Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-915/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X2 ibarət tərkibdə, X17 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 vəkili X10, cavabdehlər Cavabdeh1, sonuncunun və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 vəkili X3 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri xxx nömrəli Notariat Kontoruna və X5nə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, müvafiq dövlə t reyestrində aparılmış qeydlərin və hüquqmüyyənedici sənədlərin ləğv edilməsi, tələbinə dair ilk iddiası; iddiaçılar Cavabdeh4 və Cavabdeh5 cavabdehlər Cavabdeh1, Bakı şəhəri xxx nömrəli Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3 və İddiaçı1 qarşı vərəsəlik hüququnun tanınması barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10724/19 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsindən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil və cavabdehlər Cavabdeh4, Cavabdeh5 və vəkili X16 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri xxx nömrəli Notariat Kontoruna qarşı, X5ni maraqlı şəxs qismində göstərməklə ilk iddia ərizə si ilə məhkəməyə müraciət edərək, X5 nömrəli bağ evinə dair Bakı şəhəri xxx saylı notariat kontoru tərəfindən xx xxxx 2012-ci il tarixdə təsdiqlənmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında X5 tərəfindən müvafiq dövlət reyestrlərində aparılmış qeydlərin və verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, həmin bağ evi üzərində İddiaçı1 vərəsəlik payının tam şəkildə müəyyən edilməsi, buna dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin Cavabdeh6na, müvafiq dövlət reyestrlərində qeydlərin aparılmasının və hüquqmüəyyənedici sənədlərin verilməsinin isə X5nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 Cavabdeh1, Bakı şəhəri xxx nömrəli Notariat Kon toruna, Cavabdeh2, Cavabdeh3 və İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5 vəfatından sonra miras qalan X5 nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsinin açıq qalan 2/12 paya dair qanun üzrə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 2(005)-435/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, X5 vəfatından sonra miras qalan X5 nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsinin açıq qalan 2/12 paya dair Cavabdeh4 və Cavabdeh5 qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Elşən Kazımov- sədrlik edən və məruz əçi, Tofiq Səmədov, İkram Şirinov) xx.xx.2019-cu il tarixli, 2(103)-10724/2019 nömrəli qətnaməsi ilə İddiaçı1 və xxx tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-435/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilərək Cavabdeh4 və Cavabdeh5 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 12 nömrəli notariat kontoruna və İddiaçı1 qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qarşılıqlı iddiası təmin edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin tam şəkildə təmin edilməsi barə də yekun qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh5 və onların vəkili X16 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən, qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin tam həcmdə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı1 kassasiya şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin məzmunundan xəbərsiz olmuşdur. Onun həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaması da bu xüsusatı təsdiq edir. X5 xx xxxxxxx 1970-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra həmin mübahi səli əmlaka yalnız X5 idarə etməyə başlamış və mirasa yiyələnmişdir (əvvəlki Mülki Məcəllənin 552-ci maddəsinə əsasən). Belə ki, məhz o, həmin bağ evini əsaslı təmir etdirməklə ona müəyyən artırmalar etmiş, bağ evinin yerləşdiyi torpaq sahəsində hovuz tikdirmiş, ağaclar əkmiş, eləcə də bütün kommunal ödənişlərini həyata keçirmişdir. Adlan çəkilən digər 3 nəfərin isə həmin torpaq və üzərindəki bağ evinə ümumiyyətlə aidiyyətləri olmamışdır. X5nın yeganə vərəsəsi X5in (mirası təkcə o qəbul etmişdir) X5 ilə olan birinci nikahından xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh4 və xx.xx.1979-cu il təvəllüdlü X11 anadan olmuşdur. X5 ilə X5 arasındaki xx.xx.1978-ci il tarixli xx xxxxxx 1998-ci ildə pozulmuş, xx.xx.2001-ci ildə isə X5 ilə İddiaçı1 daxil olmuşlar. Onlar nikaha daxil olduqdan sonra soyuq vax tlarda X5, isti vaxtlarda isə Artura məxsus mübahisəli bağ evində yaşasalar da, ailə zəminində yaranan mütəmadi münaqişələrlə əlaqədar daimi yaşamaq uçun mübahisəli bağ evinə köçmüşlər. X5 xx.xx.2010-cu il tarixdə ölmüş, ölümündən sonra onun miras əmlakı olaraq anası X5dan vərəsəlik qaydasında faktiki qəbul etməklə ona keçmiş mübahisəli torpaq və üzərindəki bağ evi qalmışdır. X5 anasının mirasını faktiki qəbul etsə də ölən günə kimi onu rəsmiləşdirməmişdir. O bağ evini sənədləşdirmək istəsə də xəstəliyi ilə əlaqədar bu işlə məşğul ola bilməmişdir. Onun ölümündən sonra həmin bağ evində yalnızca İddiaçı1 yaşamışdır. Hər iki instansiya məhkəməsi də X5dan miras qalmış əmlakın (torpaq və üzərindəki bağ evi) X5 tərəfindən faktiki qəbul edildiyini müəyyən etmiş, onun qardaş-bacısının isə X5nın mi rasını qəbul edib-etmədiklərini ümumiyyətlə araşdırmamışdır. Məhz həmin xüsusatın aydınlaşdırılması ilə xx xxxx 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarlı olubolmadığını müəyyən etmək mümkün idi. X5in ölümündən bir müddət sonra Cavabdeh1 bağın sənədini almaq üçün ilkin iddiaçıya kömək etməyi təklif etmiş, ona bəzi sənədlərə imza atdırmışdır. Mübahisəli bağa xx xxxxxx 2011-ci il tarixdə açılmış vərəsəlik işi əsasında xx xxxx 2012-ci il tarixdə verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin məzmunundan İddiaçı1 məlumatı olmamış, o, mərhum ərinin qardaşı olan Cavabdeh1 tərəfindən aldadılaraq xx.xx.2012-ci il tarixdə 12 saylı notariat kontoruna aparılmış və Cavabdeh1 mərhum əri X5 ilə birlikdə yaşadıqları, habelə tikdikləri və bağ sahəsind ə işlədikləri 0,25 ha torpaq sahəsinin X5 adına keçiriləcəyi barədə yalan vəd verib notariat kontorunda bu barədə ərizəyə imza atdırmışdır. Onun xx.xx.2012- cil il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaması da həmin şəhadətnamənin məzmunundan xəbərsiz olduğunu təsdiq edir. Cavabdeh1 öz tamahkar niyyətini həyata keçirmək və İddiaçı1 əmlakdan məhrum etmək məqsədi ilə hətta saxtakarlığa belə gedərək Pirşağı qəsəbəsi üzrə nümayəndəlikdən saxta məzmunlu arayış almışdır ki, həmin arayış orada adıçəkilən şəxslər tərəfindən mirasın qəbul edildiyini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz (arayışa görə, Cavabdeh1 güya qardaşı Namiq və bacıları Natella ilə birlikdə anaları X5nın vəfatından sonra 273 a saylı bağ sahəsini bir yerdə becərərək qulluq etmişlər). Həmin sənəd 2011-ci ilə aiddir, mərhum X5nın mirası isə nə az, nə çox 41 il bundan əvvəl açılmışdır. Həmin sənəddə mübahisəli bağı həmin şəxslərin birlikdə becərərək qulluq etdikləri göstərilsə də, bu hərəkətin konkret hansı tarixdə olduğu göstərilmir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 kassasiya şikayəti onunla əsaslandırıllmışdır ki Bakı Apellyasiya Məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən gəldiyi nəticə qanunsuz və əsassızdır. Mübahisə X5 saylı bağ evi ilə bağlıdır. Həmin torpaq sahəsi və üzərindəki bağ evi X7 məxsus olmuşdur. Onun Cavabdeh4 Cəmiloviçlə olan nikahından 4 övladı olmuşdur: Cavabdeh1; Cavabdeh2; Cavabdeh3 və X5. X13 xx xxxxxxx 1970-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra həmin mübahisəli əmlaka X5 övladları olan Cavabdeh1; Cavabdeh2; Cavabdeh3 və X5 idarə etməyə başlamış və mirasa yiyələnmişdirlər. Onlar, həmin bağ evini əsaslı təmir etdirməklə ona müəyyən artırmalar etmiş, bağ evinin yerləşdiyi torpaq sahəsində hovuz tikdirmişlər, ağaclar əkmişlər, eləcə də bütün kommunal ödənişlərini həyata keçirmişdirlər. X5 övladları bağ evini faktiki olaraq qəbul etmişlər. Mərhum X5nun X5 ilə olan birinci nikahından xx xxxxx 1981 -ci il təvəllüdlü Cavabdeh4 və xx xxxxxx 1979-cıı il təvəllüdlü Cavabdeh5 anadan olmuşlar. X5 ilə X5 arasındakı xx xxxxx 1978-ci il tarixli nikah xx xxxxxx 1998ci ildə pozulmuş, xx xxxxxx 2001-ci ildə isə X5 ilə İddiaçı1 nikaha daxil olmuşlar. Onlar mərhum ataları X5dən miras qalan pianinonu, kompüteri və mübahisələndirlən bağ evini və torpaq sahəsini faktiki qəbul etmişlər, lakin öz adlarına səhadətnaməni almamışdılar. Hal-hazırda həmin əmlak onlar tərəfindən qəbul olunduğuna görə həmin mirasın açıq qalan 2/12 hissəsinə onların vərəsəlik hüquqları tanınmalıdır. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaçının kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, cavabdehlərin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi və vəkili X16 verdikləri kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh1 və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 vəkili Xəqani Musayev iddiaçının kassasiya şikayətinə etiraz edər ək onun təmin olunmamasını, cavabdehlərin kassasiya şikayətinin isə təmin edilməsini xahiş etdilər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, X13 1971-ci ildə vəfat etmişdir. Ondan X5 s aylı bağ evindən ibarət miras əmlak qalmışdır. X5 birinci növbə vərəsələri övladları Cavabdeh1, Cavabdeh3, X8 vəX5 olmuşlar.X5in birinci nikahından Cavabdeh4 və X11 anadan olmuşdur. xx xxxxxx 2001-ci ildəX5 X5 ilə rəsmi nikaha daxil olmuşdur. X5 xx xxx 2010-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra X7 məxsus bağ sahəsinə dair xx xxxxxx 2011-ci il tarixdə 53/2015 nömrəli vərəsəlik işi açılmış, xx xxxx 2012-ci il tarixdə Cavabdeh1 1/4 pay, X1 1/4 pay, Cavabdeh3 1/4 pay, İddiaçı1 1/12 paya dair vərəsəlik şəhadətnaməsi verilmiş, X11 və Cavabdeh4 düşən 2/12 pay açıq saxlanılmış, xx xxxxxx 2016-cı il tarixli məktubla vərəsəlik payını almaq üçün şəxsiyyət vəsiqəsi və qohumluğu təsdiq edən sənədlərlə 12 saylı notariat kontoruna müraciət edilməsi onlara təklif edilmişdir. Bakı şəhəri, Sab unçu Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(008)-4675/2016 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh4 və X6 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunaraq, X4 və Cavabdeh4 qəbul etmədikləri 2/12 pay faktiki olaraq mirası qəbul etmiş vərəsələr arasında onların paylarına mütənasib bölünməsi, Cavabdeh1 1/4 paya görə 7/24 pay, Cavabdeh2 1/4 paya görə 7/24 pay, Cavabdeh3 1/4 paya görə 7/24 pay, İddiaçı1 1/12 paya görə 3/24 pay verilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)7434/2018 nömrəli qətnaməsi ilə müvafiq tələbə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4675/2016 nömrəli iş üzrə xx xxx 2016-cı il tarixli qətnaməsindən maraqlı şəxs İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4675/2016 nömrəli mülki iş üzrə xx xxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh4 və X6 qarşı “miras əmlaka açıq qalan 2/12 payın qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-203/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-7434/2018 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 və onun vəkili X12 tərəfindən kassasiya şikayəti verilmiş, müvafiq qərarla iddiaçı Cavabdeh1 iddia dan imtinası qəbul edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-7434/2018 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin icraatına xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə müəyyən etmişdir ki,X5in miras əmlakı faktiki qəbul etməsi mübahisəsiz hal olaraq, vərəsəliyin onun adına rəsmiləşdirilibrəsmiləşdirilməməsindən asılı olmayaraq miras əmlakdan ona düşən 1/4 pay həmin şəxsin mülkiyyətinə keçmiş və ölərkən miras aktivinə daxil olmuşdur.X5 ölərkən onun iki övladı olan Cavabdeh4, X11 və arvadı İddiaçı1 olmaqla üç nəfər birinci növbə vərəsəsi olmuşdur. Buna görə də, 2012-ci il tarixdə qeyd edilən miras əmlaka dair vərəsəlik işi açılarkənX5ə məxsus 1/4 payın 1/12 hissəsi İddiaçı1 verilmiş, digər iki v ərəsəsinə çatan 2/12 hissə isə açıq saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1, 1243, 1246-cı maddələrinə istinadən ilk iddia üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, iddiaçı mübahisəli bağ evinə Bakı şəhəri xxx saylı notariat kontoru tərəfindən xx xxxx 2012-ci il tarixdə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və bundan törəyən digər tələbləri irəli sürsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də, məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Mübahisəli bağ sahəsi X5 ölümündən sonra faktiki olaraq onun övladlar ının istifadəsində qalsa da hər hansı bir hüquqla onlara məxsus olmamışdır. İddiaçının mərhum ərinin də bağ sahəsinə ölənədək hər hansı bir formada qulluq göstərməsi ona hansısa üstün imtiyaz verə bilməzdi. İddiaçı iddia ərizəsi ilə 2018-ci ildə məhkəməyə müraciət etmiş, yəni xx xxxx 2012-ci il tarixdə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını mübahisələndirilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş kəsici müddəti də ötürmüşdür. Ona görə də, bu hal ilk iddianın təmin edilməsini istisna edən haldır. Apellyasiya instansiyası məhkəməsinin sadalanan maddi hüquq normaları əsasında qarşılıqlı iddia üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, qarşılıqlı iddiaçılar halhazırda mirası faktiki qəbul etdiklərini, lakin öz adlar ına şəhadətnamə almadıqlarını, miras əmlak onlar tərəfindən qəbul olunduğuna və faktiki sahibliyində olduğuna görə X5 nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsinin açıq qalan 2/12 paya dair qanun üzrə vərəsəlik hüquqlarının tanınmalı olduğunu bildirsələr də, bu hallar işdə olan hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmır. Əksinə işdən, o cümlədən məhkəmə aktlarından açıq-aşkar görünür ki, qarşılıqlı iddiaçılar həmin bağ evində yaşamamış və qeydiyyatda olmamışlar. Qarşılıqlı iddiaçıların vərəsəliklə bağlı müraciət etmədiklərindən 2/12 pay açıq saxlanılması mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməməsini göstərir. Halbuki, miras əmlaka açıq qalan paya dair notariat orqanına müraciət etməli idilər, lakin etməmişlər, eləcə də bağ evinə sahiblik et məmiş və ya idarə etməyə faktik başlamamış və mirası qəbul etdiklərini nümayiş etdirməmişlər. Buna görə də, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən mübahisəli bağ evinə dair həmin hüququ itirmişlər. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçıların kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu tələb üzrə gəldiyi nəticələr işin araşdırılmış hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1145-ci maddəyə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. - 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna m irası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, mübahisəli bağ sahəsi və orada yerləşən ev X5 icarəsin də olsa da, xx xxxxxxx 1970-ci il tarixdə onun vəfat etməsi ilə əlaqədar avtomatik olaraq miras açıla bilməzdi. Çünki, mübahisəli bağ sahəsinə dair X13 ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X15 arasında xx xxxxxx 1967-ci il tarixli, xx xxxxxx 1973-cü ilədək olan uzun müddətli icarəyə verilmə haqqında müqavilə bağlanmışdır. Göründüyü kimi, mübahisələndirilən bağ torpaq sahəsi X5nın ölənədək icarəsində olsa da, həmin vaxt dövlət mülkiyyətində olmuşdur. Dövlət mülkiyyətində olan bağ sahəsinə dair X5 ölümü ilə əlaqədar həmin vaxt miras açılması qanunvericilikdə nəzərdə tutulmamışdır. İşin materiallarından görünür ki, X13 ilə bağlanan müqavilənin müddəti xx xxxxxx 1973-cü ildə bitsə və ölümündən sonra faktiki olaraq onun övladlarının istifadəsində qalsa da, apellyasiya instansiyası məhkəmə si düzgün olaraq qeyd etmişdir ki, həmin bağ sahəsinə dair kiminləsə yeni müqavilə bağlanması işin materiallarından görünmür. Deməli, mübahisəli bağ sahəsi X5 ölümündən sonra faktiki olaraq onun övladlarının istifadəsində qalsa da, hər hansı bir hüquqla onlara məxsus olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin bağ sahəsi ölən günə qədər, yəni xx xxx 2010-cu il tarixinə kimi X5nun da mülkiyyətində olmamışdır. İş materiallarından görünür ki, mərhum X7 müqavilə əsasında məxsus olmuş bağ sahəsinə dair hüquqların rəsmiləşdiirlməsi üçün daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2010cu il tarixli arayış əsasında onun vərəsələri, X5 vəfat etdiyi üçün isə onun vərəsələrinin müraciəti əsasında xx xxxxxx 2011-ci il tarixdə vərəsəlik işi açılmış, xx xxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə Cavabdeh1 1/4 pay, X1 1/4 pay, Cavabdeh3 1/4 pay, İddiaçı1 1/12 pay verilmiş, qarşılıqlı iddiaçılar isə vərəsəliklə bağlı müraciət etmədiklərindən 2/12 pay açıq saxlanılmışdır. Mirasın qəbulu barədə ərizə ilə xxx saylı Notariat Kontoruna müraciət edilərkən qarşılıqlı iddiaçıların da vərəsə olmaları digər vərəsələr tərəfindən bəyan edilərək göstərilmiş, həmin şəxslərin mirasdan imtina halı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mirasın açılması vaxtı baxımından X7 məxsus əmlakdan oğluX5ə çatası payın onun birinci dərəcəli vərəsələri olan X11 və Cavabdeh4 tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına ərizə verilməməsi və ya faktiki qəbul edilməməsi ilə bağlı mövqeyi düzgün olmamışdır. K ollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçıların xx xxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində açıq saxlanılmış 2/12 paylarına dair müvafiq şəhadətnamənin alınması üçün notariat orqanına müraciət edib-etməmələrini, atalarından qalma digər bir əmlakı qəbul edib-etməməsini araşdırmadan, onların qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən mübahisəli bağ evinə dair həmin hüququ itirmələri kimi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi hazırki mübahisəyə Mülki Məcəllənin 1248.1-ci maddəsinin tətbiqinin mümkünlüyünü müzakirə etməmişdir. Həmin maddəyə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu baxımdan digər vərəsələrin bütün vərəsələri, o cümlədən qarşılıqlı iddiaçıları vərəsə kimi göstərməklə, xx xxxxxx 2011-ci il tarixdə notariat orqanına müraciət edərək, miras əmlaka dair şəhadətnamə verilməsi barədə ərizələrinin Mülki Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan razılıq kimi qiymətləndirilməli olub-olmamasına qiymət verilməlidir. İddiaçı1 onun iddia tələblərinin tam şəkildə təmin edilməməsinə dair kassasiya şikayətində göstərilənlərə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddiaçının apellyasiya şikayətinin dəlillərinə əsasən düzgün hüquqi qiymət vermişdir. Belə ki, kollegiya ilk növbədə apellyasiya instansiyası məhkəməsinin mübahisəli bağ evinə Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən xx xxxx 2012-ci il tarixdə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və bundan törəyən digər tələbləri üzrə gəldiyi nəticə ilə razılaşır. İşin materiallarından görünür ki, iddiaçının tələbi əsasən sözügedən şəhadətnamənin qanunsuz olması və qanunsuzluğu təkcə aldadılma ilə, ümumiyyətlə əqdlərlə bağlı qanunvericiliyin tələblərinin pozulması ilə bağlı deyil, bilavasitə vərəsəlik hüququ ilə bağlı mülki qanunvericiliyin tələblərinin pozulması ilə də bağlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu dəl ilərin əsassı olması ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, aldadıldığını sübut etmək yükü ilk iddiaçının üzərinə düşdüyü halda, o aldadıldığını sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya insta nsiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, işdə olan notariat işindən də görünür ki, iddiaçı miras əmlaka dair notariat orqanına ərizə yazmış, özündən başqa digər vərəsələrin olduğunu göstərmişdir. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin məzmunundan xəbərsiz olmasını həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaması ilə əsaslandırsa da, kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin dəlilinin də inandırıcı və ağlabatan olmamasına, əqdlərlə bağlı qanunvericiliyin hansı tələblərinin pozulduğunu da açıqlamamasına dair mövqeyi ilə razılaşır. Kollegiya kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin apellyasiya instansiyası məhkəməsinin iddiaçının mərhum ərinin də bağ sahəsinə ö lənədək hər hansı bir formada qulluq göstərməsinin ona hansısa üstün imtiyaz verə bilməməsinə, icarə müqaviləsi əsasında X5 istifadəsində olan bağ sahəsinə dair onun övladlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi zamanı vərəsəlik hüququ haqqında qanunvericiliyin tələblərinin pozulmamasına, X5nın yeganə vərəsəsinin X5in ola bilməməsinə dair nəticələrini də işin araşdırılmış hallarına uyğun, qanuni və əsaslı sayır. Kollegiya daha sonra apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia ərizəsi ilə 2018-ci ildə məhkəməyə müraciət etməklə, yəni xx xxxx 2012-ci il tarixdə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını mübahisələndirilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş kəsici müddəti də ötürməsinə, qeyd olunan müddətin tətbiq edilməsi üçün ərizə verilməsinə ehtiyac olmamasına dair nəticəsi ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ilk iddia üzrə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etsə də, qətnamənin nəticə hissəsində prosessual pozuntuya yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi ilk iddiaçının apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət versə də, qətnaməsinin nəticə hissəsində birinci instansiya məhkəməsinin ilk id dia tələbləri üzrə gəldiyi nəticənin düzgün olub-olmamasını göstərməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Buna görə də, iddiaçının kassasiya şikayəti yalnız bu əsasla qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının lə ğv edilməsi üçün əsasdır. - 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. - 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respub likası MPM-nin 88 və 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti və Cavabdeh5 və Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-10724/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-915/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-915/2020
24.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver