Məhkəmə qərarları › İş №2(102)-904/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-904/2024

25.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-904/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-904/2024 (Açar sözlər:: özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların boşaldılması). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6096/2 023 nömrəli iş üzrə, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə 25 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 xx.xx.2009-cu il tarixli qərar ilə X1 ərazi hüdudlarında Bakı şəhər sakinləri X3 və Cavabdeh razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış, ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 kv.m. torpaq sahəsinin sahiblik və istifadə hüquqlarının Cavabdeh adına keçirilməsi qərara alınmışdır.

2. SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının işçikərinin tərtib etdikləri xx.xx.2022-ci il tarixli akta əsasən Binəqədi-Bakı DŞ 200 mm-lik neft boru kəmərinin yerüstü neft kəmər inin, 3-cü km-də, 39T 0398780; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən 20 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin darvazasının üzərinə 4 metr uzunluğunda və 20 sm hündürlüyündə beton örtüyü verilməsinin aşkar edilməsi aktlaşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istisamarında olan Binəqədi-Bakı DŞ-2 00 mm-lik yerüstü neft kəmərinin, 3-cü km-də, 39T 0398780; ******* saylı koordinat üzrə, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 20 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu Binəqədi qəsəbəsi DSK yolunun yaxınlığında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və darvaza tikililəri faktı aşkar edilmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, sökülməsi xahiş edilən tikililəri o, X1 xx.xx.2009-cu il tarixli qərarı ilə onun istifadəsinə verilmiş torpaq sahəsi üzərində inşa etmiş və bunu özbaşına etməmişdir. Hal-hazırda həmin fərdi yaşayış yeri onun yeganə yaşayış yeridir və söküldüyü təqdirdə ailəsi ilə birlikdə küçədə qalacaq. Eyni zamanda, neft kəmərinin mühafizə zolağı indi 50 metrdir. Onun tərəfindən ev inş a edilən zaman bildiyinə görə, mühafizə zolağı əvvəl 1 metr idi, sonra isə 10 metr oldu. Halhazırda mühafizə zolağının 100 metr olacağı barədə də müzakirələr gedir.

6. Birinci instansiya məhkəməsinin qərardadı əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1779 saylı ekspert rəyindən görünür ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin qurtaracağının Binəqədi- Bakı DŞ 200 mm-lik yerüstü neft kəmərindən 19 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin torpaq sahəsində yerləşən tikililərin (hasar, darvaza, fərdi yaşayış evi və s.) bütövlükdə neft kəmərinin 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur.

7. Bak ı Şəhəri Binəqədi rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 iyul 2023-cü il tarixli, e-2(001)-831/2023 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi müvafiq qurumlarla razılaşdırılmış və həmin ərazidən cavabdehə fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində tikili 2009-cu ildən sonra inşa edilmiş, tikili müvafiq icazələr alınmadan inşa edilsə də, cavabdehə məxsus olan torpaq sahəsində yerləşir və 2009-cu ildən cavabdeh mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişd ir.

9. Qanunun göstərilən norması şəxsin ona məxsus olan torpaq sahəsində inşa etdiyi özbaşına tikiliyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınması imkanını nəzərdə tutduğundan məhkəmə hesab etmişdir ki, belə vəziyyətdə həmin tikilinin müvafiq kompensasiya ödənilmədən sökülməsi şəxsin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir.

10. Məhkəmə hesab etmişdir ki, cavabdehə neft kəmərinin mühafizə zonasında fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və həmin sahədə onun özü üçün fərdi yaşayış evi inşa etməsi onun təqsiri üzündən baş vermədiyindən və əslində cavabdehin müvafiq dövlət qurumlarının hərəkətləri nəticəsində hüquq və azadlıqları pozulduğundan, hazırkı iddia ərizəsinin təmi n edilməsi ədalətli, qanuni və əsaslı olmaz.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13- cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ və İİ hissəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1072.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 139.1, 139-1.1.4, 146.1, 157.8, 180-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X2rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli, "Əhmədova Azərbaycana qarşı" xx.xx.2021-ci il tarixli Qərarlarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki məhkəmənin qətnaməsi qanunsuz, əsassız olduğundan, habelə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalı və İddiaçı qanuni iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə İdarəyə qarşı birmənalı olaraq formal mövqe nümayiş etdirməklə mülki işə birtərəfli baxmış, iddiaçının təqdim etdiyi dəlillərə və sübutlara əhəmiyyət vermədən, yalnız cava bdehin hüquqlarını müdafiə xarakterli mövqeyi ilə çıxış edərək, mübahisəli tikili özbaşına tikili olduğu halda, İdarənin qanuni iddiasını təmin etməmişdir. İddiaçı SOCAR İddiaçı SOCAR-ın tərkibində yaradılmış İdarədir və özünün Nizamnaməsi əsasında fəaliyyət göstərir. Bununla bağlı dövlət tərəfindən şirkətə təminat və öhdəliklər verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsi üzərindəki cavabdehin tikililər inşa etməsi ilə İdarəyə dövlət tərəfindən verilmiş hüquq və təminatlar pozulmuş və eyni zamanda Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Əlavə olaraq qeyd edilmişdir ki, idarənin və ya şirkətin cavabdehə hər hansı kompensasiya ödəmək öhdəliyi yoxdur. Bu kimi kompensasiyalar dövlət İcra Hakimiyyəti orqanları tərəfindən tənzimlənir. Şirkətin belə bir səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 10/1779 saylı ekspert rəyindən görünür ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin qurtaracağının Binəqədi Bakı DŞ 200 mm-lik yerüstü neft kəmərindən 19 metr məsafədə yerləşdiyini nəzərə alaraq, h əmin torpaq sahəsində yerləşən tikililərin (hasar, darvaza, fərdi yaşayış evi və s.) bütövlükdə... neft kəmərinin 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu”. Lakin, məhkəmə sözügedən rəyi nəzərə almamışdır. Bundan əlavə, cavabdehə ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz tikintilər aparılmış torpaq sahəsi ilə naturada üst-üstə düşməsi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Eyni zamanda həmin torpaq sahəsinin bələdiyyə və dövlət mülkiyyətində olub-olmaması da aydınlaşdırılmamışdır. Yəni, torpaq sahəsi ayrılarkən, həmin torpaq sahəsinin X1 ərazi hüdudlarında yerləşib-yerləşməməsi müəyyənləşdirilməmişdir. Cavabdeh dəfələrlə xəbərdar edilmişdir. Bu barədə yerində aktlar tərtib olunmuşdur. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi məlum neft kəmərləri A zərbaycan Respublikası Dövlət Neft şirkətinin daimi istifadəsində olmuş və ölkədə neft əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsindədir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 29 noyabr 2023-cü il tarixli, 2(103)-6096/23 nömrəli qətnaməsi ilə (hakimlər: Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmöədov və Fuad Talışinski) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, fərdi yaşayış evinin özbaşına tikili olması və mühafizə zolağı hüdudlarında yerləşməsi əsası ilə iddianın təmin edilməsi cavabdehin Konstitusiya ilə təsbit olunmuş hüquqları nın pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, cavabdehə mübahisəli ərazidə fərdi yaşayış evi tikmək üçün icazə xx.xx.2009-cu il tarixdə verilmiş, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Qanunvericilikdə müəyyən edilmiş qaydada lazimi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 14 ildən çox müddət ərizəndə həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən hüququ vardır.

16. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi 300 kv.metr torpaq sahəsi üzərində cavabdehin inşa etdiyi tikilidən onun istifadə etməsinin legitimliyi tanınıb. Bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həmin torpaq sahəsi cavabdehin mülkiyyətinə verilib. Həmçinin bələdiyyə tərəfindən verilmiş sərəncam qüvvədə olduğu halda, mübahisəli tikilinin sökülməsi barədə tələbin qanuni əsası yoxdur

17. Məhkəmə kollegiyası apelyasiya şikayətinin ekspert rəyinin nəzərə alınmamasına dair dəlilinə münasibətdə bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1779 saylı ekspert rəyi yalnız digər subutlarla təsdiq olunduğu halda iş üçün əhəmiyyətli sübut hesab edilə bilər. Hazırki mülki işin xarakteri baxımından isə yalnız ekspert rəyinə istinad edilməklə yekun nəticəyə gəlinə bilməzdi.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.3, 139.1, 146.1, 146.2, 157.8, 158.4, 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.3, 22.2, 49.1, 50, 55, 66.1-ci maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkil Nümayəndə3) qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edəlməsini xahiş edir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh mülkiyyətçi deyildir. Məhkəmələr isə cavabdehə mülkiyyətçi statusu ilə yanaşaraq mülkiyyətçi hüquqlarının olduğunu əsassız olaraq qeyd etmişdirlər. Qanunvericiliyin tələbindən də görünür ki, əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Hazırki iş üzrə isə insanların həyat və sağlamlığına təhlükə açıq şəkildə görünəndir.

21. Həmçinin, apelyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.Həmçinin iddiaçı tərəfindən iddia iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən, apellyasiya şikayəti verilərkən və məhkəmə tərəfindən araşdırma aparılarkən şikayətlərini əsaslandıran bütün sübutlar təqdim olunsa da, məhkəmə nədənsə həmin sübutları mötəbər sübut kimi qəbul etməmiş, onlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası

23. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə

29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam ve rmək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

26. Maddə 146.1 Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

27. Maddə 146.2 Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət rey estrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

28. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

29. Maddə 158.4 Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

30. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

31. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağl amaq ixtiyarı yoxdur.

32. Maddə 180.3 Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

33. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

34. Ma ddə 4.3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

35. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

36. Maddə 49.1. Hüquqi və fiziki şəxslə rin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

37. Maddə

50. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir.

38. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yara nır.

39. Maddə 66.1. Müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim et dikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şika yətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsası nda həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

50. Belə ki, cavabdehin istifadəsində olan tikililərin Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında yerləşməsi, şəhərsalma və tikinti normaları və qaydaları pozmaqla inşa edildiyi üçün özbaşına tikili statusunda olması işin mübahisəsiz hallarıdır.

51. İddianı rədd edən məhkəmələr tikililərin mövcud olduğu torpaq sahəsinin Bələdiyyə qərarı ilə cavabdehin mülkiyyətinə verilməsi, həmin torpaq sahəsi üzrəində inşa edilmiş tikilidən cavabdehin istifadə etməsinin legitimliyinin tanınması, həmin tikililərə cavabdehin mülkiyyət hüququnun tanınması imkanının mövcud olması, ca vabdehə və ailəsinə həmin sahədən istifadə ilə bağlı müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən irad bildirilməməsi, həmin torpaq sahəsi və tikiliyə gözlənilən hüququnun olması ilə əsaslandırmışlar.

52. Lakin, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft kəmərinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft xəttinin yerləşməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kim i hallar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir.

53. İşə baxan məhkəmələr Mülki Məcəllənin 180-ci maddəsinin dispozisiyana istinad etsələr də, mübahisəli tikiliyə Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi və 1 saylı Protokolunun 1-ci maddəsi nöqtəyi nəzərdən yanaşaraq, onun kompensasiya verilmədən sökülməsinin cavabdehin bu maddələrlə təmin olunan hüquqlarına müdaxilənin qeyri-mütənasib hesab etmişlər.

54. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “S.Əhmədovanın Azərbaycana qarşı” iş üzrə 18 noyabr 2021-ci il tarixli qərarında bu qəbildən olan işlərə baxılan zaman Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilən “mənzilə hörmət” hüququnun qorunmasını dövlətin pozitiv öhdəliyi kimi tanımışdır.

55. Bununla belə, apellyasiya məhkəməsi tikilinin yerüstü neft kəmərindən qısa məsafədə yerləşməklə, hər hansı fövqəladə vəziyyət halında orada olan şəxslər üçün də təhlükəli olması nəzərə alınmaqla, iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə mütənasibliyi və “demokratik cəmiyyətdə zəruri” olub-olmaması məsələsinə hüquq qiymət verməmişdir. Mütənasiblik müəyyən edilərkən, evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması, söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olub-olmaması və sair diqqətəlayiq hallar nəzərə alınmalıdır.

56. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”.

57. Həmin işdə Avropa Məhkəməsi ərizəçi Kosenkonun şikayəti ilə əlaqədar qeyd etmişdir ki, neft kəmərlərinin və mühafizə olunan ərazilərin mövcudluğu Çelyabinsk şəhəri üzrə torpaq istifadəsinə dair Baş Planda 1993-cü ildən öz əksini tapmışdır. Həmin plandan müvafiq çıxarış kooperativ bağçılıq yoldaşlığına torpaq sahəsinin ayrılması barədə yerli hakimiyyət orqanlarının qərarına əlavə edilmişdir. Ərizəçi torpaq sahəsini əldə edərkən və həmin sahəyə dair mülkiyyət hüququnu qeydiyyata aldırarkən, qeyd olunmuş ümumi planla tanış ola bilərdi, çünki plan ona təqdim olunmuşdur. Ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərini n yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır.

58. Beləliklə, Avropa Məhkəməsi qərarlarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsin in pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft kəmərinin mühafizə zolağını təşkil edən torpaq sahəsində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

59. Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir.

60. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi il ə bağlı zərurətin mövcudluğuna dair və cavabdehin başqa yaşayış yerinin olub-olmamasına dair dəlillər üzrə araşdırma aparmalı, bu halların mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməli, qətnamənin əsaslandırıcı hissəsində çıxarılması tələb olunan cavabdehin qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduqları halda, ona Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları izah edilməlidir.

61. Nəzərə alınmalıdı r ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq, yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, eləcə də dövlət mənzil fonduna daxil olan sosial kirayə müqavilələrinin bağlanması səlahiyyətləri yerli icra hakimiyyəti orqanlarına aid edildiyindən işlərə baxılması zamanı sökülməsi tələb olunan tikililərin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanları müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməlidir.

62. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbləri və cavabdehin etirazları əmlak və mənzil hüquqlarına müdaxilənin qanuniliyi (qanunda nəzərdə tutulması), qanuni məqsədə yönəlməsi və mütənas ibliyi baxımından təkrarən qiymətləndirilməli, gəlinən nəticə qanunvericiliyə uyğun şəkildə əsaslandırılmalıdır.

63. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(103)-6096/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar