Məhkəmə qərarları › İş №2(102)-914/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-914/2024

14.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-914/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6110/2023 nömrəli, 24 oktyabr 2023- cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı (bundan sonra-iddiaçı) məxsusdur.

2. Azəriqaz İB tərəfindən (bundan sonra-cavabdeh) tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 mart 2023-cü il tarixli ******* saylı akta əsasən, iddiaçıya məxsus qaz sayğacı laboratoriyaya göndərilmiş, qaz sayğacının yoxlanılması barədə akta əsasən “sərfiyyatı qeydə almayan əhali sayğacından qeyri-əhali sektorunda (tikiş fabriki) sektorunda istifadə olunur” kimi qeyd edilmişdir.

3. Birlik tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnaməyə” əsasən AGİS bazasında əhali qeydiyyatında olan G-4 markalı, **********3 nömrəli qaz sayğacının sərfiyyatı qeydə almadığı, eyni zamanda qeyd olunan sayğacdan müəssisədə istifadə edildiyi aşkar olunmuşdur və xx.xx.2023-cü il tarixdə tərtib olunmuş ******* saylı aktın əsasında dəymiş ziyanın həcmi 51.840 kub metr hesablanmışdır.

4. Həmçinin cavabdeh tərəfindən tərtib edilmiş abonent saldosuna əsasən, 2023-cü ilə abonentin 6.220,80 manat borcu mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən abonent hesabına (abonent kodu **********10000) akt əsasında hesablanmış ümumilikdə 6.220,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən ona əlavə sərfiyyat kim i 6.220,80 manat məbləğində borc hesablanmışdır. Borcun yaranma əsası ilə bağlı cavabdehə müraciət etdikdə, iddiaçıya bildirmişlər ki, onun evinə aid qaz sayğacı nasazlıqlar səbəbindən xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmiş, əvvəlki qaz sayğacında baxış keçirilərkən müəyyən edilmişdir ki, sayğaca müdaxilə olunmuş və bununla əlaqədar olaraq ona 6.220,80 manat məbləğində əlavə sərfiyyat kimi borc hesablanmışdır. Cavabdehin ona bu kimi borc hesablaması əsassızdır, çünki o, qaz sayğacına müdaxilə etməmişdir. Qaz sayğacında yaranmış və aşkar edilmiş qüsurlar təqsiri ucbatından baş verməmişdir.

7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3 avqust 2023-cü il tarixli, 2(011)3447/23 saylı (hakim A.Həsənova) iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus **********10000 saylı abunə koduna hesablanmış 6.220,80 manat məbləğində borcun silinməsi və ödənilməli olan 82.21 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya cərimənin yazılmasına əsas olmuş hal onun əhalinin istifadəsi üçün nəzərdə tutulmuş sayğacdan qeyri-əhali sektorunda istifadə edilməsi olmuşdur. Tərtib edilmiş aktda göstərilmişdir ki, iddiaçıya məxsus ünvanda tikiş fabriki fəaliyyət göstərir. Məhkəmədə cavabdeh tərəf istinad etdiyi halı sübuta yetirmək üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bunun əksi olaraq iddiaçının vəkili öz izahatında bildirmişdir ki, istinad olunan ünvanda fərdi yaşayış evi yerləşir və iddiaçı istehlak etdiyi qazın dəyərini ödəməkdən heç vaxt boyun qaçırmamışdır. Həmçinin, aktda qeyd edilmişdir ki, sayğac sərfiyyatı qeyd etmir.

9. Məhkəmə, qaz sayğacının sərfiyyatı qeyd etməməsinə münasibətdə qeyd etmişdir ki, buna cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməlidir. Sayğacın təyinatı üzrə istifadə edilməməsinə gəldikdə isə, bunu təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Hesablanmış cərimə borcunun hansı qaydada, yəni hansı düstura və hesablanma qaydasına əsasən müəyyən olunduğu da cavabdeh tərəfindən əsaslandırılmamışdı r. Odur ki, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 6.220,80 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir.

10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv e dilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

12. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, abonentin təqsirli hərəkətləri nəticəsində Birliyə 6.220,80 manat məbləğində maddi ziyan dəymişdir. Həmin borcun silinməsi üçün əsas yoxdur. Lakin işə baxmış birinci instansiya məhkəməsi bu halları nə zərə almamış, cavabdeh tərəfindən təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-6110/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), P.Hüseynov və A.İmanov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, fiziki şəxs olan istehlakçılara (hazırki halda iddiaçıya) məxsus yaşayış sahəsin dən kənarda quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır.

15. Buna görə də məhkəmə hesab etmişdir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Müdaxilənin iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübut (məsələn: sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək şahidlər və ya videogörüntülər) cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir.

16. Apellyasiya instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

17. Apellyasiya instansiya məhkəməsi tərəfindən mülki iş tərəflərin və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərinin olub-olmamasının yoxlanılması üçün eyni tarixli xüsusi qərardad çıxarılmışdır. Qərardadda qeyd edilmişdir ki, işdə olan sənədlərdən müəyyən edilir ki, cavabdeh Birliyin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvana xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, qaz sayğacına müdaxilə edilmişdir. Bununla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li akt tərtib edilmiş və müəyyən edilmişdir ki, həmin ünvanda qanunsuz olaraq istifadə edilmiş təbii qazın cəmi həcmi 51.840 kub metr təşkil edir. Birliyin əməkdaşları bu halları müəyyən etsələr də, halların tək rar edilməsinin qarşısını almaq üçün effektiv tədbirlər görməmiş, bu kimi halların qarşısının alınması məqsədi ilə hüquq mühafizə orqanlarına məlumat verməmişlər. Məhkəmə hesab etmişdir ki, hazırki mülki iş tərəflərin əməllərində cinayətin əlamətlərinin olub-olmamasının yoxlanılması üçün iş üzrə xüsusi qərardad qəbul edilməli və xüsusi qərarda göstərilən hallar müvafiq prokurorluq orqanının diqqətinə çatdırılmalıdır. c) Kassasiya şikayətinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Şikayət, apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, Mülki Məcəllə nin 21.1, 386 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 6.5-ci bəndinə istinad edərək əlavə olaraq qeyd etmişdir ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər cavabdehin tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə, məhkəmə iddianı təmin etmişdir. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin məhkəmələr bu halı nəzərə almamışdır. Əlavə olara q, sayğac əhali üçün nəzərdə tutulmasına baxmayaraq iddiaçı və ya abonent sənaye xarakterli işlər üçün istifadə etməsini məhkəmələr demək olaraq ki araşdırmamışdır. Bu hal özlüyündə isə sayğaca müdaxiləni demək olar ki, təsdiq etməkdədir. Məhkəməyə təqdim edilmiş aktlar və şəkillər hadisənin həqiqiliyini o cümlədən zərərin reallığını əks etdirsə də, məhkəmələr demək olar ki, bu xüsusatlara diqqət yetirməyərək qətnamə qəbul edilmişdir. Bununla yanaşı, mülki işə əlavə edilmiş saldodan da görünür ki, istehlak edilmiş qaz həcmi ödənilmiş pul məbləği reallıqdan tam uzaqdır. İddiaçı təbii qazdan qeyri qanuni istifadə etdiyindən demək olar ki, heç bir ödəniş etməmişdir. Məhkəmələr mülki işi tədqiq edərkən istehlak olunmuş qaz həcmini və ya istehlak qaza görə ödənilmiş pul məbləğini tam olaraq müə yyən etməmişlər. Halbuki, bu hallardan iddiaçının təbii qazdan qeyri qanuni istifadə etdiyi açıq aşkar görünə bilərdi. Həmçinin, qanunvericilikdə hər bir tərəf öz tələblərini sübut etmək vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları iddiaçıdan tələb etmiş, nə də tərəflərindən təqdim edilmiş sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar və fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. b)

20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulm uş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (deli kt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 25. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsi: Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 27. 4.2-ci bəndi. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğular ının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 28. 4.6-cı bəndi: Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 29. 4.7-ci bəndi: Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 30. 4.9-cu bəndi: İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakç ının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 31. 6.5-ci bəndi: Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini d ayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 32. 13.8-ci bənd. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları 34. 5.1-ci bənd: Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstə ricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəy yən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 97.1: İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

39. Maddə 407.2: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.

2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Apellyasiya instansiyası məhkəməsinin aktı qismən, iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən apelyasiya instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən qaz sayğacına edilmiş müdaxiləni təsdiq edən hər hansı sübut (şahidlər və ya videogörüntülər) cavabdeh tərəfindən məhkəmələrə təqdim edilməmişdir.

46. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

47. Prosessual qanunvericilik sübut etmə yükünün tələb ed ən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

48. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6110/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar