Məhkəmə qərarları › İş №2(102)-909/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-909/2022

22.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-909/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız sayılması, maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)1216/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2015-ci ildə Cavabdeh2 ilə ailə qurmuşdur.

2. Tərəflərin uşaqları olmamışdır. Mərkəzi Klinika” MMC ilə “xəstə” X4 və “xəstə yaxını” İddiaçı arasında 08 avqust 2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi” bağlanmışdır. Müqavilənin 4-cü bəndinə görə “Toplanan yumurta hüceyrələri qadının həyat yoldaşının toxum hüceyrələri ilə mayalandırılacaqdır”. Müqavilənin 2.1.2-ci bəndinə əsasən “Xəstəxana” tibbi xidmətləri “Xəstə” və “Xəstə yaxını”nın imzalamış olduğu və bu müqavilənin ayrılmaz hissəsini təşkil edən Əlavə - İİ-də təqdim olunan “Razılıq” formasına əsasən göstərir (İşin 105-109-cu vərəqləri).

3. İddiaçı və cavabdeh X2 imzaladığı qeyd olunan “Kişi donordan istifadə razılığı” (iş vərəqi 110 ) adlı tarixsiz sənəddə İddiaçı uşağa sahib ola bilməsi üçün başqa şəxsə aid “Donor spermlər”dən istifadə edilməsini tələb etdiyi göstərilir.

4. Bundan sonra İddiaçı və cavabdeh X2 25.05.2018-ci il tarxidə Xədicə və Zeynəb adlı iki uşaqları doğulmuşdur.

5. İddiaçı cavabdehlər X3 və Cavabdeh1ya qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, X1 mayalanmasından doğulmuş 25.05.2018-ci il təvəllüdlü Xədicə və Zeynəb adlı uşaqların atasının müəyyən olunması, atası başqa şəxs müəyyən olunarsa onların şəhadətnamələrində düzəliş edilməsi, atalıq qrafasından onun adının çıxarılması, onun həmin uşaqlar üzərində valideynlik hüququnun etibarsız hesab edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(013)-89/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin ol unmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.08.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ödədiyi 40.000 manat pul vəsaitinin, 500.000 manat mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 ilə evliliyindən uşaqları olmadığına görə 2017-ci ildə müayinə və müalicə olunmaq üçün Cavabdeh1 MMC-nə müraciət etmiş, həkim ona süni mayalanma yolu ilə daha tez uşaq sahibi olmağın mümkün olduğunu bildirmişlər. İddiaçıya əməliyyat olunub normal toxum hüceyrələri götürməklə, yaxud donordan istifad ə etməklə mayalanmanın mümkün olduğunu da bildirmişlər və iddiaçı donor təklifini rədd edərək cərrahi əməliyyat olunmağa razılıq vermişdir. Həkimlər iddiaçını əməliyyat edərək normal toxum hüceyrələri əldə etdiklərini bildirmişlər. 25.05.2018-ci il tarixdə əkiz uşaqlar dünyaya gəlmişdir. Lakin bir müddət sonra iddiaçıya bəlli olmuşdur ki, cavabdehlər iddiaçıdan xəbərsiz əlbir olaraq, donordan istifadə etmişlər. Bununla da iddiaçıya həm maddi, həm mənəvi ziyan vurulmuşdur.

8. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir.

9. Digər Cavabdeh2 iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmiş, eyni zamanda bildirmişdir ki, iddiaçı donor haqqında razılığı imzalayarkən həmin razılığın mətni bar əsində məlumatlı olmuş və razılaşmışdır.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(009)-1119/2020 saylı qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Jalə Bünyatova ilə İddiaçı “Kişi donordan istifadə” ilə bağlı razılıq alınmışdır. Tərəflər müqaviləni imzalamaqla və sözügedən razılığa (“Kişi donordan istifadə” ilə bağlı) imza etməklə müqavilənin və razılığın bütün şərtlərini qəbul etmişlər. Müqavilədə və razılıqda qeyd olumuşdur ki, ər-arvada donordan istifadə ilə bağlı hər bir hal izah edilmiş və tərəflər bununla bağlı razılıq əldə etmişdilər. Odur ki, iddiaçı sözügedən müqaviləyə və razılığa imza etməklə könüllü olaraq arvadının donordan istifadə etməsinə razılıq vermiş və bun unla bağlı cavabdeh müalicə müəssisəsinə qarşı hər hansı bir tələbinin olmayacağını öz üzərinə götürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki halda 40.000 manat məbləğində maddi ziyanı geri tələb etməsi və müqavilənin etibarsız hesab olunmasını iddia etməsi əsassızdır.

12. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 337.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)-1216/2021 saylı qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A. İmanov və V.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 08.08.2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi” iddiaçıya münasibətdə etibarsız hesab edilmiş, Cavabdeh1 MMC-dən 8586,34 manat maddi ziyan, 1000 manat mənəvi ziyan, 45 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, iş üzrə 250 manat ekspertiza xərci Cavabdeh1 MMC-nə aid edilmişdir.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı “Kişi 5donordan istifadə” ilə bağlı razılıq ərizəsini imzalamadığı nı, həmin ərizənin mövcudluğundan xəbəri olmadığını bildirmiş və həmin razılıq ərizəsindəki imzanın ona məxsus olub-olmamasının müəyyən edilməsi barədə ekspertiza keçirilməsinə dair vəsatət versə də, işə baxan məhkəmə ekspertiza keçirilməsi barədə vəsatətə hər hansı bir münasibət bildirməmiş, işin obyektiv araşdırılması yuxarıda qeyd edilən prosessual normaların tələblərinə uyğun həyata keçirilməmişdir. Nəticədə qəbul edilmiş qətnamə qanuni və əsaslı olmamışdır.

16. İddiaçı apellyasiya icraatında ekspertiza keçirilməsi barədə vəsatət verdiyindən, apellyasiya icraatında iddiaçının vəsatəti təmin edilərək, məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 15 mart 2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, eksp ertizaya təqdim olunmuş, mülki işin 110-cu vərəqəsində olan “Kişi donordan istifadə” razılığı barədə ərizənin “Həyat yoldaşının razılığı” hissəsində “Ad, ata adı, soyadı” qrafasındakı “İddiaçı” yazıları və “İmza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizanın qeyd edilən rəyi ilə razılaşmayan cavabdehin verdiyi vəsatət əsasında təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 03 iyun 2021-ci il tarixli rəyi ilə də mübahisələndirilən “Kişi donordan istifadə” razılığı barədə ərizədəki imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələblərinin birinci hissəsi Cavabdeh1 MMC ilə bağlanmış 08.08.2017-ci il tarixli müqavilənin ona aid hissədə etibarsız hesab olunmasıdır. Əsası isə həmin müqavilə çərçivəsində onun adından tərtib olunmuş “Kişi donordan istifadə” razılığı barədə ərizənin onun tərəfindən imzalanmaması və belə razılıq verməməsidir.

18. Məhkəmə kollegiyası iddia tələbini həmin hissədə əsaslı hesab edərək bildirmişdir ki, apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza rəyləri “Kişi donordan istifadə” razılığı barədə ərizədəki imzanın iddiaçıya məxsus olmadığı müəyyən edilmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab etmişdir ki, 08 avqust 2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi”nin 4-cü bəndinə görə ”Toplanan yumurta hüceyrələri qadının həyat yoldaşının toxum hüceyrələri ilə mayalandırılacaqdır” xüsusi hal kimi göstərilmiş v ə iddiaçı həmin tarixli “Xəstə yaxınının razılığı” ilə bu müqavilə ilə razılaşmışdır. Lakin qeyd edilən müqavilədə “Kişi donor”dan istifadə ediləcəyi ilə bağlı hər hansı bir hal nəzərdə tutulmamışdır. Lakin iddiaçının adından onun tərəfindən mübahisələndirilən tarixsiz “Kişi donordan istifadə razılığı” adlı sənəd tərtib edilmişdir. Həmçinin apellyasiya araşdırması zamanı həmin ərizənin iddiaçı tərəfindən imzalanması və ya donordan istifadə olunması barədə iddiaçının razılığının olmasına dair hər hansı bir sübut müəyyən olunmamışdır. Belə olan halda müəyyən olunur ki, kişi donordan istifadə edilməsi iddiaçının iradəsinə zidd olduğundan, mübahisələndirilən müqavilə etibarlı əqd sayıla bilməz.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı əqdin etibarlığı, yəni arzu olunan hüquqi nəti cəyə səbəb olması üçün onun bağlanılmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.

20. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 və 337.4-cü maddələri hazırki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, Cavabdeh1 MMC-də tərtib olunan “Kişi donordan istifadə” razılığı barədə ərizə iddiaçı tərəfindən imzalanmadığından və iddiaçının iradə ifadəsini əks etdirmədiyindən, mübahisələndirilən müqavilə iddiaçıya münasibətdə etibarsız hesab edilməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi həmçinin qe yd etmişdir ki, iddiaçı iddia tələbində maddi ziyan kimi 40000 manat pul vəsaitini cavabdehdən tələb etmiş və bu məbləğin 5000 manatının süni mayalanmaya görə, 35000 manatın uşaqların süni nəfəs aparatında saxlanmasına görə ödənilmiş vəsait olduğunu bildirmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı maddi ziyan tələbini təsdiq edən sübut kimi 08.08.2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi”ni təqdim etmişdir. Həmin müqavilə ilə müəyyən edilir ki, iddiaçı müqavilənin 3.1-ci maddəsinə görə 1840 manat ödəmişdir. Bundan əlavə iddia tələbinin maddi ziyan tələbi ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şika yəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və mənəvi zərərin ödənilməsi hissəsində ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və mənəvi zərərin məbləğini müəyyən edərkən iddiaçının keçirdiyi iztirabları, bioloji atası olmadığı uşaqlara görə 4000 manatdan çox aliment ödəməsini, məlum hadisələrdən sonra atasının infarkt keçirib həyatını itirməsini nəzərə almamışdır.

24. Cavabdeh1 MMC-nin nümayəndəsi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin xahiş etmişdir.

25. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmış dır ki, məhkəmə ekspert rəylərinin əsassız olması barədə Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən irəli sürülmüş dəlilləri rədd etmiş, Cavabdeh2 məhkəmədə iştirakını təmin etməmiş, ona göndərilən bildirişlərin Ağdam raqyonun Papravənd kəndinə deyil, faktiki yaşadığı ünvan 1 ünvana göndərilməsi barədə vəsatətləri rədd edilmişdir. İddiaçı daha əvvəl uşaqların atalığı ilə bağlı verdiyi iddia üzrə Ağdam Rayon Məhkəməsində işə baxılarkən, “Kişi donordan istifadə razılığı” sənədini özü imzaladığını etiraf etmişdir və bu məhkəmənin qətnaməsində göstərilmişdir. Eyni zamanda Səbail Rayon Məhkəməsində işə baxılanda da üzləşmə zamanı həmin sənədi özü imzaladığını etiraf etməyə məcbur olmuşdur. Bundan başqa, məhkəmə 8586,34 manat pulun Cavabdeh1 MMC-dən tutulmasını qət edərkən, həmin məbləği təkcə idd iaçıya məxsus vəsait kimi qəbul etmiş, həmin vaxt birgə nikahda olmuş Jalə Binyətovanın birgə mülkiyyət və onun üzərində sərəncam hüququ pozulmuşdur. Bundan əlavə, mənəvi zərərin əvəzi olaraq 1000 manat pulun ödənilməsi barədə gəlinən nəticə də əsassızdır. Çünki iddiaçı nəsiltörətmə hüceyrələrin 0% olmasını bilirdi və kənar donordan istifadə barədə razılığa özü imza etmişdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh1 MMC-nin nümayəndəsi iddiaçının kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzifələri 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl g ətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.5. müqavilələr azadlığı; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi. Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə

331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər müb ahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qayd alara (imperativ normalara) uyğun gəlməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə

418. Ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və o nlara qiymət vermir.

30. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətlərində irəli sürülən dəlillər apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvini ehtiva etdiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya göndərilməlidir. instansiyası məhkəməsinə

34. İşin məhkəmələr tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı Jalə Binyətova ilə e vliliyindən (tərəflərin arasında nikahın qeydə alınması barədə sübut işə əlavə olunmamışdır) uşaqları olmamışdır. Bu səbəbdən onlar Cavabdeh1 MMC-yə müraciət etmişlər. “Xəstə” kimi Jalə Binyətova, “xəstə yaxını” kimi İddiaçıla Cavabdeh1 MMC arasında 08 avqust 2017-ci il tarixdə süni mayalanma barədə müqavilə bağlanmış, süni mayalanma həyata keçirilmiş və onların 25.05.2018-ci il tarxidə Xədicə və Zeynəb adlı iki uşaqları doğulmuşdur (uşaqların doğum haqqında şəhadətnamələri işə əlavə olunmamışdır).

35. Tərəflərin arasında 08 avqust 2017-ci il tarixdə bağlanmış süni mayalanma barədə müqavilənin 4-cü bəndində müəyyən olunmuş şərtə əsasən, Jalə Binyətova həyat yoldaşı İddiaçı toxum hüceyrələri ilə mayalandırılmalı idi. Lakin tərəflərin bildirdiyinə görə süni mayalanma zamanı İddiaçı toxum hüc eyrələrindən deyil, donorun toxum hüceyrələrindən istifadə olunmuşdur. Cavabdehlər bunun səbəbini onunla izah edirlər ki, İddiaçı nəsiltörətmə hüceyrələri süni mayalanmaya yararsız olduğuna görə İddiaçı “Kişi donordan istifadə razılığı” barədə sənəd imzalamış və bu razılığa əsasən başqa şəxsin toxum hüceyrələrindən istifadə olunmuşdur. İddiaçı isə bu cür razılıq vermədiyini və “Kişi donordan istifadə razılığı” barədə sənədə imza etmədiyini bildirmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2021-ci il tarixli və 03 iyun 2021-ci il tarixli rəyləri ilə müəyyən olunmuşdur ki, “Kişi donordan istifadə” razılığı barədə ərizənin “Həyat yoldaşının razılığı” hissəsində “Ad, ata adı, soyadı” qrafasındakı “İddiaçı” yazıları və “İmza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başq a şəxs tərəfindən icra olunmuşdur.

36. İddiaçı işin bu hallarına əsaslanmaqla 08.08.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, süni mayalanma və uşaqların doğulması ilə bağlı ödədiyi 40.000 manat pul vəsaitinin, 500.000 manat mənəvi ziyanın cavabdehlərdən tutulub ona ödənilməsini xahiş etmişdir.

37. Əqdlərin etibarsız sayılmasının əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin XİV fəslində müəyyən edilmişdir. Həmin fəslə aid olan 337.1-ci maddədə göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

38. Lakin Mülki Məcəllənin 337.1-ci maddəsi ümumi normadır və qeyd olunan fəslə aid sonrakı normalarda etibarsız və əhəmiyyətsiz əqdlərin mahiyyəti, etibarsız sayılmanın əsasları və hüquqi nəticələri müəyyən olunur.

39. Müqavilənin etibarsızlığının əsasları Mülki Məcəllənin 339-cu maddəsində hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, 340-cı maddədə uydurma və yalan əqdlərin etibarsızlığı, 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, 342-ci maddədə fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, 343-cü maddədə fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, 344-cü maddədə on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı və s. kimi sadalanmışdır.

40. Əqdləri n etibarsız sayılması barədə qərar çıxarılarkən məhkəmə, əqdin etibarsızlığına dəlalət edən hüquqi faktları və qanunda nəzərdə tutulmuş hüquqi əsası (normanı) konkret olaraq bildirməlidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

41. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni bu cür əsaslandırmamış, əqdlərin etibarsızlığından bəhs edən normaları qətnamədə sadalamasına baxmayaraq, məhz hansı normaya əsasən əqdin etibarsız olduğunu göstərməmişdir. Başqa sözlə, məhkəmənin qətnaməsindən, əqdin etibarsız s ayılmasını müəyyən edən hüquq normalarının dispozisiya şərtlərinin olması müəyyən edilmir.

42. Məhkəmə kollegiyası xatırladır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

43. Mülki prosessual qanun vericiliyin müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

44. İşin hallarının tam araşdırılmadığı qətnamə qanunilik və əsaslılıq tələbinə cavab vermir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məh kəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

45. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 a prel tarixli Qərar).

46. Yəni hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.

48. Bu şərtlər baxımından mübahisə predmeti olan 08 avqust 2017-ci il tarixli süni mayalanma barədə müqaviləsi təhlil olunduqda görünür ki, həmin müqavilənin subyektləri tibbi xidmətdən yararlanmaq istəyən xəstə, xəstənin qohumu və tibbi xidməti həyqta keçirən tibb müəssisəsidir. Bu subyektlərin müqavilə bağlamaq üçün zəruri olan fəaliyyət qabiliyyəti və hüquq qabiliyyəti ilə bağlı mübahisə yoxdur. Əqdin predmeti aydın ifadə olunmuş, müqavilə yazılı formada bağlanmışdır və qanunvericiliyin tələblərinə uyğun olmaması barədə tərəflər hər hansı dəlil irəli sürmürlər. 08 avqust 2017-ci il tarixli müqavilənin tərəflərin iradəsinə, müqavilə bağlanarkən tərəflərin nəzərdə tutduqları nəticələrə (nail olmaq istədikləri məqsədə) uyğun olmaması da müəyyən olunmur.

49. Ümumiyyətlə iddiaçının dəlilləri, mahiyyəti etibarilə 08 avqust 2017-ci il tarixli həmin müqavilənin onun iradəsinə zidd olduğunu ehtiva etmir. İddiaçı “Kişi donordan istif adə razılığı” adlı tarixsiz sənədin onun iradəsinə uyğun olmadığını, həmin sənədə imza etmədiyini bildirir.

50. Apellyasiya instansiyası məhkəməsi də bildirmişdir ki, «iddiaçının iddia tələblərinin birinci hissəsi Cavabdeh1 MMC ilə bağlanmış 08.08.2017-ci il tarixli müqavilənin ona aid hissədə etibarsız hesab olunmasıdır. Əsası isə həmin müqavilə çərçivəsində onun adından tərtib olunmuş “Kişi donordan istifadə” razılığı barədə ərizənin onun tərəfindən imzalanmaması və belə razılıq verməməsidir».

51. Apellyasiya instansiyası məhkəməsi daha sonra bildirmişdir ki, «08 avqust 2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi”nin 4-cü bəndinə görə ”Toplanan yumurta hüceyrələri qadının həyat yoldaşının toxum hüceyrələri ilə mayalandırılacaqdır” xüsusi hal kimi göstərilmiş və id diaçı həmin tarixli “Xəstə yaxınının razılığı” ilə bu müqavilə ilə razılaşmışdır. Lakin qeyd edilən müqavilədə “Kişi donor”dan istifadə ediləcəyi ilə bağlı hər hansı bir hal nəzərdə tutulmamışdır. İddiaçının adından onun tərəfindən mübahisələndirilən tarixsiz “Kişi donordan istifadə razılığı” adlı sənəd tərtib edilmişdir. Həmçinin apellyasiya araşdırması zamanı həmin ərizənin iddiaçı tərəfindən imzalanması və ya donordan istifadə olunması barədə iddiaçının razılığının olmasına dair hər hansı bir sübut müəyyən olunmamışdır. Belə olan halda müəyyən olunur ki, kişi donordan istifadə edilməsi iddiaçının iradəsinə zidd olduğundan, mübahisələndirilən müqavilə etibarlı əqd sayıla bilməz».

52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşmır. Çünki “Kişi donordan istifadə razılığı” adlı sənədin 08 avqust 2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi”nin tərkib hissəsi olması barədə sonuncu müqavilədə hər hansı şərt yoxdur. Bu halda “Kişi donordan istifadə razılığı” adlı sənədin etibarsızlığının nəyə görə 08 avqust 2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi”nin etibarsızlığına səbəb olması əsaslandırılmalı idi.

53. İşin aydın olan halı ondan ibarətdir ki, Cavabdeh1 MMC 08 avqust 2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi”nin 4-cü bəndinə görə süni mayalandırmanı qadının həyat yoldaşının toxum hüceyrələri ilə mayalandırılacağı barədə müəyyən olunan şərti pozmuşdur. Müqavilə iştirakçısının müqavilə şərtini pozması faktı, müqavilənin etibarsız sayılması üçün Mülki Məcəllənin XİV fəslində müəyyən edilmiş əsaslara aid deyildir.

54. Müqavilə öhdəliyinin pozulmasının hüquqi nəticələri isə Mülki Məcəllənin 442 və 443-cü maddələrində əksini tapmışdır. Həmin normalara əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

55. Bundan başqa, Cavabdeh1 MMC-nin nümayəndəsi kassasiya şikayətində bildirmişdir ki, iddiaçı daha əvvəl uşaqların atalığı ilə bağlı verdiyi iddia üzrə Ağdam Rayon Məhkəməsində işə baxılarkən, “Kişi donordan istifadə razılığı” sənədini özü imzaladığını etiraf etmişdir və bu məhkəmənin qətnaməsində göstərilmişdir.

56. Həqiqətən də mülki işin 37-39-cü səhifələrində olan Ağdam Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(013)-89/2020 saylı qətnaməsinin kserosurətindən görünür ki, İddiaçı cavabdehlər X3 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi verərək, X1 mayalanmasından doğulmuş 25.05.2018-ci il təvəllüdlü Xədicə və Zeynəb adlı uşaqların atasının müəyyən olunması, atası başqa şəxs müəyyən olunarsa onların şəhadətnamələrində düzəliş edilməsi, atalıq qrafasından onun adının çıxarılması, onun həmin uşaqlar üzərində valideynlik hüququnun etibarsız hesab edilməsini xahiş etmişdir. Ağda m Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(013)89/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır.

57. Həmin qətnamənin mülki işin 38-ci səhifəsində olan vərəqin sonuncu abzasında qeyd olunur ki, «İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı başqa kişidən donor götürülməsinə razı olmadığını, lakin mahiyyətini başa düşməyərək bu barədə Mərkəzi klinikaya razılıq ərizəsi verdiyini etiraf etmişdir».

58. İşin bu halı, İddiaçı Ağdam Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(013)-89/2020 saylı qətnaməsində əksini tapmış izahatına MPM-nin 106.3-cü maddəsinə əsasən qiymət verilməsinin tələb edir. Belə ki, MPM-nin işdə iştirak edən şəxslərin izahatlarından bəhs edən 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar bar ədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır (maddə 106.4).

59. Cavabdeh1 MMC-nin nümayəndəsinin kassasiya şikayətində göstərdiyi “iddiaçı Səbail Rayon Məhkəməsində işə baxılanda da üzləşmə zamanı həmin sənədi özü imzaladığını etiraf etməyə məcbur olmuşdur” dəlili əsassızdır. Çünki birinci instansiya məhkəməsinin iclas protokollarından və iddiaçının yazılı müraciətlərindən bu hal müəyyən olunmur.

60. Həmçinin Cavabdeh1 MMC-nin nümayəndəsinin 8586,34 manat pulun təkcə iddiaçıya məxsus vəsait kimi qəbul edilməli olmadığı, birgə nikahda olmuş Jalə Binyətovanın birgə mülkiyyət və onun üzərində sərəncam hüququnun pozulması barədə dəlilləri də əsassızdır və bu halı mübahisələndirməyə subyektiv hüququ yoxdur.

61. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayəti təmin edildiyinə görə, iddianın müqavilənin etibarsız sayılması tələbi təmin olunduğu halda, maddi ziyan və mənəvi ziyanın miqdarı yenidən araşdırılmalıdır.

62. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrin i rəhbər tutaraq qərara aldı: Kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)1216/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar