Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-939/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin verilməsi, sığorta hadisəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “xidməti vəzifəsinin icrası ilə bağlı həlak olmuş hakimin vərəsəsinə qanunla müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1 03)-6284/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin kassasiya şikayətinə 13 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı mərhum əri X4 2010-cu ildə hakim vəzifəsinə təyin olunaraq Lənkəran Rayon Məhkəməsinin, 2018-ci ilin noyabr ayının 2-dən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olmuşdur.
2. X1 Apellyasiya Məhkəməsində öz xidməti vəzifəsini icra edən zaman 2020-ci ilin noyabr ayında COVİD-19 infeksiyasına yoluxmuş, 04 dekabr 2020-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin X7 Hospitalına gətirilmiş, 15 dekabr 2020-ci ildə həmin xəstəlikdən vəfat etmişdir.
3. Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat o fisi tərəfindən 20 aprel 2021-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 356 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən İddiaçı mərhum həyat yoldaşı X3 qanun üzrə vərəsəsi hesab edilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sığorta ödənişinin verilməsindən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra "xxxx") cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra “cavabdeh” və ya iddiaçı) qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, öz xidməti vəzifəsinin icrası zamanı «Covid 19» virusuna yoluxmuş və sonradan həmin xəstəlikdən vəfat etmiş Şirvan Apellyasiya Məhkəməsinin mərhum hakimi X3 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin cavabdehdən tutularaq vərəsəsi kimi ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçının əri X4 2010-cu ildə hakim vəzifəsinə təyin olunaraq Lənkəran Rayon Məhkəməsinin, 2018-ci ilin noyabr ayının 2-dən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olmuşdur. X8 Apellyasiya Məhkəməsində öz xidməti vəzifəsini icra edən zaman (işə baxarkən) 2020-ci ilin noyabr ayında COVİD-19 virusuna yoluxmuş, 15 dekabr 2020-ci ildə isə görülən tədbirlərə baxmayaraq vəfat etmişdir.
7. Bununla əlaqədar Mərkəzi Bank tərəfindən Sığorta Şirkətinə məktub göndərilərək, sonuncudan “Sığorta fəaliyyəti haqqında” Qanunun 102.1-ci maddəsinə uyğun olaraq baş vermiş hadisənin sığorta qanunvericiliyinə uyğun, Qanunun 7-ci maddəsinin “a” b əndində göstərilən sənədlər və sığorta hadisəsinin xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanın arayışı əldə edilməklə 7 iş günü müddətində yenidən araşdırılması tələb olunmuşdur. Lakin Sığorta Şirkəti Mərkəzi Bankın qeyd olunan göstərişinin icrasını da təmin etməmiş, heç bir araşdırma aparmadan sığorta ödənişinin verilməsini təmin etməmişdir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında” Qanunun 2, 4.1 və 5-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh iddiaya etiraz etmişdir. Etitazın dəlilləri: - “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (və fat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir; - həmçinin Mülki Məcəllənin 935-ci maddəsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina əsaslarını təsbit edir və həmin Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə görə, bas vermiş hadisənin qanunvericiliyə və va sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina edilir; - beləliklə, qanunvericiliyin istinad olunan maddələrinə əsasən, sığorta olunanın “COVİD 19” koronavirus infeksiyasına yoluxması nəticəsində vəfat etməsi faktı sığorta hadisəsi hesab edilmədiyinə və bu səbəbdən sığorta təminatına daxil olmadığına görə sığortaçı tərəfi ndən sığorta ödənişinin verilməsindən imtina edilməsi tam qanunauyğundur.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(006)2563/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, öz xidməti vəzifəsinin icrası zamanı «Covid 19» virusuna yoluxmuş və sonradan həmin xəstəlikdən vəfat etmiş Şirvan Apellyasiya Məhkəməsinin mərhum hakimi X3 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq mərhumun varisi olan İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Səməd Cəfərov)
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin hakimi X4 öz xidməti vəzifəsinin icrası zamanı «Covid 19» virusuna yoluxmuş və sonradan həmin xəstəlikdən vəfat e tmişdir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olmasından (vəfat etdikdə) ibarət sığorta hadisəsi baş verdikdə, bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 100 faizi həcmində (sığortaolunanın 5 illik əməkhaqqı məbləğində) sığorta ödənişi verilir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 922.1, 926.1, 926.2, 934.1-ci, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası h aqqında” Qanunun 2.1, 4.1, 5-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Sığorta Şirkəti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri: - “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsi tətbiq edilə bilməzdir. Çünki mərhumun vəfatı onun xəstəliyi ilə bağlı olduğundan xəstəlik sığorta hadisəsi hesab edilmir və buna görə də sıöorta təminatına daxil deyil; - sığorta hadisəsinin baş verməsi halında sığorta ödənişinin alınması üçün qeyd olunan sənədlər sığorta olunan, yaxud onun vərəsələri tərəfindən sığortaçıya təqdim edilməlidir. Lakin h azırkı iş üzrə iddiaçı tərəfindən sığorta olunanın əmək kitabçasının surəti və ya iş yerindən arayış, həmçinin vərəsəlik hüququnu təsdiq edən sənəd təqdim edilməmişdir; - sığorta olunanın xidmət vəzifəsinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanın arayışı da iddiaçı tərəfindən təqdim edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 6DX-26/2021 nömrəli məktub Qanunla müəyyən edilmiş arayışa bərabər tutulmur. Eyni zamanda baş vermiş hadisənin sığorta hadisəsi hesab edilə bilən hallara uyğun gəlməsi barədə arayış “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna müvafiq olaraq Məhkəmə Hüquq Şurası tərəfindən verilir. Lakin mərhumun xidməti vəzifələrinin icrası ilə bağlı vəfat etməsinə dair iş materiallarında hər hansı arayış mövcud olmadığından, d olayısı ilə sığorta hadisəsinin mövcudluğu da istisna olunur.
15. İddiaçı apellyasiya şikayətinə etiraz vermiş və göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində guya iddiaçı tərəfindən müəyyən sənədlərin məhkəməyə təqdim edilməməsini göstərsə də, nə imtinasının, nə də birinci instansiya məhkəməsindəki etirazının əsasını bu hal deyil, baş verən hadisənin sığorta hadisəsi olmaması təşkil etmişdir. Bu baxımdan, apellyasiya şikayətinin və etirazın əsası kimi istinad edilən hallar ziddiyyətlidir, bu da şikayətin əsassızlığına dəlalət edir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6284/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi də yişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Elşən Kazımov)
17. Apellyasiya instansiyası məhkəməsi sığorta olunanın «Covid 19» infeksiyasına yoluxması nəticəsində vəfat etməsi faktının sığorta hadisəsi hesab edilməməsi və buna görə də sığorta təminatına daxil olmaması barədə apellyasiya şikayətinin bu dəlilini əsassız sayaraq göstərib ki, iş materiallarına əsasən mərhum Fuad Soltanov iş yerində xidməti vəzifələrini icra edərkən “Covid-19” virusuna yoluxmuş, vəziyyəti kəskinləşdikdən sonra stasionara yerləşdirilmiş və xx.xx.2020-ci il tarixdə stasionarda müalicədə olarkən vəfat etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin sədri Dövlət Sığorta Kommersiya Şirkətinə məktub göndərərək mərhumun əmək funksiyalarını həyata keçirən zaman “Covid-19” virusuna yoluxduğunu və məhz bu səbəbdən vəfat etdiyini təsdiq etmişdir. Fövqəladə Hallar Nazirliyinin X7 Hospitalının verdiyi epikrizdə və Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə də ölümün səbəbi kimi “Covid-19” virusuna yoluxma göstərilmişdir
18. Apellyasiya instansiyası məhkəməsi mərhum Fuad Soltanovun sonuncu iş yeri olan Şirvan Apellyasiya Məhkəməsinə edilən sorğuya alınan cavab nəticəsində müəyyən etmişdir ki, 2020-ci ilin oktyabr-noyabr aylarında məhkəmənin 8 (səkkiz) əməkdaşı “Covid19” infeksiyasına yoluxmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə göstərilən hal mərhum Fuad Soltanovun məhz xidməti vəzifələrinin icrası ilə bağlı “Covid 19” infeksiyasına yoluxduğunu və vəfat etdiyini bir daha təsdiq edir. Bu fakt “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin tələbinə əsasən sığorta hadisəsi hesab edilir və sığorta təminatına daxildir.
20. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mərhum Fuad Soltanovun xidməti vəzifələrin icrası ilə bağlı “Covid 19” infeksiyasına yoluxmasını və nəticədə vəfat etməsini sığorta hadisəsi kimi qəbul etməməsi, eləcə də apellyasiya şikayətində sığorta ödənişinin verilməsi üçün lazımi sənədlərin sığortaçıya təqdim olunmaması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, bu dəlilin özü ziddiyyətli olmaqla yanaşı, həm də əsassızdır. Belə ki, əvvəla, mərhum Fuad Soltanovun sonuncu iş yeri Şirvan Apellyasiya Məhkəməsi olduğundan onun xidməti vəzifələrin icrası ilə bağlı “Covid 19” infeksiyasına yoluxması nəticəsin də vəfat etməsi barədə arayış da həmin orqan tərəfindən verilmişdir və bunda hər hansı qanunsuzluq yoxdur.
21. Əmək kitabçası mərhumun sonuncu iş yerində saxlanılmış və onun vəfatından sonra vərəsəsi olan həyat yoldaşına verilmişdir. Mərhumun ölümündən sonra miras qalmış əmlaka dair notariat ofisi tərəfindən onun arvadının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir ki, bu da Sığorta Şirkətinə müraciət edən şəxsin qanunla müəyyən olunmuş qaydada mirası qəbul etdiyini və sığorta ödənişinin verilməsi barədə müraciət etməyə hüququ olduğunu birbaşa təsdiq edir. Sığorta məbləğinə vərəsəlik şəhadətnaməsi isə yalnız Sığorta Şirkəti tərəfindən ödəniləcək məbləğə dair arayış verildikdən sonra mümkündür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti belə əsaslandırlıb: - hazırkı iş üzrə sığorta olunan Fuad Soltanovun ölümü xidmət vəzifələrinin icrası ilə əlaqədar deyil, xəstəliyə yoluxması səbəbindən baş vermişdir. Müvafiq orqanların sığorta olunanın xəstəliyə yoluxmasının xidmət vəzifələrinin icrası ilə bağlılığını qeyd etməsinə baxmayaraq, mahiyyəti üzrə işə baxıldığı zaman, həqiqətən də, xəstəliyə yoluxmanın hansı şəraitdə, yəni bilavasitə xidmət vəzifələrinin icrası, yaxud digər bir şəraitdə baş verməsini təsdiq etmək tibbi cəhətdən qeyri-mümkündür. Xəstəliyə yoluxmanın xidmət vəzifəsinin icrası anına təsadüf etməsi sadəcə güman xarakterli olduğu halda, bunun həmin anda baş verməsini təsdiq etməklə, müvafiq orqanlar tərəfindən verilmiş arayışlar sübut kimi qəbul oluna bilməz. İstinad olunan Qanunun digər normasına əsasən, baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. Qeyd olunanlara əsaslanaraq, mərhumun ölüm faktı sığorta hadisəsi hesab edilə bilən hallara aid olmadığından, sığorta ödənişinin verilməsindən imtina edilməsi qanunauyğun olmuşdur; - həmçinin hadisənin sığorta hadisəsi kimi qiymətləndirilməsi halında “İcbari sığortalar haqqında” Qanunun 7-ci maddəsinə də diqqət yetirilməlidir. Qeyd edilən Qanun 7-ci maddəsinə görə sığortalı və (və ya) sığorta olunanın ailə üzvl əri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Həmin Qanunun 6.9-cu maddəsinə görə bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. Qeyd edilməlidir ki, iddiaçı mərhumun həyat yoldaşı olsa da, mərhumun digər ailə üzvlərinin kimdən ibarət olması ilə bağlı hər hansı məlumat mövcud deyil. Sığorta ödənişinin qanun üzr ə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən yalnız iddiaçıya ödənilməsi mərhumun digər ailə üzvlərinin mənafeyinə ziddir; - bu baxımdan apellyasiya instansiyası məhkəməsinin araşdırlması yetərli sayıla biməz; - eyni zamanda, qeyd olunan məsələyə aydınlıq gətirilməsi ilə əlaqədar hazırda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin AR MM-nin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsi ilə əlaqədar konstitusiya işinə baxılmaqdadır. Həmin işin nəticəsinin hazırkı işdə sığorta ödənişini almaq hüququ olan şəxslərin dairəsinin müəyyənləşdirilməsində əhəmiyyəti vardır. Bu səbəbdən, veriləcək qərarda həmin işin nəticəsinin nəzər ə alınması vacibdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanun Maddə 2.1.2. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); Maddə 2.1.3. Sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri. Maddə 2.1.4. Sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının məhkəmələri. Maddə 2.1.5. Sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi. Maddə 2.1.6. S ığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal. Maddə 4.1. Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. Maddə
5. Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir: a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya inst ansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəti cələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
26. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əh əmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
30. İddia tələbi sığorta ödənişi barədədir. İddi açı iddiasının faktiki əsası kimi Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində işləmiş ərinin xidməti vəzifəsinin icrası ilə bağlı vəfat etməsinə, hüquqi əsası kimi isə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə istinad edib.
31. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də mərhum Fuad Soltanov iş yerində xidməti vəzifələrini icra edərkən “Covid-19” virusuna yoluxmuş, vəziyyəti kəskinləşdikdən sonra stasionara yerləşdirilmiş və xx.xx.2020-ci il tarixdə stasionarda müalicədə olarkən vəfat etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin sədri Dövlət Sığorta Kommersiya Şirkətinə məktub göndərərək mərhumun əmək funksiyalarını həyata keçirən zaman “Covid-19” virusuna yoluxduğunu və məhz bu səbəbdən vəfat etdiyini təsdiq e tmişdir. Fövqəladə Hallar Nazirliyinin X7 Hospitalının verdiyi epikrizdə və Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə də ölümün səbəbi kimi “Covid-19” virusuna yoluxma göstərilmişdir.
32. Göstərilən halı məhkəmələr mərhum Fuad Soltanovun məhz xidməti vəzifələrinin icrası ilə bağlı “Covid 19” infeksiyasına yoluxduğunu və vəfat etdiyini təsdiq edən hal kimi qiymətləndirmiş, bu faktın “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin tələbinə əsasən sığorta hadisəsi hesab edilməsi və sığorta təminatına daxil olması qənaətinə gəlmişlər.
33. Nəzərə alınsa ki, “COVİD-19” pandemiyası dövründə bəzi işlərə baxılmasında fasilələr olsa da, məhkəmələrin fəaliyyətinin ümumiyyətlə dayandırılmayıb, sığor taolunan hakimin də həmin dövrdə ondan asılı olmayan səbəblərdən işə çıxması halı baş verib, belə olan halda, gəlinən nəticə düzgün olmuşdur.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 1721-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
35. Məhkəmə kollegiyası hazırkı iş üzrə sığorta olunan Fuad Soltanovun ölümünün xidmət vəzifələrinin icrası ilə əlaqədar deyil, xəstəliyə yoluxması səbəbindən baş verməsi, müvafiq orqanlar tərəfindən verilmiş arayışların sübut kimi qəbul oluna bilməməsi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər apellyasiya şikayət ində də irəli sürülüb və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsini qanuni və əsaslı sayıb.
36. Sığorta ödənişinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən yalnız iddiaçıya ödənilməsinin mərhumun digər ailə üzvlərinin mənafeyinə zidd olması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, cavabdeh bu dəlili nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayətində göstərməyib. Bu dəlil yeni dəlildir. İşə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürülməyən dəlillərin kassasiya baxışında irəli sürülməsi isə istisna olunur.
37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh əvvəlcə apellyasiya şikayətində iddiaçının vərəsəlik hüququnu təsdiq edən sənədin təqdim edilməməsinə istinad etmiş, həmin dəlil apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materialları əsasında əsassız sayıldıqdan sonra, hazırda kassasiya şikayətində sığorta ödənişinin yalnız iddiaçıya ödənilməsinin mərhumun digər ailə üzvlərinin mənafeyinə zidd olmasını bildirməklə dəlillərində ardıcıl olmamasını nümayiş etdirir. Üstəlik, bu dəlil cavabdehin sığorta ödənişindən imtinasının əsasları ilə də uyğun gəlmir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin AR MM-nin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsi ilə əlaqədar konstitusiya işinə baxılmaqda olması, həmin işin nəticəsinin hazırkı işdə sığorta ödənişini almaq hüququ olan şəxslərin dairəsinin müəyyənləşdi rilməsində əhəmiyyət daşıması barədə dəlil də əsassızdır. Əvvəla, hazırki kassasiya şikayəti elektron məhkəmə sisteminə 20 dekabr 2022-ci ildə yerləşdirilmişdir, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən məsələ ilə bağlı qərarı isə 08 dekabr 2022-ci ildə verilmişdir. Başqa sözlə, kassasiya şikayəti veriləndə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən məsələ ilə bağlı qərarı artıq mövcud idi.
39. Bundan başqa, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında “Hərbi qulluqçuların döv lət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəasının hansı şəxslərə şamil olması və sığorta ödənişinin sığortaolunanın miras əmlakına daxil olub-olmasına aydınlıq gətirilib ki, həmin məsələlərin də hazırki işə hər hansı aidiyyəti yoxdur.
40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, isə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında” Qanunun 7-ci maddəsinin əvvəlki redaksiyasından fərqli olaraq yeni redaksiyasında sığorta ödənişlərinin alınması üçün hər hansı sənədin, o cümlədən sığorta hadisəsinin xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanının arayışının təqdim edilməsi tələbi yoxdur. Təsadüfi deyil ki, qeyd edilən Qanunun 7-ci maddəsinin əvvəlki redaksi yada adı “Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər” idisə, hazırki redaksiyada adı “Sığorta ödənişinin verilməsi”dir.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6284/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.