Məhkəmə qərarları › İş №2(102)-94/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-94/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-94/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Mehman oğluna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, lizinq obyektinə dəyən zərər, sübutetmə yükü, dispozitiv norma, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1637/2020 nömrəli iş üzrə xx xxxx 20 20-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx xxx 2016-cı il tarixli, AL-464 nömrəli daxili lizinq müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan 2014-cü il buraxılışı, “Runna” markalı **-PC-*** dovlət qeydiyyat nişanlı, NAAU01FE9ET044541 ban, 25620 muhərrik nomrəli, qara rəngli avtomobil (bundan sonra – lizinq obyekti) cavabdehə 36 ay müddətinə lizinqə verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 7000 manat müəyyən edilmişdir. Müqavilənin 11.3-cü bəndinə görə lizinq obyekti sığortalanmamışsa, lizinq o byekti olan avtomobil zədələndikdə, tam məhv olma halı istisna olmaqla, lizinq obyekti dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən ödənilməklə, lizinq verən tərəfindən bərpa edilir. Əgər lizinq obyekti olan avtomobil heç bir hüquqi əsas olmayan şəxs tərəfindən idarə edilməklə zədələnərsə, lizinq alan öz hesabına dərhal onu bərpa etməli və normal iş rejimində saxlamalıdır. Bu halda Müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətdə lizinq ödənişlərinin ödənilməsini davam etdirir. Lizinq muqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə və müqaviləyə əlavələrə əsasən cavabdeh illik 17% hesablanmaqla 36 aylıq müddətinə hər ay sabit məbləğ olmaqla 249,66 manat, ümumilikdə isə 8987,44 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabd eh xx xxxxxx 2017-ci il tarixdə saat 09:00-da Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən kecən 71,1 km-də Bakı şəhəri istiqamətində lizinq obyektini idarə edərkən qəza törətmişdir. Lizinq obyekti xx xxxxxxxx 2018-ci il tarixdə iddiaçının istifadəsində olan müvəqqəti duracağa yerləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə muraciət edərək cavabdehdən daxili lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə gorə xx xxxxxx 2017-ci il tarixdə 206,9 manat əsas, 59,83 manat mükafat və həmin günə hesablanmış 3,75 manat dəbbə pulu, 7035 manat dəymiş zərər olmaqla, cəmi 7305,48 borcun və dövlət rüsumu olaraq ödəni lmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxx 2017-ci il tarixdə 250 manat məbləğində olmuşdur. Daxili lizinq müqaviləsinin və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qüsur aktında lizinq obyektinə ehtiyat hissələri üzrə 5355 manat, təmir işləri üzrə 1680 manat olmaqla, cəmi 7035 manat maddi ziyan dəydiyi qeyd olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli arayışda cavabdehin daxili lizinq müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə iddiaçıya 206,9 manat əsas, 59,83 manat mükafat, 3,75 manat cərimə olmaqla, cəmi 270,48 manat borcunun qaldığı əks olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(074)993/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 442, 448.1, 459.1, 465.2, 747.1, 748-10.1, 748-10.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin (bundan sonra – MPM) 14.2, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1637/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki ha llarına uyğundur. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam aydınlaşdırılmamış, yəni avtomobilin tam məhv olması halı və bununla bağlı şərtlər barəsində hər hansı araşdırma aparılmamış, müqavilənin 11-ci bəndinə əhəmiyyət verilməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, həmçinin qeyd etdi ki, cavabdeh qətnaməni yalnız avtomobilə dəymiş zərərə görə 7035 manat plun tutulması hissəsində mübahisələndirir və həmin hissədə ləğv olunaraq və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş edir. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olu nmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 4 16). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şik ayətinin tələb hissəsində qətnamənin tam ləğvini xahiş etsə də, şikayətin dəlillərindən və vəkilin (nümayəndənin) izahatından görünür ki, cavabdeh qətnaməni avtomobilə dəymiş zərərə görə 7035 manat plun tutulması hissəsində mübahisələndirir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin aktı yalnız həmin hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başl anır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır (748-7.1). Maddə

751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qayda ları tətbiq edilir. MPM Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3). Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətn amə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (maddə 220.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. MPM-in 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericil ik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında və müqavilə müddəalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı m ünasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Baxılan iş üzrə iddiaçı ilə cavabdeh arasında lizinq hüquq münasibətlərinin yarandığı, müqavilə bağlandıqdan sonra lizinq obyektinin cavabdehə təhvil verildiyi, habelə lizinq obyektinin xx.xx.2018-ci il tarixdə zədələnmiş şəkildə iddiaçıya təhvil verildiyi işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda lizinq obyektinin cavabdehin faktiki sahiblik və istifadəsində ol arkən və onun özü tərəfindən idarə edilərkən qəzaya düşdüyü də mübahisələndirilmir. Birinci və apellyasiya instansiyası məhkəmələri iddiaçının cavabdehə qarşı lizinq obyektinə dəymiş zərərə görə pulun ödənilməsi tələbini əsaslı hesab etsələr də, həmin tələbin qanuni əsasına ümumiyyətlə istinad etməmişlər. Mülki Məcəllənin qeyd olunan tələbin qanuni əsasını təşkil edən 748-7.1-ci maddəsinə əsasən lizinq obyektinin zərərin bütün növlərindən qorunması (onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti) riskini lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadığı halda lizinq obyektinin faktiki qəbulu anından lizinq alan d aşıyır. Məzmunundan görünüyü kimi həmin norma dispozitiv normadır və tərəflər arasında bağlanmış müqavilədə ayrı qayda müəyyən edilmədiyi halda tətbiq oluna bilər. Baxılan iş üzrə tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 11.3-cü bəndində lizinq obyekti sığortalanmadığı halda onun zədələnməsinə görə lizinq alanın 800 manat həcmində məhdud məsuliyyəti müyyən edilmişdir. Müqavilə lizinq alanın bununla bağlı öhdəliyindən iki istisna – lizinq obyekti olan avtomobilin tam məhv olması və avtomobilin heç bir hüququ olmayan şəxs tərəfindən idarə edilməklə zədələnməsi hallarını müəyyən etmişdir. Lakin işə baxmış məhkəmələr tərəflər arasında sübut etmə yükünü müəyyən etmədən və işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına, o cümlədən tərəflər arasında bağlanmış müqavilə normal arına müvafiq olaraq qiymət vermədən zərər tələbinin tam təmin olunması barədə qənaətə gəlmişlər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 751-ci maddəsi lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqini mümkün hesab edir. Bu baxımdan hazırkı mübahisə, həmçinin Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. İstinad olunan maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əv əzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən məhkəmə MPM-in 77.1 və 88-ci maddələrinə əsasən ilk növbədə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara lizinq münasibətlərini tənzimləyən mülki qanunvericilik normalarına və tərə flər arasında bağlanmış lizinq müqaviləsinin müddəalarına müvafiq olaraq qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1637/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - avtomobilə dəymiş zərərə görə 7035 manat plun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar