Məhkəmə qərarları › İş №2(102)-934/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-934/2019

07.02.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-934/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı X1 vəkili Vəkil Qurğanəli oğlunun iştirakı ilə, iddiaçı X1 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şabran Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(031)-1425/2017 saylı qətnaməsi ilə (hakim: F.Pənahov) iddiaçı X2 cavabdehlər Azərbaycan Respub likası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi və Şabran Rayon Notariat Kontoruna, üçüncü şəxslər X13 və X18 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alqı-satqı müqaviləsinin və mülkiyyət hüququna dair dövlət qeydiyyatının etibarsız sayılması tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2017-cı il tarixli, 2(105)-3919/17 saylı qətnaməsi ilə (hakimlər: G.Tağızadə, A.Hüseynov, T.Quliyev) Şabran Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi, Şabran Rayon Notariat Kont oru, üçüncü şəxslər X20 və X18 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alqı-satqı müqaviləsinin və mülkiyyət hüququna dair dövlət qeydiyyatının etibarsız sayılması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 16 aprel 2018-ci il tarixli, 2(102)-2708/2018 saylı qərarı ilə (hakimlər: Ə.Rüstəmov, M.Əhmədov və Ə.Nurməmmədov) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2017cı il tarixli, 2(105)-3919/17 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli, 2(105)-2883/18 saylı qətnaməsi ilə (hakimlər: G.Tağızadə, A.Hüseynov, T.Quliyev) Şabran Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(031)-1425/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli, 2(105)-2883/18 saylı tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X5 məhkəmədə iddia qaldıraraq Şabran rayon Dövlət Notariat Kontorunun verdiyi 30 avqust 2013-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin, həmin Şəhadətnamələr əsasında Şabran rayonunu Günəşli kəndinin ərazisində yerləşən, sahəsi 2,88 ha olan torpaq sahəsi üzərində X11 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatının, qeyd edilən torpaq sahəsinin alqı-satqısına dair 04 oktyabr 2013-cü il tarixdə X5 il ə M.M.Əliyev arasında bağlanılmış torpağın alqı-satqı müqaviləsinin, həmin alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi üzərində X14 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatının etibarsız hesab edilməsi və torpaq sahəsi üzərində X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatına dair Reyestr Çıxarışının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran rayonunun Günəşli kəndinin ərazisində yerləşən, sahəsi 2,88 ha olan torpaq sahəsi keçmiş Dəvəçi rayon Aqrar-İslahat Komissiyasının 25 aprel 2000-ci il tarixli 3 saylı qərarı ilə onun atası X8, anası X19 və qardaşı X11 istifadəsinə ayrılmışdır. Sonradan həmin torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən onun atası X3, anası X4 və qardaşı X5 adlarına JN-0086, kod 30403028 qeydiyyat nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı tərtib edilərək verilmişdir. Onun anası X3 22 noyabr 2001-ci il tarixdə, atası X4 isə 20 fevral 2002-ci il tarixdə vəfat etmişlər. Bundan sonra onun qardaşı X5 mübahisələndirilən torpaq sahəsinə dair anasının və atasının yeganə varisi kimi özünü təqdim edərək notariusu aldatmış və mərhumların torpaq sahəsindəki paylarına dair «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»lər almaqla həmin torpaq sahəsini yeganə varisi şəklində öz mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçmişdir. Daha sonra 04 oktyabr 2013-cü il tarixdə qardaşı X5 qeyd edilən torpaq sahəsini 15 640 manat müqabilində M.M.Əliyevə satmışdır. Hesab edir ki, onun qardaşının valideynlərindən qalmış mirasa təkbaşına yiyələnməsi və sonradan torpağı satması tamamilə qanunsuzdur. Belə ki, onun mərhum valideynlərinin torpaq sahəsindəki paylarında vərəsə olaraq onun da payı var və həmin miras paylar onun ilə qardaşı arasında bərabər şəkildə bölünməli idi. Buna misal olaraq mərhum valideynlərinin mülkiyyətində olmuş Şabran rayonunun Günəşli kəndinin ərazisində yerləşən sahəsi 0.10 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən sahəsi 79,4 kv.m olan fərdi yaşayış evini göstərə bilər. Belə ki, həmin daşınmaz əmlaklarda onun mərhum valideynlərinə məxsus olan paylar Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»lər əsasında onun ilə qardaşı X5 arasında hər birinə 1/2 hissədə irs olaraq ayrılmışdır. Bu səbəbdən Şabran rayonunun Günəşli kəndinin ərazisində yerləşən, sahəsi 2,88 ha olan torpaq sahəsinə dair «Qanun üzrə vərəsəlik hüququ haqqında Şahədətnamə»lər verilərkən və həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində X5 adına mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılarkən qanunsuzluğa yol verildiyindən hesab edir ki, adı çəkilən sənədlər və onların doğurduğu hüquqi nəticələr etibarsız hesab edilməli, müvafiq hüquqi sənədlər, o cümlədən alqı-satqı müqaviləsi və mülkiyyət hüququna dair Reyestr çıxarışı ləğv edilməli və həmin torpaq sahəsində onun mərhum anasının və atasının paylarından vərəsə kimi ona da irs ayrılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı X1 kassasiya şikayətini o nunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli, 2(105)-2883/18 saylı tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı X1 vəkili Vəkil Qurğanəli oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh X14 nümayəndəsi X22 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməklə, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Şabran rayon Notariat Kontorunun 30 avqust 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən X20 22 noyabr 2001-ci ildə vəfat etmiş anası X15 və 20 fevral 2002-ci ildə vəfat etmiş atası X6 miras qalmış Şabran rayonunun Günəşli kəndi ər azisində yerləşən, ümumi sahəsi 2,88 ha olan torpaq sahəsindən X3 və X4 düşən hissələri miras əmlak kimi əldə etmiş, 19 sertyabr 2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququnu təsdiq edən sənəd almış və həmin torpaq sahəsini 4 oktyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 15640 manata X1. Mülki iş materiallarından görünür ki, 31 avqust 2017-ci il tarixdə X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran rayon dövlət notariat kontorunun verdiyi 30 avqust 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında Şabran rayonunun Günəşli kəndi ərazisində yerləşən 2,88 ha torpaq sahəsi üzərində X11 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatının, qeyd edilən torpaq sahəsinin alqı-satqısına dair 04 oktyabr 2013-cü il tarixdə X20 ilə X23 arasında bağlanmış torpağın alqı-satqı müqaviləsinin, həmin alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi üzərində X14 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatının etibarsız hesab edilməsi və torpaq sahəsi üzərində X14 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatına dair reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Şabran rayonunun Günəşli kəndi ərazisində yerləşən 2,88 ha torpaq sahəsi keçmiş Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 25 aprel 2000-ci il tarixli, 3 saylı qərarı ilə onun atası X8, anası X19 və qardaşı X11 istifadəsinə ayrılmışdı r. Sonradan həmin torpaq sahəsinə dair keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən onun atası X7, anası X19 və qardaşı X11 adlarına JN-0086, kod 30403028 qeydiyyat nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilərək verilmişdir. Onun anası X25 22 noyabr 2001-ci il tarixdə, atası X12 isə 20 fevral 2002-ci il tarixdə vəfat etmişlər. Bundan sonra onun qardaşı X20 mübahisələndirilən torpaq sahəsinə dair anasının və atasının yeganə varisi kimi özünü təqdim edərək notariusu aldatmış və mərhumların torpaq sahəsindəki paylarına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almaqla öz mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirmişdir. Daha sonra 04 oktyabr 2013-cü il tarixdə q ardaşı X20 qeyd edilən torpaq sahəsini 15640 manat müqabilində X1. Onun qardaşının valideynlərindən qalmış mirasa təkbaşına yiyələnməsi və sonradan torpağı satması tamamilə qanunsuzdur. Belə ki, mərhum valideynlərinin torpaq sahəsindəki paylarına vərəsə olaraq onun da payı vardır və həmin miras paylar onunla qardaşı arasında bərabər şəkildə bölunməli idi. Buna misal olaraq mərhum valideynlərinin mülkiyyətində olmuş Şabran rayonunun Günəşli kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən sahəsi 79,4 kv.m olan fərdi yaşayış evini göstərə bilər. Belə ki, həmin daşınmaz əmlaklarda onun mərhum valideynlərinə məxsus olan paylar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında onunla qardaşı arasında hər birinə ½ hissədə irs olaraq ayrılmışdır. Bu səbə bdən Şabran rayonunun Günəşli kəndi ərazisində yerləşən 2,88 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən və həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində X11 adına mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılarkən qanunsuzluğa yol verildiyindən hesab edir ki, adı çəkilən sənədlər və onların doğurduğu hüquqi nəticələr etibarsız hesab edilməli, müvafiq hüquqi sənədlər, o cümlədən alqı-satqı müqaviləsi və mülkiyyət hüququna dair reyestrdən çıxarış ləğv edilməli və həmin torpaq sahəsində mərhum anasının və atasının paylarından vərəsə kimi ona da irs ayrılmalıdır. İddia tələbinin rədd edilməsinə dair rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı valideyinlərindən miras qalmış 2, 88 ha torpaq sahəsində yerləşən, onlara məxsus miras torpaq payını qəbul etməmiş, eləcə də hüquqlarının pozulmasını 2015-ci ilin əvvəllərindən bildiyi halda məhkəməyə gec müraciət etmişdir. Eləcə də torpağı alqı-satqı yolu ilə əldə edən X1 torpaq sahəsinin mübahisəli olmasını bilməməsinə, DƏDR-dəki qeydiyyatın həqiqiliyinə əsaslanaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən onun vicdanlı əldə edən olmasına əsaslanan məhkəmə onunla bağlanmış 4 oktyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına dair tələbi rədd etmişdir. Apellyasiya məhkəməsi maddi hüquq normasının tətbiqində rayon məhkəməsiinn yol verdiyi səhvi düzəltsə də iş üzrə səhv nəticəyə gəlmiş, yekunda yenə də rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası he sab edir ki, apelyasiya məhkəməsi işin faktik hallarını düzgün müəyyən etsə də maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyi üçün qətnamə ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. İş materiallarında olan JN 0086 saylı, kodu 30403028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 25 aprel 2000-ci il tarixli, 03 saylı qərarına əsasən X9, X19 və X11 mülkiyyətlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,88 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şabran rayon notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 30 avqust 2013-cü il tarixli şəhadətnamələrin surətlərindən görünür ki, 22 noyabr 2001-ci ildə vəfat etmiş X19 və 20 fevral 2002-ci ildə vəfat etmiş X8 vərəsəsi oğlu X16r, miras əmlak Şabran rayonunun Günəşli kəndi ərazisində yerləşən ümumi sahəsi 2,88 ha torpaq sahəsinin mərhum X28ma və X10 düşən hissələrindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şabran rayonu, Günəşli kəndində yerləşən 2,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X11 adına 19 sentyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şabran rayon dövlət notariat kontorunda 04 oktyabr 2013cü il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 rayonu, Günəşli kəndində mülkiyyətində olan 2,88 ha olan torpaq sahəsini 15640 manata X1. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli, 2(031)-1154/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdeh X13 qarşı miras əmlaka vərəsəlik payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, X4 və X15 Şabran rayonu Günəşli kəndində miras qalmış 0,10 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsinə X2 vərəsəlik payı müəyyən edilərək tanınmışdır. Şərh olunanlardan göründüyü kimi iddia olunan 2,88 ha torpaq sahəsinin 1 /3 hissəsi, yəni 0,96 hektarı X3 mülkiyyəti olmaqla mirasın kütləsi olmamışdır. Mirasın kütləsi olan 1,92 ha torpaq sahəsindən 0,96 ha torpaq sahəsi X3, 0,96 ha torpaq sahəsi isə digər vərəsə X4 çatası miras olmuşdur. Satılan torpaq sahəsindən 1,92 ha torpaq sahəsi X3, 0,96 torpaq sahəsi isə X4 çatası miras payı olmuşdur. X3 qardaşı tərəfindən ona çatası 0,96 ha torpaq sahəsinin X2 tərəfindən satılması iddiaçının mənafeyinə toxunmamışdır. Məhkəmənin iddianı rədd edən zaman X3nın miras pay torpağını miras əmlak kimi qəbul etməməsi barədə gəldiyi nəticə əsassızdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X3 miras əmlakdan pay verilməsi, onun harada yerləşməsidən asılı olmayaraq bütün miras əmlakını qəbul etməsi hesab olunur. Ona görə də miras evdən və həyətyanı torpaq sahəsindən miras payı almış X3 miras qalmış pay torpaq sahəsini də qəbul etmişdir. Lakin, iddiaçı qardaşı Səfərin vərəsəlik şəhadətnaməsi alması və miras əmlakı mülkiyyətinə keçirilməklə Mətləb Əliyevə satması barədə 2015-ci ilin əvvəllərində məlumat almasına baxmayaraq, vərəsəlik şəhadətnamələrinin və alqı-satqı müqaviləsinin etibarsızlığına dair 31 avqust 2017-ci ildə, yəni hüququnun pozulduğunu aşkar etdiyi gündən 2 il 8 ay sonra iddia qaldırmaqla əqdin etibarsızlığına dair qanunla nəzərdə tutulan müraciət müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verə n halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Şərh olunanlardan göründüyü kimi əqdin etibarsızlığı üçün nəzərdə tutulan 1 illik müddət kəsici müddət olmaqla, tərəfin müraciət etməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq olunur. Kollegiya hesab edir ki, iddiaçı miras əmlakı qəbul etsə də vərəsəlik şəhadətnamələrinin, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün qanunla nəzərdə tutulmuş müraciət müddətini ötürdüyündən etibarsızlıqla bağlı tələbi və onun nəticəsi ilə əlaqədar tələblər rədd edilməlidir. Eləcə də mübahisəli torpaq sahəsini alqı-satqı yolu ilə əldə etmiş Mətləb Əliyev vicdanlı əldə edən olduğ undan həmin əsasa görə də ona qarşı qaldırılmış iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1, 417.1.4, 417.2-ci maddələrinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X1 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. X1 iddia tələbləri rədd edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar