Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-903/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-903/21 (Açar sözlər: ödənilmiş kirayə haqqının tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)6511/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncu ilə xx xxxx 2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən evi sökməsi və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa ediləcək binadan ümumi sahəsi 50,16 kv.metr olan tam təmirli mənzili onun mülkiyyətinə verməyi, eləcə də tikinti tam başa çatana və tam təmirli mənzil ona təhvil veriləcək günədək aylıq 350 manat kirayə haqqının 3 ay birdəfəlik ödəniş qaydasında ödəməsi, 24 ay müddətində tikintinin tamamlaması barədə 39 saylı müqavilə bağladığını, cavabdeh ilkin olaraq ümumilikdə 3 ay kirayə haqqını ödəməsinə baxmayaraq 2019-cu ilin iyun ayından etibarən öhdəliyini icra etm ədiyini, yeni binanın tikintisinin də yarımçıq dayandırıldığını irəli sürmüş və buna görə də cavabdehdən xx xxxx 2019-cu il tarixdən iddia qaldırılan vaxta, yəni xx xxxxxx 2020-ci il tarixədək hesablanmış 3.150 manat kirayə haqqının tutulması, mənzilin ona təmirli şəkildə verilən günə qədər aylıq 350 manat kirayə haqqının vaxtında ödənilməsi öhdəliyini yerinə yetirməsi, xx xxxx 2020-ci il tarixədək ünvan 1 ünvanda inşa edilən yeni çoxmənzilli, hündürmərtəbəli, yaşayış binasının ümumi sahəsi 50,16 kv.metr olan tam təmirli mənzilin (mətbəx mebeli quraşdırılmış) onun mülkiyyətinə verilməsi, mənzilin təhvil-təslim etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilmiş dövlət rüsumuna görə 30 manat, vəkilə ödənilmiş xidmət haqqının əvəzinə görə 210 manat pulun tutulub ona ödənilməsi barədə q ətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.M.Mustafayev) iddia qismən təmin edilərək, cavabdehdən xx xxxx 2019-cu ildən xx xxxxxx 2020-ci il tarixədək hesablanmış 3.150 manat ödənilməmiş kirayə haqqının, 30 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində cavabdeh tərəfindən inşa edilən çoxmərtəbəli binadan iddiaçıya təmirli şəkildə mənzil verilən günədək aylıq 350 manat kirayə haqqının vaxtında ödənilməsi və mənzilin təhvil-təslim etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəld iyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə cavabdeh iddiaçının mülkiyyətində olan mənzili söküb, həmin ərazidə inşa ediləcək binadan ona faktiki sahəsindən 20 faiz miqdarında əlavə, yəni ümumi sahəsi 50,16 kv.metr olan təmirli mənzil verməyi, habelə binanın tikintisi başa çatanadək və cavabdeh təmirli mənzillə təmin edilənədək onun müvəqqəti normal yaşayışını təmin etmək üçün kompensasiya şəklində aylıq 350 manat kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad etməklə mütəmadi olaraq hər üç aylıq ödənişi birdəfəyə ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini yerinə yetirməyib. Eyni zamanda iddiaçı cavabdehdən ümumi sahəsi 50,16 kv.metr olan tam təmirli mənzilin onun mülkiyyətinə verilməsini iddia etsə də, onun iddia etdiyi mənzil dövlət qey diyyatına alınmayıb. Belə olan halda iddiaçının daşınmaz əmlaka mülkiyyət hüququ əmələ gəlməyib. Bu səbəbdən də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini 178.1, 178.2, 752.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd olunması və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən və məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apelyasiya şikayəti təmin edilərək, iş üzrə B akı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehdən xx xxxx 2019-cu ildən xx xxxxxx 2020-ci il tarixədək hesablanmış 3.150 manat ödənilməmiş kirayə haqqının, 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən cavabdeh tərəfindən inşa edilən çoxmərtəbəli binadan iddiaçının təmirli şəkildə mənzil verilən günədək aylıq 350 manat kirayə haqqının vaxtında ödənilməsi və mənzilin təhvil-təslim etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilib, həmin hissədə də iddia rədd edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mülki qanunvericiliyin tələbləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəl ik hüquq münasibətləri yaranıb və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Tərəflər, arasında xx xxxx 2018-ci ildə müqavilə bağlanıb və cavabdeh iddiaçının qeydiyyata olduğu mənzilin yerində inşa ediləcək binadan ümumi sahəsi 50,16 kv.metr olan tam təmirli mənzili onun mülkiyyətinə verməyi, eləcə də tikinti tam başa çatana və tam təmirli mənzil ona təhvil veriləcək günədək aylıq 350 manat kirayə haqqını 3 aylıq birdəfəlik ödəniş qaydasında ödəməyi, habelə 24 ay müddətində tikintinin tamamlaması barədə öhdəlik götürdüyünü mübahisələndirmirlər; bununla belə, həmin müqavilənin 8-ci bəndində iddiaçının xüsusi öhdəliyi müəyyənləşdirilib. Belə ki, iddiaçı, Nərimanov Rayon Məhkəməsində öz oğlu Füzuli Hüseynova qarşı qaldırdığı “bağışlamanın ləğv edilməsi” iddia sı üzrə çıxarılacaq yekun məhkəmə aktı onun ziyanına olacağı təqdirdə hazırda istinad etdiyi müqavilədən sonuncunun xeyrinə imtina etməyi öhdəsinə götürüb. Həmçinin iddiaçının “xx xxxx 2019-cu ildən iddia qaldırılan vaxtadək, yəni xx xxxxxx 2020-ci il tarixədək hesablanmış 3.150 manat ödənilməmiş kirayə haqqının tutulması” tələbi əsaslı hesab edilə bilməz, belə ki, onun öz oğlu Füzuli Hüseynova qarşı Nərimanov Rayon Məhkəməsində qaldırdığı iddia üzrə çıxarılmış qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxx 2019cu il tarixli Qərarı əsasında qanuni qüvvəyə minib və istinad etdiyi müqavilənin təfsirinə görə cavabdeh, məhz həmin tarixədək ona kirayə haqqı ödəmək öhdəliyi daşımışdır. Ona görə də iddiaçının “Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən cavabdeh tərəfində n inşa edilən çoxmərtəbəli binadan ona təmirli şəkildə mənzil verilən günədək aylıq 350 manat kirayə haqqının vaxtında ödənilməsi və mənzili təhvil-təslim etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi də təmin oluna bilməz və bu tələblə bağlı əlavə əsaslandırlmasına zərurət yoxdur. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 14.2.1, 324, 386.1, 404-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslındırıb. İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəl illəri Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində ləğv edib, həmin hissədə iddianı rədd edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və cavabdeh “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzürsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəs inə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 324.1 və 324.2-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişd irilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəyə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərf i mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin bel ə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsin in işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayə tində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, ünvan 2 ünvanda yerləşən 20 saylı mənzil iddiaçının mülkiyyətində olub və sonuncu həmin mənzili xx xxxx 2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən oğlu Füzuli Hüseynova bağışlayıb. Həmin mənzil xx xxxxxx 2005-ci il tarixdə mülkiyyət hüququ üzrə Füzuli Hüseynovun adına dövlət qeydiyyatına alınıb. Eyni zamanda qeyd olunan ünvanda Nərimanov rayon İHB-nın xx xxxxxx 2017-ci il tarixli sərəncamına əsasən, hündürmərtəbəli binanın inşasını həyata keçirən cavabdeh mənzildə qeydiyyatda olan iddiaçı ilə xx xxxx 2018-ci il tarixli, 39 saylı müqavilə bağlayaraq mənzili sökməsi və hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa ediləcək binadan ümumi sahəsi 50,16 kv.metr olan tam təmirli mənzili onun mülkiyyətinə verməyi, eləcə də tikinti tam başa çatana və tam təmirli mənzil ona təhvil veriləcək günədək aylıq 350 manat kirayə haqqını 3 aylıq birdəfəlik ödəniş qaydasında ödəməyi, habelə 24 ay müddətində tikintini tamamlaması barədə öhdəlik götürüb. Həmin Müqavilənin 8-ci bəndində isə, iddiaçının, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində öz oğlu Füzuli Hüseynova qarşı qaldırdığı “bağışlamanın ləğv edilməsi” iddiası üzrə çıxarılacaq yekun məhkəmə aktının nəticəsindən asılı olaraq əmlakla bağlı yeni müqavilə bağlayacağı, ya da hazırda istinad etdiyi müqavilədən Füzuli Hüseynovun xeyrinə imtina edəcəyi razılaşdırılmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu Füzuli Hüseynova qarşı qaldırdığı “bağışlamanın ləğv olunması” tələbi rədd edilib və bu qətnamə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, o cümlədən iddiaçının ka sasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərini araşdırıb qeyd etmişdir ki, iddiaçının iddia tələbləri üzrə istinad etdiyi faktiki hallar, həmin tələblərin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarında müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilib. Belə ki, həmin maddələrin mənasına görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında ilk növbədə müqavilə olmalıdır və müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hər fi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mülki qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında sözügedən müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, tərəflər, aralarında xx xxxx 2018-ci il tarixli müqavilə bağlandığını, cavabdehin iddiaçının qeydiyyata o lduğu mənzilin yerində inşa ediləcək binadan ümumi sahəsi 50,16 kv.metr olan tam təmirli mənzili onun mülkiyyətinə verəcəyi, eləcə də tikinti tam başa çatana və tam təmirli mənzili ona təhvil verilənədək aylıq 350 manat kirayə haqqını 3 aylıq birdəfəlik ödəniş qaydasında ödəyəcəyi, habelə 24 ay müddətində tikintini tamamlaması barədə öhdəlik götürdüyünü mübahisələndirmirlər; bununla belə, həmin müqavilənin 8-ci bəndində iddiaçının xüsusi öhdəliyi müəyyənləşdirilib. Belə ki, iddiaçı, Nərimanov Rayon Məhkəməsində öz oğlu Füzuli Hüseynova qarşı qaldırdığı “bağışlama müqaviləsinin ləğv edilməsi” iddiası üzrə çıxarılacaq yekun məhkəmə aktı onun ziyanına olacağı təqdirdə hazırda istinad etdiyi müqavilədən sonuncunun xeyrinə imtina etməyi öhdəsinə götürüb. Şərh olunanlara əsasən apelyasiya instan siyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının xx xxxx 2019-cu il tarixdən iddia qaldırılan vaxtadək, yəni xx xxxxxx 2020-ci il tarixə qədər hesablanmış 3.150 manat ödənilməmiş kirayə haqqının tutulması tələbi əsaslı hesab oluna bilməz. Belə ki, iddiaçının öz oğlu Füzuli Hüseynova qarşı Nərimanov Rayon Məhkəməsində qaldırdığı iddia üzrə çıxarılmış qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı əsasında qanuni qüvvəyə minib və istinad etdiyi müqavilənin təfsirinə görə cavabdeh, məhz həmin tarixədək ona kirayə haqqı ödəmək öhdəliyi daşımışdır. Gəldiyi qənaətin məntiqi davamı olaraq apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının “Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində cavabdeh tərəfindən inşa edilən çoxmə rtəbəli binadan ona təmirli şəkildə mənzil verilən günədək aylıq 350 manat kirayə haqqının vaxtında ödənilməsi və mənzili təhvil-təslim etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi də təmin oluna bilməz və bu tələblə bağlı əlavə əsaslandırlmasına zərurət yoxdur. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tərəflər arasında bağlanmış sözügedən müqavilənin 8.1, 8.2, 8.3-cü bəndlərinin tələblərinə tam uyğundur. Belə ki, müqavilənin həmin bəndlərindən görünür ki, iddiaçı, əmlak istifadəçisi kimi öz üzərinə xüsusi öhdəlik götürüb və həmin öhdəliyin mahiyyətinə görə cavabdeh iddiaçı ilə oğlu Füzuli Hüseynov arasında Nərimanov Rayon Məhkəməsi nin icraatında olan mülki mübahisənin məhkəmədə baxılması və nəticələri üzrə onların atacağı hüquqi addımlarla bağlı araşdırmanın dəqiq müddətinin müəyyən edilməsinin mümkünsüzlüyünü və layihə üzrə digər mülkiyyətçilərlə bağlanılmış müqavilələrdə göstərilmiş müddətdə öhdəliyi yerinə yetirmək və mümkün əsassız maliyyə itkisinin qarşısının alınması məqsədilə mübahisə tərəflərlə “Şərti Müqavilənin” bağlanılmasını məqsədəmüvafiq hesab edərək cavabdeh qeyd olunan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən irəli gələcək hüquqlarla və ya vəzifələrlə bağlı mübahisə iddiaçının xeyrinə olacağı təqdirdə onunla mübahisə olunan bütün sahə, yəni 96,5 kv.metr sahə üzrə qeydşərtsiz yeni müqavilə bağlamağı öhdəsinə götürüb. Göründüyü kimi cavabdeh, sözügedən yekun məhkəmə aktı yalnız iddiaçı nın xeyrinə olacağı təqdirdə onunla mübahisə olunan bütün, yəni 96,5 kv.metr olan sahəyə dair qeydşərtsiz yeni müqavilə bağlamağı öz öhdəsinə götürüb. Hazırki halda yekun məhkəmə aktı iddiaçının deyil, onun oğlu Füzuli Hüseynovun xeyrinə həll olunub. Belə olan halda ünvan 1 evin 20 saylı mənzili iddiaçının deyil, onun oğlu Füzuli Hüseynovun mülkiyyətində qaldığından, cavabdeh istəsə də belə iddiaçının öz üzərinə götürdüyü “Əmlak istifadəçinin xüsusi öhdəliyi” şərtinə görə, mübahisə olunan bütün, yəni 96,5 kv.metr olan sahəyə dair onunla yeni müqavilə bağlaya bilməzdi. Digər tərəfdən, iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi sözügedən “Müqavilə”nin 1.1.1 və 1.1.2-ci bəndlərində nəzərdə tutulan şərtlərə gəlincə isə, kasasiya instansiyası məhkəməsi hesab edir ki, həmin şərtlə r də iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki həmin şərtlərə görə, iddiaçı, “Əmlak istifadəçisi” kimi Müqaviləyə əsasən öz istifadəsində olan 20 saylı mənzildə yerləşən 41,8 kv.metrdən ibarət faktiki sahəsindən 20 faiz miqdarında əlavə olmaqla, yəni ümumi sahəsi 50,16 kv.metr olan təmirli mənzili qəbul etməyi; “Tikinti təşkilatı” kimi cavabdeh isə, sözügedən ünvanda yerləşən və həmin vaxt iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərkən, inşa etdiyi binadan daşınmaz əmlakın istifadəçisi kimi iddiaçıya əmlakın faktiki sahəsindən 20 faiz miqdarında əlavə, yəni ümumi sahəsi 50,16 kv.metr olan təmirli mənzil verməyi öhdələrinə götürüblər. Göründüyü kimi Müqavilənin sözügedən bəndlərində də məhz iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin sökülməsindən söhbət gedir. Qanuni qüvvəyə minmiş məhkəmə aktından isə görünür ki, hazırda sözügedən mənzil iddiaçının deyil, onun oğlu Füzuli Hüseynovun mülkiyyətində qalmışdır. Belə olan təqdirdə iddiaçı ilə oğlu Füzuli Hüseynov arasında sözügedən mənzilə dair bağlanmış “bağışlama müqaviləsinin ləğv edilməsinə” dair iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə rədd edildiyi, yəni məhkəmə aktı iddiaçının xeyrinə olmadığı üçün, onunla cavabdeh arasında mübahisə olunan bütün, yəni 96,5 kv.metr sahəyə dair yeni müqavilə bağlanıla bilməzdi. Lakin bu hal iddiaçının ünvan 1 evin 20 saylı mənzilinə olan istifadə hüququnun itirilməsi anlamına gəlmir və o, oğlu Füzuli Hüseynova qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla, mübahisə olunan bütün, yəni 96,5 kv.metr sahəyə görə sonuncuya verilmiş yaşayış sahəsinə köçürülməsi barədə iddia qaldıra bilər. Bundan başqa işdən görünür ki, cavabdehin həmi iddiaçı, həm də onun oğlu Füzuli Hüseynovla ayrı-ayrılıqda müqavilələr bağlaması məhz həmin vaxt onlar arasında mənzilə dair bağlanmış “bağışlama müqaviləsinin ləğv edilməsi” barədə ayrıca məhkəmə mübahisəsinin olması ilə bağlı olub və həmin məhkəmə mübahisəsi də son nəticədə iddiaçının deyil, oğlu Füzuli Hüseynovun xeyrinə həll edilib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan digər iddia tələblərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin tələ bləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-6511/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-903/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-903/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver