Məhkəmə qərarları › İş №2(102)-908/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-908/2023

07.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-908/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs X8) iş üzrə QƏRARİ ( Açar sözlər: miras əmlakda payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mirasda payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2(107)-1118/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 07 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəki Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(107)-1080/2021 nömrəli qətnaməsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X4 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN:101 KOD 90107018 saylı “torpağın mülkiyyətə verilməsi”nə dair akta əsasən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X4 və onun ailə üzvlərinə məxsus 4,52 ha torpaq sahəsinin 2/6 hissəsinə birinci növbəli vərəsələ r olmaqla Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X2 hər birinin ¼ hissədə payları müəyyən edilmişdir.

2. X3 25 may 1990-cı il tarixdə vəfat etmişdir.

3. X1 vərəsələri İddiaçı və X6r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin MH seriyalı ******* nömrəli çıxarışına əsasən (xx.xx.2013-cü il tarixdə vəfat etmiş babası) X4 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha torpaq sahəsinə və JN 101 kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktına əsasən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X4 və onun ailə üzvlə rinə məxsus 4.52 ha torpaq sahəsinin 2/6 hissəsinə onun 1/4 hissədə mirasdan payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, babası X7 03 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Mərhum babasından qalan miras əmlakın vərəsələrdən biri mərhum anası Xuraman Əliyeva vəfat etdiyindən onun vərəsəsi kimi miras əmlakda payı vardır. İddiaçı mirasdan payının əldə edilməsi üçün aidiyyəti üzrə Yevlax Rayon 1 saylı notariat ofisinə müraciət etsə də notariat ofisinin 21 fevral 2022-ci il tarixli, 139 saylı məktubu ilə miras şərikləri arasında mirasın bölüşdürülməsinə dair mübahisə olduğundan iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Hesab edir ki, iddia tələbi ilə bağlı faktları sübut etməyə ehtiyac yoxdur. Belə ki, qa nuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1080/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə mərhum X4 qalmış miras kütləsinə ¼ hissədə vərəsə hesab edilməsi müəyyən edilmişdir.

6. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, mərhum atasından qalmış miras əmlakdan mərhum bacısının da payı olmuşdur. Mərhum bacısı Əliyeva (Abışova) Xuraman Əhmədxan qızına çatası payın onun övladı İddiaçı verilməsinə etiraz etmir.

7. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı tələbi əsassızdır. Belə ki, atasından qalmış miras ona və bacıqardaşına çatmalıdır.

8. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, miras əmlakın vərəsələri cavabdehlərdir, id diaçının isə həmin əmlakda heç bir payı yoxdur.

9. Üçüncü şəxs X8 məhkəməyə teleqram ünvanlayaraq, mirası qəbul etmədiyini və pay istəmədiyini bildirərək, qeyd etdiyi halın nəzərə alınmasını xahiş etmişdir.

10. Yevlax Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(039)-716/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin edilmiş, iddiaçının hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin MH seriyalı ******* nömrəli çıxarışına əsasən 03 aprel 2013-cü il tarixdə vəfat etmiş X4 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha torpaq sahəsinə və JN 101 kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktına əsasən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X4 və onun ailə üzvlərinə məxsus 4.52 ha torpaq sahəsinin 2/6 hissəsinə iddiaçının 1/4 hissədə mirasdan payının müəyyən edilməsi qət edilmişdir.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər, həmin Məcəllənin 1159.1.1-ci və 1159.1.3-cü maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) ölənin uşaqları birinci növbə vərəsədir, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o hald a qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2, 1246, 1255, 1291-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 14.2, 77.1, 82.1, 82.3, 82.4, 88, 106.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsa slandırılmışdır ki, mərhum atasının ölümündən sonra ondan qalmış mirası cavabdehlər idarə etmişlər. İddiaçı Nürəddin oğlunun həmin miras əmlakda heç bir payı yoxdur. İddiaçı mirası qəbul etmədiyi halda məhkəmə düzgün nəticəyə gəlməyərək mirasdan əsassız olaraq iddiaçının da payını müəyyən etmiş, nəticədə onun və digər vərəsələrin atalarının əmlakı əsassız olaraq iddiaçıya nisbətdə bölünmüşdür. Hesab edir ki, məhkəmə işi obyektiv araşdırmamış, müəyyən edilmiş faktlardan, tərəflərin qarşılıqlı münasibətləri üzrə yanlış nəticəyə gəlmiş, tərəflərindən təqdim edilən sübutları qiymətləndirilməmiş, bununla əsassız qətnamə qəbul etmişdir.

15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 20 oktyabr 2022-ci il tarixli, 2(107)-1118/2022 nömrəl i qətnaməsi ilə (hakimlər M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X7 03 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X4 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN 101 Kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair“ Dövlət aktına əsasən Yevlax rayonu Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X4 məxsus torpaq sahəsinə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1080/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə mirasdan paylar müəyyən edilmiş və qanun üzrə birinci növbəli vərəsələr aşağıdakı şəxslər hesab edilmişdir: Cavabdeh3, X5, Cavabdeh2 və İddiaçı. Lakin yuxarıda adları qeyd edilən vərəsələr arasında mübahisə vardır. İddiaçı mirasdan payının əldə edilməsi üçün aidiyyəti üzrə Yevlax Rayon 1 saylı notariat ofisinə müraciət etsə də miras şərikləri arasında mirasın bölüşdürülməsinə dair mübahisə olduğu üçün iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(107)- 1080/2021 saylı qətnaməsində məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərinə və işin faktiki hallarına uyğun qiymət verərək hesab etmişdir ki, mərhum Əhmədxan Əliyevdən miras qalmış torpaq sahəsindən iddiaçı Cavabdeh3 və cavabdehlər Cavabdeh1, Cavabde h2 və mərhum Xuraman Əliyevanın hər birinin ¼ payı vardır. Digər övladları Eyvazova (Əliyeva) Sənubər Əhmədxan qızı, Rəziyə Əliyeva, Nizami Əliyev və Muğan Əliyevin isə payı yoxdur. İddiaçı və Azər Abışovun qanun üzrə vərəsəlik zamanı onların ölmüş anaları Xuraman Abışovaya miras torpaq sahələrindən ona çatası paydan bərabər miras almaq hüquqları vardır. Belə ki, sözügedən torpaq sahələrinə mirasın açıldığı vaxt mirası qoyanlar Əhmədxan Əliyev və Həmilə Əliyevanın vərəsələri olacaq onların anaları Xuraman Abışova sağ olmayıb və sonuncu 25 may 1990-cı ildə ölüb qeyd edilmişdir.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qüvvədə olan 02 sentyabr 2022-ci il tarixli 2(107)-1080/2021 saylı qətnaməs inə əsasən mərhum Əhmədxan Əliyevdən miras qalmış 4,52 ha torpaq sahəsindən iddiaçı Cavabdeh3 və cavabdehlər Cavabdeh1, Füzuli Əliyev və mərhum Xuraman Əliyevanın hər birinin ¼ payı vardır. Digər övladları Eyvazova (Əliyeva) Sənubər Əhmədxan qızı, Rəziyə Əliyeva, Nizami Əliyev və Muğan Əliyevin isə payı yoxdur. Eyni zamanda həmin qətnamədə qeyd edilmişdir ki, İddiaçı və Azər Abışovun qanun üzrə vərəsəlik zamanı onların ölmüş anaları Xuraman Abışovaya miras torpaq sahələrindən ona çatası paydan bərabər miras almaq hüquqları vardır. Belə ki sözügedən torpaq sahələrinə mirasın açıldığı vaxt miras qoyanlar Əhmədxan Əliyev və Həmilə Əliyevanın vərəsələri olacaq onların anaları Xuraman Abışova sağ olmayıb və sonuncu 25 may 1990-cı ildə ölüb. Belə olan halda, hazırki iş üzrə İddiaçı mərhum anası Xuraman Abışovaya miras qalmış Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X4 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN 101 Kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair“ Dövlət aktına əsasən Yevlax rayonu Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X4 məxsus 4,52 ha torpaq sahəsindən 2/6 hissəsinə ¼ hissədə pay hüququ vardır.

18. Məhkəmə kollegiyası yekun olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mülki iş kifayət qədər araşdırılmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

23. Maddə 1145. Miras fiziki şə xsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

24. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

25. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

26. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

27. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsi ndən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

28. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

29. Maddə 1246. Vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəm iyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyy ən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə kas sasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaş ır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1118/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar