Məhkəmə qərarları › İş №2(102)-92/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-92/2025

11.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-92/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: hasarın və onun üzərində tikilmiş üst tikilinin sökülməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-91/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna görə, Qax rayonu İlisu kəndində yerləşən və 1990-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 67.93 kv.m, yaşayış sahəsi 43.5 kv.m, köməkçi sahəsi 24.68 kv.m olan fərdi yaşayış evi İddiaçı məxsusdur. Hazırda da o, həmin evdə yaşayır;

3. X7 Kitabında xx.xx.2008 tarixdə 17 nömrə ilə uçota alınmış A № 045596 olan torpaq sahəsinin plan və ölçüsü sənədi ilə Qax Rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 04 nömrəli qərarı əsasında Qax rayon İlisu kəndində 1009.89 kvm həyətyanı torpaq sahəsi cavabdehə verilmişdir;

4. X7 Kitabında xx.xx.2009 tarixdə 972 nömrə ilə uçota alınmış A № 23462 9 olan torpaq sahəsinin plan və ölçüsü sənədi ilə Qax Rayon İlisu Bələdiyyəsinin 3 aprel 2006-cı il tarixli 04 saylı qərarı ilə satılmış Qax rayon İlisu kəndində 400 kvm fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi cavabdehə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

5. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun həyətyanı torpaq sahəsinin sərhədini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın və hasarın da üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi və sərhədlərin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İlkin iddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Qax rayonu İlisu kəndində 1990-cı ildə fə rdi yaşayış evi tikərək, hazırda da burada yaşayır. Bu yaşayış məntəqəsinə ondan sonra gəlmiş aşağı sərhəd qonşusu cavabdeh öz həyətyanı torpaq sahəsində ev tikərkən evin divarını sərhədi pozmaqla, onun həyətyanı torpaq sahəsinə müdaxilə etməklə sərhəddə tikmişdir. Sonra o, evinin qabağında mətbəx kimi əlavə tikinti apararkən cavabdehə yenə sərhədi pozduğunu irad tutmuşdur. Lakin cavabdeh onun iradına məhəl qoymadan əlavə mətbəx tikintisini də sərhədi pozmaqla aparmışdır. Bu zaman onun müraciəti ilə sahədə sərhədə baxış keçirən Qax rayon torpaq şöbəsinin müdiri Abdulla Həşimov cavabdehə bildirmişdir ki, o, əlavə tikilini də sərhədi 0,7m (70 sm) pozmaqla aparmışdır. Bununla belə, iddiaçı o zaman qonşuluq xatirinə güzəştə getmişdir. Bundan 78 il əvvəl cavabdeh onunla sərhədin aşağı hissəsind ən hasar çəkəndə də hələ hasarın bünövrəsi qazılanda o, etirazını bildirmişdir ki, öz yardımçı tikilisini sərhəddən 1 (bir) metr içəridə öz həyətində tikmişdir, cavabdeh də hasarın bünövrəsini onun yardımçı tikili ilə arada 1 (bir) metr məsafəni saxlamaqla aparsın. Bu zaman yenə onun müraciəti ilə sahədə baxış keçirən DT və XK -nin Qax rayon şöbəsinin müdiri Seyfulla Ramazanov da cavabdehə bildirmişdir ki, o, hasarın tikintisini saxlasın, çünki keb düzgün sərhədən qoyulmayıb, ona görə də tikinti qanunsuzdur. Bu arada o 4-5 gün evdə olmamış və gələndə görmüşdür ki, cavabdeh məsul vəzifəli şəxsin də xəbərdarlığına məhəl qoymadan hasarın tikintisini sərhədi pozmaqla çəpəki aparmış və sərhəd barısını gətirib onun yardımçı tikilisinin arxa divarına birləşdirmişdir. O, yenə cavabdehə iradını bil dirmiş, İlisu kənd icra nümayəndəsinə və bələdiyyə sədrinə məlumat vermişdir. Onlar gəlib yerində baxış keçirmiş və cavabdehə izah etmişlər ki, onun bu tikintisi qanunsuzdur, hasar sərhədi pozmaqla çəkilmişdir. Cavabdeh onlara da yaxşı elədiyini bildirmiş, hara istəsə şikayət edə biləcəyini demişdir. Bundan sonra da o məhkəməyə müraciət etməmiş, yenə qonşuluq xatirinə güzəştə getmişdir. Nəhayət, keçən ilin payızında yenə onun evdə olmamağından istifadə edərək cavabdeh artıq sərhədi pozmaqla çəkdiyi hasarın üzərində ev tikməyə başlamışdır. Həm də bu zaman da o həm texniki təhlükəsizlik, həm də yanğın təhlükəsizliyi qaydalarını pozaraq, sərhədi pozaraq hasarı onun yardımçı tikilisinə birləşdirdiyi yerə özünün qanunsuz tikdiyi evin küncünü yaxınlaşdırmaqla gələcək üçün labüd təhlükə yaratmı şdır. Bu barədə o yenə İlisu kənd icra nümayəndəsi Həşim Həsənova, bələdiyyə sədri Elman Xəlilova 2021-ci ilin yanvarında şikayət etmişdir. Onlar yenə gəlib yerində baxış keçirmiş, tikintinin qanunsuz olduğunu bildirmiş və ona Qax rayon İH-nin Tikinti və Memarlıq şöbəsinə müraciət etməsini məsləhət görmüşlər. Bundan sonra o, 04 fevral 2021-ci il tarixində Qax rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət etmiş, ərizə üzrə rayonun baş memarı Fəxrəddin Nəsibov gəlib yerində cavabdehin iştirakı ilə baxış keçirmiş və ona başa salınmışdır ki, apardığı tikinti tamamilə qanunsuzdur. Onun yuxarıda göstərdiyi bu xüsusatları adlarını sadaladığı əlaqədar məsul vəzifəli şəxslərin hər biri təsdiq edə bilər. O, uzun illər ərzində qonşuluq xatirinə cavabdehin yuxarıdan aşağı münasibətinə, saymamazlığ ına susmuş, dözmüş, xeyri olmamışdır. Cavabdehin yeni tikdiyi evə icazəsi və layihə - smeta sənədləri yoxdur. Çünki heç bir memar-mühəndis sərhəd divarının üzərində hər hansı bir tikilinin, o cümlədən evin tikintisi üçün layihə smeta sənədi verə bilməz. Tikinti ən azından 1 (bir) metr sərhəddən məsafədə aparıla bilər. O da iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsini xahiş edir, çünki tələbi tam əsaslandırılmış tələbdir. Əlavə edilən şəkillərdən də əyani surətdə görünür ki, cavabdehin çəkdirdiyi çəpəki hasar və onun üzərindəki tikili qanunsuzdur.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək onun istifadəsində olan torpaq sahəsi ilə qarşılıqlı iddia üzrə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində iddiaçı tərəfindən qanunsuz tikilmiş yaşayış sahəsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, istifadəsində olan həyətyanı sahəsində köməkçi sahədən ibarət yüngül konstruksiyalı tikinti inşa etmişdir, təyinatı isə yaşadığı evdə olan zəruri ehtiyaclardan ibarət məişət əşyalarının yerləşdirilməsi üçündür. Tikdiyi yardımçı sahənin üst damının örtülməsi ərəfəsində iddiaçı buna etiraz edərək dövlət orqanlarına şikayət etmiş və köməkçi sahədən ibarət tikdirdiyi tikilinin sökülməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin diqqətinə çatdırıb ki, hazırki iddiaçı onun iddiası üzrə cavabdeh İddiaçı ona qarşı iddia qaldırmaqdan öncə apardığı tikiliyə etirazını onunla əsaslandırır ki, o özünün həyətyanı sahəsində hər ikisinin istifadəsində olan daş hasarın özünə aid hissəsində yaşayış otağı tikmək niyyətində olduğunu bildirmiş və ona isə həmin tikilini tikməyə maneə yaratmışdır. Halbuki, qarşılıqlı iddia üzrə cavabdeh aparılan tikilinin digər hissəsi olan və ümumi birgə istifadəsində olan daş hasarın üstündə yaşayış otağı tikmiş və həmin otağın dam örtüyünə su ötürücü navalcası qoymamış və bütün yağış suları onun həyətinə axıdılır. Bunun nəticəsində istifadəsində olan həyətyanı sahələrdə müxtəlif çatlar əmələ gəlmiş və daş hasarın da uçma təhlükəsi yaranmışdır. Bu barədə dəfələrlə cavabdehə bildirsə də heç bir nəticəsi olmamışdır. Halbuki, qanunvericilik də bu cür tikililərin aparılmasını qadağan edir. Cavabdeh İddiaç ı isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla ara məsafəsi saxlamadan onun istifadəsində olan torpaq sahəsi ilə özünün istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində qanunsuz olaraq özbaşına yaşayış sahəsi inşa etmişdir. Cavabdeh İddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozaraq sərhədlərini müəyyən edən daş hasarın üzərində qanunsuz tikdiyi yaşayış sahəsinin suyunun təbii axımı da onun həyətinə axıdılır. Qanunvericilikdə nəzərdə tutulduğu kimi, cavabdehə dəfələrlə qanunsuz tikilinin sökülməsi barədə bildirsə də heç bir nəticəsi olmamışdır. Əksinə cavabdeh ona bildirmişdir ki, hara istəsə şikayət edə bilər.

9. X2” MMC -nin 04 noyabr 2021-ci il tarixli, 290 saylı rəyinə görə, mübahisələndirilən torpaq sahələri üzrə naturada və kameral şəraitdə aparılan tədqiqat nəticəsində cavabdeh tərəfindən çəkilmiş olan hasarın iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaması müəyyən olunmuşdur. Cavabdeh tərəfindən çəkilmiş olan hasarın üzərində tikilmiş tikilinin iddiaçının həyətyanı torpaq sahəsinin üzərinə düşməməsi müəyyən olunur. İddiaçı tərəfindən inşa edilən yaşayış sahəsi cavabdehə məxsus torpaq sahəsi üzərinə düşməməsi müəyyən olunur.

10. Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(024)-38/2021 saylı (hakim M.İ.Qarayev) qərardadı ilə, ilkin iddia tələbinin “sərhədin müəyyən edilməsi”nə dair hissəsi məhkəmənin aidiyyətində olmadığı üçün tələbin həmin hissəsində mülki iş üzrə icraat a xitam verilmişdir.

11. Qax Rayon Məhkəməsinin 2(024)-228/2021 nömrəli, 3 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.İ. Qarayev) ilk və qarşılıqlı iddialar rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən çəkilmiş olan hasar iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin sərhədini pozmur, cavabdeh tərəfindən çəkilmiş olan hasarın üzərində tikilmiş tikili iddiaçının həyətyanı torpaq sahəsinin üzərinə düşmür. İddiaçı tərəfindən inşa edilən yaşayış sahəsinin cavabdehə məxsus torpaq sahəsi üzərinə düşməməsi təsdiq olunmuşdur.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152, 157, 162,164, 165 və 170-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

14. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 3 dekabr 2021-ci il tarixli, 2(024)-228/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. İlkin iddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

16. Apellyasiya icraatı zamanı tikinti-texnuki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-ci il tarixli 10/8687 nömrəli rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı n Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli mütəxəssis rəyinə əsasən İlisuda Cavabdeh tərəfindən çəkilmiş hasar İlisuda İddiaçı məxsus **********94 nömrəli çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin sxemdə göstərilmiş 3-cü döngə nöqtəsindən 8-ci döngə nöqtəsinə kimi olan məsafədə 30 sm enində çəkilmişdir; Cavabdeh tərəfindən çəkilmiş hasarın üzərində tikilmiş üst tikili (yarımçıq bina) yerquruluşu planında göstərilmişdir. Həmin binanın 2 kv.metr hissəsi iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərində inşa edilmişdir; İlisuda İddiaçı tərəfindən Cavabdeh məxsus torpaq sahəsi üzərində heç bir əsas və yardımçı tikili inşa edilməmişdir.

17. Şəki Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 2(107)-26/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov – sədrlik edən və məruzəçi, M.A.Əsədli və E. M. Mehdiyev) iddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)228/2021 nömrəli qətnaməsinin qismən - ilk iddianın rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddiaçının cavabdehə qarşı sərhəddi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) sökülməsi tələbinə dair ilk iddiasının üst tikilinin (yarımçıq binanın) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 2 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 3-4 döngə nöqtələrində göstərilmiş 8.4 metr uzunluğunda olan hissəsinin sökülməsinə aid hissədə təmin edilməsi, ilk iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, üst tikilinin (yarımçıq binanın) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq (3) X 667260.95 Y 4590618.92, (4) X 667256.76 Y 4590626.17, döngə nöqtələri 3-4 arası məsafə - 8.4 metr müəyyən edilmiş hissəsinin Cavabdeh h esabına sökülməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 100 manatın 25 manatının iddiaçıdan, 75 manatının isə cavabdehdən tutularaq dövlət büdcəsi hesabına keçirilməsi və iş üzrə alınmış mütəxəssis rəylərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edib ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin “cavabdehin iddiaçının həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın sökülməsi, həmçinin hasarın üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) iddiaçının mülkiyyətində olmayan torpaq sahəsində olan hissəsinin sökülməsi ilə bağlı hissəsi” ilə razılaşmır. Birincisi ona görə ki, iddiaçın ın sökülməsini tələb etdiyi hasar iddiaçının özünün razılığı ilə, ən azı onun etiraz olmadan hazırki iddia məhkəməyə verilməmişdən öncə cavabdeh tərəfindən 7-8 il əvvəl inşa edilmişdir. Bunu iddiaçı özünün verdiyi iddia ərizəsində və birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində verdiyi izahatlarında təsdiq etmişdir.

19. Kollegiyanın mövqeyinə görə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələbinə görə cavabdehin iddiaçının torpaq sahəsinin 30 sm eni hissəsində inşa etdiyi hasarın tikintisinə iddiaçı tərəfindən notariat qaydasında təsdiq olunmuş razılığı alınmalı idi. İddiaçı belə bir rəsmi razılığı verməsə də, özü və ailə üzvləri etiraz etməməklə cavabdehin həmin hasarı çəkməsinə razılıq vermişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsin in 560.3.4-cü maddəsinin tələbinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayıldığından hazırki vəziyyətdə iddiaçının hasarın sökülməsi ilə bağlı tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Ona görə də, həmin tələb təmin edilə bilməz. İkincisi, iddiaçının sökülməsini tələb etdiyi üst tikili (yarımçıq binanın) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 2-3 döngə nöqtələrində göstərilmiş 2,6 metr uzunluğunda olmaqla cəmi 2 km olan hissəsi iddi açının mülkiyyətində olan **********9410301 nömrəli çıxarışda göstərilən torpaq sahəsində yerləşmir. Həmin binanın 2 kv.metr hissəsi iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərində inşa edilmişdir. Bələdiyyə mülkiyyətinə aid Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Şəki Ərazi İdarəsinin verdiyi xx.xx.2013-cü il tarixli çıxarışa əsasən Qax rayonunun İlisu kəndində yerləşən ümumi sahəsi 0.04 ha olan həyətyanı torpaq sahəsi alqı-satqı müqaviləsi ilə vətəndaş X3 mülkiyyətinə verilmişdir. Hazırki iş üzrə nə İlisu Bələdiyyəsi tərəfindən, nə də X6 tərəfindən İddiaçı həmin hissə ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququnu verən etibarnamə verilməmişdir. Yəni, iddia tələbinin həmin hissəsinin irəli sürülməsinə iddiaçının subyektiv hüquq yoxdur.

20. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin üst tikilinin (yarımçıq binanın) sökülməsinə aid dəlillərinin həmin tikilinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 3-4 döngə nöqtələrində göstərilmiş 8.4 metr uzunluğunda olan hissəsi ilə razılaşmış və qeyd etmişdir ki, tikilinin həmin hissəsi Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində çəkilmiş hasarın üzərində tikilmişdir. Həmin yarımçıq üst tikilinin tikilməsinə iddiaçı tərəfindən razılıq verilməmişdir. İddiaçı yuxarıda göstərilən hüquq normalarının tələbi baxımından hazırki iddia ilə üst tikilinin (yarımçıq binanın) bu qətnamənin 38-ci bəndində göstərilmiş hissəsinin sökülməsini tələb etməkdə haqlı olmuşdur.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.5, 157.2, 157.4, 164.1, 165.1, 170.2 və 560.3.4-cü maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 117.1, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.3, 385.1.4, 386, 387.1, 389 və 390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

22. İlkin iddia üzrə iddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin 2(107)-26/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qətnamənin iddianın təmin olunmayan hissəsi sərhədi pozmaqla qanunsuz çəkilmiş hasarın sökülməsi hissəsində ləğv olunması və həmin hissədə mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçının iddiasını qismən təmin etməklə, yəni Cavabdeh sərhədi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) sökülməsi tələbinə dair üst tikilinin (yarımçıq binanın) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 3-4 döngə nöqtələrində göstərilmiş 8.4 metr uzunluğunda olan hissəsinin sökülməsinə aid hissədə təmin etməklə mübahisənin ədalətli həlli istiqamətində doğru nəticəyə gəlməmişdir. Məhkəmə tərəfindən iddia qismən yox, tam şəkildə təmin edilməli idi. Məhkəmənin sökülməsini qeyd etdiyi üst tikilinin bir hissəsinin altında yerləşən hasar iddiaçıya məxsus torpaq sahəsində tikilmişdir. Belə çıxır ki, Şəki Apellyasiya Məhkəməsinin mövqeyinə görə hasarın mövcudluğu iddiaçının hüquqlarını pozmur, lakin onun üstündə tikilmiş tikili iddiaçının hüquqlarını pozur.

24. İlkin iddia üzrə cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin 2(107)-26/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumiyyətlə apellyasiy instansiyası qətnaməsindən başa düşmək mümkün deyil ki, məhkəmə ilkin iddia üzrə iddiaçının sökülməsini tələb etdiyi hansı tikilinin sökülməsi barədə qətnamə qəbul etmişdir. Belə ki, iddiadan da göründüyü kimi “iddiaçı cavabdehə qarşı ilkin iddia ərizəsi ilə müraciət edərək cavabdehin onun həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın (İ) və hasarın da üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) (İİ) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi və sərhədlərin müəyyən edilməsi barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi qətnaməsində qeyd edir ki, “İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin "cavabdehin iddiaçının həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın (İ) sökülməsi, həmçinin hasarın üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) (İİ) iddiaçının mülkiyyətində olmayan torpaq sahəsində olan hissəsinin sökülməsi ilə bağlı hissəsi” ilə razılaşmır. Birincisi ona görə ki, iddiaçının sökülməsini tələb etdiyi hasar (İ) iddiaçının özünün razılığı ilə, ən azı onun etirazı olmadan hazırki iddia məhkəməyə verilməməsindən öncə cavabdeh tərəfindən 7-8 il əvvəl inşa edilmişdir. Bunu iddiaçı özünün verdiyi iddia ərizəsində və birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində verdiyi izahatlarında təsdiq etmişdir.” Həmçinin məhkəmə növbəti bənddə qeyd edir ki, iddiaçının sökülməsini tələb etdiyi üst tikili (yarımçıq binanın) (İİ) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxem ə uyğun olaraq 2-3 döngə nöqtələrində göstərilmiş 2,6 metr uzunluğunda olmaqla cəmi 2 km olan hissəsi iddiaçının mülkiyyətində olan **********9410301 nömrəli çıxarışda göstərilən torpaq sahəsində yerləşmir. Həmin binanın 2 kv.metr hissəsi iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərində inşa edilmişdir. Bələdiyyə mülkiyyətinə aid Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Şəki Ərazi İdarəsinin verdiyi xx.xx.2013-cü il tarixli çıxarışa əsasən Qax rayonunun İlisu kəndində yerləşən ümumi sahəsi 0.04 ha olan həyətyanı torpaq sahəsi alqı-satqı müqaviləsi ilə vətəndaş X3 mülkiyyətinə verilmişdir. Hazırki iş üzrə nə İlisu Bələdiyyəsi tərəfindən, nə də X6 tərəfindən iddiaçı həmin hissə ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciə t etmək hüququnu verən etibarnamə verilməmişdir. Yəni, iddia tələbinin həmin hissəsinin irəli sürülməsinə iddiaçının subyektiv hüquq yoxdur.Göründüyü kimi, iddia tələbi bu hissədə də təmin edilə bilməz.” Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin üst tikilinin (yarımçıq binanın) sökülməsinə aid dəlillərinin həmin tikilinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 3-4 döngə nöqtələrində göstərilmiş 8.4 metr uzunluğunda olan hissəsi ilə razılaşır. Çünki, tikilinin həmin hissəsi Cavabdeh tərəfindən iddiaçıya məxsus torp aq sahəsində çəkilmiş hasarın üzərində tikilmişdir. Həmin yarımçıq üst tikilinin tikilməsinə iddiaçı tərəfindən razılıq verilməmişdir.” X5 Məhkəməsinin qətnaməsindən belə başa düşülür ki, üst tikilinin bir hissəsi qalmalıdır, məhkəmənin sökülməsini qət etdiyi üst tikilinin hissəsinin altında yerləşən hasar da qalmalıdır, lakin, 8,4 metr uzunluqda üst tikili söküntünün eni də məlum olmadan qeyri-müəyyən qaydada sökülməlidir. Belə çıxır ki, Şəki Apellyasiya Məhkəməsinin mövqeyinə görə hasarın mövcudluğu iddiaçının hüquqlarını pozmur, lakin, onun üstü iddiaçının hüquqlarını pozur. Hesab edirik ki, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi qeyri-müəyyən olmaqla yanaşı maddi hüquq normalarının tələblərinə də ziddir. Hansı ki, Mülki Məcəllənin 170 və 171 -ci maddələrinin məzmunundan göründüyü kimi qonşuluq münasibətlərində olan mülkiyyətçilər bir-birinə cürbəcür hədsiz təsirlərdən çəkinməli, eyni zamanda hüquqi əhəmiyyətsiz dərəcədə pozulursa bununla bağlı qonşu təsirinə dözməlidirlər. Şəki Apellyasiya Məhkəməsi sökülməsini qət etdiyi tikilinin, tikintisinə icazə tələb olunan növdə tikili olub-olmamasını araşdırmadan, həmin tikilinin inşası zamanı ara məsafəsinin qoyulmasının zəruri olub-olmamasını müəyyən etmədən hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən ümumiyyətlə müəyyən etmək mümkün olmur ki, məhkəmə hansı əsasla (maddi hüquq norması) sökülməsini qət etdiyi tikilini tikintisinə icazə tələb olunan tikintilər kateqoriyasına aid etmiş, o cümlədən, həmin tikilinin inşası zamanı cavabdeh nə qədər ara məsafəsi saxlanılmalı olmuşdur. Həmçinin məhkəmə nəyə görə tikilinin ümumilikdə sökülməli olmasını da qətnaməsində əsaslandırmamışdır. Hansı ki, məhkəmə qətnaməsində isitnad olunan maddi hüquq normalarında hətta tikintisinə icazə tələb olunan tikililərdə belə müəyyən məsafədən sonra tikintinin inşasının mümkün olduğu qeyd olunur. Məhkəmə isə həmin məsafə həddində yox, ümumilikdə tikintinin sökülməsi qənaətinə gəlir.

26. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2810/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər V.T. Həsənov - məruzəçi, Ə.A. Əhmədov və İ.Ə. Şəfiyev ibarət tərkibdə) kassasiya şikayətləri təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının 2(107)-26/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiy ası məhkəməsinə qaytarılması qərara alınmışdır.

27. Kassasiya instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

28. Kollegiya qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən tikintitexniki ekspertizası təyin edilmişdir. Lakin nə mütəxəssis rəyində, nə də ekspert rəyindən tərəflərin malik olduğu hər hansı hüquqmüəyyənedici (torpağın yerdə quruluşunu əks etdirən) sənədə istinad edilməmiş, mübahisənin həlli üçün vacib olan ilkin məsələ olan qonşu torpaq sahələrinin sərhədləri müəyyən edilməmişdir. Mütəxəssis rəyində istinad olunan döngə nöqtələrinin ilk iddiaçının torpaq sahəsində aparılan tikiliyə aid olunması güman edilərsə, bu halda ilk iddianın təmin edilərək məhz həmin iddiaçıya aid olan tikilinin sökülməsi dair qərarına gəlmək ziddiyyətli nəticə olmaqla prosessual hüquq normalarının pozulmasına şərait yaradır. Digər halda hasarın sərhəddi pozmaqla tikilməsi nəticəsinə gələn məhkəmə, onun üzərində aparılan tikilinin sökülməsini mümkün hesab edir, lakin hasarın özünün sökülməsi ilə bağlı məsələni müzakirə etmir.

29. İlk iddiaçının müvafiq olaraq subyektiv hüququnun mövcudluğunu müəyyən etmək üçün ilkin olaraq torpaq sahəsinin kimə məxsus olması müəyyən edilməli, bunun üçün həm İlisu Bələdiyyəsi, həm də alğı-satqı müqaviləsi əsasında torpaq sahəs ini əldə edən şəxsin işə cəlb olunması (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) təmin olumalı, Samir Babayevə satılan torpaq sahəsinin cavabdehin (qarşılıqlı iddiaçının) tikinti apardığı sahənin qarşısında yerləşən torpaq sahəsi olub-olmaması, həmin torpaq sahəsinin mülkiyyət hüququnun kimə məxsus olması müəyyən edildikdən sonraq ilk iddiaçının subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməli olduğu halda bunlar aydınlaşdırılmamış qalmışdır. Hazırki iddiaların həlli üçün yuxarıda göstərilənlərin müəyyən edilməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə araşdırma aparılmamış və apellyasiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almadan iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Bu səbəbdən məhkəmə Kollegiyası hesab edib ki, apellyasi instansiya məhkəməsi prosessu al hüquq tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

30. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4 və 239.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1, 84.3 və 111.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 407.2, 416.1, 416.2 və 418.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat:

31. Apellyasiya instansiya məhkəməsi tərəfindən X6 və Qax rayon İlisu bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

32. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-91/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər V.İ. Məlikov - sədrlik edən və məruzəçi, R.R.Rəfiyev və T.H.Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)-228/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını və iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına köçürülməsini qət etmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır.

34. Həmçinin məhkəmə kollegiyası tərəfindən hаzırkı iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizаsı təyin edilmiş və ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh tərəfindən çəkilmiş hasarın üzərində tikilmiş üst tikili (yarımçıq bina) altında yerləşən 2 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətində olan **********694 nömrəli çıxarışla verilmiş əraziyə düşür. Cavabdeh tərəfindən çəkilmiş sərhəd barılarının konfiqurasiyasından asılı olaraq 7-30 sm ölçüdədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən fərdi yaşayış evi inşa edilərkən yaşayı ş evinin hündürlüyünün 0,6 hissəsi qədər həmin evin yerləşdiyi torpaq sahəsinin sərhəd hasarı arasında ara məsafəsi saxlanılmalıdır.

35. İş materiallarında olan Qax rayon Məhkəməsinin 2(024)-27/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı ona məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla qanunsuz çəkdiyi daş hasarın sökülməsi barədə iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini aldığından hazırkı iş üçün preyudisial əhəmiyyətə malikdir.

36. İlkin iddianın mahiyyətindən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı “sərhəddi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir və tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,152.4,170,176-cı maddələri təşkil etdiyini göstərir.

37. Digər tərəfdən müəyyən olunur ki, Cavabdeh hasar üzərində apardığı tikili ilk iddiaçının mülkiyyət hüququ olmayan (mütəxəssis rəyindən göstərilir ki, bu torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir) torpaq sahəsində yerləşir. İşdə olan faktlarla isə müəyyən olunur ki, həmin tikilinin qarşısında yerləşən torpaq sahəsi İlisu Bələdiyəsinə məxsus olmuş və bələdiyyə tərəfindən alqı-satqı müqaviləsi əsasında Samir Babayevə satılmşdır. Bu fakt işdə araşdırılan sübutlarla təsdiq olunur.

38. Göründüyü kimi ilkin İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Samir Babayevə məxsus torpaq sahəsinə bitişik daş hasarı və üzərində olan tikilinin sökülməsinə olan iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Odur ki, iddi tələbi həmin hissədə rədd edilməlidir.

39. Məhkəmə kollegiyası iddiaçının cavabdeh ilə aralarında olan digər daş hasarın sökülməsinə dair iddia tələbi bağlı aşağıdakıları qeyd edir. Əvvəla, qeyd olunmalıdır ki, Cavabdeh tərəfindən çəkilmiş sərhəd barılarının konfiqurasiyasından asılı olaraq 7-30 sm ölçüdədir.

40. İkincisi, İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh oğlunun mülkiyyətində olan torpaq sahəsi mübahisəli daş hasarın yerləşdiyi hissədə üst-üstə düşür. Buna görə də tərəflərin torpaq sahələrinin sərhədində yerləşən mübahisəli daş hasarın yerləşdiyi sahə həm iddiaçı həm də cavabdehin qonşu sərhədi olmaqla, həmin sahəyə hər iki tərəf bərabər hüquqludur.

41. Üçüncüsü, cavabdehin iddia etdiyi kimi hər iki qonşunun torpaq sahələri arasında sərhəd hesab olunan hasar sahəsinin onun tərəfindən və onun vəsaiti hesabına hörülməsi onun hazırda həmin hasarı sökməsinə haqq vermir. Əgər cavabdeh yuxarıda qeyd edildiyi kimi, hasarın sökülməsini icra etməsi ona məhz hasarına hörülməsində iddiaçının əməyinin olmaması və xərc çəkməməsi səbəbi ilə haqqı olduğunu düşünürsə, bu iddia tələbinə etirazın əsası kimi qəbul edilə bilməz. Çünki nə qədər ki qonşulardan biri hazırkı işdə iddiaçı mərz (qurğusunun) sərhədinin olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.

42. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara ma likdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mə rz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir (MMnin 176.,176.2,176.3).

43. Məhkəmə kollegiyası cavabdehin “onun tərəfindən 7-8 il bundan öncə öz vəsaiti hesabına hasarın çəkilməsi və bu səbəbdəndə ona hasar üzərində hər hansısa hərəkətlərin qadağan edilməsi düzgün hesab etməməsi” barədə etirazı və apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd etmişdir ki, ümumiyyətlə hasar mülkiyyətçinin torpaq sahəsinin başqa torpaq sahələrindən təcrid edilməsi ilə yanaşı birgə yaşayış qaydalarına əməl edilməsi, birbirinə qarşılıqlı hörmət bəsləmələri, hədsiz təsirlərdən çəkinmələri, həmçinin şəxsi və ailə həyatı ilə bağlı sirlərin qorunmasına xidmət edir. Odur ki, qonşu sərhədlərdə birlikdə hasar çəkilməsi və yaxud çəkilən xərcin bölüşdürülməsi barədə razılıq əldə edə bilərlər. Halhazırda isə mübahisəli hasar hər iki mülkiyyətçinin mülkiyyəti daxilindədir bu səbəbdən həmin hasar üzərində hər hansı bir işin aparılması üçün mütləq şəkildə mülkiyyətçilərin qarşılıqlı razılığı tələb olunur. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh hasar üzərində çəkdiyi xərcin yarısını torpaq sahələri bir-birinə bitişik qonşu mülkiyyətçidən tələb edə bilər. Mülkiyyətçilər çəkilən xərc barəsində razılığa gələ bilmədikdə isə mübahisəni məhkəmə qaydasında həll edə bilər. Bunun üçün isə məhkəmədə qonşu torpaq sahələri arasında sərhədin, mərzin müəyyən olunması barədə iddia mövcud olmalıdır.

44. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının cavabdehin tikdiyi mübahisəli daş hasarın hər iki qonşuya uzun müddət yəni 7-8 il ərzində sərhəd kimi xidmət etməsinə baxmayaraq bu barədə susması, hazırda həmin daş hasarın sökülməsini tələb etməsi, o, anlama gəlir ki, cavabdeh mübahisəli daş hasarı məhz ilk vaxtlar qanuni sahib iddiaçının razılığı əsasında hörmüşdür. Hazırda uzun müddət istifadə olunan daş hasarın sökülməsinin tələb edilməsi, Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin baş verməsinə gətirib çıxara bilər. Çünki əgər iddiaçının cavabdehə hər iki qonşunun sərhədi hesab olunan daş hasarın tikilməsinə razılıq verməklə və 2004-ci ildən sonra uzun müddət cavabdehdən daş hasarın sğökülməsini tələb etməməkl ə, istifadə etmələri cavabdehdə iddiaçının həmin daş hasardan arxayın istifadə etməsinə güvən yaradan əməllərdir. Bu vəziyyətdə cavabdehin daş hasarın sökülməsini tələb etmək üçün iddiaçı, cavabdehin onun razılığına güvəndən irəli gələn itkilərini qarşılamaq, müəyyən kompensasiya ödəmək vəzifəsi yaradır. Məhkəmə xatırladır ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

45. Bundan başqa məhkəmə kollegiyası tərəfindən hazırkı mübahisənin obyektiv həll edilməsi üçün mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ilkin İddiaçı sökülməsini iddia etdiyi hasar və üzərindəki tikili üçüncü şəxs Samir Babayevə məxsus torpaq sahəsinə bitişikdir. Bundan əlavə ilkin İddiaçı ilə qarşılıqlı iddiaçı Cavabdeh torpaqları arasındakı tikilmiş 7-30 sm ölçüdə olan hasar qarşılıqlı iddiaçının evinə kimi davam etməklə, həyətyanı torpaq sahələrini bir-birindən təcrid edir.

59. Göründüyü kimi iddiaçının iddia tələbi cavabdehin yaşayış binası üzərində qanunla qorunan gözlənilən mülkiyyət hüququnu poza bilər. Halbuki, yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst, öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüq uquna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilir.

46. Məhkəmə öz mövqeyini Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.2, 152.5, 157.2, 157.4, 164.1, 165.1, 170.2 və 560.3.4-cü maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 117.1, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.3, 385.1.4, 386, 387.1, 389 və 390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı e) Kassasiya şikayətinin dəlilləri

47. İlkin iddia üzrə iddiaçı (Vəkil4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 2(107)-91/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçın həyətyanı sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alılnmışdır. Yəni qanunla qorunan mülkiyyət hüququ mövcuddur. Yardımçı tikilinin yan hissəsində iddiaçının istifadəsində olan torpaq sahəsi onunla birgə yaşayan, təsərrüfat aparan oğlu Samir Babayevin gözlənilən mülkiyyətindədir (xx.xx.201 3-cü il tarixli çıxarışa əsasən alqı-satqı müqaviləsi ilə Bələdiyyə həmin ərazini Samir Babayevə satmışdır). Cavabdehin isə evi və digər tikililəri olan torpaq sahəsi üzrə hüquqları qeydə alınmamışdır. Cavabdeh tərəfindən 2021-ci ildə iki torpaq sahəsininn sərhəddini bildirən daş hasarın üzərində tikilməyə başlayan köməkçi sahə tikinti normalarının tələblərini pozmaqla inşa edilmişdir. Birincisi qonşu divarla ara məsafəsinin gözlənilməsi mütləqdir. Yalnız notarial razılıq ərizəsi olduğu halda divar üstündə və ya ara məsafəsi saxlanılmadan inşasına yol verilir. Cavabdehin belə bir razılığı alması öz təsdiqini tapmır. Deməli cavabdehin apardığı tikinti mövcud qanunvericiliyin tələblərini pozmaqla inşa edilməkdədir. Bu işin mübahisəsiz tərəfidir. Mübahisə edilən daş divar kimin tərəfindən inş a edilməsindən asılı olmayaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşür. Hər kəs öz mülkiyyətində olan qanunsuz tikililərin sökülməsini və ya mülkiyyətini zəbt edən şəxsləri mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını tələb edə bilər. Hər iki tərəfin istifadəsində və mülkiyyətində olan torpaq sahəsinin sərhəd uzunluğu təxminən 90 metrə yaxındır. Onun cəmi 22,8 metr hissəsi oğluna Bələdiyyə tərəfindən satılmış torpaq sahəsinə düşür. Geri qalan hissə isə iddiaçının qeydə alınmış mülkiyyətində olan torpaq sahəsidir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemə görə, 2-ci döngə nöqtəsindən 8-ci döngə nöqtəsinə kimi olan məsafədə 30 sm enində ərazi cavabdeh tərəfindən istifadə olunur və həmin ərazi üzrə iddiaçının mülkiyyət hüququ pozulur. Həmin ərazi iddiaçının oğlu Samir Babayevin mülkiyyətinə keçmişdir. Samir Babayevin atası İddiaçı verdiyi etibarnamə mövcuddur. Onu məhkəmədə təmsil etmək üçün bütün səlahiyyətlər verilib. Samir Babayev iddiaçı tərəfindən 3-cü şəxs kimi işə gəlb edilmişdir. O da atası kimi iddia tələbinin təmin edilməsinə maraqlıdır. Lakin məhkəmə həmin hissədə də iddiaçı tərəfin subyektiv hüququ olmamasını bildirib və qeyd edib ki, iddiaçının oğlu ayrıca, özü isə ayrıca iddia qaldırmalıdır. Bu düzgün mövqe deyil. Həmçinin tikilərin yerləşdiyi torpaq sahəsinin kimə məxsus olması ilə deyil, aparılmış yeni tikililərin digər tikililərə ziyan vura bilməsi ehtimalını, ara məsafəsi saxlanılıb-saxlanılmamasını, normalara uyğun tikilibtikilməməsini və s nəzərə alaraq subyektivliyi müəyyən edilməlidir. Apellyasiya məhkəməsi isə bunu nəzərə almadan düzgün nət icəyə gəlməmişdir.

49. İlkin iddia üzrə iddiaçı kassasiya şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.4, 170.2, 180.4, 240.1, 240.3, 560.1 və 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1, 71.1, 72.2, 73.4-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1, 217.1, 217.3 və 217.4-cü madələrinə istinad edərək əsaslandırmışdır. e) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

50. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

51. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

52. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın;

53. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin h ərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər;

54. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, ilkin iddiaçının tələblərinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və ilkin iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiy a məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

64. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-91/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar