Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-941/2023 14.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş vaxtın uzadılması” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: qətnamədən kassasiya şikayəti vermək hüququnun olmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)-6758/2022 saylı qətnam əsindən üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 29 mart 2010-cu il tarixdə vəfat etmiş anası X2 qanun üzrə vərəsəsi kimi ona çatası miras əmlakın qəbul edilməsi üçün 01 iyun 2010-cu il tarixdə Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoruna müraciət etmişdir.
2. İddiaçının qardaşı X5 Cavabdehna ərizə ilə müraciət edərək, 12 may 2016-cı il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. 3. 25 yanvar 2022-ci il tarixdə iddiaçı ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət etmiş, lakin notariat kontoru X4 xx.xx.2016-cı ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadtnamə verildiyi üçün, onu vərəsəliyin dairəsinə daxil edilməsini n mümkün olmadığını qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış Bakı şəhəri, N.Tusi küçəsi, ev 31, 48 saylı mənzilin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməsinin üzrlü sayılması və altı həftəyədək uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 mart 2010-cu il tarixdə ünvan 1 ünvanında yaşayan iddiaçının anası X3 vəfat etmiş, ondan ünvan 1 miras qalmışdır. İddiaçının qardaşı X5 Cavabdehna ərizə ilə müraciət edərək, 12 may 2016-cı il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. O, həmin ərizədə özündən başqa heç bir vərəsənin olm adığını göstərmişdir. İddiaçı 01 iyun 2010-cu il tarixdə 36 saylı notariat kontoruna qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün ərizə ilə müraciət etmişdir. Həmçinin qardaşının buna dair müraciəti olduqda dərhal ona məlumat verilməsini xahiş etmişdir. Buna baxmayaraq iddiaçının qardaşı X4 Cavabdeh tərəfindən 12 may 2016cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş, iddiaçıya heç bir məlumat verilməmişdir. 25 yanvar 2022-ci il tarixdə iddiaçı ona mirasın qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət etmişdir. Lakin notariat kontoru mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti buraxdığını əsasgətirərək müddətin uzadılması ilə əlaqədar məhkəməyə müraciət etməyi məsləhət görmüşdür.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 iyul 2022-ci il tarixli, 2(011)-3824/2022 saylı qətnaməsi ilə (sədrlik edənHəsənova Aygün) iddia təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə hər hansı üzrlü səbəbin olduğunu aşkar etmək mümkün olmamışdır. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən müddətin altı həftəyədək uzadılması yalnız mirasın qəbul edilmədiyi hallarda yol verilir. Hazırkı iş üzrə isə mirasın vərəsəlik şəhadətnaməsinə əsasən 2016-cı il tarixdə qəbul edilməsi müəyyən edilmişdir. Belə olan halda iddia tələbi təmin edilə bilməz.
8. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasın ı və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 07 dekabr 2022-ci il tarixli, 2(103)-6758/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(011)-3824/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. Üçüncü şəxs X5 həmin qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və mirasın qəbulu müddətinin uzadılması üçün gecikd irmənin üzürsüz sayılması əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
12. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
13. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
14. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
15. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 16. 408.1.1. Kassasiya şikayəti... kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
17. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
18. Maddə 40
9. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
20. Belə ki, apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən tərəflərin, üçüncü şəxslərin şikayət vermə hüququ o halda yaranır ki, onların tələbləri təmin olunmamış olsun (MPM-nin 403.1-ci maddəsi).
21. Nəzərə alınmalıdır ki, apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
22. Hazırki iş üzrə müəyyən edilir ki, üçüncü şəxs X5 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(011)-3824/2022 saylı qətnaməsindən ümumiyyətlə apellyasiya şikayəti verməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(011)-3824/2022 saylı qətnaməsi üzrə İlkin Cəfərovun apellyasiya araşdırmasının predmetini təşkil edəcək hər hansı dəlili olmamışdır. Bu vəziyyət, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin üçüncü şəxs X4 münasibətdə tələbinin təmin olunmadığı halın olmadığını ehtiva edir və onun həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur.
23. Bu halda apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti geri qaytarılmalı idi. Çünki Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllən in 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
24. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayəti nin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
25. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir.
26. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.
27. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)-6758/2022 saylı qətnaməsindən üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edil