Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-925/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-4360/2019, hakim S.B.Mehrəliyev) İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu X6 və “xxx x” ASC-yə qarşı protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-11479/2019, hakimlər E.M.Həsənov, X.A.Mərdanova, İ.Ə.Kərimli) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2019-cu il tarixdə İddiaçı Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu X6 və “xxxx” ASC-yə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xxx x” ASC-nin səhmdarlarının ümumi yığıncağının mətnində “Müqavilə üzrə İcarəçi tərəfin “xxxx” şirkətinin olduğunu, aylıq icarə haqqının 8.000 manat müqavilənin müddətinin 99 il, icarə ərazisinin təyinatı- İcarəçi öz Şirkəti üçün dəyəri 10 milyon manata qədər ofis kompleksinin tikintisi və orada yerləşməsi, M.Əliyev imzalanması təklif edilən müqavilənin ləğvi, xitamı və bu zaman əmlak və hüquq məsələlərinin həlli şərtlərini əks etdirən bəndlərinə xüsusi ilə fikir verməyə səhmdarları çağırdı” cümlələri olan xx xxxxxx 2010-cu il tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətin i onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh “xxxx” ASC kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlərin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya in stansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, qiymətli kağız sahiblərinin reyestrində emitent kimi Ədliyyə Nazirliyi tərəfindən 1997-ci ildə qeydiyyata alınmış “xxxx" ASC-nin səhmdarlarının xx xxxxxx 2010cu il tarixində umumi yığıncağı keçirilmiş, ümumi yığıncağın gündəliyində ASC-nin 2009-cu ilin illik hesabatlarının, icarə müqaviləsinin, daşınmaz əmlakın sökülməsi və silinməsi aktının təsdiqi məsələləri qarşıya qoyulmuş, həmin məsələlərin təsdiqi qərara alınmışdır. Həmiçinin, iddiaçı, ASC-nin səhmlərinin 0.0704 %-nin sahibidir və o, xx.xx.2010-cu il tarixli səhmdarların ümumi yığıncağının protokolunun 2-ci səhifəsinin saxtalaşdırıldığını iddia etməkdədir; iddiaya görə, sözügedən protokolda ‘‘Müqavilə üzrə İcarəçi tərəfin “xxxx” sirkətinin olduğunu, aylıq icarə haqının 8000 manat (bütün vergilər daxil olmaqla), müqavilənin müddətinin 99 il, icarə ərazisinin məqsədli təyinatı - İcarəci öz sirkəti üçün dəyəri on milyon manata qədər ofis kompleksinin tikintisi və orada yerləsməsi, M. Əliyev imzlanması təklif olunan müqavilənin ləğvi, xitamı və bu zaman əmlak və hüquqlar məsələlərinin həlli sərtlərini əks etdirən bəndlərinə xüsusi ilə fikir verməyə səhmdarları cağırdı” ifadələr sonradan protokola əlavə edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar, onun eyni əsaslarla irəli sürdüyü digər iddia tələblərinin təmin edilməməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə aktları əsasında təkzib olunmaqdadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarı ilə İddiaçı və X2 "Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən xx.xx.2015ci il tarixində "xxxx" MMC ilə "xxxx" ASC arasında imzalanan icarə müqaviləsinin təsdiq etməsinin qanuna zidd sayılması" tələbi təmin edilməmiş, həmin qərarında Ali Məhkəmə, iddiaçıların mübahisələndirdikləri müqavilə üzrə qərarın qəbul olunması zamanı Mülki Məcəllənin 49-1 maddəsinin tələblərinə riayət edilməməsinin təsdiqini tapmadığını, bu iddianın xx.xx.2016-cı il tarixində keçirilmiş səhmdarların ümumi yığıncağının qərar ından sonra tam əsassız olduğunu vurğulamışdır. Kassasiya instansiyası hesab etmişdir ki, həm qeyd edilən əsasa, həm də, mübahisələndirilən müqavilənin məzmununun ASC-nin səhmdarlarının həqiqi niyyətinə tam uyğun olmaqla səhmdarların iki dəfə iradələrini ifadə etmələri baxımından notariat kontorunda imzalanan sözügedən icarə müqaviləsinin təsdiq edilməsi qanuna zidd sayıla bilməz. Ali Məhkəmənin sözügedən qərarında etibarlı olması nəticəsinə gəlinən icarə müqaviləsi, iddiaçının hazırkı iddia tələbində mübahisələndirdiyi ümumi yığıncaq protokolu əsasında bağlanmış müqavilədir və həmin müqavilənin etibarlı olmasının qanuni qüvvədə olan məhkəmə aktı ilə təsbit edilməsi müvafiq protokola dolayısıyla qiymət verilməsi deməkdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı, protokoldakı çıxış ların (səhmdarların dediklərinin) saxtalaşdırdığını iddia etməkdədir – ümumi yığıncağın qərarı qanuni sayıldığı halda isə çıxışların hansı məzmunda əsk olunmasının hər hansı əhəmiyyəti mövcud deyildir. Həmçinin nəzərə alınmalıdır ki, Ali Məhkəmənin qərarında da vurğulandığı kimi, ASC-nin səhmdarlarının xx.xx.2016-cı il tarixdə keçirilmiş ümumi yığıncağının qərarı ilə xx.xx.2010-cu il tarixli yığıncaq qərarı təkrar təsdiq olunmuşdur – bu xüsusat da iddianın əsaslı hesab olunmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107.1-ci maddəsinə görə, səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır; 107-2.1-ci maddəsinə görə isə, səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlah iyyətlidir. Apellyasiya məhkəməsi hazırkı mübahisəyə əqdlərin etibarsızlığı ilə bağlı bir illik iddia müddətinin tətbiqinə dair “xxxx” ASC-nin nümayəndəsinin ərizəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi sənəd əqd olmadığından və onun irəli sürdüyü tələbə 10 illik iddia müddəti şamil edildiyindən iddiaçı iddia müddətini ötürməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayə ti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-925/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-925/2020
27.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver