Məhkəmə qərarları › İş №2(102)-936/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-936/2020

27.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-936/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(004)-1428/2019, hakim O.Q.Məmmədli) İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əml akına düşən payın təsbit edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-10117/2019, hakimlər İ.K.Xəlilov, V.N.Sadıqov, A.N.İmanov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxxxx 2013-cü il tarixli notarial qaydada təsdiq olunmuş vəsiyyətnaməyə əsasən, X7 ölən günədək ona məxsus olan harada yerləşməsindən, nədən ibarət olmasından aslı olmayaraq, bütün daşınar və daşınmaz əmlakını nəvəsi Cavabdeh v əsiyyət etmişdir. X7 xx xxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. xx xxxxxx 2019-cu il tarixdə mərhum Tamaşa Talıbovanın xx xxxxxx 1991-ci il tarixdə vəfat etmiş oğlunun qızı, yəni nəvəsi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum nənəsinin xx.xx.2013-cü il tarixdə cavabdehin xeyrinə tərtib etdiyi notarial vəsiyyətnamənin etibarsız hesab edilməsini, nənəsinin qoyduğu miras əmlakdan ona düşən payın təsbit edilməsi və naturada təhvil verilməsi, həmin payı naturada vermək mümkün deyilsə, dəyərinin digər vərəsələr tərəfindən ödənilərək kompensasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə istinad edilərək göstərilmişdir ki, valideyn miras qoyandan əvvəl öləndə, övladları onun yerinə miras qoyana birinci növbəli vərəsə olurlar. Birinci növbə vərəsə sayılan “ölənin uşaqları” ifadəsi miras qoyandan törəyən bütün enən xətt üzrə qohumların hamısını əhatə edir və onların hamısı eyni qaydada ölmüş valideynlərinə çatası vərəsəlik payını almaqda bərabər hüquqlara malikdirlər. Yəni, miras qoyandan əvvəl ölmüş valideyn sağ olsaydı hansı payı alma lı idisə, onun övladları da həmin payı almaq hüququna malikdirlər. Vəsiyyətnamə iddiaçının mirasdan məcburi pay almaq hüququnu da pozduğu üçün etibarsızdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı vəsiyyət edən X3 nəvəsidir. Bakı şəhəri, Yasamal rayonu, akademik Şamil Əzizbəyov küçəsi, dalan 11, ev 8 nömrəli mənzil X4 mülkiyyətində olmuş, sonuncu xx.xx.2018-ci ildə vəfat etmişdir. Eyni zamanda, xx xxxxxxxx 2013-cü il tarixli notarial qaydada təsdiq olunmuş vəsiyyətnaməyə əsasən, X7 ölən günədək ona məxsus olan harada yerləşməsindən, nədən ibarət olmasından aslı olmayaraq, bütün daşınar və daşınmaz əmlakını, o cümlədən Bakı şəhəri, Yasamal rayonu, akademik Şamil Əzizbəyov küçəsi, dalan 11, 8 saylı mənzili digər nəvəsi- Cavabdeh vəsiyyət etmişdir. İddiaçı hazırda vəsiyyətnamənin etibarsız hesab edilməsini və miras əmlakdan ona düşən məcburi payın verilməsini mübahisələndirir. İddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İddiaçının vəsiyyətnamə tərtib edildiyi zaman nənəsinin fəaliyyət qabiliyyətli olmamasına əsaslanaraq vəsiyyətnamənin etibarsızlığını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Apellyasiya məhkəməsi tərəfindən də müəyyən edildiyi kimi, vəsiyyət edən X3 fəaliyyət qabi liyyətli olmaması ilə bağlı məhkəmə qərarı yoxdur. Digər tərəfdən, vəsiyyətnamə verilərkən miras qoyanın anlaqsız vəziyyətdə olmasını təsdiq edən hallar yoxdur və iddiaçı bu halı sübuta yetirə bilməmişdir. Bunununla bərabər, qeyd olunan vəsiyyətnamə notariat formasında yazılı tərtib olunmaqla, həmin vəsiyyətnamənin məzmunca həqiqi olması prezumpsiyası mövcuddur. Sənədin həqiqiliyi qəti müəyyəndirsə (hazırkı işdə notariatda tərtib olunmuş vəsiyyətnamə), yəni imza həqiqətən də sənəddə göstərilən şəxslərə məxsusdursa, qarşı tərəf yalnız sənədin məzmunca yanlış olması barədə etirazları ilə sənədin məzmunca düzgün və tam olması prezumpsiyasını qüvvədən sala bilməz. Həmin etirazlardan əlavə, o, sənədin məzmun baxımından düzgün olmaması və ya başqa məqsədlə, fərqli qeydşərtlərin olmasını sübut etməlidir. Hazırkı işdə iddiaçı notariatda tərtib olunmuş vəsiyyətnamənin məzmununun düzgün olmamasına dair dəlillərini təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. İddiaçı vəsiyyət olunan əmlaka atasının məcburi pay hüququnun olduğunu və atasının vəfatı ilə əlaqədar məcburi pay almaq hüququnun ona keçməli olduğuna istinad edərək, miras əmlakdan məcburi payı da tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1. maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun ü zrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2014-cü il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəl ik qaydasında keçməsini nəzərdə tutur”. İddiaçının atası xx.xx.1991-ci il tarixdə, yəni vəsiyyət edən X2 əvvəl vəfat etmişdir. Göründüyü kimi miras əmlak açıldığı zaman iddiaçının atası sağ olmadığı üçün mirasdan məcburi pay almaq hüququ ümumiyyətlə yaranmadığı halda, həmin hüquq vərəsəlik üzrə keçə bilməzdi. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar