Məhkəmə qərarları › İş №2(102)-913/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-913/2021

17.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-913/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Mədə-Bağırsaq Sanatoriyasının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı Mədə-Bağırsaq Sanatoriyasının nümayəndəsi X2 və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-172/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının adına verilmiş xx.xx.2004cü il tarixli, JN-1054 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktına əsasən Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli, 05/820 saylı sərəncamına ilə Sanatoriyanın tikintisi üçün 16,9 ha torpaq sahəsi ayrılmışdır.

2. Həmin Komitə tərəfindən Konfederasiyanın adına verilmiş xx.xx.2004-cü il tarixli, JN-1123 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktına görə, Bakı ŞXDS İK-nin xx.xx.1970-ci il tarixli, 29/607 saylı sərəncamına əsasən 5 mərtəbəli korpus tikintisi üçün Sanatoriyaya əlavə 6,20 ha torpaq sahəsi ayrılmışdır.

3. Xəzər Rayon Po lis İdarəsinin əməkdaşının iştirakı ilə tərtib olunmuş xx.xx.2016-cı il tarixli akta əsasən, Cavabdeh Sanatoriyanın balansında olan torpaq sahəsinin 4,3 sotdan ibarət hissəsini zəbt edib, həmin sahəni hasara alıb və orada ev tikmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Mədə-Bağırsaq Sanatoriyası ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Sanatoriyaya məxsus olan və Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinin bir hissəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş hasarın və tikilinin sökülməsi, həmin sahənin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh, iddiaçı Sanatoriyanın balansında olan, Mərdəkan qəsəbəsində keçmiş klubun arxasında yerləşən boş sahədə 4,3 sot torpaq sahəsini zəbt etmiş, hasarlamış və qeyri-qanuni ev inşa etmişdir. Sanatoriyanın rəhbərliyi tərəfindən cavabdehə torpağın boşaldılması, evin və hasarın sökülməsi barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə olmamışdır. Eyni zamanda, Sanatoriyanın rəhbərliyi cavabdehin bu kimi hərəkəti barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə məlumat vermiş və PB-nin əməkdaşının iştirakı ilə akt tərtib olunmuşdur.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********85 saylı xx.xx.2017-ci il tarixli məktubu ilə rayon məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyinə əsasən, JN-1054 saylı Dövlət aktında gös tərilmiş sxemə əsasən mübahisələndirilən torpaq sahəsi Sanatoriyanın tikintisi üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşmir.

7. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2647 saylı xx.xx.2017-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Mərdəkan qəsəbəsində keçmiş klubun arxasında yerləşən torpaq sahəsinin Sanatoriyanın balansında olması barədə məlumat olmadığından, həmin torpaq sahəsinin Sanatoriyanın balansında olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

8. Məhkəmə Ekspertizası Mərkəzinin 28089 saylı xx.xx.2018-ci il tarixli rəyində isə göstərilir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, **********13 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, JN1123 saylı (kod:******* *) “Torpaqlardan daimi istifadə hüququna dair Dövlət Aktı”nın işlənməsinə səbəb olmuş ilkin torpaqayırma sxemlərində uyğunsuzluq olduğu üçün mübahisələndirilən torpaq sahəsinin Sanatoriyanın ərazisinə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

9. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Z.Axundova) xx xxxxx 2018-ci il tarixli, 2(003)368/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, məhkəmə xərcləri cavabdehdən tutulmuşdur.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ekspert rəyi ilə cavabdehin zəbt etdiyi torpaq sahəsinin JN-1123 saylı Dövlət aktı ilə nəzərdə tutulan ərazidə yerləşdiyini inkar etməmiş, yalnız ilkin torpaqayırma sxemlərində uyğunsuzluğun olması səbəbindən müb ahisələndirilən torpaq sahəsinin iddiaçının ərazisinə düşüb-düşməməsini müəyyən edə bilməmişdir. İddiaçının yanaşı yoxlanılmış sübutlarla təkzib edilməyən dəlillərini nəzərə alaraq, cavabdehin Sanatoriyanın daimi istifadəsində olan JN1123 saylı Dövlət aktı ilə nəzərdə tutulan 6,20 torpaq sahəsinin 4,3 sotunu zəbt edib hasar və ev tikməsi işin hallarına uyğundur və bu halın ekspert tərəfindən müəyyən edilə bilməməsi iddiaçının torpağa dair pozulmuş hüququnun bərpasından imtina üçün əsas deyil. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdehin verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən xx.xx.2019-cu il tarixli qərardadla əlavə məhkəmə mühəndis-torpaqşünaslıq ekspertizası təyin edilmişdir.

13. Məhkəmə Ekspertizası Mərkəzinin 26669 saylı, xx.xx.201 9-cu il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, **********29 saylı arayışın məlumatlarına əsasən, JN-1054 (kod ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nın koordinatları (əvvəllər istifadə edilən) “Pulkova 1942” koordinat sistemində işlənməsi səbəbindən müvafiq araşdırmanın aparılması və qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və E.Şamayev) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-172/20 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il t arixli qətnamə ləğv edilərək iddia rədd edilmişdir.

15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, sübut etmə yükü üzərinə düşən iddiaçı Sanatoriya iddianın əsaslandırılmasına dair dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçı Sanatoriyanın balansında olması iş materialları ilə sübuta yetməmişdir. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, rayon məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə əsassızdır, iddiaçının subyektiv hüququ olmadığı halda, irəli sürdüyü tələbi təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayə ti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını, iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Dövlət Akt”ında sanatoriya üçün ayrılmış torpaq sahəsinin mərz nişanları, koordinatları, qonşu sərhədləri verilmiş, qorunma zolağı göstərilmişdir. Ekspert GPS aparatı vasitəsilə həmin koordinatları müəyyən etməli və özbaşına tikilinin Sanatoriyaya ayrılmış torpaq sahəsində inşa edilib edilməməsini araşdırmalı və ya özbaşına tikili ilə istifadədə olan torpaq sahəsinin sərhədini müəyyən etməli idi. Ancaq ekspert bu halları araşdırmadan iddiaçının ziyanına yarımçıq rəy vermişdir. Hesab edirlər ki, yaranmış vəziyyətdə iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququ var. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasi ya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qayd alarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

22. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

23. Maddə 164.1 və 164.2. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

24. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtlə ri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

30. Hazırkı işin hallarından görünür ki, iddiaçı dövlət aktı ilə onun istifadəsində ayrılmış torpaq sahəsində cavabdehin müəyyən ərazini hasara almaqla qanunsuz (özbaşına) tikili inşa etdiyini, bununla da sahibliyinin pozulduğunu bildirir. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 164.2-ci və 180.4-cü maddələri nəzərdən keçirilə bilər.

31. Həmin normaların mənasından göründüyü kimi sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sa hibliyin qaytarılmasını tələb edə bilər. Eyni zamanda tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (§ 21-24).

32. Bununla belə, həmin normalara söykənən tələb irəli sürüldükdə əvvəlcə iddiaçı, mübahisəli ərazinin sahibliyində və istifadəsində olan sahə olmasını sübuta yetirməlidir.

33. Hazırkı işdə İddiaçı Mədə-Bağırsaq Sanatoriyası Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının adına verilmiş xx.xx.2004cü il tarixli, JN-1054 saylı və xx.xx.2004-cü i l tarixli, JN-1123 saylı “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktlarına və plan-cizgi sənədlərinə istinad edərək bildirir ki, mübahisəli sahə onların istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilindədir.

34. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı Sanatoriya mübahisəli torpaq sahəsinin iddiaçı Sanatoriyanın balansında olması iş materialları ilə sübuta yetmir.

35. Kassator bildirir ki, sənədlərdə sanatoriya üçün ayrılmış torpaq sahəsinin mərz nişanları, koordinatları, qonşu sərhədləri verilmiş və qorunma zolağı göstərilmişdir. Ekspert GPS aparatı vasitəsilə həmin koordinatları və özbaşına tikilinin Sanatoriyaya ayrılmış torpaq sahəsində inşa edilib-edilməməsini müəyyən etməli idi. Buna baxmayaraq ekspertiza yarı mçıq rəy vermişdir.

36. İş üzrə alınmış ekspertiza rəylərindən görünür ki, ekspertlər torpaq sahəsinin Sanatoriyanın balansında olması barədə məlumat olmadığını, “Torpaqlardan daimi istifadə hüququna dair” Dövlət Aktının işlənməsinə səbəb olmuş ilkin torpaqayırma sxemlərində uyğunsuzluq olduğunu, habelə Aktın koordinatlarının (əvvəllər istifadə edilən) “Pulkova 1942” koordinat sistemində işlənmədiyini bildirərək müvafiq araşdırmanın aparılmasının mümkün olmadığı qənaətinə gəlmişlər.

37. Halbuki, Bakı şəhərində yerləşən, “Torpaqlardan daimi istifadə hüququna dair” iki ədəd Dövlət Aktı və müvafiq koordinatlar və döngə nöqtələri dəqiq göstərilmiş plan-cizgi sənədləri olan sahələrin yerləşmə yerinin bu sahədə ixtisaslaşmış dövlət orqanlarının mütəxəssisləri, eləcə də ekspertlər tərəfindən müəy yən olunmaması anlaşılan deyil.

38. Bundan əlavə, apellyasiya baxışında keçirilmiş ekspertizanın rəyində iddiaçıya LN 1123 nömrəli dövlət aktı ilə ayrılmış 6,20 ha torpaq sahəsinə dair plan-cizgi sənədləri tədqiq edilməmişdir.

39. Kollegiya nəzərə alır ki, iddiaçı özündə olan sənədləri və digər sübutları məhkəməyə təqdim etmişdir. Belə olan halda, məhkəmə mübahisəli xüsusatın ixtisaslı şəxslərin rəyi ilə aydınlaşdırılması, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün mübahisəli sahənin və tikilinin yerləşdiyi ərazinin ümumiyyətlə kimin mülkiyyətinə (dövlətin və ya bələdiyyənin) aid olması, hazırkı hüquqi vəziyyəti, hər iki Dövlət Aktı ilə iddiaçının istifadəsinə ayrılmış sahələrin texniki parametrləri və sərhədləri, bu sərhədlər in cavabdehin sahibliyində olan sahənin faktiki sərhədləri ilə üst-üstə düşüb düşməməsi, eləcə də işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər halların Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin (zəruri olduqda digər qurumların) aidiyyəti təşkilatlarının mütəxəssis və avadanlıqları cəlb edilməklə ekspertiza yolu ilə müəyyən edilməsi zəruridir.

40. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mü lki Kollegiyasının 2(103)-172/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar