Məhkəmə qərarları › İş №2(102)-926/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-926/2021

17.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-926/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: “xxxx” ASC və “xxxx” MMMC İddia tələbi: kommunal borcun silinməsi, maddi və mənəvi ziyanın ödənilməsi ilkin, kommunal borcun ödənilməsi qarşılıqlı iddia Açar sözlər: kommunal xidmətlərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil3 və “xxxx” MMMC-nin nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2 020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: ünvan 1 ünvanında yerləşən binanın 33 saylı, beş otaqlı mənzil xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixdə İddiaçı mənzilə göstərilən kommunal xidmətlər haqqında binanın idarəçisi ilə müqavilə bağlanılması təklif edilmişdir. Cavabdeh1 MMMC-nin xx.xx.2017-ci il tarixli ümumi yığıncağının protokoluna əsasən, həmin tarixə binanın 33 saylı mənzilinin mülkiyyətçisi İddiaçı 3400 manat borcu vardır və xx.xx.2017-ci il tarixdən kommunal ödəmələr birdəfəlik 25% artırılaraq, 4 otaqlı mənzillərə ayda 125 manat, 5 otaqlı mənzillərə isə ayda 250 manata çatdırılmışdır. Cavabdeh1 MMMC ilə İddiaçı arasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli kommunal xidmətlərin götərilməsi haqqında müqavilənin 1-ci bəndinə əsasən, cəmiyyət kommunal xidmətlər göstərməyi, mənzilin sahibi isə təqdim edilmiş hesab üzrə göstərilmiş xidmətlərin qiymətini ödəməyi öz öhdəsinə götürür. Qiymətlər, kommunal xidmətlərin göstərilməsi zamanı faktiki olaraq çəkilən xərclər nəzərə alınaraq, Cəmiyyət tərəfindən müəyyən edilir və mənzil sahibinin ödəməli olduğu məbləğ hər dəfə ayrıca olaraq mənzil sahibinə təqdim edilən hesabda göstərilir. Müqavilənin 2.2-ci bəndinə əsasən, mənzil sahibi, kommunal xidmətlər üzrə haqqı xx.xx.2017-ci il tarixə kimi 200 manat, xx.xx.2017-ci il tarixdən 250 manat olmaqla və elektrik enerjisi məsrəfinə əsasən hər ay təqdim edilmiş hes ab üzrə Cəmiyyətə ödəyir. Müqavilə, MMMC tərəfindən imzalansa da, mənzilin sahibi İddiaçı tərəfindən imzalanmamışdır. Cavabdeh1 MMMC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən binanın 33 saylı mənzil üzrə borc xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, xx.xx.2015-ci ildən xx.xx.2019-cu il tarixlərə: 2015-ci il üçün 1200 manat (6 ay x 200 manat), 2016-cı il üçün 2400 manat (12 ay x 200 manat), 2019-cu ilin 1-9-cu ayları üçün 1950 manat (3 qış ayı x 250 manat + 6 ay x 200 manat), işığa görə 319,95 manat olmaqla, cəmi 5519,95 manat; xx.xx.2020-ci il tarixə isə ümumilikdə 6476 manat hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh1 MMMC ilə aralarında xidmət göstərilməyə dair yazılı müqavilə olmadığını, sözüged ən mənzildə yaşamadığını, kommunal xərclərin yaranma əsaslarının müəyyən olmadığını, həmçinin, elektrik enerjisindən istifadəyə görə borcun kommunal borclara aid olmadığını bildirərək, “xxxx” ASC və "Cavabdeh1" MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh1 MMMC tərəfındən ünvan 2 ünvanında yerləşən binanın 33 saylı mənzilinə dair qeyriqanuni hesablanmış kommunal borcun silinməsi, elektrik enerjisinin verilməsinin qanunsuz dayandırılmasına görə 12.000 manat maddi və 10.000 manat mənəvi zərərin MMMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMMC qarşılıqlı iddia və sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, İddiaçı xx.xx.2020-ci il tarixə kimi MMMC-yə olan 6476 manat kommunal borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-202/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı ünvan 1 saylı binada yerləşən 33 saylı mənzil üzrə kommunal xidmətlərə görə xx.xx.2020-ci il tarixinə olan 6476 manat borcun tutularaq Cavabdeh1” MMMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək ilk iddianın təmin, qarşılqılı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermə diyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4813/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.A.Şirinov, F.Ş.Talışinski, R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, mübahisəli dövr üzrə (xx.xx.2015-xx.xx.2020-ci illər) tərəflər arasında kommunal xidmətlərlə bağlı müqavilə bağlanması faktı mövcud olmasa da, İddiaçı binanı idarə edən təşkilat olaraq Cavabdeh1 MMMC ilə belə bir müqavilə bağlamasının zəruriliyi Mənzil Məcəlləsinin normalarının tələblərindən irəli gəlir. İşdən görünür ki, həm əvvəlki idarəçi təşkilat, həm də Cavabdeh1 MMMC İddiaçı bildiriş ünvanlamaqla müqa vilə bağlamağı təklif etsə də, İddiaçı bundan imtina etmişdir. Buna baxmayaraq, o, həmin dövrlər üzrə ayrı-ayrı vaxtlarda kommunal xidmətlərdən istifadəyə görə MMMC-yə müxtəlif ödənişlər etmiş və hazırda da etməkdə davam edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən binanın 33 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2015-ci il tarixdən qeydə alındığından, həmin tarixdən etibarən binanı idarə edən Cavabdeh1 MMMC-yə binanın saxlanılması xərclərini ödəmək öhdəliyi vardır və İddiaçı mənzildən istifadə etməməsi onu bu öhdəlikdən azad etmir. İddiaçı kommunal xidmət haqqının miqdarının hansı kommunal xərclər əsasında müəyyən olunmasının, MMMC-nin binaya xidmət göstərilməsi ilə əlaqədar hansı müqavilələr bağlamasının qey ri-müəyyən olmasını və elektrik enerjisindən istifadə haqqının kommunal haqlara aid olmadığını bildirsə də, işdə olan Cavabdeh1 MMMC-nin 2015-2019-cu il tarixlərə olan xərclər smetasından görünür ki, kommunal xərclərə elektrik, əmək haqqı, mühafizə xidməti, su, qaz, zibil, sadələşdirilmiş vergi, bank xidməti, generator akkumlyator təmiri, qidrafon təmiri, DSMF ödəmələri, qaz-peç-qazanxana, dezinfeksiya xidməti, lift təmiri, kamera xidməti aid olmaqla, həmin dövrlər üzrə cəmi 428.199,31 manat ödənilmişdir. Qeyd edilən xidmətlərin göstərilməsi isə, MMMC tərəfindən məhkəməyə təqdim olunmuş xidmət müqavilələri, üzləşmə aktları, ödəniş tapşırıqları və s. maliyyə sənədləri ilə təsdiqlənir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbini kifa yət qədər əsaslandırmamış və istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən borcun silinməsi hissəsində ilk iddianın rədd olunması, qarşılıqlı iddianın isə təmin edilərək, kommunal xidmət haqlarına görə yaranmış qətnamədə göstərilən məbləğdə borcun İddiaçı Cavabdeh1 MMMC-nin xeyrinə tutulması əsaslı olmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İlk iddia üzrə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayətini iddia ərizəsinə, eyni zamanda apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. Məhkə mə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkə məsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mənzil Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən, cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakı na mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardı r. Həmin Məcəllənin 135.2.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Həmin Məcəllənin 137.1-ci və 137.4-cü maddələrinə görə, çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.8–137.10-cu maddələrinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin ist ifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, iddiaçının tələbinin əsası kimi istinad etdiyi həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlar ı nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin mahiyyətcə düzgün olan qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar