Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-942/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X19 cavabdehlər Cavabdeh2, X20, üçüncü şəxslər a qızına, Lənkəran Rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, bağışlama müqaviləsi və mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspənd iyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1843/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 və üçüncü şəxs a qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li (**********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə 14.03.2018-ci il tarixdə X21 adına dövlət reyestrində qeydə alınmışdır. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X36 ilə X4 21 may 1945-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Mirzəyev, arvada Mirzəyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, X5 12.09.1945-ci il tarixdə doğulmuş, atası X36, anası X1r. Doğum haqqında şəhadətnamədən görünür ki, X37 25.02.1948-ci il tarixdə doğulmuş, atası X36, anası X1r. Doğum haqqında şəhadətnamədən görünür ki, X34 01.10.1950-ci il tarixdə doğulmuş, atası X36, anası X1r. Doğum haqqında şəhadətnamədən görünür ki, X26 24.06.1953-cü il tarixdə doğulmuş, atası X36, anası X1r. Doğum haqqında şəhadətnamədən görünür ki, X38 07.12.1957-ci il tarixdə doğulmuş, atası X36, anası X2r. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X39 21.02.1955-ci il tarixdə doğulmuş, atası X36, anası X1r. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1960-cı il tarixdə doğulmuş, atası X36, anası X2r. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X36 08.07.1969-cu il tarixdə kəskin ürək çatışmamazlığından vəfat etmişdir. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 21.12.2000-ci il tarixdə xroniki ağ ciyər, ürək çatışmazlığından vəfat etmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, X40 və X27 27 noyabr 1990-cı il tarixdə rəsmi nikaha daxil olmuş və nikahları Lənkəran şəhər nikah evində 255 sayla qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 miokard infarkt səbəbindən 1 8.01.2018-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 miokard infarkt səbəbindən 11.11.2012-ci il tarixdə vəfat etmişdir. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X38 ilə X28 29.01.2000ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları Lənkəran şəhəri nikah evində 11 sayla qeydə alınmışdır. Ərə Mirzəyev, arvada isə Mirzəyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə doğulmuş, X9, anası isə X11r. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X38 17.07.2003-cü il tarixdə kardiogen şok səbəbindən vəfat etmişdir. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X29 01.10.2017-ci il tarixdə kəskin miokard infarkt səbəbindən vəfat etmişdir. Lənkər an ŞİHB-nın Lənkəran şəhər 1 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, 24.06.1953-cü il təvəllüdlü mərhum X10 vərəsələri aşağıdakılardır: əri Sultanov Əlişan (ölüb), oğlu X41 (ölüb), oğlu X45 (ölüb), oğlu X42, qızı X43, qızı X46, oğlu X47 (ölüb), qızı X30. Notarial qaydada təsdiq edilmiş X46 və X22 birgə ərizəsindən görünür ki, 08.07.1969-cu il tarixdə vəfat etmiş babaları X12 miras qalmış əmlakdan mərhum anaları X13 çatan paydan xalaları Cavabdeh2 adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Gələcəkdə də bununla bağlı heç bir iddia və tələbləri olmayacaqdır. Notarial qaydada təsdiq edilmiş X23 ərizəsindən görünür ki, 08.07.1969-cu il tarixdə vəfat etmiş X8ndan miras qalmış əmlakdan mərhum anası X13 çatan payd an xalası Cavabdeh2 adına rəsmiləşdirilməsinə etiraz etmir. Gələcəkdə də bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır. Lənkəran ŞİHB-nın 1 №-li inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.08.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi, 4/11 saylı evdə yaşayır və İddiaçı adlı ailə üzvü vardır. Lənkəran Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(049)-383/2020 №li qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsində baxılaraq, iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinə ailə üzvü kimi 2000-ci ilin fevral ayında köçürülməklə, uzu n müddət orada yaşamaqla həmin yaşayış sahəsindən orada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Lənkəran Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(049)-2552/2019 №li qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı evdən çıxarılma və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsində baxılaraq, iddia qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı Cavabdeh2 qarşı qanunsuz hərəkətlərinə son qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(049)-349/2020 №li qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Lənkəran rayon Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsində baxılaraq, iddia təmin edilməmişdir. ünvan 2 Notariat kontoru tərəfindən 17.03.2018-ci il tarixdə verilmiş 2V-206 reyestr nömrəli «qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»dən görünür ki, 08.07.1969-cu il tarixdə ölmüş X21 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1dır və onlar miras əmlakdan hər birinə 1/3 pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-in 10 saylı Ərazi idarəsi tərəfindən 14.03.2018-ci il tarixdə X31 verilmiş **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 88,7 kv.m. olan daşınmaz əmlak (torpaq sahələrindən başqa) və ƏMDK yanında DƏDRX-in 10 saylı Ərazi İdarəsi tərəfindən 14.03.2018-ci il tarixdə X31 ve rilmiş **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0393 ha. torpaq sahəsindən ibarətdir. ünvan 2 Notariat Kontoru tərəfindən 14.05.2019-cu il tarixdə təsdiq edilmiş 4Ə-58 reyestr №-li Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh3 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhum X12 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,0393 ha. torpaq sahəsi və ümumi sahəsi 88,7 kv.m. olan yaşayış evinə olan miras paylarını Cavabdeh2 bağışlamışlar. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li (**********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə 13.04.2018-ci il tarixdə Cavabdeh2 adına dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X20, üçüncü şəxslər ünvan 2 Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X36 08.07.1969-cu il tarixdə vəfat etdikdən sonra ondan miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində vərəsəlik hüququnun tanınma sı, miras əmlakda ona (İddiaçı Namiq qızına və anası Cavabdeh1 aid olaraq, hər birinə onun 1/2 hissə ilə pay hüququnun müəyyən edilməsi, digər şəxslərin – yəni, X17 oglu, X37, Cavabdeh3, X26 və Cavabdeh2 miras əmlakı vaxtında qəbul etmədikləri üçün müddətin keçməsi ilə bağlı mirasdan imtinanın təsdiq edilməsilə bərabər həmin miras əmlaka verilmiş əvvəlki 17.03.2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin, 17.03.2018-ci il tarixli “bağışlama müqaviləsi”nin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və yeni qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin onlara verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, X8 08.07.1969-cu il tarixdə vəfat etdikdən sonra ondan miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində iddiaçının da vərəsəlik hüququnun tanınması şərtilə, miras əmlakda ona (İddiaçı) münasibətdə miras əmlakda onun 1/6 və anası Cavabdeh1 münasibətdə miras əmlakda onun 1/6 (yəni, ikisinə ümumilikdə 1/3 hissə) hissə ilə pay hüququnun müəyyən edilməsi, iddiaçının bibisi Cavabdeh3 aid olaraq miras əm lakda onun 1/3 hissə ilə pay hüququnun müəyyən edilməsi və kiçik bibisi Cavabdeh2 miras əmlakda onun 1/3 hissə ilə pay hüququnun müəyyən edilməsi, həmin miras əmlaka verilmiş əvvəlki 2V-206 nömrəli, 17.03.2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin, 3M-113 nömrəli, 17.03.2018-ci il tarixli “bağışlama müqaviləsi”nin və onların əsasında AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 2002-ci il tarixdə ünvan 1 anadan olmuş və hazırki tarixədək həmin ünvanda yaşayır. Atası 07 dekabr 1957-ci il təvəllüdlü X38 ilə anası xx xxxxxxx 1964-cü il təvəllüdlü Cavabdeh1 29 yanvar 2000-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. X9 17 iyul 2003-cü il tarixdə urək xəstəliyindən vəfat etmişdir və iddiaçı anasının himayəsi altında böyüyüb hazırda həddi buluğa çatmışdır. Doğma X8 08.07.1969-cu il tarixdə vəfat etdikdən sonra onun miras əmlakı kimi hazırda onun da yaşadığı ünvan 1 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evi qalmışdır, yəni, həmin miras əmlak aşağıdakılardan: DƏDRX 10 saylı Ərazi İdarəsi tərəfindən 14/03/2018-ci il tarixdə X31 verilmiş **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 88,7 kv.m. ola n daşınmaz əmlak (torpaq sahələrindən başqa) və DƏDRX 10 saylı Ərazi İdarəsi tərəfindən 14.03.2018-ci il tarixdə X31 verilmiş **********6210301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0393 ha. torpaq sahəsindən ibarətdir. X56 08.07.1969-cu il tarixdə vəfat etdikdən sonra ondan miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evində yalnız atası, anası, o, əmisi və əmisinin həyat yoldaşı yaşamışlar. Onlardan, X9 17 iyul 2003-cü il tarixdə, əmisi X40 07 yanvar 2018-ci il tarixdə və əmisinin arvadı X14 isə 11 noyabr 2012-ci il tarixdə vəfat etmişlər. Əmisi Namiqin övladı olmamışdır. X8 1926-cı ilin iyun ayında anadan olmuş və 1969-cu ildə vəfat etmiş, nənəsi X6 1923-cü ilin noyabr ayında anadan olmuş və 2000-ci il tarixdə vəfat etmişdir. Onların birgə nikahından aşağıda qeyd edilən 4 oğul və 3 qız övladı dünyaya gəlmişdir: Birinci övlad - X17 oglu 1945-ci ildə anadan olmuş, həddi buluğa çatdıqda Rusiya Federasiyasının Leninqrad şəhərinə getmiş və 16.06.2002-ci ildə orada vəfat etmişdir. Miras əmlakı faktiki qəbul etməmişdir. İkinci övlad - X37 1947-ci ildə anadan olmuş, həddi buluğa çatdıqda Rusiya Federasiyasına getmişdir və 1999-cu ilin yanvar ayında orada vəfat etmişdir. Miras əmlakı faktiki qəbul etməmişdir. Üçüncü övlad Cavabdeh3 1950-ci il oktyabrın 1-də anadan olmuş və hal-hazırda ünvan 3 ünvanında yaşayır. Miras əmlakı faktiki qəbul etməmişdir. Dördüncü övlad - X26 (ailə qurd uqdan sonra soyadı dəyişmişdir) 1953-cü ildə anadan olmuş və 2017-ci ildə vəfat etmişdir. Miras əmlakı faktiki qəbul etməmişdir. Beşinci övlad - X40 21.02.1955-ci ildə anadan olub. X14 ilə rəsmi nikahda olub. Övladları olmayıbdır. Mirzəyeva Kəmalə 11.11.2012-ci ildə vəfat edib. Mirzəyev Namiq 07.01.2018-ci ildə vəfat edib. Miras əmlakı faktiki qəbul etmişdir. Altıncı övlad - X38 (iddiaçının atası) 07.12.1957-ci ildə anadan olmuş, 2000-ci ildə Cavabdeh1 ilə rəsmi nikaha girib. Rəsmi nikahlarından xx.xx.2002-ci il tarixdə İddiaçı adlı qızı (iddiaçı) anadan olmuşdur. Mirzəyev Natiq 05.07.2003-cü ildə vəfat edib. Miras əmlakı faktiki qəbul etmişdir. Yeddinci övlad - Cavabdeh2 xx.xx.1960-cı ildə anadan olub və hazırda ünvan 4 ünvanında yaşayır. Miras əmlakı faktiki qəbul etməmişdir. Beləliklə, X8 08.07.1969-cu il tarixdə vəfat etdikdən sonra ondan miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evini faktiki olaraq yalnız X9 və əmisi X40 qəbul etmiş və ömürlərinin sonunadək həmin miras əmlakdan istifadə etmişlər. Hazırki dövrdə isə X9 17 iyul 2003-cü il tarixdə, əmisi X40 07 yanvar 2018-ci il tarixdə və əmisi arvadı X14 11 noyabr 2012-ci il tarixdə vəfat etdiyindən, əmisi Namiq Mirzəyevin övladı yəni, qanun üzrə varisi olmadığından, qanunvericilikdə nəzərə tutulan irsi transmissiya əsasında həmin miras əmlaka yeganə qanun üzrə vərəsələr o və anası Cavabdeh1dır. Lakin, kiçik bibisi Cavabdeh2 hiylə və hədə qorxu ilə anası Cavabdeh1 məcbur etmişdir ki, o “özünə çatası ” (əslində isə, heç də sənədlərdə göstərildiyi kimi ona məxsus olmayan) payını bibisinə “bağışlasın”. Halbuki, qüvvədə olan qanunvericilikdə miras əmlakda payın bağışlanması qadağan edilir. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən miras əmlakda paydan yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə imtina edilə bilər və bu imtina nəticəsində həmin pay miras əmlakın kütləsinə əlavə edilməlidir. Əgər, Azərbaycan Respubikası Mülki Məcəlləsinin 1279-cu maddəsinə əsasən mirasın bir miras şərikinə keçməsi proseduru aparılmış olursa, bu halda həmin maddənin tələblərinə əsasən, miras şəriklərinin razılaşması üzrə bütün mirasın bir miras şərikinə keçməsi mümkündür. Öz növbəsində o, digər miras şəriklərinə müvafiq kompensasiya verməyə borcludur. Lakin, yaranmış vəziyyət göz qabağ ındadır ki, onun bibisi Cavabdeh2 sadəcə anası Cavabdeh1 (həmçinin, onu) dələduzluq və təhdid yolu ilə müflis etməyə və küçəyə qovub atmağa çalışmışdır. X8 08.07.1969-cu il tarixdə vəfat etdikdən sonra ondan miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinə ünvan 2 Notariat Ofisi tərəfindən verilmiş 17.03.2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” və həmin “Şəhadətnamə” əsasında tərtib edilmiş 17.03.2018-ci il tarixli “bağışlama müqaviləsi”nin (əslində, mirasın bölüşdürülməsi müqaviləsi) qüvvədə olan qanunvericiliyin tələblərinə tamamilə zidd olduğundan hazırda məhkəməyə verdiyi iddia tələbi təmin edilməli və X8 08.07.1969-cu il tarixdə vəfat etdi kdən sonra ondan miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində vərəsəlik hüququnun tanınması, miras əmlakda ona və anası Cavabdeh1 aid olaraq, hər birinə onun 1/2 hissə ilə pay hüququnun müəyyən edilməsi, digər şəxslərin – yəni, X17 oglu, X37, Cavabdeh3, X26 və Cavabdeh2 miras əmlakı vaxtında qəbul etmədiyi üçün müddətin keçməsi ilə bağlı mirasdan imtinanın təsdiq edilməsilə bərabər həmin miras əmlaka verilmiş əvvəlki 17.03.2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin, 17.03.2018-ci il tarixli “bağışlama müqaviləsi”nin (əslində, mirasın bölüşdürülməsi müqaviləsi), AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət R eyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və yeni qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin onlara verilməsinə dair qətnamə hazırki iddia ərizəsinə göstərilən səbəb və əsaslara görə çıxarılmalıdır: 1) Birincisi – ona görə ki, Lənkəran rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu X32 tərəfindən 17.03.2018-ci il tarixdə təsdiqlənmiş və “Miras payın bağışlanması Müqaviləsi” adlanan müqavilə - təqdim edilməyə çalışıldığı “Bağışlanma Müqaviləsi” deyil, əslində həmin müqavilə - 08.07.1969-cu il tarixdə vəfat etmiş X21 vəfatından sonra qalmış mirasın bölüşdürülməsi haqqında bağlanılmış müqavilədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəll əsinin 1274-cü maddəsinə (mirasın bölüşdürülməsi anlayışı) əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1279-cu maddəsinə (mirasın bir miras şərikinə keçməsi) əsasən, miras şəriklərinin razılaşması üzrə bütün mirasın bir miras şərikinə keçməsi mümkündür. Öz növbəsində o, digər miras şəriklərinə müvafiq kompensasiya verməyə borcludur. 2) İkincisi – Məhkəmənin diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666-cı maddəsinə (bağışlama müqaviləsi) əsasən, 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfind ən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 666.3. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Həmin Məcəllənin 667.1-ci maddəsinə (Bağışlamaq və hədiyyə qəbul etmək qabiliyyəti) əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ərarvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Göründüyü kimi, qüvvədə olan qanunv ericiliyin tələbinə görə, bağışlanmanın predmeti qismində yalnız üzərində hədiyyə verən şəxsin mülkiyyət (yəni istifadə, sahiblik və sərəncam vermək) hüququ qanuna uyğun şəkildə təsbit edilmiş konkret əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Hazırki iddia ərizəsinə əlavə etdiyi sənədlərdə yer almış və etibarlığı mübahisələndirilən 17.03.2018-ci il tarixli “bağışlama Müqaviləsi”ndə isə yazılmışdır: “birinci tərəf: Cavabdeh3; birinci tərəf Cavabdeh1; ikinci tərəf Cavabdeh2. Bu saziş 08.07.1969-cu il tarixdə vəfat etmiş X12 miras qalmış əmlakın bağışlanması haqqında bağlanılır: Barəsində saziş bağlanılan miras əmlak aşağıdakılardan ibarətdir – ƏMDK D ƏDRX 10 saylı Ərazi İdarəsi tərəfindən 14.03.2018-ci il tarixdə verilmiş RX-1258720 saylı Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən mərhuma məxsus olan 0,0393 ha. torpaq sahəsi və ümumi sahəsi 88,7 kv.m. olan yaşayış evindən. Söhbət gedən əmlak 17 mart 2018-ci il tarixdə verilmiş 2B-206 № ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onlara miras qalmışdır. Bu sazişə əsasən razılaşdırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mərhuma məxsus olan 0,0393 ha. torpaq sahəsi və ümumi sahəsi 88,7 kv.m. olan yaşayış evi bütövlüklə X15 mülkiyyətinə verilsin. Bu saziş vərəsəlik hüququ haqqında şəhadətnamə ilə birlikdə müvafiq qeydiyyatın aparılması üçün AR ƏMDK yanında DƏDRX 10 saylı ərazi idarəsinə təqdim olunmalıdır. Sazişin təsdiqi üçün xərclər bəxşiş alan tərəfindən ödən ilir. Azərbaycan Respublikası MM-nin 1274-1299 maddələrinin məzmunu tərəflərə izah olundu. Sazişin icrası, ona dəyişikliklər olunması və pozulması ilə bağlı mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə əsasən nizamlansın. Bu saziş dörd nüsxədən ibarət tərtib edilir, onlardan biri Lənkəran rayon notariat kontorunda saxlanılır, digərləri isə tərəflərə verilir”. Göstərilən 17.03.2018-ci il tarixli “Bağışlama Müqaviləsi”nin elə 5-ci bəndində artıq mübahisəni gələcəkdə araşdıracaq hakim üçün dəqiq qeyd edilmişdir ki, həmin saziş (müqavilə) Azərbaycan Respublikasının MM-nin 1274-1299 maddələrinin (yəni, AR MM-nin “Mirasın bölüşdürülməsi” adlı 71–ci fəslinin) hüquq normaları əsasında bağlanılmışdır. Həmçinin, həmin sazişin 6-cı bəndindəki “Sazişin icrası, ona dəyişikliklər olunması və po zulması ilə bağlı mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə əsasən nizamlansın” müddəası da onu nəzərdə tutur ki, həmin saziş üzrə mübahisələr də Azərbaycan Respublikasının MM-nin 1274-1299 maddələrinin (yəni, AR MM-nin “Mirasın bölüşdürülməsi” adlı 71–ci fəslinin) hüquq normaları əsasında həll edilməlidir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hazırda etibarlığı mübahisələndirilən sazişin tərəflərinin səlahiyyəti olmamışdır ki, həmin sazişin obyektini təşkil edən, vəfat etmiş X12 miras qalmış ünvan 1 ünvanda yerləşən mərhuma məxsus olan 0,0393 ha. torpaq sahəsi və ümumi sahəsi 88,7 kv.m. olan yaşayış evini və ya onun hansısa hissəsini kiməsə bağışlasınlar. Bir daha qeyd etmişdir ki, həmin evin hissəsinin bağışlanmasından ötrü onlar həmin hissəyə mü lkiyyət hüququnu təsdiq edən sənədlərini notariat orqanına təqdim etməli idilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 3) Üçüncüsü – Məhkəmənin diqqətinə çatdırır ki, hazırda məhkəmə mübahisəsinin predmetini təşkil edən, Lənkəran rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu X32 tərəfindən 17.03.2018-ci il tarixdə təsdiqlənmiş və “Miras payın bağışlanması Müqaviləsi” 3 (üç) nəfər aşağıdakı şəxslər: X34; Cavabdeh1 və Cavabdeh2 tərəfindən bağlanılmışdır. Həmin sazişin tərəflərinin siyahısından tamamilə yanlış təsəvvür yaranır ki, güya 08.07.1969-cu il tarixdə vəfat etmiş X21 (ondan miras qalmış əmlakın) yeganə qanun üzrə vərəsələri yalnız bu şəxslərdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən mərhum X21 (ondan miras qalmış əmlakın) daha bir qanun üzrə vərəsəsi xx.xx.2002-ci il təvəllüdlü nəvəsi İddiaçı olan o, (mərhum X21 17.07.2003-cü ildə vəfat etmiş oğlu X24 və rəsmi nikahlı gəlini Cavabdeh1 övladı) tamamilə qanunsuz və əsassız olaraq “qanun üzrə vərəsəlik Şəhadətnaməsində” qeyd edilməməklə miras əmlakın bölüşdürülməsindən kənarda saxlanılmışdır. Nəzərə alınsa ki, o, doğma X8na məxsus (miras qalmış) ünvan 1 ünvanda yerləşən, mərhuma məxsus olan 0,0393 ha. torpaq sahəsi və ümumi sahəsi 88,7 kv.m. olan yaşayış evində anadan olmuş və hal-hazıradək həmin evdə anası Cavabdeh1 ilə birlikdə yaşamaqdadır, bu halda o və anası Cavabdeh1 tərəfindən miras əm lakın faktiki qəbul etdiklərini heç bir şübhə olmadığından vərəsəlik işini aparan notarius tərəfindən iddiaçının vərəsəlik hüquqları şəksiz təmin edilməli və iddiaçının adı da vərəsəlik şəhadətnaməsində qeyd edilməlidir. Beləliklə, qüvvədə olan qanunvericilik tərəfindən hətta mayası bağlanılmış və ya təzə doğulmuş vərəsənin miras bölgüsündə payı hüququ qorunduğu halda yuxarıda göstərilən mübahisəli (etibarsız) saziş bağlanan zaman mərhum X21 16 (on altı) yaşlı vərəsəsi kimi iddiaçının - X19 miras qalmış əmlakın bölgüsündə vərəsə hüquqlarının təmin edilməməsi qanunvericiliyin kobud pozuntusu olduğundan, həmin pozuntu nəticəsində əldə edilmiş bütün sənədlər və razılaşmalar da qanunun tələblərinə zidd hazırlanmış (tərtib edilmiş) və hüquqi qüvvəsi olmayan hesab edilməlidirlər. Dördüncüsü –Lən kəran rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu X32 tərəfindən 17.03.2018-ci il tarixdə təsdiqlənmiş və “Miras payın bağışlanması Müqaviləsi”nin əlavəsi, ayrılmaz tərkib hissəsi və əsası kimi göstərilən və elə həmin notarius tərəfindən verilmiş 17.03.2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”də aşağıdakılar göstərilmişdir: “Mən, Lənkəran rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu X32 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, 08.07.1969-cu ildə ölmüş X36 vərəsəsi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 və onlar miras əmlakdan hər birinə 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: DƏDRX 10 saylı Ərazi İdarəsi tərəfindən 14/03/2018-ci il tarixdə X31 verilmiş **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 88,7 kv.m. olan daşınmaz əmlak (torpaq sahələrindən başqa) və DƏDRX 10 saylı Ərazi İdarəsi tərəfindən 14/03/2018-ci il tarixdə X31 verilmiş **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0393 ha. torpaq sahəsindən ibarətdir.” Göründüyü kimi, həmin “Şəhadətnamə”də göstərilən şəxslərin (vərəsələrin) siyahısından tamamilə yanlış təsəvvür yaranır ki, güya 08.07.1969-cu il tarixdə vəfat etmiş X21 (ondan miras qalmış əmlakın) yeganə qanun üzrə vərəsələri yalnız bu 3 (üç) nəfər şəxslər olduğundan onların hər birinə miras əmlakdan 1/3 hissədə pay düşür. Halbuki, yuxarıdakı mətndə tərəfindən məhkəmə nin diqqətinə çatdırılmışdır ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən 08.07.1969-cu il tarixdə vəfat etmiş X21 vərəsələrinə siyahısına qanunsuz olaraq o İddiaçı daxil edilməmişdir, halbuki, həmin miras əmlakı faktiki 2 (iki) nəfər qəbul etmişlərsə, onlardan biri anası - Cavabdeh1dır, digəri isə odur. Hesab edir ki, hazırda məhkəməyə təqdim edilmiş 17.03.2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”də vərəsələrin siyahısında qanunsuz olaraq 3 (üç) nəfərin göstərilməsi, həmçinin onların hər birinə miras əmlakdan 1/3 pay hissəsinin aid edilməsi qanunun tələbinə zidd olduğundan 17.03.2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” özü etibarsız sayılmalı və onun əsasında bağlanılmış faktiki mövcud olmayan həcmdə və sayda hansısa miras p aylarının bağışlanması müqaviləsi də şəksiz etibarsız sayılmalıdır. Belə ki, istənilən halda həmin şəxslərin hər birinə miras əmlakdan ¼ paydan artıq hissə aid edilə bilməzdir. Əslində isə, babasından miras qalmış əmlakda paylar ½ hissədə də yalnız ona və anası Cavabdeh1 aid edilməlidir. İddiaçı ərizəsində göstərmişdir ki, məhkəmə tərəfindən aparılmış ətraflı araşdırma nəticəsində iddia tələbində və hazırki müraciətində göstərilən faktiki hallar iddiaçı, həm də cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapmışlar. Bundan əlavə, hesab edir ki, hazırki iddia tələbi üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərdən bəzilərinin məhkəməyə müraciət ərizələri göstərməklə özlərinə çatası hesab etdikləri vərəsəlik paylarını Cavabdeh2 hədiyyə etmək niyyətində olduq ları barədə bildirdikləri mülahizələr məhkəmə tərəfindən nəzərə alınmamalıdır. Belə ki, həmin şəxslər miras əmlakı faktiki qəbul etməmiş və qəbul etmək üçün ötürülmüş müddətin bərpa edilməsini zamanında məhkəmədən müvafiq ərizə vasitəsilə xahiş etməmişlər. Həmçinin, həmin şəxslər məhkəməyə müvafiq müraciətləri etmək üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində nəzərdə tutulmuş ümumi iddia müddəti olan on il müddətini də ötürmüşlər. Ona görə də, mərhum X8 08.07.1969-cu il tarixdə vəfat etdikdən sonra ondan miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində vərəsəlik hüququnun tanınması, miras əmlakda iddiaçıya (İddiaçı Namiq qızına və anası Ca vabdeh1 aid olaraq, hər birinə onun 1/2 hissə ilə pay hüququnun müəyyən edilməsi, digər şəxslərin – yəni, X17 oglu, X37, Cavabdeh3, X26 və Cavabdeh2 miras əmlakı vaxtında qəbul etmədikləri üçün müddətin keçməsi ilə bağlı mirasdan imtinanın təsdiq edilməsilə bərabər həmin miras əmlaka verilmiş əvvəlki 17.03.2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin, 17.03.2018-ci il tarixli “bağışlama müqaviləsi”nin, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və yeni qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin onlara verilməsinə dair iddia tələbi üzrə aşağıdakı müst əqil tələblər irəli sürməyən üçüncü şəxslər: Sultanova (Mirzəyevə) Validə Əzizağa qızı, həmçinin, X42; Babayeva (Sultanova) Şəfəq Əlişan qızı; X30 və X43 tərəfindən özlərinə çatası hesab etdikləri vərəsəlik payını faktiki qəbul etmədikləri təqdirdə, həmin əmlakı qəbul etmək və həmin əmlak barəsində sərəncamverici addımlar atmaq hüquqlarının tanınmasından üçün ötürülmüş müddətin bərpa edilməsi barədə məhkəməyə müvafiq müraciət etməkdən ötrü Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində nəzərdə tutulmuş ümumi iddia müddəti olan on il müddətini ötürmüş hesab edilməsi, onların müraciətlərinə münasibətdə iddia müddəti tətbiq edilməsi və onların məhkəməyə etdikləri hazırki müraciətləri nəzərə alınmaması barədə ərizə ilə də məhkəməyə müraciət etmişdir. Bundan əlavə, məhkəmənin hazırki mərhələsində qərara gəlmişdir ki, məhkəmə araşdırmasında meydana çıxmış faktiki halları nəzərə almaqla iddia tələbinə müvafiq dəqiqləşdirmə etsin. Lənkəran Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov, iş № 2(049)-1463/2020) iddia təmin edilərək, ünvan 2 Notariat Ofisinin notariusu X32 tərəfindən təsdiq edilmiş 2V-206 reyestr nömrəli, 17 mart 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 3M-113 reyestr nömrəli, 17 mart 2018-ci il tarixli miras payın bağışlanma müqaviləsinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 04.06.2019-cu il tarixdə qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi, X21 miras əmlak k imi qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində İddiaçı vərəsəlik hüququnun tanınmaqla, həmin əmlak üzərində İddiaçı 1/6 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh3 1/3 hissə və Cavabdeh2 1/3 hissə paylarının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 08.07.1969-cu il tarixdə ölmüş, mərhum Əzizağa Mirzəyevə məxsus olan miras əmlak – ünvan 5 ünvanda yerləşən 0,0393 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evi üzərində Cavabdeh3, X38 və Cavabdeh2 qanun üzrə bərabər payda vərəsəlik hüququ yaranmışdır. Məhkəmə mərhum Əzizağa Mirzəyevin övladı Validə Mirzəyevanın vərəsələri X46, X43 və X 23 miras əmlakdan ona çatası paydan xalaları, hazırki iş üzrə Cavabdeh2 xeyrinə imtina etmələri barədə ərizələrinə də qiymət verərək hesab edir ki, həmin ərizələr hazırki vaxtda tərəflər üçün hər hansı hüquqi nəticə doğurmur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Validə Mirzəyeva uşaq yaşlarından hazırda mübahisə predmeti olan fərdi yaşayış evində yaşamamış, bibisi ilə birlikdə başqa evdə yaşamış və həmin evdə olarkən də ailə həyatı qurmuşdur. Faktiki olaraq qeyd olunan miras əmlakı qəbul etməmişdir. Belə olan təqdirdə mərhum Validə Mirzəyevanın vərəsələri X46, X43 və X23 mübahisəli miras əmlakdan Cavabdeh2 xeyrinə imtina etmələri barədə ərizələri hüquqi əhəmiyyət kəsb etmir. İddiaçı və Fərqanə Mirzəzadə mərhum Natiq Mirzəyevin vərəsəsi olduğundan və Natiq Mirzəyev 200 3-cü ildə vəfat etdiyindən həmin hala miras qoyanın vəfat etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri baxımından da qiymət verilməlidir. X38 miras əmlakı qəbul etdikdən sonra öldüyündən onun payı müvafiq olaraq vərəsələri Cavabdeh1 və İddiaçı keçmişdir. ünvan 2 Notariat kontoru tərəfindən 17.03.2018-ci il tarixdə verilmiş 2V-206 reyestr nömrəli «qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»dən isə müəyyən olunur ki, qeyd olunan miras əmlak üzərində Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qanun üzrə vərəsə olması müəyyən edilsə də, həmi dövrdə yetkinlik yaşına çatmayan İddiaçı vərəsəlik hüququ tanınmamışdır. Halbuki, vərəsə X33 Mirzəzadə xx.xx.2002-ci il tarixdə doğulmuş, Natiq Mirzəyev isə 17.07.2003-cü il tarixdə vəfat etmişdir. «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»si verildiyi zaman İddiaçı 16 yaşı, yəni yetkinlik yaşına çatmayan şəxs olmasına baxmayaraq, həmin miras əmlakı onun adından himayəçisi Cavabdeh1 qəbul etmək hüququ var idi. Lakin həmin hallar notarius tərəfindən kifayət qədər araşdırılmamışdır. Nəticədə İddiaçı vərəsəlik hüququndan məhrum olmuşdur. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 102-ci bəndinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi h aqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Vərəsəlik işinin təsdiq olunmuş surətindən görünür ki, notarius İddiaçı mübahisəli miras əmlak olan fərdi yaşayış evində yaşamasını və mərhum Əzizağa Mirzəyevin vərəsəsi olan Natiq Mirzəyevin vərəsəsi olmasını müəyyən etsə də qanun üzrə vərəsəlik hüququ haqqında Şədahətnamə verildiyi zaman onun miras əmlak üzərində payını müəyyən etməmişdir. Qeyd olunanlara əsasən ünvan 2 Notariat kontoru tərəfindən 17.03.2018-ci il tarixdə verilmiş 2V-206 reyestr nömrəli «qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə» İddiaçı vərəsəlik hüququ gözlənilmədən verildiyindən öz özlüyündə etibarsız hesab edilməlidir. «17.03.2018-ci il tarixli bağışlama müqaviləsinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi» qiymət verərək, hesab edir ki, 13.03.2018-ci il tarixli miras əmlakın bağışlanması müqaviləsi etibarsız hesab olunan 17.03.2018-ci il tarixdə verilmiş 2V-206 reyestr nömrəli «qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə» əsasında, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li (**********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) dövlət reyestrindən Çıxarış isə 13.03.2018-ci il tarixli miras əmlakın bağışlanması müqaviləsi əsasında v erildiyindən həmin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li (**********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) dövlət reyestrindən Çıxarış və 13.03.2018-ci il tarixli miras əmlakın bağışlanması müqaviləsi də etirbarsız hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov, iş № 2(106)-1843/2021) Cavabdeh2 və üçüncü şəxs a qızı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1463/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirilmə apararaq hesab edir ki, Ə.Mirzəyevin ölümündən sonra onun 7 övladı qalmışdır ki, onlar da onun birinci növbəli vərəsələridirlər. Onlardan yalnız miras əmlakın qəbul edilməsindən ötrü Süleymanova (Mirzəyeva) Alimə Əzizağa qızı, Cavabdeh2 və X38 miras əmlakı faktiki idarə etməklə qəbul etmiş, digər vərəsələr miras əmlakı nə faktiki qəbul etmiş, nə də miras əmlakın qəbul edilməsindən notariat kontoruna müraciət etməmişlər. Miras əmlakın qəbul edilməsinə dair və hazırda mübahisələndirilən 17.03.2018-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilərkən də məhz həmin şəxslər tərəfindən miras əmlakın qəbul edilməsi göstərilmişdir ki, həmin xüsusat, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə hazırki iddia üzrə iddiaçı tərəfindən mübahisələndi rilməyənə kimi, həmin şəhadətnamə ilə əmlak payları tanınan, vərəsələr, həmçinin digər vərəsələr tərəfindən mübahisələndirilməməsi həmin miras əmlakın yalnız həmin şəxslər (Süleymanova (Mirzəyeva) Alimə Əzizağa qızı, Cavabdeh2 və X38) artıq qəbul edildiyi qənaətini qaçılmaz edir. Həmin vərəsələrdən N.Mirzəyev 17.07.2003-cü il tarixdə miras əmlakı faktiki qəbul etsə də, adına rəsmiləşdirmədən vəfat etmişdir. O, vəfat edərkən onun iki vərəsəsi, yəni İddiaçı və Cavabdeh1 olmuşdur. Miras əmlak qəbul edildiyi andan onların mülkiyyəti hesab edilməsinə baxmayaraq, miras əmlak üzərində hüquqlarını realizə edərkən, yəni dövlət qeydiyyatını rəsmiləşdirilərkən artıq N.Mirzəyev vəfat etdiyindən, onun qəbul etdiyi miras əmlakı üzərində hüquqları vərəsələrinin adına onların paylarına uyğun rəsmiləşdir ilməklə realizə edilməli idi. Ə.Mirzəyevdən miras əmlak kimi qalmış torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi onun 7 vərəsəsindən yalnız 3 vərəsə tərəfindən faktiki olaraq qəbul edilməklə idarə edilmişdir. Həmin vərəsələrin miras əmlakı qəbul etmələri hazırki iddia tələbi irəli sürülənə kimi və hazırda mübahisə predmeti təşkil edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə həmin şəxslərin, o cümlədən digər vərəsələrin tərəfindən mübahisələndirilməməsi ilə təsdiq edilir. Həmin şəhadətnamə verilərkən miras əmlakı qəbul edən vərəsələrdən N.Mirzəyevin vəfat etməsi ilə əlaqədar onun varisləri olan şəxslər ona çatan miras əmlakda olan paydan pay haqqlarını almaq hüquqları yaranmışdır. Lakin vərəsələrdən Cavabdeh1 N.Mirzəyevin yeganə vərəsəsi kimi 1/3 hissədə pay almışdır. Halbuki N.Mirzəyevin iki vərəsəsi olmuş, onlardan İddiaçı həmin şəhadətnamə verilərkən yetkinlik yaşına çatmayan şəxs olmaqla məhdud fəaliyyət qabiliyyətli olsa da, N.Mirzəyevin vərəsəsi kimi qeyd edilməklə ona çatan payı müəyyən edilməli və qanuni nümayəndəsi vasitəsi ilə alması təmin edilməli idi. İddiaçı anası Cavabdeh1 N.Mirzəyevə çatası payın tam əldə edilməsinə İddiaçı də maraqlarının təmin edilməməsi anlamına ona görə uyğun hesab edilə bilməz ki, həmin əmlakı vərəsəlik qaydasında qəbul edildikdən sonra müvafiq şəhadətnamə onların hüquqlarının və qanuni mənafelərinin qorunmasının təmin edilməsindən ötrü müvafiq qəyyumluq və himayəçilik orqanına göndərilməli idi. Bu ona görə zəruridir ki, yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsənin həmin miras əmlakda payı üzə rində hər hansı onun mənafeyinə ziddi hərəkət edilməsinin qarşısı alınsın. Yetkinlik yaşına çatmayan şəxsin adından hərəkət edən şəxs onun mənafeyinə zidd, hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətlərin edilməsi çəkindirilsin. 17.03.2018-ci il tarixli 2V-206 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələblərinin pozulmaqla, İddiaçı vərəsəlik hüququ gözlənilmədən verildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq etibarsız hesab edilməsi qənaətinə gəlmişdir. 17.03.2018-ci il tarixli 2V-206 reyestr nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi tələbindən asılı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunvericiliyin tələblərinin pozulması ilə verildiyi müəyyən edildiyindən, birinci instansi ya məhkəməsi haqlı olaraq həmin şəhadətnamənin hüquqi nəticəsi olaraq verilmiş, hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməklə X21 miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha. torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m. olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində İddiaçı vərəsəlik hüququ tanınmaqla, həmin əmlak üzərində İddiaçı 1/6 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh3 1/3 hissə və Cavabdeh2 1/3 hissə payları müəyyən edilməli olması qənaətinə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 2(106)1843/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün təkrar apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Üçüncü şəxs a qızı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)1843/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işi təkrar apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hər iki kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə eyni olm uşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasın a dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 və üçüncü şəxs a qızı kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdirlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. 01.09.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Məcəlləsinin (01.03.1965-ci ildə qüvvəyə minm iş) Respublikası Mülki 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş e`lan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinin 1-ci bəndinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbədə vərəsə hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinin 2-ci bəndinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. 554-cü maddəsinin 1-ci bəndinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. 554-cü maddəsinin 2-ci bəndinə əsasən ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında q eydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2-ci maddəsinə görə bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 337.1-cci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cüm maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir. 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri va sitəsilə qəbul edirlər. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 100-cü bəndinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsi ilə qəbul edirlər. Bu şəxslərin adından müvafiq ərizələr onları təmsil edən həmin şəxslər tərəfindən yazılır və notariat qaydasında təsdiq edilir. Bu halda notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə qəyyumluq və himayə orq anına məlumat verməlidir (vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini göndərməlidir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə eyni olmuş və müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi hər bir dəlili araşdırmış və işdən olan sübutlarla birlikdə qarşılıqlı olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni ə sas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 və üçüncü şəxs a qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1843/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-942/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-942/2022
01.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver