Məhkəmə qərarları › İş №2(102)-902/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-902/2022

02.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-902/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1085/2021 nömrəli iş üzrə 06 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 02 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi: İşin halları: Zaqatala rayon Aşağı Tala kəndində 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 25 sentyabr 2018-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olmuş və 27 yanvar 2020-ci il tarixdə həmin evin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh1 arasında müqavilə bağlanmışdır. Alqı-satqı müqaviləsi Zaqatala rayonunun 2 saylı notariat ofisində təsdiq edilmiş, müqavilədə evin satış qiyməti 25.000 manat məbləğində göstərilmişdir. 04 fevral 2020-ci il tarixdə Cavabdeh1 evə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Bundan sonra Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər İddiaçı və qeyriləri tərəfindən onun mülkiyyətində olan torpaq sahəsindən və ev dən istifadəsinə törədilən maneələrə son qoyulması və cavabdehlərin həmin evdən və torpaq sahəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş həyat yoldaşı X1 təklifi ilə kommersiya ilə məşğul olmaq üçün Lombard fəaliyyəti ilə məşğul olan Cavabdeh1 və Cavabdeh2 20.000 ABŞ dolları məbləğində borc almasını və sonuncuların təqidi ilə evinə dair alqı-satqı müqaviləsini bağlamalarını, aralarında olan razılığa əsasən borcu qaytardıqdan sonra cavabdehlərin evi ona qaytarmalı olmalarını, alqısatqı müqaviləsinin formal bağla nmaqla əslində evin borc müqaviləsinin təminatı olaraq girov qoyulmasını və s. əsas göstərməklə 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən M.C.Nəzirovanın adına verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-103/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim: T.H.Həsənov) iddia təmin edilmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı Cavabdeh1 xeyrinə 25.000 manat tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxa rılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1085/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.İ.Məlikov və E.Ş.Hüseynov) apellyasiya şikayəti təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(033)-103/2021 saylı qətnaməsi ləğv edilmiş və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək cavabdehlə onun arasında əslində borc münasibətinin olmasını, alqı-satqı müqaviləsinin borcun qaytarılmasının təmi natı kimi bağlanmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1085/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1 Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının po zulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə y önəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli ev iddiaçının arvadı Nın "xxxx" QSC ilə bağladığı 25 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edilmiş və həmin ev kreditin ödənilməsi ilə əlaqədar 10 yanvar 2020-ci il tarixdə yüklülükdən azad edildikdən sonra 27 yanvar 2020-ci il tarixdə həmin evə dair Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının həmin evi yenidən ipoteka qoymaqla kredit götürmək imkanına malik olmasına baxmayaraq həmin imkandan istifadə etmədiyinə görə, apellyasiya instansiyası məhkəməsi iddiaçının alqı-satqı müqaviləsini əsli ndə cavabdehdən aldığı borcun müqabilində girov qoymasına dair göstərdiklərini inandırıcı hesab etməmişdir. Müəyyən olunduğu kimi tərəflər arasında notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlanmış, bu zaman əqdin etibarsızlığı üçün əsas verən Mülki Məcəllədə müəyyən olunmuş hər hansı bir pozuntuya yol verilməmişdir. Alqı-satqı müqaviləsindən əvvəl Cavabdeh2 tərəfindən “Finex kredit” BOKT-dan 20.000 ABŞ dolları məbləğində kredit götürülmüş, evin alqı-satqısı ilə əlaqədar iddiaçıya 25.000 manat verilmiş, bundan başqa evin yüklülükdən azad edilməsi üçün iddiaçının arvadı Gülnar Məmmədovaya 12.000 manat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-347-ci maddələrində əqdin etibarsız sayılmasının əsasları müəyyən olunmuşdur. Əqd o zaman etibarsız sayıla bilər ki, həmin ə saslardan hər hansı birinin və eləcə də qanunda bilavasitə göstərilmiş əsasların mövcud olması sübuta yetirilmiş olsun. İddiaçı alqı-satqı müqaviləsinin etibarsız sayılmasını tələb edərkən tələbinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə iş üzrə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələ rini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1085/2021 nömrəli iş üzrə 06 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar