Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-904/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12591/2019 saylı qətnaməsindən cavabdeh N oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə(hakim F.İ.Əyyubov, iş № 2(004)-4138/2019) İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat kon toruna və Təmoyev Cavabdeh1 qarşı Cavabdeh1 ilə N oğlu arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş Reyestrdən Çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilib xx xxxxx 2019-cu il tarixdə İddiaçı ilə (etibarnamə əsasında onun əvəzinə Cavabdeh1) Malışev Etibar İbadət oğlu arasında Binəqədi rayonu, Novxanı kəndi, Bağ evi 471 K ünvanında yerləşən 815,5 kv.metr bağ evinə və 0,1157 ha torpaq sahəsinə dair bağlanm ış alqı-satqı müqaviləsinin, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,111 ha olan torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin və həmin bağ evinə və torpaq sahələrinə dair reyestrdən çıxarışların etibarsız hesab edilməsi, Cavabdeh1dən Nin xeyrinə 500.000 manat tutulması qət edilmişdir. İşin halları: ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 815,5 kv.metr olan bağ evi və 0,1157 ha torpaq sahəsi, həmçinin evə bitişik 0,1110 ha torpaq sahəsi olan 1015 a saylı bağ sahəsi İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı xx xxxxx 2019-cu il tarixdə Cavabdeh1 etibarnamə verərək, həmin bağ evinə və torpaq sahəsinə yüklü olub-olmaması barədə arayış aldıqdan sonra üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı və bu tapşırığın yerinə yetirməsi ilə əlaqəd ar bütün hərəkətləri etməyi etibar etmişdir. xx xxxxx 2019-cu il tarixdə İddiaçı arvadı X3 27 saylı notariat ofisinə ərizələr verərək, həmin bağ evinin və torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. xx xxxxx 2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada təsdiq olunmuş borc müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh1 750000 manat borc vermiş, Cavabdeh1 isə xx.xx.2019-cu il tarixədək həmin məbləği qaytarmağı öhdəsinə götürmüş və xx.xx.2019-cu il tarixli xəzinə mədaxil orderinə əsasən həmin məbləğ 19 saylı notariat ofisinin hesabına İddiaçı tərəfindən mədaxil edilmişdir. Cavabdeh1 ona verilmiş xx xxxxx 2019-cu il tarixli etibarnamədən istifadə etməklə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 815,5 kv.m bağ evini və 0,1157 ha olan t orpaq sahəsini Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən bağ evini 400.000 manata, torpaq sahəsini 50.000 manata alıcı N oğluna satmışdır. Müqaviləyə uyğun olaraq 450000 manat məbləğində pul vəsaiti N oğlu tərəfindən Cavabdeh1 Nə verilmişdir. Həmçinin Cavabdeh1 həmin etibarnamədən istifadə etməklə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,111 ha olan torpaq sahəsini ünvan 5əsdiq olunmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 50000 manata alıcı Nə satmışdır.Bundan bir gün sonra, yəni xx xxxxx 2019-cu il tarixdə İddiaçı notariat ofisinə ərizə ilə müraciət edərək, xx xxxxx 2019-cu il tarixli etibarnaməni ləğv etdirmiş və ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ünvanlayaraq, həmin alqı-satqı müqavilələrinin qeydə alınmamasını və sənədləşdirmələrin dayandırılmasını xahiş etmişdir. ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı ünvanlanmış məktubda qeyd olunmuşdur ki, ünvan 8anında yerləşən bağ evinin üzərinə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə əsasən 30 gün müddətinə müvəqqəti nəzarət qoyulmuşdur. Hazırda 471 K saylı bağ evi və 0,1157 ha torpaq sahəsi ilə 1015 a saylı 0,11 ha bağ sahəsi birləşdirilib və X2 mülkiyyətindədir. Hal-hazıradək həmin əmlaklar İddiaçı istifadəsindədir. 2019-cu ilin iyun ayında İddiaçı iddia ərizəsi və həmin ilin iyul ayında dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan bağ və torpaq sahələrinin 1.500.000 manata və ya xud 820.000 ABŞ dollarına satması barədə “əmlak.az” saytında elan yerləşdirməsini və həmin elanda ödənişin 50 faizinin nağd, 50 faizinin isə barter yolu ilə ödənilməsi imkanını bildirməsini, bundan sonra Cavabdeh1, N və X adlı şəxslərin həmin əmlakı almaq üçün ona 1.000.000 manatın barterlə ödəyib 750.000 manatı nağd ödəyəcəklərini vəd etmələrini, lakin Cavabdeh1 Nin etibarnamə əsasında onu təmsil etməklə 471 K saylı ünvandakı evini 400.000 manata, torpaq sahəsini 50.000 manata Nə satılmasını, halbuki etibarnamədə əmlakın qiyməti barədə onların aralarında heç bir razılaşmanın olmamasını və bununla əlaqədar onun alqı-satqı müqaviləsinin bağlandığı xx xxxxx 2019-cu il tarixdən bir gün sonra, xx xxxxx 2019-cu il tarixdə etibarnaməni ləğv etdirməsini, beləliklə də alqı-satqı müqaviləsinin alda tma təsiri altında bağlanmasını əsas göstərməklə alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş reyestrdən çıxarışların etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh N oğlu kassasiya şikayəti verərək alqı-satqı müqavilələrinin aldatma təsiri altında bağlanmasına dair işdə sübutların olmamasını, müqavilələrin qanunun tələblərinə uyğun bağlanmaqla onların etibarsız sayılması üçün əsasların olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh Nin vəkilləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddi açı və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instans iyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqavilələri aldatma təsiri altında bağlanmışdır. Belə ki, iddiaçı ona məxsus bağ evini və torpaq sahələrini 1.500.000 manata satmaq barədə elan vermiş və son nəticədə Cavabdeh1 Nə 750.000 manatın nağd şəkildə, 1.000.000 manatın isə barter yolu ilə ödənilməsi barədə razılıq əldə edildikdən sonra sonuncuya xx xxxxx 2019-cu il tarixdə etibarnamə vermiş və eyni zamanda arvadının alqı-satqıya razılığını bildirən ərizəsini təqdim etmişdir. Lakin Cavabdeh1 tərəfindən bağ evi 400.000 manata, torpaq sahəsi isə 50.000 manata Etibar Malışevə satılmışdır. Bu fakt iddiaçıya məlum olduqdan sonra o, dərhal etibarnamənin ləğv edilməsi barədə notariat kontoruna müraciət etmiş və etibarnamə ləğv edilmişdir. B undan başqa, Cavabdeh1 nağd pulunun olmamasını bildirməklə iddiaçı tərəfindən ona 750.000 manat məbləğində kreditin verilməsi barədə müqavilənin bağlanmasını təklif etmiş və bununla əlaqədar xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmışdır. Əsl həqiqətdə isə iddiaçı tərəfindən Cavabdeh1 Nə müqavilədə göstərilən məbləğdə və ümumiyyətlə hər hansı məbləğdə kredit verilməmişdir. İddiaçı həmin müqaviləni Cavabdeh1 Nin bağ evindən və bağ sahəsindən biznes məqsədi ilə istifadə olunub əldə ediləcək qazancın hesabına ona ödəniləcəyi barədə yalan vədinə inanaraq imzalamışdır. Nəticədə iddiaçıya nəinki həmin əmlakların razılaşılmış dəyəri, hətta alqı-satqı müqavilələri üzrə onun arzulamadığı satış dəyərinin ödənilməsinə belə cəhd göstərilməmiş, eləcə də, kredit müqaviləsinin icra müddətinin xx xxxxxxx 2019-cu il tarixdə başa çatmasına baxmayaraq 750.000 manat məbləğində borcun qaytarılması da indiyə kimi təmin olunmamışdır. İddia ərizəsindən görünür ki, əmlakların satışına görə ona hissə-hissə cəmi 82.000 manat ödənilmişdir. Cavabdeh1 Nin həmin əmlaklardan biznes məqsədi ilə istifadə olunacağı və bundan sonra onların dəyərinin ödəniləcəyi barədə vədi iddiaçıya belə bir nəticəyə gəlməyə əsas vermişdir ki, satılan əmlakın razılaşılmış dəyəri onun tərəfindən ödəniləcəkdir. Belə vəziyyətdə əmlakın dəyərindən qat-qat ucuz qiymətə satılması, nəticədə isə ona cəmi 82.000 manat verilməsi mübahisəsiz təsdiq edir ki, alqı-satqı müqavilələri aldatma təsiri altında bağlanmışdır. İşdə olan “xxxx” MMC-nin xx xxxxxxxx 2014-cü il tarixli rəyindən məl um olur ki, həmin dövr üçün əmlakların bazar dəyəri 2.500.000 manat, likvid dəyəri isə 2.000.000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Cavabdeh N alqı-satqı müqavilələrinin bağlanması zamanı onun tərəfindən əqdlərin etibarsız sayılması üçün əsas verən heç bir hərəkətə yol verməməsi iddia oluns a da, işdən görünür ki, mübahisəli əmlakların dəyərlərindən qat-qat aşağı qiymətə satılması, belə vəziyyətdə əmlakın mülkiyyətçisi ilə görüşməməsi onun göstərdiklərini təkzib edir. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərlə əlaqədar belə bir nəticəyə gəlmişdir ki, alıcı Etibar Malışev iddiaçının aldadılmasından əvvəlcədən xəbərdar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə görə üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göstərilən vəziyyətdə iddiaçı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kolleg iya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-904/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-904/2020
05.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver