Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-934/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1nə qarşı “torpağın boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi və tikililərin sökülməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “iddiaçıya məxsus torpaq sahəsindən piyada və avtomobil keçidi üçün istifadə hüququnun təmin olunması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, torpağa sahiblik) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)6556/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanda yerləşən 0,00816 ha torpaq sahəsi, habelə 0,00901 ha torpaq sahəsi və üstündə olan 77,2 kv.metr qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Həmçinin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 31 yanvar 2003-cü il tarixli, 000067 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ün van 1 ünvanda yerləşən 90,8 kv.metr qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 1 ünvanda mülkiyyət və istifadə hüququ əsasında iddiaçıya məxsus torpaq sahəsinə qanunsuz olaraq açılmış darvaza və qapının, həmçinin torpaq sahəsinin altından çəkilmiş qaz, su və çirkab su xətti borularının və digər tikili və qurğuların cavabdehlərin vəsaiti hesabına sökülüb, onun mülkiyyətində və istifadəsində olmayan torpaq sahəsindən keçirilməsi, torpaq sahəsinin əvvəlki vəz iyyətə gətirilməsi, həmçinin torpağına hər hansı formada müdaxilə olunmasının qadağan edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 sifarişi ilə "xxxx" MMC ünvan 2 ünvanda yeni tədris binası inşa etmiş və onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz olaraq darvaza və qapı açmış, həmçinin ona məxsus torpaq sahəsinin altından qaz, su və çirkab su xətti borularını çəkmişlər. xx.xx.2021-ci il tarixli iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı ünvan 1 ünvanda yerləşən həm mülkiyyət, həm də istifadə hüququ əsasında ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirmişdir.
5. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi ünvanda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 5 metr enində olan sahəsindən Murtuz Muxtarov küçəsinə piyada və avtomobil keçidi üçün Cavabdeh1 istifadə hüququnun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Universitetin ünvan 2 ünvanda yeni tədris binası inşa edilmişdir. Yeni inşa edilmiş tədris binasının yeganə avtomobil girişi iddiaçının mülkiyyətində olan torpaq sahəsindədir. Yeni tədris binasında təhsil alan tələbələrin təhlükəsizliyinin təmin olunması, eyni zamanda baş verə biləcək fövqəladə hallarda əraziyə yalnız həmin torpaq sahəsindən texniki vasitələrin daxil olmasının mümkünlüyü nəzərə alınaraq Universitetin iddiaçıya məxsus torpaq sahəsin dən istifadə hüququ təmin edilməlidir.
7. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 31 may 2022-ci il tarixli rəyinə əsasən İqtisad Universitetinin yeni tədris korpusunun əsas giriş qapıları ünvan 1 ünvanda yerləşən iddiaçının istifadəsinə ayrılmış (31 yanvar 2003-cü il tarixli 000067 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə və 09 yanvar 2003-cü il tarixli, 004312 saylı texniki pasporta əsasən) torpaq sahəsinə açılmışdır.
8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Universitetin mübahisəli əsas giriş qapısı iddiaçının faktiki istifadəsində olan həmin torpaq sa həsinə açılır və yalnız həmin qapıdan Universitetin ərazisinə xüsusi texnika, yəni yanğınsöndürmə maşınları daxil ola bilər.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən İqtisad Universitetinin yeni tədris korpusunun əsas giriş hissəsi kimi layihədə (Tədris korpusunun layihəsində) nəzərdə tutulan sahə keçmiş Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən iddiaçının adına verilmiş 31 yanvar 2003-cü il tarixli, 000067 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən və 09 yanvar 2003-cü il tarixli, 004312 saylı texniki pasportda göstərilən ümumi sahəsi 90,8 kv.m, tikintialtı sahəsi 115,5 kv.m olan qeyri-yaşayış binasının baş planında Liter 1 ilə işarələnmiş daş hasar daxilindəki 383 kv.m torpaq sahəsinin şimal tərəfdən bir hissəsi olmaqla dövlət mülkiyyətindədir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(004)-25/2022 nömrəli qətnaməsi ilə (hakim T.C.Xəlilova) ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, 31 yanvar 2003-cü il tarixli, 000067 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə ilə İddiaçı yalnız qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır və həmin sahənin 09 yanvar 2003-cü il tarixli 004312 saylı texniki pasportuna əsasən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçının faktiki sahibliyindədir və torpaq sahəsinin hüquq müəyyənedici sənədləri yoxdur. Bundan əlavə Az ərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən universitetin mübahisəli əsas giriş qapısı iddiaçının faktiki istifadəsində olan həmin torpaq sahəsinə açılır və yalnız həmin qapıdan Universitetin ərazisinə xüsusi texnika, yəni yanğınsöndürmə maşınları daxil ola bilər. Beləliklə, tədqiq olunmuş sübutlarla İqtisad Universitetinin yeni tədris korpusunun qiriş qapısının iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinə açılması müəyyən edilmişdir.
12. İqtisad Universitetinin yeni tədris korpusunun qiriş qapısının iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinə açılması müəyyən edildiyindən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 may 2022-ci il tarixli ekspert rəyi nəzərə alınmamalıdır. İqtisad Universitetinin yeni tədris korpusunun giriş qapısının iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinə açılması, yəni iddiaçının həmin torpaq sahəsinə heç bir hüququnun olmaması (subyektiv hüququnun olmaması) müəyyən edildiyindən ilk iddia əsassızdır və rədd edilməlidir.
13. Bundan əlavə məhkəmə hesab etmişdir ki, eyni əsasla qarşılıqlı iddia da təmin edilə bilməz və rədd edilməlidir.
14. Belə ki, servitutla yalnız mülkiyyətdə olan daşınmaz əmlak yüklü edilə bilər. İddiaçının isə mübahisəli torpaq sahəsinə, yəni İqtisad Universitetinin yeni tədris korpusunun giriş qapısının açıldığı sahəyə hər hansı bir hüququ yoxdur.
15. Məhkəmə gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.1-ci, Torpaq Məcəlləsinin 66 və 67-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(004)-25/2022 nömrəli qətnaməsinin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)6556/2022 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovun və X.Ə.Sarıyevin iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(004)-25/2022 nömrəli qətnaməsi mübahisələndiril ən – ilk iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş ekspert rəyində İddiaçı məxsus torpaq sahəsinə açılmış mübahisəli yolun (darvaza və qapının) məhz baş verə biləcək fövqəladə hallar zamanı əlavə giriş-çıxış kimi istifadə olunması üçün və ya Universitetin əsas giriş-çıxışı kimi nəzərdə tutulması qeyd olunmamışdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ekspert birinci instansiya məhkəməsinin qərardadında qoyulmuş sualları cavablandırmış, həmin rəyin mötəbərliyini şübhə altına alan hallar iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Fövqə ladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən universitetin mübahisəli əsas giriş qapısı iddiaçının faktiki istifadəsində olan həmin torpaq sahəsinə açılır və yalnız həmin qapıdan Universitetin ərazisinə xüsusi texnika, yəni yanğınsöndürmə maşınları daxil ola bilər.
19. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən mülki işə tam, hərtərəfli və obyektiv şəkildə baxılmamış, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə riayət edilməmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, əsaslı olan ilk iddianın rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin qeyd edilən d əlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işə tərəflərin təqdim etdikləri sübutlar əsasında tam, obyektiv və qərəzsiz baxılaraq, işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmiş, ilk iddia tələbinin təmin edilməməsi barədə mahiyyəti üzrə düzgün nəticəyə gəlinmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 152.5, 178.1, 238.1, 239.2, 241.2-ci, Torpaq Məcəlləsinin 166 və 67-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
21. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noya br 2022-ci il tarixli, 2(103)-6556/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 158.1, 157.4-cü, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsinə dair Texniki Pasportda göstərilən torpaq sahəsinin həmin qeyri-yaşayış sahəsinin fəaliyyətini təmin edən və iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi olmaqla, bu hüquqların müdafiəsinin mülkiyyətçi ilə bərabər həcmdə qorunmasını nəzərə almamışdır. İddiaçının mülkiyyətində olan daşınmaz əmlakın torpaq sahə sinə - qanunvericiliyin imperativ tələblərinə əsasən qanuni istifadəsində olan torpaq sahəsinə müdaxilə mövcud olmuş və iddiaçının iddiası tamamilə əsaslı olmaqla təmin edilməli idi. Cavabdeh1 açdığı qapı və saldığı yol isə iddiaçının qeyri-yaşayış sahəsinin Texniki Pasportunda göstərilmiş sahəyə düşür. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Həmin Əsasnamənin 4- cü bəndinə əsasən, özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Belə olan halda məhkəmənin hazırkı mübahisə üzrə “texniki pasportun hüquqverici sənəd olmadığı” barədə dəlilinin tamamilə əsassız olması, maddi hüquq normasının düzgün tətbiq edilmədiyi və belə yanaşmanın hüquqi nəticəsi kimi iddiaçının Mülki Məcəllənin 157.4, 158.1.2 və 158.4-cü maddələri ilə təsbit edilmiş hüquqlarının pozulduğu aşkardır. Məhkəmənin qeyd etdiyinin əksinə olaraq, texniki pasport və onda qeyd edilmiş məlumatlar hüquqverici sənədlər və məlumatlar kimi, daşınmaz əmlakın dövlət qeydiyyatı zamanı nəzərə alınır. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermək əvəzinə, iddianın rədd olunmasına dair qətnamə qəbul etmişdir.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Etiraz işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normaları pozulmamışdır. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət verm ir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən onun iddiasının təmin olunmamış hissəsində mübahisələndirilməmişdir. Belə olan halda apellyasiya baxışının predmetini qətnamənin yalnız ilk id dianın təmin olunmamış hissəsində yoxlanılması təşkil etmişdir.
28. Kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyə t hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübu tlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası gəlinən nəticə ilə tam razılaşır.
33. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində hazırda id diaçının mülkiyyət hüququnun olmaması işin mübahisəsiz halıdır. İddiaçının istinad etdiyi Mülkiyyət hüququ haqqında şəhadətnamə və Texniki pasport iddiaçının mülkiyyətində olan 90,8 kv.m qeyri-yaşayış sahəsinə dair verilmişdir. Həmin sənədlərə əsasən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 383 kv.m. torpaq sahəsi, o cümlədən torpağın hazırda mübahisələndirilən hissəsi üzərində iddiaçının hər hansı (istifadə və sahiblik) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır.
34. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, istifadə və ya sahiblik hüquqları qanunla müəyyən olunmuş qaydada dövlət reyestrində qeydə alınmadığından, onun belə hüquqlarının pozulmasını iddia etməyə subyektiv hüquqa malik deyildir və iddianı rədd edən məhkəmələr düzgün nəticəyə gəlmişlər.
35. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli Fərmanı və “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Qanununa görə texniki pasport hüquqların dövlət qeydiyyatı üçün əsas olsa da, iddiaçının belə hüquqları hələ qeydiyyata alınmamışdır. İddiaçının müvafiq hüquqları qeydə alındığı halda, onun yeni əsasla məhkəməyə müraciət etmək hüququ saxlanılır.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisən in həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)-6556/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.