Məhkəmə qərarları › İş №2(102)-920/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-920/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-920/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı ASC Cavabdeh: Cavabdeh İddia tələbi: kredit müqaviləsi üzrə borcun qaytarılması Açar sözlər: barışıq sazişi, borc müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator Cavabdeh, vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx xxxxx 2018-ci il tarixli barışıq müqaviləsinə əsasən Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ümumilikdə banka olan 159.562 ABŞ dolları borcu 100.000 manat məbləğində müəyyən edilmiş və həmin məbləğdə olan borcun ödənilməsi üçün ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzili sataraq 60.000 manat vəsaiti banka ödəməkdən ötrü X1 etibarnamə əsasında (ləğv etməmək şərti ilə) təhvil verir. Banka olan 100.000 manat borcundan yerdə qalan 40.000 manat vəsaiti isə borclu Cavabdeh 50 gün ərzində ödəməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsində icraat xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxx 2018-ci il tarixli barışıq müqaviləsi üzrə 40,000 manat və illik 5 faiz dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 2685 manat məbləğinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6481/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.İ.Əyyubov) iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 40.000 manat məbləğində pulun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxxx 2018-ci il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən, iddiaçının müqavilədə göstərilən məbləğin ödənilməsi barədə tələbi haqlıdır. Bununla bərabər, iddia tələbində illik 5 faiz dərəcəsi ilə banka dəymiş zərər v ə əldən çıxmış fayda qismində göstərilən 2685 manatın tutulmalı olması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4034/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski, Z.A.Şirinov, R.Ə.Eyvazov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, cavabdehdən illik 5 faiz dərəcəsi ilə hesablanmı ş 2685 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 439-449, 739-744, 881-ci maddələri üzrə yoxlamaqla hesab etmişdir ki, qətnamə “5 faizlə hesablanmış 2685 manat məbləğində əldən çıxmış fayda” tələbinin təmin edilməməsi hissəsində əsassızdır. Belə ki, iddiaçı zərərin daha böyük olduğunu sübut edə bilmədiyi təqdirdə 5% bank uçot faizi ilə zərərin tələb edilməsində haqlıdır və bu qanunla müəyyən edilmiş imperativə dair əlavə sübutların təqdim edilməsinə zərurət yoxdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və i şin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya məhkəməsi tərəfindən yalnız iddiaçının apellyasiya şikayəti əsasında iddianın təmin edilməyən hissəsində, yəni i llik 5 faiz dərəcəsi ilə hesablanmş pul tələbi hissəsində yoxlanılmışdır. Hazırda cavabdeh birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmadığını göstərsə də, həmin qətnamədən apellyasiya şikayəti vermədiyindən, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində toxunulmayan məsələlərə kassasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməsi istisna edilir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüqu qu vardır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin kassasiya şikayətinin dəlilinə gəldikdə isə, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri göndərilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar