət etməmişlər. Mirasın açılmasından xeyli müddət – 3 il 8 ay keçdikdən sonra, notariat ofisinin notariusu tərəfindən X2 və digərlərinin adına “Qanun üzrə Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsi tamamilə qanunsuz olmuşdur. Bundan başqa mübahisəli bağ evinin üzərində hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsi qoyulmuş məhdudiyyət mövcud ola-ola cavabdehin mübahisəli bağ evinə dair mülkiyyət hüququnu təsdiq edən Çıxarış alması da qanunvericiliyin tələblərinin açıq-aşkar şəkildə pozulmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
35. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1505/2023 nömrəli, 8 may 2023-cü il tarixli qərardadı ilə hazırkı işin icraatı iddiaçı Cavabdeh1 cavabdehlər X3, 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğvi, miras əmlaka vərəsəlik hüququnun tanınaraq, müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələblərinə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qüvvəyə minənə qədər dayandırılmışdır.
36. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-9/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə icraatın dayandırılmasına səbəb olmuş hal aradan qalxdığı üçün işin icraatı təzələnmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Mübahisəyə mahiyyəti üzrə baxan apelyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, evin 11/12 hissəsi üzərində iddiaçı Roghieh Hassanzadehin mülkiyyət hüququ olduğundan, ona münasibətdə iddia tələbi evə köçürülmə hissəsində təmin edilməlidir.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sü butlar araşdırılmış, onlara və cavabdehlərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
49. Belə ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 37-38).
50. Qeyd edilməlidi r ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-43/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.