Məhkəmə qərarları › İş №2(102)-943/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-943/2025

11.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-943/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Gəncə şəhəri 1 saylı notariat ofisinə, Gəncə şəhəri 5 saylı notariat ofisinə, Gəncə şəhəri 6 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, qeydiyyatların ləğvi, miras əmlakın əvvəlki vəziyyətinə qaytarılması, miras əmlaka vərəsəlik hüququnun tanınması, mirasın faktiki qəbulu, miras əmlaka payların müəyyən edilməsi, bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrdən irəli gələn qeydiyyatların ləğvi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(104)1827/2024 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanda yerləş ən sahəsi 44,8 kv.m olan 2 yaşayış otağından ibarət yaşayış evi 1 (tikilisi, bir hissəsi) X15 mülkiyyətində olmuşdur.

2. İddiaçılar X15 nəvələri, yəni oğlu Həsənov Hətəm Dilənçi oğlunun övladlarıdırlar.

3. Cavabdeh4 isə X15 qızı X4 (X5) övladıdır. 4. 22 avqust 1977-ci il tarixli vəsiyyətnaməyə əsasən, X18 vəfatı günü ona məxsus olan bütün əmlakını, həmin əmlakının harada və nədən ibarət olmasından asılı olmayaraq bərabər surətdə arvadı X8 və qızı X9 vəsiyyət etmişdir.

5. X18 27 iyul 1986-cı ildə, arvadı X11 20 fevral 1991-ci ildə ölmüşlər.

6. Gəncə şəhər 7 saylı dövlət notariat kontorunda 2V-1-87 reyestr nömrə ilə qeyd edilmiş, 02 sentyabr 2002-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 27 iyul 1986-cı ildə vəfat etmiş X15 vərəsəsi qızı X10r. Miras əmlak ünvan 3, 450 kv.m torpaq sahəsində yerləşən: Tikili “A”- 44,8 kv.m iki yaşayış otağı və 36,4 kv.m köməkçi sahədən ibarət miras evdən ibarətdir.

7. Həsənov Hətəm Dilənçi oğlu 21 sentyabr 2021-ci ildə ölmüşdür. 8. 19 dekabr 2021-ci il tarixli müqavilə ilə X12 qeyd olunan fərdi yaşayış evini qızı Cavabdeh4 bağışlamışdır. 9. 13 iyun 2022-ci il tarixli müqavilə ilə Cavabdeh4 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini və onun yerləşdiyi 0,045 ha torpaq sahəsini Cavabdeh5 38000 manata satmışdır.

10. X12 01 mart 2023-cü il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Gəncə şəhəri 1 saylı notariat ofisinə, Gənc şəhəri 5 saylı notariat ofisinə, Gəncə şəhəri 6 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına verilmiş Gəncə şəhəri 7 saylı notariat ofisinin 02 sentyabr 2002-ci il tarixli, 2V-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi; Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X5 adına verilmiş 03 sentyabr 2002-ci il tarixli, 21446 reyestr nömrəli qeydiyyat vəsiqəsinin, həmçinin onun əvəzinə Azərbaycan Respublikası Əmlak Məsə lələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş 21 iyun 2019-cu il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; iddiaçıların X1ndan miras qalan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin miras açılan zaman mövcud olmuş vəziyyətə qaytarılması; həmin miras əmlaka ataları Həsənov Hətəm Dilənçi oğlunun vərəsəlik hüququnun tanınması; həmin miras əmlakın ataları Həsənov Hətəm Dilənçi oğlu tərəfindən miras açılan vaxt faktiki qəbul edilməsi halının müəyyən edilməsi; Həsənov Hətəm Dilənçi oğlundan miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən onun miras payına m ünasibətdə iddiaçıların mirasın faktiki qəbul edilməsi halının müəyyən edilməsi; X1ndan miras qalmış ünvan 3 ünvanında yerləşən yaşayış evindən ataları Həsənov Hətəm Dilənçi oğlunun miras payının müəyyən edilməsi; Həsənov Hətəm Dilənçi oğlundan miras qalmış ünvan 3 ünvanında yerləşən yaşayış evindən onun miras payına münasibətdə iddiaçıların miras paylarının müəyyən edilməsi; X13 ilə Cavabdeh4 arasında Gəncə şəhəri 1 saylı notariat ofisində bağlanmış 19 dekabr 2021-ci il tarixli, 4Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh4 Fəxrəddin qızının adına verilmiş 30 dekabr 2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Cavabdeh4 ilə Cavabdeh5 arasında Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış 13 iyun 2022-ci il tarixli, 4Ə-640 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh5 adına verilmiş 22 iyun 2023-cü il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və iddia ərizəsinin ve rilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh4 iddiaçıların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Daha sonra iddiaçıların vəkili, eyni zamanda İddiaçı2 və İddiaçı4 etibarnamə üzrə nümayəndəsi Vəkil2 məhkəməyə ərizə verərək 02 sentyabr 2002-ci il tarixli, 2V-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə, qeydiyyatların ləğvinə, miras əmlakın əvvəlki vəziyyətinə qaytarılmasına, miras əmlaka vərəsəlik hüququnun tanınmasına, mirasın faktiki qəbulunun, miras əmlaka payların müəyyən edilməsinə, xx.xx.2021-ci al tarixli 4Ə-228 reyestr nömrəli bağışlanma müqaviləsinin və xx.xx.2022-ci il tarixli 4Ə-640 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin müqavilələrdən irəli gələn qeydiyyatların ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin yeni mülkiyyətçisi Cavabdeh5 tərəfindən dekabr 2023-cü il tarixdə iddiaçılara qarşı Gəncə Şəhər Məhkəməsində fərdi yaşayış evindən çıxarılma və evə köçürülməyə dair iddia qaldırılmışdır. Bundan sonra vəkil sorğusuna əsasən müəyyən edilmişdir ki, bibiləri X12 tərəfindən saxta sənədlərdən istifadə edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edilmiş, hazırda yaşadıqları fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında ona keçmişdir. Vərəsəlik işi üzrə notariat sənədlərinə baxdıqda vərəsəlik işinin qanunvericiliyin pozulması ilə və saxta sənədlərdən istifadə edilməklə aparıldığını görmək olar. Belə ki, vərəsəlik işi ndən görünür ki, iddiaçıların babaları X18 vəfat etməzdən bir neçə il öncə, yəni 27 avqust 1977-ci il tarixdə notariusda vəsiyyətnamə yazaraq ona məxsus bütün əmlakı bərabər surətdə arvadı X8 və qızı X9 vəsiyyət etmişdir. Vərəsəlik işində olan mirasın qəbul edilməsinə dair 01 sentyabr 2002-ci il tarixli ərizəyə baxdıqda görmək olar ki, bibiləri X12 babalarından qalan mirası qəbul edərkən ərizədə özündən başqa vərəsə olmadığını qeyd etmişdir. Vərəsəlik işində olan “Evlər üçlüyü” tərəfindən verilmiş 27 avqust 2002-ci il tarixli arayışda qeyd edilmişdir ki, X12 həqiqətən ünvan 3 ünvanında yaşayır və mərhumlar 1986-cı il də vəfat edən X15 və 1991-ci ildə vəfat edən X6 X3 başqa varisləri yoxdur. Daha sonra vərəsəlik işinə babalarının və nənələrinin ölüm haqqında şəhadətnamələri əlavə edilmiş və yekunda X9 fərdi yaşayış evinə dair 02 sentyabr 2002-ci il tarixli, 2V-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Babalarının vərəsəlik işinə dair notariat işinin sənədlərinə baxdıqda vərəsəlik işinin qanunvericiliyin pozulması ilə və saxta sənədlərdən istifadə edilməklə aparıldığı müəyyən olunur. X15 və X6 iki övladı olduğu halda bibiləri tərəfindən mirasın qəbul edilməsinə dair ərizədə yalan məlumat verilərək və vərəsəlik işinə saxta arayış əlavə edilərək guya onların X3 başqa varislərinin olmadığı qeyd edilmişdir. Yəni ataları Həsənov Hətəm Dilənçi oğlunun adı vərəsəlik işində olan heç bir sənəddə keçməmiş və bununla da ataları qanunsuz olaraq mirasdan kənar buraxılmışdır. Halbuki, ataları Həsənov Hətəm Dilənçi oğlu kiçik yaşlarından vəfat etdi yi (21 sentyabr 2021-ci il) tarixədək öz valideynlərinə məxsus ünvan 3 ünvanında yerləşən evdə qeydiyyatda olmaqla yaşamışdır. Mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi babaları X15 və X1nın birgə nikahları dövründə tikildiyi və mülkiyyətə alındığı üçün onların birgə mülkiyyəti olmuşdur. Belə olduğu halda fərdi yaşayış evinin 50%-i (1/2 hissəsi) babalarına, 50%-i (1/2 hissəsi) isə nənələrinə məxsus olmuşdur. Deməli, babaları əmlakdan özünə düşən payı, yəni 50%-ni (1/2 hissəsini) arvadına və qızına vəsiyyət etmişdir. X1 babaları X15 vəfat etməsindən 5 il sonra vəfat etsə də, nənələrinin vəfatında sonra vərəsəlik işi açılmamış və heç bir notarial hərəkət edilməmişdir. Notarius ancaq babalarının vərəsəlik işinə onun ölümü haqqında şəhadətnamə əlavə etməklə kifayətlən mişdir. Halbuki, babalarının vəfatından sonra onun vəsiyyətnaməsini nəzərə alaraq nənələrinə və bibilərinə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında mülkiyyət hüququnu təsdiq edən sənəd verilməli idi. Göründüyü kimi, birgə nikah dövründən fərdi yaşayış evinin yarısı (1/2 hissəsi), həmçinin babalarının vəsiyyəti üzrə də əlavə pay nənələrinə məxsus olduğu halda (fərdi yaşayış evinin 75%-i) vərəsəlik işi açılmamışdır. Ataları Həsənov Hətəm Dilənçi oğlu anası X6 qanun üzrə vərəsəsi olduğunu və ondan qalan mirası faktiki qəbul etdiyini nəzərə alaraq vərəsəlik işində onun öz miras payından imtina və payının bacısı (bibiləri) X9 verilməsi barədə notarial qaydada təsdiqlənmiş ərizəsi olmalı idi. Lakin vərəsəlik işində belə bir ərizə yoxdur, çünki ataları öz miras payından imtina etməmişdir. Vərəsəlik işində olan arayışda qeyd edilmişdir ki, X12 həqiqətən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Bibiləri babaları həyatda olduğu vaxtdan ailə həyatı quraraq başqa evə köçmüş və ömrünün sonunadək orada yaşamışdır. Vərəsəlik işində olan sənədlərə nəzər yetirdikdə görünür ki, ünvan 3 ünvanında yerləşən evə dair babalarının mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi o vəfat etdikdən 16 il sonra verilmişdir. Ataları Həsənov Hətəm Dilənçi oğlu öz anasının (nənələri) qanun üzrə birinci növbə vərəsəsi olmuş və onun ölümündən sonra fərdi yaşayış evi üzrə ona çatası payı faktiki olaraq qəbul etmişdir. Belə ki, ataları kiçik yaşlarından vəfat etdiyi 21 sentyabr 2021-cil tarixinədək ünvan 3 ünvanında yerləşən evdə yaşamış, ailə həyatı qurmuş, həmin evdə təsərrüfat aparmışdır. Vəfat edərkən də onun yas mərasimi həmin evdə keçirilmişdir. Çünki həm atalarının, həm də iddiaçıların başqa evləri olmamışdır. Bundan əlavə, o dövrdə həmin evin bütün kommunal ödənişləri atalarının adına olmuş və həmin ödənişlər onun tərəfindən edilmişdir. İddiaçılar ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində anadan olmuş, böyümüş, ailə qurmuş və İddiaçı4 istisna olmaqla ailə üzvləri ilə birgə həmin evdə yaşayırlar. Ataları vəfat etdikdən sonra iddiaçılar fərdi yaşayış evində yaşamaqla, bütün kommunal ödənişləri ödəməklə, həmçinin həmin evə faktiki sahiblik etməklə atalarından miras qalan payı faktiki qəbul etmişlər. Ataları Həsənov Hətəm Dilənçi oğlunun fərdi yaşayış evi üzrə qanuni vərəsə qismində miras payı ola-ola onun iradəsinə zidd olaraq bibiləri X9 02 sentyabr 2002-ci il tarixli, 2V-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında tam mülkiyyət hüququ ilə 03 sentyabr 2002-ci il tarixli, 21446 reyestr nömrəli qeydiyyat vəsiqəsi, daha sonra isə qeydiyyat vəsiqəsi əvəzində 21 iyun 2019-cu il tarixli, **********13-10301 reyestr nömrəli, ********** (qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, onların fərdi yaşayış evi üzrə atalarından qalan miras payları ola-ola, həmçinin həmin evdə qeydiyyatda olmalarına baxmayaq, razılıqları alınmadan Gəncə şəhəri 1 saylı notariat ofisində 19 dekabr 2021-ci il tarixli, 4Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh4 bağışlamışdır. Cavabdeh4 isə ona bağışlanmış fərdi yaşayış evini yenə də notariat qaydada razılıqları alınmadan Gəncə şəhəri 5 saylı notariat ofisində 13 iyun 2022-ci il tarixli, 4Ə-640 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satmışdır. Göründüyü kimi, mülki qanunvericiliyin tələbləri kobud pozularaq fərdi yaşayış evi barədə sərəncamlar verilmişdir. Fərdi yaşayış evinin Cavabdeh4 bağışlanması onlara 2023-cü ilin mart ayında, daha dəqiq onun tərəfindən onlara qarşı Gəncə İnzibati Məhkəməsində “yaşayış yeri üzrə qeydiyyatdan çıxarma tələbinə dair” iddia qaldırılması zamanı məlum olmuşdur. Ataları Həsənov Hətəm Dilənçi oğlu savadsız olduğundan hazırda yaşadıqları ünvan 3 ünvanında yerləşən evdən anası X2 qanun üzrə vərəsəsi qismində ona miras payı qalmasından xəbərsiz olmuşdur. Belə ki, babaları X18 tərəfindən hazırda yaşadıqları evin bibilərinə vəsiyyət edilməsi və bunun nəticəsində həmin evin rəsmi qaydada bibilərinin adına keçməsi atalarına sonrakı illərdə məlum olmuş (bibiləri özü atalarına bildirmiş) və hesab etmişdir ki, dövlət tərəfindən evə dair ona rəsmi sənəd verilibsə, deməli həqiqətən də həmin ev atası tərəfindən bacısına vəsiyyət edilmişdir. Lakin həmin evin saxta sənədlər əsasında bibilərinin adına keçməsindən, ona da miras payı qalmasından və həmin payı qanuni vərəsə qismində faktiki qəbul etməsindən xəbərsiz olmuşdur. Onlar da savadsız olduqlarından atalarından yaşadıqları evdən miras payı qalmasından və həmin payı qanuni vərəsə qismində qəbul etdiklərindən xəbərsiz olmuşlar. Ataları yaşadığı vaxtlarda həmin evdə qalması müqabilində bibilərinə ödənişlər etmiş, ataları rəhmətə getdikdən sonra isə onlar həmin evdə yaşamaq müqabilində ödənişlər etmişlər.

14. Birinci instansiya məhkəməsində Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi, Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, iddia müddəti ötürüldüyündən iddianın təmin olunmamasını xahiş etmişdir.

15. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2129/2024 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar miras açılan vaxtdan atalarının və özlərinin həmin evdə yaşamaqla mirasda paylarının olmasını iddia etsələr də, ataları tərəfindən miras əmlakın faktiki qəbul edilməsi barədə hər hansı sübut təqdim etməmişlər. Belə ki, iddiaçıla rın özləri də bibiləri tərəfindən miras əmlakın 2002-ci ildə əldə edilməsi zamanı atalarının da bununla razılaşmasını, bunu mübahisələndirməməsini və orada yaşadıqları dövrdə 200-250 manat kirayə haqqı ödədiklərini qeyd etmişlər. Bununla yanaşı iddiaçıların özləri də mübahisələndirilən miras əmlakın 2002-ci ildən bibiləri tərəfindən əldə edildiyini bildirdikləri halda, keçən müddət ərzində 22 il müddətində mübahisələndirməmişlər. Halbuki, mirasın qəbulundan bəhs edən qanunvericiliyin tələbindən görünür ki, vərəsə, mirası faktiki olaraq o halda qəbul etmiş sayılır ki, faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin. İddiaçıların kommunal xidmətlərinin onlar tərəfindən ödənilməsinə dair göstərdikləri dəlillərə qiymət verərək məhkəmə qeyd edir ki, kommunal xidmətlərin onlar tərə findən ödənilməsi onların orada yaşamaları zərurətindən əmələ gəlmişdir. Yəni, kirayə haqqı ödəməklə yaşamışlar. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Mülki Məcəlləsinin 552-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88, 117, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 30 oktyabr 2024-cü il tarixli, 2(104)-1827/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər L.Süleymanov və T.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X18 xx.xx.1986-cı öldüyündən mübahisəli münasibətlərə 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1965-ci il redaksiyasında) normaları tətbiq edilməlidir.

21. Məhkəmə izah etmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hü quqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir.

22. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar).

23. Apellyasiya kollegiyası hesab etmişdir ki, hazırkı halda iddiaçılar babalarından qalmış mirası atalarının qanunla müəyyən edilmiş müddətdə qəbul etdiyini təsdiq edən sübut təqdim etmədiyinə, həm də ataları mirasın bütövlükdə bacısı X7 adına sənədləşdirildiyini, yəni bacısı X14 tərəfindən miras əmlak olan mübahisəli ünvandakı fərdi yaşayış evinə bütövlükdə vərəsəlik hüquq haqqında şəhadətnamə aldığını bildiyi və bunu mübahisələndirmədiyi, əksinə həmin evdə yaşadığına görə bacısına hər ay kirayə haqqı ödədiyindən iddiaçıların ataları Həsənov Hətəm Dilənçi oğlu tərəfindən mirası faktiki qəbul etməsi halına istinad etmələri əsaslı sayıla bilməz.

24. Məhkəmə gəldiyi nəticəni 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Mülki Məcəllənin 532, 537, 552-ci, hazırda qüvvədə olan Mülki Məcəllənin 1272-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

25. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(104)1827/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 552-ci, Mülki Məcəllənin 222.1, 222.2, 222.4, 667.1, 1243.2, 12433, 1255, 1272-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 88, 220.4-cü maddələri pozulmuşdur.

27. Belə ki, mərhum Həsənov Hətəm Dilənçi oğlu anasının qanun üzrə birinci növbə vərəsəsi olmuş və onun ölümündən sonra ünvan 3 ünvanında yerləşən evdən özünə çatası payı faktiki olaraq qəbul etmişdir. Belə ki, mərhum Hətəm Həsənov azyaşl ı olduğu vaxtlarından vəfat etdiyi tarixədək bu evdə yaşamış, ailə həyatı qurmuş, həmin evdə təsərrüfat aparmışdır. Hətəm Həsənov vəfat etdikdən sonra da onun övladları olan iddiaçılar fərdi yaşayış evində yaşamağa davam etməklə, bütün kommunal ödənişləri ödəməklə, həmçinin həmin evə faktiki sahiblik etməklə atalarından onlara qalan miras payını faktiki qəbul etmişlər. Mübahisəli fərdi yaşayış evindən iddiaçıların mərhum atalarından qalan miras paylarının mövcud olmasına, həmçinin həmin evdə qeydiyyatda olmalarına baxmayaq, notarial qaydada razılıqları alınmadan fərdi yaşayış evi Gəncə şəhəri 1 saylı notariat ofisində 19 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh4 bağışlamışdır. Cavabdeh4 isə ona bağışlanmış Fərdi yaşayış evini yenə də iddiaçılar ın notariat qaydada razılıqları alınmadan Gəncə şəhəri 5 saylı notariat ofisində 13 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satmışdır. İddiaçıların bibisi tərəfindən bağışlanmış Fərdi yaşayış evi həm mərhum Hətəm Həsənovun, həm də iddiaçıların vərəsəlik hüququ ilə məhdudlaşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 1272cimaddəsinə istinadı doğru olmamışdır. Belə ki, həmin maddənin tələbindən də göründüyü kimi, mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisələr üzrə iddia müddətindən bəhs edilir. Hazırkı halda isə miras payı həm mərhum Həsənov Hətəm Dilənçi oğlu, həm də övladları tərəfindən faktiki qəbul edilmişdir.

28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğu n olaraq yazılı icraat qaydasında baxılmışdır.

29. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri

30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müə yyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçılar tərəfindən bütövlüklə mübahisələndirildiyindən hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

32. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyə tçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

33. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin validey nləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1272-ci maddəsinə əs asən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, miras əmlakın iddiaçılar bibisi olan Sahibiya Talıbova tərəfindən 02 sentyabr 2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qəbul edilməsi, mülkiyyət hüququnun rəsmiləşdirilməsi və iddiaçıların atalarının bundan xəbəri olmaqla, mübahisəli evdə yaşamaq üçün kirayə pulu ödəməsi işin məhkəmələr tərəfindən müəyyən olunan hallarıdır.

38. Belə olan halda, iddiaçıların ataların ın mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş mülki qanunvericiliklə müəyyən olunan qaydada mirası qəbul etməsi məhkəmələr tərəfindən müəyyən olunmadığı üçün iddiaçıların həmin əmlaka miras paylarının müəyyən edilməsinə dair tələbin əsassız olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

39. İddiaçıların atası Hətəm Həsənovun mübahisəli evdə yaşamaqla, mirası faktiki qəbul etməsindən ibarət kassasiya şikayətinin dəlili əsassızdır.

40. Belə ki, iddiaçıların ataları sağlığında mübahisəli əmlakın bacısının mülkiyyətinə keçməsini bilmiş, buna etiraz etməmiş və həmin əmlakda özünün də vərəsəlik hüquqlarını olmasını iddia etməmişdir.

41. Hətəm Həsənovun evdə yaşaması özü-özlüyündə onun mirası qəbul edilməsi kimi qiymətləndirilməməlidir.

42. Belə ki, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinə görə, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başlamaqla da, mirası qəbul etmiş hesab olunur.

43. Lakin, mirasın qəbul edilməsi birtərəfli əqd olmaqla, buna mirası qəbul etmiş şəxsin iradəsi olmalıdır. İddiaçıların ataları mübahisəli evdə yaşasa da, ona görə kirayə pulu ödəməsi ona dəlalət edir ki, o, mirası qəbul etmək niyyətində olmamış, əmlakı bacısının mülkiyyətində olmasını qəbul etmişdir.

44. Həmçinin, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Mülki Məcəllənin 1272-ci maddəsini də hazırkı mübahisəyə tətbiq etmişdir. Belə ki, Sahibiya Talıbovaya miras əmlaka dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 02 sentyabr 2002-ci il tarixdə verilmiş, qüvvədə olan Mülki Məcəllə nin 1272-ci maddəsi ilə nəzərdə tutulmuş müddət ərzində iddiaçıları ataları mirasın qəbul edilməsi barədə mübahisə açmamışdır.

45. Mübahisəli fərdi yaşayış evinə iddiaçıların vərəsəlik və bundan irəli gələn mülkiyyət hüquqları məhkəmələr tərəfindən müəyyən olunmadığından, həmin əmlaka dair bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab olunmasına dair tələb də əsassız olmuşdur.

46. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. K assasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(104)-1827/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar