Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-910/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı x1, iddiaçının vəkili Babayev Toğrul Babalı oğlu və cavabdehin vəkili və nümayədəsi x3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin21 iyun 2019-cu il t arixli2(011)-5536/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim S.Mehrəliyev) iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən, məruzəçi), X.Cəmilova və İ.Xəlilov, 2(103)-11237/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin21 iyun 2019-cu il tarixli2(011)-5536/2019 saylı qətnaməsi iddiaçı x1na münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdeh x2 qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 mənzilə (abonent kodu **********00998) qanunsuz hesablanmış 2880,60 manat cərimənin silinməsi və mənzilin qazla təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxar ılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı x1, iddiaçının vəkili Babayev Toğrul Babalı oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayədəsi Allahverdiyev Anar Yusif oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbu l edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kim i qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" 04.05.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, x1 istifadəsində olan J-4 markalı SMART qaz sayğacı dəyişdirilmiş, aktda qeyd edilmişdir ki, sayğac dəyəri ödənilməyən sərfiyyata görə çıxarılmışdır. Sayğacın mexaniki göstəricisi 25541 m3, elektron göstəricisi 11622 m3dir. Sayğacın üzərində 1332 m3 dəyəri ödənilməyən qaz sərfi vardır. Göstəricilər arasında fərq 25541-11622=13919 m3-dir. Göstəricilər arasında fərqin və dəyəri ödənilməyən qaz sərfinin dəyəri cəmi 13919+1332=15251 m3-dir. Sayğacın hesabladığı qaz həcminin dəyəri 3050,20 manatdır. Sayğac dəyişdirildikdən və yeni sayğac quraşdırıldıqdan sonra istehlakçının istifadə etdiyi təbii qaza görə borcu 3050,20 manatdır. İş materiallarına əlavə edilmiş x1na məxsus **********00998 saylı abonentin saldosundan görünür ki, 2018-ci ildə ona sayğacın göstəricisinə əsasən 3050,20 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya münasibətdə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 15 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-910/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-910/2020
12.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver