Məhkəmə qərarları › İş №2(102)-938/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-938/2024

18.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-938/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4677/2023 nömrəli 10 oktyabr 2023-cü il tarix li qətnaməsindən İddiaçı kassasiya şikayətinə 18 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə "ARAZ-Tİ” MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli "xxxx" müqavilə ünvan 1 ünvanındakı 558-ci məhəllədə yerləşmiş “Araz-Tİ" MMC-nin binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.m sahəsi olan mənzillə bağlı olmuş və bu mənzilin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı qətnaməsinə əsasən İddiaçı sahiblik və istifadəsinə verilməsi qət edilmişdir. 2. “Araz-Tİ" MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, “Araz-Tİ" MMC-yə məxsus yaşayış binasının 1-ci girişinin 4-cü mərtəbəsində ümumi sahəsi 191,00 kv.m olan 4 otaqlı, 09 saylı mənzilin payçısı Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixli müqavilə üzrə ümumi pay dəyəri 191.000,00 manat ödənilmişdir. Payçı tərəfindən ödəniş tam şəkildə həyata keçirilmişdir. Cavabdeh1 “Araz-Tİ" MMC-yə heç bir borcu yoxdur.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)9854/2016 saylı qətnaməsinin icra prosesində mənzillərin nömrələnməməsi və “Araz-Tİ" MMC-nin nümayəndəsinin təklifi ilə İddiaçı ünvan 2 ünvandakı 558-ci məhəllədə yerləşmiş “Araz-Tİ" MMC-nin binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.m sahəsi olan mənzilin əvəzinə, H.Cavid prospekti 46 ünvanında, 558 məhəllədə binanın 1ci blokunun 4- cü mərtəbəsində yerləşən ümumi sahəsi 191,0 kv.m olan 9 nömrəli mənzil verilmişdir.

4. Bakı ş əhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2022-cı il tarixli 2(004)830/2022 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016cı il tarixli 2(004)-9854/2016 saylı qətnaməsinin icra vərəqəsi üzrə icra məmurları Şahid1 və Şahid2 akt tərtib edilməsinə dair icra hərkətləri və 12 fevral 2018-ci il tarixli aktı etibrasız hesab edilmiş, Yasamal rayon icra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı icra vərəqəsi üzrə icra tədbirlərinin bərpa edilməklə davam etdirilməsi qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cı il tarixli, 8(103)-138/2023 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhəri Yasa mal Rayon Məhkəməsinin 12 dekabr 2022-cı il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh1 qzınını “icra hərəkətlərinin qanunsuz hesab edilməsi və s. tələbləri” barədə ərizəsi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 (bundan sonra “cavabdeh”) ilə "xxxx" MMC (bundan sonra “MMC”) arasında bağlanmış "xxxx" 28 dekabr 2017-ci il tarixli müqavilənin və 28 dekabr 2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəməyə müraciət edərək Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 05 sentyabr 2016-cı il tarixli, 2(004)9854/2016 saylı işlə əlaqədar icra vərəqəsi üzrə Yasamal rayon icra məmuru tərəfindən tərtib edilmiş 12 fevral 2018-ci il tarixli aktın və xx.xx.2018-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini belə əsaslandırmışdır ki, icra nəticəsində iddiaçıya təhvil verilmiş mənzil, cavabdehlə MMC arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən cavabdehə məxsusdur. Lakin icra olunan zaman həmin mənzil iddiaçıya təhvil verilmişdir. Cavabdeh ərizəsində 28 dekabr 2017-ci il tarixli maliyyə arayışına istinad edərək göstərmişdir ki, mənzilin əvəzi olaraq 191.000 manatı tam olaraq ödəyib. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(004)-830/2022 nömrəli qərardadı ilə cavabdehin ərizəsi təmin edilmişdir. Bu qərardaddan idd iaçı tərəfindən şikayət verilmişdir.

8. Hazırda mənzil iddiaçının mülkiyyətindədir. İcra nəticələrinin ləğvi ilə bağlı Yasamal Rayon Məhkəməsinə birinci dəfə şikayət olunmuş, iş üzrə 2(004)-364/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Lakin bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5664/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Yasamal Rayon Məhkəməsində həmin iş araşdırılarkən məhkəmə prosesində cavabdehin nümayəndəsi etiraf etmişdir ki, 28 dekabr 2017-ci il tarixli müqavilədə göstərilmiş 191.000 manat MMC-yə ödənilməmiş, pulun bir hissəsi MMC ilə əlaqəsi olmayan Sakit Məmmədov adlı şəxsə ödənilmişdir. Baxmayaraq ki, o əvvəl qeyd etmişdir ki, pulu MMC-nin nümayəndəsinin yanında vermişdir. Nümayəndənin məhkəmə iclasında ödəniş olunmad ığını bildirdikdən sonra cavabdeh pulu başqa bir şəxsə verdiyini etiraf etmişdir. Baxmayaraq ki, bu hal da sual altındadır. Lakin adı çəkilmiş şəxsin onsuz da, MMC ilə əlaqəsi yoxdur. Bundan başqa MMC ilə cavabdeh arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə imzalanarkən Yasamal Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 1(004)-377/2016 saylı hökmü ilə qeyd edilmiş müqavilədə direktor kimi imzası olan X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, habelə digər təsərrüfat subyektlərində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdi r. Yəni, cavabdehlə müqavilənin bağlandığı 28 dekabr 2017-ci il tarixində MMC-nin direktoru X2 ola bilməzdi.

9. Mülki Məcəllənin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Hansı ki, həmin zaman MMC-nin qanuni təmsilçi X2 deyildi. Bu barədə Yasamal Rayon Məhkəməsində araşdırma aparılarkən məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə sorğu verilmişdir. Həmin sorğuya verilmiş 21 fevral 2022-ci il tarixli cavabda qeyd edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 1(004)-377/2016 saylı hökmü xx.xx.2017-ci il tarixində icra edilərək X 1 adı hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış, R.Qazaxlı xx.xx.2018-ci il tarixdə cəmiyyətə yenidən direktor təyin edilmişdir.

10. İddiaçı tələbinin hüquqi əsas kimi Mülki Məcəllənin 49.2, 337 və 350-ci maddələrinə istinad etmişdir.

11. Cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının mənzili ilə bağlı məhkəmə qətnaməsi var. Bakı Apellyasiya Məhkəməsi tərəfindən də həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ilə 2005-ci il tarixdə müqavilə bağlanmış və onun mənzili ünvan 1 ünvanındakı 558-ci məhəllədə yerləşən 2-ci blok 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.m sahəsi olan mənzildir. Cavabdehin mənzili isə 1-ci girişdə olan 9 nömrəli mənzildir. İcra sənədi səhv icra edilmişdir. İddiaçı müqaviləni bağlayanda binanın heç bünövrə si də qoyulmamışdı. X2 icra sənədinə də imza atmışdır və onun səlahiyyəti olmamışdır. Həmçinin, cavabdeh imza səlahiyyətinin olubolmamasını bilməyə borclu deyildir. Ödənişi ödəyib mənzili almışdır. İddiaçının mənzili başqa mənzil olduğundan onun hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Mənzilin dəyərinin cavabdeh tərəfindən ödənilməsi maliyyə arayışı ilə təsdiq edilir. Cavabdeh mənzilin dəyərini hissə-hissə ödəmişdir.

12. Birinci instanisya məhkəməsi mübahisədə adı keçən mənzilləri yerində müayinə etmişir. Yerli baxış zamanı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48, 558 və 566-cı məhəllələrdə yerləşən MMC-nin inşa etdiyi binanın 1-ci giriş, 4-cü mərtəbə və 5-ci mərtəbələrinə baxış keçirilərkən mənzillərin soldan sağa nömrələndiyi, binanın 1-ci giriş, 4-cü mərtəbə, ü mumi sahəsi 191 m2 olan 09 nömrəli mənzilində iddiaçı tərəfindən təmir işləri görüldüyü məlum olmuşdur. Həmçinin, binanın 2-ci giriş, 4-cü və 5-ci mərtəbələrinə baxış keçirilərkən mənzillərin sağdan sola nömrələndiyi, binanın 2-ci giriş, 4-cü mərtəbəsində 85, 86, 87, 88 nömrəli mənzillərin yerləşdiyi müəyyən edilmişdir. Məlum olmuşdur ki, 107 nömrəli mənzil 2-ci giriş, 4-cü mərtəbədə deyil, 9-cu mərtəbədə yerləşir. Lakin mənzilin qapısı bağlı olduğundan və açarları mənzilin sahibində olduğundan mənzilə daxil olmaq mümkün olmamışdır.

13. Birinci instanisya məhkəməsində Şahid2 bildirmişdir ki, o, icra məmuru işləmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı icra sənədinin icrası zamanı qeyd edilən binaya getmişlər. Mənzillərdə nömrələn mə problemi var idi və mənzillər nömrələnməmişdi. Onlar MTK-nın nümayəndəsini dəvət etmişlər. Məhkəmənin qətnaməsində mənzilin faktiki sahəsi bəlli idi. Həmin sahəyə uyğun digər mənzil MTK-nın nümayəndəsinin iştirakı ilə təhvil verilmişdir. Binada mənzil tapmaq mümkün deyildi. Qətnamədə göstərilən sahəyə uyğun mənzil, ümumiyyətlə, yox idi.

14. Birinci instanisya məhkəməsində Şahid1 bildirmişdir ki, bina, ümumiyyətlə, problemli binadır. Mənzil təhvil veriləndə binaların nömrələri yox idi. Bu məsələni aydınlaşdırmaq üçün icra prosesinə MTK-nın nümayəndəsi dəvət edilmişdir. MTK-nın nümayəndəsi 2-ci blokun həmin blok olduğunu və mənzilin iddiaçıya məxsus olduğunu qeyd etmişdir. O, həmin vaxt mənzilin mülkiyyətçisinin olub-olmadığını soruşmuş, MTK-nın nümayəndəsi isə cavabında mənzilin mülkiyyə tçisi olduğu təqdirdə qapısının köhnə deyil, təzə olmalı olduğunu bildirmişdir. Onlar mənzilin təhvil verilməsini aktlaşdırılmış və icra sənədi üzrə icraata xitam vermişlər.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1687/2023 saylı 16 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Kərim Xudayev).

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddiaçı mübahisəsini etdiyi mənzillə bağlı subyektiv hüquq sahibi deyildir. İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə ünvan 1 ünvanındakı 558-ci məhəllədə yerləşmiş MMC-nin binasında 2-ci blok, 4-cü mərtəbədə yer ləşən 107 nömrəli, 186,4 kv.m sahəsi olan mənzillə bağlı olmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)9854/2016 saylı qətnaməsinə əsasən iddiaçının sahiblik və istifadəsinə verilməli olan mənzil də məhz həmin müqavilədə nəzərdə tutulan mənzil olmuşdur. İcra prosesində mənzillərin nömrələnməməsi və MTK-nın nümayəndəsinin təklifi ilə iddiaçıya digər blokda yerləşən ayrı mənzil təhvil verilmişdir. İcra prosesində iddiaçıya hər hansı səbəbdən icra sənədində göstərilən mənzil əvəzinə digər mənzilin verilməsi, ona bundan əvvəl həmin mənzillə bağlı MMC ilə cavabdeh arasında bağlanmış müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışını mübahisələndirmək hüququ vermir.

17. Birinci instansiya məhkəməsi göstərmişdir ki, işin mübahisə edilməyən hallarına əsasən iddiaçı mübahisləndirilən müqavilədə direktor kimi imzası olan X1 məhkəmə hökmünə əsasən müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında, habelə digər təsərrüfat subyektlərində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasına məhkum edildiyini və onun müqavilənin bağlandığı 28 dekabr 2017-ci il tarixdə MMC-nin direktoru ola bilməməsini, bununla da əqdin subyekt tərkibinə görə qüsurlu olduğunu əsas gətirərək, müqavilənin etibarsız hesab edilməsini tələb edir.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, MMC ilə cavabdeh arasında "xxxx" müqavilənin bağlanması zamanı MMC-nin direktoru olmuş X2 barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı ıl tarixli, 1-(004)-377/2016 nömrəli hökmü xx.xx.2017ci il tarixdə icra edilərək X3 direktor olaraq hüquqı şəxslərin dövlət reyestrindən çıxarılmış və onun MMC-nin adından hərəkət etmək səlahiyyəti olmamışdır. Bu səbəbdən də cavabdehlə müqavilənin bağlanması zamanı da onun MMC-nin adından əqd bağlamaq səlahiyyəti olmamışdır.

19. Birinci instansiya məhkəməsinin mövqeyinə görə belə olan halda, əqdin etibarsız sayılması üçün birinci və ikinci şərtlər mövcuddur. Lakin üçüncü şərtin mövcudluğu işin hallarına əsasən öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı cavabdehin əqd bağlanarkən X1 müəyyən vəzifə tutma hüququndan məhrum edilməsi barədə hökmün qəbul edilməsindən məlumatı olmasına dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin, əqdin bağlandığı şərait və əqdin MMC-nin möhürü ilə təsdiq edilməsi halı da nəzərə alınaraq cavabdehin bu barədə məlumatının olmaması ağlabatandır. Əlavə olaraq d a, şahidlərin ifadəsi və iş materialları ilə təsdiq edilir ki, icra mərhələsində icra məmurlarına Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanındakı 558 və 566-cı məhəllələrdə yerləşmiş MMC-nin tikilməkdə olan binasında 9 nömrəli mənzili X2 tərəfindən müəyyən vəzifə tutma hüququndan məhrum edildiyi dövrdə göstərilmiş və mənzilin iddiaçıya təhvil verilməsi barədə aktı da o, imzalamışdır. Bu hal da onu göstərir ki, X2 müvəqqəti olaraq dövlət və yerli özünüidarə orqanlarında, habelə digər təsərrüfat subyektlərində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilsə də, faktiki olaraq vəzifəsinin icrasına davam etmişdir. Nəzərə alınmalıdır ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı h alını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq onlar əqdi bağlamalıdırlar

20. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisləndirilən müqavilənin MMC-nin möhürü ilə təsdiq edilməsi və sonradan MMC tərəfindən mübahisələndirilməməsi, bununla da susmaqla razılığını bildirməsi əqdin bağlanmasının onun icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilməsini və əqdin bağlanmasını bəyənməsini, bununla da mübahisələndirilən əqdin etibarlı olduğunu təsdiq edir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.2, 349, 350, 358.1, 358.2, 360.1 və 360.2-ci maddələrinə istinadla əsaslandırmışdır b) Apellyasiya instansiya məhkəməsində icraat

22. İddiaçı apellyasiya şikayəti verərək qətnaməsinin ləğv, iddia təl əbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir

23. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4677/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev, Günay Axundova)

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 337.2-ci maddəsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək hüququ verilmişdir. Belə ki, müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Lakin əqdin tərəfi olmayan şəx sin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; vəzifənin icrasını çətinləşdirə bilər.

26. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Çünki Mülki Məcəllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür: hüquq münasibəti əmələ gəlir; hüquq münasibəti dəyişir; hüquq münasibəti xitam olunur.

27. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: münasibətin subyekti; münasibətin obyekti; münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan üç elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır.

28. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanında, 558 və 556-cı məhəllələrdə tikilməkdə olan binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 191,0 kv.m olan 9 nömrəli mənzili, dəyərini MMC-yə tam şəkildə ödəməklə almışdır.

29. Cavabdehə həmin müqaviləyə əsasən verilməli olan mənzil Bakı şəhəri Yasamal Rayon Məskəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-9854/2016 saylı qətnaməsi icra edilərkən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46 ünvanında, 558 məhəllədə binanın 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,4 kv.m olan 107 nömrəli mənzilin əvəzinə iddiaçıya təhvil verilmişdir. Həmin icra hərəkətləri Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(004)-830/2022 saylı qərardadı ilə etibarsız hesab edilsə də, daha sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərardad ləğv edilmişdir.

30. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(103)-138/2023 saylı qərardadında mübahisəli 9 saylı mənzilin MMC tərəfind ən cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı aktın və ya protokolun olmamasına, müqavilələrin bağlanması zamanı binanın tam inşa edilməməsinə, binadakı mənzillərin nömrələnməməsinə, binanın 4-cü mərtəbəsində 186,4 kv.m sahəsi olan mənzilin mövcud olmamasına istinad edərək icra məmurunun həyata keçirdiyi icra hərəkətlərinin qanuni olduğunu qeyd etmişdir.

31. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanında, 558 və 556-cı məhəllələrdə tikilməkdə olan binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 191,0 kv.m olan 9 nömrəli mənzilin iddiaçıya verilməli olması halı artıq öz təsdiqini tapmış faktlardandır. Lakin bu hal MMC-ni cavabdehə 28 dekabr 2017-ci il tarixli müqaviləy ə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanında, 558 və 556-cı məhəllələrdə tikilmiş binalardan mənzil vermək üzrə yaranmış öhdəlikdən azad etmir, ələlxüsus da bu hal sözügüdən müqavilənin etibarsız hesab edilməsi üçün əsas deyildir. Belə ki, cavabdehlə MMC arasında bağlanmış alqı-satqı və podrat müqavilələrinin ünsürlərindən ibarət qarışıq müqavilə üzrə MMC-nin müvafiq ödəniş müqabilində inşa etdiyi binadan cavabdehə mənzil verilməsinə dair öhdəliyi yaranmış, sonuncu üçün bu öhdəlik mülkiyyət hüququnun yaranması, yəni hüquq münasibətinin əmələ gəlməsi ilə nəticələnməlidir. Mübahisə predmeti olan bu hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç birinin də iddiaçıya aidiyyəti yoxdur. Çünki, iddiaçı bu müqavilə münasibətlərinin subyekti deyildir, müqaviləy ə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifə (məs. əmlakı vermək, müqabilində pul ödəmək və s.) müqavilənin tərəflərinə aiddir.

32. Bundan başqa, müvafiq növdən olan müqavilənin predmetini tərəflərin əsas hüquq və vəzifələrinin məcmusu təşkil etdiyi nəzərə alınsa müəyyən olunar ki, MMC-nin cavabdehə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanında, 558 və 556-cı məhəllələrdə tikilməkdə olan binalardan mənzil vermək üzrə vəzifəsi iddiaçı ilə əlaqədar deyildir (müqavilə bağlanan zaman həmin bina tikilməmiş olduğundan və müqavilədə qeyd edilən mənzilin ona verilməsi mümkün olmadığından bu, üçüncü şəxslərin hüquqlarından azad olan istənilən mənzil ola bilər). Belə olan halda hazırki işdə yuxarıda göstərilən üç elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Hazırki iddia, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd olunmalıdır.

34. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 350-ci maddəsinə istinadən onu da qeyd etmişdir ki, şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həm in şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Beləliklə əqd açıq-aşkar və əhəmiyyətli dərəcədə əlverişsiz şərtlərlə bağlanmışdırsa, digər tərəf təmsil olunan tərəf üçün əməliyyatın zərərli olması barədə məlumatlı olmuşdursa və həmin əqdin iqtisadi cəhətdən əsaslandırılmış hesab edilməsinə imkan verən heç bir hal yoxdursa, məhkəmə qaydasında mübahisələndirilə bilər. Lakin qeyd edilməlidir ki, bu qaydaya uyğun olaraq, məhkəmə belə bir əqdi yalnız “maraqları üçün məhdudiyyətlər müəyyən edilmiş” şəxsin iddiası əsasında etibarsız hesab edə bilər. Məsələn, adından mübahis əli əqd bağlanmış hüquqi şəxs, təssərüfat cəmiyyətinin iştirakçısı və s.

35. İş materiallarından göründüyü kimi iddiaçı yuxarıda sadalanan şəxslərdən deyildir və beləliklə, də onun tərəfindən bu maddənin verdiyi imkanlardan istifadə edilməklə əqdin etibarlılığının mübahisəlindirilməsi istisna edilir.

36. Apellyasiya instansiyası məhkəməsi bir məsləni də vurğulamışdır ki, mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsinin mübahisə predmeti olan müqaviləyə Mülki Məcəllənin 349 və 350-ci maddələrinə əsasən hüquqi qiymət verməsi yanlış olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı, iddiaçının iddia tələbi üzrə subyektiv hüquqa malik olmaması öz təsdiqini tapdığı təqdirdə isə h üquqi dəyərləndirməni artıq bitirməlidir, çünki işin həlli üçün bunun heç bir əhəmiyyəti yoxdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi həm də iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olmamasına istinad etdiyindən, iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.3, 337.1-337.4, 358.1, 358.2, 567-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x x.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin məzmumuna uyğun əsaslandırılmış və şikayətdə əlavə olaraq göstərilmişdir ki, qətnamədə iddiaçı və cavabdehə məxsus mənzillərin ayrı-ayrı olması qeyd edilsə də, cavabdehin hazırda iddiaçıya qarşı mənzildən çıxarılma barədə tələbi barədə Yasamal rayion məhkəməsində iddiası var. Lakin iddiaçı buna qarşı cavab tədbiri görə bilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tət biq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qət namə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

42. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrüb əsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmişdir

46. Məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya instansi yası məhkəməsinin hazırki qərarın 25-37-ci bəndlərində əks edilən dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.

47. İşdən görünür ki, iddia tələbi cavabdehlə MMC arasında bağlanmış müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədədir.

48. İşin müəyyən edilmiş hallarına görə isə cavabdehlə MMC arasında bağlanmış müqavilənin iddiaçıya hər hansı aidiyyəti yoxdur, həmin müqavilə iddiaçı üçün hər hansı hüquqi nəticə yaratmır bu səbəbdən iddiaçın hazırki iddianı verməyə subyektiv hüququ yoxdur.

49. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq pro sessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

50. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər iddia ərizəsinin və apellyaisya şikayətinin də dəlilləri olmuş və apellyasiya instansiyası məhkəməsi məhz həmin dəlillərə qiymət verməklə iddianın və apellyasiya şikayətinin əsassız olması nəticəsinə gəlmişdir.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4677/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar