Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-915/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 Ziyaddin qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin ümumi istifadə üçün boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Fərziyeva-Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçıların vəkili Vəkil3, cavabdeh-vəkil Cavabdeh1, Cavabdeh2 Ziyaddin qızının vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X5 v ə Cavabdeh2 Ziyaddin qızına qarşı “yerləşkənin (arkanın) bağlanmasının qanunsuz hesab edilərək sökülməsi və yerləşkənin altındakı torpaq sahəsinin ümumi istifadə üçün boşaldılması və s.” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2(103)-5201/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə 2 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 2ndə yerləşən 5b saylı fərdi yaşayış evi İddiaçı4 (mülkiyyət hüququ xx.xx.2014- cü il tarixdə dövlət qeydiyyatına alınmış), 5v saylı fərdi yaşayış evi İddiaçı1 (mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış), 5a saylı fərdi yaşayış evi İddiaçı3 (mülkiyyət hüququ xx.xx.2014- cü il tarixdə dövlət qeydiyyatına alınmış) və 5q saylı fərdi yaşayış evi İddiaçı2 (mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış) mülkiyyətindədir.
2. Fərdi yaşayış evlərinin qonşuluğunda yerləşən Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsində yerləşən və texniki pasporta əsasən 2006-cı ildə inşa edilmiş, sahəsi 6509,8 kv.m olan 14 C saylı qeyri-yaşayış binası ilk dəfə xx.xx.2014-cü il tarixdə X10 adına daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alınmış, sonradan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında onun tərəfindən X11, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında isə sonuncu tərəfindən X1 və xx.xx.2015-ci il tarixdə sonuncunun bu əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 3. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə X6 iddiası təmin edilərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun faktiki ölçülərə uyğun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş və xx.xx.2018-ci il tarixdə qeyri-yaşayış sahəsi 7230,6 kv.m ölçüdə X6 adına yenidən qeydiyyata alınmışdır.
4. X12 xx.xx.2020-ci il tarixdə öldükdən sonra ondan miras qalmış əmlakla bağlı xx.xx.2021-ci il tarixdə bağlanmış miras payın bölüşdürülməsi müqaviləsin ə əsasən qeyriyaşayış binası X4 mülkiyyətində verilmiş (mülkiyyət hüququ xx.xx.2021-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır), xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən isə onun tərəfindən Cavabdeh1 mülkiyyətinə verilmişdir. 5. xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən sonuncu bu əmlakın xx.xx.2018-ci il tarixli texniki pasporta əsasən təsnifat üzrə 1-ci mərtəbədə yerləşən 200 kv.m-dən ibarət 15 saylı “xidmət sahəsi”ni Cavabdeh2 Ziyaddin qızına bağışlamış və sonuncunun həmin əmlaka dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
6. İddiaçılara məxsus fərdi yaşayış evlərinə keçirilən texniki baxış zamanı həmin evlərin ümumi həyətyanı sahəsinin əsas yola çıxış hissəsi digər fiziki şəxs X2 xüsusi mülkiyyətində olan qeyri-yaşayış bin asının texniki pasportu üzrə, 1-ci mərtəbədəki 15 saylı yerləşkənin daxilindən keçdiyi aşkar edilmişdir. Həmçinin gediş-gəliş yolu evlərə dair verilmiş texniki pasportlarda nəzərdə tutulmamışdır. Fərdi yaşayış evlərinə hazırkı faktiki vəziyyətdə yeganə gediş-gəliş yolu Babək prospekti, Qafqaz küçəsi tərəfə, qeyri-yaşayış binasının ümumi sahəsinə daxil olan və 1-ci mərtəbəsində yerləşən, texniki pasportda 15 saylı xidmət sahəsi kimi nəzərdə tutulmuş hissədən keçir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən müvafiq olaraq 5b, 5v, 5a və 5q saylı fərdi yaşayış evlərindən ə sas yola çıxışı təmin edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının 1-ci mərtəbəsindəki 15 saylı sahənin altında olan torpaq sahəsinin zəbt edilməsinin və 15 saylı sahənin bağlanmasına səbəb olan tikilinin (dəmir qurğu/qapı) qanunsuz tikili (özbaşına tikili) hesab edilərək, cavabdehlərin hesabına sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsinin qonşuların əsas yola çıxışını təmin etmək üçün boşaldılması, iddiaçıların əsas yola çıxışını bağlamaqla mülkiyyətlərindən istifadəyə maneə yaradılması nəticəsində vurulmuş zərərin əvəzi olaraq X3 hər bir iddiaçıya 12.000 manat pulun tam şəkildə ödənilməsi və Cavabdeh1 və Cavabdeh2 isə hər bir iddiaçıya 1.500 manat məbləğində vəsaitin müştərək qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evləri aypara şəklində bir-biri ilə qonşuluqda yerləşir. Qonşular qeyd edilən fərdi yaşayış evlərini əldə etdikləri zaman evlərin ümumi istifadədə olan yola çıxışı əvvəl dörd mərtəbli olan, sonradan iki mərtəbənin artırılması nəticəsində hazırda altı mərtəbəli olan qeyri-yaşayış sahəsində olan arkanın altındakı torpaq sahəsindən keçməklə olmuşdur. Hər bir evin qapısından əvvəlcə ümumi istifadədə olan boş torpaq sahəsinə çıxış və oradan da qeyd edilən binanın altında yerləşən ümumi istifadədə olan torpaq üzərində yerləşən arka vasitəsilə ümumi yola cəmi bir çıxış olubdur. Onların fərdi yaşayış evlərinə dair Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təqd im edilmiş texniki pasportlarda mövcud olan “Torpağın planı”nda da fərdi yaşayış evlərinin yola çıxışının həmin arkanın altında yerləşən torpaq sahəsindən olduğu öz əksini tapıb. Lakin hazırda onların ümumi yola çıxışını təmin edən cavabdehlərə məxsus qeyri-yaşayış sahəsinin altında yerləşən ümumi istifadədə olan torpaq cavabdehlər tərəfindən zəbt edilərək, arka cavabdeh tərəfindən tikilərək bağlanıb və iddiaçıların ümumi istifadədə olan yola çıxışı kəsilib. Qonşuların cavabdehdən onların ümumi istifadədə olan yola çıxışını təmin edən torpağın zəbt edilməsi ilə nəticələnin arkanın tikintisinin dayandırılması və tikilinin sökülməsi ilə bağlı tələbləri nəticəsiz qalıbdır. Lakin cavabdehlərin onların öz əmlaklarına keçməsi üçün müəyyən edilmiş sahəni bağlaması nəticəsində onlar öz əmlaklarınd an istifadə etmək hüquqlarından məhrum olmuşdur. Bu müddət ərzində əmlakından istifadə edə bilməmələri nəticəsində onların əlindən çıxmış faydanı ən azı 54.000 manat həcmində qiymətləndirirlər. Hər biri öz əmlakını aylıq ən azı 500 yüz manata icarəyə verə bilərdilər ki, cavabdehlərin yolu bağlaması nəticəsində onlar bu hüquqlarını reallaşdıra bilməyiblər. Nazəni Eyyubova xx.xx.2021-ci il tarixdən 15 saylı keçid sahəsinin müəyyən edildiyi qeyriyaşayış sahəsinin mülkiyyətçisi olub, həmin tarixdən bu günədək (aprel 2023) onların hər birinin əldən çıxmış fayda məbləği 13.500 manat edir. Bu məbləğin 12.000 manatı Nazəni Eyyubovanın mülkiyyətçi olduğu müddət üçün onun tərəfindən, 1500 manatı isə Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətçi olduğu müddət üçün onlar tərəfindən müştərək qaydada ödənilm əlidir.
9. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5359 saylı ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının 1-ci mərtəbəsindəki 15 saylı yerləşkən (arka) olaraq qeyd olunan sahə, cavabdehin mülkiyyətində olan qeyriyaşayış sahəsinə dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 04/3904 inventar nömrəli “Texniki Pasport” da öz əksini tapan 15 nömrəli xidmət sahəsidir, iddiaçılara məxsus olan fərdi yaşayış evlərinin giriş-çıxış qapısı həmin evlərin qarşısında yerləşən torpaq sahəsinə açılır, həmin hissə fərdi yaşayış evlərinə dair tərtib olunmuş “Texniki Pasport”ların “Torpaq sahəsinin planı” bölməsində yol kimi qeyd olunsa da, fərdi yaşayış evlərinin ümumi yola çıxış istiqamətləri “Texniki Pasport”da öz əksini tapmışdır. Həmin Texniki pasportda göstərilən qeyri-yaşayış sahəsinə aid olan 15 nömrəli xidmət sahəsinin sahəsi 200 kv.metrdir və həmin sahə texniki pasportda göstərilən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsinin sahəsinə daxil olduğu, 15 nömrəli xidmət sahəsinin tikinti altı sahəsi (divarların altı nəzərə alınmaqla) 205,1 kv.metrdir. Qeyri-yaşayış sahəsinin ümumi tikinti altı sahəsinin 1149,7 kv.metr olduğunu nəzərə alaraq 15 nömrəli xidmət sahəsinin altında olan torpaq sahəsi nəzərə alınmadan qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsinin ölçüsü 944,6 kv.metrdir.
10. Məhkəmədə icraat zamanı iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçıların yaşayış evlərinin çıx ışı olan ümumi istifadə yolunun (S-970 kv.m) əsas yoldan gediş-gəlişi **********29-06301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 və Cavabdeh2 ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının texniki pasportunda göstərilən 1-ci mərtəbədəki 15 saylı sahədən (200 kv.m.) olduğu, qeyd olunan 15 saylı sahənin qeyri-yaşayış sahəsinin ümumi sahəsinə daxil olduğu, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının xx.xx.2018-ci il tarixdən əvvəl texniki pasportunun mövcud olduğu qeyd edilmişdir.
11. Bundan sonra iddiaçıların vəsatətinə əsasən cavabdeh X8 əsl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ziyəddin qızı ilə əvəz edilmiş, sonradan iddiaçıların ərizəsinə əsasən X8 da cavabdeh qismində işə cəlb edilmişdir.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Pərviz Zamanlı) e-2(011)-48/202 3 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
13. Məhkəmə hesab etmişdir ki, müdaxilənin qanunauyğun (hüquqi əsasının) olması həm müdaxiləni tələb edən tərəfin, həm də müdaxiləyə məruz qalan tərəfin mülkiyyət hüquqlarının qanuni olub-olmamasının araşdırılmasını tələb edir. Həm iddiaçıların, həm də cavabdehlərin mülkiyyət hüququnun olması işin mübahisəsiz halıdır. Hazırkı mübahisə üzrə iddiaçıların hər birinin onlara məxsus fərdi yaşayış evlərinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə hər birinin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları vardır. Bu konteksdə, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmələri haqlı görünə bilər. Lakin məhkəmə hesab etmişdir ki, qeyri-yaşayış sahəsinin 200 kv.m.-dən ibarət 15 saylı “xidmət sahəsi”ndə qur aşdırılmış dəmir qurğunun (qapının) qanunsuz tikili hesab edilərək sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsindən iddiaçıların əsas yola çıxışının təmin edilməsi tərəflərin maraqları arasında mütənasiblik (ədalətli balansın qorunması) meyarına ziddir. Belə ki, iddiaçıların fərdi yaşayış evlərinə gediş-gəliş yolunun təmin edilməsi cavabdehlərin mülkiyyətində olan hər hansı qurğunun (qapının) qanunsuz hesab edilməklə sökülməsi və 15 saylı “xidmət sahəsi”nin altındakı torpaq sahəsinin əvəzsiz olaraq iddiaçıların istifadəsinə verilməsi yolu ilə deyil, başqa bir qanuni əsasla, servitut yolu ilə daha məqbuldur. Digər bir tərəfdən, iş materialları ilə müəyyən edilmişdir ki, 15 saylı “xidmət sahəsi”nin altında olan torpaq sahəsi zəbt edilmiş torpaq sahəsi deyil, cavabdehlərin qanuni ist ifadəsindədir, həmçinin 15 saylı “xidmət sahəsi”nin girişinə quraşdırılmış qurğu (qapı) da qanunsuz “tikili” deyil. Belə ki, yenə də işdə olan istər xx.xx.2014-cü il tarixdə, istərsə də xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportlarda 15 nömrəli “xidmət sahəsi”nin mübahisə edilən giriş hissəsinin bağlı olması nəzərdə tutulmuşdur. Digər bir tərəfdən, qeyri-yaşayış sahəsi Cavabdeh1la Cavabdeh2 xüsusi mülkiyyətlərindədir. Mülkiyyətçinin isə öz mülkiyyətindən istədiyi kimi istifadə etməsi, bu hüquq digər şəxslərin maraqlarına toxunduğu halda isə pozuntunun aradan qaldırılmasının hüquqi əsasları yuxarıda ətraflı şərh edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsd iqi üçün məhkəməyə müraciət etməsi kifayət etdiyi halda, mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. Lakin iddiaçılar cavabdehlərin hərəkətlərinə görə nə real, nə də əldən çıxmış fayda formasında ona zərər dəydiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə iddianın əsassız olması qənaətinə gəlmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 152.1-ci, 152.5-ci, 255.1-ci, 255.4cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1- ci, 217.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokoluna istinadla ə saslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdilər.
17. Apellyasiya şikayəti iddia ərizələrinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, onların tələbi cavabdehlərin mülkiyyətlərinə müdaxilə təşkil etmədiyindən, iddianın mahiyyətcə cavabdehlərin mülkiyyətlərinə müdaxilə təşkil etməsi ilə bağlı birinci instansiya məhkəməsinin arqumentinin heç bir hüquqi əsası yoxdur. Müdaxilə o halda mövcud ola bilərdi ki, onlar məhkəmənin qətnaməsində yazdığı kimi servitut tələb etmiş olsunlar. Belə ki, onların ümumi yola çıxışı cavabdehlər həmin mülkiyyətlərə sahib olduqları ilk vaxtdan cavabdehlərin mülkiyyə tindən keçməklə olubdur və bu öz təsdiqini 1 saylı Ərazi İdarəsinin verdiyi məktublarda da dəfələrlə öz əksini tapıb. Odur ki, onların tələbi mövcud olan yolun qanunsuz bağlanmasının aradan qaldırılmasıdır ki, onların bu tələbi heç bir halda cavabdehlərin mülkiyyət hüququna müdaxilə təşkil edə bilməz. Onların vəsatəti əsasında ekspertin məhkəmə prosesində dindirilməsi zamanı və eləcə də, bir ildən artıq davam edən məhkəmə prosesi zamanı hakim bir dəfə də olsun 15 saylı sahənin cavabdehlərin məhkəməyə təqdim edilmiş texniki pasportlarında bağlı və ya açıq olmasına dair ekspertə və tərəflərə sual verməyib, ekspertiza qarşısında bununla bağlı sual qoymayıb və ümumiyyətlə, bu məsələnin araşdırılmasına maraq göstərməyib. Hətta onların nümayəndəsi dəfələrlə məhkəmə prosesi zamanı bu sahənin texn iki pasportlarda açıq təsvir edildiyini bəyan edən zaman da, hakim nümayəndəyə bununla bağlı sual verməyib. Hətta 1 saylı Ərazi İdarəsinin 3-cü şəxs qismində cəlb edilərək, onların öz mülkiyyətlərinə gediş-gəliş yolunun sözügedən 15 saylı sahədən keçdiyinə dair veridyi məktublarına izah verilməsi, aydınlıq gətirilməsinin təmin edilməsinə dair onların vəsatətlərinə baxmayaraq, hakim bu vəsatətləri təmin etməyib. Lakin sonda hər hansı sübuta istinad etmədən, ekspertin yerli baxış zamanı həmin sahənin bağlı olduğunu bildirdiyinə istinad edərək, sadəcə bu əsasla qərar çıxarıb. Ekspert rəyi birinci instansiya məhkəməsinin qətnaməsində təhrif edilmişdir. Belə ki, ekspertizanın rəyində məhkəmənin yazdığının əksinə olaraq, onların texniki pasportlarında yolun göstərildiyi öz əksini tapmışdır. Üstə lik, ekspertizanın rəyində onların texniki pasportlarında göstərilən yolun onların evləri qarşısında olan torpaq sahəsinə açıldığı öz əksini tapmışdır. Bu o torpaq sahəsidir ki, onlar bu torpaq sahəsinə çıxaraq daha sonra 15 saylı sahədən ümumi yola çıxıblar ki, daha sonra 15 saylı sahənin cavabdehlər tərəfindən qanunsuz bağlanması nəticəsində onların texniki pasportlarında yol kimi göstərilən bu torpaq sahəsindən ümumi yola və evlərinə giriş-çıxış edə bilməyiblər. “Yol” dedikdə, hər kəsə bəllidir ki, gediş-gəliş üçün nəzərdə tutulan zolaq/yer başa düşülür və “yol” dedikdə hər bir yanı bağlı torpaq sahəsi nəzərdə tutulması mümkün deyil. Ekspertizanın rəyindən və eləcə də, onların evlərinə dair texniki pasportlardan müəyyən edildiyi kimi, onlara məxsus texniki pasportlarda onların ümumi yol a çıxışının, yəni gediş-gəliş yollarının evlərinin qarşısında olan torpaq sahəsindən olduğu öz əksini tapıb. Əgər həmin torpaq sahəsi onların texniki pasportlarında yol kimi göstərilibsə, aydın məsələdir ki, həmin torpaq sahəsi bağlı ola bilməzdi. Çünki bağlı olan torpaq sahəsi yol anlayışını ifadə etmir. Əvvəla, məhkəmə 1 saylı Ərazi İdarəsinin onların ümumi yola çıxışının 15 saylı sahədən olduğuna dair məktublarını nə üçün sübut qismində nəzərə almadığını əsaslandırmayıb. Digər tərəfdən məhkəmə qanunsuz olan tikilinin sökülməsinin tərəflərin maraqları arasındakı mütənasibliyi hansı şəkildə pozduğunu da qətnamədə əsaslandırmayıb. Məhkəmə onların qanuni tələblərini təmin etmək əvəzinə, heç bir əsas olmadan onların hüquqlarının təminin servitut yolu mümkün olacağını yazıb. Onların hüquqla rının təmini o halda servitut yolu mümkün olardı ki, onların ümumi yola çıxışı ümumiyyətlə nəzərə alınmamış olsun və bu səbəbdən cavabdehlərdən “yol” istəmiş olsunlar. Halbuki, onlara məxsus evlərin texniki pasportlarından da göründüyü kimi, onların texniki pasportlarında yol müəyyən edilib. Sonradan həmin yolun qanunsuz bağlanılması qanunsuz tikilinin sökülməsini tələb etmək əvəzinə, servitut tələb etmək vəzifəsini yaratmır. Məhkəmənin iddianı təmin etməməklə bağlı mövqeyi qanunsuz tikili anlayışının aydın olmadığını göstərir. 15 saylı sahənin cavabdehlərin mülkiyyətində olması, avtomatik olaraq həmin sahə altında olan torpaq sahəsindən cavabdehlərin həmin sahənin təyinatını nəzərə almadan istənilən qaydada istifadə hüququnu yaratmır. Belə ki, 15 saylı sahə altındakı torpaq sahəsi gediş-g əliş üçün boş sahə olaraq nəzərdə tutulub və 15 saylı sahənin özü də onların və digərlərinin gedişgəlişi üçün açıq sahə kimi layihələndirilib. Bu torpaq sahəsindən təyinatına uyğun istifadənin qarşısının alınaraq heç bir hüquqi əsas olmadan həmin torpaq sahəsinə keçmənin bağlanması, bu bağlamanı tətbiq edən şəxslər tərəfindən torpağın zəbt edilməsini yaradıb. Eləcə də, 15 saylı sahə cavabdehlərə məxsus qeyri-yaşayış sahəsinin həm 2014, həm də 2018-ci il tarixli texniki pasportlarında açıq şəkildə layihələndirildiyindən, sonradan heç bir icazə almadan bu sahənin dəmir qurğu/qapı İlə bağlanması həmin dəmir qapının qanunsuz tikili olduğunu təsdiq edir. Əvvəla, məhkəmə sözügedən texniki pasportlarda 15 saylı sahənin mübahisəli giriş hissəsinin bağlı nəzərdə tutulduğuna dair heç bir dəlilə isti nad etməyib. Yeganə istinad edilən ekspertin yerli baxış zamanı şifahi şəkildə həmin hissənin bağlı olduğunu bildirməsidir ki, maraqlıdır ki, ekspertin həmin “bildirişi” də onların eşidə biləcəyi şəkildə baş verməyib. Əgər məhkəmə qeyd edilən texniki pasoprtlara diqqətlə baxmış olsaydı, həmin texniki pasportlarda mübahisəli giriş qapsının açıq şəkildə təsvir edildiyini görmüş olardı. Belə ki, hər iki texniki pasportda mübahisəli giriş qapısı və onunla qarşı-qarşıya olan hissə bir xətlə təsvir edilmişdir ki, bu da həmin sahələrin açıq olduğunu ifadə edir. Bunu çox rahat şəkildə görmək mümkün olduğu halda, məhkəmə qətnamədə həqiqəti təhrif etməyə çalışıb.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) 2(103)-6081/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya instansiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 140, 152.1, 152.3, 152.5, 157.1, 157.2 və 175.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyasındakı birinci icraat
20. İddiaçılar kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəmənin 07 dekabr 2023-cü il tarixli, 2(103)-6081/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçıların iddia tələblərini təmin edən yeni qərar çıxarılmasını xahiş etmişlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2288/2024 saylı qərarı ilə (hakimlər Əhli man Xıdırov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 7 dekabr 2023-cü il tarixli 2(103)-6081/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
22. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...apellyasiya instansiyası məhkəməsinin sübutlara qiymət verməsi Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubu ilə 15 saylı sahənin hər iki tərəfinin açıq nəzərdə tutulmasının bildirilməsinin, 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçıların mülkiyyətində olan evlərin çıxışı olan ümumi istifadə yolunun əsas yoldan gediş-gəlişinin cavabdehlərin ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının texniki pasportunda göstərilən 1-ci mərtəbədəki 15 saylı sahədən (200 kv.m.) olması barədə məlumatların iddiaçıların müvafiq hissədən gediş-gəliş yolunun olması nəticəsinə gəlməyə əsas vermədiyini kifayət qədər əsaslandıra bilməmiş, eləcə də iddiaçılara məxsus daşınmaz əmlaklara başqa gediş-gəliş yolunun olub-olmamasını, iddiaçıların əvvəllər mülkiyyətlərində olan daşınmaz əmlaklara hansı yolla hansı əsasla gedib-gəldiklərini də kifayət qədər araşdırıb hüquqi qiymət verməmiş, iddiaçılara məxsus daşınmaz əmlaklar inşa edildikləri vaxt daşınmaz əml akların inşa edildiyi torpaq sahəsinin avtomobil yoluna çıxışının haradan olduğu məsələsinə aydınlıq gətirməmişdir. Eləcə də həmin 200 kv.m sahənin son mülkiyyətçisi olan Cavabdeh2 həmin sahəni iddiaçıların hüquqları ilə yüklü əldə edib-etməməsinə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilən məsələlərə hüquqi qiymət verildikdən sonra iddia tələbinin sahənin bağlanmasına səbəb olan tikilinin (dəmir qurğu/qapı) qanunsuz tikili (özbaşına tikili) hesab edilərək, cavabdehlərin hesabına sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsinin qonşuların əsas yola çıxışını təmin etmək üçün boşaldılması hissəsinin əsaslı olub-olmaması qənaətinə gəldikdən sonra, həmin əsas tələblərdən asılı olan maddi zərərin tutulması tələbinin əsaslı olubolmamasına hüqiqi qiymət verməl i olduğu halda, belə istiqamətdə kifayət qədər araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır...”
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 140, 152.1, 152.3, 152.5, 157.1, 157.2, 175.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) 06 noyabr 2024-cü il tarixli, 2(103)-5201/2024 nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)48/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların öz mülkiyyətlərindən istə dikləri kimi istifadə edə bilmələri üçün qanunsuz tikili hesab edilərək sökülməsini tələb etdikləri sahə özü də müvafiq mülkiyyət hüququ ilə başqa şəxsə mənsubdur. Belə ki, iş materiallarına əsasən mübahisəli sahənin üstündə yerləşən qeyri-yaşayış binası cavabdeh Nazəni Eyyubovanın mülkiyətinə keçməzdən əvvəl xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X6 xüsusi mülkiyyətində olmuş, sonradan həmin çıxarış itdiyi üçün 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-3489/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı əsasında qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun faktiki ölçülərinə uyğun xx.xx.2018-ci il tarixdə Bayram Eyyubova yeni çıxarış verilmişdir. Bayram Eyyubovun vəfatından sonra qeyriyaşayış binası qanun üzrə vərəsəlik qaydasında arvadı olan cavabdeh Nazəni Eyyubovanın mülkiyy ətinə keçmiş (digər vərəsələr paylarını Nazəni Eyyubovaya bağışlamışlar), onun qeyri-yaşayış binası üzərindəki mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixində dövlət qeydiyyatına alınmaqla ona bu barədə Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Sonradan qeyri-yaşayış binası Nazəni Eyyubov tərəfindən Cavabdeh1 bağışlanmış, daha sonra isə sonuncu tərəfindən Qeyri-yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m olan 15 saylı xidməti sahə Cavabdeh2 bağışlanmışdır və hazırda da sonuncunun mülkiyyətindədir.
26. İlkin olaraq xx.xx.2018-ci ildə Bayram Eyyubovun adına sözügedən qeyri-yaşayış sahəsinə dair çıxarış verilən zaman tərtib edilmiş texniki pasportda mübahisəli xidmət sahəsinin tikilinin birinci mərtəbəsində yerləşən sahə ilə üst-üstə düşməsi və həmin sahəni n giriş hissənin bağlı olması göstərilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühəndis texniki ekspertizasının 10/5359 saylı, xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının 1-ci mərtəbəsindəki 15 saylı yerləşkən (arka) olaraq qeyd olunan sahənin cavabdehin (Nazəni Eyyubova) mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli 04/3904 inventar nömrəli “Texniki pasport”da öz əksini tapan 15 nömrəli “xidmət sahəsi” olduğu müəyyən olunur. Həmçinin rəydə göstərilir ki, xx.xx.2018-ci il tarixli 04/3904 inventar nömrəli “Texniki pasport”da göstərilən qeyriyaşayış sahəsinə aid olan 15 nömrəli “xidmət sahəsi”nin sahəsi (daxili sahə) 200 m2-dir və həmin sahə texniki pasp ortda göstərilən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsinin sahəsinə daxildir. O cümlədən qeyd olunur ki, 15 nömrəli “xidmət sahəsi”nin tikinti altı sahəsi (divarların altı nəzərə alınmaqla) 205 m2 -dir. Qeyri-yaşayış sahəsinin ümumi tikintialtı sahəsinin 1149,7 m2 olduğunu nəzərə alaraq, 15 nömrəli “xidmət sahəsi”nin altındakı torpaq sahəsi nəzərə alınmadan qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsinin ölçüsü 944,6 m2 müəyyən edilmişdir.
27. Daşınmaz Əmlakın DÖvlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən texniki baxış zamanı iddiaçılara məxsus fərdi yaşayış evlərinin ümumi həyatyanı sahəsinin əsas yola çıxış hissəsi digər fiziki şəxs X4 xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının texniki pasportu üzrə, 1-ci mərtəbədəki 15 saylı yerləşkənin daxilindən keçdiyi aşkar edilmişdir. Gediş-gəliş yolu evlərə dair verilmiş texniki pasportlarda nəzərdə tutulmamışdır. Fərdi yaşayış evlərinə hazırkı faktiki vəziyyətdə yeganə gediş-gəliş yolu Babək prospekti, Qafqaz küçəsi tərəfə, qeyri-yaşayış binasının ümumi sahəsinə daxil olan və 1-ci mərtəbəsində yerləşən, texniki pasportda 15 saylı xidmət sahəsi kimi nəzərdə tutulmuş hissədən keçir.
28. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçıların yaşayış evlərinin çıxışı olan ümumi istifadə yolunun (S=970 kv.m) əsas yoldan gediş-gəlişi **********29- 06301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 və Cavabdeh2 ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının texniki pas portunda göstərilən 1-ci mərtəbədəki 15 saylı sahədən (200 kv.m.) olduğu, qeyd olunan 15 saylı sahənin qeyriyaşayış sahəsinin ümumi sahəsinə daxil olduğu, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının xx.xx.2018-ci il tarixdən əvvəl texniki pasportunun mövcud olduğu qeyd edilir. O cümlədən iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, sözügedən qeyri-yaşayış binasının texniki pasportunda heç bir yol nəzərdə tutulmasa da, yaşayış evlərinin çıxışı olan ümumi istifadə yolunun qeyd edilən yerləşkəndən başqa heç bir yerdən əsas yolla əlaqəsi yoxdur.
29. İşin qeyd edilən hallarına əsasən müəyyən olunur ki, həqiqətən də, yaşayış evlərinə hazırkı faktiki vəziyyətdə y eganə gediş-gəliş yolu Babək prospekti, Qafqaz küçəsi tərəfə, qeyri-yaşayış binasının ümumi sahəsinə daxil olan və 1-ci mərtəbəsində yerləşən, texniki pasportda 15 saylı xidmət sahəsi kimi nəzərdə tutulmuş hissədən keçir. Lakin bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarının qarşılıqlı təhlilində də məlum olduğu kimi hazırda Cavabdeh2, öncədən isə digər cavabdehlərə məxsus olan qeyri-yaşayış sahəsi barəsində onun mülkiyyətçilərinin hüquqlarının qeydə alınması zamanı mübahisəli xidmət sahəsinin əsas yola yeganə giriş-çıxışı təmin etməsi, o cümlədən həmin hissələrin qapı və ya darvaza vasitəsilə bağlanma ehtimalı göz önünə alınmış, yenə də hər bir halda həmin şəxslərin sözügedən sahəyə məhz mövcud faktiki vəziyyətə uyğun olaraq hüquqlarının qeydə alınması məqbul h esab edilmiş və nəticə olaraq mülkiyyət hüquqları bu formada rəsmiləşdirilmişdir.
30. O cümlədən həmin sahə üzrə bütövlükdə mülkiyyət hüquqlarının təsbit edilməsi həmin hüquqlardan irəli gələrək əmlak üzərində qanunla qadağan olunmayan hər cür yaxşılaşdırılma və ya dəyişikliyin edilməsinin mümkünlüyünü də təsbit etmişdir. Təsadüfi deyil ki, iş materiallarından da göründüyü kimi istər xx.xx.2014-cü il tarixdə, istərsə də, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportlarda 15 nömrəli “xidmət sahəsi”nin mübahisə edilən giriş hissəsinin bağlı olması nəzərdə tutulmuş, həmçinin birinci instansiya məhkəməsində keçirilən ekspertiza çərçivəsində sözügedən qeyri-yaşayış sahəsinin mübahisəli olan 15 nömrəli “xidmət sahəsi”nə məhkəmə tərəfindən ekspertin də iştirakı ilə yerində müayinə zaman ı ekspert xx.xx.2018-ci il tarixli 04/3904 nömrəli texniki pasportda 15 nömrəli “xidmət sahəsi”nin (yerləşkən (arka)) iddiaçıların da sökülməsini tələb etdikləri qapı olan tərəfdən giriş hissəsinin, əslində, bağlı olaraq layihələndirilməsi bildirilmişdir.
31. Göründüyü kimi mübahisəli xidmət sahəsi heç də qanunsuz tikili olmamaqla əvvəllər digər iddiaçıların və üçüncü şəxslərin, son olaraq isə Cavabdeh2 mülkiyyətində olmuş, iddiaçılar da cavabdehlərin həmin mülkiyyət hüququndan irəli gələrək müvafiq sahədən istədiyi kimi istifadə etməsi və bu istifadənin içində sahənin giriş və çıxışının bağlanması hüququnun da ehtiva olunmasını bilmişlər (bilməli olmuşlar). Buna görə də kollegiya hesab etmişdir ki, Cavabdeh2 mübahisəli əmlakı əldə edərkən həmin əmlak iddiaçıların bu və ya digər formada təsbit edilmiş hər hansı istifadə hüquqları ilə yüklü olmamışdır.
32. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş cavab məktublarında iddiaçılara məxsus fərdi yaşayış evlərinin ümumi həyatyanı sahəsinin əsas yola çıxış hissəsinin cavabdehlərə məxsus qeyri-yaşayış binasının texniki pasportu üzrə, 1-ci mərtəbədəki 15 saylı yerləşkənin daxilindən keçdiyi və həmin keçidin əsas yola yeganə çıxış olduğu bildirilsə də, kollegiya buna münasibətdə qeyd etmişdir ki, sözügedən məktublar sadəcə adı çəkilən qurumun mövcud vəziyyət barəsində müəyyən etdiyi faktdan ibarətdir və istər həmin məktublar, istərsə də sözügedən məktublarda barəsində danışılan texniki pasport göstəriciləri şəxsin əmlaka mülkiyyət hüquqlarını birbaşa təsbit edən sənəd olmamaqla b ərabər bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məhz bu barədə çıxarışın verilməsi ilə nəticələnir.
33. Kollegiya qeyd edilənlərə əsasən hesab etmişdir ki, nə qədər ki, istər cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi, istərsə də, həmin sahənin birinci mərtəbəsində yerləşən və hazırki mübahisənin mövzusu olan 15 saylı xidmət sahəsi üzrə Cavabdeh2 mülkiyyət hüquqları qüvvədədir və həmin hüquqların qeydə alınması tərtib edilmiş texniki pasport, o cümlədən onun nəticəsində verilən çıxarışlar hər hansı şəxs tərəfindən mübahisələndirilməmişdir, bu halda mübahisəli sahənin qanunsuz tikili hesab edilməsi və bu əsasla sökülməsi üçün hər hansı qanuni və hüquqi əsaslar mövcud deyildir.
34. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia ərizəsini n rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qanuni məhkəmə aktının ləğvinə əsas vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 152.5-ci və 152.6-cı maddələrini tətbiq etməli olduğu halda, tətbiq etməyib, əksinə, həmin maddələrin mahiyyətinə zidd əsaslandırmaya istinad edib. Məhkəmə Cavabdeh2 əvvəlcədən açıq layihələndirilmiş 15 saylı xidmət sahəsini hansı hüquqi əsasla bağladığını təsdiq edən sənədləri tələb etmək əvəzinə, əsassız olaraq mülkiyyət hüq uquna malik olmanın buna istinasız yol verdiyini yazaraq, hüququn mahiyyətinə zidd qərar qəbul edib. İddiaçılara məxsus fərdi yaşayış evlərinin və eləcə də, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin tikintisinə icazə verən dövlət qurumları həmin sahədən iddiaçıların ümumi yola çıxışını təmin etmək məqsədilə istifadəsini müəyyən ediblər. Qeyd edilən arqumentə istinad edən məhkəmə cavabdehin qanuni istifadəsində olan həmin torpağın təyinatına da hüquqi qiymət verməmişdir. Çıxarışa baxsaq, həmin torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara daxildir. Cavabdehlərin həmin torpaq sahəsindən istifadə hüququnun həddinə hüquqi qiymət verməyən, buna dair hər hansı sənədə sübuta istinad etməyən məhkəmə, heç bir hüquqi əsas olmadan cavabdehin torpaq sahəsindən məhdudiyy ətsiz istifadə hüququnun olduğu qənaətinə gəlmişdir. Həmin torpaq sahəsində tikilmiş tikilinin, eləcə də, Qanunsuz tikilinin anlayışı Mülki Məcəllənin 180-ci maddəsində təsbit edilib. 15 saylı sahənin cavabdehlərin mülkiyyətində olması, avtomatik olaraq həmin sahə altında olan torpaq sahəsindən cavabdehlərin həmin sahənin təyinatını nəzərə almadan istənilən qaydada istifadə hüququnu yaratmır. Belə ki, 15 saylı sahə altındakı torpaq sahəsi gediş-gəliş üçün boş sahə olaraq nəzərdə tutulub və 15 saylı sahənin özü də iddiaçıların və digərlərinin gedişgəlişi üçün açıq sahə kimi layihələndirilib. Bu torpaq sahəsindən təyinatına uyğun istifadənin qarşısının alınaraq heç bir hüquqi əsas olmadan həmin torpaq sahəsinə keçmənin bağlanması, bu bağlamanı tətbiq edən şəxslər tərəfindən torpağın zəbt e dilməsini yaradıb. Eləcə də, 15 saylı sahə cavabdehlərə məxsus qeyri-yaşayış sahəsinin həm 2014, həm də 2018-ci il tarixli texniki pasportlarında açıq şəkildə layihələndirildiyindən, sonradan heç bir icazə almadan bu sahənin dəmir qurğu/qapı ilə bağlanması həmin dəmir qapının qanunsuz tikili olduğunu təsdiq edir. Qeyd edilən arqumentə istinad edən məhkəmə Mülki Məcəllənin 175.3-cü maddəsini tətbiq etməli olduğu halda, tətbiq etməyib. Həmin maddəyə əsasən, əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir
37. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları, bunun da nəticəsində, apelly asiya şikayətinin təmin edilməməsi hissəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə sübutların qiymətləndirilməsi ilə bağlı MPM-in 88-ci və məhkəmə qətnaməsinin əsaslandırılmasını tələb edən MPM-in 220-ci maddəsinin tələbini pozmuş, iddiaçıların evlərində gediş-gəliş yolunun 15 saylı sahədən olduğuna dair 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə və vəkil sorğusuna cavab olaraq göndərdiyi məktublardakı mövqeyini nə üçün qəbul etmədiyini əsaslandırmamışdır. Texniki pasportlarda yolların mütləq istiqamətlərinin göstərilməli olduğunu və bu istiqamətlərin göstərilməsinin nədən ibarət olduğunu əsaslandırmamışdır. İddiaçıların texniki pasportlarında göstərilmiş yol anlayışının nəyi ifadə etdiyini və iddiaçıların şikayətlərində yol anlayışı ilə bağlı təqdim etdiyi arqumentləri n ə üçün qəbul etmədiyini əsaslandırmamışdır. Cavabdehlərin mülkiyyət hüququnu mütləq hüquq kimi qoruduğu halda, iddiaçıların mülkiyyət hüquqlarının nə üçün qorunmalı olmadığını əsaslandırmamışdır. Birinci və apellyasiya instansiyası məhkəmələrinin Azərbaycan Respublikasının adından qəbul etdiyi qətnamələr iddiaçıların X19 Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun və 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ziyaddin qızı tərəfindən etiraz verilmiş, şikayətin təmin edilməməsi qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
39. Cavabdeh1 etirazı onunla əsaslandırılmışdır k i, iş materiallarından da göründüyü kimi istər xx.xx.2014-cü il tarixdə, istərsə də, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportlarda 15 nömrəli “xidmət sahəsi”nin mübahisə edilən giriş hissəsinin bağlı olması nəzərdə tutulmuş, həmçinin birinci instansiya məhkəməsində keçirilən ekspertiza çərçivəsində sözügedən qeyri-yaşayış sahəsinin mübahisəli olan 15 nömrəli “xidmət sahəsi”nə məhkəmə tərəfindən ekspertin də iştirakı ilə yerində müayinə zamanı ekspert xx.xx.2018-ci il tarixli 04/3904 nömrəli texniki pasportda 15 nömrəli “xidmət sahəsi”nin (yerləşkən (arka)) iddiaçıların da sökülməsini tələb etdikləri qapı olan tərəfdən giriş hissəsinin, əslində, bağlı olaraq layihələndirilməsi bildirilmişdir. Göründüyü kimi mübahisəli xidmət sahəsi heç də qanunsuz tikili olmamaqla əvvəllər di gər iddiaçıların və üçüncü şəxslərin, son olaraq isə Cavabdeh2 mülkiyyətində olmuş, iddiaçılar da cavabdehlərin həmin mülkiyyət hüququndan irəli gələrək müvafiq sahədən istədiyi kimi istifadə etməsi və bu istifadənin içində sahənin giriş və çıxışının bağlanması hüququnun da ehtiva olunmasını bilmişlər (bilməli olmuşlar). Buna görə də kollegiya hesab edir ki, Cavabdeh2 mübahisəli əmlakı əldə edərkən həmin əmlak iddiaçıların bu və ya digər formada təsbit edilmiş hər hansı istifadə hüquqları ilə yüklü olmamışdır. Apellyasiya instansiyası Məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş və işin halları hərtərəfli, tam, obyektiv qaydada araşdırılmışdır
40. Cavabdeh2 Ziyaddin qızının etirazı onunla əsaslandırılmışdır ki, i ddiaçıların iddia etdiyi əraziyə cavabdehlərin mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) mövcuddur və həmin çıxarış hazırda mübahisə predmeti olmamaqla qüvvədədir. Göründüyü kimi tələbin ikinci və sonrakı hissələri törəmə tələb olub, birinci hissədən bilavasitə asılıdırlar. Konkret halda, iddianın birinci hissəsinə hüquqi qiymət verildikdən sonra, digər hissələrinə də qiymət verilmiş olur və həmin hissələr üzrə araşdırma aparılmasına ehtiyac qalmır. Tələbin birinci hissəsi ilə bağlı təkrarən qeyd edilir ki, mübahisələndirilən hissəyə cavabdehlərin dövlət tərəfindən tanınan və qorunan hüququ mövcuddur. Maraqlıdır, bu hüquqlar dövlət tərəfindən tanındığı və qorunduğu halda hansısa şəxsin subyektiv mülahizəsinə əsasən özbaşına tikili hesab edilə və ya sökülə bilərmi? Bundan əlavə dövləti n etimadlı sənədi əsasında tanınan və qorunan hüquq ləğv və ya etibarsız hesab olunmadığı halda, bu istiqamətdə araşdırma aparılmasına zərurət yoxdur. Hal-hazırda cavabdeh tərəfin mülkiyyətində olan və iddiaçılar tərəfindən zəbt edildiyi deyilən əraziyə ekspert rəyi və işin digər halları ilə sübuta yetirilən torpaq sahəsinə dair çıxarış və “Torpaq sahəsinin plan və ölçüsü” vardır. Həmin Çıxarış qüvvədədir və iddiaçıların şikayətlərinin heç bir hüquqi əsası yoxdur. Tərəflərin izahatları
41. İddiaçıların vəkili Vəkil3 məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
42. Cavabdeh1 (vəkil) və Cavabdeh2 Ziyaddin qızının vəkili Vəkil2 kassasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
44. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
45. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
46. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
47. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaql a tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
48. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
49. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instan siyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
57. İddiaçılar tərəfindən mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı MM-nin 157.4-cü maddəsinə əsasən neqator iddia irəli sürülmüş, iddia olunmuşdur ki, cavabdehlər tərəfindən iddiaçıların mülkiyyətlərində olan fərdi yaşayış evinin gediş-gəliş yolunun özbaşına bağlanması nəticəsində onların mülkiyyət hüquqlarına qanunsuz müdaxilə baş vermişdir.
58. İşə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən iddiaçıların kassasiya şikayəti əsasında birinci dəfə baxılarkən apellyasiya instansiyası məhkəməsinə mübahisənin qanuni və obyektiv həlli üçün aşağıdakı halların araşdırılm ası barədə göstərişlər verilmişdir: 1) iddiaçılara məxsus daşınmaz əmlaklara başqa gediş-gəliş yolunun olub-olmaması; 2) iddiaçıların əvvəllər mülkiyyətlərində olan daşınmaz əmlaklara hansı yolla gedibgəldikləri; 3) iddiaçılara məxsus daşınmaz əmlaklar inşa edildikləri vaxt daşınmaz əmlakların inşa edildiyi torpaq sahəsinin avtomobil yoluna çıxışının haradan olduğu; 4) həmin 200 kv.m sahənin son mülkiyyətçisi olan Cavabdeh2 həmin sahəni iddiaçıların hüquqları ilə yüklü əldə edib-etmədiyi.
59. İşə apellyasiya qaydasında yenidən baxılarkən yuxarı instansiyası məhkəməsinin göstərişləri ilə bağlı araşdırma aparılaraq müəyyən edilmişdir ki, ilkin olaraq xx.xx.2018-ci ildə Bayram Eyyubovun adına sözügedən qeyri-yaşayış sahəsinə dair çıxarış verilən zaman tərtib edilmiş texniki pasportda mübahi səli xidmət sahəsi tikilisinin birinci mərtəbəsində yerləşən sahə ilə üst-üstə düşməsi və həmin sahənin giriş hissənin bağlı olması göstərilmişdir.
60. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda sözügedən qeyri-yaşayış binasının texniki pasportunda heç bir yol nəzərdə tutulmasa da, yaşayış evlərinin çıxışı olan ümumi istifadə yolunun qeyd edilən yerləşkəndən başqa heç bir yerdən əsas yolla əlaqəsi olmadığı qeyd edilmişdir. 61. xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportlarda 15 nömrəli “xidmət sahəsi”nin mübahisə edilən giriş hissəsinin bağlı olması nəzərdə tutulmuş, həmçinin birinci instansiya məhkəməsində keçirilən ekspertiza çərçivəsində sözügedən qeyri-yaşayış sahəsinin mübahisəli ola n 15 nömrəli “xidmət sahəsi”nə məhkəmə tərəfindən ekspertin də iştirakı ilə yerində müayinə zamanı ekspert xx.xx.2018-ci il tarixli 04/3904 nömrəli texniki pasportda 15 nömrəli “xidmət sahəsi”nin (yerləşkən (arka)) iddiaçıların da sökülməsini tələb etdikləri qapı olan tərəfdən giriş hissəsinin, əslində, bağlı olaraq layihələndirilməsi bildirilmişdir.
62. İddiaçıların yaşayış evlərinə yeganə gediş-gəliş yolu kimi istifadə etdikləri yol Babək prospekti, Qafqaz küçəsi tərəfə, qeyri-yaşayış binasının ümumi sahəsinə daxil olan və 1-ci mərtəbəsində yerləşən, texniki pasportda 15 saylı xidmət sahəsi kimi nəzərdə tutulmuş hissədən keçsə də, həmin sahənin bağlanması özbaşına olmamış, xidmət sahəsinin, o cümlədən mübahisəli yerləşkənin altı da daxil olmaqla texniki pasportda öz əksini tapmış sahəsi üzərində hazırkı mülkiyyətçi Cavabdeh2 Ziyaddin qızının və ondan əvvəlki mülkiyyətçilərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
63. Məhkəmə eyni zamanda müəyyən etmişdir ki, Cavabdeh2 mübahisəli əmlakı əldə edərkən həmin əmlak iddiaçıların bu və ya digər formada təsbit edilmiş hər hansı istifadə hüquqları ilə yüklü olmamışdır.
64. Məhkəmə kollegiyası apellyasiya instansiyasının mövqeyi ilə razılaşır ki, iddiaçıların sökülməsini tələb etdiyi sahə Cavabdeh2 Ziyaddin qızının mülkiyyətində olduğundan özbaşına tikili olmadığı üçün MM-nin 180-ci maddəsinə əsasən sökülə bilməz. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçılar cavabdehin mülkiyyətində olan sahədən kompensasiya müqabilində zəruri gediş-gəliş yolu verilməsi üçün servitutla bağlı tələb irəli sürə bi lərlər.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin göstərişləri üzrə tam araşdırma aparılaraq iddiaçıların tələblərinə düzgün hüququ qiymət verilmişdir.
66. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2(103)-5201/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.