Məhkəmə qərarları › İş №2(102)-930/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-930/2024

01.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-930/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4290/2023 saylı 29 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə m ahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Abonentin saldosuna əsasən, abonent İddiaçı istifadəsində olan qaz xətti **********00000 saylı abonent kodu ilə (abonent X3) qeydiyyata alınmışdır.

3. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktların surətlərinə əsasən, abonent İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir.

4. Abonentin saldosuna əsasən, abonent İddiaçı istifadəsində olan **********00000 saylı abonent koduna aktlar üzrə 2020-ci il üzrə iyun ayında 756,0 manat, avqust ayında 388,80 manat, sentyabr ayında 86,40 manat, oktybar – 194,40 manat, noyabr – 295,20 manat, dekabr – 295,20 manat, 2021-ci il üzrə yanvar – 295,20 manat, fevral - 295,20 manat, mart - 295,20 manat, aprel - 295,20 manat, may – 273,60 manat, iyun – 194,40 manat, iyul – 194,40 manat, avqust – 194,40 manat, s entyabr – 295,20 manat, oktyabr – 504,0 manat, noyabr – 604,80 manat, dekabr – 648,0 manat, 2022-ci il üzrə mart – 2008,80 manat, aprel – 397,44 manat, cəmi 8511,84 manat borcu hesablanmışdır.

5. GASREP saldosuna əsasən, **********00000 saylı abonent kodu üzrə abonentin cəmi borcu 8313,1 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat:

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.x x.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktların ləğv edilməsi və bu aktlar əsasında 8313,0 manat hesablanmış əsassız qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslanmışdır ki, ünvan 1 ünvanda yerləşən həyət evi ona məxsusdur. Həyətyanı sahəsində yerləşən **********00000 abonent kodlu nömrəli qaz sayğacı mərhum həyat yoldaşı Qəni Məmmədovun adında olmuşdur. Bu ay ona cavabdeh orqandan zəng gəlib və bildirilib ki, tərəflər arasında qazın satışına dair müqavilə imzalanmalıdır. İddiaçı müqaviləni imzalanmaq üçün cavabdeh orqanın Xəzər rayonu üzrə müvafiq idarəsinə müraciət etmişdir. Orda ona bildirilib ki, qaz sayğacı mərhum həyat yoldaşının adından onun adına keçirilib və bundan sonra qaz kartının balansını artırmaq istəyəndə ona bəlli olub ki, qazın verilişi cavabdeh orqan tərəfindən dayandırılıb. Bundan sonra iddiaçı yenidən cavabdeh orqana müraciət etmişdir. Orda ona bildirilmişdir ki, guya o, sayğacdan kənar, qeyri-qanuni qaz xətti istifadə etmiş, buna görə də dəfələrlə aktlar tərtib edilmiş və onların əsasında borc yazılmışdır. Həmin aktların bir nüsxəsini ona təqdim etmişlər. Aktlara baxış keçirilərkən ona bəlli olmuşdur ki, 2020-ci il tarixdən başlayaraq 2022-ci il müddətində ayrı-ayrı müxtəlif tarixlərdə aktlar yazılıb. Sayğaca baxış keçirilərkən və aktlar tərtib edilərkən onun və ya digər yaxın şəxslərin iştirakı təmin edilməyib. Aktlar bir tərəfli hazırlanıb və “aktı imzalamaqdan imtina etdi” yazılsa da, buna dair hər hansı sübut əlavə edilməyib. Həmçinin, iddiaçı qeyd etmişdir ki, əgər o, 2020-ci ildən başlayaraq qanunsuz qaz xəttindən istifadə etmişdirsə və bunu da cavabdeh orqan artıq bilirdisə, qazın verilişi nə üçün dayandırılmayıb. İddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan da aydın şəkildə görünüb ki, o, qazdan istifadəyə görə hər ay ödəniş etmişdir. Əgər qeyri-qanuni qaz xəttindən istifadə edirdisə, o zaman nə üçün pul ödəmişdir? Əgər 2020-ci ildə cavabdeh orqan qanunsuz qaz xəttini aşkar etmişdisə, hansı səbəbə görə həmin vax t qazın verilişini dayandırmırdı? Niyə görə cavabdeh orqan bu vaxta qədər həmin cərimə məbləğini tələb etməyib və ya yazılı bildiriş göndərməyib? Bundan əlavə aktlarda yazılıb ki, guya o, kombi, dəmir və iran sobasından istifadə edir. Halbuki, yalnız sərt qış aylarında odun sobasından istifadə etmişdir. İşin bu və ya digər halları bir daha sübut edir ki, cavabdeh orqanın yazdığı aktlar və aktlar əsasında hesablanmış cərimə qanunsuz və əsassızdır. Onu da qeyd edib ki, ona məxsus mənzildə qaz sobası və qışda qızdırıcı kimi kombidən istifadə edilir. Lakin cavabdeh əsassız olaraq hesab edir ki, o, başqa qaz işlədicilərindən istifadə edir və guya yayda da kombidən istifadə etmişlər. Halbuki, kombidən yalnız otaqları qış rejimində qızdırmaq üçün istifadə edilib. Onu da qeyd edib ki, sayğac ona m əxsus həyətin çöl hissəsində quraşdırılıb. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.

8. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək bildirmişdir ki, cavabdeh tərəfindən əsassız yazılmış 8314,09 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh məhkəmə iclasında iştirak etmiş və iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. 10.Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(003)-531/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvana aid qaz sayğacına (abonent kodu: **********00000 olan) hesablanmış 8314,09 manat məbləğində borcun silinməyi və ödənilməli olan 103,14 manat məbləğində dövlət rüsumunun Cav abdehndən tutularaq dövlət büdcəsinə ödənilməsini qət edilmişdir (hakim E.İ.Məmmədli).

11. Birinci instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, GASREP saldosuna əsasən, **********00000 saylı abonent kodu üzrə abonentin cəmi borcu 8313,1 manat təşkil edir, həmçinin, iddiaçı qeyd olunan aktların tərtib olunduğu 2020-2022-ci il tarixlər üzrə istifadə etdiyi təbii qaza görə ümumilikdə 687,0 manat ödənişlər etmişdir. Həmçinin məhkəmə tərəfindən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə iddiaçının ünvanında sayğaca baxış keçirilmiş və sayğacdan kənar qaz xəttinə qoşulma izləri müəyyən edilməmişdir. Yerli baxış zamanı cavabdehin nümayəndəsi - qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər X1 iştirak etmiş, mübahisəli ünvana sayğacdan qaz xəttindən istifadə etməsinə görə tərtib olunmuş aktların bir neçəsi onun tərəfindən tərtib olunduğunu, lakin tərtib edilmiş aktı onun imzalamasına baxmayaraq, keçirilmiş baxış zamanı iştirak etmədiyini və hazırkı ünvanda qeyri-qanuni xəttin olması barədə məlumatı olmadığını bildirmişdir. Həmçinin o, yerli baxış zamanı iddiaçının sayğacdan kənar qaz xəttindən evin qarşısından keçən qaz borusunun hansı hissəsindən qoşulmasını da göstərə bilməmişdir. 12.Məhkəmə qeyd edib ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulma qla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. 13.Məhkəmə həmçinin bildirib ki, qanunvericiliyə uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edib ki, iddia tələbi təmin edilməklə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00000 olan) hesablanmış 8314,09 manat məbləğində borc silinməlidir. 14.Birinci instans iya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2, 217.2, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 2.5, 2.12, 3.1.7, 3.4.1, 3.4.4, 6.5, 6.6, 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 2(003)531/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizas ı Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6112 saylı imtina məktubuna əsasən, kommunal xidmət (qa, su, elektrik) xətlərinə hər hansı qanunsuz qoşulmaların olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün metodik baxımdan baxış keçirilməsi mümkün olmamışdır. 17.Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(103)-4290/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-531/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov, E.C.Kazımov.) 18.Apellyasiya instansiya məhkəməsi kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı (abo nent) ona aid olan evdə qaz xəttinə qanunsuz qoşulma olmadığını və qazdan sayğacdankənar istifadə edilmədiyini bildirir. İddiaçının qazdan sayğacdankənar istifadə etdiyini sübutetmə yükü cavabdehin üzərinə düşür, lakin cavabdeh bunu sübut edə bilmir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır:

19. Birinci, Cavabdeh İB-nin tərtib etdiyi, təbii qazdan sayğacdankənar istifadə barədə aktlar abonent tərəfindən imzalanmayıb. Aktaların hamısında qeyd olunub ki, abonent aktı imzalamaqdan imtina edib. Lakin aktların imzalanmaq üçün abonentdə təqdim edildiyi sübut olunmur. Aktların imzalanmaq üçün abonentə təqdim edildiyini sübutetmə yükü Cavabdeh İB-nin üzərinə düşür. Cavabdeh İB-nin imkanı olub ki, aktların imzalanmaq üçün abonentə təqdim edildiyini, abonentin isə aktları imzal amaqdan imtina etdiyini hal şahidlərinin iştirakı ilə rəsmiləşdirsin və ya bu faktı audio-videoyazı ilə qeydə alsın. Lakin o, bunu etməyib. 20.İkinci, birinci instansiya məhkəməsində icraat zamanı – xx.xx.2023-cü ildə qaz xəttinə sayğacdankənar qoşulma faktının olub-olmadığının müəyyən edilməsi üçün MülkiProsessual Məcəllənin 202-ci maddəsinə əsasən yerində müayinə keçirilmişdir. Müayinə zamanı qaz xəttinə sayğacdankənar qoşulma izləri aşkar olunmamışdır. Bundan başqa, yerində müayinə protokolundan görünür ki, müayinədə Cavabdeh İB-nin Qaz avadınlıqlarının istismarı və təmiri üzrə çilingəri X1 işirak etmiş, o, bildirmişdir ki, həmin ünvanda təbii qazdan sayğacdankənar istifadə ilə bağlı aktların bir neçəsi onun tərəfindən tərtib olunub, həmin aktları imzalamasına baxmayaraq keçirilmiş ba xışda iştirak etməyib və göstərilən ünvanda qeyri-qanuni xəttin olması barədə məlumatı yoxdur, bundan başqa, sayğacdankənar qaz xəttinin evin qarşısından keçən qaz borusunun hansı hissəsinə qoşulmasını bilmir. 21.Üçüncü, qaz xəttinə qanunsuz qoşulma faktı barədə Cavabdeh İB-nin məhkəməyə təqdim etdiyi fotoşəkillərdəki (iş v. 63, 71 və 76) təsvirin həmin evə aid olduğu müəyyən edilmədi. Bundan başqa, fotoşəkillərdə sayğacdankənar çəkilmiş borunun ümumi qaz borusuna birləşmə yeri (başlanğıcı) əks olunsa da, sayğacdankənar borunun həmin evə daxil olması fotoşəkillərdən müəyyən olunmur. 22.Dördüncü, apellyasiya icraatı zamanı iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertin qarşısında göstərilən suallar qoyulmuşdur:1)həmin ünvanda qaz xəttinə sayğacdankənar qoşulma mövc uddurmu? 2)əgər qaz xəttinə sayğacdankənar qoşulma mövcud deyilsə, həmin ünvanda əvvəllər qaz xəttinə sayğacdankənar qoşulmanın olduğunu təsdiq edən əlamətlər mövcuddurmu? Lakin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti ekspertiza aparmaqdan imtina etmiş, bunu onunla əsaslandırmışdır ki, qeyd edilən suallara cavab verilməsi xüsusi bilik tələb etmədiyinə görə onlar ekspertiza fəaliyyətinin sahəsinə aid deyil. 23.Beşinci, Cavabdeh İB-nin verdiyi “Gasrep” adlı arayışdan görünür ki, aktların aid olduğu dövrdə həmin ünvan üzrə qazdan sayğac üzrə istifadəyə görə abonent tərəfindən ödənişlər edilib. Əgər abonent qazdan sayğacdankənar istifadə etmiş olsayıdı, həmin ödənişlər edilməzdi. Bundan başqa, aktların aid olduğu dövrdəki aylıq ödənişlərin məbləği aklardan əvvəlki dövrdəki aylıq ödənişlərin m əbləğindən əhəmiyyətli dərəcədə fərqlənmir. Əgər abonent qazdan sayğacdankənar istifadə etmiş olsayıdı ödənişlərin məbləğində əhəmiyyətli fərq olardı. 24.Beləliklə, abonentin təbii qazdan sayğacdankənar istifadə etdiyi müəyyən olunmur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.. 25.Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın göstərişlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri: 26.Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4290/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edərək iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. 27.Kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə zəruri araşdırma aparmadan və iş üzrə toplanmış sübutlara düzgün qiymət vermədən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermiş, apellyasiya şikayətini təmin etməmişdir. Cavabdeh şikayətində bildirmiş dir ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin əsassız olaraq təmin etmişdir. İddiaçının vurduğu zərər cavabdehin tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmə iddianı təmin etmişdir. Həmçinin, cavabdeh bildirmişdir ki, iddiaçının əldə etdiyi cavabdehin mülkiyyətindəki qazdır və bu qazı müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyri-qanuni şəkildə əldə edərək “vicdansız sahib” olmuşdur. Həm birinci instansiya, həm də apelyasiya məhkəməsi isə bu halı araşdırmamış və qərar qəbul edərkən nəzərə almamışdır. Bununla yanaşı mülki işə əlavə edilmiş saldodan da görünür ki, istehlak edilmiş qaz həcmi ilə ödənilmiş pul məbləği reallıqdan tam uzaqdır və iddiaçı təbii qazdan qeyri-qanuni istifadə etdiyindən demək olar ki, heç bir ödəniş etməmişdir. 28.Kassator şikayətinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 157.5-ci, Mülki Prossesual Məcəllənin 77, 88-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Kassasiya şikayətinə dair qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 29.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 30.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şə xsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 31.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). 32.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərər in əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 33.Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 34.Maddə 13.8. qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (gön dərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 35.Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 36.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 3 8.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 40.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hə dləri 41.Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 42.Kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 43.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahi səli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 44.Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin hesabladığı zərər məbləğinin əsasında duran aktlar mötəbər deyil. Ona görə də borcun silinməsi barədə iddiaçının tələbi qanuni və əsaslıdır. 45.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunverici liyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 46.Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. 47.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığın dan və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 48.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 49.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4290/2023 saylı 29 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar