Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-945/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 qəyyumu İddiaçı2 Cavabdeh1, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Sumqayıt “Asan” Xidmət Mərkəzində notariat kontoruna və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılaraq uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(105)-93/2021 nömrəli qərardadından cavabdehin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakılar müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(060)-8702/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Sumqayıt “Asan” Xidmət Mərkəzinin notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 02 mart 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüqu qu haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Sumqayıt şəhəri, 10-cu mikrorayon, 9 saylı evin 47-ci mənzilinə dair cavabdehin Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın ləğv edilməsi, mərhum Dadaşov Əlihüseyn İsaq oğlundan miras qalmış "xxxx" QSC-nin Sumqayıt filialında cari hesabda olan 288,23 ABŞ dolları, əmanət hesabında olan 21000 ABŞ dolları pulun və Sumqayıt şəhəri, 10-cu mikrorayon, 9 saylı evin 47-ci mənzilindən mərhuma məxsus olan hissənin İddiaçı1 tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilməklə, uzadılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2(105)-1308/2019 nömrəli qətnaməsi ilə Cavabde h1 apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(060)-8702/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli, 2(102)-5831/2019 nömrəli qərarı ilə İddiaçı1 qəyyumu İddiaçı2 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2(105)-1308/2019 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(105)-93/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2018-ci il tar ixli, 2(060)-8702/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 hüquqi varisi Səfərova Kəklik Gülhəsən qızı 11 oktyabr 2021-ci il tarixdə kassasiya şikayəti vermiş, həmçinin buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(105)-93/2021 nömrəli qərardadı ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) Cavabdeh1 hüquqi varisi Səfərova Kəklik Gülhəsən qızı tərəfindən verilmiş ərizə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(105)93/2021 n ömrəli qətnaməsindən kassasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmiş və kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri Cavabdehin hüquqi varisi Səfərova Kəklik Gülhəsən qızı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(105)-93/2021 nömrəli qərardadının ləğv edilməsi, kassasiya şikayəti vermək üçün prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsi və kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, kassato r 03 sentyabr 2021-ci il tarixdən 06 oktyabr 2021-ci il tarixədək Masallı rayonu X2 kənd sahə xəstəxanasında ambulator müalicədə olmuş, bu səbəbdən kassasiya şikayətinin verilməsi müddətini üzrlü səbəbdən ötürmüşdür. Məhkəmə proseslərində nümayəndəsi və vəkilindən narazı olduğu üçün kassasiya şikayətinin verilməsini onlara etibar etməmiş, səhhətində olan problemlərlə bağlı isə başqa vəkillə müqavilə bağlamağa vaxtı və imkanı olmamışdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına ye ni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 1 35.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmu ş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət h əddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenid ən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X3 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa be lə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hüquqi varisinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair dəlilləri əsassızdır. Belə ki, iş materialların dan müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(105)-93/2021 nömrəli qətnaməsi cavabdehin hüquqi varisinin vəkilinin iştirakı ilə elan edilmiş və qətnamənin əsaslandırılmış surəti xəbərnaməli poçt vasitəsi ilə cavabdehin hüquqi varisinin rəsmi qeydiyyatda olduğu ünvanına göndərilmiş, 09 iyul 2021-ci il tarixdə həmin ünvanda təqdim edilmişdir. Kassator məhkəmə qətnaməsini qeyd olunan tarixdə almasını mübahisələndirmir. Həmçinin müəyyən olunur ki, cavabdehin hüquqi varisi kassasiya şikayətini və müddətin bərpasına dair ərizəni 11 oktyabr 2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin burax ılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, m üddətli xidməti ezamiyyət və s.). Cavabdehin hüquqi varisi kassasiya şikayətinin buraxılmasını xəstəliyi ilə bağlı əsaslandırsa da, məhkəmə kollegiyası apellyasiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, ambulator müalicə kassasiya şikayətinin verilməsinə, o cümlədən vəkillə müvafiq müqavilə bağlayaraq, sonuncu tərəfindən kassasiya şikayətinin tərtib edilməsinə mane ola bilməz. Belə ki, MPM-in 67-ci maddəsinin mənasına görə kassasiya şikayəti məhz vəkil tərəfindən tərtib edilməlidir. Bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının üzrlü hesab edilməsindən və bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əs aslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 hüquqi varisi Səfərova Kəklik Gülhəsən qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(105)-93/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-945/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-945/2022
24.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver