Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-937/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 5 saylı notariat ofisi, Gəncə şəhəri 1 saylı notariat ofisinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin etibarsızlığı, müqavilənin etibarsızlığı, sübut etmə yükü, maddi hüquq normasının tətbiqində səhvə yol verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 5 saylı notariat ofisi, Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı “etibarnamənin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və evin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 2(104)-1770/2024 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında 0,0376 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 168.5 kv.m olan fərdi yaşayış evi xx.xx.2022-ci ildən mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur.
2. İddiaçı xx.xx.2023-cü il tarixli etibarnamə ilə Azərbaycan Respublikasında daşınmaz əmlak almağı, bununla əlaqə dar bütün səlahiyyətli orqanlarda sənədləşmə işlərini aparmağı və s. kimi səlahiyyətləri Cavabdeh3 xx.xx.2033-cü il tarixədək etibar etmişdir.
3. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 1 saylı notariat ofisində Cavabdeh3 verdiyi 7E-443 nömrə ilə qeyd olunmuş etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2023-cü il tarixli etibarnamə ilə ona məxsus ünvan 1 ünvanında yerləşən mülkiyyətdə olan 0,0376 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 168,50 kv.m olan fərdi yaşayış evinə dair onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, bağışl amaq, satmaq, müqavilənin ləğvinə dair müqavilə bağlamağı, pulunu almaq və s. kimi səlahiyyətləri xx.xx.2028-ci il tarixədək Cavabdeh3 etibar etmiş, səlahiyyətlər Cavabdeh3 tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh4 ötürülmüşdür.
5. Daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqaviləsi ilə satıcı X1 adından Cavabdeh4 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsi 90000 manat dəyərində Cavabdeh3 satılmışdır. 6. 28.06.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********57-10301 reyestr nömrəli çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üz rə Cavabdeh3 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır.
7. Daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilə ilə satıcı Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsini 131000 manat məbləğində alıcı Cavabdeh5 satmışdır. 8. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh5 adına xx.xx.2023-cü ildə rəsmi reyestrdə qeydiyyata alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 5 saylı notariat ofisi, Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 7E-14165 reyestr nömrəli etibarnamənin, Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-614 reyestr nömrəli və Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh5 adına verilmiş xx.xx.2023-cü il tarixli, **********57-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki vəziyyətinə - adına qaytarılması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia ərizəsində Cavabdeh5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində keçir.
11. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (bundan sonra “mübahisəli ev”) xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. İddiaçı Cavabdeh3 ev alverçisi – makler kimi tanımışdır. 2023-cü ilin may ayında iddiaçı cavabdehə 2 ədəd etibarnamə vermişdir. Etibarnamələrdən biri iddiaçının adına ev almaq üçün, digəri isə mülkiyyətində olan mübahisəli evə dair sənədləşdirmə işlərinin aparılması, əgər lazım gələrsə onun tapşırığı əsasında sərəncam verilməsi və s. üçün verilmişdir. Lakin etibarnamələri verdikdən bir müddət sonra cavabdehdən şübhələndiyi üçün iddiaçı etibarnamələri ləğv elətdirmək qərarına gəlmişdir. Bunun üçün iddiaçı iş üzrə digər cavab deh Gəncə şəhəri 1 saylı notariat ofisinə yaxınlaşaraq Cavabdeh3 verdiyi etibarnamələri ləğv elətdirmək istədiyini bildirmişdir. Daha sonra iddiaçıdan ərizə almış və ona etibarnamələrin ləğv olunduğunu bildirmişlər. İddiaçı da arxayın çıxıb evinə getmişdir. Lakin üstündən bir müddət keçdikdən sonra iddiaçıya məlum olmuşdur ki, mülkiyyətində olan ev Cavabdeh3 öz adına keçmişdir. Əvvəlcə iddiaçı hesab etmişdir ki, bu, mümkünsüzdür. Lakin sonradan məlum olmuşdur ki, Gəncə şəhəri 1 saylı notariat ofisində Cavabdeh3 verdiyi etibarnamələri ləğv elətdirən zaman həmin etibarnamələrdən yalnız biri ləğv edilmiş, digər etibarnamə isə qüvvədə saxlanılmışdır. Nə qədər absurd və məntiqsiz olmasına baxmayaraq, notariat ofisində iddiaçının adına ev almaq üçün verdiyi etibarnaməni ləğv etmişlər. Hansı ki, həmin etibarnamə ilə iddiaçının adına ev alına bilərdi ki, bunun iddiaçıya hər hansı bir ziyanı yox idi. Yəni etibarnamənin ləğv edilməsi üçün iddiaçının notariat ofisinə müraciət etməsində məqsəd əsasən ikinci etibarnaməni ləğv elətdirmək olsa da, cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinin işçilərinin səhlənkarlığı ucbatından həmin etibarnamə ləğv olunmamış və nəticədə məhz həmin etibarnamə ilə iddiaçı mülkiyyətindən məhrum olmuşdur.
12. Sonradan aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən sui-istifadə edərək evi öz adına keçirməsinə nail olmuşdur. Belə ki, Cavabdeh3 bu etibarnamə əsasında dostu və şəriki, iş üzrə digər Cavabdeh4 Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş 19 iyun 2023-cü il tarixli (e tibarnaməni ləğv elətdirmək üçün notariat ofisinə müraciət etdikdən 3 gün sonra) 7E14165 reyestr nömrəli etibarnamə vermiş, Cavabdeh4 isə bunun əsasında iddiaçıya məxsus evi elə həmin gün yenə də Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş 4Ə-614 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 özünə satmışdır. Yəni Cavabdeh3 tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən iddiaçının iradəsinə zidd olaraq öz mənafeyi üçün istifadə etmişdir. İddiaçının belə bir iradə ifadəsi olsaydı, elə həmin vaxt etibarnamə əvəzinə, alqı-satqı müqaviləsi imzalayardı. Bununla da Cavabdeh3 sanki evi özü-özünə satmışdır ki, bu da yolverilməzdir. Evin satışından əldə olunan puldan isə ona bir manat da çatmamışdır. Həmçinin, cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisin də də bu fakta hər hansı bir əhəmiyyət verilmədən sözügedən alqı-satqı müqaviləsi təsdiq olunmuşdur. Bütün bunlardan sonra isə Cavabdeh3 izi tamamilə itirmək üçün Gəncə 1 saylı notariat ofisində təsdiq olunmuş 04 oktyabr 2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən evi Cavabdeh5 guya satmışdır. Ona görə də qeyd edilən etibarnamə və alqı-satqı müqavilələri etibarsız hesab edilməli və ev əvvəlki vəziyyətinə adına qaytarılmalıdır.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337, 340, 359.3, 364.1 və 364.2-ci maddlərinə istinad etmişdir.
14. Məhkəmə baxışında iddiaçının nümayəndəsi və vəkili əlavə olaraq göstərmişdir ki, qanunsuz hərəkətlər nəticəsində iddiaçı öz mülkiyyətindən məhrum olmuşdur. 1-ci müqavilə etibarsız hesab o lunursa, 2-ci müqavilə də etibarsız hesab edilməlidir. 1-ci və 2ci alqı-satqı müqavilələri arasında kəskin qiymət fərqləri də vardır. Bu özü də göstərir ki, 1-ci müqavilədə evin real dəyəri göstərilməmişdir, formal olaraq bağlanmış uydurma müqavilədir. Pul Cavabdeh3 ödənilmiş, evi Cavabdeh3 satmışdır. İddiaçıya heç bir pul çatmamışdır.
15. Cavabdeh3 nümayəndəsi və vəkili iddiaya etiraz edərək bildirmişdir ki, notariat işində iddiaçı tərəfindən Cavabdeh3 verilmiş etibarnamə vardır ki, evi sata bilər. Daha sonra iddiaçı etibarnamənin ləğv olunması ilə bağlı ərizə vermiş, ərizədə konkret olaraq hansı etibarnamənin ləğv edilməsini tarixi və nömrəsi ilə birlikdə göstərmişdir. İddiaçı əsas məqsədinin 2-ci etibarnaməni ləğv etmək olmasını sübut edən başqa bir sübutu da məhkəməyə təqdim etməmişd ir. Hazırki işlə bağlı etibarsızlığa dəlalət edən heç bir əsas yoxdur. 3-cü şəxsin mənafeyi baxımından da evin üzərində yüklülük olmamış, ev qanuni olaraq Cavabdeh3 adına olmuş və üçüncü şəxsə satılmış, alqı-satqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir.
16. Cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisi məhkəməyə etiraz təqdim etmişdir. Etirazın dəlilləri ondan ibarət olub ki, 19 iyun 2023-cü il tarixdə 4Ə-614 reyestr nömrə ilə iddiaçının etibar edilmişi etibar etmə qaydasında etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 tərəfindən mübahisəli evə dair Cavabdeh3 arasında alqı-satqı müqaviləsi rəsmiləşdirilib. Müqavilə qanunvericiliyin tələbinə tam olaraq uyğun tərtib edilmiş, əmlakın həbsdə və ya girovda olub-olmaması barədə Forma 1 arayışı çıxarılmış, qeydiyyatda olanların r azılığı alınmış, alıcı və satıcı arasında müqavilənin dəyəri olan 90 min manat pul notariusun depozit hesabı vasitəsilə ödənilmişdir.
17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5 iddiaya etiraz edərək göstərib ki, Cavabdeh3 əvvəllər tanımayıb, ev alarkən üzərində mübahisə olması ilə bağlı məlumatı olmayıb. xx.xx.2023-cü ildə öz evini 160 min manata satmış, 04.10.23-cü il tarixdə mübahisəli 160 min manata almışdır. 144 min manatı bank vasitəsilə Cavabdeh3 ödəmiş, 11000 manat beh vermişdir. Mübahisədən xəbəri olmadığına görə ona heç bir zərər dəyməyib.
18. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2093/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə-614 rey estr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət rüsumunun əvəzi olaraq 100 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Cavid Tağıyev)
19. Birinci instansiya məhkəməsi işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. İddiaçı iddia etmişdir ki, cavabdehi ev alverçisi-makler kimi tanımış, 2023-cü ilin may ayında Cavabdeh3 2 ədəd etibarnamə vermişdir. Etibarnamələrdən biri iddiaçının adına ev almaq üçün, digəri isə mülkiyyətində olan mübahisəli evə dair sənədləşdirmə işlərinin aparılması, lazım gələrsə onun tapşırığı əsasında sərəncam verilməsi və s. üçün ve rilmişdir. Lakin cavabdeh tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən sui-istifadə edərək evi öz adına keçirməsinə nail olmuşdur.
20. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, Cavabdeh3 iddiaçının verdiyi etibarnamə əsasında iddiaçıya məxsus fərdi yaşayış evini alqı-satqı yolu öz adına keçirmişdir. Halbuki, qanunvericiliyə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmçinin Cavabdeh4 özü də göstərmişdir ki, Cavabdeh3 alqı-satqı müqaviləsinin bağlanmasında ona köməklik etməsini xahiş etmişdir
21. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia tələbi qismən – mübahisəli evə dair iddiaçını təmsil edən Cavabdeh4 ilə Cavabdeh3 arasında Gəncə şəhəri 5 saylı notariat ofisində 4Ə-6 14 reyestr nömrə ilə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi hissəsində əsaslıdır və həmin iddia təmin edilməlidir.
22. İddia tələbinin Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023cü il tarixli, 7E-14165 reyestr nömrəli etibarnamənin və Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh5 adına verilmiş xx.xx.2023-cü il tarixli, **********157-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılması hissəsini isə birinci instansiya məhkəməsi əsassız hesab etmişdir.
23. Həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, Cavabdeh5 mübahisəli evi əldə edərkən vicdanlı alıcı olmuşdur.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 148.2, 182.1, 324, 337.3, 340.1, 359.3, 362.1 və Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edərək iddianın həmin hissədə də rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev Gəncə şəhərində notarius işləmiş Nəsib İmanova aid əmlak olmuş, formal olaraq qaynı arvadı o lan iddiaçının adına qeydiyyata alınmışdır. Evin alqı-satqısını o, Nəsib İmanovla danışıb, razılaşıb və özünə məxsus olan ünvan 3 ünvanda yerləşən evini xx.xx.2023-cü il tarixli, AN ******* saylı alqı-satqı müqaviləsi ilə 110.000 manata sataraq həmin gün də mübahisəli evi almaq üçün notariusa gəlmişdir (alqı-satqı xx.xx.2023-cü il, saat 13.38-də baş tutub). O, satdığı evin pulunu bankdan çıxarıb, mübahisəli evi almaq üçün notariusa qayıdanadək bank bağlanmışdır, çünki həmin gün 6-cı gün olduğundan bank saat 14.00dək işləmişdir. Bank bağlanmış olmasa idi, o, birbaşa iddiaçı alqı-satqı edərək evi öz adına alardı. Həmin gün bankdan keçməklə alqı-satqı etmək mümkün olmaması səbəbindən və artıq o, evin pulunu (78.000 manat) qarşı tərəfə verdiyindən onun adına etibarnamə verilməsinə razılaşmışla r. İddiaçı evin pulunu aldıqdan sonra elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 14.51-də ona Zəngəzur küçəsi 9 saylı ünvana dair baş etibarnamə verib (səlahiyyətlərin başqa şəxsə verilməsi hüququ ilə). Bundan sonra isə o, İddiaçı etibarnamə ilə ona verdiyi səlahiyyətləri Cavabdeh4 adlı şəxsə vermiş və özü iddiaçının təmsilçiliyindən azad olmuşdur. Bundan sonra 26 may 2023-cü il tarixdə alqısatqı yolu ilə evi öz adına almışdır. Hesab edir ki, bu əməliyyatların aparılmasında heç bir qanuna zidd əlamətlər yoxdur. Heç kimin hüququ bu əməliyyatla pozulmamışdır. Ona verilən səlahiyyətləri Telman adlı şəxsə ötürdükdən sonra alqı-satqını öz adına edə bilməsəydi, yəqin ki, notarius bu əməliyyatı qanuna zidd olduğu üçün təsdiqləməzdi. Məhkəmənin notariusun qanunazidd hərəkətlərə yol verməsin i müəyyən etməməsi və bununla bağlı xüsusi qərar çıxarmaması da məhz əməliyyatın qanuni olmasına dəlalət edir. İddiaçıya münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan, notariat işindən də görünür ki, iddiaçın əri Zaur Süleymanov notariusa ərizə təqdim edərək bildirmişdir ki, mübahisəli evin istənilən şəxsə, istənilən qiymətə satılmasına heç bir etirazı yoxdur. Belə ki, evin pulunun verilməsi və digər məsələlərlə bağlı baş etibarnamə ona verilərkən heç bir mübahisə olmamışdır. Məntiqlə və formalaşmış bazar münasibətləri ilə də bəllidir ki, evinin pulunu almadan heç kim evini istənilən şəxsə, istənilən qiymətə satılmasına razılıq ərizəsi vermir. Bütün bu sadalananları məhkəmə iclasında bildirməyinə baxmayaraq məhkəmə formal əsaslarla iddia tələbini qismən təmin etməklə əsassız və qanunsuz qətnamə çıxarmışdır.
27. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 2(104)-1770/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Gəncə Şəhər Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(125)-2093/2024 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş – Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2023cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət rüsumunun əvəzi olaraq 100 manat alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılması, iddia tələbinin Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə614 reyestr nömrə ilə təsdiq e dilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.(hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, İslam Həsənov)
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməmiş hissəsində iş üzrə gəldiyi nəticəni əsaslı hesab edərək göstərmişdir ki, mübahisəli evi Cavabdeh3 notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında əldə etmiş üçüncü şəxs Cavabdeh5 əmlakı vicdanlı əldə edəndir. O, həmin fərdi yaşayış evini notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında, həm də dəyərini ödəməklə əldə etmişdir.
29. Bu səbəbdən birinci insta nsiya məhkəməsi həmin hissədə iddia tələbini rədd etməkdə haqlı olmuşdur.
30. İddia tələbinin təmin edilmiş hissəsi ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilən hallarına görə mübahisəli ev xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmış, sonuncu həmin evin özgəninkiləşdirilməsi üçün Cavabdeh3 etibarnamə, onun əri X3 isə evin istənilən qiymət və şərtlərlə satılmasına, bağışlanmasına, istənilən banka ipotekaya (girov) qoyulmasına, alqı-satqı müqaviləsinin ləğvi barədə müqavilə bağlanmasına xx.xx.2023-cü il tarixdə razılıq vermiş, daha sonra isə həmin etibarnamə əsasında səlahiyyətlər Cavabdeh4 ötürülmüş, sonuncu isə bu etibarmə əsasında evi daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır.
31. Apellyasiya instansiy ası məhkəməsi Mülki Məcəllənin 324.1, 337, 359 və 362-ci maddələrinin sistemli təhlili əsasında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin əqdlərdə təmsilçilikdən bəhs edən 16-cı fəslində alqı-satqı müqaviləsinin etibarsızlığını müəyyən edən birbaşa norma yoxdur. Lakin 359.3-cü maddədə nəzərdə tutulan şərtləri pozmaqla bağlanmış əqd, Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından onun etibarsızlığına səbəb ola bilər. Buna görə də mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qanuniliyinə təsir edən, Mülki Məcəllənin 359.3-cü maddəsində göstərilən iki mümkün variantı işin halları ilə müqayisəli təhlil olunmalıdır. Nəzərə alınmalıdır ki, təmsilçilik dedikdə, bir şəxsin almış olduğu səlahiyyət da irəsində başqa şəxsin marağına müvafiq olan və onun adından əqd bağlaması və digər hüquqi hərəkətlər etməsi başa düşülür. Etibarnamə şəxsə səlahiyyətli təmsilçilik hüququ verən sənəddir. Adi qaydada bağlanan əqdlərdə tərəflər bilavasitə iştirak edir və onların arasında bağlanan əqddən irəli gələn hüquq və vəzifələr yaranır. Tərəflərin iştirakı ilə bağlanan əqddən təmsilçinin bağladığı əqdin səciyyəvi fərqli xüsusiyyəti ondan ibarətdir ki, əqdi təmsilçi bağlasa da, hüquq və vəzifələr təmsil edilənlə üçüncü şəxs arasında yaranır. Təmsilçi vasitəsi ilə bağlanan müqavilədə tərəflər təmsil edilənlə üçüncü şəxs (məsələn alqı-satqı müqaviləsində alıcı və satıcı, kirayə müqaviləsində kirayəyə verən və kirayəçi, bağışlama müqaviləsində hədiyyə verən və hədiyyə alan və s.) olur. Əqdi bilavasitə bağl amış təmsilçi isə bu münasibətlərdən kənarda qalır.
32. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, təmsilçi vasitəsi ilə əqdlərin bağlanmasında bəzi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Məsələn, Mülki Məcəllənin 359.3-cü maddəsinin göstərişinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu o deməkdir ki, əmlakı satmaq səlahiyyəti verilmiş təmsilçi həmin əmlakı özünə ala bilməz. Təmsilçi həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçi olduğu şəxs barəsində bu cür əqdləri bağlaya bilməz. Belə olsaydı təmsilçi həm satıcını, həm də alıcını təmsil etmiş olardı. Təmsilçi üçün bu məhdudiyyətlər müəyyən olunmasaydı müqavilələrin konstruksiyası pozulardı.
33. Apellyasiya i nstansiyası məhkəməsi qanunvericiliyin yuxarıda sadalanan hüquq normalarını baxılan mübahisə üzrə müəyyən olunan faktik hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki xx.xx.2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh3 mülkiyyətçi İddiaçı təmsilçisi (etibarnamə üzrə nümayəndəsi kimi) kimi çıxış etməyib. Çünki Cavabdeh3 xx.xx.2023-cü il tarixli etibarnamə əsasında İddiaçı ona verdiyi səlahiyyətləri xx.xx.2023cü il tarixdə tərtib olunmuş etibarnamə ilə Cavabdeh4 ötürmüş, bu andan onun nümayəndə kimi səlahiyyətlərinə xitam verilmişdir. Buna görə də Cavabdeh3 alqı-satqı müqaviləsinin bağlanmasında öz adından çıxış etmiş alıcıdır. Bu halda alqı-satqı müqaviləsini bağlayarkən Cavabdeh3 hərəkəti Mülki Məcəllənin 359. 3-cü maddəsinin təsiri altına düşmür və birinci instansiya məhkəməsinin Cavabdeh3 dolayısı ilə təmsil edilən adından şəxsən özü barəsində əqd bağlaması barədə gəldiyi nəticə obyektiv həqiqətdən uzaq nəticədir.
34. Həmçinin nəzərə alınmalıdır ki, hüquq normalarının müddəaları tətbiq edildiyi halda müqavilə üzrə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır. Təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə halında aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.
35. Etibarnaməyə uyğun olaraq mübahisəli ev üzərində sərəncamverici hərəkətlərin həyata keçirilməsi İddiaçı iradə ifadəsinin göstəricisi olmuşdur. Bu halda etibarnamələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə iddia tələbi də təmin oluna bilməz.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 6, 14.1, 140, 152.1, 324.1, 337.1-337.3, 337.5, 339.2, 359.1-359.4, 362.1, 362.2 və 390.1-ci maddələri ilə əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (Vəkil1)kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Apellyasiya instansiyası məhkəməsi isə belə bir nəticəyə gəlmişdir ki, Cavabdeh3 iddiaçının təmsilçisi kimi çıxış etməyib. Çünki Cavabdeh3 iddiaçının ona verdiyi səlahiyyətləri Cavabdeh4 ötürüb və həmin andan onun səlahiyyətlərinə xitam verilib. Halbuki Cavabdeh4 birinci instansiya məhkəməsində alqı-satqı müqaviləsi bağlanarkən ona hər hansı məbıəğ verilmədiyini, ümumiyyətlə, onun heç nədən xəbəri olmadığını, yalnız Cavabdeh3 xahişinə görə alqı-satqı müqaviləsində tərəf kimi çıxış etdiyini göstərmişdir. Cavabdeh3 iddiaçı tərəfindən verilmiş səlahiyyətləri Cavabdeh4 ötürən zaman nəinki bu barədə iddiaçıya hər hansı bir məlumat verməmiş, hətta ona verdiyi etibarnamələri ləğv etdirmək niyyətinin olduğunu bilə-bilə tələm-tələsik evi öz adına rəsmiləşdirmişdir. Buna görə də sözügedən qətnaməni qəbul edən zaman Mülki Məcəllənin tələblərini də kobud surətdə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olm aqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kas sasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi i şə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində iddiaçı qətnamənin ləğvini xahiş etsə də, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilməyən hissəsi ilə bağlıdır. Bu səbəbdən kollegiya qətnaməni həmin hissədə yoxlayır.
42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddianın təmin edilməyən hiss əsi ilə bağlı gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.
44. Kassasiya qaydasında yoxlanılan hissədə iddia tələbi xx.xx.2023-cü il tarixli, 4Ə614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı barədədir.
45. İddiaçı həmin müqavilənin etibarsızlığının əsası kimi ona istinad edib ki, Cavabdeh3 iddiaçının ona verdiyi etibarnamə üzrə səlahiyyətləri xx.xx.2023-cü il tarixli digər etibarnamə ilə Cavabdeh4 ötürmüş, sonuncu da elə həmin gün – xx.xx.2023-cü il tarixdə iddiaçının adından Cavabdeh3lə 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamış, bununla da Cavabdeh3 təmsilçi olaraq təmsil edilən adından şəxsən özü barəsində əqd bağlamışdır.
46. A pellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə xx.xx.2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh3 mülkiyyətçi İddiaçı təmsilçisi (etibarnamə üzrə nümayəndəsi kimi) kimi çıxış etməyib. Çünki Cavabdeh3 xx.xx.2023-cü il tarixli etibarnamə əsasında iddiaçının ona verdiyi səlahiyyətləri xx.xx.2023-cü il tarixdə tərtib olunmuş etibarnamə ilə Cavabdeh4 ötürmüş, bu andan Cavabdeh3 nümayəndə kimi səlahiyyətlərinə xitam verilmişdir. Buna görə də Cavabdeh3 alqı-satqı müqaviləsinin bağlanmasında öz adından çıxış etmiş alıcıdır. Bu halda alqı-satqı müqaviləsini bağlayarkən Cavabdeh3 hərəkətləri Mülki Məcəllənin 359.3-cü maddəsinin təsiri altına düşmür.
47. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin hüquqi əsasını tə şkil edən Mülki Məcəllənin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
48. Bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşı-qarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər.
49. Təmsil olunanı qorumaq məqsədindən yan keçmək üçün süni surətdə yeni hüquqi vəziyyət yaratmaqla etibar edilmişi etibaretmə qaydasında təmsilçi tərəfindən səlahiyyətlərin digər şəxsə ötürülməsi və sonradan təmsil edilən adından həmin şəxslə (yeni təmsilçi) ilə əvvəlki təm silçinin müstəqil qaydada əqd bağlaması təmsilçinin şəxsən özü barəsində əqd bağlanması halını aradan qaldırmır.
50. Hazırki işdən də görünür ki, Cavabdeh3 səlahiyyətləri başqa şəxsə ötürmək hüququ da daxil olmaqla etibarnamə əsasında iddiaçının təmsilçisi olmuş, Cavabdeh3 iddiaçının adından bütün səlahiyyətləri Cavabdeh4 ötürmüş və Cavabdeh4 artıq etibar edilmişi etibaretmə qaydasında iddiaçının adından Cavabdeh3lə mübahisələndirlən əqdi bağlamışdır.
51. Nəzərə alınsa ki, iddiaçının adından alqı-satqı müqavləsi bağlaması səlahiyyətini Cavabdeh4 məhz Cavabdeh3 iddiaçının adından etibar edilmiş etibaretmə qaydasında ötürüb, belə olan halda, Cavabdeh3 təmsilçi olaraq təmsil edilən adından (iddiaçının) şəxsən özü barəsində əqd bağlamışdır. Çünki bu halda da maraqların toqquşması mübahisə do ğurmur. Əks halda, yəni Cavabdeh3 həmin səlahiyyətləri Cavabdeh4 ötürməsi baş verməsəydi, əqdin bu qaydada bağlanması MM-in 359.3-cü maddəsinə görə istisna ediləcəkdi.
52. Buna görə də apellyasiya instansiyası məhkəməsinin işin hallarına görə alqı-satqı müqaviləsini bağlayarkən Cavabdeh3 hərəkətlərinin Mülki Məcəllənin 359.3-cü maddəsinin təsiri altına düşməməsi barədə gəlinən nəticə həmin normaya formal yanaşmanı göstərir.
53. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə də bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
54. Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulan məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd, yəni təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində bağladığı əqd elə həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır.
55. Eyni zamanda məhkəmə kollegiyası onu da xüsusi olaraq diqqətə çatdırır ki, təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində bağladığı əqd heç də bütün hallarda etibarsız sayıla bilməz.
56. Belə ki, təmsilçinin özü barəsində əqd bağlamasına dair Mülki Məcəllənin 359.3cü maddəsində qadağa məqsədinə zidd şəkildə də tətbiq edilməməlidir. Hüquq nəzəriyyəsində hakim olan mövqeyə görə də, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə, Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.
57. Bu hallarda normanın məqsədinə zidd şəkildə tətbiq edilməsi Mülki Məcəllənin mülki dövriyyəni təmin etmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək vəzifələrinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərinə zidd olardı.
58. Lakin qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi iddianı qeyd edilən hissədə rədd edərkən, yalnız Cavabdeh3 hərəkətlərinin Mülki Məcəllənin 359.3-cü maddəsinin təsiri altına düşməməsi ilə əsaslandırmaqla yetərlənmiş, daha da irəli gedərək, mübahisənin həllində Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqini istisna edən halların mövcud olub-olmasına, yəni iddiaçının əmlakını satmaq istəyi, etibarnaməni verməkdə son məqsədinin nədən ibarət olması, bağla nan müqavilənin mahiyyəti etibarilə mənafe toqquşmasına gətirib-gətirməməsi, təmsil olunana zərər verən xüsusiyyətə malik olub-olmaması, eləcə də təmsil olunanın əqdi sonradan bəyənib-bəyənməməsi kimi işin düzgün həllinə təsir göstərən mühüm məsələlərinə qiymət verməmişdir.
59. Halbuki təmsilçinin şəxsən özü barəsində əqd bağlaması halında qeyd edilən xüsusatların yoxlanması Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqini istisna etməyə imkan verən və nəticədə mübahisənin qanuni və əsaslı həlli üçün zəruri xüsüsatlar olmuşdur.
60. Başqa bir hal ondan ibarətdir, iddiaçı iddia ərizəsində 2023-cü ilin may ayında Cavabdeh3 fərqli səlahiyyətləri (adına əmlak almaq və əmlaklarına sərəncam vermək) özündə əks etdirən iki etibarnamə verdiyini göstərsə də, həmin etibarnamələrin verildiyi günü konkret bildirməmişdir.
61. Cavabdeh apellyasiya şikayətində və apellyasiya baxışında verdiyi izahatında iddiaçının əmlaklarına sərəncam hüququ verən etibarnamənin tarixini 13 may 2023-cü il kimi qeyd etmiş və dəlillərini də həmin gün hər ikisinin notariusda olması, əmlakın dəyərini tam olaraq iddiaçıya verməsi, notariusda olan saatda bankın işləməməsi və s. üzərində qurmuşdur.(bax: 26-cı bənd və iş v.220 )
62. Birinci instansiya məhkəməsi əmlaklarına sərəncam vermək hüququnu özündə əks etdirən etibarnamənin iddiaçı tərəfindən hansı tarixdə rəsmiləşməsini müəyyən etməyib. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin bildirməsinə əsasən həmin etibarnamənin tarixini 13 may 2023-cü il kimi qeyd edib. Bu isə cavabdehin dəlillərinin ziddiyyətli olmasına, işin hallarının tam müəyyən edilməməsinə şərait yaratmışdır.
63. İşdən görünür ki, etibar edilmişi etibaretmə qaydasında tərtib edilən xx.xx.2023cü il tarixli etibarnamədə Cavabdeh3 iddiaçı tərəfindən ona verilən xx.xx.2023-ci il tarixli etibarnaməyə istinad edilmişdir. (iş v.45)
64. Belə olan halda, etibarnamənin verildiyi tarix dəqiq müəyyən edilmədən cavabdehin 13 may 2023-cü il tarixində iddiaçı ilə birgə notariusda olması, əmlakın pulunu tam şəkildə iddiaçıya ödəməsi, notariusda olan saatda bankın işləməməsi barədə dəlilləri etibarnamənin verilmə tarixi (xx.xx.2023-ci il) ilə müqayisə edildikdə anlaşılmazlıq doğurur, lakin apellyasiya instansiyası məhkəməsi buna aydınlıq gətirməyib.
65. Həmçinin apellyasiya instansiyası məhkəməsi apellyasiyanın həddindən kənara çıxaraq, iddianın Cavabdeh3lə üçüncü şəxs Cavabdeh5 arasında ba ğlanan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə təmin edilməyən hissəsini də yoxlayıb.
66. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh3lə üçüncü şəxs Cavabdeh5 arasında bağlanan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin etməmiş, həmin hissədən iddiaçı apellyasiya şikayəti verməmişdir. Qətnamədən yalnız Cavabdeh3 apellyasiya şikayəti vermiş, şikayətində də iddianın təmin edilən hissəsini, yəni onunla bağlanmış müqavilənin etibarsız sayılması hissəsini mübahisələndirmişdir. Həmçinin iddia tələbləri bölünəndir.
67. Apellyasiya baxışının predmeti iddianın təmin edilən hissəsi olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olmayan hissən i – iddianın təmin edilməyən, başqa sözlə mübahisə predmeti olmayan hissəni də yoxlayıb. Bu isə Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərinə zidd olub.
68. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
69. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışın a qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına və tərəflərin hüquq münasibətinə uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
70. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1770/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəb