Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-937/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: sığorta ödənişinin ödənilməsi, həqiqi hərbi xidmətin sonu, hərbi qulluqçunun şəxsi heyətin siyahısından çıxarıldığı gün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)6408/2023 nömrəli 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Müddətli həqiqi hərbi xidmət qulluqçusu X2 DİN-nin 16 sentyabr 2014-cü il tarixli əmri ilə ehtiyata buraxılmış, 1 oktyabr 2014-cü il tarixli əmri ilə hərbi hissənin siyahısından çıxarılmışdır.
2. Rəşad Quliyev hərbi xidmətdən tərxis olunduğu gün - 1 oktyabr 2014-cü il tarixdə vəfat etmişdir. O, öldüyü tarixədək subay olmuşdur.
3. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (bundan sonra – cavabdeh) tərəfindən İddiaçı (bundan sonra – iddiaçı) ünvanlanmış 26 yanvar 2023-cü il tarixli məktubda bildirilmişdir ki, mərhum X2 müddətli həqiqi xidmət dövrünü başa vurmuş və həqiqi hərbi xidmətdə n ehtiyata buraxıldıqdan sonra baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Mərhumun ölümü xidməti vəzifələrinin icrası ilə bağlı olmadığı və həqiqi hərbi xidmət dövründə baş vermədiyinə görə baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir və sığorta təminatına daxil edilmir. Bu səbəbdən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3 maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8 maddəsinə əsasən onun ölümü ilə əlaqədar varislərinə sığorta ödənişinin verilməsi qeyri-mümkündür. 4. 6 avqust 2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizə ilə X3, oğlu X1 ölümü ilə əlaqədar ona çatası sığorta kompensasiya pulunun iddiaçı tərəfindən alınmasına etiraz etmədiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Rəşad Quliyevin varisi kimi 11000 manat məbləğində sığorta pulunun ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, oğlu Rəşad Quliyev 1 oktyabr 2014-cü il tarixdə, saat 21:00 radələrində hərbi xidmətini başa vurub evə qayıdarkən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Onun ölümü ilə əlaqədar sığorta kompensasiya ödənişi üçün cavabdehə ünvanlanmış müraciətə imtina verilmiş və səbəb kimi həqiqi xidmətdən ehtiyata buraxıldıqdan sonra baş vermiş nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi göstərilmişdir. Lakin oğlunun ölümünə s əbəb olan yol-nəqliyyat hadisəsi saat 21:00-da baş vermişdir. Məlum olduğu kimi təqvim günü gecə saat 24:00-da yekunlaşır.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qeyd edilən hadisə baş verərkən iddiaçının mərhum oğlu hərbi qulluqçu statusunu daşımırdı. Belə ki, artıq hərbi hissədən əmrlə tərxis olunmuşdu. Ona görə də, baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığından sığorta ödənişinin ödənilməsi mümkün deyildir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2303/2023 nömrəli 18 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim Ramin Xəlilov).
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hərbi biletə əsasən mərhum Rəşad Quliyev müddətli həqiqi xidmət dö vrünü başa vurmuş, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və 1 oktyabr 2014-cü il tarixində hərbi hissənin siyahısından çıxarılmışdır (gün amma bitməmişdir). O, həmin gün, saat 21:00-da yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Bu halda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 37.2-ci maddəsinə əsasən X2 həmin vaxt hərbi qulluqçu statusunda olmuşdur. Bu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılır və sığorta almaq hüququ yaradır.
10. Həmçinin o da qeyd olunmuşdur ki, iddiaçı (subay) mərhumun yeganə vərəsəsi olmamasına baxmayaraq (yalnız anası və atası qalmışdır) anasının notarial qaydada ərizəsi iddiaçının sığorta məbləğini almasına maneə deyildir.
11. Beləliklə, 11.000 manat sığort a məbləği tam şəkildə iddiaçıya ödənilməlidir.
12. Məhkəmə mövqeyinin hüquqi əsası kimi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 5-ci, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa 37.2-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 202.3-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur: 1) X2 iddia edilə n sığorta hadisəsi baş verərkən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün sığorta olunan statusu daşımamışdır. Buna görə də iddiaçının sığorta ödənişi almaq hüququ istisna olunur. Belə ki, X2 1 oktyabr 2014-cü il tarixədək hərbi xidmət keçmişdir, son gün 30 sentyabr 2014-cü il olmaqla, saat 23:59-dan sonra hərbi qulluqçu statusu daşımadığı üçün məhkəmə tərəfindən sığorta hadisəsi kimi qəbul olunan hadisə şəxsin hərbi xidmət dövrünə təsadüf etmir. 2) xx.xx.2014-cü il tarixli ölüm haqqında arayışda şəxsin ölümünün xidməti vəzifələrinin icrasıyla və ya xidmət dövründə baş verməsi göstərilməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – məhkəmə kollegiyası) 2(103)-6408/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin ed ilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi qət edilmişdir. (hakimlər Vahid Sadığovun sədrliyi və məruzəsi ilə, Akif İsgəndərov, Məhəmməd Rüstəmlidən ibarət tərkibdə)
16. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, hərbi qulluqçu hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı andan ehtiyata buraxılmış hesab edilir, yəni həmin andan artıq hərbi qulluqçu statusunda olmur. Baxılan iş üzrə iddiaçının mərhum oğlu 16 sentyabr 2014-cü il tarixli əmrlə ehtiyata buraxılmış, 1 oktyabr 2014-cü il tarixdə hərbi hissənin siyahısından çıxarılmışdır.
17. Yuxarıda sadalananlardan göründüyü kimi, iddiaçının mərhum oğlu hadisə baş verən zaman həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, artıq hərbi qulluqçu statusunda olmamışdır. Belə olan halda iddiaçının mərhum oğlunun xx.xx.2014-cü il tarixdə günün gecə 24:00-a qədər hərbi qulluqçu statusunda olmasına istinad edərək, oğlunun ölümü ilə bağlı sığorta ödənişi tələb etməsi əsassız olmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə olduğu zaman öldükdə sığorta ödənişi verilir.
18. Məhkəmə kollegiyası mövqeyini “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.3, 2.0.9, 37.2, 40.1, 40.2, 41.0.1, 43.1, 43.2-ci “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 5-ci, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia ərizəsinin məzmumuna uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, qanunverciliyə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublika sının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Göründüyü kimi, hərbi qulluqçu statusu xidmətdən buraxılan gündən itirilir. İşə baxan məhkəmə kollegiyası isə qəbul etdiyi qətnamədə “an” ifadəsinə istinad etmişdir ki, qüvvədə olan və hərbi qulluqçuların hüquq münasibətlərini tənzimləyən normativ aktlarda belə ifadə yoxdur.
21. Kassasiya şikayətinin digər dəlillərinə görə işə baxan məhkəmə kollegiyası gəldiyi nəticəni yalnız cavabdehin izahatına istinad edərək əsaslandırmış, həmçinin sözügedən qətnamənin qəbul edilməsi ilə iddiaçının ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.
22. Kassator şikayətinin hüquqi əs ası kimi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu
24. Maddə 2.0.2. Hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslə rin həyata keçirdikləri xidməti fəaliyyətdir.
25. Maddə 2.0.9. Hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar.
26. Maddə 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.
27. Maddə 40.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar.
28. Maddə 41.0.1. Xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla) ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
29. Maddə 43.1. Həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər.
30. Maddə 43.2. Ehtiyatda xidmətin başlanğıcı hərbi qulluqçunun adının hərbi hissənin şəxsi heyətinin siyahısından çıx arılması anından hesablanır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu
31. Maddə
4. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.
32. Maddə
5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu
33. Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəy yən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və k assasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələ ndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş mater ialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
45. Nəz ərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş k assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6408/2023 nömrəli 31 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.